Qanunvericilik › “İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydası və həmin hüquqi şəxslərə dair tələblər”in təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 08.08.2019) › Tam mətn

“İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydası və həmin hüquqi şəxslərə dair tələblər”in təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 08.08.2019)

“İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydası və həmin hüquqi şəxslərə dair tələblər”in təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 08.08.2019) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.2.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydası və həmin hüquqi şəxslərə dair tələblər” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

Bakı şəhəri, 8 avqust 2019-cu il

1.1. “İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydası və həmin hüquqi şəxslərə dair tələblər” (bundan sonra – Qayda) “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 14.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin (bundan sonra – işədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər) reyestrinin aparılması qaydasını və həmin hüquqi şəxslərə dair tələbləri müəyyən edir.

1.2. İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestri (bundan sonra – Reyestr) “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 14.2-ci maddəsində nəzərdə tutulan işədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər barəsində məlumatların məcmusudur.

1.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) işədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər barəsində vahid informasiya bazasını yaratmaq məqsədilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemində (bundan sonra – ƏMAS) qurumların informasiya ehtiyatlarından və sistemlərindən (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə Reyestri elektron formada aparır.

1.4. Reyestr informasiya ehtiyatıdır, onun istifadəsi və mühafizəsi Nazirlik tərəfindən təmin edilir.

1.5. Reyestr Azərbaycan Respublikasının dövlət dilində aparılır.

1.6. Reyestr Azərbaycan Respublikasının dövlət mülkiyyətindədir.

1.7. Reyestrin formalaşdırılması, aparılması və inteqrasiyası ilə bağlı bu Qayda ilə tənzimlənməyən məsələlər Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilir.

1.8. Reyestrin digər informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçirilir.

2.1. İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə dair məlumatlar Reyestrə Azərbaycan Respublikasının “Fərdi məlumatlar”, “İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunlarına və Azərbaycan Respublikasının bu sahədə yaranan münasibətləri tənzimləyən digər normativ aktlarına uyğun olaraq daxil edilir.

2.2. Qanunun 14.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyəti yalnız hüquqi şəxslər tərəfindən Qanunun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

2.3. İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər tərəfindən bu Qaydanın 2.5-ci bəndində göstərilmiş məlumatlar əsasında Elektron Hökumət İnformasiya Sisteminin və ya “e-sosial” portalının mövcud autentifikasiya vasitələrindən istifadə etməklə ƏMAS-da bu Qaydanın əlavəsinə uyğun “Müraciət - Ərizə” elektron formada (interaktiv qaydada) doldurularaq daxil edilir.

2.4. Qanunun 14.5-ci maddəsinə uyğun olaraq, işədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər toplanılmış informasiya ehtiyatlarına dair Nazirliklə elektron qaydada qarşılıqlı məlumat mübadiləsini təmin edirlər.

2.5. Reyestrə aşağıdakı məlumatlar daxil edilir:

2.5.1. hüquqi şəxsin adı;

2.5.2. hüquqi şəxsin hüquqi ünvanı, faktiki ünvanı, əlaqə telefonları;

2.5.3. hüquqi şəxsin təşkilati-hüquqi forması;

2.5.4. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, qeyri-kommersiya qurumu üzrə həmçinin qeydiyyat nömrəsi;

2.5.5. hüquqi şəxsin hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri;

2.5.6. hüquqi şəxsin Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda yaratdığı qurumların olduğu yer, təşkilati-hüquqi forması və qeydiyyatı haqqında məlumatlar;

2.5.7. hüquqi şəxsin ləğvetmə prosesində olub-olmaması.

2.6. işədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər barədə məlumatlar Reyestrə bilavasitə hüquqi şəxsin rəhbəri və ya onun səlahiyyət verdiyi şəxslər tərəfindən daxil edilir.

2.7. Nazirlik Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin informasiya ehtiyatlarından və sistemlərindən istifadə edərək işədüzəlmədə vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxsin vergilər, faizlər və maliyyə sanksiyaları, hüquqi şəxsin məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə borcunun olmaması barədə məlumatları əldə edir.

2.8. İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxs mövcud informasiya ehtiyatlarında ona aid olan fərdi və kommersiya xarakterli məlumatların Nazirlik tərəfindən sorğu edilərək əldə olunmasına dair razılığını gücləndirilmiş elektron imzası ilə təsdiq etməlidir.

3.1. İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə dair tələblər aşağıdakılardır:

3.1.1. Reyestrdə qeydiyyatdan keçməlidir;

3.1.2. iqtisadi fəaliyyət növü işədüzəlmədə vasitəçilik fəaliyyəti olmalıdır;

3.1.3. işaxtaran və işsiz şəxslərin işə düzəlməsində vasitəçilik fəaliyyəti ilə əlaqədar toplanılmış informasiya ehtiyatları ilə bağlı Nazirliklə elektron qaydada qarşılıqlı məlumat mübadiləsini təmin etməlidir;

3.1.4. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində işə düzəlməsində vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin tələblərinə əməl etməlidir.

Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, qeyri-kommersiya qurumu üzrə həmçinin qeydiyyat nömrəsi

*Hüquqi şəxsin hüquqi ünvanı

Hüquqi şəxsin faktiki ünvanı

*Hüquqi şəxsin təşkilati-hüquqi forması

Hüquqi şəxsin elektron poçt ünvanı

Hüquqi şəxsin əlaqə telefonları

Hüquqi şəxsin hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri

*Hüquqi şəxsin ləğvetmə prosesində olması barədə məlumat

Hüquqi şəxsin Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda yaratdığı qurumların olduğu yer, təşkilati-hüquqi forması və qeydiyyatı haqqında məlumatlar

*Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu varmı?

*Məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə borcu varmı?

*“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun, Əmək Məcəlləsinin pozulmasına görə hər hansı inzibati cəza tətbiq olunubmu?

*Sistem tərəfindən avtomatik müəyyən edilən, bu baş vermədikdə istifadəçi tərəfindən əl ilə daxil edilməsi mümkün olan məlumatlar.

1. 16 mart 2022-ci il tarixli 94 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 mart 2022-ci il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 271)

2. 5 avqust 2023-cü il tarixli 283 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 avqust 2023-cü il, “Xalq” qəzeti, 12 avqust 2023-cü il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, II kitab, maddə 1266)

3. 12 may 2025-ci il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 may 2025-ci il, “Xalq” qəzeti, 16 may 2025-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 5, maddə 507)

4. 9 fevral 2026-cı il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 fevral 2026-cı il, “Xalq” qəzeti, 12 fevral 2026-cı il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 2, maddə 183)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver