“Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 915-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 dekabr tarixli 1734 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə ölkə Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndini rəhbər tutaraq Kollegiya
1. “İslah işləri növündə cəzanın icrası Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. “Ədliyyə Nazirliyi üzrə bəzi normativ sənədlərin təkmilləşdirilməsi barədə” Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 dekabr tarixli 7-N nömrəli qərarının 1.7-ci bəndi, habelə həmin qərarla təsdiq edilmiş “İslah işləri növündə cəzanın icrası Qaydaları” ləğv edilsin.
3. Bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A. Əliyev).
4. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin (E.Qasımov).
Azərbaycan Respublikasının
I dərəcəli dövlət ədliyyə müşaviri
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinə və qüvvədə olan digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və islah işləri növündə cəzanın icrası qaydalarını tənzimləyir.
1.2. İslah işləri növündə cəzanın məqsədlərinə barəsində islah işləri tətbiq edilmiş məhkumun ictimai faydalı əməkdə iştirakı vasitəsilə nail olunur.
1.3. Barəsində islah işləri tətbiq edilmiş məhkumların Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual, Cəzaların İcrası məcəllələri və digər qanunvericilik aktları ilə müəyyən edilmiş məhdudiyyətlər və istisnalar nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşlarına mənsub olan hüquq və azadlıqlarına təminat verilir.
1.4. İslah işlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət hökmü (qərarı) çıxarmış məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidməti (bundan sonra – Probasiya xidməti) və Cəzaların icrasına nəzarət baş idarəsi tərəfindən həyata keçirilir.
1.5. İslah işlərinin icrası zamanı qanunazidd hərəkətlərə yol vermiş icra məmurları barədə inzibati qaydada yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər.
2.1. İslah işləri növündə cəzanı məhkumun yaşadığı yerin icra məmuru (probasiya üzrə) (bundan sonra icra məmuru) icra edir.
2.2. İcra məmurlarının vəzifələri Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi (bundan sonra – Məcəllə), “Dövlət icra məmurları haqqında” Qanunu və digər qanunvericilik aktları ilə müəyyən edilir.
2.3. İslah işlərini icra edən icra məmuru aşağıdakı əsas vəzifələri yerinə yetirir:
2.3.1. barəsində islah işləri tətbiq edilmiş şəxslərə şəxsi iş açır (Əlavə 1);
2.3.2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının 2017-ci il 16 fevral tarixli Q9-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, inzibati qaydada həbs edilmiş, habelə dövlət daktiloskopik qeydiyyatından keçən şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair Təlimat”a uyğun olaraq islah işləri növündə cəzaya məhkum edilmiş şəxs barəsində tərtib edilmiş uçot sənədlərini üç iş günü ərzində həmin nazirliyin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə göndərir;
2.3.3. barəsində islah işləri tətbiq edilmiş məhkumun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə probasiya qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş məlumat vərəqini dərhal, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün (qərarının) icrası barədə hakimin göstərişinin surəti əlavə olunmaqla elektron qaydada Probasiya Xidmətinin elektron poçt ünvanına göndərir və bunu təsdiq edən sənədi məhkumun şəxsi işinə əlavə edir;
2.3.4. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq hərbi vəzifəlilərə və ya çağırışçılara islah işləri cəzasının təyin olunması ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün (qərarının) surətini aldıqdan yeddi gün müddətində həmin hökm (qərar) barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və ya bölməsinə məlumat verir;
2.3.5. barəsində islah işləri tətbiq edilmiş şəxslərə islah işlərinin icrasının qayda və şərtlərini izah edir;
2.3.6. zəruri hallarda məhkumlara işə düzəlməkdə köməklik göstərir;
2.3.7. məhkumların qazancından tutulmaların düzgün aparılmasına və cəzanın icrası üçün Məcəllədə və bu Qaydalarda müəyyən edilmiş şərtlərə işəgötürən tərəfindən riayət olunmasına nəzarət edir;
2.3.8. barəsində islah işləri tətbiq edilmiş məhkumlarla tərbiyə işini fərdi söhbət aparmaqla həyata keçirir. Fərdi söhbətin aparılması barədə protokol tərtib olunur və həmin protokol icra məmuru və məhkum tərəfindən imzalanır. Məhkum protokolu imzalamaqdan imtina etdikdə bu barədə protokolda müvafiq qeyd aparılır.
2.3.9. məhkumlar barəsində Məcəllədə və bu Qaydalarda nəzərdə tutulmuş həvəsləndirmə və tənbeh tədbirlərini tətbiq edir;
2.3.10. barəsində islah işləri tətbiq edilmiş şəxslərin fərdi qeydiyyatını aparır;
2.3.11. yeri məlum olmayan məhkumların axtarışını təşkil edir;
2.3.12. cəza müddəti ərzində yaşayış yerini dəyişmiş məhkumların şəxsi işlərini yeni yaşayış yeri üzrə probasiya qurumuna göndərir;
2.3.13. cəzanın icrası ilə əlaqədar məhkumu probasiya qurumuna çağırır;
2.3.14. məhkumların ərizə və şikayətlərinə baxır və onları qəbul edir;
2.3.15. məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş tədbirləri həyata keçirir;
2.3.16. məhkum cəzasını çəkib qurtardıqdan, amnistiya və ya əfvetmə aktına əsasən cəzadan azad edildikdə, cəzadan azad edilmə barədə məhkəmə qərarını aldıqdan, habelə məhkumun ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi haqqında məlumat daxil olduqdan sonra 24 saat müddətində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi üçün bu Qaydaların 2.3.3-cü yarımbəndində nəzərdə tutulmuş qaydada tədbirlər görür;
2.3.17. məhkumun cəza müddəti istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qurtararsa, məhdudlaşdırılmanın götürülməsinə dair həmin günlərdən əvvəl gələn sonuncu iş günü ərzində bu Qaydaların 2.3.3-cü yarımbəndində nəzərdə tutulmuş qaydada tədbirlər görür;
2.3.18. hər rübdən sonra gələn ayın 5-dən gec olmayaraq islah işləri növündə cəzanın icrası sahəsində görülmüş işlərin yekunu barədə rəhbəri vasitəsilə Probasiya xidmətinə məlumat verir;
2.3.19. məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl və ya xəstəliyə görə, yaxud zərərçəkmiş şəxslə barışmaqla, cinayət nəticəsində vurulmuş ziyanı və ya əldə edilmiş gəliri tamamilə ödəməklə əlaqədar azad edilməsi ilə bağlı müvafiq mülahizə və ya təqdimatı, habelə onlara əsas olmuş materialları Probasiya xidmətinə məlumat verməklə məhkəməyə göndərir;
2.3.20. islah işlərinin icrasından irəli gələn digər vəzifələri yerinə yetirir.
2.4. “Dövlət icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra məmurlarının qanuni tələbləri Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir və bu tələbləri yerinə yetirməyən, habelə icra məmuruna həvalə olunmuş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
3.1. İslah işləri növündə cəzanın icrası bu cəzanın təyin olunması ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün (qərarının) və onun icrası barədə hakimin göstərişi əsasında həyata keçirilir.
3.2. İcra məmuru islah işləri növündə cəzaya məhkum olunmuş şəxslər barədə məhkəmə hökmünün (qərarının) surətini və göstərişi aldıqda, həmin məhkəməyə bu barədə dərhal məlumat verir (Əlavə 2).
3.3. İslah işləri növündə cəzanın icrası ilə əlaqədar məhkəmə sənədlərində icraya mane olan şübhə və anlaşılmazlıqlar olduqda, icra məmuru həmin halların aradan qaldırılması məqsədilə həmin sənədləri aldığı vaxtdan üç gün ərzində qanunvericiliyə uyğun olaraq hökmü (qərarı) çıxarmış məhkəməyə təqdimat verir.
3.4. İcra məmuru barəsində islah işləri tətbiq edilmiş şəxsləri “İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslərin qeydiyyatı kitabı”nda qeydiyyata alır (Əlavə 3) və ona qeydiyyat vərəqi tərtib edir (Əlavə 4).
3.5. “İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslərin qeydiyyatı kitabı” nömrələnərək tikilir və probasiya qurumunun möhürü ilə təsdiq edilir.
3.6. İcra məmuru islah işləri növündə cəzanın icrası üçün əsas olan sənədləri, müvafiq qurumlara və şəxslərə göndərilən məktubları, habelə cəzanın icrası ilə əlaqədar olan digər sənədləri barəsində islah işləri tətbiq edilmiş şəxs üçün açılmış şəxsi işdə saxlayır.
3.7. Şəxsi işdə saxlanılan sənədlər ardıcıllıqla nömrələnərək tikilir, sənədlərin adı və hansı nömrədə olması göstərilməklə siyahıya alınır.
4.1. İslah işləri növündə cəzanın tətbiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün (qərarının) surəti və onun icrası haqqında hakimin göstərişi alındığı gündən sonrakı gün icra məmuru cəzanın icrasının təmin edilməsi ilə bağlı tədbirlərə başlamalıdır.
4.2. İcra məmuru islah işləri növündə cəzaya məhkum olunmuş şəxs barəsində hökmün (qərarın) surətini və göstərişi aldıqdan sonra üç gün müddətində hökmün (qərarın) surətini və müəyyən edilmiş formada bildirişi (Əlavə 5) işəgötürənə göndərir. Bildirişdə islah işləri növündə cəzanın icrası ilə bağlı işəgötürənin vəzifələri, məhkumun əmək haqqından tutulmaların aparılması qaydası, habelə məhkəmə hökmünün (qərarının) qərəzli olaraq icra edilməməsinə və ya onun icrasına maneçilik törədilməsinə görə, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə qanunvericiliklə məsuliyyət nəzərdə tutulduğu barədə məlumat göstərilir.
4.3. Məhkum əvvəlki iş yerindən getdikdə və heç yerdə işləmədikdə, icra məmuru məhkuma üç ay müddətində işə girməyi təklif edir və bu barədə sənədi (Əlavə 6) ona imza etdirməklə elan edir, zəruri olduqda isə ona işə düzəlməkdə kömək edir.
4.4. İşsiz məhkum özü işə düzəlməli və ya icra məmurunun iştirakı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumunda qeydiyyata durmalıdır. Məhkum Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumunun ona təklif etdiyi işdən imtina edə bilməz.
4.5. Bu Qaydaların 4.3-cü bəndində göstərilən müddətdə məhkum üzrlü səbəblər olmadan işə girmədikdə, onun barəsində bu Qaydaların 10.1 və 10.2-ci bəndlərində nəzərdə tutulmuş tədbirlər tətbiq edilir.
4.6. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxs bu Qaydaların 2.3.13-cü yarımbəndinə uyğun olaraq icra məmurunun çağırışına üzrlü səbəblər olmadan gəlmədikdə, məhkum məcburi gətirilə bilər. Məcburi gətirilmə məhkəmənin qərarı ilə həyata keçirilir.
5.1. İslah işləri növündə cəzanın icrası yeri üzrə işəgötürən:
5.1.1. məhkəmə hökmünün (qərarının) məzmununu əmək kollektivinin nəzərinə çatdırır;
5.1.2. iş yeri üzrə məhkumun davranışına nəzarət edir və məhkumla tərbiyə işinin aparılmasında icra məmuruna kömək edir;
5.1.3. məhkumun əmək intizamına riayət edilməsinə nəzarət edir, ona ixtisasının artırılmasında kömək edir;
5.1.4. məhkum barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin tətbiq edilməsi, məhkumun cəza çəkməkdən boyun qaçırması, başqa işə keçməsi və ya işdən azad edilməsi barədə əvvəlcədən icra məmuruna məlumat verir;
5.1.5. məhkumun qazancından dövlət nəfinə tutulmaları vaxtında və düzgün aparır, tutulmuş məbləğləri Məcəllədə və bu Qaydalarda müəyyən edilmiş qaydada dövlət nəfinə keçirir;
5.1.6. cəzanın icrası məqsədilə Məcəllədə və bu Qaydalarda nəzərdə tutulmuş şərtləri yerinə yetirir.
6.1. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslərin qazancından cəzanın icrası müddəti ərzində məhkəmənin hökmü (qərarı) ilə müəyyən edilmiş məbləğdə, Məcəllədə və bu Qaydalarda nəzərdə tutulmuş qaydada dövlət nəfinə pul tutulur.
6.2. İslah işləri növündə cəzanın icrası müddəti məhkumun ümumi iş stajına daxil edilir.
6.3. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslər əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hər il məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.
7.1. İslah işləri növündə cəzanın icrası müddəti məhkumun işlədiyi və onun qazancından tutulmalar aparıldığı aylar və günlərlə hesablanır.
7.2. Məhkumun işlədiyi günlərin sayı məhkəmənin cəza üçün müəyyən etdiyi təqvim ayına düşən iş günlərinin sayına uyğun olmalıdır.
7.3. Məhkum göstərilən miqdarda iş günlərini işləmədikdə və işlənməmiş günlərin cəza müddətinə hesablanması üçün Məcəllə ilə müəyyən edilmiş əsaslar olmadıqda, islah işləri növündə cəzanın icrası nəzərdə tutulmuş miqdarda iş günlərinin məhkum tərəfindən tamamilə işlənməsinədək davam edir.
7.4. Məhkumun üzrlü səbəblərə görə işləmədiyi və qanuna uyğun olaraq onun əmək haqqı saxlandığı vaxt cəzanın icrası müddətinə hesablanır.
7.5. Tibbi sənədlərlə təsdiq edilmiş əmək qabiliyyətinin müvəqqəti itirildiyi vaxt, habelə sosial məzuniyyətlərdə olma vaxtı bu müddətə daxil edilir.
7.6. Kənd təsərrüfatı müəssisələrində məhkumların işlədikləri günlərin ümumi sayı təsərrüfat üzrə işçilər üçün müəyyən edilmiş illik minimumdan və ya onun ayrı-ayrı dövrləri üzrə minimumdan aşağı olmadıqda, obyektiv səbəblərə görə onlara iş verilməyən vaxt da cəzanın çəkilməsi müddətinə hesablanır.
7.7. İslah işləri növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti islah işləri növündə cəzanın icrası müddətinə hesablanmır.
8.1. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslərin qazancından tutulmalar məhkəmə hökmünün (qərarının) surətinin cəzanın icrası yeri üzrə işəgötürənə daxil olduğu gündən hesablanmalıdır.
8.2. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslərin qazancından tutulmalar bütün qazanc məbləğindən, vergilər və digər tədiyyələr daxil olmaqla, habelə icra sənədlərindən asılı olmayaraq aparılır.
8.3. Məhkumun qazancından tutulmalar əmək haqqı verilərkən hər işlənmiş ay üçün, məhkum işdən çıxdıqda isə ayın işlənmiş hissəsi üçün aparılır. Əvəzçilik üzrə işləyən şəxslərin iş yerlərindəki qazancından pul məbləği tutulur.
8.4. Məhkumun qazancından tutulmalar pensiyalardan və müavinətdən, birdəfəlik verilən və əməkhaqqı sistemində nəzərdə tutulmayan ödəmələrdən, ezamiyyətlərlə əlaqədar xərclər üçün əvəz kimi verilən məbləğlərdən və başqa ödəmələrdən aparılmır.
8.5. Məhkumların qazancından tutulmalara onların qazancının həm pul, həm də natura hissəsi cəlb edilir. Qazancın məhkumlardan tutulmuş natura hissəsi işəgötürənin sərəncamında qalır, onun dəyəri isə dövlətin nəfinə keçirilir. Tutulmuş pul məbləği hər ay əmək haqqı verilən gün dövlətin nəfinə keçirilir.
8.6. Tutulmalar qazancın natura hissəsi daxil olduqca təsərrüfat ilinin yekunlarına görə haqq-hesab çəkilərkən aparılır.
8.7. İşə xitam verilməklə məhkəmənin hökmü (qərarı) ləğv olunduqda və ya dəyişdirildikdə məhkumun qazancından tutulmuş məbləğlər tamamilə və ya artıq tutulmuş məbləğlər ona qaytarılır.
8.8. İşəgötürən məhkumun qazancından dövlət nəfinə köçürmələri ödəmə tapşırıqları vasitəsilə həyata keçirir və həmin ödəmə tapşırıqlarının surətini icra məmuruna təqdim edir.
8.9. İcra məmuru ödəmə tapşırıqlarında göstərilən pul məbləğini, ödəmə tapşırığının nömrə və tarixini məhkumun qeydiyyat vərəqəsində qeyd edir.
8.10. Pul ödəmə tapşırıqları icra məmurları tərəfindən ardıcıllıq qaydası ilə tikilərək məhkumun şəxsi işində saxlanılır.
8.11. Məhkumun qazancından tutulmuş pulun nağd yolla və poçt göndərişi ilə alınması qadağandır.
8.12. İcra məmuru hər ay qeydiyyat vərəqəsi üzrə tutularaq köçürülən pul məbləğini yoxlayır və ödəmənin gecikdirilməsini müəyyən etdikdə, bunu işəgötürənin diqqətinə çatdırır.
8.13. İcra məmuru rübdə bir dəfədən az olmayaraq cəzanın çəkildiyi iş yerində islah işləri növündə cəzaya məhkum olunmuş şəxslərin qazancından dövlət nəfinə pul tutulmalarının düzgün aparılmasına və cəzanın icrası üçün Məcəllədə və bu Qaydalarda müəyyən edilmiş şərtlərə işəgötürən tərəfindən riayət olunmasına nəzarət məqsədilə yoxlama aparır. Yoxlamanın sonunda icra məmuru iki nüsxədən ibarət protokol tərtib edir (Əlavə 7). Protokolun bir nüsxəsini şəxsi işə əlavə edir, digərini isə imza etdirməklə yoxlama zamanı müəyyən olunmuş nöqsanların aradan qaldırılması məqsədi ilə cəzanın icrası yeri üzrə işəgötürənə verir.
8.14. İcra məmuru cəzanın icrası yeri üzrə işəgötürən tərəfindən məhkumun qazancından tutulmaların ehtiyatsızlıqdan və sair səbəblərdən gecikdirilməsini və ya düzgün aparılmamasını aşkar edərsə, bu nöqsanların növbəti ayda qazancdan tutulmalar aparılarkən aradan qaldırılması üçün tapşırıqlar verir.
8.15. İslah işləri cəzasına məhkum olunan şəxsin cəza müddəti başa çatdıqda, habelə məhkum qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla cəzadan azad edildikdə dərhal icra məmuru məhkumun əmək haqqından aparılan tutulmaların dayandırılması ilə bağlı işəgötürənə məlumat göndərir (Əlavə 8).
9.1. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslərə nümunəvi davranışa görə həvəsləndirmə tədbirləri, cəzanın icrası qaydalarını pozduqlarına görə isə tənbeh tədbirləri tətbiq edilir.
9.2. Həvəsləndirmə tədbiri qismində məhkuma icra məmuru tərəfindən probasiya qurumunun rəhbəri ilə razılaşdırmaqla təşəkkür elan edilə və ya əvvəllər verilmiş tənbeh götürülə bilər.
9.3. Cəzanın icrası qaydalarını pozan məhkumlara icra məmuru tərəfindən xəbərdarlıq və ya töhmət növündə tənbeh verilə bilər.
9.4. Tənbeh verilməzdən əvvəl məhkumdan yazılı izahat alınır. Xətanın aşkar olunduğu gündən bir ay keçdikdən sonra tənbeh verilə bilməz. Məhkum icra məmuru tərəfindən verilmiş tənbehdən yuxarı vəzifəli şəxsə şikayət edə bilər.
9.5. Həvəsləndirmə və təhbeh tədbirləri tətbiq edilərkən məhkumun cəza müddətindəki davranışı və onu müsbət xarakterizə edən digər əhəmiyyətli hallar nəzərə alınır.
9.6. İslah işləri növündə növündə cəzaya məhkum olunmuş şəxsə tətbiq edilmiş həvəsləndirmə və tənbeh tədbirləri məhkumun islah edilməsi müəyyənləşdirilərkən nəzərə alınır.
9.7. Həvəsləndirmə və tənbeh tədbirinin tətbiqi barədə icra məmuru tərəfindən qərar (Əlavə 9, 10) qəbul edilir, həmin qərar məhkuma elan olunmaqla, onun şəxsi işinə əlavə edilir. Həmin qərarların surəti üç iş günü ərzində Probasiya xidmətinə göndərilir.
10. İslah işləri növündə cəzanın icrası qaydalarının pozulmasının nəticələri
10.1. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslər cəzanı çəkməkdən boyun qaçırdıqda, icra məmuru onlara rəsmi xəbərdarlıq edir (Əlavə 11).
10.2. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslər rəsmi xəbərdarlıqdan sonra cəzanı çəkməkdən qərəzli boyun qaçırdıqda, icra məmuru Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq islah işlərinin çəkilməmiş hissəsinin azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi haqqında məhkəməyə təqdimat verir (Əlavə 12).
10.3. Təqdimatda məhkumun şəxsiyyətini səciyyələndirilən məlumatlar və tətbiq edilmiş tənbeh tədbirləri göstərilməlidir.
11.1. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxsin olduğu yer müəyyən edilmədikdə on günədək müddətə icra məmuru aşağıdakı ilkin axtarış tədbirlərini həyata keçirilir:
11.1.1. şəxsin qohumları, tanışları və digər yaxın şəxslərlə onun yerinin müəyyən edilməsi üçün söhbətlər aparır və ya bu barədə sorğu edir;
11.1.2. şəxsin qeydiyyatda olduğu ərazinin yerli icra hakimiyyəti orqanı nümayəndəsinə, polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumuna sorğu edir;
11.1.3. şəxsin həbs yerlərində, o cümlədən inzibati həbs yerlərində saxlanılıb-saxlanılmaması barədə sorğu edir;
11.1.4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli qurumlarına sorğu edir.
11.1.5. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və ya bölməsinə şəxsin həqiqi hərbi xidmətə və ya toplanış keçməyə göndərilib-göndərilməməsi barədə sorğu edir;
11.1.6. şəxsin yaşayış yeri üzrə xəstəxana və digər müalicə müəssisələrinə sorğu edir;
11.1.7. şəxsin olduğu yerin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edə biləcək digər tədbirləri görür.
11.2. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxsin olduğu yer on gündən artıq müddətdə müəyyən edilmədikdə, icra məmuru onun barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edir, həmçinin məhkumun tutulması barədə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada aidiyyəti prokurorluğa vəsatət verir (Əlavə 13). Həmin vəsatət və prokurorun təqdimatı əsasında məhkumun tutulması barədə məhkəmənin qəbul etdiyi qərarı, axtarış elan edilməsi haqqında qərarla və məhkumun şəxsiyyətini təsdiq edən sənədlərlə birlikdə axtarış işinin açılması və məhkumun tutulması üçün aidiyyəti polis orqanına göndərilir.
12.1. İcra məmuru aşağıdakı əsaslar olduqda islah işləri növündə cəzaya məhkum olunmuş şəxsi qeydiyyatdan çıxarır:
12.1.1. təyin edilmiş cəzanın müddəti başa çatdıqda;
12.1.2. məhkum barəsində amnistiya aktı tətbiq edildikdə;
12.1.3. məhkum əfv edildikdə;
12.1.4. məhkəmənin hökmü (qərarı) ləğv edildikdə.
12.1.5. məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə;
12.1.6. məhkum xəstəliyə görə cəzadan azad edildikdə;
12.1.6-1. məhkum zərərçəkmiş şəxslə barışmaqla, cinayət nəticəsində vurulmuş ziyanı və ya əldə edilmiş gəliri tamamilə ödəməklə bağlı cəza çəkməkdən azad edildikdə;
12.1.7. məhkum yaşayış yerini dəyişdikdə;
12.1.8. islah işlər növündə cəza digər cəza növü ilə əvəz olunduqda;
12.1.9. məhkum yeni cinayət törətdiyinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edildikdə;
12.1.10. məhkum bəraət aldıqda;
12.1.11. məhkum öldükdə və ya məhkəmə tərəfindən ölmüş elan edildikdə.
12.2. Aşağıdakı sənədlər barəsində islah işləri növündə cəza tətbiq olunan məhkumu qeydiyyatdan çıxarmağa əsas verir:
12.2.1. islah işləri növündə cəzaya məhkum olunmuş şəxsin cəza müddətinin başa çatmasını və çəkilmiş cəza müddəti ərzində qazancından dövlət nəfinə pul tutulmalarını təsdiq edən sənədlər;
12.2.2. amnistiya aktının tətbiq edilməsi barədə qərar;
12.2.3. əfvetmə haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı;
12.2.4. məhkəmə hökmünün (qərarının) ləğv edilməsi barədə məhkəmənin yeni qərarının surəti.
12.2.5. məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə məhkəmə qərarının surəti;
12.2.6. məhkumun xəstəliyə görə cəzadan azad edilməsi barədə məhkəmə qərarının surəti;
12.2.6-1. məhkumun zərərçəkmiş şəxslə barışmaqla, cinayət nəticəsində vurulmuş ziyanı və ya əldə edilmiş gəliri tamamilə ödəməklə bağlı cəza çəkməkdən azad edilməsi barədə məhkəmə qərarının surəti;
12.2.7. məhkum yaşayış yerini dəyişdikdə şəxsi işin alınması barədə yeni yaşayış yeri üzrə probasiya qurumundan daxil olmuş yazılı bildiriş;
12.2.8. islah işlərinin digər cəza növü ilə əvəz olunması barədə məhkəmə qərarının surəti;
12.2.9. məhkum yeni cinayət törətdiyinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edildikdə, məhkəmə hökmünün və göstərişin surəti;
12.2.10. məhkəmənin bəraət hökmünün surəti;
12.2.11. şəxs öldükdə və ya məhkəmə tərəfindən ölmüş elan edildikdə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın ölüm haqqında şəhadətnaməsinin surəti.
12.3. İslah işləri cəzasına məhkum olunan şəxs qeydiyyatdan çıxarıldıqda “İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslərin qeydiyyatı kitabı”nda bu barədə qeyd aparılır və hökmü (qərarı) çıxarmış məhkəməyə, məhkum barəsində isə əlavə olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə məlumat verilir (Əlavə 14).
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
“_____” _____________________ 20_________ il tarixli hökmü (qərarı) ilə
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin _______ maddəsi ilə təqsirli bilinərək
______ müddətinə islah işləri növündə cəzaya məhkum olunmuşdur.
_____________________________________________________________________________
_____________________________________________________________________________
Başlandı: “ _____” ____________________20____ -il.
Qurtardı: “ _____” ____________________20____ -il.
Hökmün (qərarın) surətinin alınması barədə “ ____” _______________20___ il tarixdə məhkəməyə məlumat verilmişdir.
Hökmün (qərarın) icra edilib qurtarması barədə “ ____” _____________20___ il tarixdə məhkəməyə məlumat verilmişdir.
(probasiya qurumunun adı)
Kimə ______________________________________________________________
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin _________ maddəsi ilə təqsirli bilinərək __________ tarixdə_________ müddətə islah işləri növündə cəzaya məhkum
olunmuş _______________________________________ barədə hökmün (qərarın)
(soyadı, adı, atasının adı)
surəti və onun icrası barədə göstəriş tərəfimdən qəbul edildi.
İmza__________________________________________________________
Başlandı: “___” _______________ 20____il
Qurtardı: “___” _______________ 20____il
1. Soyadı, adı, atasının adı_____________________________________________________
2. Doğulduğu gün, ay, il və yer ________________________________________________
3. Yaşadığı yer və ünvan ______________________________________________________
“ ”________ 20____ tarixli __________________________________ hökmü (qərarı) ilə
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin _____________ maddəsi ilə ______________ müddətinə islah işlərinə məhkum edilmişdir.
Qeydiyyata alınmışdır “_____”___________20______ il.
Cəzanın əvvəli: “_____”___________20______ il.
Cəzanın sonu: “_____”___________ 20______ il.
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
(məhkumun probasiya qurumuna çağırılması (vaxtı), iş yeri və onun dəyişdirilməsi, işləmədiyi müddət və səbəbləri, yol verilmiş pozuntular, onların məzmunu, vaxtı və bununla bağlı görülmüş tədbirlər barədə və cəzanın icrası ilə bağlı digər məlumatlar)
Əmək haqqından tutulmanın məbləği _____%.
Əmək haqqından tutulmaların aparılmasına başlanmışdır: “____” _______ 20_____ il.
Qeydiyyatdan çıxarılmışdır: “_____”_______ 20_____ il.
Qeydiyyatdan çıxarılmanın əsası _________________________________________
İmza__________________________________________________________________
(icra məmurunun (probasiya üzrə) xüsusi rütbəsi, soyadı, adı, atasının adı)
İmza__________________________________________________________________
(probasiya qurumunun rəisinin xüsusi rütbəsi, soyadı, adı, atasının adı)
“______”________20___ il.
__________________________________
__________________________________
_______________________“___” _____________ 20___-ci il tarixli hökmü (qərarı) ilə
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin ___________ maddəsi ilə təqsirli bilinib _____________ müddətində aylıq qazancının __________ % dövlət nəfinə tutulmaqla islah işləri növündə cəzaya məhkum olunmuşdur.
Odur ki, məhkum ____________________________________________________________
barəsində məhkəmə hökmünün (qərarının) surəti Sizə göndərilir.
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 47-ci maddəsinə uyğun olaraq, Siz:
- islah işləri növündə cəzanın tətbiqi barədə məhkəmə hökmünün (qərarının) məzmununu əmək kollektivinin nəzərinə çatdırmalı;
- iş yerində məhkumun davranışına nəzarət etməli və məhkumla tərbiyə işinin aparılmasında icra məmuruna kömək etməli;
- məhkumun əmək intizamına riayət etməsinə nəzarəti həyata keçirməli, ona ixtisasının artırılmasında köməklik göstərməli;
- məhkum barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin tətbiq edilməsi, məhkumun cəza çəkməkdən boyun qaçırması, başqa işə keçməsi və ya işdən azad olması haqqında əvvəlcədən icra məmuruna məlumat verməli;
- məhkumun qazancından dövlət nəfinə tutulmaları düzgün və vaxtında aparmalı, tutulmuş məbləğləri müəyyən edilmiş qaydada dövlət nəfinə keçirməli;
- islah işləri növündə cəzanın icrası üçün Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində nəzərdə tutulmuş şərtləri yerinə yetirməlisiniz.
Nəzərinizə çatdırılır ki, islah işləri növündə cəzaya məhkum olunmuş şəxslərin qazancından tutulmalar bütün qazanc məbləğindən, vergilər və digər tədiyələr daxil olmaqla olan icra sənədlərindən asılı olmayaraq aparılmalıdır.
Qazancdan tutulmalar əmək haqqı verilərkən hər işlənmiş ay üçün, məhkum işdən çıxdıqda isə ayın işlənmiş hissəsi üçün aparılır. Əvəzçilik üzrə işləyən şəxslərin iş yerlərindəki qazancından pul məbləği tutulur.
Qazancdan tutulmalar pensiyalardan və müavinətdən, birdəfəlik verilən və əmək haqqı sistemində nəzərdə tutulmayan ödəmələrdən, ezamiyyətlərlə əlaqədar xərclər üçün əvəz kimi verilən məbləğlərdən və başqa ödəmələrdən aparılmır.Məhkumların qazancından tutulmalara onların qazancının həm pul, həm də natura hissəsi cəlb edilir. Qazancın məhkumlardan tutulmuş natura hissəsi işəgötürənin sərəncamında qalır, onun dəyəri isə dövlətin nəfinə keçirilir.
Tutulmuş pul məbləği hər ay əmək haqqı verilən gün dövlətin nəfinə keçirilməlidir.
Məhkumun aylıq qazancından dövlət nəfinə tutulan pul
_____________________________________________________________________________
___________________________________________________ №-li hesaba köçürülməlidir.
Məlumat məqsədilə bildirilir ki, məhkəmə hökmünün (qərarının) qərəzli olaraq icra edilməməsinə və ya onun icrasına maneçilik törədilməsinə görə, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə hər bir vəzifəli şəxs qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
Hökmün (qərarın) surətini aldıqdan sonra icra məmuruna bu barədə məlumat verilməlidir.
Qoşma: __________ vərəq (hökmün (qərarın) surəti).
İmza___________________________________________________________________________
(icra məmurunun (probasiya üzrə) xüsusi rütbəsi, soyadı, adı, atasının adı)
“____” _________________ 20____ il
Məhkum________________________________________________________________________
Sizə təklif olunur ki, “_____” ___________________ 20_____ il tarixinədək özünüz müstəqil işə girəsiniz və ya bu məqsədlə ____________________ ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumuna qeydiyyata durmaq üçün müraciət etməlisiniz.
Sizə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumu tərəfindən təklif olunmuş işdən imtina edə bilməzsiniz. Əgər imtina etsəniz, hərəkətləriniz cəzadan boyun qaçırma kimi qiymətləndiriləcək və təyin olunmuş cəzanın daha ağır cəza növü ilə əvəz edilməsi məqsədilə tədbir görüləcəkdir.
İmza__________________________________________________________________________
(icra məmurunun (probasiya üzrə) xüsusi rütbəsi, soyadı, adı, atasının adı)
“____” _________________ 20____ il.
Təkliflə tanış oldum və bunu imzamla təsdiq edirəm.
İmza _________________________________________________________________________
“____” _________________ 20____ il.
_______________________________________________________________________________________________________________________
“_____” ____________20 ___il ____________________________________
___________________________ icra məmuru _______________________________________
(probasiya qurumunun adı) (xüsusi rütbəsi, soyadı, adı, atasının adı)
bu protokolu tərtib etdim ona görə ki, “___”____ 20_______ il tarixdə aşağıda göstərilən
nümayəndələrin_____________________________________________________________
____________________________________________________________________________
iştirakı ilə Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 48.0.2.-ci maddəsinə
əsasən _______________________________________məhkəməsinin ______tarixli qərarı ilə
barəsində ______ müddətinə islah işləri növündə cəza təyin edilmiş
qazancından tutulmaların düzgün aparılmasına və cəzanın icrası üçün Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində müəyyən edilmiş şərtlərə işəgötürən tərəfindən riayət olunmasına nəzarət məqsədilə yoxlama keçirdim və aşağıdakıları müəyyən etdim:
_______________________________________________________________________________
_______________________________________________________________________________
_______________________________________________________________________________
_______________________________________________________________________________
_______________________________________________________________________________
_______________________________________________________________________________
(cəzanın icrası icrası qayda və şərtlərinə riayət olunması, məhkumun qazancından tutulmaların düzgün aparılması və onların vaxtında dövlət nəfinə köçürülməsi, məhkumun davranışına nəzarətin həyata keçirilməsi, onunla tərbiyə işinin aparılması, məhkumların əmək intizamını pozması, onlara tətbiq edilmiş həvəsləndirmə və tənbeh tədbirləri barədə məlumatlar göstərilir)
Yoxlama zamanı müəyyən olunmuş nöqsanların aradan qaldırılması məqsədi ilə,
_______________________________________________________________________________
_______________________________________________________________________________
_______________________________________________________________________________
_______________________________________________________________________________
_______________________________________________________________________________
_______________________________________________________________________________
_______________________________________________________________________________
İmza______________________________________________________________________
“_____” ____________20 ___il
Kimə ________________________________________________________________________
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin _________ maddəsi ilə təqsirli bilinib
_________ tarixdə_________ müddətinə islah işləri növündə cəzaya məhkum olunmuş ______________________________________________________________________________
____________________________________________________ qeydiyyatdan çıxarılmışdır.
(qeydiyyatdan çıxarılmanın səbəbi və əsası)
Qeyd olunanları nəzərə alaraq, həmin şəxsin əmək haqqından aparılan tutulmaların “_____” _______ 20____ il tarixdən dayandırılması ilə bağlı tədbirlər görülməsini xahiş edirəm.
İmza____________________________________________________________________
Mən, ________________________________________________________________________
_____________________________________“_____” ___________ 20___ il tarixli hökmü
(qərarı) ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin _______ maddəsi ilə təqsirli bilinib ____________ müddətinə islah işləri növündə cəzaya məhkum olunmuş
_____________________________________________________________________________
şəxsi işini nəzərdən keçirərək,
_______________________________________________________________________________
_______________________________________________________________________________
_______________________________________________________________________________
_______________________________________________________________________________
Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 50-ci maddəsini rəhbər tutaraq,
İslah işləri növündə cəza çəkən
_____________________________________________________________________________
_____________________________________________________________________________
İmza ______________________________________________________________________
“____” _________________ 20____ il
İmza__________________________________________________________
Mən, ________________________________________________________________________
_____________________________________“_____” ___________ 20___ il tarixli hökmü
(qərarı) ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin _______ maddəsi ilə təqsirli bilinib ____________ müddətinə islah işləri növündə cəzaya məhkum olunmuş
_________________________________________________________________________
şəxsi işini nəzərdən keçirərək,
_______________________________________________________________________________
_______________________________________________________________________________
_______________________________________________________________________________
_______________________________________________________________________________
Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51.1-ci maddəsini rəhbər tutaraq,
İslah işləri növündə cəza çəkən
______________________________________________________________________________
______________________________________________________________________________
İmza _________________________________________________________________________
(icra məmurunun (probasiya üzrə) xüsusi rütbəsi, soyadı, adı, atasının adı)
İmza_________________________________________________________________________
(probasiya qurumunun rəisinin xüsusi rütbəsi, soyadı, adı, atasının adı)
“______”________20___ il.
Mən, _______________________________________________________________________
____________________________________________________________________________
____________________________________________________________________________
____________________________________________________________________________
____________________________________________________________________________
____________________________________________________________________________
____________________________________________________________________________
görə “___” ____________ 20___ il tarixdə ____________________________________
(məhkumun adı və soyadı)
söhbət apardım, cəzanın çəkilməsi qaydalarını ona bir daha izah etdim.
Məhkuma xəbərdarlıq edildi ki, islah işləri növündə cəzanı çəkməkdən qərəzli boyun qaçırarsa, ona təyin edilmiş cəzanın çəkilməmiş hissəsinin azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49-cu maddəsinə əsasən tədbirlər görüləcəkdir.
İmza _______________________________________________________________________
“____” _________________ 20____ il
“Xəbərdarlıq mənə elan edildi, islah işləri növündə cəzanın çəkilməsi qaydaları və rəsmi xəbərdarlıqdan sonra cəzanı çəkməkdən qərəzli boyun qaçırma ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər izah olundu”.
Məhkum: ____________________
“____” ______________ 20___ il
_____________________________________________
_____________________________________________________________________________
____________________________________ “___” _______________ 20____ il tarixli hökmü
(qərarı) ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin ______ maddəsi ilə təqsirli bilinib __________ müddətinə islah işləri növündə cəzaya məhkum olunmuşdur. Lakin islah işləri növündə cəzaya məhkum olunmuş _____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49-cu və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51.4-cü maddəsinə əsasən məhkum __________________________________________________________________
barəsində təyin olunmuş islah işləri növündə cəzanın çəkilməmiş hissəsinin azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilməsi məsələsinə baxılmasını xahiş edirəm.
İmza ________________________________________________________________________
İmza ________________________________________________________________________
“______”________20___ il.
_______________________________________________
__________________________________________________________________________
(məhkumun soyadı, adı, atasının adı)
_____________________________________ “_____” _______________ 20______il tarixli
hökmü (qərarı) ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin _______ maddəsi ilə təqsirli bilinərək _____________ müddətinə ________ növündə cəzaya məhkum olunmuşdur. Məhkum ________________________________________________________
(məhkumun adı, atasının adı, soyadı)
cəzanın çəkilməsindən yayındığına görə onun olduğu yeri müəyyən etmək məqsədilə Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.4.2-ci maddəsinə uyğun olaraq on gün müddətində həyata keçirilmiş ilkin tədbirlər nəticə verməmişdir. Belə ki,
Ona görə də Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.4.3-cü maddəsinə əsasən, məhkum ____________________________________________ barədə
___________________________ icra məmuru tərəfindən axtarış elan edilməsi haqqında
(probasiya qurumunun adı)
________ tarixli qərar qəbul edilmişdir. Məhkum __________________________________
(məhkumun soyadı, adı, atasının adı)
barədə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 152.1-ci maddəsinə əsasən onun tutulması üçün məhkəməyə təqdimat verilməsi məsələsinə baxmağınızı xahiş edirəm.
Qoşma: (məhkumun cəzanın çəkilməsindən yayınmasını təsdiq edən sənədlərin surəti).
İmza__________________________________________________________
(icra məmurunun (probasiya üzrə) xüsusi rütbəsi, adı, soyadı)
İmza__________________________________________________________
(probasiya qurumunun rəisinin xüsusi rütbəsi, adı, soyadı)
“______”_____________20___ il.
“_____” ____________20 ___il
Kimə_______________________________________________________________________
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin _________ maddəsi ilə təqsirli bilinib
_________ tarixdə _________müddətinə islah işləri növündə cəzaya məhkum olunmuş
____________________________________________________________________________
____________________________________________________ qeydiyyatdan çıxarılmışdır.
(qeydiyyatdan çıxarılmanın səbəbi və əsası)
İmza________________________________________________________________________
1. 26 iyul 2018-ci il tarixli 19-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201807260019, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 iyul 2018-ci il)
2. 07 may 2020-ci il tarixli 7-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202005070007, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 07 may 2020-ci il)
3. 5 oktyabr 2020-ci il tarixli 12-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010050012, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2020-ci il)
4. 10 avqust 2022-ci il tarixli 8-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202208100008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 avqust 2022-ci il)
5. 2 aprel 2025-ci il tarixli 4-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202504020004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 aprel 2025-ci il)
6. 22 iyul 2026-cı il tarixli 3-16/1-KQ/12/2026 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202607220012, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 iyul 2026-cı il)