İxtisasartırma və kadrların yenidən hazırlanması müəssisələrinin nümunəvi Əsasnaməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Təhsil Qanununun 30-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Təhsil Nazirliyinin təqdim etdiyi "İxtisasartırma və kadrların yenidən hazırlanması müəssisələrinin nümunəvi Əsasnaməsi" təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 11 iyul 1997-ci il
1. İxtisasartırma və yenidən hazırlanma tədris müəssisələri və onların bölmələri (bundan sonra "tədris müəssisələri") Azərbaycan Respublikası Təhsil Qanununa, ona müvafiq olaraq Azərbaycan Respublikasında qəbul edilmiş digər qanunvericilik aktlarına, bu Əsasnaməyə və özünün Nizamnaməsinə uyğun fəaliyyət göstərir. Həmin müəssisələr qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaradılır, yenidən təşkil olunur, dövlət qeydiyyatına alınır və ləğv edilir.
2. Kadrların ixtisasının artırılması və yenidən hazırlanmasını həyata keçirən tədris müəssisələrinə nazirliklər, şirkətlər, idarәlәr və digər qurumların yanında fəaliyyət göstərən, bunun üçün hüquqi şəxs statusuna malik olan sahə və zona ixtisasartırma və venidən hazırlanma institutları, onların filialları, istinad məntəqələri, müstəqil sahə kursları, ali məktəblərin nəzdində ixtisasartırma və yenidən hazırlanma fakültələri, baza kafedraları, baza müəssisələri və s. aiddir.
3. Hәr bir tədris müəssisəsi nümunəvi Əsasnaməyə müvafiq olaraq özünün fəaliyyətini tənzimləyən Nizamnamə hazırlayır. Nizamnamə təsisçi tərəfindən təsdiq edilir.
4. Tədris müəssisəsinin daxili intizam qaydaları mövcud olan nümunәvi qaydalar və təlimatlar əsasında işlənib hazırlanır.
5. Tədris müəssisələrində dinləyicilərin komplektləşdirilməsi dövlət sifarişi nәzәrә alınmaqla nazirlik, idarə, birlik, müəssisə, təşkilatlarla, eləcə də vətəndaşlarla bağlanmış müqavilələr əsasında yerinә yetirilir. Tədris müəssisəsi buna uyğun olaraq dinləyicilərin cari və perspektiv kurs tədbirləri planını tərtib edir.
Dövlət mülkiyyət növündən asılı olmayaraq, ixtisasartırma və kadrların yenidən hazırlanması müəssisələrinə qəbulda, tələbələrin təqaüdlə təmin edilməsində, tədris planının seçilməsində və biliyin qiymətləndirilməsində kişi və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir.
6. Təlim-tərbiyə işlərini, pedaqoji kadrların ixtisas səviyyəsini və maddi-texniki bazanın vəziyyətini kompleks şəkildə qiymətləndirmək mәqsәdi ilə tədris müəssisələri müәyyәn edilmiş qaydada attestasiyadan keçirilir.
II. TƏDRİS MÜƏSSİSƏLƏRİNİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
1. Tədris müəssisələrinin hüquq və vəzifələri aşağıdakı kimi müeyyənləşdiriiir:
- nazirlik, idarə, birlik, müəssisə və təşkilatların (mülkiyyət formasından asılı olmayaraq) rəhbər və mütәxәssislәrinin ixtisasının artırılması və yenidən hazırlanması üzrə tələbatın müntəzəm şəkildə öyrənilməsi və buna müvafiq təkliflərin hazırlanması;
- yeni təsərrüfatçılıq metodlarına və yeni iqtisadi münasibətlərə keçid, idarəetmənin yenidən qurulması ilə əlaqədar məsələləri dinləyicilərin daha dərindən öyrənməsinin təşkili;
- ictimai həyatın bütün sahələrinin demokratikləşdirilməsi şəraitində rəhbər işçilərə yeni idarəetmə vərdişlərinin aşılanması;
- elm və texnikanın uyğun sahələrində müasir texnologiyanın və əməyin təşkili, əmək və maddi ehtiyatlardan kompleks şəkildə səmərəli və qənaətlə istifadə edilməsi və s. üzrə qabaqcıl təcrübənin operativ şəkildə öyrənilməsi;
- əməli fəaliyyət prosesində elektron-hesablama texnikasından, müasir elmi-texniki informasiyadan səmərəli istifadənin təmini;
- təlimin keyfiyyətinin daim yaxşılaşdırılması, əldə edilən biliklərin və vərdişlərin konkret məsələlərin praktiki həllinə istiqamətləndirilməsi;
- tədris məşğələlərinin iş forması və metodlarının təkmilləşdirilməsi, idarə və müəssisə rəhbərləri tərəfindən müəyyənləşdirilmiş konkret tapşırıqların, o cümlədən işçilərin fərdi tələbatları əsasında təlimin formasının müəyyənləşdirilməsi təcrübəsinin inkişaf etdirilməsi;
- təhsilin elm və istehsalatla inteqrasiyasının təmin edilməsi;
- məqsədli dövlət proqramlarının, eləcə də sahə və regional proqram və planların həyata keçirilməsində iştirak edilməsi;
- təlimin nəticələri əsasında dinləyicilərin ixtisas, dünyagörüşü, elmi-pedaqoji-psixoloji, iqtisadi biliklərinin və işgüzar keyfiyyәtlәrinin kompleks şəkildə qiymətləndirilməsi, bunların əsasında nazirlik, idarə, təşkilat və müəssisələrin rəhbərlərinə işçilərdən gələcəkdə səmərəli istifadə etmək üzrə məsləhət və tövsiyələrin verilməsi;
- professor-müəllim heyətinin ixtisasının artırılması, onların ideya-siyasi, pedaqoji, ixtisas və ümumi mədəni səviyyəsinin yüksəldilməsi;
- nazirlik və idarəetmə orqanları ilə birlikdə tədrisin yüksək səviyyəli maddi-texniki bazasının yaradılması, ən müasir avadanlıqlar, poliqrafiya və hesablama texnikası ilə təchizatı, dinləyicilər üçün zəruri mədəni-məişət şəraitinin yaradılması, onların müstəqil çalışmalarının və mədəni istirahətlərinin təşkili;
- baza kafedraları, baza müəssisələri ilə əlaqəli işin təşkili;
- metodiki xidmətlərin göstərilməsi;
- yeni ixtisaslarla əlaqədar kadr hazırlığına keçid şәraitindә xüsusi plan və proqramların tətbiq edilməsi yolu ilə differensiallaşdırılmış yenidənhazırlanma kurslarının təşkili;
- mütəxəssislərin ixtisasının artırılması və yenidən hazırlanması işində təsərrüfat hesablı mexanizmlərin tətbiqinə geniş yer verilməsi;
- ixtisasartırma və yenidənhazırlanma işinin mövcud normativlərə, təsdiq olunmuş qaydalara tam əməl edilməsi şərti ilə həyata keçirilməsi;
- tədris prosesinin yüksək səviyyədə mövcud standartlara uyğun təşkili.
2. İxtisasartırma və yenidənhazırlanma tədris müəssisələri kadrların ixtisas-peşə və iqtisadi təlimində sahə və regional tədris-metodik mərkəz funksiyasını daşıyır. Sahələr və regionlar üzrə fəaliyyət göstərən ixtisasartırma və yenidən-hazırlanma tədris müəssisələrində kadrların fasiləsiz təhsilinə metodik rəhbərliyi Azərbaycan Baş Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması İnstitutu həyata keçirir.
III. TƏDRİS MÜƏSSİSƏLƏRİNİN DİNLƏYİCİLƏRİ
1. Dinləyicilər kurslara tədris müəssisələri ilə bağlanmış müqavilələr əsasında tədris müəssisəsi rəhbərlərinin əmri ilə qəbul edilir.
2. Tədris müəssisəsi dinləyicilərinin hüquq və vəzifələri:
- ixtisasını, iqtisadi bilik, bacarıq və vərdişlərini, işgüzar keyfiyyәtlәrini təkmilləşdirir, özlərinin ideya-siyasi və ümumi mədəni səviyyələrini artırır;
- tədris planları və proqramlarında nəzərdə tutulmuş bütün təlim növlərini yerinə yetirir;
- ixtisasına uyğun olaraq zəruri və praktik əhəmiyyət kəsb edən problemlər üzrə buraxılış işi (referat) yazır;
- təlim prosesinin, təlim-tərbiyə, mədəni-kütləvi tədbirlərin təkmilləşdirilməsi, məişət şəraitinin yaxşılaşdırılması üzrə təkliflər verir;
- laboratoriyalardan, kabinetlərdən, auditoriyalardan, kitabxanalardan, oxu zallarından, hesablama texnikası və digər tədris və tədris-köməkçi vasitələrdən, həmçinin idman qurğuları və başqa avadanlıqlardan istifadə edir;
- daxili intizam qaydalarına əməl edir;
- qanunvericilikdə nәzәrdә tutulmuş digər hüquq və vəzifələri həyata keçirir.
3. Təsdiq edilmiş tədris planları və proqramlarına uyğun olaraq tədris müəssisələrinin dinlәyicilәri idarə və müəssisələrdə, elmi müəssisə və təşkilatlarda, ali tədris müəssisələrində, o cümlәdәn xarici ölkələrdə stajkeçmədən istifadə edə bilərlər.
4. Dinləyicilərin bilik səviyyəsi buraxılış işlərinin (referatların) müdafiəsində, imtahanda tədris müəssisəsinin rəhbəri tərəfindən təsdiq edilən xüsusi komissiya tərəfindən qiymətləndirilir.
5. Tədris planının tələblərini yerinə yetirən ixtisasartırma kurslarının dinləyicilərinə təsdiq edilmiş vahid formada vəsiqə, yenidənhazırlanma kurslarının dinləyicilərinə isə diplom verilir. Tədris planını yerinə yetirməyən, yaxud daxili intizam qaydalarını pozan dinləyicilər tədris müəssisəsi rəhbərinin əmri ilə tədris müəssisəsində olmaları haqqında arayış təqdim edilməklə kursdan xaric edilir.
Yenidənhazırlanma diplomu mütəxəssisə onun aldığı ilkin ali və ya orta ixtisas təhsili bazasında müəyyən sahədə işçinin vəzifə kateqoriyasının peşə-ixtisas tələblərinə müvafiq olaraq fəaliyyət göstərmək hüququ verir.
Mütəxəssisin yenidənhazırlanma diplomu ali və ya orta ixtisas təhsili haqqında sənəd deyildir.
6. Tədris müəssisəsində təhsilin nəticələri barədə dinləyiciyə verilən yekun sənəd onun növbəti attestasiyasında, mütəxəssislərin və rəhbər işçilərin vəzifə yerdəyişmələri, əmək haqqı miqdarının müəyyənləşdirilməsi və s. hallarda nəzərə alına bilər.
7. İstehsalatdan ayrılmamaqla tədris müəssisələrində təhsil alan dinləyicilərə təhsil müddətində ezamiyyə xərcləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir.
IV. TƏDRİS MÜƏSSİSƏLƏRİNİN PROFESSOR-MÜƏLLİM HEYƏTİ, TƏDRİS KÖMƏKÇİ VƏ İNZİBATİ-TƏSƏRRÜFAT İŞÇİLƏRİ
1. Kafedra sistemi ilə işləyən institutların, onların filiallarının və fakültələrinin professor-müəllim heyətinin vəzifələrə qəbul edilməsi ali məktəblər üçün nəzərdə tutulmuş qaydalar əsasında həyata keçirilir.
2. Təsərrüfat hesabı ilə işləyən tədris müəssisələrinin professor-müəllim heyətinin say tərkibi öz Nizamnaməsində nəzərdə tutulmuş qaydada tədris müəssisəsinin rəhbəri tərəfindən müəyyənləşdirilir. Qruplarda kontingentin orta sıxlığı müvafiq normativlərlə tənzimlənir.
3. Tədris prosesinə ştatda olan müəllimlərlə yanaşı görkəmli alimlər, mütəxəssislər, təsərrüfat rəhbərləri, istehsalat yenilikçiləri də dəvət olunurlar.
4. İnstitutların, onların filiallarının və fakültələrinin nəzərdə tutulmuş saat-hesabı əmək haqqı fondu üçün vəsait xüsusi normativlərə uyğun müəyyənləşdirilir.
5. Tədris müəssisələri professor-müəllim heyətinin hüquq və vәzifәlәri:
- tədris, elmi-metodiki və təlim-tərbiyə işlərinin təkmilləşdirilməsi üzrə təkliflər işləyib hazırlamaq və irəli sürmək;
- ümumi və şura iclaslarında tədris müəssisəsinin fəaliyyətinin müzakirəsində iştirak etmək;
- tədris prosesində hesablama texnikasından, laboratoriyalardan, kabinetlərdən, auditoriyalardan, oxu zallarından, digər tədris və köməkçi bölmələrdən istifadə etmək;
- müəssisə və təşkilatlarda müvafiq qaydalara əsasən məsləhətçi işləmək;
- sahə və idarələrarası, respublika, eləcə də beynəlxalq konfrans, simpozium, qurultay və iclaslarda iştirak etmək;
- ideya səviyyəsini, elmi-nəzəri biliyini, praktik bacarığını və pedaqoji ustalığım təkmilləşdirmək;
- birlik, idarə, təşkilat və müəssisələrin, eləcə də ayrı-ayrı mütəxəssislərin təcrübələrini müntəzəm öyrənib ümumiləşdirmək və yaymaq;
- dinləyicilərə müstəqil işin təşkilində kömək etmək, fərdi məsləhətlər vermək;
- tədris prosesini yüksək səviyyədə qurmaq;
- qanunvericilikdə nəzərdə tutulmuş digər hüquq və vəzifələri həyata keçirmək.
6. Tədris müəssisələrinin ştatda olan professor-müəllim heyəti öz ixtisasını aşağıdakı formalarda artırır:
- qısamüddətli (tematik) kurslar;
- hər 5 ildə azı bir dəfə dövri kurslar;
- qabaqcıl müəssisələrdə stajkeçmə;
- xarici ölkələrə ezam olunma.
Digər daha mütərəqqi və səmərəli formalardan da istifadə etmək zəruridir.
7. Tәdris müəssisələrinin inzibati-tәsәrrüfat və tədris-kömәkçi heyətinin işə qəbulu və işdən azad olunması müәssisә rəhbərinin əmri ilə həyata keçirilir. İnzibati-təsərrüfat və tədris-köməkçi heyətin hüquq və vəzifələri daxili intizam qaydaları və vəzifə borclarına dair təlimatlarla müəyyənləşdirilir.
V. TƏDRİS MÜƏSSİSƏLƏRİNDƏ TƏDRİS FƏALİYYƏTİ VƏ ELMİ-METODİKİ İŞ
1. İxtisasartırma və kadrların yenidən hazırlanması müəssisələrində dərslər gündüz və axşam şöbәlәrindә aparılır.
Təlimin forması, müddəti və məzmunu müvafiq qaydada tədris planlarına və digər normativ sənədlərə uyğun olaraq sifarişçi ilə razılıq əsasında müəyyən edilir.
2. Tədris müәssisәsi nazirlik, idarə, müəssisə və təşkilatların rəhbər və mütәxәssislәrini ixtisasartırmaya və yenidənhazırlanmaya olan tələbatlarını öyrənərək hər bir kateqoriya dinləyicilər qrupuna uyğun məqsəd və vəzifələri dəqiqləşdirir, təlimin məzmununu, metodlarını və vasitələrini seçir.
3. Dinləyicilərin bilik, bacarıq və vərdişlərinin səviyyəsini öyrənmək məqsədi ilə müasir qiymətləndirmə metodlarından, o cümlədən testlәrdәn istifadə edilir, əldə olunmuş nəticələr əsasında tədris tematik planlarında müvafiq dəyişikliklər aparılır, dinləyicilər üçün fərdi iş metodları müəyyənləşdirilir.
4. Tədris müəssisələrində məşğələlərin aşağıdakı əsas növlərindən istifadə edilir: mühazirələr, seminar və səyyar məşğələlər, işgüzar oyunlar (rola girmək, istehsalın oyun layihələşdirilməsi, təqlidetmə tapşırıqları), evrestik söhbət, problem situasiyaların yaradılması və araşdırılması, təcrübə mübadiləsi üzrə məşğələlər, stajkeçmə, kurs və buraxılış yoxlama işləri, məsləhətlər, müstəqil iş, distansiya vasitələri ilə təhsil və s.
Tədris məşğələləri təsdiq edilmiş cədvəl əsasında aparılır.
5. İxtisasartırma və yenidənhazırlanma zamanı dinləyicilərin dərs müvəffəqiyyətləri aşağıdakı qiymətlərlə müəyyənləşdirilir: "əla", "yaxşı", "kafi", "qeyri-kafi", "məqbul", "qeyri-məqbul". Qiymətləndirmə prosesində test üsuluna geniş yer verilir.
6. Tәdris müəssisələrində təlim və tərbiyənin keyfiyyәtini yaxşılaşdırmaq, professor-müəllim heyətinin pedaqoji ustalığını təkmilləşdirmək, aktiv təlim metodlarından, hesablama texnikası və müasir texniki vasitələrdən təlim prosesində istifadə edilməsi məqsədi ilə elmi-metodik işlər yerinə yetirilir.
VII. TƏDRİS MÜƏSSİSƏLƏRİNİN FƏALİYYƏT DAİRƏLƏRİNİN ƏSAS İSTİQAMƏTLƏRİ
Tədris müəssisələri müәyyәn olunmuş qaydada:
- tədris planlarını işləyib hazırlayır və qeydiyyatdan keçirmək üçün Elm və Təhsil Nazirliyinə təqdim edir;
- tədris proqramlarını hazırlayır və elmi şurada müzakirə edir;
- tədris planları və proqramlarını, metodik göstərişləri, digər elmi-metodik sənədləri, mühazirə konspektlərini, tədris vəsaitlərini nəşr edir;
- təlim-tərbiyə və elmi-metodiki işlərinin daha da yaxşılaşdırılması üzrə təkliflər hazırlayır və zəruri hallarda onları baxılmaq üçün yuxan orqanlara təqdim edir;
- tədris və elmi әdәbiyyatları mübadilə edir, digər tədris müəssisələri ilə, ali məktəblər, istehsalat birlikləri, müəssisələr, respublika və xarici ölkələrin elmi tədqiqat institutları ilə, elmi və elmi-texniki cəmiyyətlərlə əməkdaşlığı həyata keçirir;
- elmi və metodiki konfranslar, seminarlar, müşavirələr təşkil edir;
- normativ sәnәdlәr tərtib olunmaqla əsaslı tikinti və təmir, yenidənqurma işləri aparır;
- yuxan idarəetmə orqanları tərəfindən müәyyәn edilmiş işçilərin ümumi sayı və ümumi əmək haqqı fondu həddində, təsərrüfat hesabı ilə işləyən müəssisələrdə isə müstəqil olaraq ştat cədvəlini tərtib və təsdiq edir.
VIII. TƏDRİS MÜƏSSİSƏLƏRİNİN STRUKTURU
1. Tədris müəssisələrinin strukturu təsisçi tərəfindən təsdiq olunur.
2. Tədris müəssisələrinin filialları, istinad məntəqələri, fakültələri, kafedraları, mühasibatlığı, informasiya-hesablama mərkəzi, mehmanxana tipli yataqxanası və digər inzibati-təsərrüfat bölmələri ola bilər.
3. İnstitutun filialı birliklərin, müəssisələrin, idarə və təşkilatların istehsal fəaliyyətlərinin xarakterini nəzərə alaraq, rəhbər işçi və mütəxəssislərin ixtisasını artıran struktur bölməsi olmaqla orta illik dinləyici kontingenti 300 nəfərdən az olmamaq şərtilə yaradılır.
4. İxtisasartırma və yenidənhazırlanma institutlarının nəzdindəki fakültələr təhsil müəssisələrinin struktur bölməsi olmaqla bir və ya bir neçə qonşu ixtisaslar üzrə rəhbər işçi və mütəxəssislərin ixtisasının artırılması ilə məşğul olur. Fakültə, dinləyicilərinin orta illik sayı 100 nəfərdən artıq olduqda yaradıla bilər. Fakültәlәrin daxili strukturu institutun rəhbərliyinin əmri ilə təsdiq edilir. Alı məktəb ixtisasartırma və yenidənhazırlanma fakültələrinin daxili strukturu ali məktəb rektorunun əmri ilə tәsdiq edilir, fəaliyyəti həmin fakültələr haqqında mövcud olan normativ sənədlərə və bu Əsasnaməyə uyğun tənzimlənir.
5. Kafedra institutun bir və ya bir neçə qonşu fənlər üzrə tədris və metodiki işlə məşğul olan əsas tədris struktur bölməsidir. Kafedraların fəaliyyəti ali məktəb kafedraları barədə mövcud Əsasnaməyə uyğun tənzimlənir.
6. Tədris müәssisәsinin struktur bölmələrinin (filiallardan başqa) yaradılması, dəyişdirilməsi və ləğv edilməsi təhsil müəssisəsinin nizamnaməsinə müvafiq olaraq özü tərəfindən aparılır və bu barədə təsisçiyə məlumat verilir.
IX. TƏDRİS MÜƏSSİSƏLƏRİNİN İDARƏ OLUNMASI
1. İnstitutun bütün fəaliyyətinə rəhbərliyi, ali təhsil müəssisələri üçün müəyyən edilmiş qaydada rektor (direktor) həyata keçirir. İxtisasartırma və yenidənhazırlanma statusu olan digər tipli struktur bölmələrin rəhbərləri müvafiq qaydalara uyğun təyin edilir.
2. İnstitut filialının direktoru institut rektorunun (direktorunun) təqdimatı ilə təsisçi tərəfindən işə təyin və işdən azad edilir.
İnstitutun (filialın) rektoru (direktoru) institutun (filialın) adından fəaliyyət göstərir, bütün müəssisə və təşkilatlarda onu təmsil edir, qüvvədə olan qanunvericiliyə uyğun institutun (filialın) əmlakına və vəsaitlərinə sahiblik edir, müqavilələr bağlayır, etibarnamələr verir, institutun (filialın) bankda hesabını açır.
3. Öz səlahiyyətləri daxilində rektor (direktor) institut (filial) üzrə əmrlər verir, əmək qanunvericiliyinә uyğun olaraq işçiləri qəbul və azad edir.
4. İnstitutun tədris işinə ali təhsil müəssisələri üçün müəyyən edilmiş qaydada vəzifəyə qəbul edilən və vəzifədən azad edilən tədris işləri üzrə prorektor (direktor müavini) və elmi-metodik işlər üzrə prorektor (direktor müavini) rəhbərlik edir.
5. İnstitutun filialında tədris və elmi-metodik işlərə filialın direktorunun təqdimatı ilə institutun rektoru (direktoru) tərəfindən işə təyin və işdən azad edilən tədris işləri üzrə direktor müavini rəhbərlik edir.
6. İnstitutun (filialın) inzibati və təsərrüfat fəaliyyətinə rəhbərlik ali təhsil müəssisələri üçün müəyyən edilmiş qaydada vəzifəyə təyin və vәzifәdәn azad edilən inzibati-təsərrüfat işləri üzrə prorektor (direktor müavini) tərəfindən həyata keçirilir.
7. Mehmanxana tipli yataqxanaya rəhbərlik edən direktor tədris müəssisəsinin rektoru (direktoru) tərəfindən təyin edilir.
8. İnstitut və filial fakültələrinin, ali məktəb nəzdindəki fakültələrin fəaliyyətinə ali təhsil müəssisələri üçün müəyyən olunmuş qaydada seçilən dekan rəhbərlik edir.
9. İxtisasartırma kurslarına rəhbərlik, tabeliyində olduğu yuxarı təşkilat tərəfindən təyin edilən direktor tərəfindən həyata keçirilir.
10. İnstitutun, onun filiallarının fəaliyyətinin əsas məsələlərinə baxmaq üçün institut (filial) şurası yaradılır.
11. Kafedra sisteminə keçmiş institutların elmi şurası ali məktəblərin elmi şuraları haqqında təsdiq olunmuş mövcud Əsasnamə ilə tənzimlənir.
X. TƏDRİS MÜƏSSİSƏLƏRİNİN ƏMLAKI VƏ VƏSAİTLƏRİ
1. Dinləyicilərin təlimi və digər növ xidməti işlərin maliyyələşdirilməsi nazirlik, idarə, dövlət birliklərinin mərkəzləşdirilmiş fondu hesabına, həmçinin elmin, texnikanın və istehsalatın inkişaf fondu və vəsaiti, kadrların hazırlanması üçün digər bu kimi məqsədli vəsait qoyuluşu hesabına həyata keçirilir. İxtisasartırma tədris müəssisələri təhsil üçün ayrılmış büdcə vəsaiti və əlavə mənbələr hesabına maliyyələşdirilir.
Tədris müəssisələrində dinləyicilərin təliminə sərf olunan xərc tədris müəssisəsi rəhbərinin təsdiq etdiyi smeta üzrə aparılır. Nazirliklər, idarələr, müəssisə və təşkilatlar bağlanmış müqavilələrə uyğun olaraq tədris müəssisələrinə rəhbər işçi və mütəxəssislərin təlimi üçün müqavilədə göstərilən müddətdə və miqdarda vəsait köçürürlər.
Dinləyici tədris müəssisəsinə gəlmədiyi və ya oradan xaric edildiyi hallarda təlim üçün köçürülmüş vəsait geri qaytarılmır.
2. Tədris müəssisəsinin müəyyən olunmuş qaydada öz müstəqil balansı, barıkda hesablaşma hesabı olur, hüquqi şəxs hüquqlarından istifadə edir, üstündə müəssisənin adı yazılmış möhürə malikdir, kargüzarlıq, mühasibat və statistik uçotu aparır, rüblük, illik hesabat və balans tərtib edir, yuxarı idarəetmə orqanı qarşısında hesabat verir.
3. Ali məktəbin nәzdindә fəaliyyət göstərən və bunun üçün xüsusi statusu olan ixtisasartırma və yenidənhazırlanma fakültələrinin əmlak, avadanlıq və vəsaitləri ali məktəbin əmlak, avadanlıq və vəsaitləridir.
4. Ali məktəbin ixtisasartırma və yenidənhazırlanma fakültələri tədris prosesində müvafiq qaydada təsdiq olunmuş baza kafedralarının əmlak və avadanlıqlarından istifadə etmək hüququna malikdir.
1. 26 dekabr 2007-ci il tarixli 209 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1344)
2. 28 aprel 2017-ci il tarixli 172 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 aprel 2017-ci il, № 90, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 655)
3. 21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552)