2.1. Kənd təsərrüfatı kooperasiyası haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, Azərbaycan Respublikasının torpaq qanunvericiliyindən, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan və ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlardan ibarətdir.
2.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə kənd təsərrüfatı kooperasiyası sahəsində müəyyən edilmiş normalar bu Qanunda nəzərdə tutulmuş normalardan fərqli olduqda beynəlxalq müqavilələrin normaları tətbiq olunur.