21.1. Bu Qanunun 2-1.1-ci maddəsi ilə müəyyən edilmiş sığortaçının icbari sığorta üzrə fəaliyyətinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən, bu Qanunun 2-1.2-ci maddəsində nəzərdə tutulan icbari sığortanı həyata keçirən sığortaçıların icbari sığorta üzrə fəaliyyətinə nəzarət Mərkəzi Bank tərəfindən həyata keçirilir.
21.2. Sığortalılar tərəfindən bədbəxt hadisələrin və peşə xəstəliklərinin azaldılması üzrə qabaqlayıcı tədbirlərin görülməsi və əməyin mühafizəsi üzrə vəzifələrin yerinə yetirilməsi üzərində dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
21.3. Sığortalılar tərəfindən istehsalat zədələri və peşə xəstəlikləri üzrə baş vermiş hadisələrin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.