Qanunvericilikİşsizlikdən sığorta haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 14

Maddə 14. İşsizliyə görə aylıq sığorta ödənişinin hesablanması

İşsizlikdən sığorta haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

14.1. Bu Qanunun 13.2.1-ci maddəsində nəzərdə tutulan şəxslər üçün sığorta ödənişi sığorta stajından asılı olmayaraq, onların itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır.

14.2. Sığorta ödənişinin hesablanması üçün sığortaolunanın itirilmiş orta aylıq əməkhaqqı onun sığorta hadisəsinin ba ş verdiyi tarixdən əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə tapılır. Sığortaolunan əvvəlki 12 təqvim ayının bütün aylarını tam işləmədikdə (lakin sığorta hadisəsinin ba ş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az olmayan müddətə sığorta stajına malikdirsə), sığortaolunanın itirilmiş orta aylıq əməkhaqqı məbləği onun əvvəlki 24 təqvim ayı ərzində faktiki tam işlədiyi aylarda hesablanmış əməkhaqqının cəmlənmiş məbləğinin faktiki tam işlədiyi ayların sayına bölünməsi yolu ilə hesablanır.

14.3. Sığorta ödənişinin hesablanması üçün orta aylıq əməkhaqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində sığortaolunanın sığorta haqları üzrə hesabatlarda olan aylıq əməkhaqqı barədə (sığorta haqqı ödənilmiş) məlumatları əsasında müəyyən edilir.

14.4. Sığorta ödənişi sığortaolunanların “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq fərdi məşğulluq proqramını təsdiq etdiyi aydan sonrakı ayın ilk günündən hesablanır.

14.5. Sığorta ödənişinin məbləği müvafiq icra h Maddə 14. İşsizliyə görə aylıq … uyğun olaraq fərdi məşğulluq proqramını təsdiq etdiyi aydan sonrakı ayın ilk günündən hesablanır.

14.5. Sığorta ödənişinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqı məbləğindən çox və minimum sığorta ödənişi məbləğindən az ola bilməz.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver