«İxracat vergisi haqqında» Azərbaycan Respublikası Qanununun qüvvədən düşməsi barədə
Azərbaycan Respublİkasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. 1995-ci il 28 mart tarixdə qəbul edilmiş «İxracat vergisi haqqında» Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, № 8, maddə 163) qüvvədən düşmüş hesab edilsin.
2. Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı kontrakt qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) respublikadaxili müəssisə topdansatış qiyməti arasındakı fərqin büdcəyə alınan hissəsi və alınma qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
3. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 iyun 1997-ci il