Qanunvericilik › “Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat”ın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 18.12.2013) › Tam mətn

“Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat”ın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 18.12.2013)

“Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat”ın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 18.12.2013) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ İDARƏ HEYƏTİNİN QƏRARI

“Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat”ın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən pul siyasətinin işlənməsində, nağd pul dövriyyəsinin təşkilində və maliyyə sabitliyinə dair təhlillərin aparılmasında istifadə etmək üçün nağd pul dövriyyəsi üzrə təfsilatlı, tam və dolğun statistik məlumatların əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci və 63-cü, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 46.1-ci maddələrinə əsasən

1. “Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat” təsdiq edilsin (əlavə olunur);

2. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 06.10.2009-cu il tarixli qərarı ilə (28 nömrəli protokol) təsdiq edilmiş “Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat” ləğv edilsin;

3. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

1.1. Bu Təlimat “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 46.1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və kassa dövriyyəsi statistikasının tərtibi və təqdim olunması məsələlərini tənzimləyir.

1.2. Kassa dövriyyəsi haqqında statistik hesabat bankların, xarici bankların yerli filiallarının və poçt rabitəsinin milli operatorunun (bundan sonra – statistik vahidlər) kassalarına manatla nağd pulun (bundan sonra – nağd pul) daxilolma mənbələri, xərclənmə istiqamətləri və qalıqları haqqında ətraflı şəkildə əks olunan məlumatları nəzərdə tutur.

1.3. Hesabatın tərtib olunmasında məqsəd Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən pul siyasətinin işlənməsində, nağd pul dövriyyəsinin təşkilində və maliyyə sabitliyinə dair təhlillərin aparılmasında istifadə etmək üçün nağd pul dövriyyəsi üzrə təfsilatlı, tam və dolğun statistik məlumatların əldə edilməsidir.

2.1. Statistik hesabat iki formada tərtib olunur:

2.1.1. Kassa dövriyyəsi statistikası (Forma KDS-1) – əlavə №1;

2.1.2. Kassa dövriyyəsi statistik hesabat üzrə açıqlama (Forma KDS_açıqlama) – əlavə №2.

2.2. KDS-1 hesabat forması üç bölmədən ibarətdir:

2.2.1. “A” bölməsi: Hesabat dövrünün əvvəlinə və sonuna kassa qalığı;

2.2.2. “B” bölməsi: Kassaya nağd pulun mədaxili;

2.2.3. “C” bölməsi: Kassadan nağd pulun məxarici.

2.3. Hesabatın mədaxil hissəsində əks olunan əməliyyatlar statistik vahidin və müştərilərinin fəaliyyət sferası, hüquqi statusu və əməliyyatın növündən asılı olaraq aşağıdakı qruplar üzrə təsnifləşdirilir:

2.3.1. Hesabat dövrünün əvvəlinə kassa qalığı (A10) – hesabat dövrünün əvvəlinə statistik vahidin kassasının qalığı;

2.3.2. Hüquqi şəxslərdən daxilolmalar (B00) – statistik vahidin müştərisi olan hüquqi şəxslərin malların satışından daxilolmaları (B10) və iş görməsindən (xidmət göstərməsindən) daxilolmaları (B20) üzrə statistik vahidin əməliyyat kassasına nağd pul daxilolmaları:

2.3.2.1. Hüquqi şəxslərin mal satışından daxilolmalar (B10: B11-B16):

2.3.2.1.1. Mal satışından daxilolmalar hər bir müəssisənin fəaliyyət növündən asılı olaraq B10 qrupunun müvafiq maddələrində əks olunur;

2.3.2.1.2. Bu qrupda ticarət (B11), sənaye (B12), fermer və digər kənd təsərrüfatı (B13), tikinti müəssisələri və kooperativləri (B14), yanacaqdoldurma məntəqələri (B15) sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatların mal satışlarından əldə olunan vəsait üzrə statistik vahidin kassasına nağd pul daxilolmaları əks olunur;

2.3.2.1.3. B10 qrupunun maddələrində əks olunmayan sahələrin mal satışından daxilolmaları digər satışlar üzrə daxilolmalar B16 maddəsində göstərilir;

2.3.2.2. Hüquqi şəxslərin iş görməsindən (xidmət göstərməsindən) daxilolmalar (B20: B21-B25):

2.3.2.2.1. Xidmət göstərilməsindən daxilolmalar hər bir müəssisənin fəaliyyət növündən asılı olaraq bu qrupun müvafiq maddəsində əks olunur;

2.3.2.2.2. Bu qrupda nəqliyyat (B21), kommunal xidmətlər (qaz, su, işıq və s.) (B22), rabitə (B23), mehmanxana, ictimai iaşə və s. xidmət (B24) sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatların göstərdiyi xidmətdən əldə olunan vəsait üzrə statistik vahidin kassasına nağd pul daxilolmaları əks olunur;

2.3.2.2.3. B20 qrupunun maddələrində əks olunmayan iş və xidmət sahələrindən daxilolmalar digər xidmətlər üzrə (B25) daxilolmalar maddəsində qeyd olunur;

2.3.3. Fiziki şəxslərdən daxilolmalar (B30: B31-B37):

2.3.3.1. Bu qrup üzrə daxilolmalar ödəniş növünə uyğun olaraq müvafiq maddələr üzrə təsnifləşdirilir;

2.3.3.2. Bu qrupda statistik vahidin əməliyyat kassasına fiziki şəxslərdən daxilolmalar, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərdən nağd pul ödənişləri (B31), vergi, rüsum və sığorta ödənişləri (B32), kommunal xidmətlər (qaz, su, işıq və s.) üzrə ödənişlər (B33), yardım, pul baratları, sosial və digər ödənişlər (B34), təhsil haqqı üzrə ödənişlər (B35), rabitə xidmətləri üzrə ödənişlər (B36), icarə haqqı üzrə ödənişlər (B37) əks olunur;

2.3.3.3. B30 qrupunun maddələrində əks olunmayan fiziki şəxslərin ödənişləri digər daxilolmalar B38 maddəsində qeyd olunur;

2.3.4. Statistik vahidin hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə daxilolmalar (B40: B41-B46) – maliyyə əməliyyatları növündən asılı olaraq aşağıdakı kimi təsnifləşdirilir:

2.3.4.1. Depozit hesablarına daxilolmalar (B41) – müştərinin statistik vahiddə yerləşdirdiyi depozit (cari hesablarına daxilolmalar istisna olmaqla) üzrə daxilolmalar;

2.3.4.2. Fiziki şəxslərin cari hesablarına daxilolmalar (B42.1) – fiziki şəxslərin statistik vahiddəki cari hesablarına daxilolmalar;

2.3.4.3. Pul köçürmələri üzrə daxilolmalar (B42.2) – hesab açılmadan müxtəlif pul köçürmələri üzrə nağd (manatla) daxilolmalar;

2.3.4.4. Əmlak alqı-satqısı ilə əlaqədar notariusların depozit hesablarına daxilolmalar (B43);

2.3.4.5. Verilmiş kreditlər üzrə daxilolmalar (B44) – statistik vahiddən hüquqi və fiziki şəxslərdən verilmiş kreditlər üzrə nağd formada daxilolmalar;

2.3.4.6. Dövlət və digər qiymətli kağızların satışından nağd vəsait şəklində daxilolmalar (B45) – səhm, istiqraz və digər qiymətli kağızların statistik vahid tərəfindən fiziki və hüquqi şəxslərə nağd pulla satışından daxilolmalar;

2.3.4.7. Xarici valyutanın satışından daxilolmalar (B46) – statistik vahidin daxilində bütün bölmələri üzrə (həmçinin statistik vahidin valyuta mübadiləsi şöbələri üzrə) xarici valyutanın satılmasından nağd manat daxilolmaları;

2.3.4.8. Maliyyə əməliyyatları üzrə digər daxilolmalar (B47) – yuxarıdakı maddələrə aid olmayan, lakin statistik vahidin kassasına maliyyə əməliyyatları üzrə bütün növ nağd pul daxilolmaları;

2.3.5. Bankomatlardan daxilolmalar (B50) – qalıq pulların statistik vahidin əməliyyat kassasına mədaxili bu maddədə əks etdirilir;

2.3.6. Digər daxilolmalar (B60) – KDS-1 hesabat formasının mədaxil maddələrində əks olunmayan digər əməliyyatlar üzrə, o cümlədən digər maliyyə institutlarından, beynəlxalq təşkilatlardan, dövlət idarəetmə və icra orqanlarından, təhtəl hesab şəxslərdən, təsisçilərdən, habelə statistik vahidin nizamnamə fonduna və s. daxilolmalar üzrə statistik vahidin əməliyyat kassasına nağd pul daxilolmaları bu maddədə əks olunur;

2.3.7. Kassanın möhkəmləndirilməsi məqsədilə daxilolmalar (B70: B71-B72) – kassanın möhkəmləndirilməsi məqsədilə daxilolmalar filiallararası hesablaşmalar və statistik vahidlərarası hesablaşmalar üzrə təsnifləşdirilir:

2.3.7.1. Statistik vahidin kassasının möhkəmləndirilməsi məqsədilə öz filial və şöbələrindən daxil olan nağd vəsaitlər B71 maddəsində əks olunur;

2.3.7.2. Statistik vahidin kassasının möhkəmləndirilməsi məqsədilə digər statistik vahidlərdən və ya onların filiallarından və şöbələrindən daxil olan nağd vəsaitlər B72 maddəsində əks olunur;

2.3.8. Mərkəzi Bankdan və onun ərazi idarələrindən nağd daxilolmalar (B80: B81-B82):

2.3.8.1. Statistik vahidin kassasına Mərkəzi Bankdan daxil olan nağd daxilolmalar B81 maddəsində maddədə əks olunur;

2.3.8.2. Statistik vahidin kassasına Mərkəzi Bankın ərazi idarələrindən daxil olan nağd daxilolmalar B82 maddəsində əks olunur.

2.4. KDS-1 hesabat formasının məxaric hissəsində əks olunan əməliyyatlar statistik vahidin və müştərilərinin fəaliyyət sferası, hüquqi statusu və əməliyyatın növündən asılı olaraq aşağıdakı qruplar üzrə təsnifləşdirilir:

2.4.1. Hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərin ödənişləri (C00) – statistik vahidin müştərisi olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə mal, iş və xidmətin alınması məqsədilə statistik vahidin əməliyyat kassasından nağd pul ödənişlərini əks etdirir;

2.4.1.1. Mal, iş və xidmətlərin alınması üzrə ödənişlər (C10: C11-C19):

2.4.1.1.1. Ödənişlər hər bir müəssisənin fəaliyyət növündən asılı olaraq C10 qrupunun müvafiq maddəsində əks olunur. Bu qrupda ticarət (C11), sənaye (C12), fermer və digər kənd təsərrüfatı müəssisələri (C13), tikinti (C14), nəqliyyat (C15), rabitə (C16), mehmanxana, ictimai iaşə və s. bu tip xidmət (C17), yanacaqdoldurma məntəqələri (C18) üzrə fəaliyyət göstərən müəssisələrin mal alışları, iş və xidmət haqqı ödənişləri məqsədilə statistik vahidin kassasından nağd pul ödənişləri qeyd olunur;

2.4.1.1.2. C10 qrupunun maddələrində əks olunmayan müəssisələrin fəaliyyət sahələri üzrə statistik vahidin kassasından nağd pul ödənişləri digər müəssisələr üzrə (C19) qeyd olunur;

2.4.1.2. Əmək haqqı (və ona bərabər tutulan digər ödənişlər), pensiya, müavinət, sığorta və digər sosial ödənişlər (C20: C21-C29):

2.4.1.2.1. Ödənişlər hər bir müəssisənin fəaliyyət növündən asılı olaraq C20 qrupunun müvafiq maddəsində əks olunur. Bu qrup ticarət (C21), sənaye (C22), fermer və digər kənd təsərrüfatı müəssisələri (C23), tikinti müəssisələri və kooperativləri (C24), nəqliyyat (C25), rabitə (C26), maliyyə xidməti həyata keçirən institutlar (C27), mehmanxana, ictimai iaşə və s. xidmət sahələri (C28) üzrə fəaliyyət göstərən müəssisələrin və təşkilatların əmək haqqı (və ona bərabər tutulan digər ödənişlər), pensiya, müavinət, sığorta və digər sosial ödənişləri həyata keçirmək məqsədilə statistik vahidin kassasından nağd pul ödənişlərini əks etdirir;

2.4.1.2.2. C20 qrupunun maddələrində əks olunmayan müəssisələrin fəaliyyət sahələri üzrə statistik vahidin kassasından nağd pul ödənişləri digər müəssisələr üzrə (C29) maddəsində qeyd olunur;

2.4.2. Statistik vahidin hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə ödənişləri (C30: C31-C38) – maliyyə əməliyyatları növündən asılı olaraq aşağıdakı kimi təsnifləşdirilir:

2.4.2.1. Depozit hesablarından ödənişlər (C31) – müştərinin statistik vahiddə yerləşdirdiyi depozit hesabından (cari hesablardan ödənişlər istisna olmaqla) nağd ödənişlər;

2.4.2.2. Fiziki şəxslərin cari hesablarından ödənişlər (C32.1) – statistik vahiddə açılmış cari hesablardan nağd ödənişlər və hesab açılmadan müxtəlif pul köçürmələri üzrə nağd ödənişlər;

2.4.2.3. Pul köçürmələri üzrə ödənişlər (C32.2) – hesab açılmadan müxtəlif pul köçürmələri üzrə nağd (manatla) ödənişlər;

2.4.2.4. Əmlak alqı-satqısı ilə əlaqədar notariusların depozit hesablarından ödənişlər (C33);

2.4.2.5. Verilmiş kreditlər üzrə ödənişlər (C34) – statistik vahiddən hüquqi və fiziki şəxslərə kreditlərin nağd formada verilməsi;

2.4.2.6. Faiz və dividentlərin ödənilməsi (C35) – statistik vahidin müxtəlif öhdəlikləri üzrə faiz və dividentlərin nağd şəkildə ödənilməsi;

2.4.2.7. Sığorta ödənişi (C36) – statistik vahidin kassasından bütün növ sığorta ödənişləri;

2.4.2.8. Dövlət və digər qiymətli kağızların alınması üçün nağd ödənişlər (C37) – səhm, istiqraz və digər qiymətli kağızlar geri alındıqda statistik vahidlər tərəfindən fiziki və hüquqi şəxslərə nağd pulla ödəmələr;

2.4.2.9. Xarici valyutanın alışı üzrə ödənişlər (C38) – statistik vahidin daxilində bütün bölmələri üzrə (statistik vahidin valyuta mübadiləsi şöbələri daxil olmaqla) xarici valyutanın alınması üçün nağd manat ödənişlər;

2.4.2.10. Maliyyə əməliyyatları üzrə digər ödənişlər (C39) – yuxarıdakı maddələrə aid olmayan, lakin statistik vahidin kassasından maliyyə əməliyyatları üzrə bütün növ nağd pul ödənişləri;

2.4.3. Bankomatlara pul qoyuluşu (C40) – bankomatın nağd pulla təchiz edilməsi məqsədilə pulların statistik vahidin əməliyyat kassasından məxarici bu maddədə əks olunur;

2.4.4. Digər ödənişlər (C50) – KDS-1 hesabat formasının məxaric maddələrində əks olunmayan digər əməliyyatlar üzrə, o cümlədən digər maliyyə institutlarına, beynəlxalq təşkilatlara, dövlət orqanlarına, təhtəl hesab şəxslərə, habelə statistik vahidin təsərrüfat, ərzaq, ezamiyyə xərcləri və s. nağd pul ödənişləri bu maddədə qeyd olunur;

2.4.5. Kassanın möhkəmləndirilməsi məqsədilə ödənişlər (C60: C61-C62) – kassanın möhkəmləndirilməsi məqsədilə ödənişlər filiallararası hesablaşmalar və statistik vahidlərarası hesablaşmalar üzrə təsnifləşdirilir:

2.4.5.1. Statistik vahidin kassasının möhkəmləndirilməsi məqsədilə öz filiallarına və şöbələrinə ödənişlər C61 maddəsində əks olunur;

2.4.5.2. Statistik vahidin kassasının möhkəmləndirilməsi məqsədilə digər statistik vahidlərə və ya onların filiallarına və şöbələrinə ödənişlər C62 maddəsində əks olunur;

2.4.6. Mərkəzi Banka və onun ərazi idarələrinə nağd ödənişlər (C70: C71-C72):

2.4.6.1. Statistik vahidin kassasından Mərkəzi Banka nağd ödənişlər C71 maddəsində əks olunur;

2.4.6.2. Statistik vahidin kassasından Mərkəzi Bankın ərazi idarələrinə nağd ödənişlər C72 maddəsində əks olunur;

2.4.7. Hesabat dövrünün sonuna kassa qalığı (A20) – hesabat dövrünün sonuna statistik vahidin kassasının qalığı əks olunur.

2.5. KDS_açıqlama hesabat formasında KDS-1 hesabat formasının B72 və C62 maddələri üzrə əməliyyatlar statistik vahidlər üzrə göstərilir.

2.6. Kassa dövriyyəsi haqqında statistik hesabat tərtib edilərkən aşağıdakı uyğunluqlar təmin olunur:

2.6.1. KDS-1 hesabat formasının B72 və C62 maddələri üzrə əməliyyatlar KDS_açıqlama hesabat formasının müvafiq cəm göstəriciləri ilə eyni olur;

2.6.2. Hesabat formasında bütün maddələr müvafiq qruplar üzrə cəmlənir;

2.6.3. Hesabat formasının B10, B20, B30, B40, B50, B60-cı bölmələrinin cəmi mədaxil üzrə cəm maddəsində, C10, C20, C30, C40, C50 bölmələrinin cəmi isə məxaric üzrə cəm maddəsində əks olunur;

2.6.4. KDS-1 hesabat formasının mədaxil və məxaric maddələrinin cəmi hesabat formasının müvafiq balans bəndində əks olunmaqla, mədaxilin balans bəndi məxaricin balans bəndinə bərabər olur;

2.6.5. Dövrün sonuna kassa qalığının həcmi dövrün əvvəlinə kassa qalığı ilə dövr ərzində kassaya mədaxilin cəmindən dövr ərzində kassadan məxaric olunan vəsaiti çıxmaqla müəyyənləşir;

2.6.6. Dövrün əvvəlinə kassa qalığı keçən hesabat dövründəki KDS-1 hesabat formasının hesabat dövrünün sonuna kassa qalığına (A20), həmçinin keçən hesabat dövrü üzrə statistik vahidin icmal mühasibat balansında 10010-cu hesabın dövrün əvvəlinə qalığına bərabər olur;

2.6.7. Hesabat dövrünün sonuna kassa qalığı statistik vahidin icmal mühasibat balansının 10010-cu hesabının dövrün sonuna qalığına bərabər olur;

2.6.8. KDS-1 hesabat formasındakı mədaxil üzrə cəmi, B70 və B80 göstəricilərinin cəmi statistik vahidin icmal mühasibat balansındakı 10010-cu hesabının debet dövriyyəsinə bərabər olur;

2.6.9. KDS-1 hesabat formasındakı məxaric üzrə cəmi, C60 və C70 göstəricilərinin cəmi statistik vahidin icmal mühasibat balansındakı 10010-cu hesabının kredit dövriyyəsinə bərabər olur;

2.6.10. Statistik vahidin icmal KDS-1 hesabat formasındakı B71 maddəsindəki göstərici C61 maddəsindəki göstərici ilə eyni olur.

2.7. Kassa dövriyyəsi haqqında statistik hesabat mühasibat uçotunun məlumatları (çeklər, kassa mədaxili və məxarici orderləri və bu kimi digər sənədlər) əsasında tərtib olunur.

3.1. Kassa dövriyyəsi haqqında statistik hesabat aylıq əsasda, elektron formada hesabat dövründən sonrakı ayın ilk 3 (üç) iş günü ərzində statistik vahid tərəfindən onun bütün bölmələri üzrə icmalılaşdırılaraq Mərkəzi Banka təqdim edilməklə yanaşı, regionlarda yerləşən şəbəkələr üzrə Mərkəzi Bankın müvafiq ərazi idarələrinə də təqdim edilməlidir. Əməliyyat baş verməyən hallarda hesabat formasında bu göstərici üzrə xana boş saxlanılır.

3.2. Hesabat statistik vahidin icra orqanının rəhbərinin, üzvünün, baş mühasib və ya onu əvəz edən şəxsin, yaxud hesabatın təqdim olunmasına məsul olan struktur bölmə rəhbərinin elektron imzası ilə təsdiq edilir.

Statistik vahidin adı:________________________________________________________________________

Hesabat dövrü:________________________________________________________________________

HESABAT DÖVRÜNÜN ƏVVƏLİNƏ KASSA QALIĞI

Hüquqi şəxslərdən daxilolmalar

Hüquqi şəxslərin malların satışından daxilolmalar

Ticarət müəssisələri üzrə

Sənaye müəssisələri üzrə

Fermer və digər kənd təsərrüfatı müəssisələri üzrə

Tikinti müəssisələri və kooperativləri üzrə

Yanacaqdoldurma məntəqələri üzrə

Hüquqi şəxslərin iş görməsindən (xidmət göstərməsindən) daxilolmalar

Nəqliyyat müəssisələri üzrə

Kommunal xidmətlər (qaz, su, işıq və s) göstərən müəssisələr üzrə

Rabitə müəsisələri üzrə

Mehmanxana, ictimai iaşə və s. xidmət müəssisələri üzrə

Fiziki şəxslərdən daxilolmalar

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərdən

Vergi, rüsum və sığorta üzrə

Kommunal xidmətlər (qaz, su, işıq və s) üzrə

Yardım, pul baratları, sosial və digər daxilolmalar

Rabitə xidmətləri üzrə

Statistik vahidin hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə daxilolmalar

Depozit hesablarına daxilolmalar (cari hesablara daxilolmalar istisna olmaqla)

Fiziki şəxslərin cari hesablarına daxilolmalar

Pul köçürmələri üzrə daxilolmalar

Əmlak alqı-satqısı ilə əlaqədar notariusların depozit hesablarına daxilolmalar

Verilmiş kreditlər üzrə daxilolmalar

Dövlət və digər qiymətli kağızların satışından nağd vəsait şəklində daxilolmalar

Xarici valyutanın satışından daxilolmalar

Maliyyə əməliyyatları üzrə digər daxilolmalar

Bankomatlardan daxilolmalar

Kassanın möhkəmləndirilməsi məqsədilə daxilolmalar

Kassanın möhkəmləndirilməsi məqsədilə öz filial və şöbələrindən daxilolmalar

Kassanın möhkəmləndirilməsi məqsədilə digər statistik vahidlərdən daxilolmalar

Mərkəzi Bankdan və onun ərazi idarələrindən nağd daxilolmalar

Mərkəzi Bankdan nağd daxilolmalar

Mərkəzi Bankın ərazi idarələrindən nağd daxilolmalar

Hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin ödənişləri

Mal, iş və xidmətlərin alınması üzrə ödənişlər

Ticarət müəssisələri üzrə

Sənaye müəssisələri üzrə

Fermer və digər kənd təsərrüfatı müəssisələri üzrə

Tikinti müəssisələri və kooperativləri üzrə

Nəqliyyat müəssisələri üzrə

Rabitə müəsisələri üzrə

Mehmanxana, ictimai iaşə və s. xidmət müəssisələri üzrə

Yanacaqdoldurma məntəqələri üzrə

Digər müəssisələr üzrə

Əmək haqqı (və ona bərabər tutulan digər ödənişlər), pensiya, müavinət, sığorta və digər sosial ödənişlər

Ticarət müəssisələri üzrə

Sənaye müəssisələri üzrə

Fermer və digər kənd təsərrüfatı müəssisələri üzrə

Tikinti müəssisələri və kooperativləri üzrə

Nəqliyyat müəssisələri üzrə

Rabitə müəsisələri üzrə

Maliyyə xidməti həyata keçirən institutlar üzrə

Mehmanxana, ictimai iaşə və s. xidmət müəssisələri üzrə

Digər müəssisələr üzrə

Statistik vahidin hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə ödənişləri

Depozit hesablarından ödənişlər (cari hesablardan ödənişlər istisna olmaqla)

Fiziki şəxslərin cari hesablarından ödənişlər

Pul köçürmələri üzrə ödənişlər

Əmlak alqı-satqısı ilə əlaqədar notariusların depozit hesablarından ödənişlər

Verilmiş kreditlər üzrə ödənişlər

Faiz və dividendlərin ödənilməsi

Dövlət və digər qiymətli kağızların alınması üçün nağd ödənişlər

Xarici valyutanın alışı üzrə ödənişlər

Maliyyə əməliyyatları üzrə digər ödənişlər

Bankomatlara pul qoyuluşu

Kassanın möhkəmləndirilməsi məqsədilə ödənişlər

Kassanın möhkəmləndirilməsi məqsədilə öz filial və şöbələrinə ödənişlər

Kassanın möhkəmləndirilməsi məqsədilə digər statistik vahidlərə ödənişlər

Mərkəzi Banka və onun ərazi idarələrinə nağd ödənişlər

Mərkəzi Banka nağd ödənişlər

Mərkəzi Bankın ərazi idarələrinə nağd ödənişlər

HESABAT DÖVRÜNÜN SONUNA KASSA QALIĞI

Statistik vahidin adı: _____________________________________________________________

Hesabat dövrü: ______________________________________________________________

o cümlədən təşkilatlar üzrə:

1. 11 iyul 2019-cu il tarixli 16/1-8 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201907111618, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 23 iyul 2019-cu il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver