“İşsizlik müavinətinin və peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün minimum məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 iyun tarixli 86 nömrəli qərarına əlavə edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 7 fevral tarixli 24 nömrəli qərarı ilə təsdiq edilmiş “2005-ci ildə ilk dəfə işaxtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin Dövlət Proqramı”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “İşsizlik müavinətinin və peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün minimum məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 iyun tarixli 86 nömrəli qərarının 1-ci bəndində “işsizlik müavinətinin” sözlərindən sonra “minimum məbləği 120000 (yüz iyirmi min) manat” sözləri əlavə edilsin.
2. Bu qərar 2005-ci il noyabrın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 14 dekabr 2005-ci il