Qanunvericilik › “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların Siyahısı”nın və “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 14.12.2017) › Tam mətn

“İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların Siyahısı”nın və “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 14.12.2017)

“İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların Siyahısı”nın və “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 14.12.2017) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının 2-ci hissəsinin üçüncü abzasına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların Siyahısı” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydaları” təsdiq edilsin (2 nömrəli əlavə).

3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi bir ay müddətində “Pulsuz müalicə-profilaktik yeməklərin rasionunu və vitaminli preparatların tərkibi”ni təsdiq etsin.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 14 dekabr 2017-ci il

1. Aşağıdakı siyahıda göstərilən istehsalat sahələrində çalışan işçilərə iş yerlərinin attestasiyasının nəticələri əsasında müalicə-profilaktik yeməklər verilir:

a) qeyri-üzvi məhsullar

tünd azot turşusunun istehsalı: a) birbaşa sintez üsulu ilə, b) konsentrasiya üsulu ilə

sulfat turşusu istehsalı

Denitrləşdırılmış turşudan qatılaşdırılmış azot turşusunun alınması

işlənmiş turşunun denitrasiya və depikrasiya olunması

termik üsulla və ya ekstraksiya üsulu ilə fosfor turşusunun istehsalı

xlorlu-sulfuril istehsalı

xlorlu tionilin istehslalı

xlor və kaustik soda (maye, quru) istehsalında diafraqment üsulu ilə elektroliz ayırmaları

xlor və kaustik soda (maye, quru) istehsalında civə üsulu ilə elektroliz ayırmaları

maye xlor istehsalı, bəyazın istehsalı və qablaşdırılması

xlorlu əhəng istehsalı

xlorlu alüminium istehsalı

dəmirli xlorid istehsalı

bertolet duzunun istehsalı

karbon-sulfid istehsalı: kükürdəritmə, retort, karbon sulfidinin distillə edilməsi sahələri

sarı və qırmızı fosforun istehsalı

beşkükürdlü fosfor istehsalı

üçxlorlu fosforun və xloroksidli fosforun istehsalı

superfosfat istehsalı

silisiumflüorlu natrium istehsalı

flüorlu natrium istehsalı

flüorlu hidrogen istehsalı

tetraflüorborat kalium istehsalı

kriolit və flüorlu alüminium istehsalı

sian ərintisi istehsalı

kalsium sianamid istehsalı

kalsium karbid istehsalı

karbitol və onun duzlarının istehsalı

sianlı natrium və sianlı kalium istehsalı

azot turşulu qurğuşun istehsalı

qurğuşun ferrosianid istehsalı

qurğuşun peroksidi istehsalı

arsenli duz istehsalı: paris göyərtisi, natrium arsenatı, protars, arsenit və arsenatlı kalsium

üçxlorlu mərgümüş istehsalı

sink fosfid istehsalı

dördxlorlu silisium istehsalı

perhidrol xinon üsulu ilə istehsal

metallik kalium və natrium istehsalı

selen tərkibli şlamı saflaşdıran selen istehsalı: yandırma üsulu ilə, nəm üsulla və arsenli selen tərkibli şlakların duz turşusu ilə işlənməsi

sink tozunun istehsalı

manqan tərkibli katalizatorların istehsalı

xrom tərkibli katalizatorların istehsalı

azot turşusu və barium karbonatı, hidratoksidi və barium peroksidi istehsalı

barium xloru istehsalı

süni manqan iki oksid istehsalı

nefelin koaqulyantı istehsalı

xrom anhidridi, kalium xrompiki, natrium və xrom oksidi istehsalı

talliumun tətbiqi ilə monokristalların istehsalı

regenerativ maddələrin istehsalı

texniki məmulatlar istehsalı

b) üzvi məhsulların istehsalı

xlorbenzol, dixlorbenzol, trixlorbenzol, tetraxlorbenzol, qeksaxlorbenzol istehsalı

epixlorhidrin istehsalı

indofenol və indotoluidin istehsalı

benzatron, brombenzatron, dibenzatronil istehsalı

arilidlər asetosirkə turşusu istehsalı (anilid və xloranilid)

anilin, ksilidin, anilinin və toluidinin duzlarının istehsalı

anilinin kontakt üsulu ilə istehsalı

orto- və paratoluid, 2,6,-dixlorparanitroanilin, 2 xlor-, 4-nitroanilin (qırmızı azoamin 2S), xloranilin, paraxloranilin, metaxloranilin, 2,5 dixloranilin, ortoxloranilin istehsalı

paranitroanilin, metanitroanilin, ortonitroanilin, dinitroanilin, metanitroparatoluidin, paronitroorto-toluidin, paranitrodietilanilin istehsalı

benzidin, dianizidin, tolidin, dixlorbenzidin, benzidin disulfoturşu istehsalı

alfa-naftilamin istehsalı

anizidinlər (ortoanizidin, paraanizidin, parafenotol, orto-fenotol, 4-nitro-2-amin-anizol (azomin qırmızı K) istehsalı

aminfenol (paraaminfenol, ortoaminfenol, paraxlorortoa-minfenol və paranitroortoaminfenol) istehsalı

