“İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli, 167 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “İxrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ayrı-ayrı dövlətlərə ixrac gömrük prosedurları”, “İxrac nəzarətinin aparılması Qaydaları”, “İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin qanunvericiliklə müəyyən edilmiş siyahısındakı malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) kateqoriyaları və bölmələri üzrə xüsusi icazə verən, ixrac nəzarətini, xüsusi icazə verilməsindən əvvəl və sonra yoxlamaları, ikili təyinatlı malların sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarəti həyata keçirən icra hakimiyyəti orqanlarının Siyahısı”, “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi Qaydaları”, “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xarici iqtisadi əlaqələrin həyata keçirilməsinə xüsusi icazənin verilməsindən əvvəl və sonra yoxlamaların aparılması Qaydası”, “İkili təyinatlı mallardan (işlərdən, xidmətlərdən, əqli fəaliyyətin nəticələrindən) sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarətin həyata keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 15 dekabr 2005-ci il
1. Bu normativ hüquqi sənəd “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli, 167 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır və ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ayrı-ayrı dövlətlərə ixrac gömrük prosedurlarını müəyyən edir.
İxrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ayrı-ayrı dövlətlərə ixrac gömrük prosedurlarının bütün şəxslər üçün yerinə yetirilməsi məcburidir.
2. İxrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) qadağa və məhdudiyyət qoyulmuş dövlətlərə, son istifadəçilərə ixracına, o cümlədən Azərbaycan Respublikasının ərazisindən tranzit ölkəsi kimi istifadə edilməsinə yol verilmir.
3. Azərbaycan Respublikasının ayrı-ayrı dövlətlərlə bağladığı və Azərbaycan Respublikasının müvafiq qanunları ilə təsdiq edilmiş ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrdə ixrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) nəzərdə tutulduğu hallarda, həmin mallar üzrə xarici iqtisadi əməliyyatlar “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə uyğun həyata keçirilir.
4. Azərbaycan Respublikasının ərazisindən tranzit ərazisi kimi istifadə etməklə, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə toxunan ölkələrin ərazilərinə, habelə əks istiqamətdə malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) keçirilməsinə yol verilmir.
5. Azərbaycan Respublikasının müvafiq qanunları ilə qoşulduğu “Nüvə silahlarının yayılmaması haqqında”, “Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında” müqavilələrin müddəalarına uyğun olaraq kütləvi qırğın silahlarının yaradılmasında, daşınmasında istifadə edilə bilən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə hər hansı bir dövlətlə xarici iqtisadi əməliyyatların aparılmasına yol verilmir.
6. Azərbaycan Respublikasının müvafiq qanunları ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında Nüvə Silahının Yayılmaması haqqında Müqavilə ilə əlaqədar olaraq təminatların tətbiq edilməsi barədə Sazişin və ona əlavə olunmuş Protokol”un və qoşulduğu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Nizamnaməsinin müddəalarına uyğun olaraq atom enerjisindən yalnız dinc məqsədlər üçün istifadə edilməsi nəzərdə tutulan ixrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xarici iqtisadi fəaliyyət əməliyyatları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilə bilər.
7. Azərbaycan Respublikasının müvafiq qanunu ilə qoşulduğu “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında Konvensiya”nın müddəalarına uyğun olaraq, bu Konvensiyanın iştirakçısı olan dövlətlər və iştirakçısı olmayan dövlətlər üzrə kimyəvi maddələrin tərkibində olan qarışıqların xüsusi çəkisindən asılı olaraq həmin maddələrlə bağlı xarici iqtisadi fəaliyyət əməliyyatlarının aparılmasına nəzarət edilir.
8. Azərbaycan Respublikasının müvafiq qanunu ilə qoşulduğu “Bakterioloji (bioloji) və toksin silahlarının hazırlanmasının, istehsalının və ehtiyata yığılmasının qadağan olunması və onların məhv edilməsi haqqında Konvensiya”nın müddəalarına uyğun olaraq, bu Konvensiyanın iştirakçısı olan dövlətlər və iştirakçısı olmayan dövlətlərlə həmin silahların hazırlanmasında, istehsalında istifadə edilməsi ehtimalı ola bilən ikili təyinatlı mallar üzrə xarici iqtisadi fəaliyyət əməliyyatlarının aparılması həmin malların təyinatına Konvensiyanın tələblərinə əsasən zəmanət və nəzarət olduğu təqdirdə həyata keçirilə bilər.
9. İxrac nəzarətinə düşən mallar üzrə xarici iqtisadi fəaliyyət əməliyyatları ayrı-ayrı ölkələrlə Azərbaycan Respublikasının milli təhlükəsizliyinin, siyasi, hərbi və iqtisadi maraqlarının təmin edilməsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı kütləvi qırğın və başqa növ silahların yayılmaması barədə dövlətlərarası beynəlxalq müqavilələr üzrə öhdəliklərə riayət edilməsi şərtilə həyata keçirilə bilər.
10. İxrac nəzarəti rejimini pozan hər hansı bir ölkə ilə ixrac nəzarətinə düşən mallar üzrə xarici iqtisadi fəaliyyət əməliyyatları bağlanmış müqavilənin (kontraktın) həyata keçirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun müvəqqəti və ya tam dayandırıla bilər.
1.1. Bu Qaydalar “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli, 167 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır və müvafiq dövlət orqanları tərəfindən ixrac nəzarətinin aparılması qaydalarını müəyyən edir.
1.2. İxrac nəzarəti qanunvericiliyinə uyğun olaraq, bu sahədə nəzarət sistemi ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracının, idxalının, təkrar ixracının, təkrar idxalının və tranzitinin xüsusi icazə əsasında həyata keçirilməsinə, ikili təyinatlı malların sifariş edilmiş məqsədlər üçün istifadə edilməsinə, xüsusi icazə verilməsindən əvvəl və sonra ixrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xarici iqtisadi əməliyyatların aparılmasına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı kütləvi qırğın və başqa növ silahların yayılmaması barədə, dövlətlərarası beynəlxalq müqavilələr üzrə öhdəliklərə riayət edilməsinə, ayrı-ayrı ölkələr üzrə müəyyən edilmiş İxrac gömrük prosedurlarına riayət edilməsinə nəzarətdən, beynəlxalq təşkilatlarla və xarici dövlətlərin ixrac nəzarəti orqanları ilə məlumat mübadiləsindən və digər qarşılıqlı əlaqələrin yaradılmasından, istehsalçı müəssisələrdə (təşkilatlarda) daxili ixrac nəzarətindən, sərhəd və gömrük nəzarətindən, bu sahədə müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsindən, ixrac nəzarəti sisteminin fəaliyyətinə dair ictimaiyyətə məlumatların verilməsindən və bu sahə üzrə ictimai rəyin öyrənilməsindən ibarətdir.
1.3. İxrac nəzarətinin aparılması Azərbaycan Respublikasının milli təhlükəsizliyini, siyasi, hərbi və iqtisadi maraqlarını təmin etməlidir.
2.1. İxrac nəzarəti müvafiq dövlət orqanları tərəfindən xüsusi icazənin verilməsi üçün ərizəçinin (sifarişçinin) həqiqiliyinin öyrənilməsindən başlayaraq, ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) hərəkətinə (dövriyyəsinə) və sifariş edilmiş məqsədlər üçün istifadə edilməsinə nəzarətin həyata keçirilməsindən, kütləvi qırğın silahlarının yayılmaması rejimli çərçivəsində nəzarətə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) dinc məqsədlər üçün istifadəsini müəyyən etmək üçün son istifadəçisinin, aralıq tərəflərin tətbiq etdikləri texnoloji proseslərin və istifadə olunan avadanlıqların kütləvi qırğın silahlarının yaradılması üçün yararlı olmadığının yoxlanılmasından, habelə ixrac nəzarətinə düşən malların “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumlar tərəfindən və ya onların xeyrinə ixracına, idxalına, təkrar ixracına, təkrar idxalına, tranzitinə yol verilməməsinə nəzarət edilməsindən ibarətdir.
2.2. Müvafiq dövlət orqanı xüsusi icazənin alınması üçün təqdim edilmiş ərizə (sifariş) sahibinin həqiqiliyini, sifariş sənədlərinin və məqsədlərinin dürüstlüyünü və qanunvericiliklə müəyyən edilmiş ixrac gömrük prosedurlarına riayət olunduğunu yoxlayır, xüsusi icazə verilməsindən əvvəl və sonra ixrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xarici iqtisadi əlaqələrin yoxlamaları, ikili təyinatlı malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) sifariş edilmiş məqsədlər üçün istifadəsinə nəzarəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparır, zəruri hallarda bu sahədə nəzarəti Azərbaycan Respublikasının digər dövlət orqanları, habelə mövcud qaydada Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə həyata keçirir.
2.3. Kütləvi qırğın silahlarının və digər növ silahların yaradılmasında istifadə edilə bilən və nüvə enerjisi ilə bağlı mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə ixrac nəzarəti Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi nəzərə alınmaqla həyata keçirilir.
2.4. İxrac nəzarətinə düşən malların Azərbaycan Respublikasının Dövlət sərhədindən və gömrük ərazisindən keçirilməsinə nəzarəti qanunvericiliyə uyğun olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının sərhəd və gömrük orqanları həyata keçirirlər.
3.1. İxrac nəzarəti sistemi fəaliyyətinin səmərəliliyinin təmin edilməsi məqsədi ilə ixrac nəzarətində iştirak edən Dövlət orqanları arasında bu sahə üzrə əməkdaşlıq yaradılır və aşağıdakı əlaqələndirmə işləri aparılır:
3.1.1. xüsusi icazəni verən Dövlət orqanı xüsusi icazənin verildiyi barədə ixrac nəzarəti sahəsində iştirak edən digər Dövlət orqanlarını məlumatlandırır və həmin dövlət orqanları öz səlahiyyətləri çərçivəsində ixrac nəzarətinin həyata keçirilməsi üçün müvafiq dövlət orqanlarından, hüquqi və fiziki şəxslərdən ixrac nəzarəti məsələlərinə aid sənəd və məlumatları almaq hüququna malikdirlər (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla);
3.1.2. qanunvericiliklə müəyyən edilmiş müvafiq dövlət orqanları malların Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə (aparılmasına), son istifadəçisinə çatdırılmasına və sifariş edilmiş məqsədlər üçün istifadəsinə nəzarəti həyata keçirir;
3.1.3. ixrac nəzarətində iştirak edən Azərbaycan Respublikasının dövlət orqanları arasında ixrac nəzarəti üzrə məlumatlar mübadiləsi aparılır, sənaye sahəsinin, elmi tədqiqat institutlarının nümayəndələri, ixrac nəzarətinə düşən mallar üzrə xarici iqtisadi fəaliyyət iştirakçıları ilə birlikdə konfranslar, seminarlar, təlim kursları təşkil edilir.
Mülki məqsədlər üçün istifadə edilən, lakin kütləvi qırğın silahlarının nüvə, kimyəvi, bakterioloji (bioloji) və toksin silahlarının çatdırılma (daşınma) vasitələrinin, digər silah növlərinin, hərbi texnikanın, sursatın yaradılmasında istifadə edilə bilən ikili təyinatlı mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri), o cümlədən insan həyatı və heyvanlar aləmi üçün təhlükəli olan patogenlər, toksinlər və digər kimyəvi preparatlar və onların istifadəsi üçün avadanlıqlar üzrə ixrac nəzarəti alınmış xüsusi icazədə göstərilən şərtlərə uyğun olaraq, həmin mallardan sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarət, habelə müvafiq malların “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumlar tərəfindən və ya onların xeyrinə ixracına, idxalına, təkrar ixracına, təkrar idxalına, tranzitinə yol verilməməsinə nəzarət qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq dövlət orqanları tərəfindən həyata keçirilir.
5.1. İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) ilə bağlı istehsalla (fəaliyyətlə) məşğul olan müəssisələrdə (təşkilatlarda) ixrac nəzarəti haqqında qanunvericiliyə riayət olunmasının təmin edilməsi məqsədi ilə aşağıdakı qaydada daxili ixrac nəzarəti həyata keçirilir:
5.1.1. ixrac nəzarəti haqqında qanunvericiliyə uyğun olaraq, müəssisələrdə (təşkilatlarda) istehsal edilən ixrac nəzarətinə düşən mallarla bağlı işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin siyahısı tərtib olunur, onlar üzərində müvafiq ixrac nəzarəti rejimləri müəyyən edilir;
5.1.2. ixrac nəzarətini həyata keçirən şəxslər müəssisə (təşkilat) rəhbərinin əmri ilə təyin edilir və bu barədə xüsusi icazəni verən müvafiq dövlət orqanına məlumat verilir;
5.1.3. ixrac nəzarətinə düşən mallar istehsalatdan, işlər, xidmətlər isə müəssisənin (təşkilatın) fəaliyyətindən çıxarıldıqda, təkmilləşdirildikdə və yaxud yeni növləri yaradıldıqda, ixrac nəzarəti üzrə müvafiq dövlət orqanlarına məlumat verilir;
5.1.4. müəssisələrdə (təşkilatlarda) daxili ixrac nəzarətinin həyata keçirilməsində qanunvericiliyə riayət edilməlidir.
Müvafiq dövlət orqanının xüsusi icazəsi ilə həyata keçirilən ixrac nəzarətinə düşən malların tranziti üzrə nəzarət istifadə edilən nəqliyyat vasitələri nəzərə alınmaqla, qanunvericiliklə müəyyən edilmiş qaydada aidiyyəti dövlət orqanları tərəfindən aparılır.
İxrac nəzarətinin aparılmasının təkmilləşdirilməsi üçün beynəlxalq təşkilatlarla və xarici dövlətlərin ixrac nəzarəti üzrə dövlət orqanları ilə məlumat mübadiləsi və digər qarşılıqlı əlaqələr yaradılır, bu sahədə müvafiq dövlət orqanlarının fəaliyyəti əlaqələndirilir, ictimaiyyətə məlumatlar verilir və ictimai rəy öyrənilir.
İxrac nəzarətinin aparılması zamanı müvafiq dövlət orqanları tərəfindən aşkar edilmiş pozuntulara görə qanunvericiliyə uyğun olaraq xüsusi icazənin dayandırılması, ləğv edilməsi, məsul şəxslərin inzibati və cinayət məsuliyyətinə cəlb olunması barədə vəsatət qaldırılır.
Nüvə materialları, qurğuları və avadanlıqları - sistemlər, avadanlıqlar və komponentlər, materiallar, proqram təminatı, texnologiya
ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı, tranziti üzrə: Azərbaycan Respublikasının Nazirlər Kabineti—Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyinin rəyləri əsasında
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi, Dövlət Sərhəd Xidməti (öz səlahiyyətləri çərçivəsində)
Sınaq, nəzarət və istehsalat avadanlığı
İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar işlərin, xidmətlərin yerinə yetirilməsi
ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı, tranziti üzrə:
Azərbaycan Respublikasının Energetika Nazirliyi
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi —Səhiyyə Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyləri əsasında
Azərbaycan Respublikasının Energetika Nazirliyi
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
1A, 1B, 1C (1C350, 1C351, 1C353, 1C354, AZ.1C354.a., AZ.1C354.b., AZ.1C354.c., 1C450 istisna olmaqla) 1C239
Materiallar, kimyəvi preparatlar, toksinlər:
sistemlər, avadanlıqlar və komponentlər, materiallar;
ixracı, idxalı, təkrar ixracı,təkrar idxalı, tranziti üzrə:
Azərbaycan Respublikasının Energetika Nazirliyi;
Azərbaycan Respublikasının Nazirlər Kabineti—Fövqəladə Hallar Nazirliyinin rəyi əsasında
Azərbaycan Respublikasının Energetika Nazirliyi;
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti (öz səlahiyyətləri çərçivəsində)
1C350, 1C351, 1C353, 1C354, AZ.1C354.a., AZ.1C354.b., AZ.1C354.c., 1C450
toksin kimyəvi birləşmələrin istehsalı üçün maddələr, insan həyatı və heyvanlar aləmi, bitkilər üçün təhlükəli olan patogenlər və toksinlər
ixracı, idxalı,təkrar ixracı, təkrar idxalı, tranziti üzrə: aidiyyəti üzrə Azərbaycan Respublikasının Energetika Nazirliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
aidiyyəti üzrə: Azərbaycan Respublikasının Energetika Nazirliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Sərhəd Xidməti (öz səlahiyyətləri çərçivəsində)
“Proqram təminatı” və texnologiyalar, o cümlədən əqli fəaliyyətin nəticələri olanlar
ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı, tranziti üzrə: Azərbaycan Respublikasının Energetika Nazirliyi— Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin rəyi əsasında
Azərbaycan Respublikasının Energetika Nazirliyi
sistemlər, avadanlıqlar, komponentlər, “proqram təminatı”, texnologiyalar
ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı, tranziti üzrə: Azərbaycan Respublikasının Energetika Nazirliyi
Azərbaycan Respublikasının Energetika Nazirliyi və Dövlət Sərhəd Xidməti (öz səlahiyyətləri çərçivəsində)
3A; 3A001; 3A002; 3A201; 3A225-3A230; 3B; 3C; 3D; 3E; 3A231; 3A232; 3A233; 3A234
sistemlər, avadanlıqlar, komponentlər, materiallar, elektron komponentləri və inteqral sxemlər, “proqram təminatı” texnologiyalar; neytron generator sistemləri, detonatorlar, mass-spektrometrlər
ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı, tranziti üzrə: aidiyyəti üzrə Azərbaycan Respublikasının Energetika Nazirliyi, tranziti istisna olmaqla Müdafiə Sənayesi Nazirliyi;
ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı, tranziti üzrə: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
aidiyyəti üzrə Azərbaycan Respublikasının Energetika Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi;
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti (öz səlahiyyətləri çərçivəsində)
Hesablayıcı texnikası
ixracı, idxalı, təkrar ixracı,təkrar idxalı, tranziti üzrə:
Azərbaycan Respublikasının Energetika Nazirliyi (qurğu avadanlıq və onların komponentləri), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (proqram vasitələri və texnologiyalar) Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (mühafizə olunan şəxslər və qorunan obyektlər üzrə)
Azərbaycan Respublikasının Energetika Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (öz səlahiyyətləri çərçivəsində), Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (mühafizə olunan şəxslər və qorunan obyektlər üzrə), Dövlət Sərhəd Xidməti (öz səlahiyyətləri çərçivəsində)
Telekommunikasiya və informasiya təhlükəsizliyi:
1-ci hissə—telekommunikasiya: sınaq, nəzarət və istehsal avadanlıqları, “proqram təminatı”, texnologiyalar;
2-ci hissə—informasiyanın mühafizəsi sistemləri, avadanlıqlar və komponentlər, “proqram təminatı”, texnologiyalar
ixracı, idxalı, təkrar idxalı, təkrar ixracı, tranziti üzrə:
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi;
ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı, tranziti üzrə: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi— Dövlət Təhlükəsizliyi Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəyləri əsasında
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Sərhəd Xidməti (öz səlahiyyətləri çərçivəsində);
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Dövlət Sərhəd Xidməti (öz səlahiyyətləri çərçivəsində)
Sensorlar və lazerlər:
sistemlər, avadanlıqlar və komponentlər;
sınaq, nəzarət və istehsalat avadanlıqları, materiallar, “proqram təminatı”, texnologiyalar
ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı üzrə: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarına münasibətdə hərbi məqsədlər üçün, o cümlədən tranziti üzrə—Azərbaycan Respublikasının Nazirlər Kabineti—aidiyyəti dövlət orqanlarının rəyləri əsasında; ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı üzrə: hərbi məqsədlər üçün: Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə);
ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı, tranziti üzrə: mülki məqsədlər üçün: Azərbaycan Respublikasının Energetika Nazirliyi—aidiyyəti təşkilatların rəyləri əsasında;
ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı, tranziti üzrə:
Azərbaycan Respublikasının Energetika Nazirliyi
aidiyyəti üzrə: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə), Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti;
Azərbaycan Respublikasının Energetika Nazirliyi;
Azərbaycan Respublikasının Energetika Nazirliyi
Naviqasiya avadanlığı və aviasiya elektronikası:
sistemlər, avadanlıqlar və komponentlər, sınaq, nəzarət və istehsalat avadanlıqları
ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı üzrə: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarına münasibətdə hərbi məqsədlər üçün, o cümlədən tranziti üzrə: Azərbaycan Respublikasının Nazirlər Kabineti—aidiyyəti dövlət orqanlarının rəyləri əsasında; ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı üzrə: hərbi məqsədlər üçün: Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə);
ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı, tranziti üzrə: mülki məqsədlər üçün: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi —aidiyyəti təşkilatların rəyləri əsasında
aidiyyəti üzrə: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə), Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti;
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
sistemlər, avadanlıqlar və komponentlər, sınaq, nəzarət və istehsalat avadanlıqları, materiallar, proqram təminatı, texnologiyalar
ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı üzrə: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarına münasibətdə hərbi məqsədlər üçün, o cümlədən tranziti üzrə: Azərbaycan Respublikasının Nazirlər Kabineti—aidiyyəti dövlət orqanlarının rəyləri əsasında; ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı üzrə: hərbi məqsədlər üçün: Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə);
ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı, tranziti üzrə: mülki məqsədlər üçün: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
aidiyyəti üzrə: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə), Dövlət Sərhəd Xidməti;
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Aviasiya, kosmonavtika və mühərriklər:
sistemlər, avadanlıqlar və komponentlər. sınaq, nəzarət və istehsalat avadanlıqları, materiallar, “proqram təminatı”, texnologiyalar
ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı üzrə: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarına münasibətdə hərbi məqsədlər üçün, o cümlədən tranziti üzrə: Azərbaycan Respublikasının Nazirlər Kabineti—aidiyyəti dövlət orqanlarının rəyləri əsasında; ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı üzrə: hərbi məqsədlər üçün: Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə);
ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı, tranziti üzrə: mülki məqsədlər üçün: aidiyyəti üzrə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
aidiyyəti üzrə: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə), Dövlət Sərhəd Xidməti;
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Hərbi təyinatlı mallar
ML1; ML2; PL5018; PL5020; PL5021; ML3; ML4; PL5030
Avtomat silahlar və onların komponentləri, hamarlüləli silahlar, hərbi sursatlar və ya patronlar,bombalar, qranatlar, torpedlər, idarəolunan və idarəolunmayan raketlər
ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı üzrə: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarına münasibətdə, o cümlədən tranziti üzrə: Azərbaycan Respublikasının Nazirlər Kabineti—aidiyyəti dövlət orqanlarının rəyləri əsasında; ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı üzrə: Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə) - ixracına münasibətdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəyi əsasında
aidiyyəti üzrə: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə), Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Mühafizə Xidməti
PL5002; PL5006; ML5; ML6
Atəşi idarə edən hərbi təyinatlı aparatlar, teleskopik nişangahlar, hərbi məqsədlər üçün yerüstü nəqliyyat vasitələri
ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı üzrə: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarına münasibətdə, o cümlədən tranziti üzrə:
Azərbaycan Respublikasının Nazirlər Kabineti—aidiyyəti dövlət orqanlarının rəyləri əsasında; ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı üzrə: Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə)
aidiyyəti üzrə: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə), Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Mühafizə Xidməti
Toksikoloji maddələr, göz yaşı axıdan qazlar, hərbi təyinatlı reagentlər, zəhərli maddələrin hazırlanması üçün prekursorlar
ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı üzrə: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarına münasibətdə, o cümlədən tranziti üzrə: Azərbaycan Respublikasının Nazirlər Kabineti—aidiyyəti dövlət orqanlarının rəyləri əsasında; ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı üzrə: Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə)
aidiyyəti üzrə: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə), Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Mühafizə Xidməti
Hərbi partlayıcı maddələr və onların qarışıqları
ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı üzrə: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarına münasibətdə, o cümlədən tranziti üzrə: Azərbaycan Respublikasının Nazirlər Kabineti—aidiyyəti dövlət orqanlarının rəyləri əsasında; ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı üzrə: Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə) - ixracına münasibətdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəyi əsasında
aidiyyəti üzrə: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti
Raket yanacağı, hərbi təyinatlı aviasiya yanacağı, hərbi pirotexnika
ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı üzrə: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarına münasibətdə, o cümlədən tranziti üzrə: Azərbaycan Respublikasının Nazirlər Kabineti—aidiyyəti dövlət orqanlarının rəyləri əsasında; ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı üzrə: Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə) - ixracına münasibətdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəyi əsasında
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə), Dövlət Sərhəd Xidməti (öz səlahiyyətləri çərçivəsində)
“Additivlər” (partlayıcı maddələrin parametrlərinin yaxşılaşdırılması üçün istifadə edilən maddələr) və prekursorlar
ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı üzrə: Azərbaycan Respublikasının Energetika Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə)—Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyləri əsasında;
tranziti üzrə: Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi—Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyləri əsasında
Azərbaycan Respublikasının Energetika Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə)
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Hərbi gəmilər (sualtı, suüstü)
ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı üzrə: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarına münasibətdə, o cümlədən tranziti üzrə: Azərbaycan Respublikasının Nazirlər Kabineti—aidiyyəti dövlət orqanlarının rəyləri əsasında; ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı üzrə: Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə)
aidiyyəti üzrə: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə), Dövlət Sərhəd Xidməti
Hərbi təyinatlı uçuş aparatları, “pilotsuz” uçuş aparatları, raketlər, onların mühərrikləri, avadanlıqları və yardımçı avadanlıqları, hərbi təyinatı üçün xüsusi düzəldilmiş komponentlər;
xüsusi təyinatlı desantın çıxarılması və endirilməsi, yüklərin atılması üçün paraşütlər
ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı üzrə: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarına münasibətdə, o cümlədən tranziti üzrə: Azərbaycan Respublikasının Nazirlər Kabineti - aidiyyəti dövlət orqanlarının rəyləri əsasında;
ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı üzrə: Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə)
aidiyyəti üzrə: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə), Dövlət Sərhəd Xidməti, Dövlət Mühafizə Xidməti;
aidiyyəti üzrə: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə), Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Mühafizə Xidməti
Hərbi təyinatı üçün xüsusi düzəldilmiş elektron avadanlığı və onlar üçün xüsusi düzəldilmiş komponentlər
ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı üzrə: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarına münasibətdə, o cümlədən tranziti üzrə: Azərbaycan Respublikasının Nazirlər Kabineti—aidiyyəti dövlət orqanlarının rəyləri əsasında; ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı üzrə: Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə)
aidiyyəti üzrə: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Energetika Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Dövlət Sərhəd Xidməti
ML12; ML13; ML14; ML15; ML17
Yüksəksürətli kinetik enerjidən istifadə edən silah sistemləri, yardımçı avadanlıqlar və onlar üçün xüsusi düzəldilmiş komponentlər;
zirehli və ya mühafizə avadanlığı, hərbi təyinatlı radiolokasiya stansiyaları, yazma qurğuları, görmə aparatları, təlim və təqlid (imitasiya) avadanlıqları
ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı üzrə: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarına münasibətdə, o cümlədən tranziti üzrə: Azərbaycan Respubikasının Nazirlər Kabineti—aidiyyəti dövlət orqanlarının rəyləri əsasında; ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı üzrə: Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə)
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə);
aidiyyəti üzrə: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə), Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti
Hərbi təyinatı üçün xüsusi layihələşdirilmiş və ya modifikasiya edilmiş körpülər, pontonlar, plotlar, hərbi təyinatlı komponentlər
ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı üzrə: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarına münasibətdə, o cümlədən tranziti üzrə: Azərbaycan Respublikasının Nazirlər Kabineti—Müdafiə Nazirliyinin rəyi əsasında; ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı üzrə: Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə)
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə)
ML18; PL5017 İML16; ML19; ML20; ML21; ML22
Hərbi malların istehsalı, hazırlanması və ya istismarı üçün xüsusi düzəldilmiş avadanlıqlar, komponentlər, “proqram təminatı”, texnologiyalar
ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı üzrə: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarına münasibətdə, o cümlədən tranziti üzrə: Azərbaycan Respublikasının Nazirlər Kabineti—Müdafiə Nazirliyinin, Energetika Nazirliyinin, Müdafiə Sənayesi Nazirliyinin rəyləri əsasında; ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı üzrə: Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə)
aidiyyəti üzrə: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Energetika Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Dövlət Sərhəd Xidməti
Digər hərbi mallar və polis qüvvələri üçün mallar
ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı üzrə: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarına münasibətdə, o cümlədən tranziti üzrə: Azərbaycan Respublikasının Nazirlər Kabineti—aidiyyəti dövlət orqanlarının rəyləri əsasında; ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı üzrə: Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə)
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə), Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti (öz səlahiyyətləri çərçivəsində)
Kütləvi qırğın silahlarının və onların çatdırılma (daşınma) vasitələrin, digar silah növlərinin, hərbi texnikanın, sursatın, eləcə də cinayətkarlığa qarşı istifadə olunan vasitələririn yaradılmasında və hazırlanmasında istifadə edilə bilən elmi işlərə, informasiyaya, əqli fəaliyyət nəticələrinə aid olan müəlliflik hüququ və əlaqəli hüquqların obyektləri, o cümlədən kompüter proqramları və müəlliflik hüququ ilə qorunan məlumat topluları, habelə onlara olan müstəsna hüquqlar
ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı, tranziti üzrə: Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi
Kütləvi qırğın silahlarının və onların çatdırılma (daşınma) vasitələrinin, digər silah növlərinin, hərbi texnikanın yaradılmasında və hazırlanmasında istifadə edilə bilən elmi işlərə, informasiyaya, əqli fəaliyyət nəticələrinə aid olan xüsusi qorunma hüququ ilə qorunan məlumat topluları, həmçinin onlara və inteqral sxem topologiyalarına olan müstəsna hüquqlar
ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı, tranziti üzrə: Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi
1.1. Bu Qaydalar “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli, 167 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır və ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) nəzarət siyahısı üzrə ixracına, idxalına, təkrar ixracına, təkrar idxalına, tranzitinə xüsusi icazənin verilməsi qaydalarını müəyyən edir.
1.2. İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun kodlar üzrə, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin qanunvericiliklə müəyyən edilmiş siyahısındakı malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) kateqoriyaları və bölmələri üzrə müvafiq dövlət orqanları tərəfindən verilən xüsusi icazə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (bundan sonra – sifarişçilər) tərəfindən bu Qaydaların 1.1-ci bəndində göstərilən əməliyyatların hər hansı birini həyata keçirməyə icazə verən rəsmi sənəddir.
1.3. Sifarişçilər yalnız bu Qaydalara əsasən xüsusi icazə aldıqdan sonra icazədə göstərilən əməliyyatı həyata keçirə bilərlər. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.
1.4. Xüsusi icazənin sahibi verilən xüsusi icazədən (xüsusi icazənin surətindən) yalnız özü istifadə edə bilər, onu başqa şəxslərə verə bilməz və bu xüsusi icazənin qüvvəsi xüsusi icazə sahibinin təsisçisi olduğu hüquqi şəxslərə, xüsusi icazənin sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.
2.1. Xüsusi icazə almaq üçün sifarişçilər ixrac nəzarətinə düşən malların nomenklaturuna uyğun, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin qanunvericiliklə müəyyən edilmiş siyahısında göstərilən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) kateqoriyaları və bölmələri üzrə xarici iqtisadi əməliyyatların növlərindən asılı olaraq, müvafiq dövlət orqanlarına aşağıdakıları təqdim etməlidirlər:
2.1.1. xüsusi icazə almaq üçün ərizə (sifariş):
hüquqi şəxslər üçün – hüquqi şəxsin adı, hüquqi ünvanı, təsisçilərinin (fiziki şəxs olduqda), benefisiar mülkiyyətçilərinin, qanuni təmsilçisinin soyadı, adı, atasının adı (olduğu təqdirdə), doğum tarixi, fərdi identifikasiya nömrəsi və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, təsisçilərinin (hüquqi şəxs olduqda) adı, olduğu yer, habelə xüsusi icazənin alınması ilə həyata keçirilən xarici iqtisadi əməliyyatın növü;
fiziki şəxslər üçün – adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, tarix və vəsiqəni verən təşkilatın adı və ünvanı), xüsusi icazənin alınması ilə həyata keçirilən xarici iqtisadi əməliyyatın növü;
malalan (malgöndərən) və son istifadəçi haqqında məlumat;
bağlanmış müqavilənin (kontraktın) surəti;
ixrac edilən malın mənşə sertifikatının surəti;
2.1.2. sifarişçilərin (ərizəçilərin) vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti.
2.2. Malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) kateqoriyalarından asılı olaraq, ərizəyə (sifarişə) aşağıdakı sənədlər əlavə olunmalıdır:
2.2.1. nüvə materialları, texnologiyaları, qurğuları, radioaktiv ionlaşdırıcı şüa mənbələri və izotoplar, partlayıcı maddələr və vasitələr üzrə:
ixrac, idxal, təkrar ixrac, təkrar idxal üçün müvafiq olaraq malın istifadəsinə, saxlanılmasına və daşınmasına verilmiş xüsusi icazənin surəti, malalan (malgöndərən), istehsalçı, son istifadəsi və istifadəçisi haqqında aidiyyəti Dövlət orqanı tərəfindən təsdiq edilmiş ətraflı məlumat, malın texniki göstəriciləri, təhlükəsizliyinin və fiziki mühafizəsinin təmin edilməsi, nəqliyyat vasitələrinin növləri və onların mənsub olduqları ölkə barədə məlumatlar;
tranzit üçün xarici ölkələrin diplomatik missiyalarının müraciətləri əsasında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məktubu, malalan (malgöndərən), istehsalçı, malın son istifadəsi və istifadəçisi haqqında ətraflı məlumat, malın texniki göstəriciləri və təhlükəsizliyinin təmin edilməsi, nəqliyyat vasitələrinin növləri və onların mənsub olduqları ölkə barədə məlumatlar;
2.2.2. toksiki kimyəvi maddələr, insan həyatı və heyvanlar aləmi üçün təhlükəli olan patogenlər, genetik cəhətdən dəyişdirilmiş mikroorqanizmlər və toksinlər, prekursorlar üzrə:
ixrac, idxal, təkrar ixrac, təkrar idxal üçün malalan (malgöndərən), istehsalçı, malın son istifadəsi və istifadəçisi, təyinatı üzrə istifadə edilməsi haqqında müvafiq dövlət orqanı tərəfindən təsdiq edilmiş ətraflı məlumat, malın texniki göstəriciləri və təhlükəsizliyinin təmin edilməsi barədə məlumatlar;
tranzit üçün malalan (malgöndərən), son istifadəçi, malın texniki göstəriciləri və nəql edilməsində təhlükəsizliyin təminatı haqqında məlumatlar;
2.2.3. hərbi təyinatlı mallar, gəmilər, uçuş aparatları üzrə:
ixrac, idxal, təkrar ixrac, təkrar idxal üçün malalan (malgöndərən), istehsalçı, malın son istifadəsi və istifadəçisi haqqında ətraflı məlumat, malın texniki göstəriciləri və təhlükəsizliyin, fiziki mühafizəsinin təmin edilməsi barədə məlumatlar;
tranzit üçün xarici ölkələrin diplomatik missiyalarının müraciətləri əsasında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məktubu, malalan (malgöndərən), istehsalçı, malın son istifadəsi və istifadəçisi haqqında ətraflı məlumat, malın texniki göstəriciləri və təhlükəsizliyin təmin edilməsi barədə məlumatlar;
2.2.4. materialların emalı üçün sistemlər, avadanlıqlar komponentlər, materiallar və digər ikili təyinatlı mallar üzrə:
ixrac üçün aidiyyəti dövlət orqanlarına ixracatçı tərəfindən təqdim edilən ərizədə (sifarişdə) ixracatçı (vasitəçi olduqda istehsalçı) və idxalatçı, malın son istifadəsi və sifariş edilmiş məqsədlər barədə məlumatlar həmin ərizədə (sifarişdə) təsvir edilir və ərizədə (sifarişdə) xüsusi icazə verən dövlət orqanı xüsusi icazənin verilməsi baradə qeydiyyat aparır və təsdiqləyir;
idxal, təkrar ixrac, təkrar idxal, tranzit üçün malalan (malgöndərən), istehsalçı, malın son istifadəçisi haqqında məlumatlar ərizə (sifariş) vərəqəsində təsvir edilir və gömrük orqanları tərəfindən qanunvericiliyə uyğun qaydada gömrük rəsmiləşdirilməsi həyata keçirilir.
2.2-1. Bu Qaydaların 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
2.3. Təqdim olunmuş ərizələrə (sifarişlərə) qeydiyyata alındığı tarixdən etibarən 15 gündən gec olmayaraq baxılır, çatışmazlıqlar (bu Qaydaların 2.2-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) və ya imtina üçün əsas olmadıqda, icazənin verilməsi üçün dövlət rüsumunu ödəməsi vəzifəsi barədə şifahi və ya yazılı formada sifarişçiyə məlumat verilir. Sifarişçi tərəfindən məlumat alındığı tarixdən 5 (beş) iş günü müddətində dövlət rüsumu ödənilir və ödənişi təsdiq edən sənəd müvafiq dövlət orqanına təqdim edilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edildikdən sonra icazə 2 (iki) iş günündən gec olmayaraq sifarişçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd bu Qaydaların 2.3-cü bəndinin birinci abzasının ikinci cümləsində nəzərdə tutulmuş müddətdə müvafiq dövlət orqanına təqdim edilmədikdə, müvafiq dövlət orqanı tərəfindən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsində göstərilmiş tədbirlər görülür.
İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xarici iqtisadi əlaqələrin həyata keçirilməsinə xüsusi icazə verilməzdən əvvəl yoxlamalar qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq dövlət orqanları tərəfindən aparılır.
Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar (bu Qaydaların 2.2-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) aşkar edildikdə, bu barədə sifarişçiyə 5 gündən gec olmayaraq məlumat verilir, həmin çatışmazlıqlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra sənədlərə 5 gün müddətində yenidən baxılır və müvafiq qərar qəbul edilir.
Zəruri hallarda təqdim olunmuş sənədlər ekspert rəyi alınması üçün müvafiq təşkilatlara göndərilir və ekspert rəyinin alınma müddəti xüsusi icazənin verilmə müddətinə daxil deyildir.
Sifarişçilərə xüsusi icazə verilməsindən imtina edildikdə, bu barədə onlara imtinanın səbəbləri göstərilməklə, 10 gün müddətində yazılı məlumat verilir.
2.4. Xüsusi icazə verilməsindən aşağıdakı hallarda imtina edilir:
2.4.1. xüsusi icazənin verilməsi Azərbaycan Respublikasının milli təhlükəsizliyinə, siyasi, hərbi və iqtisadi maraqlarına zərər gətirə bildiyi halda;
2.4.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə öhdəliklərə riayət olunmaması ehtimalı olduqda;
2.4.2-1. sifarişçinin, sifarişçi hüquqi şəxs olduqda onun təsisçilərinin, benefisiar mülkiyyətçilərinin, habelə qanuni təmsilçilərinin “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumların siyahısına aid olduğu müəyyən edildiyi hallarda;
2.4.3. ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracına qadağa və ya məhdudiyyət qoyulmuş dövlətlər və son istifadəçilər olduqda;
2.4.4. təyinat ölkəsi Azərbaycan Respublikasının qarşısında öz öhdəliklərini yerinə yetirmədikdə;
2.4.5. Azərbaycan Respublikasının ərazisindən tranzit ərazisi kimi istifadə etməklə, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə toxunan ölkələrin ərazilərinə, habelə əks istiqamətdə malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) keçirilməsi ehtimalı olduqda;
2.4.6. araşdırma və yoxlamalar aparıldıqdan sonra ərizəçi (sifarişçi) tərəfindən doğru olmayan məlumatlar təqdim edildiyi aşkar olunduqda;
2.4.7. ixrac olunan malların kütləvi qırğın silahlarının yaradılmasında istifadə edilməsi ehtimalı və yaxud təyinat ölkəsinin həmin silahların yaradılmasında və istehsalında marağı olduğu halda;
2.4.8. sövdələşmələrdə iştirak edən vasitəçilər tərəfindən ixrac nəzarəti haqqında qanunvericiliyin tələblərinə riayət edilməməsi ehtimalı olduqda və yaxud onların hüquq pozuntuları etmiş şəxslərlə və ya terrorçu təşkilatlarla əlaqə ehtimalı olduqda;
2.4.9. sövdələşmələrdə digər faktlar aşkar edildikdə.
3.1. Azərbaycan Respublikasının ixrac nəzarəti haqqında qanunvericiliyi ilə təsdiq edilmiş malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) siyahısındakı kateqoriyaları və bölmələri üzrə xarici iqtisadi əlaqələrin həyata keçirilməsinə verilən xüsusi icazə qanunvericiliklə müəyyən edilmiş müvafiq icra hakimiyyəti orqanları tərəfindən rəsmiləşdirilir:
3.1.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən verilən xüsusi icazə aidiyyəti Dövlət orqanlarının rəyləri və vəsatəti əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin reqlamentinə uyğun olaraq rəsmiləşdirilir;
3.1.2. Azərbaycan Respublikasının ərazisindən müvafiq malların tranziti üzrə xüsusi icazə xarici ölkələrin diplomatik missiyalarının rəsmi müraciəti ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin vəsatəti və aidiyyəti Dövlət orqanlarının rəyləri əsasında verilir;
3.1.3. rəsmiləşdirilmiş xüsusi icazənin surəti ixrac nəzarəti haqqında qanunvericiliyə uyğun olaraq nəzarətin aparılması üçün müvafiq Dövlət orqanlarına göndərilir.
3.2. Azərbaycan Respublikasının ixrac nəzarəti haqqında qanunvericiliyi ilə müəyyən edilmiş mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xarici iqtisadi əlaqələrin həyata keçirilməsinə müvafiq Dövlət orqanları tərəfindən verilən xüsusi icazədə aşağıdakılar göstərilir:
3.2.1. xüsusi icazə verən Dövlət orqanının adı;
3.2.2. xüsusi icazənin qeydiyyat nömrəsi və verilmə tarixi;
3.2.3. hüquqi şəxslər üçün—xüsusi icazə verilən hüquqi şəxsin adı və hüquqi ünvanı;
3.2.4. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün—adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya nömrəsi, kim tərəfindən və nə vaxt verilmişdir, ünvanı);
3.2.5. həyata keçirilən xarici iqtisadi əməliyyatın növü;
3.2.6. müqabil tərəflə bağlanmış müqavilənin (kontraktın) nömrəsi, tarixi, müqavilədə (kontraktda) göstərilən əməliyyatın həyata keçirilmə müddəti.
3.3. Xüsusi icazəni verən Dövlət orqanı tərəfindən xüsusi icazənin müəyyən edilən Şərtləri xüsusi icazə blankına əlavə olunmuş vərəqlərdə göstərilir.
3.4. Xüsusi icazə bu icazəni verən müvafiq dövlət orqanlarının rəhbərləri (və yaxud müəyyən edilmiş vəzifəli şəxsləri) tərəfindən imzalanır və möhürlə təsdiq olunur.
4.1. Xüsusi icazənin müddəti müvafiq xarici iqtisadi əməliyyatın həyata keçirilmə müddəti ilə müəyyən edilir (1 ildən artıq olmamaq şərtilə).
4.2. Müqabil tərəflə bağlanmış müqavilələrin (kontraktların) mərhələlərlə yerinə yetirilməsi nəzərdə tutulduqda, xüsusi icazədə həmin mərhələlərin yerinə yetirilməsi müddətləri göstərilir.
4.3. Xüsusi icazənin qüvvədə olma müddətinin uzadılması onun verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir.
4.4. Müddəti bitmiş xüsusi icazə və onun surətləri etibarsız sayılır.
5.1. Xüsusi icazə sahibləri ixrac nəzarəti haqqında Azərbaycan Respublikası qanunvericiliyinin müddəalarına riayət etməli, xüsusi icazənin şərtlərini yerinə yetirməlidirlər.
5.2. Xüsusi icazənin qüvvədə olma şərtlərinin yerinə yetirilməsinə nəzarət xüsusi icazə verən dövlət orqanı və müvafiq dövlət orqanları tərəfindən ixrac nəzarətinin aparılması qaydalarına uyğun həyata keçirilir.
6.1. Xüsusi icazə verən Dövlət orqanları xüsusi icazənin fəaliyyətini aşağıdakı hallarda dayandırırlar:
6.1.1. sifarişçi tərəfindən müvafiq ərizə təqdim edildikdə;
6.1.2. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən xüsusi icazə sahibinin fəaliyyəti dayandırıldıqda;
6.1.3. xüsusi icazə sahibinin müflisləşməsi faktı Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq edildikdə;
6.1.4. xarici iqtisadi əməliyyat növünün həyata keçirilməsi üçün bu Qaydalarda tələb olunan şərtlərin pozulduğu aşkar edildikdə.
6.2. Xüsusi icazənin fəaliyyəti dayandırıldıqda, xüsusi icazəni verən dövlət orqanı bu barədə bir gün müddətində xüsusi icazə sahibinə yazılı surətdə bildiriş göndərir və ixrac nəzarətini aparan müvafiq dövlət orqanlarını məlumatlandırır. Xüsusi icazənin dayandırılmasına səbəb olan hallar dəyişildikdə, xüsusi icazə sahibinin müraciətinə əsasən, xüsusi icazə həmin icazəni verən dövlət orqanı tərəfindən bərpa edilə bilər və müvafiq dövlət orqanlarına xüsusi icazənin fəaliyyətinin bərpası barədə məlumat verilir.
6.3. Xüsusi icazəni verən dövlət orqanları tərəfindən xüsusi icazə aşağıdakı hallarda ləğv edilir:
6.3.1. sifarişçi tərəfindən müvafiq ərizə təqdim edildikdə;
6.3.2. xüsusi icazənin verilməsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar və xüsusi icazənin verilməsinə imtina üçün əsas olan yeni faktlar aşkar edildikdə;
6.3.3. sifarişçi Azərbaycan Respublikasının ixrac nəzarəti haqqında qanunvericiliyini pozduqda;
6.3.4. məhkəmənin qərarı olduqda;
6.3.5. verilmiş xüsusi icazə itirildikdə;
6.3.6. hüquqi şəxs ləğv edildikdə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsə verilən şəhadətnamə qüvvədən düşdükdə;
6.3.7. dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd bu Qaydaların 2.3-cü bəndində nəzərdə tutulan müddətdə müvafiq dövlət orqanına təqdim edilmədikdə;
6.3.8. sifarişçi, sifarişçi hüquqi şəxs olduqda onun təsisçiləri, benefisiar mülkiyyətçiləri, habelə qanuni təmsilçiləri “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumların siyahısına daxil edildikdə.
6.4. Xüsusi icazəni verən Dövlət orqanı xüsusi icazənin ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan bir gün müddətində yazılı şəkildə xüsusi icazənin sahibinə məlumat göndərməklə xüsusi icazəni geri alır.
6.5. Müvafiq Dövlət orqanı verdiyi, qeydə aldığı, fəaliyyətini dayandırdığı, bərpa etdiyi və ləğv etdiyi xüsusi icazələrin reyestrini aparır.
1.1. Bu Qayda “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli, 167 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır və ixrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xarici iqtisadi əlaqələrin həyata keçirilməsinə xüsusi icazənin verilməsindən əvvəl və sonra yoxlamaların aparılması qaydasını müəyyən edir.
1.2. İxrac nəzarəti qanunvericiliyinə uyğun olaraq ixrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsindən əvvəl və sonra yoxlamaların aparılması xüsusi icazənin alınması üçün təqdim olunmuş sənədlərin və həmin sənədlərdə göstərilən məlumatların dürüstlüyünün, ərizəçinin (sifarişçinin) həqiqiliyinin, onun fəaliyyət növünün uyğunluğunun, xüsusi icazədə göstərilən şərtlərə riayət edilməsinin və xarici iqtisadi əməliyyatların təyinatı üzrə həyata keçirilməsinin yoxlanmasından ibarətdir.
1.3. Bu Qaydanın 1.2-ci bəndində göstərilən yoxlamaların aparılması Azərbaycan Respublikasının milli təhlükəsizliyini, siyasi, hərbi və iqtisadi maraqlarını təmin etməlidir.
2.1. Xüsusi icazə verən Dövlət orqanı tərəfindən ona təqdim olunmuş sənədlərdə məlumatların, texniki göstəricilərin dürüstlüyü yoxlanılır, xarici iqtisadi əlaqələrin həyata keçirilməsi üçün nəzərdə tutulmuş malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) siyahısına uyğunluğu müəyyən edilir. Bu uyğunluğu müəyyən etmək üçün təqdim olunmuş texniki göstəricilər və digər məlumatlar kifayət dərəcədə olmadığı hallarda xüsusi icazə verən dövlət orqanı ərizəçidən (sifarişçidən) əlavə məlumatları tələb edir.
2.2. Müqabil tərəflə bağlanmış müqavilədə (kontraktda) göstərilən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) siyahısına uyğunluğu müəyyən edildikdən sonra xüsusi icazəni verən dövlət orqanı aşağıdakıları yoxlayır:
2.2.1. müqavilənin (kontraktın) ərizədə (sifarişdə) göstərilən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) son istifadəsinə və son istifadəçisinə uyğunluğunu;
2.2.2. əvvəldən verilmiş xüsusi icazələrin və yaxud imtinaların olub-olmamasını;
2.2.3. ərizəçinin (sifarişçinin) və müqabil tərəfin ixrac nəzarəti qanunvericiliyini pozduqlarına görə məsuliyyətə cəlb olunanların siyahısında və yaxud ixrac nəzarəti qanunvericiliyini pozan şəxslərin siyahısında olub-olmamasını, habelə ərizəçinin (sifarişçinin) və müqabil tərəfin, ərizəçi (sifarişçi) və müqabil tərəf hüquqi şəxs olduqda onların təsisçiləri, benefisiar mülkiyyətçiləri, habelə qanuni təmsilçilərinin “Həfədli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumların siyahısında olub-olmamasını;
2.2.4. müqabil tərəf ölkəsinin kütləvi qırğın silahlarının yayılmaması, nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi, kimyəvi və bioloji silahlar barədə konvensiyalara, beynəlxalq müqavilələrə qoşulub-qoşulmamasını, ixrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə hər hansı bir beynəlxalq ixrac gömrük prosedurunun iştirakçısı olub-olmamasını;
2.2.5. müqabil tərəf ölkəsinə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasınin qərarı ilə embarqonun və yaxud müəyyən məhdudiyyətlərin qoyulub-qoyulmamasını;
2.2.6. müqabil tərəf ölkəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altında nüvə, radioaktiv mənbələri və materialları istehsal edən müəssisələrin olub-olmamasını (göstərilən müəssisələr barədə məlumat tələb olunduqda);
2.2.7. Azərbaycan Respublikasının ərazisindən tranzit ərazisi kimi istifadə etməklə, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə toxunan ölkələrin ərazilərinə, habelə əks istiqamətdə malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) keçirilməsi ehtimalının olub-olmamasını.
2.3. Bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərində göstərilən yoxlamalar zəruri hallarda aidiyyəti üzrə müvafiq Dövlət orqanlarının və Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının iştirakı ilə aparıla bilər.
2.4. Aparılmış yoxlamaların nəticələri xüsusi icazənin verilməsi və yaxud imtina edilməsinə əsasdır.
3.1. Malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) kateqoriyalarından asılı olaraq, xüsusi icazə veriləndən sonra xüsusi icazə verən dövlət orqanı tərəfindən və aidiyyəti üzrə digər dövlət orqanlarının iştirakı ilə yoxlamalar aşağıdakı qaydada həyata keçirilir:
3.1.1. nüvə materialları, texnologiyaları, qurğuları, radioaktiv ionlaşdırıcı şüa mənbələri və izotop məhsulları, partlayıcı maddələr və vasitələr üzrə:
3.1.1.1. idxal, təkrar idxal zamanı yoxlamalar bu Qaydanın 3.1.1-ci bəndində göstərilən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) təyinatı üzrə istifadə edilməsinə, malların son istifadəçisinin, malların son istifadəçisi hüquqi şəxs olduqda onun təsisçiləri, benefisiar mülkiyyətçiləri, habelə qanuni təmsilçilərinin “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumların siyahısına daxil olub-olmamalarına, saxlanma şəraitinin, fiziki mühafizəsinin, təhlükəsizliyinin təmin olunmasına və xüsusi icazədə göstərilən şərtlərə riayət edilməsinə nəzarəti əhatə edir;
yoxlamanın aparılması üçün xüsusi icazə sahibi və ya onun səlahiyyətli nümayəndəsi iş saatları ərzində yoxlayıcıların yoxlama obyektinin yerləşdiyi yerə maneəsiz daxil olmasına, xüsusi icazə sahibi, onun səlahiyyətli nümayəndəsi və işçiləri yoxlayıcıya yoxlama aparılmasına şərait yaratmağa borcludurlar;
yoxlama zamanı ortaya çıxan suallara dair xüsusi icazə sahibindən əlavə məlumatlar (sənədlər), arayışlar alınır;
yoxlamanın nəticələrinə dair pozuntuları və onların aradan qaldırılması müddəti göstərilməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada akt tərtib edilir, bir nüsxəsi xüsusi icazə sahibinə (onun səlahiyyətli nümayəndəsinə) verilir və ona xəbərdarlıq edilir;
Yoxlama tədbirlərini həyata keçirən müvafiq dövlət orqanlarının vəzifəli şəxsləri və xüsusi icazə sahibləri olan sahibkarlar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər hüquqları həyata keçirir və vəzifələri yerinə yetirirlər.
3.1.1.2. ixrac, təkrar ixrac zamanı yoxlamalar malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) son istifadəçisinə çatmasına və onun təyinatı üzrə istifadə olunmasına, müqabil tərəflə bağlanmış müqavilənin (kontraktın) şərtlərinin yerinə yetirilməsinə, malların son istifadəçisinin, malların son istifadəçisi hüquqi şəxs olduqda onların təsisçiləri, benefisiar mülkiyyətçiləri, habelə qanuni təmsilçilərinin “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumların siyahısına daxil olub-olmamalarına nəzarəti əhatə edir və bu yoxlamalar adətən Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının iştirakı ilə həyata keçirilə bilər. Yoxlamaların nəticəsi əsasında bu Qaydanın 3.1.1.1-ci yarımbəndində göstərilən müddəalar tətbiq edilə bilər;
3.1.1.3. tranzit zamanı (nəqliyyat növündən asılı olmayaraq) yoxlamalar qanunvericiliyə uyğun aidiyyəti üzrə aparılan sərhəd və gömrük nəzarətindən ibarətdir. Sərhəd və gömrük orqanları bu cür malların Azərbaycan Respublikasının ərazisinə daxil olması və çıxarılması zamanı Azərbaycan Respublikasının ixrac nəzarəti haqqında qanunvericiliyin müddəalarına riayət olunmasına nəzarəti həyata keçirir və pozuntular aşkar edildikdə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görülür;
3.1.2. genetik dəyişilmiş mikroorqanizmlər, toksinlər və onların yaradılması üçün kimyəvi maddələr, insan həyatı və heyvanlar aləmi üçün təhlükəli olan patogenlər üzrə:
3.1.2.1. idxal, təkrar idxal zamanı yoxlamalar kütləvi qırğın silahlarının yayılmaması barədə Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiya və müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi nəzərə alınmaqla, bu Qaydanın 3.1.1.1 -ci yarımbəndində göstərilən qaydada həyata keçirilir və müvafiq tədbirlər görülür;
3.1.2.2. ixrac, təkrar ixrac zamanı yoxlamalar bu Qaydanın 3.1.1.2-ci yarımbəndində göstərilən qaydada həyata keçirilir və eyni zamanda bu Qaydanın 3.1.2-ci yarımbəndində göstərilən mallar üzrə elmi tədqiqat işlərinin aparılması üçün müəyyən avadanlıqların təyinatı üzrə istifadəsinə nəzarət edilir;
3.1.2.3. tranzit zamanı yoxlamalar bu Qaydanın 3.1.1.3-cü yarımbəndində göstərilən qaydada həyata keçirilir;
3.1.3. hərbi təyinatlı mallar, gəmilər, uçuş aparatları üzrə:
3.1.3.1. idxal, təkrar idxal, ixrac, təkrar ixrac zamanı yoxlamalar ixrac nəzarəti haqqında qanunvericiliyin tələblərinin, verilmiş xüsusi icazədə göstərilən şərtlərin, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiya və müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə, Azərbaycan Respublikasının təhlükəsizliyinin, siyasi və iqtisadi maraqlarının təmin edilməsinə nəzarəti əhatə edir;
3.1.3.2. tranzit zamanı (nəqliyyat növündən asılı olmayaraq) yoxlamalar qanunvericiliyə uyğun aidiyyəti üzrə aparılan sərhəd və gömrük nəzarətindən ibarətdir. Sərhəd və gömrük orqanları bu cür malların Azərbaycan Respublikasının ərazisinə daxil olması və çıxarılması zamanı Azərbaycan Respublikasının ixrac nəzarəti haqqında qanunvericiliyinin müddəalarına riayət olunmasına nəzarəti həyata keçirir və pozuntular aşkar edildikdə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görülür.
Yoxlamaların aparılması zamanı müvafiq Dövlət orqanları tərəfindən aşkar edilmiş pozuntulara görə qanunvericiliyə uyğun olaraq xüsusi icazənin qüvvədə olması dayandırıla və ya ləğv edilə bilər, ixrac nəzarəti haqqında qanunvericiliyi pozan məsul şəxslərin məsuliyyətə cəlb olunması barədə vəsatət qaldırıla bilər.
1.1. Bu Qayda “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli, 167 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır və ikili təyinatlı mallardan (işlərdən, xidmətlərdən, əqli fəaliyyətin nəticələrindən) sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarətin həyata keçirilməsi qaydasını müəyyən edir.
1.2. İxrac nəzarəti haqqında qanunvericiliyə uyğun olaraq ikili təyinatlı malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarətin aparılması həmin malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) kütləvi qırğın silahları və onların çatdırılma (daşınma) vasitələrinin, digər silah növlərinin, hərbi texnikanın yaradılmasında və hazırlanmasında istifadə edilməsinin qarşısının alınmasından, mülki məqsədlər üçün istifadəsinin təmin edilməsinə nəzarətdən və bu sahədə müvafiq Dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsindən ibarətdir.
1.3. İkili təyinatlı malların sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarət Azərbaycan Respublikasının milli təhlükəsizliyini, siyasi, hərbi və iqtisadi maraqlarını təmin etməlidir.
2.1. Kütləvi qırğın silahlarının yaradılmasında, daşınmasında istifadə ehtimalı olan, habelə nüvə texnologiyasının, radioaktiv mənbələrin və materialların, adi silahların, bioloji maddələrin istehsalında istifadə edilə bilən, ixrac nəzarətinə düşən ikili təyinatlı malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarət aşağıdakı qaydada həyata keçirilir:
2.1.1. ixrac nəzarətinə düşən ikili təyinatlı mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazə vermiş müvafiq dövlət orqanı tərəfindən son istifadənin və son istifadəçinin, tətbiq edilən texnologiyanın sifariş edilmiş məqsədlərə uyğunluğunun yoxlanılması və istehsalat bazası barədə texniki məlumatın alınması;
2.1.2. kimyəvi maddələrin istehsalı, nüvə texnologiyası, radioaktiv maddələrin istifadəsi ilə bağlı aparılan elmi tədqiqat işlərinin sifariş edilmiş məqsədlərə uyğunluğunun yoxlanılması;
2.1.3. mikroorqanizmlər, insan həyatı və heyvanlar aləmi üçün təhlükəli olan patogenlər və toksinlər, prekursorlar və digər bioloji maddələrlə bağlı fəaliyyətin, o cümlədən elmi tədqiqat işlərinin aparılması üçün istifadə olunacaq avadanlığın, texnologiyanın bioloji materiallarla işlər üçün yararlılığının və bioloji mühafizənin təmin edilməsinin yoxlanılması;
2.1.4. xüsusi icazə sahibinin və ya ikili təyinatlı malların son istifadəçisinin, xüsusi icazə sahibi və ya ikili təyinatlı malların son istifadəçiləri hüquqi şəxs olduqda onların təsisçiləri, benefisiar mülkiyyətçiləri, habelə qanuni təmsilçilərinin “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumların siyahısına daxil edilib-edilməməsinin yoxlanılması.
2.2. Xüsusi icazə sahibi və ya onun səlahiyyətli nümayəndəsi iş saatları ərzində müvafiq dövlət orqanlarının nümayəndələrinin nəzarət aparılan obyektinin yerləşdiyi yerə maneəsiz daxil olmasına, xüsusi icazə sahibi, onun səlahiyyətli nümayəndəsi və ya işçiləri dövlət orqanlarının nümayəndələrinə nəzarətin aparılmasına şərait yaratmağa borcludurlar.
2.3. İkili təyinatlı malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarət xüsusi icazə alınması üçün sifariş edilmiş məqsədlərin tam yerinə yetirilməsi müddəti ərzində həyata keçirilir.
2.4. İxrac olunmuş ikili təyinatlı malların (işlərin, xidmətlərin, əqli mülkiyyətin nəticələrinin) sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarət zəruri hallarda müvafiq qaydada digər Dövlət orqanlarının və Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə həyata keçirilir.
İkili təyinatlı malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) sifariş edilmiş məqsədlər üçün istifadə olunmasında pozuntular aşkar edildikdə, Azərbaycan Respublikasının ixrac nəzarəti haqqında qanunvericiliyinə uyğun olaraq verilmiş xüsusi icazənin qüvvədə olması dayandırıla və yaxud ləğv edilə bilər, ixrac nəzarəti haqqında qanunvericiliyi pozan məsul şəxslərin məsuliyyətə cəlb olunması barədə vəsatət qaldırıla bilər.