3.1. Bu Qanun ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı, tranziti və xarici iqtisadi fəaliyyətin digər əməliyyatlarına tətbiq edilir.
3.2. Bu Qanun, hüquqi və fiziki şəxslər tərəfindən aparılan əməliyyatlar və ya bağlanmış müqavilələr partlayıcı və radioaktiv maddələrin, materialların, cihazların, kütləvi qırğın silahlarının, digər silahların yayılmasına imkan yaratdığı və Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və maraqlarına zərər gətirdiyi hallarda da tətbiq edilir.
3.3. Ələt azad iqtisadi zonasında ixrac nəzarəti sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.