7.1. İstilik təchizatı sektorunda qiymətlər (tariflər) istilik təchizatı subyektlərinin əsaslandırılmış xərclərini tam ödəməklə, həmin sektorun inkişafını təmin etməli və sosial-iqtisadi inkişafı stimullaşdırmalıdır.
7.2. İstilik təchizatı sektorunda qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsulların qiymətləri “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tənzimlənir.
7.3. Təbii inhisar subyektlərinin təqdim etdiyi məhsullar istisna olmaqla istilik təchizatı sektorunda təqdim olunan qiymətləri (tarifləri) tənzimlənməyən məhsulların qiymətləri (tarifləri) tərəflər arasında bağlanılan müqavilələrlə müəyyən edilir.
7.4. Təbii inhisar subyektləri tərəfindən təqdim edilən qiymətləri (tarifləri) tənzimlənməyən məhsulların qiymətləri (tarifləri) Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 39.6-cı maddəsinin tələbləri nəzərə alınmaqla təbii inhisar subyektinin özü tərəfindən müəyyən olunur.
7.5. Tənzimləyici bu Qanunun 7.3-cü maddəsinə əsasən müəyyən edilən qiymətləri monitorinq edir.
7.6. İstilik təchizatı sektorunda qiymətlərin (tariflərin) müəyyən olunması zamanı nəzərə alınmalı olan itkilər bu Qanunun 5.4.3-cü maddəsində nəzərdə tutulan qaydaya uyğun olaraq hesablanır.