7.1. İxrac nəzarəti sistemi ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı, tranziti əməliyyatlarının aparılması qaydalarını müəyyən edir.
7.2. Azərbaycan Respublikasının ixrac nəzarəti sisteminə daxildir:
7.2.1. ixrac nəzarəti üzrə qanunvericilik aktları;
7.2.2. ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) siyahısının müəyyən edilməsi;
7.2.3. ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ayrı-ayı dövlətlərə ixrac rejimlərinin müəyyən edilməsi;
7.2.4. ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracının, idxalının, təkrar ixracının, təkrar idxalının, tranzitinin xüsusi icazə əsasında həyata keçirilməsi;
7.2.5. ikili təyinatlı malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) sifariş edilmiş məqsədlər üçün istifadəsinə nəzarət;
7.2.6. xüsusi icazə verilməsindən əvvəl və sonra ixrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xarici iqtisadi əməliyyatların aparılmasına nəzarət;
7.2.7. beynəlxalq təşkilatlarla və xarici dövlətlərin ixrac nəzarəti orqanları ilə məlumat mübadiləsi və digər qarşılıqlı əlaqələr;
7.2.8. ixrac nəzarəti sisteminin fəaliyyəti üzrə ictimaiyyətə ümumi, habelə spesifik məlumatın verilməsi;
7.2.9. ixrac nəzarəti sisteminin fəaliyyəti barədə ictimai rəyin öyrənilməsi.
7.3. İxrac nəzarətinin aparılması qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
7.4. İxrac nəzarətinə düşən malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının gömrük orqanı həyata keçirir.