Qanunvericilik › “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısı”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 12.08.2003) › Tam mətn

“İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısı”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 12.08.2003)

“İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısı”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 12.08.2003) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 93-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini A.Rasİzadə

Bakı şəhəri, 12 avqust 2003-cü il

Ambulator-poliklinika müəssisələrində (poliklinikalarda, ambulatoriyalarda, dispanserlərdə, tibb məntəqələrində, stansiyalarda, bölmələrdə və kabinetlərdə), doğum evləri və xəstəxanalarda ancaq xəstələrin ambulator qəbulu ilə məşğul olan həkim

Həkim-stomatoloq (stasionarlarda həkim-stomatoloq-cərrah istisna olmaqla), diş həkimi və diş həkimi-protezçi

İş yerindən asılı olmayaraq digər həkimlər

Psixiatrik (psixonevroloji), neyrocərrahiyyə, narkoloji müalicə-profilaktika müəssisələri, şöbələri, palataları və kabinetləri, eləcə də ruhi, ruhi-əsəb xəstəliyi olan əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri (şöbələri), müəssisə və bölmələrdə bilavasitə xəstələrə xidmət edən orta və kiçik tibb heyəti, mədəni-kütləvi işlər üzrə təlimatçı, təşkilatçı, musiqi rəhbəri, laboratoriya müdiri, laborant, müalicəvi-istehsalat (əmək) emalatxanalarının ustası, istehsalat təlimi üzrə təlimatçı, əmək terapiyası üzrə təlimatçı, müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı, yardımçı təsərrüfatın rəhbəri, xəstələrə qulluq edən bufet işçisi, xörəkpaylayan, hamamçı, bərbər, xidməti və istehsalat sahələrini yığışdıran, bilavasitə tam iş günü ərzində xəstələrlə işləyən elmi işçi, psixoloq və fizioloq

Psixiatrik (psixonevroloji) uşaq müalicə-profilaktika müəssisələri, şöbələri, palataları və kabinetlərində (psixikası pozulmamaqla mərkəzi sinir sistemi zədələnmələri olan uşaqlar üçün nəzərdə tutulanlardan başqa) əqli geriliyi olan və psixikasına pozulmaqla mərkəzi sinir sistemi zədələnmiş uşaqlar üçün inteqrasiya təlimli ümumtəhsil məktəblərində (xüsusi siniflərində), inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərində (xüsusi siniflərində), xüsusi ümumtəhsil məktəblərində, internat tipli xüsusi ümumtəhsil məktəblərində, uşaq evlərində (qruplarında), məktəbəqədər təhsil müəssisələrində və sosial müdafiə müəssisələrində bilavasitə xəstələrə xidmət edən orta və kiçik tibb heyəti, xəstələr üçün paltar asılan yerlərdə qarderobçu, mədəni kütləvi işlər üzrə təlimatçı, təşkilatçı, musiqi rəhbəri, laboratoriya müdiri, laborant, müalicəvi-istehsalat (əmək) emalatxanalarının ustası, istehsalat təlimi üzrə təlimatçı, əmək terapiyası üzrə təlimatçı, müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı, xəstələrə qulluq edən bufet işçisi, xörəkpaylayan, hamamçı, bərbər, dayə, xidməti və istehsalat sahələrini yığışdıran, bilavasitə tam iş günü ərzində xəstələrlə işləyən elmi işçi, uşaq psixiatriya və psixoəsəbi müəssisələrində bilavasitə tam iş günü ərzində xəstə uşaqlarla məşğul olan psixoloq və fizioloq

Bakı şəhərində təcili tibbi yardım çağırışlarının qəbulu və onların təxirəsalınmaz və təcili tibbi yardım stansiyaları və şöbələrinin səyyar briqadalarına çatdırılması ilə məşğul olan feldşer və tibb bacısı

Təcili tibbi yardım stansiyalarında və şöbələrində işləyən feldşer, tibb bacısı, radiooperator, dispetçer

Psixi xəstələrə tibbi yardım göstərən və onların təxliyəsi ilə məşğul olan orta və kiçik tibb heyəti, psixi xəstələrin təxliyəsi zamanı sanitar vəzifəsini də yerinə yetirən avtomobil sürücüsü

Yoluxucu xəstələrin təxliyəsi ilə bilavasitə məşğul olan orta və kiçik tibb heyəti, yoluxucu xəstələrin təxliyəsi zamanı sanitar vəzifəsini də yerinə yetirən avtomobil sürücüsü, təcili tibbi yardım stansiya və şöbələrində təxliyəçi

Xroniki alkoqolizm və narkomaniyadan əziyyət çəkən şəxslərin məcburi müalicə işlərini aparan müəssisələrdə bu işlərlə bilavasitə məşğul olan orta və kiçik tibb heyəti

Cərrahiyyə əməliyyatında istifadə edilən mikroskopik cihazlarda bilavasitə məşğul olan tibb bacıları

İş yerindən asılı olmayaraq müəllimlər

Konsertmeyster, akkompaniator, musiqi rəhbəri

Müəllim-defektoloq, müəllim-loqoped, loqoped, surdopedaqoq, tiflopedaqoq, oliqofrenpedaqoq, loqopedik xidmət göstərən qurumun rəhbəri

Ümumi təhsil müəssisələri, uşaq evləri, günüuzadılmış məktəblər (qruplar), həddi-buluğa çatmamış uşaqlar üçün qəbul-bölüşdürmə məntəqələri, uşaq sanatoriyaları və xəstəxanaları və yetkinlik yaşına çatmayan məhkumlar üçün cəzaçəkmə müəssisələrində baş tərbiyəçi və tərbiyəçi, bədən tərbiyəsi rəhbəri (təlimatçı) və eşitmə kabinetlərinin təlimatçısı

Məktəbəqədər təhsil müəssisələrində və məktəbdənkənar təlim-tərbiyə və tədris müəssisələrində baş tərbiyəçi və tərbiyəçi

Körpələr və uşaq evlərində metodist (böyük və baş metodist daxil olmaqla)

Hərəkətin xüsusilə intensiv olduğu dəmir yollarının magistral sahələrində qatarların qəbulu və yola salınması ilə məşğul olan növbətçi

Dəmir yolu və metropoliten nəqliyyatında baş dispetçer, qatar dispetçeri

Dəmir yolu stansiyalarında növbətçi və çeşidləmə təpəsinin operatoru

Lokomotiv (teplovoz, parovoz, elektrovoz, motovoz), dizel və elektroseksiya qatarlarının, vaqon-laboratoriyaların maşinisti, maşinist köməkçisi

Uçuş və uçuş təlimatçı heyət: təyyarəçi, şturman, hava gəmisi mühəndisi, hava gəmisi mexaniki, hava gəmisi radisti

Hava hərəkətini vahid idarəetmə sisteminin (dövrə, yaxınlaşma, enmə, start, yerlə sürmə) baş mərkəzi zalında işləyən uçuş rəhbəri, təlimatçı, böyük dispetçer, dispetçer

Mülki aviasiyada uçuşların rəhbəri

Hava hərəkətini idarəetmə xidmətinin böyük dispetçeri, dispetçeri

Dispetçer-hava hərəkətini idarəetmə xidmətinin təlimatçısı

Radiomübadilənin yükündən asılı olmayaraq, aviasiya hava rabitəsi radiokanallarının qısa dalğalarında və radionəzarət radiostansiyalarında növbəti iş rejimində işləyən radiooperator

Şəhərlərarası telefon rabitəsinin telefonçuları

Şəhər telefon şəbəkəsinin məlumat xidmətinin telefonçuları

1. 17 oktyabr 2018-ci il tarixli 459 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 oktyabr 2018-ci il, № 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2173)

2. 7 mart 2019-cu il tarixli 82 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 516)

3. 21 noyabr 2022-ci il tarixli 415 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 22 noyabr 2022-ci il, “Xalq” qəzeti, 25 noyabr 2022-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1352)

4. 6 sentyabr 2024-cü il tarixli 404 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 sentyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 11 sentyabr 2024-cü il, № 197, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1067)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver