Qanunvericilik › “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 07.06.2019) › Tam mətn

“İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 07.06.2019)

“İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 07.06.2019) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.2.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

Bakı şəhəri, 7 iyun 2019-cu il

1.1. Bu Qayda “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 20.4-cü maddəsinə əsasən hazırlanmışdır, işaxtaran və işsiz şəxslər üçün peşə hazırlığının (bundan sonra – peşə hazırlığı) təşkili qaydasını müəyyən edir.

1.2. İşaxtaran və işsiz şəxslər peşə hazırlığına Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Məşğulluq Agentliyinin (bundan sonra – Agentlik) yerli qurumları və ya “DOST” mərkəzləri” tərəfindən (bundan sonra – Mərkəz) cəlb edilirlər.

1.3. Agentliyin yerli qurumları və ya Mərkəz tərəfindən cəlb olunmuş işaxtaran və işsiz şəxslərin peşə hazırlığı Agentlik tərəfindən təşkil olunur.

1.4. Agentlik əmək bazarının işçi qüvvəsinə ehtiyacları üzrə proqnozlara uyğun olaraq hər il üçün peşə və ixtisaslar üzrə istiqamətləri, cəlb ediləcək şəxslərin sayını müəyyən edir.

1.5. Dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər tərəfindən təsis edilən əlavə təhsili həyata keçirən müəssisələr (universitetlər, institutlar, mərkəzlər və s.) peşə hazırlığını həyata keçirə biləcəkləri ixtisası (ixtisasları) göstərməklə, peşə hazırlığının həmin müəssisədə təşkili barədə Agentliyə müraciət edirlər.

1.6. Agentlik peşə hazırlığının nəzəri və praktiki hissələrini, məzmununu, müraciət etmiş müəssisələrin maddi-texniki bazasını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət göstəricilərini, müdavimlərin bilik, bacarıq və vərdişlərinin səviyyəsini, onların gələcək məşğulluq imkanlarını nəzərə alaraq peşə hazırlığını həyata keçirəcək müəssisələri seçir.

1.7. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 24.2-ci maddəsinə və “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 9.9-cu maddəsinə uyğun olaraq, peşə hazırlığı işaxtaran və işsiz şəxslərin əlavə təhsili, o cümlədən peşənin öyrənilməsi, ixtisasın artırılması, yenidən hazırlıq, yaşlıların təhsili və digər təhsil istiqamətləri üzrə təşkil edilir.

1.8. Bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq müəyyən edilmiş peşə və ixtisaslar üzrə ixtisaslı kadr hazırlığının keyfiyyətini yüksəltmək məqsədilə təşkil edilən peşə hazırlığı üzrə məşğələlər nəzəri və praktik hissədən ibarət olmaqla aparılır. Peşə hazırlığının nəzəri hissəsi əyani və ya distant (məsafədən) formada aşağıdakı təlim modulları üzrə həyata keçirilir:

1.8.1. peşə fəaliyyətinin ümumi əsasları üzrə təlim;

1.8.2. ixtisas sahələri üzrə təlim;

1.8.3. innovasiyalar üzrə təlim.

1.9. Peşə hazırlığının praktiki hissəsində məşğələlər yarım-qruplarda aparılır və peşə hazırlığına cəlb edilmiş müdavimlər peşə hazırlığını həyata keçirən müəssisələrin təlim-istehsalat, təsərrüfat sahələrində, o cümlədən işəgötürənlərin istehsalat bazasında istehsalat təlimi və təcrübəsi keçirlər.

1.10. Peşə hazırlığı üzrə təşkil edilən kurslarda təhsil müddəti 6 (altı) aya qədərdir.

1.11. İşaxtaran və işsiz şəxslərin peşə hazırlığı imtahan verməklə başa çatır. Müdavimlərin biliyini peşə hazırlığını həyata keçirən müəssisə tərəfindən təşkil edilmiş imtahan komissiyası qiymətləndirir və üç nüsxədən ibarət protokol tərtib edir. Protokolun bir nüsxəsi müdavimə, bir nüsxəsi Mərkəzə verilir, bir nüsxəsi isə peşə hazırlığını həyata keçirən müəssisədə qalır.

1.12. Bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulmuş hallarda peşə hazırlığına cəlb olunmuş və müvafiq kursları müvəffəqiyyətlə bitirmiş şəxslərə Agentlik tərəfindən müvafiq sənəd təqdim olunur.

1.13. Peşə hazırlığının təşkili zamanı “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsində nəzərdə tutulan şəxslər üstün hüquqa malikdirlər.

1.14. Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycan Respublikasının “Məşğulluq haqqında”, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunları ilə müəyyən edilmiş mənaları ifadə edir.

2.1.1. əmək bazarının tələblərinə uyğun olaraq işaxtaran və işsiz şəxslərin peşə hazırlığına dair ehtiyaclarını müəyyən edir;

2.1.2. işaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili ilə əlaqədar Agentliyin yerli qurumlarının və Mərkəzin fəaliyyətini əlaqələndirir;

2.1.3. peşə hazırlığına cəlb olunmuş işaxtaran və işsiz şəxslərə təhsil müəssisələrinə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Əmək və məşğulluq” altsistemi (bundan sonra – ƏMAS) vasitəsilə bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun göndəriş verir;

2.1.5. peşə hazırlığı məqsədləri üçün ayrılmış vəsaitlər çərçivəsində maliyyələşdirməni təmin edir;

2.1.6. təhsil müəssisələri və Mərkəz tərəfindən bu Qayda ilə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinə nəzarət edir.

2.2. Agentliyin yerli qurumları və ya Mərkəz ƏMAS-da işaxtaran və ya işsiz kimi qeydiyyatda olan şəxslərin lazımi peşə və ya ixtisası olmadığına görə onun üçün münasib işi seçmək mümkün olmadıqda, əvvəlki peşəsi (ixtisas) üzrə işləmək qabiliyyətini itirdikdə, həmin peşə (ixtisas) üzrə iş tapmaq mümkün olmadıqda və ya həmin peşə (ixtisas) üzrə bacarıqların artırılması zərurəti olduqda peşə hazırlığına cəlb edir.

2.4. Aşağıdakı şəxslərin peşə hazırlığı ödənişsiz təşkil edilir:

2.4.1. işsiz şəxslərin;

2.4.2. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin;

2.4.3. il ərzində müvafiq inzibati ərazi vahidi üzrə peşə hazırlığına cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərin.

2.5. Peşə hazırlığına cəlb olunmuş işsiz, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərə təhsil aldıqları dövrdə “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə uyğun olaraq minimum aylıq əməkhaqqının 50 faizi məbləğində təqaüd ödənilir.

2.6. Agentliyin təklifi ilə bir şəhər və (və ya) rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidindən digərinə peşə kurslarına göndərilməsi ilə əlaqədar şəxsin çəkdiyi xərc (taksi xərcləri istisna olmaqla) kompensasiya edilir.

2.7. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 20.2.2-ci maddəsi nəzərə alınmaqla işaxtaranlara və işsizlikdən sığorta ödənişini aldığı dövrdə peşə hazırlığına cəlb olunan işsiz şəxslərə təqaüd verilmir.

2.8. Bu Qaydanın 2.4-cü bəndi və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 20.2.2-ci və 20.2.3-cü maddələri nəzərə alınmaqla, işaxtaranların peşə hazırlığı ödənişli həyata keçirilir. Bu məqsədlə Agentliyin yerli qurumlarının və ya Mərkəzin vasitəçiliyi ilə təhsil müəssisəsi və işaxtaran arasında müvafiq müqavilə imzalanır.

3.1. Peşə hazırlığı aşağıdakı mənbələr hesabına maliyyələşdirilir:

3.1.1. işsizlikdən sığorta fondunun vəsaiti;

3.1.2. işəgötürənlərin vəsaiti;

3.1.3. işaxtaran şəxslərin şəxsi vəsaiti;

3.1.4. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən qrantlar, ianələr və yardımlar;

3.1.5. qanunvericiliklə qadağan olunmayan digər mənbələr.

3.2. Peşə hazırlığının maliyyələşdirilməsi bu məqsədlər üçün ayrılmış vəsaitlər çərçivəsində adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilir.

3.3. Ayrı-ayrı ixtisaslar üzrə hər bir müdavimə düşən peşə hazırlığı xərclərinin miqdarı Nazirlik tərəfindən təsdiq edilir.

3.4. Nəzərdə tutulmuş xərclərin maliyyələşdirilməsi Agentlik tərəfindən peşə hazırlığı müəssisəsinə tərəflər arasında bağlanılmış müqavilələr və ödəniş sənədləri (ödəmə hesabları/invoys, qəbzlər, çeklər və s.) əsasında həyata keçirilir.

3.5. Bir müdavimə müəyyən edilmiş xərclər peşə hazırlığı müəssisəsinə təqdim etdiyi rəsmi ödəniş sənədləri və hesab-fakturalar (invoyslar) əsasında tərəflər arasında bağlanılmış müqaviləyə uyğun olaraq, Agentlik tərəfindən vəsaitin birbaşa müəssisənin xəzinədəki (bankdakı) müvafiq hesabına köçürülməsi yolu ilə aylar üzrə ödənilir.

________________________________________________________________________________

_______________________________________________________________________ rəhbərinə

(təhsil müəssisəsinin adı)

____ _______________ ___ il tarixli ______________________ № li müqaviləyə uyğun olaraq

şəxs ___________________________________________________________________________

____ ______________ ___ ildən ____ _______________ ___ ildək ____________________ saat

həcmində __________________________________________________________________ üzrə

peşə hazırlığını keçmək üçün rəhbərlik etdiyiniz təhsil müəssisəsinə göndərilir.

Göndəriş _____ ______________ ___ il tarixində verilmişdir.

________________________________________________________________________________

İmza ___________________

1. 25 fevral 2021-ci il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2021-ci il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 209)

2. 5 mart 2021-ci il tarixli 58 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 mart 2021-ci il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 277)

3. 20 may 2022-ci il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 may 2022-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 564)

4. 25 sentyabr 2024-cü il tarixli 441 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 26 sentyabr 2024-cü il, “Xalq” qəzeti, 28 sentyabr 2024-cü il, № 212, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1104)

5. 12 may 2025-ci il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 may 2025-ci il, “Xalq” qəzeti, 16 may 2025-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 5, maddə 507)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver