Qanunvericilik › “İşaxtaran vətəndaşların peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili Qaydaları”nın təsdiqi barədə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 21.06.2012) › Tam mətn

“İşaxtaran vətəndaşların peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili Qaydaları”nın təsdiqi barədə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 21.06.2012)

“İşaxtaran vətəndaşların peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili Qaydaları”nın təsdiqi barədə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 21.06.2012) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ KOLLEGİYASININ QƏRARI

“İşaxtaran vətəndaşların peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili Qaydaları”nın təsdiqi barədə

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 16 fevral 2011-ci il tarixli 386 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Baş Məşğulluq İdarəsinin bazasında yaradılmış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə, eyni zamanda “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında”, “Sosial sığorta haqqında”, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavə edilməsi barədə Azərbaycan Respublikasının 22 oktyabr 2010-cu il tarixli 1097-IIIQD nömrəli Qanununun IV maddəsinə, həmçinin “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 30 sentyabr tarixli 208-IVQD nömrəli Qanununun tətbiqi haqqında” ölkə Prezidentinin 2011-ci il 26 oktyabr tarixli 1800 nömrəli Sərəncamının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qərara alır:

2. Nazirliyin Kadrlarla iş və hüquq şöbəsinə tapşırılsın ki, “İşaxtaran vətəndaşların peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili Qaydaları”nın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3. Dövlət Məşğulluq Xidmətinə tapşırılsın ki, bu Qərardan irəli gələn məsələlərin həll edilməsini təmin etsin.

4. Nazirliyin Ümumi şöbəsinə tapşırılsın ki, bu Qərardan irəli gələn məsələlərin həll edilməsini təmin etsin.

5. “İşaxtaran vətəndaşların peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili Qaydaları”nın təsdiq edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2002-ci il 17 may tarixli 06 nömrəli və “İşaxtaran vətəndaşların peşə hazırlığının təşkili Qaydaları”na əlavə və dəyişikliklər edilməsi barədə” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2004-cü il 10 noyabr tarixli 2-1 nömrəli qərarları ləğv edilsin.

6. Bu Qərarın icrasına nəzarət nazir müavini Natiq Məmmədova həvalə edilsin.

1. 05 iyul 2017-ci il tarixli 09 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201707050009, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2017-ci il)

24 iyul 2019-cu il tarixli 1905000042 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201907240042, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 avqust 2019-cu il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver