Qanunvericilik › “İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 05.08.2023) › Tam mətn

“İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 05.08.2023)

“İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 05.08.2023) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 677-VIQD nömrəli Qanununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 21 mart tarixli 969 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1946 nömrəli Fərmanının 2.2.4-cü yarımbəndinin və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 23 dekabr tarixli 755-VIQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 yanvar tarixli 1999 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar 2023-cü il 1 yanvar tarixindən tətbiq edilir və 2033-cü il 1 yanvar tarixinədək qüvvədədir.

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 5 avqust 2023-cü il

Ev heyvanları üçün hazır yemlərin istehsalı Homogenləşdirilmiş hazır yeməklər və hazır pəhriz yeməklərinin istehsalı

Digər qruplara daxil edilməyən sair qida məhsullarının istehsalı

Südlük iribuynuzlu mal-qaranın yetişdirilməsi

Digər iribuynuzlu mal-qaranın və camışların yetişdirilməsi

Şirin su hövzələrində balıqyetişdirmə

Ət emalı və konservləşdirilməsi

Ev quşlarının ətinin emalı və konservləşdirilməsi

Ət məhsulları və ev quşlarının ətindən alınan məhsulların istehsalı

Balıq, xərçəngkimilər və molyuskaların emalı və konservləşdirilməsi

Yağ və piylərin istehsalı

Süd və pendir məhsullarının istehsalı

Fermalarda saxlanılan heyvanlar üçün hazır yemlərin istehsalı

Üzümdən şərab istehsalı

Toxuculuq məhsullarının istehsalı

Geyim və xəz məhsullarının istehsalı

Dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı

Yığma parket döşəmələrin istehsalı

Divar kağızlarının istehsalıəzmunda 1-1–1-11-ci, 6-1–6-5-ci, 8-1-ci, 8-2-ci, 16–18-ci sətirlər əlavə edil

Əczaçılıq məhsullarının istehsalı

Armaturlaşdırılmamış və ya digər materiallarla kombinə edilməmiş plastinlər, lövhələr, plyonkalar, zərvərəqlər və zolaqların istehsalı

Məsaməli plastmasdan sair plastinlər, lövhələr, plyonkalar, zərvərəqlər və zolaqların istehsalı

Döşəmə, divar və tavan üçün plastmasdan rulon və ya plitə şəklində örtüklərin istehsalı

Şüşə saxsıdan başqa, stəkanların istehsalı

Təsərrüfat və dekorativ saxsı məmulatlarının istehsalı Saxsı santexnika məmulatlarının istehsalı

Bıçaq məmulatlarının istehsalı

Digər qruplara daxil edilməyən sair hazır metal məmulatlarının istehsalı

Kompüter, elektron və optik məhsulların istehsalı

Elektrik avadanlıqlarının istehsalı

Maşın və avadanlıqların istehsalı

Avtonəqliyyat vasitələri üçün elektrik və elektron avadanlıqların istehsalı

Sərnişin daşımaq üçün sair avtonəqliyyat vasitələrinin istehsalı

Bir və ya bir neçə üsulla yükləri daşımaq üçün xüsusi nəzərdə tutulan konteynerlərin istehsalı

Silindrlərinin həcmi 50 kub sm-dək olan daxili yanma piston mühərrikli motosikletlər və mopedlərin, həmçinin silindrlərinin həcmi 50 kub sm-dən çox olan piston mühərrikli motosikletlərin istehsalı

Sair sənaye məmulatlarının istehsalı

(Zərgərlik məmulatlarının istehsalı və azqiymətli materiallardan zərgərlik məmulatlarının (süni daş-qaşların) istehsalı istisna olmaqla)

Müasir suvarma sistemlərinin tətbiq edildiyi ərazisi 5 hektardan az olmayan istixana təsərrüfatlarında kənd təsərrüfatı məhsullarının yetişdirilməsi

Bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisinin istehsalı (paylarının (səhmlərinin) 50 (əlli) faizi və daha artıq hissəsi birbaşa və ya dolayısilə dövlətə məxsus olan hüquqi şəxslərə və dövlətin yaratdığı publik hüquqi şəxslər istisna olmaqla)

Elmi tədqiqatlar və işləmələr

Kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və qablaşdırılması

1. İqtisadi Fəaliyyət Növləri “İqtisadi Fəaliyyət Novləri Təsnifatı”na (AZT029-2008) uyğun olaraq verilmişdir.

2. Məhsul növləri “Məhsul Növləri Təsnifat”ına (AZT 053-2018) uyğun olaraq verilmişdir.

3. İkinci və üçüncü siyahılar üzrə müəyyən edilmiş texnika, texnoloji avadanlıqlar, qurğular, xammal və materialların yalnız birinci siyahıda qeyd edilmiş iqtisadi fəaliyyət sahələri üzrə istehsal qurulacağı təqdirdə idxalın əlavə dəyər vergisi və gömrük rüsumundan azad olunması nəzərə alınır.

4. 1-1–1-11-ci sətirlər üzrə investisiya layihələrinə güzəştlər yalnız texnika, texnoloji avadanlıq və qurğuların idxalı zamanı tətbiq edilir.

İstənilən maddələr üçün (sıxılmış və ya mayeləşdirilmiş qazdan başqa), qara metallardan rezervuarlar, sisternlər, çənlər və analoji qablar, həcmi 300 l-dən çox olan, üzlüklü və ya termoizolyasiyalı və ya onlarsız, lakin mexaniki və ya istilik-texniki avadanlıqsız

Qara metallardan qızdırıcı sobalar, qızdırıcı-bişirmə sobaları və yeməyin hazırlanması üçün sobalar (mərkəzi isitmənin köməkçi qazanları ilə sobalar daxil olmaqla), frityür qazanları, barbekülər (manqallar), plitələr üçün odluqlar, yeməyin qızdırılması üçün qızdırıcılar və analoji qeyri-elektrik məişət cihazları və onların hissələri

Qara metallardan qeyri-elektrik qızdırma ilə mərkəzi isitmə üçün radiatorlar və onların hissələri; qara metaldan quraşdırılmış ventilyatorla və ya mühərrikli hava üfürənlərlə təchiz olunmuş qeyri-elektrik qızdırma ilə hava qızdırıcıları və isti havanın verilməsi üçün (həmçinin, təzə və ya kondisiyalaşdırılmış havanın verilməsi üçün qurğular daxil olmaqla) paylayıcı qurğular və onların hissələri

Metalın ekstruziyası və ya məftil çəkmə üçün filyerlər də daxil olmaqla əl alətləri üçün mexaniki ötürücülü və ya onsuz və ya dəzgahlar üçün (məsələn, presləmə, ştamplama, doğrama, yiv açma, deşmə, oyma, çəkmə, frezləmə, torna emalı və ya vintləmə üçün) dəyişdirilən işçi alətləri, qaya süxurlarının və ya torpağın qazılması üçün alətlər

Maşınlar və ya mexaniki qurğular üçün bıçaqlar və kəsici tiyələr

Buxar qazanları və ya digər buxar yaradan qazanlar (aşağı təzyiqli buxar da yarada bilən mərkəzi istilik su qazanlarından başqa); qaynar su qazanları

8402 mal mövqeyinin qazanlarından başqa, mərkəzi istilik qazanları

8402 və ya 8403 mal mövqeyinin qazanları ilə birlikdə istifadə olunan köməkçi avadanlıq (məsələn ekonomayzerlər, buxar qızdırıcıları, qurum kənarlaşdırıcıları, qaz rekuperatorları); buxar-su və ya digər buxar güc qurğuları üçün kondensatorlar

Təmizləyici qurğularla və ya onlarsız qaz generatorları və ya su qazı generatorları; təmizləyici qurğularla və ya onlarsız asetilen qazı generatorları və analoji qaz generatorları

Su buxarı turbinləri və digər buxar turbinləri

Dövri və ya irəli-geri hərəkət edən porşenli, qığılcımla alışan daxili yanma mühərrikləri

Sıxılmadan alovlanan porşenli daxili yanma mühərrikləri (dizellər və yarımdizellər)

Yalnız və ya əsasən 8407 və ya 8408 mal mövqeyinin mühərrikləri üçün nəzərdə tutulmuş hissələr

Hidravlik turbinlər, su təkərləri və onlar üçün tənzimləyicilər

Turboreaktiv və turbovintli mühərriklər, digər qaz turbinləri

Digər mühərriklər və güc qurğuları

Məsrəfölçənlərlə və ya onlarsız maye nasosları; maye qaldırıcıları

Vakuum və ya hava nasosları, hava və ya qaz kompressorları və ventilyatorlar; filtrli və ya filtrsiz, ventilyasiyalı və ya hava dövrlü sorucu qalpaqlar və ya ventilyasiyalı dolablar; filtrli və ya filtrsiz bioloji təhlükəsizlik üçün qaz buraxmayan dolablar

Rütubəti ayrıca tənzimləyə bilməyən kondisionerlər daxil olmaqla mühərrikli ventilyatorla və havanın temperaturunu və rütubətini ölçən cihazlarla təchiz olunmuş havanın kondisiyalaşdırılması üçün qurğular

Maye yanacaq, tozlandırılmış bərk yanacaq və ya qaz üçün qızdırma odluqları; mexaniki ocaq qəfəsli şəbəkələr, mexaniki kül kənarlaşdırıcıları daxil olmaqla mexaniki odluqlar və analoji qurğular

Zibilyandıran sobalar daxil olmaqla qeyri-elektrik sənaye və ya laboratoriya sobaları və kürələri

Soyuducular, dondurucular və elektrik və ya başqa tipli digər soyuducu və ya dondurucu avadanlıq; 8415 mal mövqeyinin havanın kondisiyalaşdırılması üçün qurğulardan başqa istilik nasosları

Məişətdə istifadə olunan maşınlar və avadanlıq istisna olmaqla isitmə, bişirmə, qızardılma, distillə etmə, rektifikasiya, sterilizasiya, pasterizasiya, buğa vermə, qurutma, buxarlandırma, kondensasiya və ya soyutma kimi temperatur dəyişməsi prosesində materialların emalı üçün elektrik və ya qeyri-elektrik qızdırıcılı (8514 mal mövqeyinin sobaları, kameraları və ya digər avadanlığı istisna olunmaqla) maşınlar, sənaye və ya laboratoriya avadanlığı; qeyri-elektrik axar tipli və ya tutumlu su qızdırıcıları

Metalın və ya şüşənin emalı üçün maşınlardan başqa, kalandrlar və ya digər vallı maşınlar və onlar üçün vallar

Mərkəzdənqaçma quruducular daxil olmaqla sentrifuqalar; mayelərin və ya qazların filtrlənməsi və ya təmizlənməsi üçün qurğular və avadanlıq

Qabyuyan maşınlar; butulkaların və ya digər tutumların yuyulması və ya qurudulması üçün avadanlıq; butulkaların, bankaların doldurulması, tıxanması, yeşiklərin, torbaların və digər tutumların bağlanması, onların möhürlənməsi və ya etiketləşdirilməsi üçün avadanlıq; butulkaların, bankaların, tübiklərin və analoji tutumların qalpaqlarla və ya qapaqlarla hermetik bağlanması üçün avadanlıq; digər qablaşdırma və bükmə (qablaşdırma materiallarını termogeydirmə üsulu ilə bürüyən avadanlıq daxil olmaqla) üçün avadanlıq; içkilərin qazlaşdırılması üçün avadanlıq

Çəkilən yükün ağırlıq gücü ilə hərəkətə gətirilən hesablama və ya nəzarət maşınları daxil olmaqla çəki olçmək üçün avadanlıq (həssaslığı 0,05 q və ya daha artıq olan tərəzilərdən başqa); bütün tipli tərəzilər üçün çəki daşları

Mayelərin və ya tozların atılması, çilənməsi və ya püskürdülməsi üçün mexaniki qurğular (o cümlədən, əllə idarəetmə ilə və ya onsuz); doldurulmuş və ya doldurulmamış yanğınsöndürənlər; pulverizatorlar və analoji qurğular; buxarşırnaqlı və ya qumatıcı və analoji atma qurğuları

Skipli yük qaldırıcılarından başqa, qaldırıcı tallar və qaldırıcılar; bucurğadlar və dolamaçarxlar (kabestanlar); domkratlar

Gəmi derrik-kranları; kabel-kranlar daxil olmaqla qaldırıcı kranlar; hərəkətli qaldırıcı fermalar; portal yükləyicilər və qaldırıcı kranla təchiz olunmuş arabacıqlar

Çəngəlağız avtoyükləyicilər; qaldırıcı və ya yükləyici-boşaldıcı avadanlıqla təchiz olunmuş digər yükləyicilər

Digər qaldırılma, yerdəyişmə, yüklənmə və ya boşaldılma üçün maşınlar və qurğular (məsələn, liftlər, eskalatorlar, konveyerlər, kanat yolları)

Dönməz və dönər kavahınla buldozerlər, qreyderlər, planlaşdırıcılar, skreperlər, mexaniki kürəklər, ekskavatorlar, birçalovlu yükləyicilər, toxaclayıcı və yolbasan maşınlar, özügedən

Torpağın, faydalı qazıntıların və ya filizlərin yerdəyişməsi, planlaşdırılması, profillənməsi, işlənməsi, toxaclaması, sıxlaşdırılması, çıxarılması və ya qazılması üçün digər maşınlar və mexanizmlər; dirəklərin vurularaq basdırılması və çıxarılması üçün avadanlıq; kotanlı və rotorlu qartəmizləyicilər

Yalnız və ya əsasən 8425-8430 mal mövqelərinin avadanlığı üçün nəzərdə tutulmuş hissələr

Torpağın hazırlanması və işlənməsi üçün kənd təsərrüfatı, bağçılıq və ya meşə təsərrüfatı maşınları; qazon və ya idman meydançaları üçün vallar

Pres toplayıcılar, saman və ya quru ot üçün tay bağlayan preslər daxil olmaqla kənd təsərrüfatı bitkilərinin yığılması və ya döyümlənməsi üçün maşınlar və ya mexanizmlər; otbiçənlər və ya qazonbiçənlər; 8437 mövqeyində göstərilən maşınlarından başqa, yumurtaların, meyvənin və ya digər kənd təsərrüfatı məhsullarının təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınlar

Sağıcı qurğular və aparatlar, südün emalı və təkrar emalı üçün avadanlıq

Preslər, xırdalayıcılar və şərabçılıq, sidr, meyvə şirələri və ya analoji içkilərin istehsalı üçün analoji avadanlıq

Mexaniki və ya qızdırıcı qurğulu toxumların cücərdilməsi üçün digər avadanlıq daxil olmaqla kənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı, quşçuluq və ya arıçılıq üçün avadanlıq; quşçuluq üçün inkubatorlar və bruderlər

Toxum, taxıl və ya quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınlar; kənd təsərrüfatı fermalarında istifadə olunan avadanlıqdan başqa, unüyütmə sənayesi üçün avadanlıq və ya taxıl və ya quru paxlalı bitkilərin emalı üçün avadanlıq

Heyvan mənşəli piylərin və yağların, bitki və ya mikrobioloji mənşəli sabit piylərinin və ya yağlarının ekstraksiyası və ya hazırlanması üçün avadanlıqdan başqa, bu qrupun başqa yerində adları çəkilməyən və ya daxil olunmayan qida məhsullarının və ya içkilərin istehsalı və ya hazırlanması üçün avadanlıq

Lifli sellüloz materiallardan kütlənin istehsalı və ya kağızın və ya kartonun hazırlanması və işlənməsi üçün avadanlıq

Kitab bloklarının tikilməsi üçün maşınlar daxil olmaqla cildləmə avadanlığı

Bütün növ kəsmə maşınları daxil olmaqla kağız kütləsindən, kağızdan və ya kartondan məmulatların istehsalı üçün digər avadanlıq

Lövhələrin, silindrlərin və ya digər çap formalarının hazırlanması və ya düzəldilməsi üçün maşınlar, aparatura və ləvazimatlar (8456-8465 mal mövqelərinin dəzgahlarından başqa); lövhələr, silindrlər və digər çap formaları; çap məqsədləri üçün hazırlanmış lövhələr, silindrlər və litoqrafiya daşları (məsələn, yonulmuş, cilalanmış və ya pardaqlanmış)

Lövhələrin, silindrlərin və 8442 mal mövqeyinin digər çap formalarının vasitəsilə çap üçün istifadə olunan çap maşınları; digər printerlər, surətçıxarma və faksimil aparatları, birləşdirilmiş və ya birləşdirilməmiş; onların hissələri və ləvazimatları

Kimyəvi tekstil materiallarının ekstruziyası, dartılması, teksturasiya edilməsi və kəsilməsi üçün maşınlar

Tekstil liflərin hazırlanması üçün maşınlar; tekstil ipliklərin hazırlanması üçün əyrilmə, eşmə və ya burma maşınları və digər avadanlıq; barama sarıyan və ya sarıyıcı tekstil maşınları (arğac ipliyini sarıyan daxil olmaqla) və 8446 və ya 8447 mal mövqeyinin maşınlarında istifadə üçün tekstil ipliyini hazırlayan tekstil maşınları

Baftalı sapın, tülün, krujevaların hazırlanması, naxış tikmə, tesmanın və ya torların hörülmələsi üçün trikotaj toxuyucu, toxuyucu iki üzdən tikmə maşınları və taftinqli maşınlar

8444, 8445, 8446 və ya 8447 mal mövqeyinin maşınları ilə istifadə üçün yardımçı avadanlıq (məsələn, remizaqaldırıcı karetkalar, jakkard maşınları, sapın qırılması üçün avtomatik dayanma mexanizmləri, məkik dəyişdirilməsi üçün mexanizmlər); yalnız və ya əsasən bu mal mövqeyinin və ya 8444, 8445, 8446 və ya 8447 mal mövqeyinin maşınları üçün nəzərdə tutulmuş hissələr və ləvazimatlar (məsələn, iylər və roqulkalar, iynəli qarnitur, daraqlar, filyerlər, məkiklər, remizlər və remiz çərçivələri, trikotaj iynələri)

Fetr şlyapaların istehsalı üçün avadanlıq daxil olmaqla parçalar və ya biçmələr şəklində keçə və ya fetr və ya toxunmamış materialların istehsalı və ya işlənməsi üçün avadanlıq; şlyapa hazırlanması üçün qəliblər

Sıxma qurğuları ilə təchiz olunmuş maşınlar daxil olmaqla məişətdə və ya camaşırxanalarda istifadə üçün paltaryuyan maşınlar

Yuyulma, təmizləmə, sıxma, qurutma, ütüləmə, presləmə (materialların termofiksasiyası üçün preslər daxil olmaqla), ağartma, boyama, appretura, işlənmə, ipliklərin, parçaların və ya hazır tekstil materiallarının üzərinə örtüyün çəkilməsi və hopdurulması üçün avadanlıq (8450 mal mövqeyinin maşınlarından başqa) və linoleum kimi döşəməüstü örtüklərin istehsalında istifadə olunan toxunmuş və ya digər əsasların üzərinə pastanın yaxılması üçün istifadə olunan maşınlar; tekstil parçaların sarınması, açılması, qatlanması, kəsilməsi və ya deşilməsi üçün maşınlar

8440 mal mövqeyinin kitab bloklarının tikilməsi üçün maşınlardan başqa, tikiş maşınları; tikiş maşınları üçün xüsusi olaraq nəzərdə tutulmuş mebel, əsaslar və futlyarlar; tikiş maşınları üçün iynələr

Tikiş maşınlarından başqa, gönlərin və ya dərilərin hazırlanması, aşılanması və ya emalı üçün və ya ayaqqabının və ya dəridən və ya göndən digər məmulatların hazırlanması və ya təmiri üçün avadanlıq

Metallurgiyada və ya tökmə istehsalatında istifadə olunan konvertorlar, tökmə təknələri, polad qəliblər və tökmə maşınları

Metal prokat maşınları və onlar üçün vallar

Materialın lazer və ya digər işıq və ya foton şüalarının, ultrasəs, elektrik boşalması, elektrokimyəvi, elektron-şüa, ion-şüaları və ya plazma-qövs proseslərinin köməyi ilə kənarlaşdırılması yolu istənilən materialların emalı üçün dəzgahlar; suşırnaqlı kəsici maşınlar

Metalın emalı üçün emal mərkəzləri, birmövqeli və çoxmövqeli aqreqat dəzgahlar

Metalkəsən torna dəzgahları (çoxməqsədli torna dəzgahları daxil olmaqla)

8458 mal mövqeyinin torna dəzgahlarından (çoxməqsədli torna dəzgahları daxil olmaqla) başqa, dəlikaçma, yonma, frezləmə, metalın kənarlaşdırılması ilə xarici və ya daxili yiv açma üçün metalkəsən dəzgahlar (xətti quruluşlu aqreqat dəzgahlar daxil olmaqla)

8461 mal mövqeyinin dişaçma, diş cilalama və ya diş tamamlama dəzgahlarından başqa, soyucu-cilalayıcı, itiləyici, cilalayıcı, honlama, sürtüb-uyğunlaşdırıcı, pardaqlayıcı dəzgahlar və metalların və ya metal-keramika məmulatlarının abraziv dairələrin və cilalayıcı vasitələrin köməyi ilə təmizlənib işlənməsi üçün digər əməliyyatları yerinə yetirən dəzgahlar

Uzununa yonma, eninə yonma, dəlmə, dartma, dişaçma, diş cilalama və ya diş tamamlama, mişarlama, kəsmə dəzgahları və materialı kənarlaşdırılmaqla metalların və metal-keramikanın emalı üçün başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan digər dəzgahlar

Metalların həcmli ştaplama, döymə və ya ştamplama ilə emalı üçün dəzgahlar (preslər daxil olmaqla); metalların emalı üçün (preslər, uzununa kəsmə xətti və eninə kəsmə xətti də daxil olmaqla) əymə, kənarəymə, düzləşdirmə, kəsmə, deşmə, doğrama və ya oyma dəzgahları (məftil çəkmə dəzgahlarından başqa); metalların və ya metal karbidlərinin emalı üçün yuxarıda adı göstərilməyən preslər

Materialı kənarlaşdırmamaqla metal və ya metal-keramikanın emalı üçün digər dəzgahlar

Daşın, keramikanın, betonun, asbosementin və ya analoji mineral materialların emalı və ya şüşənin soyuq emalı üçün dəzgahlar

Ağacın, mantarın, sümüyün, ebonitin, bərk plastmasın və ya analoji bərk materialların emalı üçün dəzgahlar (mıxların, dəmirbəndlərin, yapışqanın vasitəsilə və ya digər üsullarla yığma üçün maşınlar daxil olmaqla)

Alətin və ya detalların bərkidilməsi üçün qurğular, özüaçılan yivaçan başlıqlar, bölücü başlıqlar və avadanlıq üçün digər xüsusi qurğular da daxil olmaqla, yalnız və ya əsasən 8456-8465 mal mövqelərinin avadanlığı üçün hissələr və ləvazimatlar; bütün növ əl alətləri üçün iş alətlərinin bərkidilməsi üçün qurğular

Pnevmatik, hidravlik və ya elektrik və ya qeyri-elektrik mühərrikli əl alətləri

8515 mal mövqeyinin maşınlarından və aparatlarından başqa, kəsmə üçün yararlı və ya yararsız aşağı temperaturlu lehimləmə, yuxarı temperaturlu lehimləmə və ya qaynaq üçün aparatlar və avadanlıq; qazla işləyən səthi termoemal üçün aparatlar və maşınlar

Hesablayıcı maşınlar və hesablayıcı funksiyalı məlumatın yazılması, canlandırılması və vizual təsviri üçün cib maşınları; mühasibat maşınları, poçt markalayıcı maşınlar, bilet aparatları və hesablayıcı qurğulu digər analoji maşınlar; kassa aparatları

Hesablayıcı maşınlar və onların blokları; başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan maqnit və ya optik hesablayıcı qurğular, kodlaşdırılmış formada məlumatı informasiya daşıyıcılarına köçürmək üçün maşınlar və informasiyanın işlənməsi üçün oxşar maşınlar

Digər kontor avadanlığı (məsələn, hektoqrafik və ya trafaret çoxaldıcı aparatlar, ünvan maşınları, banknotların verilməsi üçün avtomatik qurğular, sikkələrin çeşidlənməsi, hesablanması və ya qablaşdırılması üçün maşınlar, karandaşların yonulması üçün maşınlar, dəlik açma maşınları və ya dəmirbəndlə bərkidilmə üçün maşınlar)

Yalnız və ya əsasən 8470-8472 mal mövqelərinin maşınları üçün hissələr və ləvazimatlar (daşınma üçün futlyarlardan, çexollardan və analoji məmulatlardan başqa)

Bərk (o cümlədən toz və ya pasta şəklində) halda olan torpağın, daşın, filizin və ya digər mineral qazıntıların çeşidlənməsi, qəlbirləməsi, ayrılması, yuyulması, xırdalanması, qarışdırılması və ya yoğrulması üçün avadanlıq; bərk mineral yanacağın, keramika tərkiblərin, bərkiməmiş sementin, gips materialların və ya toz və ya pasta şəklində olan digər mineral məhsulların aqlomerasiyası, qəliblənməsi və ya tökülməsi üçün avadanlıq; qumdan tökmə formaların hazırlaması üçün qəlibləmə maşınları

Elektrik və ya elektron lampaların, borucuqların və ya elektron-şüa borucuqların və ya şüşə kolbalarda qazboşalma lampaların yığılması üçün maşınlar; şüşənin və ya şüşə məmulatların hazırlanması və ya isti emalı üçün maşınlar

Bu qrupun başqa yerində adları çəkilməyən və ya daxil olunmayan rezinin və ya plastmasın emalı və ya bu materiallardan məhsulun istehsalı üçün avadanlıq

Bu qrupun başqa yerində adları çəkilməyən və ya daxil olunmayan tütünün hazırlanması üçün avadanlıq

Bu qrupun başqa yerində adları çəkilməyən və ya daxil olunmayan fərdi funksiyalı maşınlar və mexaniki qurğular

Metal tökmə istehsalı üçün qəlib qutuları; tökmə altlıqları; tökmə modelləri; metalların (külçələrin tökülməsi üçün qəliblərdən başqa), metal karbidlərin, şüşənin, mineral materialların, rezinin və ya plastmasların tökülməsi üçün formalar

Reduksiya və termotənzimləyici klapanlar da daxil olmaqla boru kəmərləri, qazanlar, rezervuarlar, sisternlər, çənlər və ya analoji tutumlar üçün kranlar, klapanlar, ventillər və analoji armaturalar

Transmissiya valları (yumruqcuqlu və dirsəkli vallar da daxil olmaqla) və krivoşiplər; vallar üçün diyirlənmə yastıq korpusları və sürüşmə yastıqları; dişli çarxlar və ya dişli ötürmələr; kürəcikli və ya diyircəkli vintli ötürmələr; hidrotransformatorlar da daxil olmaqla ötürücü qutular və sürətin digər variatorları; şkiv blokları da daxil olmaqla nazim çarxlar və şkivlər; muftalar və valların birləşməsi üçün qurğular (universal şarnirlər də daxil olmaqla)

Additiv texnologiya (3D çap) üçün maşınlar

Yalnız və ya əsasən yarımkeçirici külçələrin və ya lövhələrin, yarımkeçirici cihazların, elektron inteqral sxemlərin və ya yastı displey panellərin istehsalı üçün istifadə olunan maşınlar və aparatura; bu qrupa dair 11 C qeydində göstərilən maşınlar və aparatura; hissələr və ləvazimatlar

Bu qrupun başqa yerində adları çəkilməyən və ya daxil edilməyən, elektrik detalları, elektrik birləşmələri, izolyatorları, kontaktları, makaraları və digər elektrik detalları olmayan avadanlığın hissələri

Elektrik mühərriklər və generatorlar (elektrik generator qurğularından başqa)

Elektrik generator qurğuları və fırlanan elektrik dəyişdiriciləri

Yalnız və ya əsasən 8501 və ya 8502 mal mövqeyinin maşınları üçün nəzərdə tutulmuş hissələr

Elektrik transformatorlar, statik elektrik dəyişdiricilər (məsələn, düzləndiricilər), induktivlik çarxları və drossellər (8504 21, 8504 22, 8504 23, 8504 33, 8504 34 yarımmövqeləri istisna olmaqla)

Elektromaqnitlər; sabit maqnitlər və maqnitləşmədən sonra sabit maqnitə çevrilmə üçün nəzərdə tutulmuş məmulatlar; elektromaqnit və ya sabit maqnitli sıxac patronları, tutqaclar və analoji təsbitedici qurğular; elektromaqnit ilişmələr, muftalar və əyləclər; elektromaqnit qaldırıcı başlıqlar

Elektrik akkumulyatorlar, onlar üçün düzbucaqlı (o cümlədən kvadrat) və ya digər formada separatorlar daxil olmaqla

8508 mal mövqeyində göstərilən tozsoranlardan başqa, elektrik mühərrik ilə təchiz edilmiş məişət elektromexaniki maşınlar

Daxili yanma mühərriklərinin qığılcımla və ya yanacaq qarışığının sıxılması ilə alışması və ya işə salınması üçün elektrik avadanlıq (məsələn, maqneto, alışdırma makaraları, alışdırma şamları, közərtmə şamları, starterlər); generatorlar (məsələn, sabit və dəyişən cərəyanlı) və bu kimi mühərriklərlə birlikdə istifadə olunan cərəyankəsicilər

