Bakı şəhəri “ 19 “ 07 2002-ci il
“İstehsalatda bədbəxt hadisələrin təhqiq edilməsi və uçota alınması haqqında Əsasnamə”nin qüvvədən düşməsi barədə
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 iyul 1997-ci il tarixli 24-8 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 15 iyul 1997-ci il tarixdə 57 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış “İstehsalatda bədbəxt hadisələrin təhqiq edilməsi və uçota alınması haqqında Əsasnamə” qüvvədən düşmüş hesab edilsin.
Əsas: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 9 iyul 2002-ci il tarixli 9-2 nömrəli Qərarı.
Ədliyyə Müşaviri F. Məmmədov