1.1. Tullantıların inventarlaşdırılmasının həyata keçirilməsi “Tullantılar haqqında “Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq Beynəlxalq standartların və “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında “Bazel konvensiyasının (bundan sonra Bazel konvensiyası) prinsiplərinə əsaslanaraq, təhlükəli tullantıların idarə olunması sahəsində yeni klassifikasiya sisteminin tətbiqinin və tullantının əmələ gəlməsi üzərində ətraflı monitorinqə nəzarət mexanizminin təmin edilməsi məqsədi ilə aparılır.
1.2. Bu Təlimat Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış “İnkişaf üçün kredit haqqında Sazişin təsdiq edilməsi barədə “Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 898 nömrəli Sərəncamına əsasən Respublikada həyata keçirilmiş layihələrdən biri olan “Azərbaycanda Təhlükəli tullantıların idarə olunması sisteminin yaradılmasına texniki yardım” layihəsinin materialları əsasında hazırlanmaqla zərərli qazlar, çirkab suları və radioaktiv tullantılar istisna olmaqla, istehsalat və xidmət sahələrində əmələ gələn tullantılarla bağlı münasibətləri tənzimləyir.
1.3. Bu Təlimat inventarlaşdırılmada iştirak edən müfəttişlər, mütəxəssislər və digər iştirakçılar üçün məlumat materialı olmaqla yanaşı, istehsal prosesində tullantının təyin edilməsindən başlayaraq, son nəticə - “təhlükəli tullantıların təsnifat sisteminə uyğun kodunun müəyyən edilməsi”nə kimi olan mərhələləri əhatə edir.
1.4. Bu Təlimat üç hissədən ibarət olub, inventarlaşdırılma prosesinin həyata keçirilməsinin aşağıdakı ardıcıllığını müəyyən edir:
- tullantının identifikasiyası;
- təhlükəli tullantının identifikasiyası;
- təhlükəli tullantılara təsnifat sisteminin tətbiqi.
Təlimatda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:
Tullantılar - (“Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında “Bazel konvensiyasına görə) - qanunvericiliyin müddəalarına müvafiq olaraq kənarlaşdırılan, kənarlaşdırma üçün nəzərdə tutulan, kənarlaşdırılmalı olan maddə və əşyalar.
Təhlükəli tullantılar - tərkibində təhlükəli xüsusiyyətlərə malik toksiki, infeksion, partlayıcı, yüksək reaksiya və yanma qabiliyyətli maddələr olan, əhalinin sağlamlığı və ətraf mühit üçün bilavasitə və ya potensial təhlükə yaradan tullantılar.
İnventarlaşdırılma - tullantıların əmələ gəlməsi üzərində monitorinqə nəzarət mexanizmidir.
İdentifikasiya (eyniləşdirmə) - istehsal prosesində əmələ gələn tullantıların təhlükəli və ya təhlükəsiz olmasının təyin edilməsidir.
Təsnifat (klassifikasiya) sistemi - Tullantıların növlərini təyin etmək üçün istifadə olunan metod olmaqla, “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel konvensiyası üzrə H- kodlarının təhlükəlilik xüsusiyyətlərini ifadə edən sistemdir.
Material balansı - istehsal prosesi zamanı giriş və çıxışdakı materialların (maddələrin) miqdarının eyni olmasını müəyyən edən hesablama üsuludur.
Prioritet qayda (yuxarıdan aşağıya) - tullantı qarışığında olan maddələrin təhlükəlilik xüsusiyyətlərinə görə düzülüşünü müəyyən edən qaydadır.
3.1. İnventarlaşdırılmada iştirak edən tərəf müəssisənin ərazisinə baxış keçirdikdən sonra, bu ərazidə tullantı əmələ gələ bilən mənbələri təyin etmək üçün müəssisədə mövcud olan bütün texnoloji reqlamentləri və digər normativ sənədləri nəzərdən keçirir.
3.2. Tullantının əmələ gəlmə mənbəyi bir texnoloji reqlamentlə təsvir edilmiş sənaye müəssisəsi və ya onun sahəsi (sexi) ola bilər.
3.3. Əgər müəssisə bir reqlament üzrə işləyirsə və bu reqlamentdə bütün istehsal qurğuları təsvir edilmişdirsə, bu müəssisə tullantıların müəyyən olunma mənbəyi kimi göstərilir.
3.4. İstehsal prosesində istifadə olunan xammala, köməkçi materiallara, qurğulara, digər texniki sənədlərə və reqlamentdəki göstəricilərə görə material balansı tərtib edilir və nəticədə qurğularda əmələ gələn tullantıların dəqiq miqdarı müəyyən olunur.
3.5. Müəssisənin ərazisində başqa tullantı mənbəyi kimi digər müəssisədən gətirilən tullantı ola bilər.
3.5.1. Əgər ərazidə digər müəssisədən gətirilmiş tullantı olarsa, onda daşınma barədəki nəqliyyat sənədləri yoxlanılır və həmin tullantının növü, miqdarı və tərkibi haqqında qeydlər aparılır.
3.6. Müəssisədə tullantıların bir hissəsinin əmələ gəlmə mənbəyi ərazidə emal və ya utilizasiya edilməsi üçün saxlanılması ola bilər.
3.6.1. Əgər tullantı, əmələ gəlmə ərazisində emal və ya utilizasiya edilirsə, onda emal sahələrində olan bütün qurğular müəyyən olunur, tullantı keyfiyyətinə və kəmiyyətinə görə identifikasiya edilir;
3.6.2. Emala və utilizasiyaya yararlı olmayan, ya da emal oluna bilməyən tullantının müəssisədən kənarlaşdırılması və yaxud başqa müəssisəyə verilməsi araşdırılır.
3.7. Tullantının müxtəlif səbəblərə görə müəssisənin ərazisində və əmələ gəlmə sahəsində saxlanılması araşdırılır.
3.7.1. Əgər tullantı daşınma, emal və ya təkrar istifadə üçün ərazilərdə saxlanılırsa, onda ərazidə müvafiq qurğuların olması, saxlanılma sahəsinin statusu, tullantının xüsusiyyəti və müəssisədə mövcud şəraitin səviyyəsi yoxlanılır.
3.8. Müəssisənin ərazisindən tullantıların daşınması nəqliyyat sənədlərinin yoxlanılması yolu ilə müəyyən edilir.
3.9. Bu Təlimatın 3.1. və 3.8-ci bəndlərinə uyğun olaraq inventarlaşdırılmanı aparan tərəf müəssisədə əmələ gələn tullantının mənbəyini, növünü (xüsusiyyətini), miqdarını, emal metodunu, saxlanılmasını və daşınmasını əks etdirən sənəd (cədvəl şəkilində) tərtib edir.
4.1. Müəssisədə əmələ gələn tullantı üzrə ümumi nəticə əldə edildikdən sonra, tullantının təhlükəli olması və onun ətraf mühitə və insan sağlamlığına təsiri müəyyən edilir;
4.2. Tullantının təhlükəli olmasını sübut etmək üçün onun tərkibini təşkil edən maddələrin fiziki-kimyəvi xassələri, toksikilik sinfi, yanma qabiliyyəti və s. xüsusiyyətləri araşdırılır;
4.3. Tullantının təhlükəlilik xüsusiyyətlərini identifikasiya etmək üçün aşağıdakı mənbələrin məlumatlarından da istifadə oluna bilər:
- prosesdə istifadə olunan xammal haqqında məlumatlardan;
- oxşar növ tullantıları olan başqa müəssisənin məlumatlarından;
- mövcud normativ-texniki sənədlərdəki məlumatlardan;
- kimyəvi-sorğu ədəbiyyatındakı məlumatlardan;
- oxşar tullantılarla əlaqədar baş vermiş qəza halları haqqındakı tarixi məlumatlardan.
4.4. Tullantı haqqında müəyyən edilən hər bir təhlükəlilik xüsusiyyətinin növü Bazel konvensiyasının müvafiq əlavələrinə uyğun olaraq identifikasiya (eyniləşdirmə) edilir.
4.5. Əgər tullantı bir neçə kimyəvi maddənin qarışığından ibarətdirsə, bu halda ilk növbədə əsas ekoloji əhəmiyyətli komponentin (ƏEƏK) tərkibdə olan miqdarı və onun təhlükəli xüsusiyyəti nəzərə alınmalıdır;
4.6. Tullantının təhlükəlilik xüsusiyyəti müəyyən edildikdən sonra, tullantının növü klassifikasiya olunur (siniflərə ayrılır). Bunun üçün qarışıqda olan ən təhlükəli kimyəvi maddələrdən başlanmalı və bu təlimata əlavədə göstərilən prioritet qaydaya uyğun düzülüş gözlənməlidir. (Əlavə 1);
4.6.1. Prioritet qaydada düzülüşə görə təhlükəlilik xüsusiyyətləri ilə sağlamlığa və təhlükəsizliyə tez təsiredici xüsusiyyətlərə (partlayış, yanma) malik olan maddələrə, uzun müddətli təsir göstərənlərə nisbətən daha yüksək üstünlük verilir.
4.7. Tullantıların toksikilik əmsalının hesablanması müvafiq qaydaya uyğun olaraq aparılır və nəzərə alınmalıdır ki, toksikilik əmsalı aşağı olduqca, zərərli təsir riski bir o qədər yuxarı olur.
4.8. Bu Təlimata 4.1 və 4.7ci bəndlərinə əsasən alınmış məlumatlardan istifadə etməklə identifikasiya (eyniləşdirmə) üçün aşağıdakı dörd əsas nəticə əldə olunur;
- təhlükəli tullantının növü;
- təhlükəli tullantının miqdarı;
- yanaşı təhlükəlilik.
4.9. Təhlükəli tullantıların identifikasiyasından sonra müəsisənin təsərrüfat fəaliyyəti nəticəsində əmələ gəlmiş hər bir təhlükəli tullantı növü üzrə inventarlaşdırma blankı (Əlavə 2) tərtib edilir.
5.1. Təhlükəli tullantıların təsnifat (klassifikasiya) sistemi (Əlavə 3) Bazel konvensiyasının 3N-li əlavəsinə əsasən H-kodlarına uyğun təhlükəlilik xüsusiyyətlərini və tullantıların kodunu, növünü, fiziki-kimyəvi xassələrini, tövsiyyə olunan emal və zərərsizləşdirmə üsullarını ifadə edir.
5.2. Nəzərdə tutulan emalın və zərərsizləşdirmənin ətraf mühitə təsirinin qiymətləndirilməsi və təhlükəli tullantıların ayrı-ayrı qruplar üzrə növlərə bölünməsi əsas ekoloji əhəmiyyətli komponentin identifikasiyasına əsaslanır.
5.3. Əsas ekoloji əhəmiyyətli komponentin identifikasiyasında təhlükəli tullantının tərkibində olan hər hansı bir komponentin ətraf mühitə göstərdiyi ən ekoloji ziyanlı xassəsi əks olunur.
5.4. Əgər tullantının tərkibində iki təhlükəli komponent vardırsa və birinci komponentin birdən çox təhlükəli xassəsi olarsa, bu halda tullantının kodu təsnifat üçün istifadə olunan təhlükəlilik xüsusiyyətlərinin prioritet qaydasına müvafiq təyin olunur.
5.5. Təhlükəli tullantıların təsnifat sisteminin ümumi strukturunda aşağıdakı ardıcıllıq gözlənilir:
- təhlükəli tullantılar qrupu (H - kodları əsasında);
- qeyri-üzvi tullantı;
- təklif olunan emal üsulu və əsas ekoloji əhəmiyyətli komponentə müvafiq bölünmə;
- təhlükəli tullantılar ilə çirklənmiş materiallar.
5.6. Təsnifat sistemində təsvir olunan birləşmələrin aid edildiyi kodlar aşağıdakı qaydada tərtib edilir;
5.6.1. Kodun tiredən əvvəlki hissəsi (məs.: H 1.2-) təhlükəlilik xüsusiyyətlərinin kodlaşdırılmasını - yəni “təhlükəli tullantı qrupu”nu müəyyən edir;
5.6.2. Tiredən sonra birinci rəqəm (məs.: - 3) təhlükəli tullantının yarımqrupunu, sonuncu iki rəqəm isə (məs.: - 3.05) təhlükəli tullantının spesifik növünü müəyyən edir.
5.7. Təhlükəli tullantının qrupu, əsas təhlükəliliyi H kodundan istifadə etməklə təyin olunur;
5.8. Təhlükəli tullantıların fiziki-kimyəvi xassələrinə görə, yarımqrupu təyin edilir.
5.8.1. Yarımqruplara ayrılmış birləşmələr aşağıdakı ardıcıllıqla tərtib edilir:
- qeyri-üzvi birləşmələr;
- bu birləşmələrlə çirklənmiş materiallar.
5.9. Təhlükəli tullantıların hər yarımqrupuna bir neçə növə aid tullantı daxil olarsa, tullantı növünün təyini zamanı prioritet qaydaya uyğun düzülüş gözlənilməlidir.
5.10. Təhlükəli tullantıların identifikasiyası və təsnifat sistemi bu Təlimata uyğun olaraq aparıldıqdan sonra, əldə edilmiş məlumatlar təhlükəli tullantının pasportuna və inventarlaşdırılması üzrə blanka (illik hesabat da daxil olmaqla) daxil edilir.
“Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel konvensiyası tullantıların 14 (on dörd) təhlükəlilik xüsusiyyətini və ya növünü təyin edir. Bu təhlükəlilik xüsusiyyətləri, onların insan sağlamlığına və ətraf mühitə təsirinə, eləcə də təhlükəli tullantıların emalı vaxtı qazanılmış praktik təcrübəyə müvafiq olaraq prioritet qaydada düzülmüşdür.
Aşağıda prioritet qaydada (yüksəkdən aşağıya doğru) tullantıların təhlükəlilik xüsusiyyətlərinin siyahısı verilmişdir.
Təhlükəli tullantıların növü
Oksidləşdirici maddələr
Su ilə təmasda tez alışan qazlar əmələ gətirən maddələr
Öz-özünə alışma qabiliyyətli maddələr
Tezalışan bərk maddələr
Çox zəhərli (toksiki) maddələr
Su, hava və ya turşularla təmasda toksik qazlar ayıran maddələr
Toksik maddələr (uzun sürən və ya xroniki xəstəliklər əmələ gətirən)
Kənarlaşdırıldıqdan sonra yuxarıda göstərilən xüsusiyyətlərin birinə malik olan başqa
materiallar əmələ gətirə bilmə qabiliyyəti olan maddələr
Təhlükəli tullantının kodu
Tövsiyyə olunan emal və zərərsizləşdirmə üsulu
Əgər qurudurlarsa, partlayışı ola bilən maddələr
Ancaq nəzarət olunan partlayış yolu ilə
Silkələnmədən, sürtünmədən, yanğından və ya başqa alışma
mənbələrindən partlaya bilən maddələr
Ancaq nəzarət olunan partlayış yolu ilə
Çox həssas partlayıcı metal birləşmələri əmələ gətirə bilən maddələr
Ancaq nəzarət olunan partlayış yolu ilə
Qızdırma (qızma) vaxtı partlaya bilən maddələr
Ancaq nəzarət olunan partlayış yolu ilə
Hava və ya su ilə təmasda partlaya bilən maddələr
Ancaq nəzarət olunan partlayış yolu ilə
Halogen tərkibli üzvi mayelər
Təhlükəli tullantıların yandırılması
Azot tərkibli üzvi mayelər
Sement sobalarda yandırma
Kükürd tərkibli üzvi mayelər
Sement sobalarda yandırma
Sement sobalarda yandırma
Tezalışan bərk maddələr
Tezalışan bərk maddələr
Halogen tərkibli üzvi bərk maddələr
Sement sobalarda yandırma
Azot tərkibli üzvi bərk maddələr
Sement sobalarda yandırma
Kükürd tərkibli üzvi bərk maddələr
Sement sobalarda yandırma
Digər üzvi bərk maddələr
Sement sobalarda yandırma
Qırmızı fosfor və fosforun bəzi birləşmələri
Sement sobalarda yandırma
Tərkibində tezalışan mayelər olan bərk maddələr
Torpaqların çirkləndirilməsi
Poliqon və ya sement sobalarda yandırılması
Tikinti və sökmə (söküntü) vaxtı əmələ gələn tullantılar
Təhlükəli tullantıların poliqon və ya sement sobalarda yandırılması
Adsorbentlər, qablaşdırma və süzgəc materialları
Təhlükəli tullantıların poliqon və ya sement sobalarda yandırılması
Öz-özünə yanmağa meylli maddələr
Öz-özünə yanmağa meylli maddələr
Pirafosfor metallar, narın dispersiyalı
Ağ fosfor (sarı fosfor)
Su ilə təmasda tezalışan qazlar ayıran maddələr
Qələvi metallar, qələvi-torpaq metallar
Metalların fosfidləri
Ağ fosfor (sarı fosfor)
Su ilə təmasda tezalışan qazlar ayıran maddələr
Qələvi metallar, qələvi-torpaq metallar
Metalların fosfidləri
Qələvi metalların hidridləri
Digərləri, məsələn: aliminium şlakları
Oksidləşdirici maddələr
(Azot turşusunun 70%-i və ya N202-nin
60%-i kimi və ya daha güclü effekti olanlar)
Halogen və onların duzları əsaslı turşular
Azot və onun duzları əsaslı turşular
Kükürd və onun duzları əsaslı turşular
Digər turşular və onların duzları
Qələvi metalların/qələvi-torpaq metalların qeyri-üzvi peroksidləri
Digər oksidləşdirici maddələr
Peroüzvi turşular, persollar, peroksidlər və ya hidroperoksidlər
Tez təsir edən zəhərlər
Yüksək toksiklikli üzvi maddələr (təhlükəlilik sinfi)
Halogen tərkibli üzvi maddələr
Azot tərkibli üzvi maddələr
Azot tərkibli üzvi maddələr
Yüksək toksiklikli qeyri-üzvi maddələr (təhlükəlilik sinfi-I)
Talliumun, berilliumun və civənin birləşmələri
Digər yüksək toksiklikli qeyri-üzvi maddələr
Üzvi toksik maddələr (təhlükəlilik sinfi II i III)
Halogen tərkibli üzvi maddələr
Azot tərkibli üzvi maddələr
Kükürd tərkibli üzvi maddələr
Qeyri-üzvi toksik maddələr (təhlükəlilik sinfi I i II)
Civə və onun birləşmələri
fiziki-kimyəvi emal və
Arsen və onun birləşmələri
fiziki-kimyəvi emal və
Ağır metalların birləşmələri
Digər qeyri-üzvi toksik maddələr
Tərkibində H6.1-1, H6.1-2, H6.1-3 və H6.1-4 siniflərinin materialı
olan aşağıdakı tullantılar
Müddəti keçmiş dərmanlar və digər əczaçılıq maddələri
Draqa ilə qazma vaxtı çıxarılan torpaq və ya qrunt
Tikinti və söküntü vaxtı əmələ gələn tullantılar
Oduncaq (ağac) və oduncaq məhsulları
Absorbentlər, qablaşdırma və süzgəc materialları
Doğranmış və ya xırdalanmış tullantılar
İnsan və ya heyvan dərisi, qan, sarğı materialları
Tibbi (klinik) tullantıların yandırılması
İti kəsici-deşici alətlər (iynələr, cərrah bıçağı və s)
tullantıların andırılması
İstifadə olunmuş tibb preparatları, (məsələn: vaksinlər) və yoluxucu
laboratoriya tullantıları
tullantıların andırılması
Yuxarıda göstərilən maddələrin qarışığı
tullantıların yandırılması
Üzvi korroziv maddələr
Halogen tərkibli üzvi maddələr
Təhlükəli tullantıların
Azot tərkibli üzvi maddələr
Kükürd tərkibli üzvi maddələr
sement sobalarda yandırma
Turş qudronlar və yağlar
imkan daxilində sement
Halogenlər və onların birləşmələri
Digər qeyri- üzvi korroziv maddələr
Tərkibində N8.0-1 və N8.0-2 siniflərinin materialları olan
aşağıdakı tullantılar
Draqa ilə qazma vaxtı çıxarılan torpaq və ya qrunt
Tikinti və söküntü vaxtı əmələ gələn tullantılar
Oduncaq (ağac) və oduncaq məhsulları
Absorbentlər, qablaşdırma və süzgəc materialları
Doğranmış və xırdalanmış tullantılar
Su, hava və turşularla təmasda toksik qazlar
Su, hava və turşularla təmasda toksik qazlar əmələ gətirən
Qeyri-üzvi sulfidlər və polisulfidlər
Qeyri-üzvi arsenidlər və fosforidlər
Digər qeri-üzvi maddələr
Toksik maddələr (xroniki və ya tədricən təsir edən)
Üzvi mənşəli konseragen maddələr
Halogenləşdirilmiş turş qudronlar və kub qalıqları
təhlükəli tullantıların
Halogen tərkibli yağlar
Digər halogenləşdirilmiş üzvi maddələr
Kömür və oduncaq qətranları
Neft qətranları və kub qalıqları
sement sobalarda yandırma
Neft tərkibli qazma palçıqları
sement sobalarda yandırma
İşlənmiş yağlar və neft şlamları
yandırma və ya fiziki-
Kreozit və polisiklik aromatik
yandırma və ya fiziki-
Qeyri-üzvi mənşəli konserogen maddələr
Ağır metalların qeyri-üzvi birləşmələri
Bərkidilmiş (möhkəmləndirilmiş) asbest
Digər qeyri-üzvi mənşəli konserogen maddələr
Halogen tərkibli üzvi maddələr
təhlükəli tullantıların
Azot tərkibli üzvi maddələr
Kükürd tərkibli üzvi maddələr
sement sobalarda yandırma
Ağır metal tərkibli üzvi maddələr
fiziki-kimyəvi emal və
fiziki-kimyəvi emal və
Ağır metal tərkibli qeyri-üzvi maddələr
Digər qeyri-üzvi maddələr
Halogen tərkibli üzvi maddələr
təhlükəli tullantıların yandırılması
Azot tərkibli üzvi maddələr
sement sobalarda yandırma
Kükürd tərkibli üzvi maddələr
sement sobalarda yandırma
Ağır metal tərkibli üzvi maddələr
fiziki-kimyəvi emal və ya sement sobalarda yandırma
Ağır metal tərkibli qeyri-üzvi maddələr
Digər qeyri-üzvi maddələr
Tərkibində H11.0-1, H11.0-2, H11.0-3 i H11.0-4 siniflərin
materialları olan aşağıdakı tullantılar:
Draqa ilə qazma vaxtı çıxarılan torpaq və ya qrunt
Tikinti və söküntü vaxtı əmələ gələn tullantılar
Oduncaq (ağac) və oduncaq məhsulları
Absorbentlər, qablaşdırma və süzgəc materialları
Doğranmış və ya xırdalanmış tullantılar
Polixlorlaşdırılmış benefillər və terfinillər (PXB və PXT)
təhlükəli tullantıların
Xlorftorkarbohidrogenlər
təhlükəli tullantıların
Halogen tərkibli üzvi maddələr
təhlükəli tullantıların yandırılması
Azot tərkibli üzvi maddələr
sement sobalarda yandırma
Kükürd tərkibli üzvi maddələr
Ağır metal tərkibli qeyri-üzvi maddələr
Berillium və onun birləşmələri
Digər qeyri-üzvi maddələr
Tərkibində H12.0-1 və H12.0-2 siniflərin materialları olan
aşağıdakı tullantılar
Draqa ilə qazma vaxtı çıxarılan torpaq və ya qrunt
Tikinti və söküntü vaxtı əmələ glən tullantılar
Oduncaq (ağac) və oduncaq məhsulları
Adsorbentlər, qablaşdırma və süzgəc materialları
Yuxarıda göstərilən istənilən xassəyə malik olan, basdırıldıqdan
sonra başqa materiallar əmələ gətirə bilən (məsələn: yuma,
yuyulma ilə) tullantılar
Yuxarıda göstərilən istənilən xassəyə malik olan, basdırıldıqdan
sonra başqa materiallar əmələ gətirə bilən (məsələn: yuma,
yuyulma ilə) tullantılar
təhlükəli tullantıların
Yuxarıda göstərilən istənilən xassəyə malik olan, basdırıldıqdan
sonra başqa materiallar əmələ gətirə bilən (məsələn: yuma, yuyulma ilə) üzvi tullantılar
təhlükəli tullantıların
Yuxarıda göstərilən istənilən xassəyə malik olan, basdırıldıqdan
sonra başqa materiallar əmələ gətirə bilən (məsələn: yuma,
yuyulma ilə) qeyri-üzvi maddələr
Yuxarıda göstərilən istənilən xassəyə malik olan, basdırıldıqdan
sonra başqa materiallar əmələ gətirə bilən (məsələn: yuma, yuyulma ilə) qeyri-üzvi maddələr
1. 22 noyabr 2023-cü il tarixli 3/01 nömrəli Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202311220301, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 dekabr 2022-ci il)