naftionat və sulfaniat istehsalı

aminoazobenzol və aminoazotoluol istehsalı

diazodimetilanilin, diazodinitrobenzol, diazoaminbenzol istehsalı

metatoluilendiamin, parafenilendiamin, nitrofenilendia-min, paraaminodimetilanilin, 2,4-diaminoanizol, xlorfeni-len-diamin, metafenilendiamin istehsalı

dinitrobenzol, nitrobenzol və nitroksilol istehsalı

paranitroxlorbenzol, ortonitroxlorbenzol və dinitroxlorbenzol istehsalı

paranitrotoluol və ortonitrotoluol istehsalı

dinitro- və trinitrofenol istehsalı

selinon (dinitroortokrezol) istehsalı

monoetilanilin, monometilanilin, dimetilanilin, dietilanilin, etilortotolundin, etilbenzilanilin, metilbenzilanilin istehsalı

monometilamin, etilamin, dimetilamin istehsalı

ekstralin istehsalı: manqan duzu əsasında katalizator və əsas istehsal sahələri

fenilləşdirilmiş və toluidiləşdirilmiş məhsulların istehsalı

fenil-metil-pirazolon tətbiqi mərhələsində anilin və fenilhidrozin istehsalı

kaptaks, tiuram istehsalı

difenilquanidin istehsalı (qurğuşunla işləmə ərəfəsində)

Sulfenamid-BT istehsalı

difenilamin, neozonlar “A” və “D” alnaft istehsalı

dimetilamin duzu, merkaptobenzotiazol və tetrame-tildiamino-difenilmetan istehsalı

bisetilksantogen istehsalı

paraoksidifenilamin istehsalı

paraminodifenilamin istehsalı

metanil turşusu istehsalı

2,4-dixlorfenoksirkə turşusu istehsalı

nerolov turşusu istehsalı

pranitroxlorbenzolortosulfoturşu istehsalı

aminfenilparamin turşusu istehsalı

alfa-natrol istehsalı

fenol-aseton istehsalı

benzoldan və xlorbenzoldan fenolun istehsalı

sentralit, “leykonat” yapışqanı istehsalı

mixler ketonu və aloy turşusu istehsalı

leykotrop “O” istehsalı

ftal anhidridi, təmiz vanadium beş oksidi (konsentrləşdirilmiş katalizatorda) istehsalı

antraxinon, etilantrixinon, xlorantrixinon istehsalı

asenaftenxinon istehsalı

azoboya maddəsi, benzidin, dianizidin və alfa-naftilamin istehsalı

dinitroxlorbenzol və dinitrotoluolla əlaqədar boyalar istehsalı

bənövşəyi “K” əsaslı açıq yaşıl, işıqlı, mavi “Z” turşusu istehsalı

fuksin, pararozanilin istehsalı

niqrozin və indulin istehsalı

göy metilen rəngləyicinin istehsalı

yaşıl piqment ftalosion istehsalı

yaşıl turşu və göy-qara antaxinon rəngləyici istehsalı

azotol (A,OA,PA,OT,ANF,MNA,XA və s.) istehsalı

qioindiqod rəngləyiciləri istehsalı

kubozol və indiqozol istehsalı

rəngli kinoplyonka üçün komponent istehsalı

tetraxlorkarbon istehsalı

trixloretan istehsalı

heksaxloretan istehsalı

xlorlu metilin və metilxloridin istehsalı

sovola,rematol,xlornaftalin istehsalı

xlorkerosin istehsalı

fenilmetiluretan istehsalı

parafeniluratilan-sulfaxlorid istehsalı

bromlu metil və bromlu metilen istehsalı

bromlu etil istehsalı

etil xlorid, trixloretil və izopropil spirti istehsalı

diizosianat istehsalı

etilen oksidi, propilen oksidi və onların törəmələri, etilselikoz, xloreks, etilenqlikol və propilenqlikol istehsalı

benzinin, kerosinin pirolizi, piroqazın ayrılması və təmizlənməsi; etilenin polimerləşməsi, polietilen istehsalı

feniletil spirti istehsalı

dietanolanilin istehsalı

aminoenant turşusu istehsalı

sirkə anhidridi, fosgen istehsalı

sirkə anhidridi istehsalı

civə üsulu ilə asetaldehid istehsalı

etilenbenzol istehsalı

herbisidlər istehsalı

sikloheksanın nitrovaniya və oksidləşmə üsulu ilə kaprolaktam istehsalı

heksaxloran istehsalı

tiofos və merkaptofos istehsalı

etil mayesi istehsalı

qum üzvi birləşmələr istehsalı (metil-, etil-, fenil-, xlorsilan)

qranozan və merkuran istehsalı

etilensianhidrin istehsalı

asetonsianhidrin istehsalı

efir metakril turşusu, üzvi şüşə və nitrilakril turşusu istehsalı

B.F. məhsulu istehsalı

xlorlu benzol və peroksid benzolun istehsalı

xlorparafin istehsalı

hidrazin hidrat istehsalı

etil spirtindən sintetik kauçuk SKB istehsalı

divinil nitril kauçukunun istehsalı (SKN)

stirol, alfametilstirol, divinilstirol kauçuku və lateksi, divinilmetilstirol kauçukunun istehsalı

xloropen kauçuk istehsalı (sevanit və nairit)

poliizobutilen istehsalı

butilkauçuk istehsalı (xlormetil mühitində)

xlorvinil və polixlorvinil qətranı istehsalı

perxlorvinil qətranı istehsalı

fenolformaldehid və anilinformaldehid qətranı istehsalı

sıxılmış ovuntu və plastmas əsaslı fenolformaldehid və anilinformaldehid qətranı istehsalı

lifli kətan və asbestli sıxışdırılmış material istehsalı

* (2.112-ci bəndə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 8 sentyabr 267 nömrəli Qərarı ilə edilmiş dəyişiklik 2027-ci il iyulun 1-dən qüvvəyə minir.)

iondəyişdirən qətran istehsalı

flüortörəməli etilen istehsalı

plastik qat və dolama məmulatı istehsalı

qara plastik kütlə məmulatı, qurğuşun qleti, stearit və silikat qurğuşun, azot turşu qurğuşunu və qurğuşunun belili istehsalı

bloklu polistirol və emulsiyanın istehsalı

polikarbonat istehsalı

vanilin istehsalı: nitrozodimetilanilin və benzol ekstrasiya alınma etapı

bromundikan turşusu istehsalı

makrotsiklik laktonlar və eksalakton istehsalı

texniki benzin spirti istehsalı

difeniloksid istehsalı

təbii və sintetik lif istehsalı

karboksilmetilselliloza, metilselliloza istehsalı

əhəng südü (kalsium hidroksid) istehsalı

ferroxrominqosulfonat istehsalı

çirkli suların bioloji və kimyəvi təmizlənməsi sahəsi

qurğuşun qlet və sülükən boyası istehsalı

qurğuşun kron istehsalı

qurğuşunlu ağ boya istehsalı

vertil sinkli ağ boya istehsalı

toksinlər artmayan tərkiblər, NİVK istehsalı

apatit-nefelin filizinin çıxarılması

apatit-nefelin filizinin istehsalı (konsentratın alınması)

arsen filizinin çıxarılması

arsen filizinin istehsalı (ağ və metal arsenin alınması)

d) kimyəvi reaktivlər

sianid birləşmələr əsasında alınan reaktivlər istehsalı (benzoinoksimalfa (kupron), benzil, rubeanhidrogen turşusu, fenilsirkə turşusu, benzoin, nitroprussid natrium, asetonitril, geteroauksin, 2-furilaldehid, 2-furildioksin, furil, furoin, mindal turşusu, nitroprussid kalium)

göyümtül kalium və göyümtül natrium reaktivi istehsalı

texniki və reaktiv qırmızı qan duzu istehsalı

arsenlə birləşmə əsasında alınan reaktivlər istehsalı (arsanil turşusu, anpraxas, benzol-2-arson turşusu, 1-azo-2-oksinaftalin, 3,6-disulfoturşu, bromlu metilen, yodlu metilen, fenilarson turşusu, paradimetilaminoazofenilar-sen turşusu, ortonitrofenilarsen turşusu, paranitro-fenilarsen turşusu, fenantrolin ortosolyanoturşu, fenantrolan ortosernoturşusu, ferroin, toron, uranon)

flüor tərkibli duz reaktivlərinin istehsalı (silisium-flüorluhidrogenli alüminium, flüorlu alüminium, silisiumflüorluhidrogenli kalium, titanlıflüorlu-ammonium, titanlıflüorluhidrogenli kalium, flüorlu maqnezium, silisiumflüorluhidrogenli natrium, flüorlu litium, flüorlu natrium və flüorlu kalium)

fosfortərkibli duz reaktivləri istehsalı (ammonium fosfor oksidi, barium fosfor oksidi, beşxlorlu fosfor)

berilltərkibli reaktiv duzlar istehsalı (berilazot turşusu, berill oksidi, berill kükürd turşusu, berill karbonu, berillsirkə turşusu, xlorlu berill)

karbon sulfidi birləşməsi əsasında alınan reaktiv istehsalı (dietilditokarbonat natrium, dizoton, difenilkarbozon)

qurğuşun duzu-reaktiv istehsalı (xlorlu qurğuşun, qurğuşun -2 oksidi, metal çubuqşəkilli qurğuşunlar, yodlu qurğuşun, azot turşulu qurğuşun, kükürd turşulu qurğuşun və s.)

Tula, Rorbax, Nesler və ağır maye məhsulları istehsalı

civəli azot turşusu-reaktiv istehsalı

xrom duzları-reaktiv istehsalı (azotturşuluxrom, hidrat oksidi, kükürd turşusu, xlorlu sirkə turşusu)

manqan duzu-reaktivlər istehsalı

bariumun əriyən duzları-reaktivlər istehsalı (azot turşusu, karbon hidrooksidi)

tərkibində mərgümüş, selen, berillium və manqan olan lüminofor istehsalı

QAP (aktiv pirolyuzid) istehsalı

natrium hidrofosfit və kalium hidrofosfit istehsalı

selenli turşu istehsalı

silikat qurğuşun və stearat qurğuşun istehsalı

aeroflot istehsalı (ksilen, krezol, kalie butil)

amin məhsulları reaktivinin istehsalı (p-aminasetofenon, aminazobenzol-cüt, amidol, aminofenol-cüt əsaslı, aminfenol-meta və orto, anizidin buxarı, anilin duz turşulu, antrazo, anilid tioqlikol turşusu, asetil-difenilamin, benzilamin, butilamin, diazoamin benzol buxarı, orto-dianidin, dimetilaminoazobenzol-buxarı, dimetilamino-benzoldekid-buxarı, dimetilparafenilen-diamin duz turşusu, dimetilianilin duz turşulu, dipikrilamin, dietilanilin duz turşulu, dipikrilamin, dietianilin, 2.6-dixlorfenolindofenolin, dietilamin və onun duzları, nitrodifenilamin, propilamin, sulfanil turşusu, stilbazo, tolundin, tionalid, triptoran, fenilkirozin əsaslı, duzturşulu fenilgidrazin, fenilin-diamin buxarı və onun duzları, duzturşulu etilamin, ditioanilin, azobenzol, anilin, kükürdturşulu anilin, sirkə turşulu anilin, kükürdturşulu aminfenol-buxarı, dimetilanilin, difenilli sidik cövhəri, duz turşulu dimetiamin, duz turşulu metilamin, alga-naftilamin, beta-natroxinon, alfa-naftoxinon, tolidinorta, toluidin-, orto-, meta-, cüt, tolunlendiamid-meta, duz turşulu fenilgidrozin, tolundin, xlorhidrat, stilben, asetnaftalidalfa, asetofenon, benzo-xlor-2,4-dixlor anilid, dimetilqoşa-fenilendiamin sulfat, barium və natrium difenilaminosulfonat, difenilkarbazit, dietilparafenilendi-amin sulfat, 2,6-dibromfenolindofenol, dibromfenilhidrazin, dibutilamin, dimetil oksid, fenilhidroksilamin, kupferon)

nitroməhsul reaktivləri istehsalı (2,4-dinitrofenilhidrazin, dinitrobenzol-meta, dinitrofenol beta və qamma, paranitrobenzolazoalfanafta (maqnezon-II), nitrobenzolil-xlorid-para, nitrofenol-meta-, para və orto, nitrotoluol-meta, para və orto, nitroanilin-orto, meta və para, nitrobenzol-para-azorezorsin (maqnezon-I), ninhidrin, nitron, nitrobenzol, nitrobenzolid-para, meta və orto, nitroazoalfanaftol-beta, nitroazobeta-naftol-alfa)

xinolin, ortooksixinolin, fenatralin-orto, naftoxinolin-beta reaktivləri istehsalı

karbohidrogen hallogentörəməli-reaktivləri istehsalı (benzoxlorid, benzoüçxlorid, dixlorbenzol-meta, bromto-luol-2 bromtoluol yodlu metil, bromlu, metil xlorlu, xlorlu tetrametilammonium, bromlu, yodlu)

uran, tiriumun radioaktiv duzlarının istehsalı

e) kimya - əczaçılıq istehsalı

fenilsetamid istehsalı

benzil sianist istehsalı

civəli preparatlar istehsalı: amidoxlor, sirkə turşulu, ikixlorlu, yodlu, təkxlorlu, sianist oksidi, salisilov turşulu, civəli sianist və civəli bromlu

gistidin və civə mazı istehsalı

merkuzal turşusu istehsalı

nitrooksifenilarson turşusu istehsalı

osarsol, novarsenol, miarsenol istehsalı

sulfodiamin istehsalı

fenasetin istehsalı (etoksilirovan, bərpa etmə, vakuumdistillə edilməsi, asetilirovan və regenerasiya şöbələri)

aminazin, propazin istehsalı

nitroxlorakridin istehsalı

fosfakol, armin və miotiki vəsait məhlulu istehsalı

paranitroasetofenon istehsalı

duotal və ditrazinfosfat istehsalı

naqanin, karboxalin, prozerin istehsalı: a) fosgenin alınması və fosgenləşdirmə, b) parapolundinin sianirləşdirilməsi (naqanın istehsalı), c) texniki karboxalin və prozerinin alınması, ç) göstərilən istehsalın ümumi peşələri

ampulalarda tibbi xloretil istehsalı

fosfor anhidridi istehsalı

sintetik ətirli maddələr istehsalı (civə tərkibli kremlər: yaz, metamorfoz, təmizbədənli, b) üçfülorlu bor və onun əsasında məhsullar)

II. Pikkerinq sobalarında neftin emalı istehsalında kerosinin pirolizi

III. Əlvan metallurgiya istehsalı

qurğuşun və qalay istehsalı: a)qurğuşun və qalay filizlərinin əridilməsi, konsantrantların (aqlomeratlar), təmizlənmiş qurğuşun, qalay və qurğuşun tərkibli, b) qurğuşun-lehim filizinin zənginləşdirilməsi

loparit konsentratı istehsalı (a) yeraltı işlər, b) yersəthi işlər, c) filizin zənginləşdirilməsi, ç) müxtəlif işlər)

loparit konsentratının işlənməsi

əridilən və mis filizi emal edilən, tərkibində qurğuşun olan, eləcə də konsentratlar (aqlomerat) və başqa materiallar

berillium istehsalı (berillium hidroksidi, berillium oksidi, berillium metalı və bilavasitə onlardan hazırlanan məhsulların istehsalı)

yeraltı mədənqazma, hazırlayıcı və təmizləyici mədən işlərində və şaxtalardan qalay çıxarma, qurğuşun-sink sənayesi, filizin və ya süxurun tərkibində 10% və daha çox sərbəst silisium iki oksidi olan hallarda

IV. Elektrotexnika və radiotexnika istehsalı

civə ilə doldurulan qazboşaldıcı cihazların istehsalı

civəli termometrlərin istehsalı

qurğuşun (turşulu) akkumulyatorların istehsalı

dəmir kadmium (qələvili) akkumulyatorların istehsalı

mis oksidi və xüsusi elementlər (civə və qurğuşunun tətbiqi ilə əlaqədar işlərdə) istehsalı

elektrik kömür məmulatı istehsalı

qalvanik elementlər və batareya istehsalı

radioaktiv maddələrlə və ionlaşdırıcı şüalanmalarla görülən işlər (I – IV bölmələrində göstərilənlər istisna olmaqla)

V. Dəniz gəmilərinə apatit yükləmə işləri

VI. Qara metallurgiya istehsalı

poladəritmə və dəmirəritmə istehsalı

yayma və boruyayma istehsalı

VII. Qida sənayesi istehsalı

çörək bişirmə istehsalı

tütün-maxorka istehsalı

tütün-maxorka tozundan nikotin istehsalı

2. Aşağıdakı kimyəvi maddələrlə bağlı iş yerlərində çalışan işçilərə iş yerlərinin attestasiyasının nəticələri əsasında pulsuz süd və ona bərabər tutulan məhsullar verilir:

2.2. alifatik və alitsiklik karbohidrogenlər (doymuş və doymamış):

2.1.1. metan sırası karbohidrogenləri: butan, izobutan, pentan, izopentan, heksan, oktan, izooktan, ionan;

2.1.2. etilen sırası karbohidrogenləri: butilenlər, amilenlər, izobutilenlər;

2.1.3. tsiklik, doymamış karbohidrogenlər: tsiklopentadiyen, ditsiklopentadiyen, tsiklopentadiyeniltrikarbonil permanqanat;

2.1.4. bir və iki nüvəli aromatik karbohidrogenlər: benzol, ksilol, toluol, etilbenzol, kumol, diizopropilbenzol, stirollar, difenil, naftalin və onların törəmələri;

2.2. yağlı karbohidrogen sırasının halogenli birləşmələri:

2.2.1. flüorlu törəmələr: flüoretilen, diflüoretilen, triflüoretilen, tetraflüoretilen, triflüorpropilen, diflüoretan, dekaflüorbutan;

2.2.2. xlorlu törəmələr: metilxlorid, metilenxlorid, xloroform, karbon-4xlorid, etilxlorid, dixloretan, trixloretan, tetraxlorpropan, tetraxlorpentan, vinilxlorid, dixloretilen, trixloretilen, tetraxloretilen, heksaxlortsiklopentadiyen, allozan, xloropren, allilxlorid, butilenxlorid, heksaxlorbutadiyen və bu sıradan digərləri;

2.2.3. bromlu törəmələri: metilenbromid, metilbromid, etilbromid, dibrometan, tetrabrometan, dibrompropan, broform və digərləri;

2.2.4. yodlu törəmələri: metilyodid, yodoform, etilyodid və digərləri;

2.3. aromatik karbohidrogen sırasının halogenli birləşmələri: xlorbenzol, dixlorbenzol, trixlorbenzol, tetraxlorbenzol, heksaxlorbenzol, benzilxlorid, bezotrixlorid, xlorstirol, brombenzol, benzilbromid və bu sıranın digər halogenli birləşmələri;

2.4. çoxnüvəli monotsiklik karbohidrogenlərin xlorlu birləşmələri: xlorlaşmış difenillər, difenilin xloroksidi, xlorindan, xlornaftalinlər, heptaxlor, DDT, heksaxlortsikloheksan, polixlorpinin, polixlorkamfen, xlorten, sinazin, artazin;

2.5.1. yağlı karbohidrogenlərin doymuş və doymamış spirtləri və qlikolları: metil spirti, allil və krotil spirtləri və digər spirtlər;

2.5.2. yağlı karbohidrogen spirtlərinin halogenli törəmələri: ortaflüoramil, tetraflüorpropil və digər spirtlər;

2.5.3. alitsiklik və aromatik sıra spirtləri: benzil spirti, tsikloheksanol və digərləri;

2.6. fenollar: fenol, xlorfenollar, pentaxlorfenol, krezollar, hidroxinon, natripentaxlorfenolyat və digərləri;

2.7. alitsiklik və alifatik sıranın efirləri və onların halogenli törəmələri: dimetil, dietil, diizopropil, dibutil, vinilbutil, divinil, monoxlordimetil, dixlordietil, tetraxlordietil, etilenqlikol, propilenqlikol, qliserin və poliqlikolların efirləri;

2.8. fenol efirləri: qvayakol, hidroxinonun monobenzil efiri, dinil və bu sıradan başqaları;

2.9. üzvi oksid və pereoksidlər: etilen, propilen oksidləri, epixlorhidrin, izopropilbenzolun hidroperoksidi, benzol, peroksid, metiletilketon, tsikloheksanon oksidləri və bu sıradan digər maddələr;

2.10. tiospirtlər, tiofenollar və tioefirlər: metil və etilmerkaptanlar, trixlorfenol və pentaxlortiofenol, 2,4-trixlorfenoksisirkə turşusunun duzları;

2.11. əvəzləyici və əvəzləyicisiz aldehid və ketonlar: asetaldehid, formaldehid, benzoldehid, akrolein, aseton, bromaseton, xloraseton, pentaxloraseton, heksaxloraseton və bu sıradan başqaları;

2.12. üzvi turşular, onların anhidridləri, amidləri və hallogenan-hidridləri: malein ftal anhidridi, turşular: qarışqa, sirkə, propion və onların anhidridləri, naften turşuları, benzoilxlorid, xlorfenoksisirkə turşusu, karbomon turşusunun birləşmələri, tio və ditikarbamid turşuları, dimetilfermamid və həmin qrupdan qalanları, həmçinin diazobirləşmələr, diazoketonlar və diazoefirlər;

2.13. mürəkkəb efirlər: nitrit, nitrat, sulfat, xlorsulfanol, qarışqa, sirkə, propion, akril, metakril turşuları, efirləri və onların halogenli törəmələri;

2.14. fosfat turşusunun mürəkkəb efirləri və amidləri: trikrezilfosfat, tiofos, metefos, metiletiltiofos, merkaptofos, metilmerkaptofos, flüorofos, tabun, zonan, zarin, oktametil, karbofos, M-81, №74 preparatları DDVF, fosfamid, dietilxlormonofosfat, metildixlortiofosfat, dimetilxlortiofosfat və digər fosfor üzvi zəhərləyici maddələr;

2.15. yağlı polietilen sırasının nitro və amino birləşmələri və onların törəmələri: nitroolefinlər, nitroetan, nitrometan, nitropropan, nitrobutan, nitrofoks, xlorpikrin, nitrosikloheksan, metilamin, dimetilamin, trimetilamin, etilamin, dietilamin, etilenimin, polietilepilin, polietilenpoliamin, heksametilendiamin, etanolamin, tsikloheksilalin və bu sıradan digərləri;

2.16. aromatik sıranın nitro və amin birləşmələri və onların törəmələri: nitrobenzollar, nitrotoluollar, nitroksilol, dinok, dinoseb, nitronaftalinlər, nitrofenollar, nitro- və aminozollar, animen, asetonamilin, xloranilinlər, finilendiaminlər, benzidin,parafenetizin;

2.17. benzoxinonlar, naftaxinon, antraxinon, benzatren, parabezoxenon və dixlornaftaxinon;

2.18. üzvi boyalar: nitroxinon, nitro və nitroazoboyalar, azoboyalar, azin boyaları, 2-metilfuran (silvan);

2.19. hetrotsiklik birləşmələr istehsalında: furan, tetrahidrofuran, furfurol, tiofen, indol, piridin, pirazalen, purin, piridin və purin əsasları, pikolinlər, nikotin turşusu, dioksanlar, piperidin, morfomen, heksogen, barturatlar;

2.20. alkaloidlər: atropin, kokain, tiryək, morfin, kodein, strixnin, pilokarpin, skopolazin, salsolin, olekopos, papaverin, nikotin, anatazin, həmçinin tərkibində bu maddələr olan xammal və hazır məhsullar (narkotik-tütün, siqaret, siqaret istehsalı, tütünün fermentləşdirilməsi);

2.21. bor karbohidrogenləri;

2.22. halogenlər və halogen törəmələri: flüor, xlor, brom, yod, xlorlu, bromlu, flüorlu hidrogen, flüor turşusu, silisiumlu hidrogen flüorid turşusu, flüor oksidi, 1 və 2 xlor oksidi, triflüoridxlor, yodxlorid, karbonxlor oksidi (fosgen);

2.23. kükürd birləşmələri: hidrogensulfid, karbonsulfid, xlorsulfon turşusu, kükürdün xlor anhidridləri, sulfid və sulfat anhidridləri;

2.24. selen və onun birləşmələri: selen anhidridi, selenit turşusu, selenat turşusu, onların duzları, selenxloroksidi, selenin üzvi birləşmələri;

2.25. tellur və onun birləşmələri;

2.26. azot birləşmələri: hidrozin və onun birləşmələri, azot oksidi, azot turşusu, natrium azit, ammonyak, natrium nitrat, azotxlorid, nitrozilxlorid, hidroksilamin;

2.27. sarı (ağ) fosfor və onun birləşmələri: fosfor anhidridi, fosfat turşusu və onun duzları;

2.28. mərgümüş (arsen) və onun birləşmələri: arsen anhidridi və ona oxşar anhidridlər, kalsium arsenit, kalsium arsenat, natrium arsenit, Paris yaşılı, asarsol, iprit;

2.29. sürmə və onun birləşmələri: sürmə anhidridi və sürməli, sürməli hidrogen, sürmə xlorid;

2.30. sianidlər: hidrogensianid, kalium və natrium sianidlər, disian, xlorsian, bromsian, kalsiumsianid, sianurxlorid, benzilsianid;

2.31. nitrollar: asetonitril, asetonsianhidrin, akrilonitril, etilensianhidrin, bezonitril və başqaları;

2.32. izosianatlar, fenilizosianit, heksametilen, diizosianat, tolyilendiizosianat və başqaları;

2.33. tərkibində 10%-dən çox sərbəst kristallik silisium 2-oksid olan aerozol şəkilli silisium birləşmələri;

2.34. civə və onun üzvi, qeyri-üzvi birləşmələri: metal-civə, civə-sianid, civə-nitrat, guruldayıcı civə, dimetilcivə, etilmerkurxlorid, etilmerkurfosfat, dietilcivə, xlorfenolcivə, merkurasetet, merkuran və civənin digər birləşmələri;

2.35. manqan və onun birləşmələri: manqan oksidi, sulfat, xlorid və manqansulfat və onun başqa birləşmələrinin aerozolları;

2.36. berillium və onun birləşmələri: berillium oksidi, berillium oksidinin hidratı, berillium karbid, berillium sulfat, berillium xlorid, berillium flüor oksidi və başqa birləşmələrinin aerozolları;

2.37. tallium və onun birləşmələri: tallium xlorid, tallium sulfat, tallium asetat, tallium nitrat, tallium karbonat və digərləri;

2.38. titan və onun birləşmələri;

2.39. vanadium və onun birləşmələri: vanadium-5 oksid və 3-oksid, ammonium, natrium və kalsium vanadatları, vanadium xloridləri;

2.40. xrom və onun birləşmələri: xrom-3 oksid, xrom oksidi, xrom zəyi, natrium bixromat və başqaları;

2.41. molibden və onun birləşmələri: molibden-3 oksid, ammonium molibdat;

2.42. nikel və onun birləşmələri: nikeloksid, nikel 3-oksid, nikel 2-oksidin hidratı;

2.44. qalay, bor və silisium üzvi birləşmələri;

2.45. qurğuşun və onun birləşmələri;

2.46. nikel, kobalt, manqan metallarının karbonilləri;

2.47. litium, sezium, rubidium və digər qələvi elementləri və onların birləşmələri;

2.48. nadir torpaq elementləri (lantanidlər) və onların birləşmələri.

2.49. Kadmium oksid və onun digər birləşmələri;

2.50. bioloji baytarlıq preparatları, heyvanların çimizdirilmə vasitələri, akarasidlər və ərazinin dezinfeksiyasında işlədilən baytarlıq preparatları; antibiotiklər: biomisin, tetrasiklin, sintomisin, levomisetin və digərləri;

2.51. mikrobioloji mənşəli komponentlər: bakterioloji toksinlər, kimya-toksikoloji, virusoloji, seroloji və radioloji maddələr, mikotoksinlər;

2.52. güclü təsir edən zəhərli maddələrin aerozolları (“A” və “B” siyahısına daxil olanlar);

2.53. bütün növ dudaların istehsalı;

2.55. birinci və ikinci dərəcəli işlərdə açıq şəkildə istifadə olunan radioaktiv maddələr.

3. Pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullar verilən yeraltı əmək şəraitli iş yerləri iş yerlərinin attestasiyasının nəticələri əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 20 fevral tarixli 30 nömrəli qərarı ilə təsdiq edilmiş “İşləri yerin altında görülən yeraltı istehsalatların, şaxtaların, tunellərin, qurğuların və digər iş yerlərinin Siyahısı”na əsasən müəyyən edilir.

1.1. Bu Qaydalar “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların Siyahısı”na (bundan sonra - Siyahı) uyğun olaraq, işçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalar mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublika ərazisində yerləşən bütün müəssisələrdə tətbiq edilir.

1.3. İşçilərə pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullar iş yerlərinin attestasiyasının nəticələrinə əsasən həmin iş yerləri zərərli və ağır və ya xüsusilə zərərli və xüsusilə ağır qiymətləndirildikdə verilir.

Siyahının 1-ci hissəsində göstərilən istehsalat sahələrində çalışan işçilərə pulsuz müalicə-profilaktik yeməklər, 2-ci hissəsində göstərilən iş yerlərində çalışan işçilərə isə süd və ona bərabər tutulan məhsullar verilir.

1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 20 fevral tarixli 30 nömrəli qərarı ilə təsdiq edilmiş “İşləri yerin altında görülən yeraltı istehsalatların, şaxtaların, tunellərin, qurğuların və digər iş yerlərinin Siyahısı” ilə müəyyən edilmiş iş yerləri iş yerlərinin attestasiyasının nəticələrinə əsasən xüsusilə zərərli və xüsusilə ağır qiymətləndirildikdə, bu iş yerlərində çalışan işçilərə müvafiq rasion üzrə pulsuz müalicə-profilaktik yeməklər, həmin iş yerləri zərərli və ağır qiymətləndirildikdə isə süd və ona bərabər tutulan məhsullar verilir.

1.5. Həyata keçirilən əməyin mühafizəsi tədbirləri nəticəsində iş yerlərinin attestasiyası zamanı zərərli və ağır əmək şəraitinin aradan qaldırıldığı müəyyən edildikdə, işçilərə müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi dayandırılır.

2.1. Əmək şəraiti zərərli və ağır qiymətləndirilən iş yerlərində çalışan işçilərə iş vaxtı (növbəsi) ərzində 0,5 litr pulsuz süd verilir.

2.2. Pulsuz müalicə-profilaktik yeməklər və süd əvəzinə işçilərə pul kompensasiyasının ödənilməsi qadağandır.

Pulsuz müalicə-profilaktik yemək verilən işçilərə süd verilmir.

2.3. Pulsuz müalicə-profilaktik yeməklər iş vaxtı (növbəsi) ərzində iş yerinə yaxın bufetlərdə və ya yeməkxanalarda istirahət və nahar fasiləsi zamanı yeyilməlidir.

Süd və ona bərabər tutulan məhsullar iş vaxtı (növbəsi) ərzində iş yerinə yaxın bufetlərdə, yeməkxanalarda və ya sanitariya-gigiyena tələblərinə cavab verən otaqlarda paylanmalı, istirahət və nahar fasiləsi və ya qısa fasilələr zamanı içilməli və ya yeyilməlidir.

2.4. Zülal hesabı ilə aşağıdakı qida məhsulları 0,5 litr südə bərabər tutulur və süd əvəzinə onların verilməsinə yol verilir:

2.4.1. qatıq məhsulları (kefir və s.) - 500 qram;

2.4.2. kəsmik, xama - 150 qram;

2.4.3. yağlılığı 24 faizindən az olmayan pendir - 60 qram.

2.5. Südün əvəzinə bu Qaydalarla müəyyən edilməyən digər qida məhsullarının verilməsinə icazə verilmir.

2.6. Qurğuşunun qeyri-üzvi birləşmələri ilə daimi təmasda olan işçilərə süd əvəzinə qatıq verilməsi tövsiyə edilir və onlara süddən və ya qatıqdan əlavə saflaşdırılmış və konservləşdirilmiş bitki mənşəli qida məhsulları, meyvə şirəli içkilər şəklində 2 qram pektin verilməlidir (pektinin faktiki miqdarı istehsalçı zavod tərəfindən malın üstündə göstərilən faizlə müəyyən edilir). Bu miqdarda pektini əvəz etmək məqsədi ilə işçilərə kələmdən, yerkökündən, ağ turpdan, qırmızı turpdan, çuğundurdan hazırlanmış salat və ya tərkibində 250-300 milliqram mət olan natural meyvə şirələri verilməsinə icazə verilir.

Tərkibində pektin olan qida məhsulları, meyvə şirələri, içkilər işə başlamazdan qabaq verilməli və iş gününün başlanğıcında içilməli və ya yeyilməlidir.

2.7. Antibiotiklərin istehsalında və emalında çalışan işçilərə süd əvəzinə qatıq və ya üzlü süd əsasında hazırlanmış kolibakterin verilməlidir.

2.8. Bu Qaydalarla müəyyən edilmiş normalar dövlət təminatının minimum normalarıdır. Bu normalar çərçivəsində işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullarla bağlı xərclər buraxılan məhsulun və ya göstərilən xidmətin maya dəyəri xərclərinə aid edilir. Büdcədən maliyyələşdirilən müəssisələrdə işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullarla bağlı xərclər gəlirdən çıxılan xərclərin tərkibində nəzərdə tutulmaqla ödənilir.

2.9. Kollektiv müqavilələrdə, kollektiv müqavilənin bağlanmadığı hallarda isə əmək müqaviləsində və ya işəgötürənlə həmkarlar ittifaqları arasında razılaşmalarla bu Qaydalarla müəyyən edilmiş normalardan yüksək miqdarda, habelə bu Qaydalar şamil edilməyən zərərli və ağır əmək şəraitli iş yerlərində çalışan işçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi nəzərdə tutularsa, normadan artıq xərclər məhsulun maya dəyərinə daxil edilmir və müəssisənin gəliri hesabına ödənilir.

1. 16 sentyabr 2025-ci il tarixli 268 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 18 sentyabr 2025-ci il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 868)

2. 8 sentyabr 2026-cı il tarixli 267 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 sentyabr 2026-cı il, “Xalq” qəzeti, 12 sentyabr 2026-cı il, № 166) (Bu Qərar 2027-ci il iyulun 1-dən qüvvəyə minir.)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver