Qanunvericilik › İxrac nəzarəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri)

İxrac nəzarəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

5.0. Mənşəyindən, mülkiyyətçisindən və istehsal vaxtından asılı olmayaraq bu Qanunun tələb və şərtlərinə əsasən aşağıdakı mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) ixrac nəzarətinə düşür:

5.0.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş ixrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) və texnologiyalar;

5.0.2. kütləvi qırğın silahları və onların çatdırılma (daşınma) vasitələri daxil olmaqla, hərbi təyinatlı mallar;

5.0.3. kütləvi qırğın silahlarının, silahların, hərbi texnikanın və sursatların yaradılmasında və hazırlanmasında istifadə oluna bilən ikili təyinatlı mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri);

5.0.4. partlayıcı və radioaktiv maddələr, materiallar, radioaktiv mənbəli cihazlar, ionlaşdırıcı şüa mənbələri, qurğuları;

5.0.5. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi, o cümlədən son istifadəsinə və ya istifadəçisinə görə ixrac nəzarətinə düşən digər mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri).

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver