17.1. İstilik enerjisinin istehsalında bərpa olunan enerji mənbələrindən istifadə stimullaşdırılır.
17.2. İstilik enerjisinin istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin stimullaşdırılması “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
17.3. İstilik qurğularında istilik enerjisinin istehsalı zamanı sudan istifadə Azərbaycan Respublikasının Su Məcəlləsinə və digər normativ hüquqi aktlara uyğun həyata keçirilir.