Qanunvericilik › Kənd təsərrüfati sahəsinə aid olan qulluqçu vəzifəlirinin vahid tarif ixtisas sorğu kitabçası (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 22.08.2000) › Tam mətn

Kənd təsərrüfati sahəsinə aid olan qulluqçu vəzifəlirinin vahid tarif ixtisas sorğu kitabçası (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 22.08.2000)

Kənd təsərrüfati sahəsinə aid olan qulluqçu vəzifəlirinin vahid tarif ixtisas sorğu kitabçası (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 22.08.2000) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Azərbaycan Respublikası

Ədliyyə Nazirliyi Əmək və Əhalinin Sosial

Tərəfindən 2000-ci il Müdafiəsi Nazirliyi

tarixdə qeydə alınmışdır. kollegiyasının

Qeydiyyat № 1957 11-1№-li qərarı ilə

Nazir F.Məmmədov təsdiq edilmişdir.

Bölmə: Kənd təsərrüfatı üçün ümumi

olan qulluqçu vəzifələri.

Kənd təsərrüfatı sahəsinə aid rəhbər. mütəxəssis və qulluqçu vəzifələrinin Vahid Tarif - İxtisas sorğu kitabçası Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika təsnifatının və fəhlə peşələri və qulluqçu vəzifələrinin Vahid Tarif İxtisas Sorğu Kitabçalarının işlənib hazırlanması haqqında” 25 aprel 1995-ci il tarixli 93 saylı qərarlarının icrası ilə əlaqədar olaraq tərtib edilmişdir.

Vahid Tarif - İxtisas sorğu kitabçası Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri və Azərbaycan ETKTİ və Təşkili İnstitutunun elmi işçiləri tərəfindən hazırlanmışdır.

Vahid Tarif-İxtisas sorğu kitabçası müəssisə və təşkilatların mülkiyyət formasından asılı olmayaraq əməyin Vahid Tarif cədvəli( VTC) əsasında ödənilməsinin tətbiqi zamanı normativ sənəd kimi istifadə edilmək məqsədilə işlənilmişdir.

Kənd təsərrüfatının bütün sahələri üçün ümumi olan mütəxəssis və qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas sorğu kitabçasında verilmiş vəzifələrin siyahısı özündə bütün sahələr üçün tipik xüsusiyyətləri əks etdirir.

Kitabda verilmiş vəzifələrin (emalatxana müdiri, baş mütəxəssislər, mütəxəssislər) gördükləri iş və biliyə olan tələblər hər bir sahə üzrə ayrılıqda müəyyən edilmişdir.

Vahid Tarif - İxtisas Sorğu Kitabçasında rəhbərlərin və baş mütəxəssislərin əməyin ödəniş dərəcələri həmin müəssisənin və ya onun struktur bölməsinin qrupundan asılı olaraq müəyyənləşdirilir.

hər bir vəzifənin tarif ixtisas xüsusiyyətləri 3 bölmədən ibarətdir:

1. – “Əmək funksiyası”. Burada vəzifəni tutan işçinin görməli olduğu işlərin məzmunu nəzərdə tutulur.

2. - “Bilməlidir” bölməsində işçinin qüvvədə olan normativ hüquqi aktları, təlimatı bilməsi, yerinə yetirdiyi işlərin metod və vasitələrdən istifadə qaydaları nəzərdə tutulur.

3. - “Ödəniş dərəcəsinin ixtisas tələbində” bölməsində işçinin əməyinin ödəniş dərəcəsinin müəyyənləşdirilməsi təhsili və iş stajı nəzərə alınmaqla öz əksini tapır.

Kənd təsərrüfatı sahəsinə aid rəhbər, mütəxəssis və qulluqçu vəzifələrinin Vahid Tarif - İxtisas sorğu kitabçasından mütəxəssis və qulluqçuların əsas vəzifələri, hüquq və məsuliyyətlərini əks etdirən vəzifə təlimatlarının işləməsi, kadrların seçilməsi və yerləşdirilməsi, ixtisas və peşəsindən asılı olaraq onlardan düzgün istifadə edilməsinə nəzarət kimi istifadə edilir.

Hər bir işçinin təsərrüfatın idarə edilməsində vəzifələrinin düzgün müəyyən edilməsi və onun dəqiq yerinə yetirilməsi istehsalın səmərəliliyinin yüksəldilməsi üçün əsas şərtlərdən biridir.

Kitabça hazırlanarkən bazar iqtisadiyyatı şəraitində yeni yaradılan dövlət və xüsusi mülkiyyətə əsaslanan təsərrüfatlar da nəzərə alınmışdır.

Əmək funksiyası: Baş aqronom bitkiçilik sahəsində əsas mütəxəssis olmaqla rəhbər və təşkilatçıdır. İstehsalın iqtisadi səmərəsini və "intensivləşdirmə səviyyəsini yüksəltmək məqsədilə, elmi cəhətdən əsaslandırılmış əkinçilik sistemini işlədiyi təsərrüfatda tətbiq edir. Torpağın məhsuldarlığını artırmaq, təsərrüfatda daxili yerquruluşu işlərini aparmaq, əkin dövriyyəsini tətbiq etmək, əkin sahələrinin səmərəli quruluşunu vermək, təbii torpaqları yaxşılaşdırmaq, bu sahələri eroziyadan qorumaq, yem bitkiləri əkinin və çoxillik əkmələrin sahəsini genişləndirmək və yüksək aqrotexnikanın tətbiqini təmin edir.

Bitkilərin becərilməsini, suvarılmasını, texnoloji işlərin fasiləsiz və vaxtında aparılmasını, keyfiyyətsiz görülmüş işləri rəsmiləşdirərək, təqsirkarı müəyyənləşdirməklə yenidən görülməsini təmin etmək, zərərvericilərə qarşı mübarizə işlərini, mineral və üzvü gübrələrin saxlanılmasını və sahələrə verilməsini təşkil edir.

Bitkiçilik sahəsində əməyin və texnikanın təhlükəsiz işləməsini, ekoloji mühitin qorunmasını, narkotik bitkilərin becərilməsinə qarşı mübarizəni, habelə müqavilə öhdəliklərinin yerinə yetirilməsini təmin edir. Birinci dərəcədən aşağı toxum əkilməsinə yol vermir. Baş aqronom kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək və ümumi məhsul istehsalını artırmaq istiqamətində bütün aqrotexniki, iqtisadi və təşkilati tədbirləri hazırlayır və istehsalatda tətbiq edir. İstehsalatda qabaqcıl təcrübəni və elmi nailiyyətləri tətbiq etməklə, hər hektar torpaq sahəsindən daha səmərəli istifadə etmək, əmək məhsuldarlığını yüksəltmək və istehsal xərclərini azaltmaq tədbirlərini həyata keçirir.

Bazarlarda yüksək keyfiyyətli məhsul satışını təmin edir. Kənd təsərrüfatı işlərini optimal müddətdə və yüksək keyfiyyətlə görülməsinə nail olur. Təsərrüfatın ərazisindən düzgün istifadə etmək, torpaqları su və külək eroziyasından qorumaq, meliorasiya, habelə torpaqların məhsuldarlığını yüksəltmək yolu ilə mütərəqqi və intensiv əkinçilik sisteminə, düzgün əkin dövriyyəsinin təşkilinə və yüksək məhsuldarlığa malik kənd təsərrüfatı bitki sortlarının yetişdirilməsinə nail olur.

Üzümçulüklə məşğul olan təsərrüfatlarda şərabçılıq mütəxəssisi ilə birlikdə yüksək keyfiyyətli şərab hazırlamaq məqsədilə müvafiq üzüm sortlarının seçilməsini və təsərrüfatda yetişdirilməsini təmin edir. Bütün tarla işlərinin vaxtında və keyfiyyətli görülməsinə, üzvü və mineral gübrələrdən səmərəli istifadəyə, alaq otları ilə mübarizəyə, bitkilərdə xəstəliklərə və zərərvericilərə qarşı mübarizə işlərində əsaslı tədbirlərin görülməsinə nəzarət edir.

Baş zootexnik ilə birlikdə möhkəm yem bazası yaratmaq məqsədilə, yüksək məhsuldar yem bitkilərinin əkilməsi, biçənək və otlaqların yaxşılaşdırılması üçün tədbirlər sistemi hazırlayır və həyata keçirir.

Baş iqtisadçı ilə birlikdə təsərrüfatdaxili ixtisaslaşma, bitkiçilik sahələrinin təsərrüfatdaxili inkişafına və kənd təsərrüfatında dövrü işlərin görülməsinə dair proqram və iş planlarının tərtibində iştirak edir və həyata keçirilməsini təmin edir.

Aqrotexniki tədbirlərin təcrübəvi əhəmiyyətini və səmərəliliyini artırmaq, yüksək məhsul almaq məqsədilə qabaqcıl təcrübənin nailiyyətlərinin həyata keçirilməsini təmin etmək üçün tədbirlər görülür.

Baş mühəndislə birlikdə kənd təsərrüfatı bitkilərinin becərilməsi texnoloji proseslərin kompleks mexanikləşdirilməsini təşkil edir.

Kənd təsərrüfatı texnikasından səmərəli istifadə olunmasına, yeni texnika alınmasına, ehtiyat hissələrinin hazırlanmasına və təmir işlərinin vaxtında həyata keçirilməsinə, traktor və başqa kənd təsərrüfatı maşınlarından səmərəli istifadə edilməsinə nail olur. Texnoloji xəritələrin və aqrotexniki pasportların tərtibinə rəhbərlik edir. İşlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün bitki növləri üzrə texnoloji xəritələr hazırlayır və bu işə nəzarət edir. Hər tədbirin nə vaxt, bitki növləri üzrə hansı dövrdə aparılması üzrə tövsiyələr hazırlayır və onların düzgün tətbiq edilməsinə nəzarət etməklə bu işlərə məsuliyyət daşıyır.

İstehsalatda əməyin düzgün və elmi təşkilini, işçi qüvvəsindən və texnikadan səmərəli istifadəni, işçilərin ixtisasının artırılmasını həyata keçirir.

Əmək intizamını möhkəmləndirir, təsərrüfatın əmlakının oğurlanması və itkisinə qarşı mübarizə tədbirlərini görür. Keyfiyyətsiz görülən işlərin yenidən görülməsini təmin edir. Ona tabe olan işçilərin həvəsləndirilməsi, işdəki nöqsanların aradan qaldırılması, sərkilərdə iştirak etməsi barədə təkliflər verərək, təsərrüfat rəhbərliyinə köməklik göstərir.

İqtisadiyyatın əsasını bitkiçilik təşkil edən təsərrüfatlarda Baş aqronom bitkiçilik sahəsi üzrə təsərrüfat rəhbərinin müavini vəzifəsini icra edir.

Bilməlidir: Müvafiq icra hakimiyyəti orqanlarının bitkiçilik sahələrinin inkişafı barədə qərar və sərəncamlarını, normativ-hüquqi aktlarını bazar iqtisadiyyatı şəraitində məhsulların istehsalı və satışı ilə əlaqədar olan marketinq qaydalarını, təsərrüfatın təbii - iqtisadi şəraitinə uyğun ixtisaslaşma və təmərküzləşmə prinsiplərini, təsərrüfatın nizamnaməsini, aqrotexniki tədbirlər barədə bütün təlimatlarını, karantin xarakterli alaqların, xəstəlik və zərərvericilərin yayılmasının qarşısının alınması, texniki təhlükəsizlik və yanğına qarşı mübarizə tədbirlərini.

Əmək funksiyası: İşlədiyi təsərrüfatda baytarlıq işlərini, hər cür xəstəlik, xüsusilə yolxucu xəstəliklərə qarşı, müalicə profilaktiki və baytar - sanitariya tədbirlərini həyata keçirir. Bu vəzifələrlə yanaşı, mal - qara və quşlar arasında xəstəliyin ölüm hallarının olmasına yol vermir. Keçici xəstəliklərə qarşı insanlar arasında sağlamlığın qorunması üçün lazımi tədbirlər görür.

Heyvandarlıq məhsulları istehsalının artırılması, yüksək keyfiyyətli cins damazlıq cavan mal - qara yetişdirilməsi, bütün baytar - sanitariya və proflaktiki tədbirlərin vaxtında, baytarlıq nizamnaməsinə uyğun aparılmasını təmin edir. heyvanlar arasında qısırlığı aradan qaldırmaq, boğaz heyvanları vaxtında aşkar etmək, qısır heyvanların boğaz olması üçün biostimuliyatorlardan vaxtında istifadə etmək və başqa lazımi olan tədbirləri görür. heyvandarlığın artımı üçün süni mayalanma və təbii cütləşmənin vaxtında aparılmasını təmin edir, həm öz təsərrüfatında baytar-sanitar və epizotik vəziyyəti təhlil edir. Baytarlıq ləvazimatını və baytarlıq apteklərində dərmanların gigiyenik qaydalara uyğun saxlanmasını təmin edir. heyvandarlıq binalarının dezinfeksiya edilməsi, xəstə heyvanların izalyatorlarda müalicə edilməsi, ölmüş heyvanlar üçün “yarma protokolunu” tərtib edir. Baytarlıq işləri barədə yuxarı orqanlara hesabat verilir. Yemçiliyin vəziyyətini nəzərdən keçirir, bu sahədə tələb olunan lazımi tədbirləri görür.

Yoluxucu xəstəliklər müəyyən edildikdə heyvandarlıq məhsullarının əhaliyə və emal üçün sənayeyə satılmasına qadağan qoyur. Xəstəliklərin qarşısını almaq üçün lazımi profilaktiki tədbirlər görür.

Təsərrüfatda baytarlıq işlərini təşkil edir, baytar - sanitar və müalicə - profilaktiki işlərinin baytarlıq nizamnamələri və müvafiq təlimatlar əsasında aparılmasına nail olur. Mal - qaranın xəstələnməsi və tələf olma hallarına qarşı. tədbirlər görür, mal-qara və quşların sayını çoxaltmaq, baytar - sanitar xidməti cəhətdən keyfiyyətli məhsul istehsalını, əmək və vəsait sərfi, habelə insan və heyvanlar üçün eyni dərəcədə qorxulu olan keçici xəstəliklərdən əhalinin qorunması üçün bütün tədbirlərin görülməsini təmin edir.

Təsərrüfatlarda baytarlıq işini təşkil edir və işçilər tərəfindən bu işlərin aparılmasında özü şəxsən iştirak edir. Sürü və naxırların təşkilində, heyvanların mövsümü köçürülməsində, heyvandarlığın inkişafına dair perspektiv göstəricilərin hazırlanmasında bilavasitə iştirak edir.

Təsərrüfatda heyvanların xəstələnməsi hallarını müşahidə etdikdə onun qarşısını almaq üçün öz təkliflərini təsərrüfat rəhbərliyinə bildirir, yoluxucu xəstəliklərin qonşu təsərrüfatlara yayılmaması üçün rayonun (bölgənin) baş baytar həkimi ilə birlikdə profilaktik tədbirlər görür. Xəstə heyvanların ümumi naxır və sürülərdən ayıraraq xüsusi izolyatorlarda müalicə olunmasına nail olur. Mal-qaranın keyfiyyətli yemlənməsi, yem bazasının möhkəmlənməsi, düzün tədarük edilməsi-saxlanması və istifadə edilməsinə, suvarma mənbələrinin, otaqların saxlanması və istifadə edilməsi işlərinə nəzarət edir. Mal-qara üçün bina və tiklilərin ayrılması, inşa üçün torpaq sahələrinin seçilməsi, tikintilərin istismara qəbul edilməsi işlərində iştirak edir. heyvanlar arasına qısırlığın ləğvi, ana heyvanlardan sağlam bala alınması, onların düzgün yetişdirilməsi, təbii cütləşmə və süni mayalanmada baytar-sanitar qaydalarına əməl edilməsinə nail olur. Təsərrüfatda heyvandarlıq məhsullarının saxlanmasına və diri heyvanların satışına nəzarət edir. Təsərrüfatda balıq yetişdirmə nohurlarında və arıxanalarda baytar-sanitar tədbirlərini həyata keçirir. Balıq və arıların xəstəliklərinə qarşı müalicə tədbirləri görür. Təsərrüfatın ərazisində yaşayan əhalinin şəxsi istifadəsində olan mal-qaraya baytarlıq yardımı göstərir. Təsərrüfatda tələb olunan dərmanların, dezinfeksiya üçün lazımi həcmdə alınıb təsərrüfata gətirilməsinə, düzgün saxlanmasına və istifadəsinə nail olur. Kütləvi qırğın və mülki müdafiə tədbirlərində iştirak edir, heyvanların salamat və heyvandarlıq məhsullarının qorunması işlərini görür. Mütəxəssislər və əhali arasında təsərrüfat sanitariyası barədə təlimatlar keçirir və baytarlıq işlərini əhali arasında təbliğ edir. Bütün baytarlıq sənədlərini, uçot və hesabatları aparır. Təsərrüfata alınan və əhali tərəfindən gətirilən heyvanlar və heyvandarlıq məhsullarına dair sağlamlıq sənədləri tələb edir, lazım olduqda qadağalar qoyur. heyvanların məcburi kəsimi və tələf olan mal-qaranın cəmdəklərinin soyulmasını, keyfiyyətsiz yemlərdən və su mənbələrindən istifadə edilməsini qadağan edir. Mal-qaranın tələf olması səbəbləri barədə rəy verir.

Bilməlidir: heyvandarlığın inkişaf etdirilməsi, məhsul istehsalı və satışı barədə müvafiq icra hakimiyyəti orqanlarının qərar və sərəncamlarının, normativ-hüquqi aktlarını, ölkənin baytarlıq nizamnaməsini, heyvandarlıqda karantin qoyuluşu və karantin qaydalarının qorunmasını, əkmə yem bitkiləri sahələrinin. təbii otlaq və biçənəklərin suvarma mənbələrinin baytar-sanitar vəziyyətini, texniki təhlükəsizlik, yanğından mühafizə. əməyin mühafizəsi və mülki müdafiə norma və qaydalarını.

Əmək funksiyası: heyvandarlıq məhsulları istehsalını artırmaq və keyfiyyətini yüksəltmək üçün bütün zootexniki tədbirləri, damazlıq işlərini, heyvanların cins keyfiyyətini yaxşılaşdırmağı, hər baş mal üçün pasport hazırlamağı və uçotunu aparmaq, süni mayalanma işlərini təşkil etməyi cins mal-qaranın uçotunu ayrıca aparmağı təmin edir. Təsərrüfatın yem balansını tərtib edir. Yem bazasını möhkəmləndirir, gündəlik fərdi və qrup halında yem payını tərtib edir, onların düzgün yerinə yetirilməsinə nəzarət edir, yemlərin vaxtında toplanması, daşınması, düzgün saxlanması, istifadəsi və yemləmə üçün hazırlanmasını təşkil və bu işə nəzarət edir. Maldarlıq fermalarında kompleks mexanikləşdirmə işlərinin təşkilində, xəstəliklərə qarşı profilaktiki tədbirlərin görülməsində iştirak edir və qısırlıqla mübarizə aparır. Südün keyfiyyətinin, yağlılıq dərəcəsinin, turşuluğunun müəyyən edilməsi işlərini təşkil edir. Mal pəyələri və yem anbarlarında yanğına qarşı mübarizə tədbirləri görür.

Təsərrüfatda mal-qaranın məhsuldarlığının yüksəldilməsi üçün qabaqcıl təcrübəni və elmi nailiyyətləri öyrənib tətbiq edir. Möhkəm yem bazası yaratmaq, mal-qaranın baş sayını çoxaltmaq, ət, süd və başqa heyvandarlıq məhsulları istehsalını artırmaq məqsədilə baş aqronomla birlikdə torpaqlardan intensiv istifadə olunması üçün tədbirlər planı hazırlayır və həmin tədbirləri həyata keçirir. Bütün növ mal-qaranı və quşları mövcud qaydalara uyğun olaraq saxlamağı və yemləməyi, müəyyən edilmiş ciddi iş qaydalarına, yemlərin hazırlanmasına, suvarma şəbəkələrinin, mal pəyələrinin saz halda və səliqəli saxlanmasına, mal-qaraya tələb olunan səviyyədə qulluq edilməsinə, sağımın, qırxımın düzgün təşkilinə, mal-qaranın kökəldilmə və yetişdirməyə qoyulmasına, süni mayalama və təbii cütləşməni vaxtında və düzgün təşkil etmək yolu ilə hər dişi maldan bir bala almağı və onu sağlam böyüməsini və s. təmin edir.

Heyvandarlıqda iş proseslərinin mexanikləşmə səviyyəsinin maksimum dərəcədə yüksəldilməsinə nail olur. Sürü və naxırların cins tərkibini yaxşılaşdırmaq, yüksək məhsuldar heyvan yetişdirmək məqsədilə cinsləşdirmə və damazlıq işləri üzrə tədbirlər hazırlayır və həyata keçirir. Mal-qaranın vaxtında bonitirə (seçmə) edilməsini, damazlıq işlərini, zootexnik uçot və hesabatının vaxtında görülməsinin təmin edir. Fermalarda uçot və hesabatın düzgün aparılmasına, mal-qaranın diri çəkisinin, köklük dərəcəsinin, südün yağlılıq dərəcəsinin və miqdarının dəqiq təyin edilməsinə nəzarət edir. Baş iqtisadçı ilə birlikdə ayrı-ayrı heyvan növləri üzrə briqada və fermalar üçün istehsal tapşırıqları müəyyən edir və yerinə yetirilməsinə nail olur. heyvandarlığın inkişafı sistemində buraxılan nöqsanları araşdırır və onların aradan qaldırılması üçün tədbirlər görür. heyvandarlıq işçilərinin ixtisasını artırmaq, onlardan düzgün istifadə, əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğına qarşı mübarizə, xəstəliklərə qarşı profilaktiki tədbirlər, qısırlığa qarşı mübarizə barədə təlimatlar keçirir və lazımi tədbirlərin görülməsini təmin edir.

İşçilərin gördüyü işə görə əməyinin ödənilməsi sənədlərini və yem məsarifi cədvəllərini təsdiq edir. Yaxşı işinə görə heyvandarları mükafatlandırmaq, pis işə görə tənbeh etmək üçün işçilərin siyahısını təsərrüfat rəhbərinə təqdim edir. Cins mal-qara üçün mineral və heyvan mənşəli yemlər almaq, habelə heyvandarlığı inkişaf etdirmək barədə təkliflər hazırlayır və təsərrüfatın rəhbərliyinə təqdim edir. Təsərrüfatda heyvandarlıq məhsulları istehsalında yem və əmək sərfini azaltmaq, maya dəyərini aşağı salmaq məqsədilə bütün tədbirləri həyata keçirir.

İqtisadiyyatın əsasını heyvandarlıq təşkil edən təsərrüfatlarda baş zootexnik təsərrüfat rəhbərinin müavini vəzifəsini icra edir.

Bilməlidir: Heyvandarlığın inkişafı və heyvandarlıq məhsulları istehsalı barədə müvafiq icra hakimiyyəti orqanlarının qərar və sərəncamlarının, normativ-hüquqi aktlarını bazar iqtisadiyyatı şəraitinə uyğun olan heyvandarlıq məhsulları istehsalı və satışı ilə əlaqədar marketinq qaydalarını, qarışıq yemlərə aid olan standartları, heyvandarlıq fermalarında. əməyin təşkili və əmək haqqının ödənilməsi qaydalarını, Texniki təhlükəsizlik, yanğından mühafizə, əməyin mühafizəsi və istehsal sanitariyası norma və qaydalarını.

Əmək funksiyası: Təsərrüfatın texniki xidmətinə rəhbərlik edir, istehsal proseslərinin kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması tədbirlərini həyata keçirir. Maşın və mexanizmlərin növləri üzrə təlabatı müəyyən edir, traktorlardan, kombaynlardan, avtomobillərdən səmərəli istifadəni, təmir-texniki emalatxanası yaradılmasını, texnikanın düzgün istismarı və saxlanılması, ehtiyat hissələrinin, yanacaq materiallarının alınması və istifadə edilməsinə nəzarəti, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl olunmasını təmin edir. İşlədiyi təsərrüfatda baş aqronom və baş zootexnik ilə birlikdə istehsal sahələri üzrə maşın və mexanizmlərə olan təlabatı müəyyən edir. Elm və texnikanın müasir nəaliyyətlərinə, qabaqcıl təcrübəyə əsaslanaraq, layihə-konstruktor, texnoloji intizam, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət edilməsinə nəzarət edir, elmi tədqiqatların, eksperimentlərin nəticələrini öyrənir, yeni texnika və texnologiyanı sınaqdan keçirir, səmərələşdirici təklifləri müdafiə edir. Dünyada olan mütərəqqi texnika və texnologiyanın gətirilməsi və onların geniş tətbiq edilməsi işlərini, servis xidmətini təşkil edir.

Kənd təsərrüfatı bitkilərinin və heyvandarlıq məhsullarının istehsalına, iş proseslərinin kompleks mexanikləşdirilməsinə qabaqcıl təcrübə və elmi maliyyətləri tətbiq etmək yolları ilə nail olur. Traktorların, avtomaşınların, kombaynların və başqa kənd təsərrüfatı maşınlarının, heyvandarlıq fermalarındakı aqreqatların və başqa mexanikləşdirmə vasitələrinin, elektrik avadanlıqlarının səmərəli istismarını təmin edir. Təsərrüfatda olan mexanizatorların əməyini düzgün təşkil edir, maşın və mexanizmlərin tam istismarına nail olur. Maşın-traktor və avtomobil parkının habelə bütün mexanizasiya vasitələrinə texniki xidmətin və təmir işlərinin düzgün qaydada, vaxtlı-vaxtında aparılmasını, düzgün qorunmasını, texniki baxış vaxtının müəyyən edilməsi işlərini təşkil edir.

Traktorların, avtomobillərin, kombaynların və başqa mexanizmlərin yanacaq və sürtgü materialları ilə təmin edilməsini, neft və neft məhsullarının xüsusi anbarlarda düzgün saxlanması, normativlərə uyğun olaraq, mexanizatorlar, sürücülər və başqa işçilər tərəfindən düzgün işlədilməsinə nəzarət edir. Əsaslı və cari təmir işlərinin qrafikini tərtib edir. Traktor, avtomobil, kənd təsərrüfatı maşınlarının, elektrik avadanlıqları və sair mexanikləşdirmə vasitələrinin keyfiyyətli və mütərəqqi texnologiya əsasında təmirini təşkil edir.

Aqronom, zootexnik və başqa mütəxəssislərlə birlikdə bitkiçilik sahəsində, heyvandarlıq fermalarında, təsərrüfat daxili sənaye sahələrində texnoloji proseslərin kompleks mexanikləşdirilməsini, əmək məhsuldarlığını yüksəltmək və məhsul vahidinə çəkilən xərcləri azaltmaq məqsədilə tədbirlər həyata keçirir. İqtisadçı ilə birlikdə büt ün texnika növləri üzrə iş normaları, yanacaq və sürtgü materialları məsarifi normalarını müəyyən edir, bu normalara işçilər tərəfindən cari uçotun düzgün əməl edilməsinə nəzarət edir. Maşın və mexanizmlərin texniki sənədləşməsini, elektrik enerjisi sərfinin, təmir işlərinin uçotunu aparır və hesabatların tərtibində iştirak edir. Bitkilərin becərilməsi, məhsul yığımı, mal-qaranın saxlanması və heyvandarlıq fermalarında istehsal proseslərinə aid texnoloji xəritələrin tərtibində iştirak edir. Qaldırıcı mexanizm, sorucu aparatların işləməsinə nəzarət edir.

Maşın və mexanizmlərin istismar müddətinin bitməsi ilə əlaqədar olaraq onların çıxdaşını aparır və hesabat hazırlayır.

Mexanizatorların və elektrik-texniki kadrların texniki təhsilinin artırılmasına, ixtisas dərəcəsinin yüksəldilməsi üçün tədbirlər görür.

Təsərrüfatın başqa mütəxəssisləri ilə birlikdə texniki təhlükəsizlik, əməyin mühafizəsi və istehsalın sanitariyası üzrə norma və qaydalara riayət olunması üçün tədbirlər hazırlayır. onların yerinə yetirilməsinə nəzarət edir.

Bilməlidir: Müvafiq icra hakimiyyəti orqanlarının qərar və sərəncamlarını, normativ-hüquqi sənədlərini, təsərrüfatın ixtisaslaşma istiqamətini, bağlanmış müqavilələrin şərtlərini. qabaqcıl təcrübəni, elm və texnikanın nailiyyətlərini, istehsal sanitariyası və yanğından mühafizənin norma və qaydalarını, təsərrüfatın nizamnaməsini.

Bütün ixtisasdan olan baş mütəxəssislər üçün.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: İxtisası üzrə ali təhsil, sahə üzrə ən azı 5 il və yaxud aparıcı mütəxəssis vəzifəsində 2 il iş stajı.

I qrup təsərrüfatda -17-ci dərəcə

II qrup təsərrüfatda -16-cı dərəcə

III qrup təsərrüfatda - 15-ci dərəcə

IV -V qrup təsərrüfatda - 14-cü dərəcə

VI qrup və VI qrupdan yuxarı olan təsərrüfatlarda. 13-cü dərəcə.

Əmək funksiyası: Təmir - texniki emalatxanada traktorların, kombayınların, avtomobillərin, müxtəlif növ kənd təsərrüfatı maşın və avadanlıqlarının əsaslı və mari təmirini təşkil edir, təmir üçün qrafik tutur və onun vaxtında yerinə yetirilməsinə, ehtiyat hissələrinin alınması və saxlanmasına, onlardan düzgün və səmərəli istifadə olunmasına nəzarət edir. Texniki təhlükəsizlik və yanğından mühafizə tədbirlərini həyata keçirir. Avadanlıqların alınmasına, sənədlərin işlənib hazırlanmasına, istehsalın texniki hazırlığına, avadanlığın moderinləşdirilməsinə, texniki nəzarət və təmir işlərinə rəhbərlik edir.

İşçilərin yerləşdirilməsini, səmərəli işlədilməsini, vaxtında iş naryadlarının verilməsini, işçilərin təlimatlandırılmasını, yerinə yetirilmiş işlərin yoxlanmasını təmin edir. İşçilərin tələb olunan alət və cihazlara təmin edilməsini, onlardan düzgün istifadəni, texniki şərtlərə dəqiq əməl edilməsini və çıxdaşa yol verilməməsi üçün tədbirlər görür. İşçilərin ixtisasını artırmağa, əmək məhsuldarlığını yüksəltməyə, emalatxana avadanlığı və alətlərinin, ehtiyat hissələrinin düzgün saxlanmasına nəzarət edir. Qəza hallarına qarşı mübarizə aparır. İşlərin uçot və hesabatını təşkil edir,

Bilməlidir: Müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncamlarını, normativ - hüquqi aktlarını, avadanlıqlar, bina və qurğular üzrə metodiki normativ və digər materialları, təsərrüfatın inkişaf prespektivlərini, montaj və təmir metodlarını, ehtiyat hissələrinin pasportu və rəsmi albomunu, təlimat tərtib etmək qaydasını. iqtisadiyyatın və əməyin təşkili əsaslarını, əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizənin qayda və normalarını,

Ödəniş dərəcələrinə ixtisas tələbləri: Mühəndis texniki ixtisası üzrə ali və ya orta ixtisas təhsili.

I -II-III qrup təsərrüfatlarda - 8-ci dərəcə;

V -V qrup təsərrüfatlarda -7-ci dərəcə;

VI qrup və VI qrupdan yuxarı olan təsərrüfatlarda 6-cı dərəcə.

Əmək funksiyası; Əhatə etdiyi sahədə bitkilərin məhsuldarlığının yüksəldilməsini və ümumi məhsulun artırılmasını təmin edir. Baş aqronomun göstərişlərini yerinə yetirir. İstehsalatda qabaqcıl təcrübə və elmi nailiyyətləri, torpağın becərilməsi, az xərc və əmək sərf etməklə, yüksək aqrotexniki tədbirlər həyata keçirməklə bitkilərin yüksək məhsuldarlığına nail olur. Kənd təsərrüfatı istehsalınla yüksək mexanikləşdirməni tətbiq etməklə mütərəqqi aqrotexniki tədbirləri həyata keçirir. İşlərin ən yaxşı aqrotexniki müddətdə görülməsini, təsərrüfatdaxili ixtisaslaşmanı təmin edir, Alaq otları, xəstəliklər və zərərvericilərlə səmərəli mübarizə tədbirləri, kənd təsərrüfatı bitkilərinin becərilməsi və məhsul yığımının kompleks mexanikləşdirilməsi tədbirləri işləyib hazırlayır. Yerinə yetirilən işlərin vaxtında və keyfiyyətli görülməsini yoxlayır. Baş aqronomla birlikdə texnoloji xəritələrdə işlərin yerinə yetirilmə müddətini müəyyən edir. Keyfiyyətsiz görülən işləri çıxdaş edir. İşçilərin ixtisaslarının artırılması üçün kurslar təşkil edir.

Təsərrüfatda yüksək keyfiyyətli toxum və əkin materialı hazırlamaq, lazımi miqdarda toxum ehtiyatı fondu yaratmaq üçün təşkilati tədbirlər görür. Toxumluq və əkmə materialları sahələrində becərmə işlərinin optimal aqrotexniki müddətə görülməsini təmin edir, bu sahələrdə aprobasiya aparır, toxumluq sahələrində toxumların vaxtında yığılması, təmizlənməsi, qurudulması və saxlanmasını təşkil edir. Əmək intizamına, əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət edir. Toxumçuluq üzrə sənədləşmə və hesabat işlərini aparır.

Təsərrüfatda bitki növləri üzrə texnoloji xəritələri hazırlayır, işlərin yerinə yetirilmə müddətini müəyyən edir və hər bir texnoloji prosesin vaxtında yerinə yetirilməsində nəzarət etməklə bu işlərin düzgün aparılmasına məsuliyyət daşıyır. Bitki növləri üzrə aqrotexniki tədbirlərin vaxtında aparılması və düzgün tətbiqi barədə tövsiyyələr işəyir və həyata keçirir.

Baş aqronom olmayan təsərrüfatlarda onun vəzifələrini icra edir.

Bilməlidir: Kənd təsərrüfatına dair müvafiq icra hakimiyyəti orqanlarının qərar və sərəncamlarını, normativ-hüquqi aktlarını işlədiyi təsərrüfatın nizamnaməsini, təhlükəsizlik texnikası və yanğına qarşı mübarizə qaydalarını, aqrotexniki tədbirlər barədə bütün təlimatları, karantin qaydalarını, torpaq kratoqramlarından istifadə qayalarını.

Bitkilərin xüsusiyyətindən asılı olaraq mineral və üzvü gübrələrdən istifadə, zərərvericilərə, xəstəliklərə və alaq otlarına qarşı mübarizə qaydaları.

Əmək funksiyası: Baytarlıq işlərini, heyvanların müalicəsini, profilaktiki və baytar - sanitar tədbirlərini təşkil edir. heyvanlarda xəstəliklərə qarşı mübarizə tədbirlərini, mal ~ qara və quşların tələf olmasına yol verilməsinə, onların sayının çoxaldılmasına, məhsuldarlığının yüksəldilməsinə, təsərrüfatda az əmək və vəsait sərfi ilə yüksək keyfiyyətli baytar - sanitar baxımı cəhətdən təmiz heyvandarlıq məhsulları istehsalını, habelə, əhalinin insan və heyvanlar üçün eyni dərəcədə təhlükəli olan xəstəliklərdən qorunması üçün baytar - sanitar işlərini həyata keçirir. Baytarlıq işçilərinə bilavasitə rəhbərlik edir. Baytarlıq tədbirlərinin həyata keçirilməsində, heyvandarlığın inkişafı sahəsində tapşırıqların müəyyən edilməsində, fermaların, naxır və sürülərin təşkilində, habelə onların mövsümü otlaqlara köçürülməsində iştirak edir. Təsərrüfatda zərurət olduqda, heyvanlarda xəstəlik və baytar - sanitar vəziyyəti barədə təsərrüfat rəhbərlərinə məlumat və təkliflər verir. Təsərrüfatda işçilər tərəfindən zoogigiyena normalarına, baytar - sanitar qaydalarına əməl edilməməsi, epizotik tədbirləri pozmaqları barədə, onların inzibati məsuliyyətə cəlb edilmələri barədə təsərrüfat rəhbərlərinə təqdimatlar verir. Təsərrüfat üzrə müalicə, proflaktika və epizotik xəstəliklərə qarşı tədbirlər planı hazırlayır və həmin tədbirləri təsərrüfatın və rayonun baş baytar həkimi ilə razılaşdıqdan sonra təsərrüfat rəhbərinə verir.

Qonşu təsərrüfatlarda baytar - sanitar və epizotik vəziyyəti öyrənir, işlədiyi təsərrüfatda yolxucu xəstəliklərin yayılmasına-qarşı tədbirlər hazırlayır, həyata keçirilməsini təşkil edir. Mal - qara və quşların keyfiyyətli yemlərlə yemləndirilməsinə, yemlərin düzgün toplanması, saxlanması, istifadə edilməsinə, otlaqlara və suvarma mənbələrinə nəzarət edir.

Mal - qara üçün binaların, tikililərin baytar - sanitar obyektlərinin tikintisi üçün torpaq sahələrinin ayrılması onların tikinti layihələrinin hazırlanmasında və tikinti başa çatdıqdan sonra istismara qəbul edilməsində iştirak edir. Ana heyvanlarda qısırlığa qarşı mübarizə boğazlığın müayinəsi, onlardan sağlam balaların alınması, təbii cütləşmə, süni mayalanma qaydalarına nəzarət edir bu işlərin həyata keçirilməsini təşkil edir. Fermalarda baytar - sanitar vəziyyətinə, mal - qara kəsiminə, süd məntəqələrinin, heyvandarlıq məhsulları saxlanan anbarların vəziyyətinə, habelə, heyvandarlıq məhsullarının və mal - qaranın dirir çəkidə satışı işinə nəzarət edir. Təsərrüfat ərazisində balıq yetişdirilən nohurlarda və arıxanalrda batar - sanitar qaydalarına nəzarət etməklə, balıq və arı ailələrinin xəstəliklərinə qarşı tədbirlər həyata keçirir. Təsərrüfat ərazisində yaşayan əhalinin şəxsi mal - qarası və quşlarında baytar-sanitar tədbirlərinin və xəstəliklərə qarşı mübarizə işlərini həyata keçirir. heyvanlar saxlanılan bina və tikililərdə balıq yetişdirilən nohurlarda və arıxanalada dezinfeksiya və başqa tədbirləri təşkil edir. Keçici xəstəliklər müəyyən edildikdə, heyvandarlıq məhsulu satışına qadağa qoyur. Tələf olunan heyvan cəmdəklərinin toplanıb və məhv edilməsinə nəzarət edir, baş baytar həkimi və başqa baytar həkimləri ilə birlikdə, təsərrüfat üçün lazım olunan baytarlıq preparatları, dərmanları və avadanlıqların sifarişlərini tətib edir. heyvanların mülki müdafiə və kütləvi qırğından müdafiə olunması tədbirlərinin görülməsində iştirak edir.

Baytarlıqda uçot və hesabat işlərini təmin edir, karantin tədbirlərini həyata keçirir.

Baş baytar həkimi olmayan təsərrüfatlarda onun vəzifəsini icra edir.

Bilməlidir: heyvandarlığın inkişafına dair müvafiq icra hakimiyyəti orqanlarının qərar və sərəncamlarını, normativ hüquqi aktlarını, ölkə üzrə baytarlıq nizamnaməsini, təsərrüfatın nizamnaməsini, əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarını, rayon üzrə təbii otların və biçənəklərin baytar - sanitar vəziyyətini.

Əmək funksiyası: Heyvandarlıq məhsulları istehsalında məhsuldarlığın yüksəldilməsi üçün tələb olunan bütün görüləsi işləri lazımi qaydada təşkil edir. İstehsalatda qabaqcıl təcrübəni və elmi nailiyyətləri səmərəli şəkildə tətbiq edir. Bazara çıxarılmaq üçün daha çox satlıq məhsul istehsalına nail olur. heyvandarlıq fermalarında mal - qaranın tələb olunan zoobaytar xidməti qaydalarına uyğun olaraq düzgün saxlanmasını və yemlənməsini təşkil edir, Mal - qaranın cinsi keyfiyyətini yaxşılaşdırmaq məqsədilə damazlıq işlərinin planını tərtib edir, və həyata keçirir, heyvandarlıqda ilkin uçotun aparılmasına, südün miqdarı və yağlılığın düzgün müəyyən edilməsinə, yem hazırlığı, yemlərin qəbulu və fermalara daşınmasına nəzarət edir. Yem istehsalı, cins mal-qaranın satışı və təsərrüfat üçün alınması barədə öz təklifini təsərrüfat rəhbərlərinə təqdim edir. heyvandarlığın az əmək və xərc sərfi ilə zoobaytar qaydalarına uyğun aparılması sistemini təşkil edir,

Heyvandarlıq fermalarında əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə və istehsalat sanitariyası qaydalarına əməl edilməsini təmin edir. hər baş mal üçün pasport hazırlayır və uçotunu aparır. heyvandarlıqda seleksiya, döllük işlərini, cins heyvanların yetişdirilməsini, sürüdə və naxırda bonitirovkanın törədicilərdə aprobasiyanın aparılmasını təşkil edir, Baytar işçiləri ilə birlikdə baytar - sanitariya və profilaktiki tədbirlərin hazırlanması, işçilər tərəfindən əmək və istehsal intizamına, əməyin mühafizəsinə, texniki təhlükəsizliyə, baytar sanitariya və yanğından mühafizə qaydalarının yerinə yetirilməsinə nəzarət edir.

Baş zootexnik olmayan təsərrüfatlarda baş zootexnikin vəzifələrini yerinə yetirir.

Bilməlidir: Kənd təsərrüfatının inkişafı barədə müvafiq icra hakimiyyəti orqanlarının qərar və sərəncamlarını, normativ hüquqi aktlarını, təsərrüfatın nizamnaməsini, heyvandarlıqda bonitirovka aparılmasını, əməyin mühafizəsini, texniki təhlükəsizliyi və yanğından mühafizə qaydalarını.

Əmək funksiyası: Traktorların, avtomobillərin və başqa kənd təsərrüfatı maşınlarının düzgün texniki istismarını və onların saxlanmasını təmir edir. Kənd təsərrüfatı maşın və mexanizmlərinin xarici görünüşünün və texniki vəziyyətinin olduğu kimi saxlanmasını, mexanizator kadrlarından düzgün istifadə edilməsini, onlarım təlimatlandırılmasını təşkil edir. Maşın və mexanizmlərin yanacaqla, sürtgü materialları, ehtiyat hissələri və təmir avadanlığı ilə təmin olunmasını təşkil edir.

Əmək məhsuldarlığını yüksəltmək, məhsulun ya işin (xidmətin) maya dəyərini aşağı salmaq, işçilərin iş şəraitini yaxşılaşdırmaq və məhsul istehsalını artırmaq məqsədi ilə təsərrüfatlarda istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması üçün tədbirlər görür. Təsərrüfatların ayrı-ayrı sahələrində əsas və köməkçi iş proseslərini və sahələri öyrənir. Onlarda mexanikləşdirilməyə ehtiyac duyulan iş proseslərini müəyyən edir, mexanikləşdirmə və avtomatlaşdırmanın həyata keçirilməsinə nəzarət edir. İstehsal proseslərinin kompleks mexanikləşdirilməsinin təşkilində iştirak edir. İşçilərlə istehsalın mexanikləşdirilməsi, yeni konstruktiv maşınların və mexanikləşdirmə vasitələrinin iş rejiminin öyrənilməsi üçün təlimatlar keçirir. İşçilərdən istehsal və əmək intizamının, əməyin mühafizəsi və təhlükəsizlik texnikası, istehsal sanitariyası, yanğına qarşı mübarizə tədbirlərinin yerinə yetirilməsini tələb edir.

Təsərrüfatda elektrik enerjisindən istifadəyə, elektrik avadanlığının vəziyyətinə nəzarət edir və elektrik enerjisinin qənaətlə sərf edilməsinə nail olur. Vaxtlı - vaxtında elektrik sərfi haqqında uçot aparır və hesabat verir. Əhatə etdiyi sahədə işləyənlərə təlimat keçirir. Baş mühəndis olmayan təsərrüfatlarda onun vəzifəsini icra edir.

Bilməlidir: Kənd təsərrüfatının kompleks mexanikləşdirilməsi, avtomatlaşdırılması və elektrikləşdirilməsi barədə təlimatları, bu sahədə müvafiq icra hakimiyyəti orqanlarının qərar və normativ-hüquqi sərəncamlarını, texniki təhlükəsizlik, əməyin mühafizəsi və istehsal sanitariyası qaydalarını, təsərrüfatın nizamnaməsini.

Bütün ixtisasda olan aparıcı mütəxəssislər üçün.

Ödəniş dərəcəsinin ixtisas tələbi: İxtisası üzrə ali təhsilli, azı 3 il iş stajı olmaqla 13-cü dərəcəyə daxil edilir.

Vəzifə borcu: Xidmət etdiyi sahədə aqrotexniki və hər bir bitki üzrə texnoloji qaydaları həyata keçirir, və az əmək vəsait sərfi ilə keyfiyyətli kənd təsərrüfatı məhsulları istehsalını təmin edir.

Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq, kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və texnikadan səmərəli istifadə üçün bütün lazımi tədbirlərin görülməsini təşkil edir.

Üzvi və mineral gübrələr, herbisidlər və zərərli kimyəvi maddələrdən düzgün istifadəni təmin edir. Bitkiçilik sahəsində cari və prespektiv tapşırıqların yerinə yetirilməsi, əməyin düzgün təşkili, iş normalarının yerinə yetirilməsinə nəzarət edir. Aqronomiyaya aid bütün sənədlərin tərtib olunmasında və hesabatların verilməsində iştirak edir. Keyfiyyətsiz görülən işləri rəsmiləşdirir, səbəbini aydınlaşdırır, çıxdaş edir və yenidən gördürür. Sort toxum əkinlərinə və çoxillik əkmə sahələrində bitkilərin düzgün aqrotexniki qaydada becərilməsinə nəzarət edir, əkin sahələrində aprobasiyanın keçirilməsinə nəzarət etməklə, həmin sahələrdə gedən dəyişikliklərin təhlilini aparır. Təsərrüfatdaxili ixtisaslaşmanı təmin edir. Alaq otlarına, zərərvericilərə və bitki xəstəliklərinə qarşı mübarizə tədbirlərinin hazırlanması və həyata keçirilməsində iştirak edir.

Bazar tələbatına uyğun yeni çeşidli bitkiçilik məhsullarının istehsalı barədə təkliflər verir.

Ayrı-ayrı bitki sahələri üzrə təhlil aparır və cari il üçün proqramlar hazırlayır. Qabaqcıl təcrübənin, elmin son nailiyyətinin istehsalatda tətbiqinə nail olur.

Baş və aparıcı mütəxəssis olmayan təsərrüfatlarda sahənin bütün işlərini icra edir.

Bilməlidir: Kənd təsərrüfatı məhsulları istehsalı barədə müvafiq icra hakimiyyəti orqanlarının qərar və sərəncamlarını, normativ - hüquqi aktları, işlədiyi təsərrüfatın nizamnaməsini, texniki təhlükəsizlik, yanğına qarşı mühafizə qaydalarını, torpaq sahələrinin əkin üçün seçilməsi, eroziyadan müdafiəsi və ekoloji mühitin qorunması, suvarma və irriqasiya şəbəkələrinin mühafizəsi barədə bütün təlimatları.

Əmək funksiyası; Bitkilərin zərərvericilərdən və xəstəliklərdən qorunması və əkin sahələrinin alaq otlardan təmizlənməsi üçün tələb olunan gübrələrin, dərmanların, herbisidlərin, vaxtında hazırlanıb işlədilməsi üçün bütün tədbirləri həyata keçirir, səpin qabağı toxumun dərmanlanması, anbar və məhsul saxlanan yerlərin vaxtımda dezinfeksiya edilməsi, işçilərlə bitki mühafizəsi, gübrələrin istifadəsi, zərərvericilərlə mübarizə preparatlarının saxlanılması və barədə təlimatlar keçir və bu sahədə texnoloji işlərin vaxtımda və kartoqramalarına uyğun görülməsinə nəzarət edir, baş və ya aparıcı aqronomun rəhbərliyi ilə toxumçuluq üzrə aqronom işlərini yerinə yetirir. Növbəli əkinçilik sisteminin tətbiqində iştirak edir.

Üzümlüklərdə, meyvə bağlarında, taxıl əkin sahələrində, texniki bitkilərin və tərəvəz əkini sahələrində, soyuducularda. anbarlarda, zərərvericilərin, xəstəliklərin, alaq otlarının olub olmadığını aydınlaşdırmaq məqsədilə sistematik olaraq müayinə və lazım gəldikdə onlarla mübarizə işini təşkil edir.

Bitkilərin alaq otlarından təmizlənməsi xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri barədə görüləsi zəruri iş qrafikini tərtib edir və yerinə yetirilməsinə nail olur. Tələb olunan maşın, avadanlıq, zəhərli maddələr, xüsusi geyimlər, çiləyicilər və başqa avadanlıqlar barədə sifariş tərtib edir və təsərrüfatda onların hazırlanmasına səy göstərir. Əmək proseslərində torpağın şumlanması, bitkilərin əkilməsi, çoxillik əkmələrə qulluq edilməsi və məhsulun yığılmasında iştirak edir. Əmək və vəsait sərfi, bitkilərin müalicəsində tələb olunan materiallar barədə hesablama aparır və təsərrüfatın rəhbərliyinə təqdim edir. Bilavasitə sahə ilə əlaqədar işçiləri iş yerlərində şəxsən təlimatlandırır. Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına tam dəqiqliklə əməl edilməsinə nəzarət edir, Xəstəliklər və zərərvericilər müşahidə etdikdə rəhbərliyə, bütün mütəxəssislərə, işçilərə və əlaqədar təşkilatlara xəbər verir. Bitkilərin mühafizəsi barədə təlimatları, zəhərləmə barədə xüsusi göstəriciləri daha görkəmli yerlərdən asır, alaq otlarına, zərərvericilərə və xəstəliklərə qarşı mübarizə sahəsində görülən işlər barədə hər ay hesabat verir. Bitkilərin mühafizəsi barədə qabaqcıl təcrübəni və elmin son nailiyyətlərini həyata keçirir.

İşçilərin ixtisasının artırılması, onların təlimatlandırılması üçün təsərrüfat rəhbərlərinin razılığına əsasən tədbirlər görür. Görülən işlərə nəzarət edir, keyfiyyətsiz görülən işləri rəsmiləşdirməklə, səbəbini müəyyənləşdirir, ləğv edir və yenidən görülməsini tələb edir. Bitkilərin mühafizəsinə zidd olan göstərişlərin rəsmi qaydada ləğv edilməsi barədə təkliflər, keyfiyyətli məhsul istehsalı, karantin tədbirlərinin görülməsi, zəhərli dərmanlarla işləyən işçilərin sağlamlığının qorunması üçün məsuliyyət daşıyır.

Bilməlidir: Bitkilərə gübrələrin verilməsini, zərərvericilərlə və alaq otları ilə mübarizə üsullarını, bu barədə sanitariya, karantin qaydalarını, təsərrüfatın torpaqlarının tərkibini, şoranlıqdan təmizlənməsini vacib olan kollektor-drenaj və suvarma şəbəkələri sxemini, əməyin mühafizəsini, zərərli işlər üçün gigiyena qaydalarını, xüsusi keyim, qida və norma qaydalarını.

Əmək funksiyası: Baytar - sanitar, praflaktiki tədbirlər aparır. heyvandarlıqda xəstələnmə və tələf olma hallarına qarşı, mal-qaranın və quşların sayca artırılması, məhsuldarlığın yüksəldilməsi. ekoloji cəhətdən təmiz ümumi heyvandarlıq məhsulları istehsalını artırmağı təmin etməklə, istehsalatda əmək və vəsait sərfini azaltmaqla insan və heyvanlar üçün eyni dərəcədə qorxulu ola xəstəliklərdən əhalinin qorunması üçün bütün tədbirləri görür. Xəstəliklərin qarşısını almaq məqsədilə, təsərrüfatın və əhalinin şəxsi istifadəsindəki mal-qara və quşlarda iylənmə. habelə başqa baytarlıq tədbirləri görür. Ana heyvanların boxazlarını yovlayır, Fermalarda mal-qaraya baytar sanitar və zoogigeniya qaydalarına uyğun qulluq edilməsi. saxlanması və yemlənməsi işlərini təşkil edir. Ana heyvanlar arasında qısırlığa qarşı mübarizə tədbirlərinin yerinə yetirilməsinə, süni mayalanma və təbii cütləşməyə, yeni doğulan cavan mal-qaranı zoobaytar qaydalarına uyğun yetişdirilməsinə nail olur.

Təsərrüfatda mal-qaranın otarılmağa aparılması və gətirilməsində, suvarma mənbələrində. biçənək və otlaqlarda mal-qaranı mövsümü otlaqlara köçürülməsi yollarında, heyvandarlıq binalarında, kəsim məntəqələrində, balıq yetişdirilən nohurlarda və arıxanalarda baytar sanitar qaydalarının yerinə yetirilməsinə nəzarət edir. Ət və süd məhsullarında yoxlama aparır. Yemlərin hazırlanması və yedizdirilməsinə nəzarət edir. heyvan saxlanılan binalarda, heyvandarlıq məhsulları emal edilən məntəqələrdə, heyvan mənşəli məhsullar saxlanılan yerlərdə dezinfeksiya işlərini aparılmasına nəzarət edir. Baytarlıq dərmanlarının saxlanılmasını, düzgün istifadəsini təlimatlara uyğun olaraq təşkil edir. İşçilər tərəfindən baytar sanitar qaydalarına əməyin, mühafizəsinə təhlükəsizlik texnikası istehsal qaydalarının yerinə yetirilməsi işlərinə nəzarət edir və vaxtaşırı təlimatlar verir. Baytarlıq işlərinin uçot. və hesabatını baş və aparıcı baytar həkiminə təqdim edir. Xəstə heyvanlara xüsusi qulluq edilməsinə və pəhriz yemlərlə yemlənməsinə nail olur. Keyfiyyətsiz yemlərdən və sudan istifadəni qadağan edir.

Baş və aparıcı baytar həkimi olmayan təsərrüfatlarda sahənin bütün işlərini icra edir.

Bilməlidir: Kənd təsərrüfatının inkişafı barədə müvafiq icra hakimiyyəti orqanlarının qərar və sərəncamlarının, heyvandarlıq məhsulları istehsalına dair qabaqcıl təcrübəni və elmin son nailiyyətlərini, əməyin təşkili və mühafizəsini, texniki təhlükəsizliyi və yanğından mühafizə qaydalarını.

Əmək funksiyası: Heyvandarlıq məhsullarının satışı verilməsi ilə əlaqədar işləri yerinə yetirir. Yemlərin hazırlanması, tövləyə daşınması, yem payına uyğun bölünməsi, mal - qaranın təkrar istehsalı cins məhsuldarlıq keyfiyyətini, damazlıq məqsədilə cavan malların seçilib ayrıca yetişdirilməsini təmin edir. Naxır və sürülərin tərkibini yaxşılaşdırmaq, təbii cütləşmə Yaşına çatmış cavan heyvanların və anaların süni və təbii mayalanmasını təmin edir. Törədicilərin seçilməsini, doğum mayalanmanın uçotunu baş zootexniklə birlikdə aparır, qüvvəli, qaba və şirəli yemlərin keyfiyyətli saxlanmasını təmin edir. Təbii biçənək və otların yaxşılaşdırılması işlərini aqronomla birlikdə təşkil edir.

Mal-qaranın bonitirə və törədicilərin aprobasiya edilməsini, heyvandarlıq və quşçuluqda seleksiya, döllük, cins cavan mal-qaranın satışı işlərini təşkil edir. Mal-qaranın satışı işlərini təşkil edir. Mal-qaranın yem normaları və tərtib edilmiş yem payı əsasında düzgün yemlənməsinə və saxlanmasına nail olur, Az miqdarda material, yem və əmək sərfi ilə daha çox məhsul edilməsi tədbirlərini görür. Bütün növ mal-qaranın qorunması və salamat saxlanmasına, yeni doğulan körpə və cavan heyvanlar üçün tərtib edilmiş pasport əsasında istiqamətli böyüməsini təşkil edir və qarşıya qoyulmuş məqsədə nail olur. İşçilər tərəfindən daxili iş normalarına və qaydalarına düzgün əməl edilməsinə nəzarət edir.

Baş və aparıcı zootexnik olmayan təsərüfatlarda sahənin işlərini icra edir.

Bilməlidir: heyvandarlığın inkişafı və maldarlıq məhsulları istehsalına dair müvafiq icra hakimiyyəti orqanların qərar və sərəncamlarını, normativ hüquqi aktlarını maldarlıq, qoyunçuluq, donuzçuluq, atçılıq, qatır, dəvəçilikdə, habelə dovşançılıqda banitirovka işinin aparılması qaydasını təsərrüfatın nizamnaməsini, əməyin mühafizəsini, texniki təhlükəsizlik, yanğından mühafizə qaydalarını.

Əmək funksiyası: Suvarma şəbəkələrini, hidrotexniki qurğularının, suvarma nasoslarının saz halda fasiləsiz işləməsini təmin edir. Torpaqların suvarılması, kanalların təmizlənməsi, yağış yağdıran aqreqatların və başqa suvarma şəbəkələrinin cari və əsaslı təmirinin müntəzəm aparılmasını təmin edir.

Əmək funksiyası: Suvarma şəbəkələrinin. hidrotexniki qurğuların, artezan quyularının, suvarma nasoslarının saz halda fasiləsiz işləməsini təmin edir, Torpaqların suvarılması, kanalların təmizlənməsi, yağış yağdıran aqreqatların və başqa suvarma şəbəkələrinin cari və əsaslı təmirinin müntəzəm aparılmasını təmin edir. İşçilərə vəzifəsi dairəsində texnika və avadanlıqlardan istifadə zamanı təhlükəsizlik qaydaları barədə təlimat keçir.

İlin əvvəlində baş aqronomla birlikdə əkin sahələrinin və çox illik əkmələrin suvarılmasına dair qrafik hazırlayır, suvarma suyunun verilməsinə və düzgün sərf edilməsinə nəzarət edir. Suvarma şəbəkələri, kollektor-drenaj kanallarının təmirini, onların sistematik və səmərəli işləməsini təmin edir. Təsərrüfatın suvarma suyu ilə təminatı üçün bütün tədbirləri görür. Ərazidə torpaqların şorlaşmış sahələrinin duzdan yuyulmasına dair, baş aqronomla birlikdə qrafik hazırlayır və həyata keçirir. Sahələrin yuyulması, səpin üçün yeni sahələrin hazırlanması tədbirlərini görür. Təsərrüfatın suya olan tələbatını ödəmək məqsədilə süni yağış yağdıran qurğulardan və başqa melioritiv maşınlardan düzgün istifadə olunması üçün tədbirlər görür. Mütərəqqi suvarma üsulları tətbiq edir, işçilərin lazımi alətlər və avadanlıqlarla təmin edilməsini, təmiri, ehtiyyat hissələrinin daşınıb gətirilməsini təşkil edir. Suvarma qurğuları və şəbəkələrinlə baş verə biləcək qəzalara qarşı mühafizəni təmin edir. Suyun sərfi uçotunu aparır, suvarma haqda hesabatlar verir. Ona tabe olan işçiləri təlimatlandırır, texniki təhlükəsizlik haqqında sərəncamlar verir, əmək intizamını təmin edir. Texniki təhlükəsizlik, əmək mühafizəsi, istehsal sanitariyası qaydalarını qoruyur.

Baş və aparıcı mühəndis olmayan təsərrüfatlarda sahənin bütün işlərini icra edir.

Bilməlidir: Təsərrüfatın nizamnaməsini öyrənməli, istehsalın inkişafı barədə yuxarı orqanların qərar və sərəncamlarını, normativ-hüquqi aktlarını. İstehsalın gücünü və rejimini, onların istismar qaydalarını, yeni texnikanın mənimsənilməsini, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsal sanitariyası, yanğından mühafizə qayda və normalarını.

Bütün ixtisasdan olan mütəxəssislər üçün.

Ödəniş dərəcələrinə ixtisas tələblər: İxtisas üzrə ali və ya orta ixtisas tələblər təhsili almaqla iş stajı:

5 ilədək olduqda - 8-ci dərəcə

5 ildən 10 ilədək olduqda - 9-cu dərəcə

10 ildən 15 ilədək olduqda – 10 -cu dərəcə

15 ildən 20 ilədək olduqda – 11 -cu dərəcə

20 ildən çox olduqda - 12-ci dərəcə

Əmək funksiyası: Baş aparıcı və baytar həkiminin tapşırığı ilə heyvandarlıqda baytarlıq tədbirləri aparılmasını təmin edir. yolxucu və qeyri yolxucu xəstəliklərin müalicəsində profilaktik tədbirlərinə, karantin qaydalarına əməl olunmasına. mal pəyələrinin dizinfeksiya edilməsini, xəstə heyvanların ümumi naxırdan ayrılıb müalicə olunmasını təşkil edir.

Heyvanlarda xəstəliklərin ləğv edilməsi və müalicəsi məqsədilə təsərrüfatın və şəxsi istifadədə mal-qara və quşların iynələmə. habelə başqa baytarlıq tədbirləri aparır. Heyvandarlıq fermalarında baytar sanitar və zoogigiyena tədbirlərinə riayət edilməsini təmin edir və bu işlərin görülməsinə nəzarət edir. Mal-qara arasında qısırlığa qarşı mübarizəni, sağlam bala alınmasını. onun istiqamətli və sağlam yetişdirilməsinə, baytar-sanitar mədəniyyətin yüksəldilməsini, təbii cütləşmə və süni mayalanma işlərinin düzgün aparılmasına nəzarət edir.

Baytarlıqda nəzərdə tutulan qaydada mal-qara və quşların təsərrüfata gətirilməsi, satılması, mal-qara köçürülən yolların, suvarma şəbəkələrinin, mal pəyələrinin, kəsim məntəqələrinin, heyvan qəbiristanlığının otlaqların vəziyyətini müayinə edir və nəticəsi barədə baytar həkimlərinə hesabat verir. Baytarlıq tədbirlərini yaxşılaşdırmaq üçün baş, aparıcı və baytar həkimlərinə təkliflər verir. Baytar həkimlərin ixtisasa uyğun tələblərini və tapşırıqlarını yerinə yetirir.

Bilməlidir: Ölkə üzrə müəyyən edilmiş baytarlıq qaydalarını, sahənin uçot və hesabatının aparılması sistemini, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını, əkmə yem bitkiləri sahələri və təbii qış və yay otaqlarının vəziyyətini, yanğına qarşı mübarizə qaydalarını.

Əmək funksiyası; Törədici buğa və qoçlardan sperma alır, mikroskopla onun fəallığını yoxlayır, mayalama üçün hazırlayır və hövrə gəlmiş heyvanlar ayrılaraq mayalanma aparılmasını təmin edir, mayalanma aparılan və toxum alınan dövrdə törədicilərin zootexniki normalara uyğun daha qidalı (qüvvəli yüklənməsinə) nail olur. Mayalanmış heyvanların dəqiq uçotunu xüsusi kitablarda aparır və heyvanların təkrar mayalanma üçün uçotunu da təşkil edir. Süni mayalanma məntəqəsində olan laboratoriya avadanlığını və intervalların steril şəraitdə sazlanmasını təmin edir. Kənardan daha məhsuldar törədicilərin toxumunun alınıb istifadə edilməsinə nail olur.

Bilməlidir: Təsərrüfatın inkişaf prespektivin spermanın törədicidən alınıb saxlanması, ümumi sanitariya və yanğından mühafizə qaydalarını.

Bütün ixtisaslardan olan texniklər (böyük texnik də daxil olmaqla) üçün

Ödəniş dərəcələrinə ixtisas tələblər: İşləyicə sahə üzrə ali və ya orta ixtisas təhsili almaqla iş stajı:

5 ilədək olduqda - 4-cü dərəcə

5 ildən 10 ilədək olduqda - 5 ci dərəcə

10 ildən 15 ilədək olduqda - 6 -cı dərəcə

15 ildən 20 ilədək olduqda - 7 -ci dərəcə

20 ildən çox olduqda - 8-ci dərəcə

Əmək funksiyası: Hər gün emal sənayesinə göndərilən südün keyfiyyətini, təmizliyini, turşuluğunu, yağlılığını, tempraturunu, həftədə bir dəfə isə südün bakteroloji analizini aparır. Analizin nəticələrini xüsusi qaimə və jurnallara yazır. Hər sağıcıya məhkum olunan inək qrupları üzrə südün yağlılıq dərəcəsini müəyyən edərək nəticələrini rəhbərliyə təqdim edir.

Bilməlidir; Süd istehsalnı artırmaq və keyfiyyətini yüksəltmək barədə müvafiq icra hakimiyyəti orqanlarının qərar və sərəncamlarını, normativ hüquqi aktları, südün kimyəvi tərkibini, onun dövlət standartlarını, ayrı-ayrı sənədlərin doldurulması qaydasını.

Ödəniş dərəcəsinin ixtisas tələbi: İşləyəcəyi sahə üzrə ən azı orta ixtisas (texnikom) təhsilli, müstəsna hallarda ümumi orta təhsilli olmaqla iş stajı:

5 ilədək olduqda - 4-cü dərəcə

5 ildən çox olduqda - 5-ci dərəcə

Kənd təsərrüfatı istehsal prosesinin mexanikanikləşdirilməsi və avtomatlaşdırılması üzrə baş mühəndis

Təmir emalatxanasının müdiri

Aparıcı baytar həkimi

Baytar texniki (feldşeri)

(böyük də daxil olmaqla)

Süni mayalanma texniki

(böyük də daxil olmaqla)

Süd məntəqələrinin laborantı

(böyük də daxil olmaqla

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver