Qanunvericilikİşsizlikdən sığorta haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 17

Maddə 17. Sığorta ödənişinin ödənilməsi

İşsizlikdən sığorta haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

17.1. Bu Qanunun 13.1-1-ci maddəsinə uyğun olaraq sığorta ödənişi avtomatlaşdırılmış qaydada təyin olunur. Sığorta ödənişinin avtomatlaşdırılmış qaydada təyin edilməsi üçün tələb olunan sənədlər (məlumatlar) tam olmadıqda isə həmin sənədlərin (məlumatların) təqdim olunmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə sığortaolunanın elektron ünvanına və mobil telefonuna (olduğu halda) bildiriş göndərilir.

17.2. Müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 17.1-ci maddəsinə əsasən təqdim olunmuş müraciətə 10 gün ərzində baxaraq, sığorta ödənişinin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsi barədə qərar çıxarır və bu barədə müraciət etmiş şəxsə məlumat verir.

17.3. İlk dəfə təyin olunan sığorta ödənişi işsizlik müddətinin davamlılığına uyğun olaraq aşağıdakı faiz dərəcələrinə mütənasib şəkildə, lakin minimum sığorta ödənişinin məbləğindən az olmayaraq ödənilir:

17.3.1. ilk 2 təqvim ayı üçün – 100 faiz;

17.3.2. 3–4-cü təqvim ayları üçün – 80 faiz;

17.3.3. 5–6-cı təqvim ayları üçün – 70 faiz.

17.4. Təkrar müraciət zamanı minimum sığorta ödənişi ödənilir.

17.5. Təkrar müraciət zamanı təyin olunan sığorta ödənişi bu Qanunun 13.6-cı maddəsində müəyyən olunmuş müddətdə hər ay üçün bərabər məbləğdə ödənilir.

17.6. Əsas sığorta ödənişinə əlavə əsas sığorta ödənişi ilə birlikdə ödənilir.

17.7. Sığorta ödənişini alan şəxs, habelə bu Qanunun 13.2 Maddə 17. Sığorta ödənişinin … də ödənilir.

17.6. Əsas sığorta ödənişinə əlavə əsas sığorta ödənişi ilə birlikdə ödənilir.

17.7. Sığorta ödənişini alan şəxs, habelə bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan şəxs ayda bir dəfə müvafiq icra hakimiyyəti orqanına fərdi məşğulluq proqramının icrası barədə hesabatı elektron formada təqdim etməlidir. Hesabat təqdim olunan zaman sığorta ödənişini alan şəxsə, habelə bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan şəxsə müvafiq icra hakimiyyəti orqanı tərəfindən münasib iş, peşə hazırlığı, əlavə təhsil, eləcə də haqqı ödənilən ictimai işlərlə bağlı təkliflər təqdim oluna bilər.

17.8. Fərdi məşğulluq proqramının yerinə yetirilməsi qaydası, sığorta ödənişi alan şəxslərin, habelə bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan şəxslərin işə düzəlmək üçün işəgötürənlərə müraciət etmələri və aktiv məşğulluq tədbirlərdə iştirakı barədə məlumatların da əks olunduğu hesabatın forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

17.9. Sığorta ödənişinin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver