Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən
Dövlət qeydiyyatına alınıb
Azərbaycan Respublikasının
III Dərəcə Dövlət ədliyyə müşaviri
______________ Z.B.Qaralov
Azərbaycan Respublikasının
II Dərəcə Dövlət ədliyyə müşaviri ______________________F.F.Məmmədov
Azərbaycan Respublikasının
______________________F.Ə.Məmmədov
Azərbaycan Respublikasının
Daxili İşlər Naziri General-leytenant
________________R.İ.Usubov
Azərbaycan Respublikasının
Milli Təhlükəsizlik Naziri
____________________N.R.Abbasov
Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsinin Sədri
___________________K.H.Heydərov
1.1. Bu qayda Cinayət-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquq mühafizə orqanlarının (Azərbaycan Respublikası Baş Prokurorluğu, Azərbaycan Respublikasının Daxili İşlər, Ədliyyə, Milli Təhlükəsizlik və Vergilər Nazirlikləri, Gömrük Komitəsi) istintaq işi ilə məşğul olan əməkdaşlarının xidməti istifadəsi üçün aparılan kargüzarlıq işinin bir hissəsini təşkil edir.
1.2 Qayda istintaq hərəkətləri protokollarının qeydi, bu işin icrasına nəzarəti və istifadəsini müəyyən edir.
1.3 Hüquq-mühafizə orqanlarının rəhbər işçiləri yeni işə götürülən hər bir əməkdaşı (istintaqçını) bu Qaydanın tələbləri ilə tanış etməyə borcludurlar.
1.4 Azərbaycan Respublikası Baş prokurorluğunun, Daxili İşlər, Ədliyyə, Milli Təhlükəsizlik, vergilər Nazirliklərinin və Gömrük Komitəsinin rəhbərliyi Qaydanın tələblərinə uyğun olaraq yerlərdə işi təşkil edir, onun vəziyyətinə nəzarət edir, bu sahə üzrə metodiki rəhbərliyi həyata keçirir, əməkdaşların bu sahədə təcrübəsinin artırılması üçün tədbirlər görürlər.
1.5. İstintaq hərəkətlərini aparan əməkdaş işdən çıxdıqda, məzuniyyətə getdikdə, müvəqqəti işdə olmadıqda istintaq hərəkətləri protokollarının qeydi kitabı onlardan təhvil alınmalıdır.
1.6. Kitab yanmayan dəmir seyfdə saxlanılır.
2.1 İstintaq hərəkətləri protokolları xüsusi olaraq hazırlanmış “İstintaq hərəkətləri protokollarının qeydi kitab”ında, istintaq hərəkətlərini aparan əməkdaşlar tərəfindən qeydə alınır.
2.2 Kitabda protokolun nömrəsi, məzmunu, tərtibi tarixi, istintaq hərəkətinin aparıldığı yer, vərəqələrin sayı, qeydə alınma tarixi və qeyd rekvizitləri öz əksini tapmalıdır (forma № 1)
2.3. Bütün istintaq hərəkətlərinin protokolları dərhal və ya bütün hallarda istintaq hərəkətinin aparıldığı gündən sonrakı iş günündən gec olmayaraq qeydə alınmalıdır.
2.4. Kitab qatanlanmaqla səhifələr üzrə nömrələnir, arxası hüquq mühafizə orqanının rəhbəri tərəfindən imzalanır və möhürlə təsdiq edilir.
2.5 Kitabda hər hansı bir pozuntu və anlaşılmazlıq olduqda, bununla bağlı arayış tərtib edilməli və hüquq mühafizə orqanının rəhbərinə dərhal məlumat verilməlidir.
2.6. Kitabın itməsi, cırılması və yanmasına görə məsuliyyəti bilavasitə ona cavabdeh olan əməkdaş daşıyır.
2.7. Qeyd kitabının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun aparılmasına nəzarəti hüquq mühafizə orqanının rəhbəri və ya onun göstərişi əsasında əməkdaşlardan biri həyata keçirir.
İşin təşkilinə görə məsuliyyət bu şəxslərin üzərinə düşür.
İstintaq hərəkətinin aparıldığı yer
Protokolun vərəqələrinin sayı