Sənaye və ya laboratoriya elektrik sobaları və kameraları (induksiya hadisəsi və ya dielektrik itkiləri əsasında işləyən daxil olmaqla); induksiya hadisəsi və ya dielektrik itkisi üsulu ilə materialların termik emalı üçün sənaye və ya laboratoriya avadanlığı

Kəsmə əməliyyatını yerinə yetirməyə qadir olan və ya olmayan, elektrik (o cümlədən qazın elektriklə qızdırılması daxil olmaqla), lazer və ya digər işıq və ya foton, ultrasəs, elektron-şüa, maqnit-impulsiv və ya plazma-qövs aşağı temperaturlu lehimləmə, yüksək temperaturlu lehimləmə və ya qaynaq maşınınları və aparatları; metalların və ya metal-keramikanın səthinin isti tozlandırılması üçün elektrik maşınlar və aparatlar

Elektriklə işləyən axar tipli və ya tutumlu su qızdırıcıları, batırılma elektrik qızdırıcıları; hər hansı bir məkanın və torpağın isidilməsi üçün elektrik avadanlıq, saçlara qulluq üçün elektrotermik aparatar (məsələn, saç quruducuları, biqudi, isti burma üçün maşalar) və əl quruducuları; elektrik ütülər; digər məişət elektrik qızdırıcı cihazları; 8545 mal mövqeyində göstərilənlərdən başqa, elektrik müqavimət qızdırıcıları

Mobil və ya digər naqilsiz rabitə şəbəkələri üçün smartfonlar və digər telefon aparatları da daxil olmaqla telefon aparatları; 8443, 8525, 8527 və ya 8528 mal mövqeyinin ötürücü və ya qəbuledici aparaturalarından başqa, naqilsiz və ya naqilli rabitə şəbəkəsində kommunikasiya üçün aparatura daxil olmaqla (məsələn, lokal və ya qlobal rabitə şəbəkəsində), səsin, təsvirin və ya başqa məlumatların ötürülməsi və ya qəbul edilməsi üçün digər aparatura

37-ci qrupun məmulatlarından başqa, disklərin hazırlanması üçün matrisa və master-disklər daxil olmaqla yazılmış və ya yazılmamış, səsyazma və ya başqa hadisələr üçün disklər, lentlər, enerji asılılığı olmayan məlumatların saxlanılması üçün sərt cisimli qurğular, "intellektual kartlar" və digər səsyazma və ya digər hadisələr üçün daşıyıcılar

Radiolokasiya, radionaviqasiya aparaturası və uzaqdan idarəetmə üçün radioaparatura

Bir korpusda səsyazan və ya səsləndirici aparatura ilə və ya saatla birləşdirilmiş və ya birləşdirilməmiş radioyayım üçün qəbuledici aparatura

Tərkibində televiziya üçün qəbuledici aparatura olmayan monitorlar və proyektorlar; tərkibində geniş yayımlı radioqəbuledici və ya səsi və ya təsviri yazan və ya canlandıran aparatura olan və ya olmayan televiziya rabitəsi üçün qəbuledici aparatura

Yalnız və ya əsasən 8524-8528 mal mövqelərinin aparaturası üçün nəzərdə tutulmuş hissələr

8512 və ya 8530 mal mövqeyinin avadanlığından başqa, səs və ya vizual siqnalizasiya elektrik avadanlığı (məsələn, zənglər, sirenalar, indikator panelləri, mühafizənin təmin edilməsi üçün və ya yanğın təhlükəsizliyi üçün siqnalizasiyası qurğuları)

Sabit, dəyişən və tənzimlənən (əvvəlcədən təmzimlənmə) elektrik kondensatorlar

Qızdırıcı elementlərindən başqa, elektrik rezistorlar (reostatlar və potensiometrlər daxil olmaqla)

1000 V-dan çox gərginlik üçün elektrik dövrələrinin kommutasiyası və ya qorunması üçün və ya elektrik dövrələrinə qoşulmaq və ya elektrik dövrlər üçün elektrik aparatura (məsələn, qoşucu açarlar, dəyişdirici açarlar, kəsicilər, əriyən qoruyucular, ildırım ötürücüləri, gərginlik məhdudlaşdırıcıları, gərginlik sıçrayışlarının söndürücüləri, cərəyan qəbulediciləri, cərəyan götürücüləri və digər birləşdiricilər, birləşdirici qutular)

1000 V-dan çox olmayan gərginlik üçün elektrik dövrələrinin kommutasiyası və ya qorunması üçün və ya elektrik dövrələrinə qoşulmaq və ya elektrik dövrlər üçün elektrik aparatura (məsələn, qoşucu açarlar, dəyişdirici açarlar, kəsicilər, rele, əriyən qoruyucular, gərginlik sıçrayışlarının söndürücüləri, ştepsel vilkaları və rozetkaları, elektrik lampaları üçün patronlar və digər birləşdiricilər, birləşdirici qutular); optik liflər, optik-lifli jqutlar və ya kabellər üçün birləşdiricilər

Elektrik cərəyanının idarəetməsi və ya bölüşdürülməsi üçün 8535 və ya 8536 mal mövqeyinin iki və ya daha çox qurğusu ilə təchiz olunmuş, o cümlədən 90-cı qrupun cihazlarını və qurğularını və rəqəmsal idarəetmə aparatlarını daxil edən, tərkibində 8517 mal mövqeyinin kommutasiya qurğuları olmayan pultlar, panellər, konsollar, masalar, bölüşdürücü şitlər və elektrik aparatları üçün digər təməllər

Yalnız və ya əsasən 8535, 8536 və ya 8537 mal mövqeyinin aparaturası üçün nəzərdə tutulmuş hissələr

Yarımkeçirici cihazlar (diodlar, tranzistorlar və yarımkeçirici əsaslı çeviricilər); fotoqalvanik elementlər daxil olmaqla modullara yığılmış və ya yığılmamış, panellərə quraşdırılmış və ya quraşdırılmamış fotohəssas yarımkeçirici cihazlar; digər işıq saçan diodlarla (LED) yığılmış və ya yığılmamış, işıq saçan diodlar (LED); yığılmış pyezoelektrik kristallar

Elektron inteqral sxemlər

Bu qrupun başqa yerində adları çəkilməyən və ya daxil edilməyən, fərdi funksiyaları olan elektrik maşınlar və aparatura

Bu qrupun başqa yerində adları çəkilməyən və ya daxil edilməyən, elektrik avadanlıqlarının və ya aparaturalarının hissələri

Özügetməyən dəmiryol və ya tramvay yük vaqonları

Traktorlar (8709 mal mövqeyinin traktorlarından başqa)

8701-8705 mal mövqelərinin mühərrikli nəqliyyat vasitələri üçün mühərrik quraşdırılmış şassilər

8701-8705 mal mövqelərinin mühərrikli nəqliyyat vasitələri üçün hissələr və ləvazimatlar

Qaldırıcı və ya yükləmə qurğuları ilə təchiz olunmamış, zavodlarda, anbarlarda, limanlarda və ya aeropotlarda yükləri qısa məsafələrə daşımaq üçün sənaye təyinatlı özügedən nəqliyyat vasitələri; dəmiryol platformalarında istifadə olunan traktorlar; yuxarıda göstərilmiş nəqliyyat vasitələrinin hissələri

Qoşulma arabalı və ya onsuz motosikllər (mopedlər daxil olmaqla) və yardımçı mühərrikli velosipedlər; qoşulma arabalar

Qoşqular və yarımqoşqular; digər özügetməyən nəqliyyat vasitələri; onların hissələri

Aerostatlar və dirijabllar; planerlər, deltaplanlar və digər mühərriksiz uçuş aparatları

Paraşütlər (idarə olunan paraşütlər və paraplanlar daxil olmaqla) və rotoşütlər; onların hissələri və ləvazimatları

Digər üzən konstruksiyalar (məsələn, sallar, üzən çənlər, kessonlar, debarkaderlər, buylar və bakenlər)

Sökülmə üçün nəzərdə tutulmuş gəmilər və digər üzən konstruksiyalar

Mikrofotoçəkiliş, mikrokinoçəkiliş və ya mikroproyeksiya üçün mikroskoplar daxil olmaqla mürəkkəb optik mikroskoplar

Optik mikroskoplardan başqa, mikroskoplar; difraksiya aparatları

Kompaslardan başqa, geodezik və ya topoqrafik (fotoqrammetrik daxil olmaqla), hidroqrafik, okeanoqrafik, hidroloji, meteoroloji və ya geofiziki cihazlar və alətlər; məsafəölçənlər

Çəki daşları ilə və ya onlarsız həssaslığı 0,05 q və ya daha çox olan tərəzilər

Rəsmxət, nişanlama və ya riyazi hesablamalar üçün alətlər (məsələn, çertyoj maşınları, pantoqraflar, transportirlər, çertyoj dəstləri, loqarifm xətkeşləri, diskli kalkulyatorlar); bu qrupun başqa yerində adları çəkilməyən və ya daxil olunmayan xətti ölçülərin ölçmülməsi üçün əl alətləri (məsələn, ölçü çubuqları və ruletkalar, mikrometrlər, kronpərgarlar)

Sintiqrafiya aparaturası daxil olmaqla tibdə, cərrahiyyədə, stomatologiyada və ya baytarlıqda tədbiq edilən cihazlar və qurğular, digər tibbi elektrik aparatura və görməni müayinə etmək üçün cihazlar

Rentgenoqrafik və ya radioterapevtik aparatura, rentgen borucuqlar və digər rentgen şüaların generatorları, yüksək gərginlik generatorları, idarəetmə şitləri və pultları, ekranlar, masalar, kreslolar və müayinə və ya müalicə üçün analoji məmulatlar daxil olmaqla rentgen, alfa-, beta- və ya qamma- və ya digər ionlaşdırıcı şüaların istifadəsinə əsaslanan tibbi, cərrahi, stomatoloji və ya baytarlıqda istifadəsi üçün nəzərdə tutulmuş və ya nəzərdə tutulmamış aparatura

Materialların (məsələn, metalların, ağacın, tekstil materialların, kağızın, plastmasın) bərkliliyinin, möhkəmliliyinin, sıxılmasının, elastikliliyinin və ya digər mexaniki xassələrinin sınağı üçün maşınlar və qurğular

Qeydedici qurğulu və ya qeydedici qurğusuz areometrlər və mayeyə batırıldıqda işləyən analoji cihazlar, termometrlər, pirometrlər, barometrlər, hiqrometrlər və psixrometrlər və bu cihazların istənilən konbinasiyaları

9014, 9015, 9028 və ya 9032 mal mövqeyinin cihazlarından və aparaturasından başqa, mayelərin və ya qazların məsrəfini, səviyyəsini, təzyiqini və ya digər dəyişən səciyyələrini ölçmək və ya onlara nəzarət üçün cihazlar və aparatura (məsələn, məsrəfölçənlər, səviyyə göstəriciləri, manometrlər, istilikölçənlər)

Fiziki və ya kimyəvi analizlər üçün cihazlar və aparatura (məsələn, polyarimetrlər, refraktometrlər, spektrometrlər, qaz və ya tüstü analizatorları); özlülüyün, məsaməliliyin, genişlənmənin, səthi gərilmənin və ya analoji göstəricilərin ölçülməsi və ya nəzarəti üçün cihazlar və aparatura; istiliyin, səsin və ya işığın miqdarının ölçülməsi və ya nəzarəti üçün cihazlar və aparatura (eksponometrlər daxil olmaqla); mikrotomlar

Kalibrlasiya edənlər daxil olmaqla qazın, mayenin və ya elektrik enerjisinin verilməsinin və ya istehsalının sayğacları

Dövrlər sayının sayğacları, məhsulun miqdarını ölçən sayğaclar, taksometrlər, mildə keçmiş məsafəni ölçən sayğaclar, addımölçənlər və analoji cihazlar; 9014 və ya 9015 mal mövqeyinin cihazlarından və alətlərindən başqa, spidometrlər və taxometrlər; stroboskoplar

9028 mal mövqeyinin ölçü cihazlarından başqa, ossilloskoplar, spektr analizatorları, elektrik vahid-lərinin ölçülməsi və onlara nəzarət üçün digər cihazlar və aparatura; alfa-, beta-, qamma-, rentgen, kosmik və ya digər ionlaşdırıcı şüaların aşkar edilməsi və ya ölçülməsi üçün cihazlar və aparatura

Bu qrupun başqa yerində adları çəkilməyən və ya daxil olunmayan ölçü və ya nəzarət cihazları, qurğuları və ya maşınları; profil proyektorları

Avtomatik tənzimlənmə və ya idarəetmə üçün cihazlar və qurğular

90-cı qrupun maşınlarının, cihazlarının, alətlərinin və ya aparaturasının hissələri və ləvazimatları (başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan)

Projektorlar, dar istiqamətli işıq lampaları, fənərlər və onların hissələri daxil olmaqla başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan lampalar və işıqlandırıcı avadanlıq; başqa yerdə adları çəkilməyən və ya daxil olmayan işıq lövhələri, üzərində ad və ya ünvan yazılmış işıq tabloları və quraşdırılmış işıq mənbəyi olan analoji məmulatlar və onların hissələri

Yığma tikinti konstruksiyaları

Pinbol, bilyard oyunları üçün masalar və boulinq üçün avtomatik avadanlıq, sikkə, banknot, bank kartları, jeton və ya digər ödəniş vasitələri ilə işə salınan avtomat oyunlar da daxil olmaqla video oyunlar üçün konsollar və avadanlıqlar, masaüstü və ya otaq oyunları

Başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan bədən tərbiyəsi, gimnastika, yüngül atletika, idmanın digər növləri (masaüstü tennis daxil olmaqla) və ya açıq hava oyunları üçün inventar və avadanlıq; üzgüçülük hovuzları və uşaqlar üçün hovuzlar

Səyyar sirklər və səyyar heyvanxanalar; əyləncə parkı attraksionları və su parkı attraksionları; tir də daxil olmaqla yarmarka attraksionu; səyyar teatrlar

Təmizlənməmiş təbii şellak; təbii kitrələr, qatranlar, qummi qatranları və terpentinlər (məsələn, balzamlar)

Bitki şirələri və ekstraktları; pektin maddələri, pektinatlar və pektatlar; aqar və şəkli dəyişmiş və ya şəkli dəyişməmiş digər bitki mənşəli yapışqanlar və qatılaşdırıcılar

Əsasən hörmə üçün istifadə edilən bitki mənşəli materiallar (məsələn, bambuk, rotanq, qamış, cığ, söyüd, rafiya, dənli bitkilərin təmizlənmiş, ağardılmış və ya boyanmış samanı və cökə qabığı)

Başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən bitki mənşəli materiallar

Ətdən və ya ətin əlavə məhsullarından, balıqdan və ya xərçəngkimilərdən, molyusklardan və ya digər su onurğasızlarından narın və qaba üyüdülmüş qida üçün yararsız olan un və qranullar; cızdaqlar

Dənli və ya paxlalı bitkilərin ələnməsindən, üyüdülməsindən və ya digər üsulla emalından alınan qranullaşdırılmış və ya qranullaşdırılmamış kəpəklər, ələntilər və digər qalıqlar

Qranullaşdırılmış və ya qranullaşdırılmamış, nişasta istehsalının qalıqları və analoji qalıqlar, çuğundur cecəsi, baqassa, və ya şəkər qamışının puçaları və şəkər istehsalının digər tullantıları, barda və pivəbişirmə və ya alkoqollu içkilərin çəkilməsinin digər tullantıları

Soya yağının çıxarılması nəticəsində alınan üyüdülmüş və ya üyüdülməmiş, qranullaşdırılmış və ya qranullaşdırılmamış cecələr və digər bərk tullantılar

Araxis (yerfındığı) yağının çıxarılması nəticəsində alınan üyüdülmüş və ya üyüdülməmiş, qranullaşdırılmış və ya qranullaşdırılmamış cecələr və digər bərk tullantılar

2304 və ya 2305 mal mövqeyindəki tullantılardan başqa, bitki və ya mikrobioloji mənşəli piylərinin və ya yağlarının çıxarılması nəticəsində alınan üyüdülmüş və ya üyüdülməmiş, qranullaşdırılmış və ya qranullaşdırılmamış cecələr və digər bərk tullantılar

Başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən, qranullaşdırılmış və ya qranullaşdırılmamış heyvan yemi üçün istifadə edilən bitki mənşəli məhsullar, bitki tullantıları və qalıqları, əlavə məhsullar

Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar

Kvars (təbii qumlardan başqa); qaba xırdalanmış və ya xırdalanmamış, mişarlanmış və ya mişarlanmamış və ya digər üsulla bloklara və ya düzbucaq (kvadrat formalı da daxil olmaqla) formasında lövhələrə bölünmüş kvarsit

Susuzlaşdırılmış və ya susuzlaşdırılmamış kaolin və digər kaolin gilləri

Susuzlaşdırılmış və ya susuzlaşdırılmamış digər gillər (6806 mal mövqeyindəki köpürdülmüş gillər istisna olmaqla), andaluzit, kianit, sillimanit, mullit; şamot və ya dinas torpaqları

Təbii kalsium fosfatları, təbii alüminium-kalsium fosfatları və fosfatlı təbaşir

Təbii barium sulfat (barit); 2816 mal mövqeyindəki barium oksiddən başqa, susuzlaşdırılmış və ya susuzlaşdırılmamış təbii barium karbonat (viterit)

Susuzlaşdırılmış və ya susuzlaşdırılmamış xüsusi çəkisi 1 və ya daha az olan silisiumlu infuzorlu torpaqlar (məsələn, kizelqur, trepel və diatomit) və analoji silisiumlu torpaqlar

Qaba parçalanmış və ya mişarlanmış və ya digər üsulla bloklara və ya düzbucaq (kvadrat da daxil olmaqla) formasında lövhələrə bölünmüş də daxil olmaqla susuzlaşdırılmış və ya susuzlaşdırılmamış, bişmiş və ya bişməmiş dolomit

Təbii maqnezium karbonat (maqnezit); əridilmiş maqneziya; bişməyə qədər yandırılmış (aqlomerasiya edilmiş), tərkibində az miqdarda aqlomerasiyadan əvvəl əlavə edilən digər oksidlər olan və ya olmayan maqnezium oksid; qatışıqlı və ya qatışıqsız digər maqnezium oksidləri

Gips; anhidrit; tərkibində az miqdarda sürətləndiricilər və ya ləngidicilər olan və ya olmayan, boyanmış və ya boyanmamış gipsli bağlayıcılar (susuzlaşdırılmış gipsdən və ya kalsium sulfatdan ibarət olan)

Əhəng flüsu; əhəngin və ya sementin hazırlanması üçün istifadə edilən əhəngdaşı və digər əhəngli daş

Qarğadüzü (slyuda), o cümlədən laylara ayrılmış qarğadüzü (slyuda); qarğadüzü (slyuda) tullantıları

Qaba parçalanmış və parçalanmamış, mişarlanmış və ya mişarlanmamış, yaxud digər üsulla bloklara və ya düzbucaq (kvadrat da daxil olmaqla) formasında lövhələrə bölünmüş təbii steatit; talk

Təbii şor sulardan ayrılmış boratlar istisna olmaqla, təbii boratlar və onların konsentratları (susuzlaşdırılmış və ya susuzlaşdırılmamış); tərkibində quru məhsula hesablanmış H3BO3 miqdarı 85 kütlə %-dən çox olmayan təbii bor turşusu

Çöl şpatı, leysit; nefelin və nefelin siyeniti; flüorit

Başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən mineral maddələr

Xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları; başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən, tərkibində bitumlu süxurlardan alınmış məhsulun əsas tərkib hissəsini təşkil edən neft və ya neft məhsullarının miqdarı 70 kütlə % və ya daha çox olan məhsullar

Flüor, xlor, brom, yod

Hidrogen xlorid (xlorid turşusu); xlorsulfon turşusu

Sulfat turşusu; oleum

Azot turşusu; sulfoazot turşuları

Difosfor pentaoksid; fosfat turşusu; müəyyən və ya qeyri-müəyyən kimyəvi tərkibli polifosfat turşuları

Bor oksidləri; bor turşuları

Digər qeyri-üzvi turşular və qeyri-metalların oksigenlə digər qeyri-üzvi birləşmələri

Natrium-hidroksid (kaustik soda), kalium-hidroksid (kalium qələvisi); natrium və ya kalium peroksidləri

Maqnezium hidroksidi və peroksidi; stronsium və barium oksidləri, hidroksidləri və peroksidləri

Sink oksid; sink peroksid

Müəyyən və ya qeyri-müəyyən kimyəvi tərkibli süni korund; alüminium oksid; alüminium hidroksid

Xrom oksidləri və hidroksidləri

Xloridlər, oksixloridlər və hidroksixloridlər; bromidlər və oksibromidlər; yodidlər və oksiyodidlər

Asiklik karbohidrogenlər

Siklik karbohidrogenlər

Karbohidrogenlərin halogenləşdirilmiş törəmələri

Hallogenləşdirilmiş və ya hallogenləşdirilməmiş karbohidrogenlərin sulfolaşdırılmış, nitrolaşdırılmış və ya nitrozolaşdırılmış törəmələri

Asiklik spirtlər və onların halogenləşdirilmiş, sulfo- laşdırılmış, nitrolaşdırılmış və nitrozolaşdırılmış törəmələri

Siklik spirtlər və onların halogenləşdirilmiş, sulfo- laşdırılmış, nitrolaşdırılmış və nitrozolaşdırılmış törəmələri

Fenollar; fenolspirtlər

Fenolların və ya fenolspirtlərin halogenləşdirilmiş, sulfolaşdırılmış, nitrolaşdırılmış və ya nitrozolaşdırılmış törəmələri

Sadə efirlər, efirospirtlər, efirofenollar, efirospirtfenollar, sadə efirlərin, asetalların, poliasetalların və ketonların peroksidləri (müəyyən və ya qeyri-müəyyən tərkibli) və onların hallogenləşdirilmiş, sulfolaşdırılmış, nitrolaşdırılmış və ya nitrozolaşdırılmış törəmələri

Strukturunda üçüzvlü halqası olan epoksidlər, epoksispirtlər, epoksifenollar və epoksiefirlər və onların hallogenləşdirilmiş, sulfolaşdırılmış, nitrolaşdırılmış və ya nitrozolaşdırılmış törəmələri

Tərkibində digər oksigen tərkibli funksional qrup olan və ya olmayan asetallar və poliasetallar və onların halogenləşdirilmiş, sulfolaşdırılmış, nitrolaşdırılmış və ya nitrozolaşdırılmış törəmələri

Tərkibində digər oksigen tərkibli funksional qrup olan və ya olmayan aldehidlər, siklik aldehidlərin polimerləri, paraformaldehid

2912 mal mövqeyindəki birləşmələrin hallogenləşdirilmiş, sulfolaşdırılmış, nitrolaşdırılmış və ya nitrozolaşdırılmış törəmələri

Tərkibində digər oksigentərkibli funksional qruplar olan və ya olmayan ketonlar və xinonlar, onların halogenləşdirilmiş, sulfolaşdırılmış, nitrolaşdırılmış törəmələri

Doymuş asiklik monokarbon turşuları, onların anhidridləri, halogenanhidridləri, peroksidləri və peroksiturşuları; onların törəmələri

Doymamış asiklik monokarbon turşuları, siklik monokarbon turşuları, onların anhidridləri, halogenanhidridləri, peroksidləri və peroksiturşuları; onların törəmələri

Polikarbon turşuları, onların anhidridləri, hallogenanhidridləri, peroksidləri və peroksiturşuları; onların hallogenləşdirilmiş, sulfolaşdırılmış, nitrolaşdırılmış və ya nitrozolaşdırılmış törəmələri

Tərkibində əlavə oksigen tərkibli funksional qrupu olan karbon turşuları, və onların anhidridləri, hallogenanhidridləri, peroksidləri və peroksiturşuları; onların hallogenləşdirilmiş, sulfolaşdırılmış, nitrolaşdırılmış və ya nitrozolaşdırılmış törəmələri

Laktofosfatlar da daxil olmaqla, fosfat turşusunun mürəkkəb efirləri və onların duzları; onların hallogenləşdirilmiş, sulfolaşdırılmış, nitrolaşdırılmış və ya nitrozolaşdırılmış törəmələri

Qeyri-metalların digər qeyri-üzvi turşularının mürəkkəb efirləri (halogenanhidrogenlərin mürəkkəb efirlərindən başqa) və onların duzları; onların törəmələri

Amin funksional qruplu birləşmələr

Oksigentərkibli funksional qrupu olan amin birləşmələri

Dördlü ammonium əsasının duzları və hidroksidlər; müəyyən və ya qeyri-müəyyən kimyəvi tərkibli digər lesitinlər və fosfoaminolipidlər

Tərkibində karboksamid funksional qrup olan birləşmələr; tərkibində amid funksional qrup olan karbonat turşusunun birləşmələri

Tərkibində karboksimid funksional qrup olan (saxarin və onun duzları da daxil olmaqla) birləşmələr və tərkibində imin funksional qrup olan birləşmələr

Tərkibində nitril funksional qrup olan birləşmələr

Diazo-, azo– və ya azoksibirləşmələr

Hidrazin və ya hidroksilamin üzvi törəmələri

Tərkibində digər azottərkibli funksional qruplar olan birləşmələr

Kükürd-üzvi birləşmələr

Digər üzvi və qeyri-üzvi birləşmələr

Tərkibində təkcə oksigen heteroatomu (ları) olan heterosikl birləşmələr

Tərkibində təkcə azot heteroatomu (ları) olan heterosikl birləşmələr

Nuklein turşuları və onların duzları, kimyəvi tərkibi müyyən olunmuş və ya olunmamış; digər heterosikl birləşmələr

Təbii və ya sintez edilmiş (təbii konsentratlar da daxil olmaqla) provitaminlər və vitaminlər, onların əsasən vitaminlər şəklində istifadə edilən törəmələri və bu birləşmələrin qarışıqları, o cümlədən istənilən həlledicidə

Təbii və ya sintez olunmuş hormonlar, prostoqlandinlər və tromboksanlar və leykotrienlər; tərkibində zəncirli modifikasiya olunmuş polipeptidlər olan, əsasən hormon şəklində istifadə edilən törəmələri və struktur analoqları

Təbii və ya sintez olunmuş qlikozidlər, onların duzları, sadə və mürəkkəb efirləri, digər törəmələri

Təbii və ya sintez edilmiş alkaloidlər, onların duzları, sadə və mürəkkəb efirləri və digər törəmələri

Saxarozadan, laktozadan, maltozadan, qlükozadan və fruktozadan başqa, kimyəvi təmiz şəkərlər; 2937, 2938 və ya 2939 mal mövqeyindəki məhsullardan başqa, şəkərlərin sadə efirləri, şəkərlərin asetalları və şəkərlərin mürəkkəb efirləri, onların duzları

Bitki mənşəli aşılayıcı ekstraktlar; tanninlər və onların duzları, sadə və mürəkkəb efirləri; digər törəmələri

Sintetik üzvi və qeyri-üzvi aşılayıcı maddələr; tərkibində təbii aşılayıcı maddələr olan və ya olmayan aşılama preparatları, ilkin aşılama üçün ferment preparatları

Müəyyən və ya qeyri-müəyyən kimyəvi tərkibli bitki və ya heyvan mənşəli boyayıcı maddələr; bitki və ya heyvan mənşəli boyayıcı maddələr əsasında hazırlanan preparatlar

Müəyyən və ya qeyri-müəyyən kimyəvi tərkibli sintetik üzvi boyayıcı maddələr; bu qrupa dair 3-cü qeydində göstərilən üzvi sintetik boyayıcı maddələr əsasında hazırlanmış preparatlar; müəyyən və ya qeyri-müəyyən kimyəvi tərkibli optiki ağardıcılar və ya lüminoforlar kimi istifadə edilən sintetik üzvi məhsullar

Rəngli laklar; rəngli lakların əsasında hazırlanan preparatlar

Digər boyayıcı maddələr; 3203, 3204 və 3205 mal mövqelərinin preparatlarından fərqli olan, bu qrupa dair 3-cü qeyddə göstərilən preparatlar; müəyyən və ya qeyri-müəyyən kimyəvi tərkibli lüminoforlar kimi istifadə edilən qeyri-üzvi məhsullar

Keramikanın, emalın və ya şüşənin istehsalında istifadə edilən hazır piqmentlər, şüşənin şəffaflığını boğan hazır vasitələr (opaklaşdırıcılar) və hazır boyalar, şüşəvari emallar və minalar, anqoblar (şlikerlər), maye cilalar və analoji preparatlar; şüşəvari fritta və toz, qranullar və ya lopalar şəklində digər şüşə

Sintetik polimerlər və ya kimyəvi modifikasiya olunmuş təbii polimerlər əsasında, susuz mühitdə həll edilmiş və ya dispersləşdirilmiş boyalar və laklar (emallar və polituralar da daxil olmaqla); bu qrupa dair 4-cü qeydində göstərilən məhlullar

Su mühitində dispersləşdirilmiş və ya həll olunmuş, sintetik polimerlər və ya kimyəvi modifikasiya olunmuş təbii polimerlər əsasında boyalar və laklar (emallar və polituralar da daxil olmaqla)

Digər boyaqlar və laklar (emallar, cilalar və yapışqanlı boyaqlar daxil olmaqla); dərinin işlənməsi üçün istifadə edilən hazır sulu piqmentlər

Boyaların istehsalında istifadə edilən, qeyri-sulu mühitdə dispersiləşdirilmiş, maye və ya pastayaoxşar piqmentlər; naxış basma folqası və digər boyayıcı maddələr

Şüşə və bağ zamaskaları, qatran sementləri, bərkitmələr və mastika üçün digər tərkiblər; rəngsazlıq işləri üçün şpatlevka; binaların fasadlarını və daxili hissələrini örtmək üçün odadavamsız tərkiblər

Tipoqrafiya boyaları, yazı və ya rəsm üçün mürəkkəb və ya tuş və digər mürəkkəblər, qatılaşdırılmış və ya qatılaşdırılmamış, bərk və ya qeyri-bərk

Konkretlər və absolyutlar da daxil olmaqla, efir yağları (tərkibində terpenlər olan və ya olmayan); rezinoidlər; ekstraksiya edilmiş efir yağları; anfreraj və ya maserasiya üsulu ilə əldə edilən, piylərdə, sabit yağlarda, mumlarda və ya analoji maddələrdə efir yağlarının konsentratları; efir yağlarının deterpen-ləşməsinin əlavə terpen məhsulları; efir yağlarının sulu distillyatları və suda məhlulları

Ətirli maddələrin qarışıqları və sənaye xammalı kimi istifadə edilən bir və ya daha çox belə maddələr əsasında alınan qarışıqlar; içki istehsalı üçün istifadə edilən ətirli preparatlar

Üzvi səthi-aktiv maddələr (sabundan başqa); tərkibində sabun olan və ya olmayan səthi-aktiv vasitələr, yuyucu vasitələr (köməkçi yuyucu vasitələr də daxil olmaqla) və təmizləyici vasitələr (3401 mal mövqeyinin vasitələrindən başqa)

Süni mumlar və hazır mumlar

Tərkibində əsas komponent kimi 70 kütlə % və ya daha çox neft və ya bitumlu süxurlardan alınmış neft məhsulları olan vasitələrdən başqa, sürtkü materialları (kəsici alətlər üçün sürtkü-soyuducu emulsiyalar, boltların və ya qaykaların burulub çıxarılmasını asanlaşdırmaq üçün vasitələr, pas aparıcı vasitələr və ya korroziyaya qarşı vasitələr və məmulatların formalardan çıxarılmasını asanlaşdırmaq üçün sürtkülərin əsasında hazırlanmış preparatlar da daxil olmaqla) və tekstil materialların, dərinin, xəzin və ya digər materialların yağla və ya piylə işlənilməsi üçün istifadə edilən vasitələr

Kazein, kazeinatlar və kazeinin digər törəmələri; kazein yapışqanları

Albuminlər (tərkibində quru maddəyə hesablanmış zərdab zülalının miqdarı 80 kütlə %-dən çox olan iki və ya daha çox zərdab zülallarının konsentratları da daxil olmaqla), albuminatlar və albuminin digər törəmələri

Jelatin (o cümlədən, düzbucaqlı (kvadrat formalı da daxil olmaqla) vərəqlər şəklində, səthi emal olunmuş və ya olunmamış, boyanmış və ya boyanmamış) və jelatin törəmələri; balıq yapışqanı; 3501 mal mövqeyindəki kazein yapışqanları istisna olmaqla, heyvan mənşəli digər yapışqanlar

Peptonlar və onların törəmələri; başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən digər zülali maddələr və onların törəmələri; xromlaşdırılmış və ya xromlaşdırılmamış dəri tozu və ya aşılanmaq üçün hazırlanmış dəridən toz

Dekstrinlər və digər modifikasiya olunmuş nişastalar (məsələn, əvvəlcədən jelatinləşdirilmiş və ya mürəkkəb efirə çevrilmiş nişastalar); nişastalar və ya dekstrinlər və ya digər modifikasiya olunmuş nişastalar əsasında yapışqanlar

Başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən hazır yapışqanlar və digər hazır adqezivlər; netto çəkisi 1 kq-dan çox olmayan pərakəndə satış üçün qablaşmalarda yapışqanlar və ya adqezivlər kimi istifadəyə yararlı məhsullar

Fermentlər; ayrı yerdə adları çəkilməyən ferment preparatları

Süni qrafit; kolloid və yarımkolloid qrafit; qrafitin və ya digər karbonun əsasında əldə edilmiş, pastalar, bloklar, lövhələr və ya digər yarımfabrikatlar şəklində olan məhsullar

Aktvləşdirilmiş kömür və təbii mineral maddələr; heyvan kömürü daxil olmaqla

Saflaşdırılmış və ya saflaşdırılmamış tall yağı

3803 mal mövqeyindəki tall yağından başqa, liqnin sulfonatları da daxil olmaqla, qatılaşdırılmış və ya qatılaşdırılmamış, şəkərsizləşdirilmiş və ya şəkərsizləşdirilməmiş, kimyəvi emal edilmiş və ya emal edilməmiş oduncaq kütləsinin hazırlanması zamanı qalan torta

İynəyarpaqlı ağacların qovulması və ya digər emalı nəticəsində əldə edilən terpentin, ağac və ya sulfat skipidarı və terpentin yağları; təmizlənməmiş dipenten; sulfitli skipidar və digər təmizlənməmiş parasimol; tərkibində əsas komponent kimi alfa-terpineol olan şam ağacı yağı

Kanifol və qatran turşuları və onların törəmələri; konifol yağları və konifol spirti; təkrar əridilmiş qatranlar

Ağac qarayağı; ağac qarayağından alınmış yağlar; ağac kreozotu; ağac naftası; bitki peki; pivəbişirmə peki və kanifol, qatran turşuları və ya bitki peki əsasında analoji məhsullar

Bəzək vurma vasitələri, boyamanın sürətləndirilməsi üçün və ya boyaqların təsbiti üçün vasitələr və başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən, tekstil, kağız, dəri sənayesində və ya analoji sahələrdə tətbiq edilən digər məhsullar və hazır preparatlar (məsələn, emal və aşındırma üçün maddələr)

Metal səthlərinin aşındırılması üçün preparatlar; aşağı temperaturlu lehimləmə, yuxarı temperaturlu lehimləmə və ya qaynaq üçün flüslər və digər köməkçi preparatlar; metaldan və digər materiallardan ibarət olan aşağı temperaturlu lehimləmə, yuxarı temperaturlu lehimləmə və ya qaynaq üçün tozlar və pastalar; qaynaq elektrodları və ya çubuqları üçün özəklər və ya örtüklər kimi istifadə olunan materiallar

Antidetonatorlar, antioksidantlar, axarlıq tənzimləyiciləri (qatran əmələgəlmənin ingibitorları), qatılaşdırıcılar, korroziyaya qarşı maddələr və neft məhsullarına (benzin də daxil olmaqla) və ya neft məhsulları ilə eyni məqsədlərlə istifadə olunan digər mayelərə qatılan digər hazır aşqarlar

Kauçuk vulkanlaşdırılmasının hazır sürətləndiriciləri; başqa yerdə adları çəkilməyən və ya daxil edlməyən kauçuk və ya plastmas üçün mürəkkəb (qarışıq) plastifikatorlar; kauçuk və ya plastmas üçün mürəkkəb (qarışıq) digər antioksidantlar və stabilləşdiricilər

Başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən mürəkkəb üzvi həlledicilər və durulaşdırıcılar; boyaların və ya lakların təmizlənməsi üçün hazır tərkiblər

Başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən reaksiya inisiatorları, reaksiya sürətləndiriciləri və katalizatorları

2707 və ya 2902 mal mövqeyindəki məhsullardan başqa, qarışdırılmış alkilbenzollar və qarışdırılmış alkilnaftalinlər

Mikroorqanizmlərin (viruslar və bənzərləri də daxil olmaqla) və ya bitki, insan və ya heyvan hüceyrələrinin yetişdirilməsi və ya həyat qabiliyyətinin saxlanılması üçün hazır kultura mühitləri

3006 mal mövqeyindəki mallardan başqa, dəst halında qablaşdırılmış və ya qablaşdırılmamış, altlıqlı diaqnostik və ya laborator reagentlər, altlıqlı və ya altlıqsız hazır diaqnostik və ya laborator reagentlər; sertifikatlaşdırılmış etalon materialları

Sənaye üçün monokarbon yağ turşuları; saflaşdırılmış turşu yağları; sənaye üçün yağ spirtləri

Tökmə formaların və ya tökmə qəliblərin istehsalı üçün istifadə edilən hazır bağlayıcı maddələr; başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən kimyəvi məhsullar və preparatlar, kimya və ya əlaqədar sənaye sahələrinin kimyəvi məhsulları və preparatları (təbii məhsulların qarışıqlarından ibarət olan preparatlar da daxil olmaqla)

İlkin formalarda etilen polimerləri

İlkin formalarda stirol polimerləri

İlkin formalarda vinilxloridin və ya digər hallogenləşdirilmiş olefinlərin polimerləri

İlkin formalarda vinilasetatın və ya digər mürəkkəb vinil efirlərinin polimerləri; ilkin formalarda vinilin digər polimerləri

İlkin formalarda akril polimerləri

İlkin formalarda poliasetallar, digər sadə poliefirlər və epoksid qatranlar; polikarbonatlar ilkin formalarda polikarbonatlar, alkid qatranları, mürəkkəb poliallil efirləri və digər mürəkkəb poliefirlər

Poliamidlər ilkin formalarda

İlkin formalarda amino-aldehid qatranları, fenol-aldehid qatranları və poliuretanlar

İlkin formalarda silikonlar

Başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən ilkin formalarda sellüloz və onun kimyəvi törəmələri

Başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən ilkin formalarda təbii polimerlər (məsələn, alqin turşusu) və modifikasiya olunmuş təbii polimerlər (məsələn, bərkidilmiş proteinlər, təbii kauçukun kimyəvi törəmələri)

3901-3913 mal mövqelərində göstərilən polimerlər əsasında alınmış ilkin formalarda ion-mübadilə qatranları

Plastmas tullantıları, qırıntıları və skrap

Səthi emal olunmuş və ya emal olunmamış, lakin başqa cür emala məruz qalmamış, en kəsiyi 1 mm-dən çox olan plastmas monosaplar, çubuqcuqlar, millər və fasonlu profillər

Plastmas borular, borucuqlar, şlanqlar və onların fitinqləri (məsələn, birləşmələr, dirsəklər, flanslar)

Özüyapışan və ya özüyapışmayan, rulonlarda və ya lövhələrdə plastmasdan döşəmə üçün örtüklər; bu qrupa dair 9-cu qeydində göstərilən divar və ya tavan üçün plastmas örtüklər

Plastmasdan digər lövhələr, vərəqlər, plyonkalar, zolaqlar və ya lentlər

Malların nəqli və ya qablaşdırılması üçün plastmasdan məmulatlar; plastmas tıxaclar, qapaqlar, qalpaqlar və tıxaclama üçün digər vasitələr (yalnız tava və qazan istehsalında istifadə olunan)

İlkin formalarda və ya lövhələr, vərəqlər və ya zolaqlar və ya lentlər şəklində, yağlardan əldə edilmiş sintetik kauçuk və faktis; ilkin formalarda və ya lövhələr, vərəqlər və ya zolaqlar və ya lentlər şəklində 4001 mal mövqeyindəki hər hansı bir məhsulun bu mal mövqeyindəki hər hansı bir məhsulla qarışıqları

İlkin formalarda və ya lövhələr, vərəqlər və ya zolaqlar, və ya lentlər şəklində regenerasiya edilmiş kauçuk

Rezin tullantıları, kəsikləri və skrapı (bərk rezindən başqa), onlardan alınan tozlar və qranullar

Vulkanlaşdırılmış rezin saplar və kord

Vulkanlaşdırılmış rezindən konveyer lentləri və ya ötürücü qayışlar və ya beltinq

Yeni pnevmatik rezin şinlər

Bərpa edilmiş və ya istifadə olunmuş pnevmatik rezin şinlər; massiv və ya yarımpnevmatik şinlər, rezin şin protektorları və çənbər lentləri

Tüklü və ya tüksüz, ikilənmiş və ya ikilənməmiş iribuynuzlu mal-qaranın (camışlar da daxil olmaqla) və ya atlar fəsiləsi heyvanlarının emal edilməmiş gönləri (təzə və ya duzlu, qurudulmuş, küllələnmiş, pikelləşdirilmiş ya da digər üsulla konservləşdirilmiş, lakin aşılanmamış və ya perqamentləşdirilməmiş və ya sonrakı emala məruz qalmamış)

Bu qrupa dair 1(c) qeydi ilə istisna edilənlərdən başqa yunlu və ya yunsuz, ikilənmiş və ya ikilənməmiş, emal edilməmiş qoyun və ya quzu gönləri (təzə və ya duzlu, qurudulmuş, küllələnmiş, pikelləşdirilmiş və ya başqa üsulla konservləşdirilmiş, lakin aşılanmamış, perqamentləşdirilməmiş və ya sonrakı emala məruz qalmamış)

Bu qrupa dair 1(b) və ya 1(c) qeydi ilə istisna edilənlərdən başqa, tüklü və ya tüksüz, ikilənmiş və ya ikilənməmiş, emal edilməmiş digər gönlər (təzə və ya duzlu, qurudulmuş, küllələnmiş, pikelləşdirilmiş və ya başqa üsulla konservləşdirilmiş, lakin aşılanmamış, perqamentləşdirilməmiş və ya sonrakı emala məruz qalmamış)

İribuynuzlu heyvan (camış daxil olmaqla) və atlar fəsiləsi heyvanlarının tük örtüyü olmayan gönündən aşılanmış dəri, haçalanmış və haçalanmamış və sonradan emal edilməmiş

Yunsuz, ikilənmiş və ya ikilənməmiş, lakin sonrakı emala məruz qalmamış qoyun və ya quzu gönlərindən aşılanmış dəri və ya dəri krastı

Yunsuz və ya tüksüz, ikilənmiş və ya ikilənməmiş, lakin sonrakı emala məruz qalmamış digər heyvanların gönlərindən hazırlanmış aşılanmış dəri və ya dəri krast

4114 mal mövqeyindəki dəridən başqa, perqamentləşdirilmiş daxil olmaqla, iribuynuzlu mal-qara (camışlar da daxil olmaqla) və ya atlar fəsiləsi heyvanlarının gönlərindən tüksüz, ikilənmiş və ya ikilənməmiş, aşılanmadan sonra əlavə olaraq emal edilmiş dəri və ya dəri krastı şəklində dəri

4114 mal mövqeyindəki dərilərdən başqa, aşılanmadan sonra emal edilmiş və ya dəri krastı şəklində, perqamentləşdirilmiş də daxil olmaqla, yunsuz, ikilənmiş və ya ikilənməmiş qoyun və ya quzu gönlərindən dəri

4114 mal mövqeyindəki dərilərdən başqa, aşılanmadan sonra emal edilmiş və ya dəri krastı şəklində, perqamentləşdirilmiş də daxil olmaqla, yunsuz və ya tüksüz, ikilənmiş və ya ikilənməmiş digər heyvanların gönlərindən dəri

Zamşa (kombinə edilmiş zamşa daxil olmaqla); laklı dəri və laklı laminasiya edilmiş dəri; metallaşdırılmış dəri

Lövhələr, vərəqlər və ya zolaqlar və ya lentlər şəklində, rulonlarda olan və ya olmayan təbii dəri və ya dəri liflərin əsasında kompozit dəri; dəri məmulatlarının istehsalı üçün yararsız təbii və ya kompozit dərinin kəsikləri və digər tullantıları; dəri tozu, ovuntusu və unu

Uzununa mişarlanma və ya yarılma, rəndələnmə və ya cırtlama ilə əldə edilmiş, rəndələnmə və ya cilalanma ilə emal edilməmiş və ya emal edilmiş, 6 mm-dən çox qalınlığı olan şalbanbaşı birləşmələri olan və ya olmayan meşə materialı

Uzununa mişarlanma və ya yarılma, rəndələnmə və ya cırtlama ilə əldə edilmiş, rəndələnmə, cilalanma ilə emal edilməmiş və ya emal edilmiş, bitişdirilmiş və ya bitişdirilməmiş, 6 mm-dən çox qalınlığı olan şalbanbaşı birləşmələri olan və ya olmayan, üz çəkmək üçün (laylı oduncağın bölünməsi ilə əldə edilən də daxil olmaqla), yapışqan vasitəsilə hazırlanmış faner üçün və ya analoji laylı oduncaqlar üçün vərəqlər və digər meşə materialları

Hər hansı bir kənarı, ucu və ya səthi profil verilmiş paqonaj halında olan (dişli, oyuqlu, zivanalı, yonulmuş kənarlı, yarımdairə fiqurlu rəndələnmə şəklində birləşdirmələri ilə, fasonlu və ya analoji), rəndələnmə və ya cilalanma ilə emal edilməmiş və ya emal edilmiş, şalbanbaşı birləşmələri olan və ya olmayan taxta-şalban (döşəmənin parket örtüyü üçün yığılmamış plankalar və frizlər də daxil olmaqla)

Aqlomerasiya edilmiş mantar (bağlayıcı maddə ilə və ya onsuz) və ondan hazırlanan məhsullar

Oduncaq sellülozu, həll olunan növlər

Həll olunan növlərdən başqa, natronlu və ya sulfatlı oduncaq sellülozu

Qəzet kağızı, rulonlarda və ya vərəq şəklində

4801 və ya 4803 mal mövqeyinin kağızından başqa, rulonlarda və ya istənilən ölçülü düzbucaqlı (kvadrat da daxil olmaqla) vərəqlərdə, yazı, çap və ya digər qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton və deşilməmiş kartlar və deşilməmiş kağız lentlər; əllə tökülmüş kağız və karton

4802 və ya 4803 mal mövqeyində göstərilənlərdən başqa, rulonlarda və ya vərəqlərdə təbaşirlənməmiş kraft-kağız və kraft-karton

Sonrakı emala məruz qalmamış və ya bu qrupa dair 3-cü qeydində göstərilən şəkildə emal olunmuş rulonlarda və ya vərəqlərdə digər təbaşirlənməmiş kağız və karton

Rulonda və ya vərəqlər şəklində bitki perqamenti, yağkeçirməyən kağız, kalka, perqamin və digər parıltılı şəffaf və ya yarımşəffaf kağız

Səthi örtüksüz və ya hopdurulmamış, armaturlaşdırılmış və ya armaturlaşdırılmamış, rulonlarda və ya vərəqlər şəklində çoxqatlı kağız və karton (bir neçə yastı kağız və ya karton qatlarının adgeziv vasitəsilə yapışdırılması yolu ilə hazırlanmış)

4803 mal mövqeyində göstərilənlərdən başqa, krep edilmiş, basmanaxışlı və ya deşilmiş, rulonlarda və ya vərəqlərdə büzməli kağız və karton (üzərinə hamar xarici vərəqlər çəkilmiş və ya çəkilməmiş)

Çap olunmuş və ya olunmamış, rulonlar və ya vərəqlər şəklində karbon kağızı, özü kopiya çıxaran və digər kopiya və ya köçürmə kağızları (surətçıxarma aparatları üçün trafaretlər və ya ofset çap lövhələri üçün örtüklü və ya hopdurulmuş kağızlar da daxil olmaqla)

Bir və ya hər iki tərəfi bağlayıcı maddələr işlədilməklə və ya onlarsız kaolinlə (Çin gili ilə) və ya digər qeyri-üzvi maddələrlə örtülmüş, hər hansı bir digər örtüksüz, boyanmış və ya boyanmamış, dekorasiyalı səthli və ya onsuz, çap olunmuş və ya çap olunmamış, rulonlarda və ya istənilən ölçülü düzbucaqlı (kvadrat da daxil olmaqla) vərəqlər şəklində kağız və karton

4803, 4809 və ya 4810 mal mövqeyində göstərilənlərdən başqa, örtüklü, hopdurulmuş, laminasiya edilmiş, boyanmış və ya dekorasiya olunmuş səthli və ya çap olunmuş, rulonlarda və ya istənilən ölçülü düzbucaqlı (kvadrat da daxil olmaqla) vərəqlərdə kağız, karton, sellüloz pambığı və sellüloz liflərdən təbəqələr

Kağız kütlədən filtr blokları, plitələri və lövhələri

Ölçü üzrə kəsilmiş və ya kəsilməmiş və ya kitabçalar və ya borucuqlar formasında papiros kağızı

Kağız kütləsindən, kağızdan və ya kartondan bobinalar, makaralar və analoji tutucular (deşilmiş və ya deşilməmiş, armaturlaşdırılmış və ya armaturlaşdırılmamış)

Ölçü və ya forma üzrə kəsilmiş digər kağız, karton, sellüloz pambığı və sellüloz lifli təbəqələr; kağız kütlədən, kağızdan, kartondan, sellüloz pambığından və sellüloz lifli təbəqələrdən digər məmulatlar

Açılmaya yararlı barama qurdunun baraması

İpək tullantıları (açılmaq üçün yararsız barama, əyirmə tullantıları və didilmiş xammal daxil olmaqla)

Pərakəndə satış üçün qablaşdırılmamış ipək sap (ipək tullantılarından iplik istisna olmaqla)

Pərakəndə satış üçün qablaşdırılmamış ipək tullantılarından iplik

İpək sapından və ya ipək tullantılarından parçalar

Kardo və daraqla daranmaya məruz qalmamış yun

Kardo və daraqla daranmaya məruz qalmamış zərif və ya qaba heyvan tükü

Əyirmə tullantıları daxil olmaqla, lakin didilmiş xammal istisna olmaqla, yunun və ya zərif və ya qaba heyvan tükünun tullantıları

Yundan və ya zərif və ya qaba heyvan tükündən didilmiş xammal

Kardo və ya daraqla daranmaya məruz qalmış yun və zərif və ya qaba heyvan tükü (kəsiklərdə olan daraqla daranmaya məruz qalmış da daxil olmaqla)

Pərakəndə satış üçün qablaşdırılmamış aparatla əyrilmiş yun iplik

Pərakəndə satış üçün qablaşdırılmamış daraqlı əyrilməyə məruz qalmış yun iplik

Pərakəndə satış üçün qablaşdırılmamış zərif heyvan tükü (aparatla və ya daraqla əyrilmiş) ipliyi

Pərakəndə satış üçün qablaşdırılmış və ya qablaşdırılmamış qaba heyvan tükündən və ya at tükündən iplik (at tükündən baftalı sap da daxil olmaqla)

Aparatda əyrilmiş yun ipliyindən və ya aparatda əyrilmiş zərif heyvan tükündən parçalar

Daraqlı əyirmədən alınan yun iplikdən və ya zərif heyvan tükü ipliyindən hazırlanmış parçalar

Qaba heyvan tükündən və ya at tükündən parçalar

Xam kətan və ya emal edilmiş kətan, lakin əyrilməmiş; kətan darantısı və tullantısı (əyirmə tullantısı və didilmiş xammal daxil olmaqla)

Xam və ya emal edilmiş, lakin əyrilməmiş çətənə lifi (Cannabis sativa L.); çətənə lifinin darantıları və tullantıları (əyirmə tullantıları və didilmiş xammal da daxil olmaqla)

Xam və ya emal edilmiş, lakin əyrilməmiş cut lifi və digər tekstil floema lifləri (kətan, çətənə lifi və ramidən başqa); onların darantıları və tullantıları (əyirmə tullantıları və didilmiş xammal da daxil olmaqla)

Hindqozu (kokos) lifi, abaka (manil çətənəsi və ya Musa textilis Nee), rami və başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən xammal və ya emal edilmiş, lakin əyrilməmiş digər tekstil bitki lifləri; həmin liflərin darantıları və tullantıları (əyirmə tullantıları və didilmiş xammal da daxil olmaqla)

5303 mal mövqeyindəki cut liflərindən və ya digər tekstil floema liflərindən iplik

Digər tekstil bitki liflərindən iplik; kağız iplik

5303 mal mövqeyindəki cut liflərindən və ya digər tekstil flloema liflərindən parçalar

Digər tekstil bitki liflərindən parçalar; kağız iplikdən parçalar

Pərakəndə satış üçün qablaşdırılmış və ya qablaşdırılmamış kimyəvi saplardan tikiş sapları

Xətti sıxlığı 67 dteksdən az olan sintetik monosaplar da daxil olmaqla pərakəndə satış üçün qablaşdırılmamış kompleks sintetik saplar (tikiş saplarından başqa)

Xətti sıxlığı 67 dteksdən az olan süni monosaplar da daxil olmaqla pərakəndə satış üçün qablaşdırılmamış kompleks süni saplar (tikiş saplarından başqa)

Xətti sıxlığı 67 dteks və ya daha çox olan və en kəsiyinin ölçüsü 1 mm-dən çox olmayan sintetik monosaplar; sintetik tekstil materiallardan eni 5 mm-dən çox olmayan yastı və analoji saplar (məsələn, süni saman)

Xətti sıxlığı 67 dteks və ya daha çox olan və en kəsiyinin ölçüsü 1 mm-dən çox olmayan süni monosaplar; süni tekstil materiallardan eni 5 mm-dən çox olmayan yastı və analoji saplar (məsələn, süni saman)

5404 mal mövqeyindəki materiallardan hazırlanmış parçalar da daxil olmaqla sintetik kompleks saplardan parçalar

5405 mal mövqeyindəki materiallardan parçalar da daxil olmaqla süni kompleks saplardan parçalar

Sintetik saplardan jqut

Kardo və ya daraqla daranmaya və ya əyrilmə üçün digər hazırlıqlara məruz qalmamış sintetik liflər

Kardo, daraqla daranmaya və ya əyrilmə üçün digər hazırlıqlara məruz qalmamış süni liflər

Kimyəvi liflərin tullantıları (daraqağzı, əyrilmə tullantıları və didilmiş xammal daxil olmaqla)

Kardo və ya daraqla daramaya və ya əyrilmə üçün digər hazırlıqlara məruz qalmış sintetik liflər

Pərakəndə satış üçün qablaşdırılmamış süni liflərdən iplik (tikiş saplarından başqa)

Tərkibində 85 kütlə % və ya daha çox sintetik liflərdən ibarət olan parçalar

Tərkibində 85 kütlə %-dən az sintetik liflər olan, əsasən və ya tamamilə pambıq lifləri ilə qarışdırılmış, səthi sıxlığı 170 q/ m-dən çox olmayan sintetik liflərdən parçalar

Tərkibində 85 kütlə %-dən az sintetik liflər olan, əsasən və ya tamamilə pambıq liflərləri ilə qarışdırılmış, səthi sıxlığı 170 q/ m-dən çox olan sintetik liflərdən parçalar

Sintetik liflərdən digər parçalar

Süni liflərdən parçalar

Tekstil materiallardan pambıq və onun məmulatları; uzunluğu 5 mm-dən çox olmayan tekstil liflər (tiftik), tekstil toz və düyünçələr

Hopdurulmuş və ya hopdurulmamış, örtüklü və ya örtüksüz, təkrarlanmış və ya təkrarlanmamış fetr və ya keçə

Hopdurulmuş və ya hopdurulmamış, örtüklü və ya örtüksüz, təkrarlanmış və ya təkrarlanmamış, toxunmamış materiallar

Tekstil örtüklü rezin sap və şnur; rezinlə və ya plastmasla hopdurulmuş və ya örtülmüş tekstil saplar və ya 5404 və ya 5405 mal mövqeyindəki yastı və analoji saplar

Sap, zolaq və ya lent və ya toz şəklində olan metalla kombinasiya edilmiş və ya metalla örtülmüş tekstil sap və ya 5404 və ya 5405 mal mövqeyindəki yastı və analoji sap şəklində olan, baftalı və ya baftasız, metallaşdırılmış sap

Baftalı sap və ya 5404 və ya 5405 mal mövqeyindəki yastı və analoji baftalı sap (5605 mal mövqeyinə daxil olan və at tükündən baftalı sapdan başqa); sinel ipliyi (flokirlənmiş sinel də daxil olmaqla); fasonlu ilməli iplik

Hörülmüş və ya hörülməmiş və ya hörmədə və ya hörmədə olmayan və hopdurulmuş və ya hopdurulmamış, örtüklü və ya örtüksüz, rezin və ya plastmas örtüklü və ya örtüksüz ciyələr, kəndirlər, kanatlar və troslar

Ciyələrdən, kəndirlərdən və ya kanatlardan hörülmüş torlar; tekstil materiallardan hazır balıqçılıq torları və ya digər hazır torlar

Başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən, saplardan və ya ipliklərdən, yastı və ya 5404 və ya 5405 mal mövqeyindəki analoji saplardan, ciyələrdən, kəndirlərdən, kanatlardan və ya troslardan məmulatlar

5802 və ya 5806 mal mövqeyindəki parçalardan başqa, xovlu parçalar və sineldən parçalar

5806 mal mövqeyindəki ensiz parçalardan başqa, tiftikli dəsmallıq parçalar və analoji tiftikli parçalar; 5703 mal mövqeyindəki məmulatlardan başqa, taftinqli tekstil parçalar

5806 mal mövqeyindəki ensiz parçalardan başqa, hörmə toxunuşlu parçalar

Maşınla və ya əllə toxunmuş parçalar, trikotaj parçalar istisna olmaqla, tül və digər torşəkili parçalar; 6002-6006 mal mövqelərindəki parçalardan başqa, tikə, lent və ya ayrıca ornament şəklində krujeva

5807 mal mövqeyindəki məmulatlardan başqa, ensiz parçalar; yapışdırılmaqla bərkidilmiş ensiz arğacsız parçalar (boldük)

Tikədə olan hörülmüş tesma; maşınla və ya əllə toxunmuş trikotaj istisna olmaqla, tikədə olan naxış tikməsiz bəzək materialları; qotazlar, pomponlar və analoji məmulatlar

Başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən, geyimdə, mebel parçası kimi və ya analoji məqsədlər üçün istifadə olunan metallik saplardan parçalar və 5605 mal mövqeyindəki metallik saplardan parçalar

Tikədə, lentlərdə və ya ayrı ornamentlər şəklində naxış tikmələri

5810 mal mövqeyindəki naxış tikmələrindən başqa, yumşaq qatla iki üzdən tikmə ilə və ya başqa üsulla birləşdirilmiş, bir və ya bir neçə qatlı tekstil materiallardan ibarət olan tikədə sırınmış tekstil materialları

Kitab cildlərinin hazırlanması və ya analoji məqsədlər üçün istifadə olunan qatranlanmış və ya nişastalanmış tekstil materialları; kalka; rəssamlıq üçün astarı çəkilmiş kətan; parçaların sərtləşdirilməsi üçün astarlar və şlyapaların karkasları üçün analoji cod tekstil materialları

Şinlər üçün neylon və ya digər poliamid, poliefir və ya çox möhkəm viskoz saplardan kord materialları

5902 mal mövqeyindəki materiallardan başqa, rezinlənmiş tekstil materialları

Başqa üsulla hopdurulmuş və ya örtülmüş tekstil materialları; teatr dekorasiyaları, bədii studiyalarda arxa fon olan və ya analoji təsvirli kətanlar

Lampalar, kerosinlə işləyən ocaqlar, alışqanlar, şamlar və ya analoji məmulatlar üçün toxunmuş, hörülmüş və ya trikotaj tekstil fitillər; hopdurulmuş və ya hopdurulmamış qaz fənərləri üçün közərən torlar və qaz fənərlərinin közərən torları üçün boruşəkilli trikotaj parça

Astarlı, örtüklü və ya digər materiallardan olan ləvazimatlarla və ya onlarsız tekstil şlanqlar və analoji tekstil borucuqlar

Hopdurulmuş və ya hopdurulmamış, örtüklü və ya örtüksüz, plastmasla təkrarlanmış və ya təkrarlanmamış və ya metalla və ya başqa materialla armaturlaşdırılmış tekstil materiallarından konveyer lentləri və ya ötürücü qayışlar və ya beltinq

Bu qrupa dair 8-ci qeydində adıçəkilən tekstil materialları və texniki məqsədlər üçün məmulatlar

Uzunxovlu və tiftikli parçalar da daxil olmaqla, maşınla və ya əllə toxunmuş trikotaj xovlu parçalar

6001 mal mövqeyindəki parçalardan başqa, maşınla və ya əllə toxunmuş, eni 30 sm-dən çox olmayan, tərkibində 5 kütlə % və ya daha çox elastomer və ya rezin saplar olan trikotaj parçalar

6001 və ya 6002 mal mövqeyindəki trikotaj parçalardan başqa, maşınla və ya əllə toxunmuş, eni 30 sm-dən çox olmayan trikotaj parçalar

6001 mal mövqeyindəki parçalardan başqa, maşınla və ya əllə toxunmuş, eni 30 sm-dən çox olan, tərkibində 5 kütlə % və ya daha çox elastomer və ya rezin saplar olan trikotaj parçalar

6001-6004 mal mövqelərindəki trikotaj parçalardan başqa, əriş hörğülü parçalar (pozument şəridlərin hazırlanması üçün trikotaj maşınlarda toxunmuş da daxil olmaqla)

Maşınla və ya əllə toxunmuş digər trikotaj parçalar

Tekstil materiallardan istifadə olunmuş və ya təzə cır-cındır, viş, ip, kanat və tros kəsikləri və vişdən, iplərdən, kanatlardan və ya troslardan istifadə olunmuş məmulatlar

Ayaqqabı detalları (bərkidilmiş və ya bərkidilməmiş əsas içlikli ayaqqabı üstünün biçilmiş üzləri daxil olmaqla); qoyulma içliklər, dabanlıqlar və analoji məmulatlar; getrlər, qamaşlar və analoji məmulatlar və onların detalları

Fetrdən qəliblənməmiş, kənarsız şlyapa formaları, şlyapa və qalpaq biçmələri; fetrdən yastı və silindrik biçmələr (o cümlədən uzununa kəsikli daxil olmaqla)

Hörülmüş və ya istənilən materialların birləşdirilməsi yolu ilə hazırlanmış, qəliblənməmiş, kənarsız, astarsız və işləməsiz şlyapa yarımfabrikatları

Baş geyimləri üçün lentlər, astarlar, çexollar, əsaslar, karkaslar, günlüklər və bağlar

Kimyəvi, laborator və digər məqsədlər üçün nəzərdə tutulmuş keramik məmulatlar; navalçalar, çənlər və rezervuarlar; malların qablaşdırılması üçün keramik qablar

8549 mal mövqeyinin elektron-şüşə borusu (katod borusu) və ya digər şüalanmış şüşədən başqa, şüşə sınıqları, şüşə skrapı və digər şüşə tullantıları; bloklarda şüşə

Kürə (7018 mal mövqeyinin mikrokürələrindən başqa), çubuq və ya borucuq formasında olan emal olunmamış şüşə

Vərəqlər şəklində və ya profillənmiş, uducu, əksedici və ya əks etdirməyən qata malik olan, lakin başqa üsulla emal olunmamış tökmə və yayma şüşələr

Vərəqlər şəklində, uducu, əksedici və ya əks etdirməyən qata malik olan və ya olmayan, lakin başqa üsulla emal olunmamış, dartılmış və üfürülmüş şüşə

Vərəqlər şəklində, uducu, əksedici və ya əks etdirməyən qata malik olan və ya olmayan, lakin başqa üsulla emal olunmamış, termik pardaqlanmış şüşələr və cilalanmış və ya pardaqlanmış səthli şüşələr

7003, 7004 və ya 7005 mal mövqelərinin əyilmiş, tin-tin, oyulmuş, dəlinmiş, minalanmış və ya başqa üsulla işlənmiş, lakin çərçivəyə salınmamış və ya başqa materiallarla kombinasiya edilməmiş şüşələr

Təhlükəsiz şüşə, həmçinin möhkəmləndirilmiş (bərkidilmiş) və ya çoxqatlı şüşə

Şüşədən çoxqatlı izoləedici məmulatlar

Arxa görünüş güzgüləri daxil olmaqla şüşə güzgülər, çərçivədə və ya çərçivəsiz

Malların saxlanması, nəqli və ya qablaşdırılması üçün böyük butulkalar, butulkalar, flakonlar, küpələr, güvəclər, bankalar, ampulalar və digər şüşə qablar; şüşə konserv bankaları; şüşədən tıxaclar, qapaqlar və digər analoji şüşə məmulatları

Elektrik lampalar üçün, işıq mənbələri üçün, elektron-şüa borucuqları üçün və analoji məmulatlar üçün, açıq şüşə balonları (kolbalar və borucuqlar daxil olmaqla) və onların fitinqlərsiz şüşə hissələri

Optik emala məruz qalmamış siqnalizasiya qurğuları üçün şüşə məmulatları və şüşədən optik elementlər (7015 mal mövqeyinə daxil edilənlərdən başqa)

Saatlar üçün şüşələr və analoji şüşələr, görməni korreksiya edən və ya korreksiya etməyən eynək şüşələri, əyilmiş, əyilmiş çöküklü və ya bənzər optik işlənməmiş şüşələr; göstərilən şüşələrin hazırlanması üçün içiboş şüşə kürələr və onların seqmentləri

Tikintidə istifadə olunan preslənmiş və ya tökmə şüşədən döşənmə üçün bloklar, plitələr, kərpiclər, lövhəciklər və digər armaturlaşdırılmış və ya armaturlaşdırılmamış məmulatlar; mozaika və analoji dekorativ işlər üçün altlıqlı və ya altlıqsız şüşə kubiklər və digər kiçik şüşə formaları; vitrajlar və analoji məmulatlar; bloklar, panellər, plitələr, pərdə şəklində və ya başqa formalarda məsaməli və ya köpükləndirilmiş şüşə

Laborator, gigiyenik və ya əczaçılıq məqsədləri üçün şüşə qablar, dərəcələnmiş və ya dərəcələnməmiş, kalibrlənmiş və kalibrlənməmiş

Bijuteriyadan başqa, şüşə muncuqlar, mirvarini, qiymətli və ya az qiymətli daşları imitasiya edən məmulatlar və şüşədən kiçik analoji formalar və onlardan məmulatlar; protezlərdən başqa, şüşə gözlər; bijuteriyadan başqa, lehimləmə lampa ilə işlənmiş heykəlciklər və şüşədən hazırlanmış digər dekorativ məmulatlar; diametri 1 mm-dən çox olmayan şüşə mikrokürələri

Şüşə lifi (şüşə-pambığı daxil olmaqla) və ondan hazırlanmış məmulatlar (məsələn, iplik, parçalar)

Şüşədən digər məmulatlar

Eni 600 mm və ya daha çox olan, isti yayılmış, üzərinə metal çəkilməmiş, qalvanik və ya digər örtüyü olmayan dəmirdən və ya aşqarlanmamış poladdan yastı prokat

Eni 600 mm və ya daha çox olan, soyuq vəziyyətdə yayılmış (soyuq vəziyyətdə sıxılmış), üzərinə metal çəkilməmiş, qalvanik və ya başqa örtüyü olmayan dəmirdən və ya aşqarlanmamış poladdan yastı prokat

Eni 600 mm və ya daha çox olan, üzərinə metal çəkilmiş, qalvanik və ya digər örtüklü, dəmirdən və ya aşqarlanmamış poladdan yastı prokat

Eni 600 mm-dən az olan, üzərinə metal çəkilməmiş, qalvanik və ya digər örtüyü olmayan dəmirdən və ya aşqarlanmamış poladdan yastı prokat

Eni 600 mm-dən az olan, üzərinə metal çəkilmiş, qalvanik və ya digər örtüyü olan dəmirdən və ya aşqarlanmış poladdan yastı prokat

Dəmirdən və ya aşqarlanmamış poladdan isti yayılmış, buxtalara sərbəst sarınmış çubuqlar

Döyülmədən, isti yayılmadan, isti çəkilmədən və ya isti ekstruziyadan başqa sonrakı emala məruz qalmamış, yaymadan sonra burulmuş daxil olmaqla dəmirdən və ya aşqarlanmamış poladdan digər çubuqlar

Dəmirdən və ya aşqarlanmamış poladdan digər çubuqlar

Dəmirdən və ya aşqarlanmamış poladdan künclüklər, fasonlu və xüsusi profillər

Dəmirdən və ya aşqarlanmamış poladdan məftillər

Külçə və ya digər ilkin formalarda korroziyaya davamlı polad; korroziyaya davamlı poladdan yarımfabrikatlar

Eni 600 mm və ya daha çox olan korroziyaya davamlı poladdan yastı prokat

Eni 600 mm-dən az olan korroziyaya davamlı poladdan yastı prokat

Buxtalara sərbəst sarınmış korroziyaya davamlı poladdan isti yayılmış çubuqlar

Korroziyaya davamlı poladdan digər çubuqlar; korroziyaya davamlı poladdan künclüklər, fasonlu və xüsusi profillər

Korroziyaya davamlı poladdan məftillər

Külçə və ya başqa ilkin formalarda aşqarlanmış poladların digər növləri; aşqarlanmış poladların digər növlərindən yarımfabrikatlar

Eni 600 mm və ya daha çox olan, aşqarlanmış poladların digər növlərindən yastı prokat

Eni 600 mm-dən az olmaqla digər aşqarlanmış poladlardan yastı prokat

Buxtalara sərbəst sarınmış aşqarlanmış poladların digər növlərindən isti yayılmış çubuqlar

Aşqarlanmış poladların digər növlərindən digər çubuqlar; aşqarlanmış poladların digər növlərindən künclüklər, fasonlu və xüsusi profillər; aşqarlanmış və ya aşqarlanmamış poladdan qazma işləri üçün içiboş çubuqlar

Digər aşqarlanmış poladlardan məftillər

Qara metallardan zivanalı konstruksiyalar, burğulanmış və ya burğulanmamış, deşilmiş və ya deşilməmiş, monolit və ya yığma elementlərdən hazırlanmış; qara metallardan künclüklər, fasonlu və xüsusi qaynaq edilmiş profillər

Tökmə çuqundan borular, borucuqlar və içiboş profillər

Qara metallardan (tökmə çuqundan istisna olmaqla) tikişsiz borular, borucuqlar və içiboş profillər

Qara metallardan digər borular və borucuqlar (məsələn, qaynaq edilmiş, pərçimlənmiş və ya analoji üsulla birləşdirilmiş), dairəvi en kəsikli, xarici diametri 406,4 mm-dən çox olan

Qara metallardan borular, borucuqlar və digər içiboş profillər (məsələn, açıq tikişli və ya qaynaq edilmiş, pərçimlənmiş və ya analoji üsulla birləşdirilmiş)

Qara metallardan borular və ya borucuqlar üçün fitinqlər (məsələn, birləşmələr, dirsəklər, xarici yivli keçidlər (sqon)

Qara metallardan metal konstruksiyalar (9406 mal mövqeyinin yığma tikinti konstruksiyalarından başqa) və onların hissələri (məsələn, körpülər və onların seksiyaları, şlüz qapıları, qüllələr, şəbəkəli dirəklər, dam çatıları, inşaat fermaları, qapılar və pəncərələr və onların çərçivələri, qapılar üçün kandarlar, jalüzlər, balyustradalar, dayaqlar və sütunlar); metal konstruksiyalarında istifadə üçün nəzərdə tutulmuş qara metallardan hazırlanmış vərəqlər, çubuqlar, künclüklər, fasonlu profillər, borular və analoji məmulatlar

Elektrik izolyasiyası olmayan qara metallardan burulmuş məftillər, troslar, kanatlar, hörmə şnurlar, stroplar və analoji məmulatlar

Qara metallardan məftildən metal parça (sonsuz lentlər də daxil olmaqla), şəbəkə, torlar və çəpərlər; qara metallardan dəlikli dartılmış vərəq

Qara metallardan zəncirlər və onların hissələri yalnız liftlər, eskalatorlar və digər qaldırıcıların istehsalında istifadə olunan)

Mis başlıqlı istisna olmaqla başqa materiallardan olan başlıqlarla və ya başlıqlarsız qara metaldan mıxlar, knopkalar, çertyoj knopkaları, riflənmiş mıxlar, dəmirbəndlər (8305 mal mövqeyinə daxil olanlardan başqa) və analoji məmulatlar

Qara metallardan vintlər, boltlar, qaykalar, böyük vintlər, burulub keçirilən qarmaqlar, pərçimlər, şpon civiləri, şplintlər, şaybalar (o cümlədən, yaylı) və analoji məmulatlar

Qara metallardan yaylar, resorlar və onlar üçün vərəqlər

Qara metallardan süfrə, mətbəx məmulatları və ya məişət ehtiyacları üçün digər məmulatlar və onların hissələri; qara metallardan “yun”; qara metallardan mətbəx qablarının təmizlənməsi üçün liflər, təmizləmə və ya pardaqlama üçün yastıqcıqlar, əlcəklər və analoji məmulatlar (yalnız tava və qazan istehsalında istifadə olunan)

Qara metallardan sanitar-texniki avadanlıq və onun hissələri

Qara metallardan digər tökmə məmulatlar

Qara metallardan digər məmulatlar

Mis çubuqlar və profillər

Qalınlığı 0,15 mm-dən çox olan mis plitələr, təbəqələr və zolaqlar və ya lentlər

Qalınlığı (altlığı hesaba alınmadan) 0,15 mm-dən çox olmayan mis folqa (altlıqsız və ya kağızdan, kartondan, plastmasdan və ya analoji materiallardan altlıqlı):

Mis borular və borucuqlar:

Borular və ya borucuqlar üçün mis fitinqlər (məsələn, muftalar, dirsəklər, flanslar):

Elektrik izolyasiyası olmayan misdən burulmuş məftillər, troslar, hörmə şnurlar və analoji məmulatlar

Misdən mıxlar, knopkalar, çertyoj knopkaları, dəmirbəndlər və analoji məmulatlar; vintlər, boltlar, qaykalar, qarmaqlar, pərçimlər, şplinlər, şaybalar və misdən analoji məmulatlar

Misdən digər məmulatlar

Emal olunmamış alüminium

Alüminium çubuqlar və profillər

Qalınlığı 0,2 mm-dən çox olan alüminium plitələr, vərəqlər, zolaqlar və ya lentlər

Qalınlığı (altlıq hesaba alınmadan) 0,2 mm-dən çox olmayan alüminium folqa (altlıqsız və ya kağızdan, kartondan, plastmasdan və ya analoji materiallardan altlıqlı)

Alüminium borular və borucuqlar

Elektrik izolyasiyası olmayan alüminiumdan burulmuş məftillər, troslar, hörmə şnurlar və analoji məmulatlar

Alüminiumdan süfrə, mətbəx və ya məişət ehtiyatları üçün digər məmulatlar və onların hissələri; alüminiumdan mətbəx qablarını təmizləmək üçün liflər, təmizləmə və ya pardaqlama üçün yastıqcıqlar, əlcəklər və analoji məmulatlar; alüminiumdan sanitar-texniki avadanlıq və onun hissələri (yalnız tava və qazan istehsalında istifadə olunan)

Alüminiumdan digər məmulatlar

Sink plitələri, vərəqləri, zolaqları və ya lentləri və folqa

Sinkdən digər məmulatlar

Alətlərin üzərinə quraşdırılmamış, metal-keramikadan lövhələr, kiçik tirlər, ucluqlar və alətlər üçün analoji məmulatlar

8208 mal mövqeyinin bıçaqlarından başqa, kəsici tiyələri mişarabənzər olan və ya olmayan bıçaqlar (ağacların kəsilməsi üçün bıçaqlar da daxil olmaqla) və onlar üçün tiyələr

Qiymətsiz metallardan elastik borular, fitinqlərlə və onlarsız

Geyim və ya geyim üçün ləvazimatlar, ayaqqabı, zərgərlik məmulatları, qol saatları, kitablar, talvarlar, dəri məmulatları, yol ləvazimatları və ya sərraclıq-yəhər ləvazimatları və ya digər hazır məmulatlar üçün istifadə olunan qiymətsiz metallardan ilgəklər, çərçivəli ilgəklər, toqqalar, toqqa-ilgəklər, qarmaqlar, halqalar, bəndlər və analoji məmulatlar; qiymətsiz metallardan boruşəkilli və ya ikiyə haçalanmış pərçimlər; qiymətsiz metallardan muncuqlar və parıldayan bəzəklər

Qiymətsiz metallardan Tıxaclar, qapaqlar (dişli qapaqlar, yivli qapaqlar və mayenin tökülməsi üçün qurğusu olan tıxaclar daxil olmaqla), butulkalar üçün bağlayıcı qapaqlar, yivli tıxaclar, tıxac üstlükləri, hermetikləşdirən və digər qablaşdırıcı ləvazimatlar

Aşağı və yuxarı temperaturlu lehimləmə, qaynaq və ya metalların və ya metal karbidlərinin çökdürülməsi üçün istifadə edilən örtüklu və ya flüs materiallardan özəkli qiymətsiz metallardan və ya metal karbidlərindən məftillər, çubuqlar, borular, lövhələr, elektrodlar və analoji məmulatlar; püskürdülmə ilə metallaşdırma üçün istifadə edilən qiymətsiz metal tozunun qızdırılıb bitişdirilməsi ilə alınan məftillər və çubuqlar

Dövrü və ya irəli-geri hərəkət edən porşenli, qığılcımla alışan daxili yanma mühərrikləri (motosikletlər və mopedlərin sənaye (yığım) müəssisəsində sənaye yığımı məqsədilə)

Skipli yük qaldırıcılarından başqa, qaldırıcı tallar və qaldırıcılar; bucurğadlar və dolamaçarxlar (kabestanlar); domkratlar

Yalnız və ya əsasən 8425-8430 mal mövqelərinin avadanlığı üçün nəzərdə tutulmuş hissələr (yalnız liftlər, eskalatorlar və digər qaldırıcıların istehsalında istifadə olunan)

Kürəcikli və ya diyircəkli diyirlənmə yastıqları

Digər materialla birləşmiş metal təbəqədən və ya iki və ya daha çox metal laylarından ibarət olan araqatlar və analoji birləşdirici elementlər; paketlərə, konvertlərə və ya analoji bağlamalara qablaşdırılmış, müxtəlif tərkibli, araqatların və analoji birləşdirici elementlərin dəstləri və ya komplektləri, mexaniki sıxlaşdırıcılar

İlkin elementlər və ilkin batareyalar

Velosipedlərdə və ya mühərrikli nəqliyyat vasitələrində istifadə olunan elektrik işıqlandırıcı və ya siqnalizasiya avadanlığı (8539 mal mövqeyinin məmulatlarından başqa), şüşətəmizləyicilər, buzlanma və tərləmə əleyhinə cihazlar

Yalnız və ya əsasən 8519 və ya 8521 mal mövqeyinin aparaturası ilə istifadəyə yararlı olan hissələr və ləvazimatlar

Sensorlu ekran da daxil olmaqla, yastı ekran panelli modullar

Dəmir yollarında, tramvay xətlərində, avtomobil yollarında, daxili su yollarında, avtomobil dayanacaqlarında, limanlarda və ya aerodromlarda hərəkətin təhlükəsizliyinin və ya idarə olunmasının təmini üçün elektrik siqnalizasiya qurğuları (8608 mal mövqeyinin avadanlığından başqa)

8512 və ya 8530 mal mövqeyinin avadanlığından başqa, səs və ya vizual siqnalizasiya elektrik avadanlığı (məsələn, zənglər, sirenalar, indikator panelləri, mühafizənin təmin edilməsi üçün və ya yanğın təhlükəsizliyi üçün siqnalizasiya qurğuları)

1000 V-dan çox gərginlik üçün elektrik dövrələrinin kommutasiyası və ya qorunması üçün və ya elektrik dövrələrinə qoşulmaq və ya elektrik dövrlər üçün elektrik aparatura (məsələn, qoşucu açarlar, dəyişdirici açarlar, kəsicilər, əriyən qoruyucular, ildırım ötürücüləri, gərginlik məhdudlaşdırıcıları, gərginlik sıçrayışlarının söndürücüləri, cərəyan qəbulediciləri, cərəyan götürücüləri və digər birləşdiricilər, birləşdirici qutular)

1000 V-dan çox olmayan gərginlik üçün elektrik dövrələrinin kommutasiyası və ya qorunması üçün və ya elektrik dövrələrinə qoşulmaq və ya elektrik dövrlər üçün elektrik aparatura (məsələn, qoşucu açarlar, dəyişdirici açarlar, kəsicilər, rele, əriyən qoruyucular, gərginlik sıçrayışlarının söndürücüləri, ştepsel vilkaları və rozetkaları, elektrik lampaları üçün patronlar və digər birləşdiricilər, birləşdirici qutular); optik liflər, optik-lifli jqutlar və ya kabellər üçün birləşdiricilər

Elektrik cərəyanının idarəetməsi və ya bölüşdürülməsi üçün 8535 və ya 8536 mal mövqeyinin iki və ya daha çox qurğusu ilə təchiz olunmuş, o cümlədən 90-cı qrupun cihazlarını və qurğularını və rəqəmsal idarəetmə aparatlarını daxil edən, tərkibində 8517 mal mövqeyinin kommutasiya qurğuları olmayan pultlar, panellər, konsollar, masalar, bölüşdürücü şitlər və elektrik aparatları üçün digər təməllər

8537 mal mövqeyinin məmulatları üçün nəzərdə tutulmuş, lakin müvafiq aparatura ilə komplektləşdirilməmiş, pultlar, panellər, konsollar, masalar, bölüşdürücü şitlər və digər təməllər, elektron modullar

Elektrik közərmə və ya qazlaboşalan lampaları, germetik, işığı istiqamətlənmiş lampalar daxil olmaqla, eləcə də ultrabənövşəyi və ya infraqırmızı lampalar; qövs lampaları

Bu qrupun başqa yerində adları çəkilməyən və ya daxil edilməyən, fərdi funksiyaları olan elektrik maşınlar və aparatura (yalnız liftlər, eskalatorlar və digər qaldırıcıların istehsalında istifadə olunan)

Birləşdirici qurğularla və ya onlarsız izolyasiyalı naqillər (minalanmış və ya anodlaşdırılmış naqillər daxil olmaqla), kabellər (koaksial kabellər daxil olmaqla) və digər izolyasiyalı elektrik keçiriciləri; elektrik keçiricilərlə və ya birləşdirici elementlərlə yığılıb-yığılmamasından asılı olmayan fərdi örtüklü liflərdən təşkil olunmuş lifli-optik kabellər

İstənilən materialdan elektrik izolyatorlar

8546 mal mövqeyinin izolyatorlarından başqa, yalnız yığma məqsədilə qəlibləmə zamanı montaj edilmiş bəzi metal komponentlər nəzərə alınmadan (məsələn, yivli patronlar) tamamilə izolyasiya materiallarından hazırlanmış, elektrik maşınlar, qurğular və cihazlar üçün izolyasiya armaturası; izolyasiya materialları ilə üzlənmiş qiymətsiz metallardan elektrik keçiricilər üçün borucuqlar və onlar üçün birləşdirici detallar

Dəmiryol lokomotivlərinin və ya mühərrikli tramvay vaqonlarının və ya dəmiryol nəqliyyat vasitələrinin hissələri

Dəmiryol və ya tramvay xətləri üçün yol avadanlığı və qurğuları; mexaniki siqnal avadanlığı, dəmir yollarında, tramvay xətlərində, avtomobil yollarında, daxili su yollarında, dayanacaq obyektlərində, limanlarda və ya aerodromlarda hərəkət təhlükəsizliyinin və ya idarə edilməsinin təmini üçün qurğular

8701-8705 mal mövqelərinin mühərrikli nəqliyyat vasitələri üçün kuzovlar (kabinlər daxil olmaqla)

8711-8713 mal mövqeyinin nəqliyyat vasitələri üçün hissələr və ləvazimatlar

Optik liflər və optik-lifli jqutlar; 8544 mal mövqeyində göstərilənlərdən başqa, lifli-optik kabellər; polyarlaşma materialından təbəqələr və lövhələr;optik emal olunmamış şüşədən olan analoji elementlərdən başqa, istənilən materiallardan çərçivəyə salınmamış linzalar (kontakt linzaları daxil olmaqla), prizmalar, güzgülər və istənilən materialdan digər optik elementlər

Lazer diodlarından başqa, lazerlər; bu qrupun başqa yerində adları çəkilməyən və ya daxil olunmayan digər optik cihazlar və alətlər

İstiqamətin müəyyənləşdirilməsi üçün kompaslar; digər naviqasiya cihazları və alətləri

Cihaz lövhələrində quraşdırılan saatlar və yerüstü nəqliyyat vasitələri, uçuş aparatları, kosmik aparatları və ya gəmilər üçün analoji saatlar

Öz üzərində və ya özü ilə gəzdirmək üçün nəzərdə tutulmuş saatlar üçün komplektləşmiş və yığılmış halda saat mexanizmləri

Öz üzərində və ya özü ilə gəzdirmək üçün nəzərdə tutulmamış saatlar üçün komplektləşdirilmiş və yığılmış halda saat mexanizmləri

Yığılmamış və ya qismən yığılmış halda komplektləşdirilmiş saat mexanizmləri (saat mexanizmlərin dəstləri); yığılmış halda komplektləşdirilməmiş saat mexanizmləri; ilkin qaba yığılmış saat mexanizmləri

Öz üzərində və ya özü ilə gəzdirmək üçün nəzərdə tutulmuş saatlar üçün korpuslar və onların hissələri

Öz üzərində və ya özü ilə gəzdirmək üçün nəzərdə tutulmamış saatlar üçün saat korpusları və bu qrupun digər məmulatları üçün analoji korpuslar və onların hissələri

Musiqi alətlərin hissələri (məsələn, musiqili sandıqçaların mexanizmləri) və ləvazimatları (məsələn, mexaniki alətlər üçün kartlar, disklər və vallar); metronomlar, kamertonlar və səs ucalığı təsbit olunmuş bütün növ trubalar

Düymələr, başma düymələr (knopkalar), bağlama bəndləri, düymələr üçün formalar və bu məmulatların digər hissələri; düymələr üçün biçmələr

Zəncirbəndlər və onların hissələri

Tarix qoymaq, möhürləmək üçün ştempellər və ya numeratorlar, əl işləri üçün nəzərdə tutulmuş analoji qurğular (etiketlərin çapı və ya basma naxışlanması üçün qurğular daxil olmaqla); əl komposterləri; yığma üçün əl verstatkaları və tərkibində belə verstatkalar olan əl çapı üçün dəstlər

1. 30 dekabr 2023-cü il tarixli 506 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 dekabr 2023-cü il, “Xalq” qəzeti, 31 dekabr 2023-cü il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, II kitab, maddə 1841)

2. 21 iyun 2024-cü il tarixli 309 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 iyun 2024-cü il, “Xalq” qəzeti, 25 iyun 2024-cü il, № 130, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 6, II kitab, maddə 729)

3. 16 sentyabr 2025-ci il tarixli 268 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 18 sentyabr 2025-ci il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 868)

4. 23 fevral 2026-cı il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 fevral 2026-cı il, “Xalq” qəzeti, 4 mart 2026-cı il, № 41, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 2, maddə 185)

5. 8 sentyabr 2026-cı il tarixli 264 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 sentyabr 2026-cı il, “Xalq” qəzeti, 10 sentyabr 2026-cı il, № 164)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver