Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 24 sentyabr tarixli 196 nömrəli Fərmanının 4.1.1-ci və 4.1.2-ci yarımbəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “İxracı və idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında həyata keçirilən malların Siyahısında və həmin Siyahının “Qeyd” hissəsinin 1-ci bəndində göstərilən mallar üzrə xarici iqtisadi fəaliyyətin mal nomenklaturası kodları” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 25 fevral 2025-ci il
Döyüş təyinatlı hərbi texnika, hərbi silah, döyüş sursatı, onların layihələndirilməsi və istehsalı üçün avadanlıq, ehtiyat hissələr, həmçinin elmi-texniki məlumat, material və texnologiyalar (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarına münasibətdə)
61-ci qrupdan (6111-dən istisna olmaqla)
Barıt, partlayıcı maddələr və qurğular, partlayış vasitələri, tezalışan maddələr və pirotexniki məmulatlar
(hərbi təyinatlı partlayıcı maddələr və vasitələr istisna olmaqla)
Nüvə materialları, texnologiyaları, avadanlıqları və qurğuları, xüsusi qeyri-nüvə materialları
Qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitə və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlıq
Qan, qan komponentləri və onlardan hazırlanan preparatlar
(heyvan qanı, heyvan qanının komponentləri və onlardan hazırlanan preparatlar istisna olmaqla)
Emal edilməmiş almaz (ixracına münasibətdə)
(süni və rekonstruksiya edilmiş almazlar istisna olmaqla)
İonlaşdırıcı şüa mənbələri, o cümlədən radioaktiv maddələr (radioaktiv tullantılar da daxil olmaqla), belə mənbələrin və maddələrin istehsalı üçün nəzərdə tutulan avadanlıq, təsərrüfat-məişət və tibbi əhəmiyyətli aparatlar istisna olmaqla, şüaverən aparatlar
(rentgen şüalarının istifadəsinə əsaslanan avadanlıqlar istisna olmaqla)
Yivli və yivsiz idman, ov silahları və ya hədəfə atəş açmaq üçün digər silahlar, kombinasiya edilmiş yivli və yivsiz silahlar, onların hissə və ləvazimatları, patronları, pnevmatik silahlar üçün gülləciklər (yalnız ov üçün nəzərdə tutulan barıt, döyüş sursatı istisna olmaqla, yalnız ov və idman üçün nəzərdə tutulan mallar)
1. Malların bu siyahılara aidiyyəti onların adları, tərkibləri, xassələri və funksiyaları ilə müəyyən edilir. Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına (XİF MN) görə kodlar istifadəçinin rahatlığı üçün göstərilir.
2. Bu siyahılarda qeyd olunan xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİF MN) kodları ilə eynilik təşkil etməsinə baxmayaraq, adına və texniki parametrlərinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun kodlar üzrə, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin Siyahısı”na aid edilən malların idxal, ixrac və tranzit əməliyyatları “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli Qərarına əsasən aparılır.