Qanunvericilik › Kənd Təsərrüfatı Sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"nın təsdiq edilməsi barədə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 28.03.2016) › Tam mətn

Kənd Təsərrüfatı Sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"nın təsdiq edilməsi barədə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 28.03.2016)

Kənd Təsərrüfatı Sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"nın təsdiq edilməsi barədə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 28.03.2016) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN KOLLEGİYASI

“Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının 2-ci hissəsinin dördüncü abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyası

1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təklif olunan “Kənd təsərrüfatı sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” (hissə 79) təsdiq edilsin (əlavə olunur).

2. “Kənd təsərrüfatı sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın (hissə 79) təsdiq edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 24 iyun 2008-ci il tarixli 5-3 nömrəli kollegiya qərarı ləğv edilsin.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Hüquq şöbəsinə (G.İsgəndərova) tapşırılsın ki, bu Qərarın qəbul edildiyi gündən 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

4. Ümumi şöbəyə (L. Abdullayeva) tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə çatdırılmasını təmin etsin.

5. Bu Qərarın icrasına nəzarət nazir müavini İ. İsayevə həvalə edilsin.

"Kənd təsərrüfatı sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası" (hissə 79) (bundan sonra “Kitabça”) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57-ci və 156-cı maddələrinin 2-ci hissələrinin tələblərinə uyğun olaraq hazırlanmışdır.

Kitabça mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın kənd təsərrüfatı müəssisə, idarə və təşkilatlarının (bundan sonra "müəssisə" adlandırılacaq) bu sahəyə aid edilən səciyyəvi qulluqçu vəzifələrinin (rəhbərlər, mütəxəssislər, texniki icraçılar) tarif-ixtisas xüsusiyyətləri öz əksini tapmışdır. Tarif-ixtisas xüsusiyyətlərində göstərilən əməyin ödəniş dərəcələri respublikada tətbiq edilən Vahid Tarif Cədvəlinə uyğun olaraq müəyyənləşdirilmişdir.

Kitabçada rəhbər və mütəxəssislərin əməyinin ödəniş dərəcələri onların təhsili, əmək stajı və işinin xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilmişdir. Hər bir vəzifənin tarif ixtisas xüsusiyyətləri üç bölmədən ibarətdir:

- "Əmək funksiyası" bölməsində bu vəzifəni tutan işçinin görməli olduğu işlərin həcmi və məzmunu;

- "Bilməlidir" bölməsində işçinin qanunvericilik aktları və digər normativ hüquqi sənədləri, eləcə də yerinə yetirilən işin üsul və vasitələrini bilməsi kimi tələblər;

- "Ödəniş dərəcəsinə ixtisas tələbləri" bölməsində işçinin ixtisas və əmək stajına, eləcə də işinin xüsusiyyətləri ilə bağlı tələblər öz əksini tapmışdır.

Kitabça kənd təsərrüfatı sahəsinə aid edilən qulluqçu vəzifələrini tutan işçilərin əsas əmək funksiyalarını, onların hüquq və məsuliyyətini əks etdirən vəzifə təlimatlarının hazırlanmasında, əməyinin ödəniş dərəcələrinin müəyyənləşdirilməsində, kadrların seçilməsi və yerdəyişməsində, ixtisaslarından asılı olaraq onların məşğulluğunun səmərəli təmin edilməsinə nəzarətin həyata keçirilməsində, işçilərin attestasiyasının keçirilməsində və əmək müqavilələrinin (kontraktlarının) bağlanılmasında əsas normativ hüquqi akt olaraq tətbiq edilir.

İstehsalın idarə edilməsində Kitabçada göstərilən əsas əmək funksiyaları nəzərə alınmaqla hər bir işçinin əmək müqaviləsində (kontraktında) əmək funksiyasının - yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsi dəqiq və birmənalı müəyyən edilməlidir.

Kənd təsərrüfatının bitkiçilik sahəsində müəssisə rəhbəri

Baytarlıq laboratoriyasının direktoru

Epizootiya əleyhinə respublika ekspedisiyasının rəisi; Brusellyoz və vərəmə qarşı respublika ekspedisiyasının rəisi

Dəmir yolu baytarlıq nəzarəti idarəsinin rəisi

Rayon (şəhər) baytarlıq idarəsinin rəisi

Rayon (şəhər) baytarlıq idarəsinin rəis müavini – baş epizootoloq

Karantin məntəqəsinin müdiri; Pestisid poliqonunun müdiri

Baytarlıq müalicəxanasının rəisi

Baytarlıq nəzarəti məntəqəsinin rəisi

Sahə baş baytar həkimi

Sahə üzrə baş aqronom

Maşın sınağı üzrə baş mühəndis

Bitkiçilik sahəsi üzrə laboratoriya müdiri

Kənd təsərrüfatında aparıcı şöbə müdiri

Aqrokimya laboratoriyasının baş mütəxəssisi

Bioloji laboratoriyanın baş mütəxəssisi

Baytarlıq sahəsinin müdiri

Dezinfeksiya dəstəsinin rəisi

Zona (rayon) baytarlıq laboratoriyasında diaqnostika kabinetinin müdiri

Metroloji xidmət rəhbəri

Baytarlıq laboratoriyasında vivari bölməsinin müdiri

Baytarlıq aptekinin müdiri

Sahə üzrə aparıcı baytar həkimi

Aqrokimya laboratoriyasının aparıcı mütəxəssisi; Bioloji laboratoriyanın aparıcı mütəxəssisi

Sahə üzrə aparıcı aqronom

Baytarlıq laboratoriyasının baytar həkimi (aparıcı baytar həkimi də daxil olmaqla)

Pestisid poliqonunun mütəxəssisi (toksikoloq, kimyaçı, ekoloq) (aparıcı mütəxəssis də daxil olmaqla)

Karantin üzrə müfəttiş (aparıcı müfəttiş də daxil olmaqla)

Baytarlıq laboratoriyasının mütəxəssisi (müxtəlif ixtisaslardan və adlardan olan mütəxəssislər)

Aqrokimyaçı; Toksikoloq; Radioloq

Kənd təsərrüfatı mühəndisi

Bitkiçilik laboratoriyasının mütəxəssisi (müxtəlif ixtisaslardan və adlardan olan mütəxəssislər)

Baytarlıq üzrə əczaçı

Baytarlıq idarəsinin baytar feldşeri; Baytarlıq laboratoriyasının baytar feldşeri (böyük baytar feldşeri də daxil olmaqla)

Baytarlıq laboratoriyasının laborantı (böyük laborant da daxil olmaqla)

Baytarlıq sahəsi üzrə dezinfektor

Aqrotexnik (böyük aqrotexnik də daxil olmaqla)

Baytarlıq sahəsi üzrə sanitar

* Rəhbər müavinlərinin aylıq vəzifə maaşları müvafiq rəhbərin aylıq vəzifə maaşından 10-20 faiz aşağı məbləğdə müəyyən olunur.

Əmək funksiyası. Müəssisənin əsasnaməsinə, müvafiq qanun, fərman, sərəncam, qərarlara, metodiki təlimatlara və tövsiyələrə uyğun olaraq müəssisənin əsas iş istiqamətlərini müəyyən edir, xidməti sahə üzrə illik və perspektiv inkişaf tapşırıqlarını, proqnozlarını müəyyənləşdirir, onların yerinə yetirilməsi üçün lazımi şərait yaradır, təşkilatın fəaliyyəti, görülmüş və görülməsi tələb olunan işlər barədə hesabatlar hazırlayıb aidiyyəti üzrə yuxarı təşkilata məlumat təqdim edir.

Xidməti sahə üzrə müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini və uçot işini təşkil edir, maliyyə vəsaitindən təyinatına görə səmərəli istifadə edilməsinə nəzarət edir və bu işlərə görə cavabdehlik daşıyır. Müəssisənin illik və perspektiv tapşırıqlarının icrasını təmin etmək məqsədilə təyinatı üzrə lazım olan müasir texnoloji prosesi, avadanlıq, cihaz və digər ləvazimatlarla təminatı təşkil edir.

Müəssisənin ştat cədvəlini və maliyyə xərcləri smetasını hazırlayıb aidiyyəti üzrə təqdim edir, mövcud qaydaya uyğun ixtisaslı kadrların seçilib yerləşdirilməsi işini təşkil edir, işçiləri işə qəbul və işdən azad edir, əmək funksiyalarını layiqincə yerinə yetirən işçiləri mükafatlandırır, əmək və icra intizamını pozan işçilərə intizam tənbehi verir.

Müasir texnologiyadan və avadanlıqlardan istifadə etmək üçün lazım olan ixtisaslı kadrların hazırlanmasını təşkil edir, gənc kadrların hazırlanması üçün müvafiq sifarişlər verir, kadr potensialından səmərəli istifadəni və əmək məcəlləsinə düzgün əməl olunmasını daim nəzarətdə saxlayır.

Müəssisənin iş fəaliyyətini səmərəli təşkil etmək məqsədilə aidiyyəti təşkilatlarla müqavilələr bağlayır, bankda hesab acır, maliyyə vəsaitindən düzgün istifadə edilməsinə nəzarət edir. Ayrı-ayrı müəssisə və təşkilatlarla bağlanmış müqavilə şərtlərinin yerinə yetirilməsinə bilavasitə cavabdehlik daşıyır, müqavilə yerinə yetirilmədikdə və şərtləri pozulduqda onun səbəblərini aydınlaşdırır və qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görür. Yuxarı təşkilatın tapşırığı əsasında yığıncaqlarda, toplantılarda, konfranslarda müəssisəni təmsil edir.

İstehsalat zəruriyyətindən asılı olaraq elmin son nailiyyətlərinin, dünya praktikasında mövcud olan mütərəqqi texnologiyanın istifadə edilməsinə şərait yaratmaqla, ən mütərəqqi avadanlıq, cihaz və qurğuların əldə edilməsi üçün müvafiq tədbirlər görür.

Bölmələr, şöbələr, regional təşkilatlar üzrə və işçilər arasında əmək funksiyalarına uyğun iş planlarını, vəzifə bölgüsünü hazırlayıb təsdiq edir və ilin sonunda iş planının yerinə yetirilməsinə hesabat formasında nəzarət edir.

Əməyin mühafizəsi, texniki təhlükəsizlik sahəsində daim əməli tədbirlər görməklə, yanğından mühafizə, ekologiyanın qorunması və çirkləndirilməməsi sahəsində təlimatların düzgün yerinə yetirilməsi üçün tədbirlər görür.

Bitki mühafizəsi sahəsində.

Respublika ərazisində mülkiyyət formasından asılı olmayaraq torpaqdan istifadə edən bütün şəxsi və ictimai təsərrüfatlarda bitkilərin zərərvericilərə, xəstəliklərə və alaq otlarına qarşı mübarizə işinin təşkilinə rəhbərlik etməklə, pestisidlərin anbarlarda saxlanılmasına, daşınmasına, işlədilməsinə, norma və doza əsasında tətbiqinə nəzarət edir.

Zərərvericilərin, xəstəliklərin və alaq otlarının yayılması və saxlanılmasından asılı olaraq əldə edilmiş pestisidlərin və bioloji preparatların tətbiqində qabaqcıl təcrübəni yayır, seçmə üsulu ilə mübarizəni təşkil edir, hər il pestisidlərin daha az işlədilməsinə nail olmaqla bioloji mübarizə aparılmasını gücləndirir.

Kənd təsərrüfatının bitki mühafizəsi sahəsində zərərvericilərə, xəstəliklərə və alaq otlarına qarşı istifadə edilən kimyəvi, bioloji preparatlara və yerüstü aqreqatlara olan tələbatı təsərrüfatların və əhalinin sifarişləri əsasında müəyyən edir və eyni zamanda respublika məlumat və xəbərdarlıq laboratoriyasının təqdim etdiyi hesabat əsasında işlənib hazırlanmasına rəhbərlik edir.

Bitki mühafizəsi üzrə elmin son nailiyyətlərini və qabaqcıl təcrübəni öyrənərək onların təsərrüfatlarda tətbiq edilməsi üçün təbliğatı genişləndirir.

Kənd təsərrüfatında bitkilərin zərərvericilər, xəstəliklər və alaq otları ilə sirayətlənməsi barədə tabe olduğu yuxarı orqana məlumat verir və onlara qarşı vaxtında seçmə üsulla keyfiyyətli mübarizə aparılmasını təklif və tövsiyə edir. Mübarizə işinin aparılmasını yoxlamaq, işlədilən kimyəvi preparatların normasına, dozasına, keyfiyyətinə və istifadə müddətinə ciddi nəzarət edir. İşlədilən dərmanların bitkidə, torpaqda, suda və s. qalığının toplanmasının qarşısının alınmasını təşkil edir. Zərərvericilər, xəstəliklər və alaq otlarına qarşı mübarizə işini torpaqdan istifadə edən bütün hüquqi və fiziki şəxslərdə və təsərrüfatlarda metodoloji baxımdan təşkil edir, mübarizə tədbirlərinə, onların keyfiyyətinə, işin səmərəli aparılmasına nəzarəti həyata keçirir.

Bitki mühafizəsi sahəsində işləyən aqronom və aqronom-entomoloqların işlərinə köməklik edir, tövsiyələr verir.

Pestisidlərin və bitki mühafizəsi vasitələrinin respublikada sınağının aparılması və dövlət qeydiyyatına alınması işini təşkil edir.

Bitki mühafizəsi üzrə yerli regional orqanlarda.

Xidmət etdikləri rayonun ərazisində mülkiyyət formasından asılı olmayaraq torpaqda ziyanvericilərə, xəstəliklərə, alaq otlarına qarşı mübarizə işinin təşkili, pestisidlərin saxlanılması, onlardan istifadə edilməsi, daşınması və işlədilməsi metodikasına əməl edir. Mübarizə işinin aparılmasını yoxlamaqla işlədilən kimyəvi preparatların normasına, keyfiyyətinə nəzarət edir, dərmanların bitkidə, torpaqda, suda və s. qalığının toplanmasını müəyyən edir.

Zərərvericilərə, xəstəliklərə və alaq otlarına qarşı mübarizənin aparılması vaxtını, pestisidlərdən istifadə edilməsi müddətini, onların keyfiyyəti və mübarizə müddətlərini müəyyən edir və mübarizə aparılmasında əldə edilmiş qabaqcıl təcrübənin yayılması və tətbiqini həyata keçirir.

Karantin zərərvericilərinə və xəstəliklərinə qarşı mübarizə aparmaqla müvafiq tədbirlər görür, xəstəliyin baş verməsi və yayılması barədə aidiyyəti yerli və yuxarı orqanlara məlumat verir.

Aparılmış mübarizənin nəticələrini təhlil etməklə verdiyi nəticə barədə aidiyyəti təşkilatlara vaxtında məlumat verir, xəstəliklərə, zərərvericilərə və alaq otlarına qarşı mübarizənin düzgün aparılmasına nəzarət edir.

Toxumçuluq sahəsində.

Təsərrüfat qurumlarından nəzarət nümunələrinin düzgün götürülməsinə, onların dövlət standartlarına uyğun analizlərinin aparılmasına nəzarət etməklə, tədarük edilmiş kondisiyalı toxum materiallarının normal şəraitdə saxlanmasını təşkil edir və rayonlaşdırılmamış və keyfiyyətsiz kənd təsərrüfatı bitki toxumlarının səpilməsinə məhdudiyyətlər qoyur.

Dövlət, özəl, fermer, kəndli və şəxsi təsərrüfatlarda yalnız rayonlaşdırılmış, laboratoriya analizindən keçmiş, yüksək reproduksiyalı məhsuldar bitki toxumlarının istifadəsini təşkil edir və buna icazə verir, respublikada və xaricdə istehsal edilmiş daha məhsuldar və davamlı sortların yayılmasını təşkil edir.

Toxum laboratoriyalarının vasitəsilə elit toxumçuluq təsərrüfatlarında yüksək keyfiyyətli reproduksiyalı toxum sortlarının yetişdirilməsinə nəzarət edir.

Təsərrüfat qurumlarında yalnız rayonlaşmış, laboratoriya analizindən keçmiş, məhsuldar, yüksək reproduksiyalı toxumların istifadəsini təşkil edir.

Öz işində elmin son nailiyyətlərini rəhbər tutmaqla, respublikada və xaricdə istehsal edilmiş daha məhsuldar və davamlı sortların yayılmasına çalışır. Respublikada və xaricdə mövcud olan daha keyfiyyətli, davamlı, lif çıxımı yüksək olan məhsuldar sortların əldə edilməsi, onların rayonlaşdırılması və geniş tətbiq edilməsi işlərini təşkil edir.

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin yerli bölmələrində

Əhatə etdiyi ərazidə yerləşən bütün təsərrüfat qurumlarında, elmi tədqiqat müəssisələrində və tədarük təşkilatlarında olan kənd təsərrüfatı bitkiləri toxumlarının və əkin materialının səpin keyfiyyətinə nəzarət edir.

Yoxlanılmış toxumların keyfiyyətinə dair sənədlər təqdim etməklə onların keyfiyyətlərinin və saxlanılmasının yaxşılaşdırılması barədə müvafiq təkliflər verir, toxumların keyfiyyəti haqqında müəyyən olunmuş qaydada hesabat tərtib edərək aidiyyəti üzrə təqdim edir.

Xidmət etdiyi rayonun ərazisində olan şəxsi təsərrüfatlarda istifadə olunan toxumların səpin üçün hazırlanması, sənədləşdirilməsi və saxlanılmasına nəzarət edir, analiz üçün götürülmüş toxum nümunələrinə nəzarət etməklə, düzgün götürülməmiş nümunələr barədə müvafiq tədbirlər həyata keçirir və təsərrüfatlarda toxumluq taxılın analizini aparır, kənd təsərrüfatı bitkilərinin sort əkinlərinin aprobasiyasına və sənədləşdirilməsinə nəzarət edir, təsərrüfatlara verilməsi üçün hazırlanan elit toxumlarının keyfiyyətini yoxlamaq məqsədilə həmin toxumlardan orta nümunələri seçib götürür.

Arbitraj analizləri və eyni zamanda idxal və ixrac toxumlarının nümunələrinin seçmə komissiyalarında iştirak edir. Toxumların keyfiyyətinin yeni metodlarla yoxlanılmasını təşkil edir, aqronomların, toxumçuluq mütəxəssislərinin və anbar müdirlərinin ixtisaslarının artırılması üzrə tədbirlərdə iştirak edir, toxumun keyfiyyətinin yaxşılaşdırılması istiqamətində qabaqcıl iş metodlarım təbliğ edir.

Müxtəlif təsərrüfat qurumlarında toxumların keyfiyyətinin artırılması yolları barədə verdiyi təkliflər və apardığı işlər barədə yerli kənd təsərrüfatı təşkilatlarına məlumatlar təqdim edir.

Sort sınağı sahəsində.

Respublikanın müxtəlif torpaq-iqlim şəraitində məhsuldarlığa, istehsal və emal göstəricilərinə, qiymətli bioloji-təsərrüfat xüsusiyyətlərinə və əlamətlərinə görə fərqlənən yeni sort və hibridlərin seçilməsi, sınaqdan keçirilməsi, rayonlaşdırılması və yerləşdirilməsi məsələlərini həll edir.

Dövlət sınaqlarını həyata keçirməkdən ötrü müvafiq planlar hazırlayır və respublikanın bütün iqlim zonalarını əhatə edən regionlarda yerləşən dövlət sort-sınaq məntəqələri vasitəsi ilə yüksək məhsuldar, xəstəliklərə və zərərvericilərə qarşı davamlı yeni sortları sınaqdan keçirir və onları rayonlaşdırır, həmçinin köhnəlmiş, məhsuldarlığı və keyfiyyəti aşağı düşmüş bitki sortlarını istehsalatdan çıxarmaq üçün təkliflər verir.

Elmi tədqiqat institutlarında seleksiyaçılar tərəfindən yaradılmış yeni sortları öyrənir və onların dövlət sınağına qəbul edilməsi haqqında təkliflər verir. Tabeçiliyində olan sort-sınaq məntəqələrində, baza təsərrüfatlarında yeni sortların toxumçuluğunu sürətləndirməkdən ötrü tədbirlər görür və onu təbliğ etmək məqsədilə yığıncaqlar keçirir, kitabçalar, vərəqlər dərc etdirir.

Respublikada sort-sınaq işlərinə dair tapşırıqların hazırlanması və həyata keçirilməsinə, sortların rayonlaşdırılması və rayonlaşmadan çıxarılmasına, mədəni bitki növlərindən torpaq-iqlim zonalarına müvafiq rayonlaşmış sort ehtiyatlarının olmasına məsuliyyət daşıyır və bu sahələrdə müvafiq tədbirlər görür. Dövlət sort-sınağı metodikasına sort-sınaq şəbəkəsində əməl olunmasını təmin edir və buna məsuliyyət daşıyır.

Regionlarda olan sort-sınaq məntəqələrinin müdirləri də xidmət etdikləri rayonlarda bu işləri həyata keçirir.

Maşın sınağı sahəsində.

Laboratoriyalar, şöbələr və digər struktur bölmələri arasında iş prosesi üçün qarşılıqlı əlaqə yaratmaqla, əməyin elmi təşkili, yeni texnika və texnologiyaların tətbiqi, idarəetmə və təsərrüfat mexanizmini elmi əsaslandırmaqla daim təkmilləşdirir və sınaq işlərinin dövlət standartları səviyyəsində aparılmasını təşkil edir, yeni texnika və texnologiyanın tətbiqində elmi işlərin və axtarışların aparılmasını, respublikada və xaricdə istehsal edilmiş yeni kənd təsərrüfatı maşınlarının, traktorların, yanacaq-yağlama materiallarının, fermer və şəxsi təsərrüfatlar üçün yeni maşın və mexanizmlərin, kənd təsərrüfatında istifadə edilən avtomobillərin, aqrar sahənin emal müəssisələrində istifadə olunan texnikanın, yol maşınlarının, meşə təsərrüfatı maşınlarının, mühərriklərin, kommunal təsərrüfatı maşınlarının, artezian quyuları avadanlıqlarının, külək mühərriklərinin, dəyirman avadanlıqlarının və s. sınaqlarını təşkil edir. Sınaqları dövlət standartlarının tələbi səviyyəsində aparmaqla kənd təsərrüfatına və başqa sahələrə aşağı keyfiyyətli, az məhsuldar və artıq xərclə başa gələn texnikaların daxil olmasının qarşısını alır və bu texnikanın tətbiqinin qadağan edilməsi barədə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırır.

Dövlət sınağından çıxmış kənd təsərrüfatı maşınlarının, traktorların və başqa texnikanın istehsalatda tətbiq olunmasına vəsiqə (şəhadətnamə) verir. Dövlət standartları sahəsində, sınaq metodikaları və digər normativ sənədlərin yaradılmasında elmi tədqiqat işlərinin aparılması üçün lazımı şərait yaradır və tematik elmi tədqiqat işlərinin aparılmasını təmin edir.

Layihə-axtarış kimyalaşdırma sahəsində.

Əkinə yararlı torpaqların əkin qatında fosfor, kalium mikroelementləri və humusun miqdarının təyin olunmasını müəyyənləşdirir və həyata keçirir. Tərəvəz, bostan bitkiləri, meyvə, üzüm, dənli və dənli paxlalılarda nitrat və nitritin miqdarının və pestisidlərin qalıq səviyyəsinin öyrənilməsini təşkil edir və bu barədə istehsalçılara rəylərin verilməsinə nəzarət edir. Nəzarət edilən sahələrdə radioaktiv vəziyyət haqqında məlumatların hazırlanmasını təşkil edir.

Dövlət, özəl, fermer kəndli və şəxsi təsərrüfatlarla müqavilə bağlayır, onların sifarişi ilə lazımı aqrokimyəvi xidmət işlərini görür, onlara elmi cəhətdən əsaslı tövsiyələr verilməsini təşkil edir.

Stansiyalara həvalə edilmiş rayon aqrokimya laboratoriyalarına elmi-metodik rəhbərlik edir, aqrokimya laboratoriyaları tərəfindən stansiyaya verilmiş torpaq nümunələrində kimyəvi analizlərin aparılmasını təşkil edir və aparılan analizlərin nəticələrinə əsasən aqrokimyəvi kartoqramlar hazırlayıb aidiyyəti aqrokimya laboratoriyalarına verilməsini həyata keçirir.

Şoran və şorakətə uğramış torpaqlarda kimyəvi analiz aparmaq məqsədi ilə nümunələr götürülməsini təşkil edir. Analizin nəticələrinə görə şoran və şorakətə uğramış torpaqlarda meliorasiya işlərinin aparılması məqsədi ilə layihə-smeta sənədlərinin hazırlanmasına və onların aidiyyəti təşkilatlara çatdırılmasına nəzarət edir.

Mineral və üzvi gübrələrin səmərəliliyini yoxlamaq məqsədi ilə respublikanın müxtəlif bölgələrində sahə və tarla təcrübəsinin aparılmasını təşkil edir.

Layihə işlərinin aparılması üçün lazım olan avadanlıq, cihaz, alət və qurğuların əldə edilməsi işini təmin etməklə, respublikada və xarici dövlətlərdə bu sahədə mövcud olan texnikanın və texnoloji proseslərin əldə edilməsi, öyrənilməsi və tətbiq edilməsini və işçilər tərəfindən onlardan səmərəli istifadə edilməsi texnologiyasının mənimsənilməsini təşkil edir.

İş şəraitinin ağır və zərərli, xüsusilə ağır və zərərli olmasını nəzərə alaraq işçilərin əmək şəraitinin təlimata uyğun təşkil edilməsinə məsuliyyət daşıyır.

Bilməlidir: xidmət və rəhbərlik etdikləri sahə üzrə qanunları, fərmanları, sərəncamları, qərarları və digər aidiyyəti normativ hüquqi aktları; öz sahələri üzrə təlimatları, tövsiyələri, metodik göstərişləri; işçilərin əmək funksiyalarını; daxili intizam qaydalarını; kollektivlə davranış qaydalarını; yeni texnika və texnologiyanın gətirilməsini, istehsalata tətbiqini, mənimsənilməsini, onlardan istifadə edilməsini; elmin son nailiyyətlərinin istehsalatda tətbiqini; əmək qanunvericiliyini və ondan düzgün istifadə edilməsi qaydalarını.

Rəhbərlik etdikləri sahələr üzrə kənd təsərrüfatının inkişaf etdirilməsini; proqnozların hazırlanmasını; bitkiçilikdə ziyanvericilərə, xəstəliklərə qarşı mübarizə aparılması qaydalarını; toxumçuluq haqqında təlimatları; toxumların rayonlaşdırılmasını, xəstəliklərə davamlılığını, məhsuldarlığını; sortların sınaq işlərinin aparılmasını, maşınların, texnikanın, mühərriklərin və avadanlıqların sınaqdan keçirilməsini; kimyəvi analizlərin aparılmasını; torpaqlardan analiz üçün nümunə götürülməsini; torpağın normativ göstəricilərini, kimyəvi tərkibini; bitkiçilik məhsullarının tərkibində kimyəvi birləşmələrin normasını və digər normativ qaydaları; yuxarı təşkilatlar və rəhbərlik tərəfindən verilən tapşırıq və göstərişlərin vaxtında icra edilməsi qaydalarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması və çirkləndirilməməsi qaydalarını.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: xidmət etdiyi sahə üzrə ali ixtisas təhsili və 5 ildən az olmayaraq əmək stajı.

Tabeliyində yerli (rayon) bölmələri olan və ya elmi tədqiqat işləri aparmaq səlahiyyəti olan respublika təyinatlı müəssisələrdə:

17-ci dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı olduqda;

18-ci dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 10 ildən az olmayaraq əmək stajı olduqda;

19-cu dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 15 ildən az olmayaraq əmək stajı olduqda.

Layihə-axtarış kimyalaşdırma müəssisələrində:

17-ci dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı olduqda;

18-ci dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 10 ildən az olmayaraq əmək stajı olduqda.

Region (rayon) müəssisələrində:

15-ci dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı olduqda;

16-cı dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 10 ildən az olmayaraq əmək stajı olduqda;

17-ci dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 15 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Laboratoriyaya rəhbərlik edir. Laboratoriyanı ixtisaslı kadrlarla təmin edir. Laboratoriyanın müasir avadanlıq, qurğu, cihaz, alətlərlə və müvafiq dərman vasitələri ilə təmin edir. Elmin və qabaqcıl təcrübənin son nailiyyətlərinin tətbiqini təmin edir. Laboratoriyanın fəaliyyəti barədə lazımı hesabat və məlumatları hazırlayıb aidiyyəti üzrə təqdim edir. Büdcə vəsaiti hesabına görülən baytarlıq tədbirlərinin və ayrılmış biopreparatların, dərman maddələrinin, dezinfeksiya vasitələrinin, cihazların və s. baytarlıq vasitələrinin uçotuna, onların işlədilməsinə nəzarət edir.

Laboratoriyanın və onun tabeçiliyində olan işçilərin fəaliyyətinə rəhbərlik edir, tabeliyində olan təşkilatların iş planlarını və işçilərin vəzifə bölgüsünü təsdiq edir, əmək funksiyasının yerinə yetirilməsində fərqlənmiş işçiləri mükafatlandırır, əmək və icra intizamını pozan işçilərə intizam tənbehi verir.

Laboratoriyaya ayrılmış kreditlərin sərəncamçısıdır. Laboratoriyada maliyyə vəsaitindən düzgün və təyinatı üzrə istifadə edilməsinə cavabdehlik daşıyır. Qanunvericiliyə uyğun olaraq pullu xidmət göstərilməsi işini təşkil edir və pullu xidmətdən daxil olan vəsaitdən təyinatı üzrə düzgün istifadə edilməsinə məsuliyyət daşıyır.

Laboratoriyanın iş prosesini təşkil etmək məqsədilə başqa müəssisələrlə müqavilələr bağlayır, toplantılarda, yığıncaqlarda, konfranslarda və digər səlahiyyətli təşkilatlarda laboratoriyanı təmsil edir. Laboratoriyada şöbələrin, bölmələrin işçiləri arasında iş planlarını və vəzifələrini müəyyənləşdirir və təsdiq edir, iş planının icrasına nəzarət etməklə onlardan vaxtaşırı hesabatları qəbul edir.

Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə və ekologiyanın qorunması qaydalarının işçilərə öyrədilməsi işini təşkil edir və onlara işçilər tərəfindən düzgün əməl olunmasına nəzarət edir.

Respublika baytarlıq laboratoriyasında.

Laboratoriyada aparılan müayinələrin və analizlərin düzgünlüyünə, cavabların vaxtında verilməsinə məsuliyyət daşıyır. Laboratoriya müayinələrinin gedişinə, laboratoriyada aparılan müvafiq elmi tədqiqat işlərinin nəticələrinə nəzarət etməklə tətbiqi barədə tövsiyələr verir.

Təsərrüfatlardan, baytarlıq idarələrindən və əhalidən daxil olan analiz materiallarından heyvan xəstəliklərinə diaqnoz qoymaq məqsədilə patanatomik, mikroskopik, bakterioloji, seroloji, biokimyəvi, toksikoloji, helmintoloji müayinələr aparır və nəticəsinin rəy, təklif və tövsiyələrlə birlikdə yerlərə çatdırılmasını təşkil edir.

Xidmət etdiyi sahədə zona baytarlıq laboratoriyalarının, diaqnostika mərkəzlərinin işinə, analizlərin düzgün aparılmasına, rəy, təklif və tövsiyələr verilməsi işlərinə nəzarət edir.

Respublika ərazisində xüsusi təhlükəli xəstəliklər baş verdikdə aparılacaq diaqnostika müayinələrini aparma qaydalarını müəyyən etməklə, müayinənin qısa vaxtda başa çatdırılmasını, xəstəliyin diaqnozunu hadisə yerində dəqiqləşdirməklə onun yayılma dərəcəsinin müəyyən edilməsi işinin təşkilinə rəhbərlik edir.

Xəstəliklərin müayinəsindən sonra alınmış nəticələri təhlil etməklə aidiyyəti üzrə məlumat hazırlayır. Respublikada mövcud olan xəstəliklərin qarşısının alınması və ləğv edilməsi üçün tədbirlər hazırlanmasında iştirak edir.

Respublikada mövcud olan baytarlıq laboratoriyalarına elmi yenilikləri çatdırmaqla metodiki göstərişlər verir, epizootik vəziyyəti öyrənib təkliflər hazırlayır, laboratoriyada ekspertizası aparılan patoloji materialları (qida məhsulu, yem, su və s.) təhlil edir. Müayinə vaxtı aşkar edilən xəstəliklərin törədicisinin və baytarlıq-sanitariya cəhətdən yararsız olan qida məhsullarını ləğv etmək və digər qüsurları aradan qaldırmaq üçün təşkilatlara təkliflər və tövsiyələr verir. Respublikaya daxil olan qida məhsullarının baytarlıq-sanitariya cəhətdən yararlı və ya yararsız olmasını laboratoriya analizləri vasitəsilə müəyyən etməklə, gömrük açılışlarında qida məhsullarından vaxtında müxtəlif nümunələrin götürülməsini, bunların sənədləşdirilməsini və dəqiq analiz edilməsini təşkil edir.

İşlərin ağır və zərərli olmasını nəzərə alaraq əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə və ekologiyanın qorunması işlərinə cavabdehlik daşıyır və bu sahədə işçilərlə daim təlimat keçir. Bu məqsədlə işçiləri lazım olan qida maddələri, xüsusi geyim və digər qoruyucu ləvazimatlarla təmin edir.

Heyvan xəstəliklərinə diaqnoz qoyulmasında zona laboratoriyalarının, rayon baytarlıq diaqnostika kabinetlərinin, süni mayalama mərkəzlərinin və digər baytarlıq müəssisələrinin rəhbərlərinə metodiki göstərişlər verməklə, heyvan xəstəliklərinin diaqnozuna, profilaktikasına və digər baytarlıq tədbirlərinə dair rəy verir.

Laboratoriyada profilaktiki və sağlamlaşdırma tədbirlərinin aparılmasında rayonların baş baytar həkimlərinin, süni mayalama mərkəzinin və baytarlıq orqanlarının təklifləri nəzərə alınmaqla görüləcək müayinə və başqa işlər barədə tədbirlər planı tərtib edir və laboratoriyanın tabe olduğu yuxarı təşkilat tərəfindən təsdiq edilməklə yerlərə çatdırılmasını təmin edir.

Zona (rayon) baytarlıq laboratoriyasında.

Laboratoriyada aparılan müayinələrin düzgünlüyünə və cavabların verilməsinə cavabdehlik daşıyır. Təmsil etdiyi zonada epizootoloji vəziyyəti öyrənib təkliflər verir.

Laboratoriyaya daxil olan patoloji materialda bakterioloji müayinələri aparmaq üçün materialdan qida mühitlərinə əkilməsini təşkil edir. Bioloji sınaq qoyur, təmiz kultura alınandan sonra onun biokimyəvi göstəricilərini yoxlayır və diaqnozu dəqiqləşdirməklə bakterioloji jurnalın doldurulması işinə nəzarət edir. Müayinə vaxtı xəstəliklərin törədicilərini müəyyən edir və aidiyyəti təşkilatlara təkliflər, tövsiyələr verir.

Xidmət etdiyi rayonlarda və ərazidə laborator diaqnostika və süni mayalama işlərini yerinə yetirir. Təsərrüfatlardan, baytarlıq müəssisələrindən və əhalidən daxil olmuş materiallardan heyvan xəstəliklərinə diaqnoz qoymaq məqsədilə patanatomik, mikroskopik, bakterioloji, seroloji, biokimyəvi, toksikoloji, helmintoloji, radioloji müayinələrin aparılmasını təşkil edir, daxil olmuş materialları müayinə etdikdən sonra nəticəsini lazımi tövsiyələrlə birlikdə yerlərə göndərir.

Fəaliyyət göstərdiyi bölgədə tabeliyində olan rayon diaqnostika kabinetlərinə və süni mayalama mərkəzlərinə metodiki cəhətdən rəhbərlik etməklə, onların işlərinin nəticələrini təhlil edir, mütləq laboratoriya müayinələrinin yerinə yetirilməsini yoxlayır, nəticə barədə baytarlıq orqanlarına məlumat verir. Heyvan xəstəliklərinin diaqnostikasına, profilaktikasına və müalicəsinə dair baytarlıq idarələrinə, yerli orqanlara, təsərrüfatın mütəxəssislərinə, əhaliyə və digər heyvandarlıq işçilərinə məsləhətlər verir.

Xidmət göstərdiyi zonada xüsusi təhlükəli xəstəliklər baş verdikdə aparılacaq diaqnostik müayinələrin xüsusiyyətini, həcmini və aparılma qaydalarını müəyyən etməklə, qısa vaxt ərzində başa çatdırılmasını təmin edir. Xəstəliyin diaqnozunu yerində dəqiqləşdirməklə onun yayılma dərəcəsinin müəyyən edilməsini təşkil edir və xəstəliklərin qarşısının alınması və ləğv edilməsinə dair tədbirlər planı hazırlanmasında bilavasitə iştirak edir, aparılan diaqnostik müayinələrin yekununu təhlil edərək rayonun baş baytar həkiminə və digər baytarlıq orqanlarına lazımı təkliflər verir, diaqnostika kabinetlərinin nəzdində fəaliyyət göstərən təsərrüfat hesablı süni mayalama mərkəzlərinin işinə metodiki rəhbərlik edir.

Təsərrüfatlarda və əhalidə olan mal-qaranın cins tərkibini yaxşılaşdırmaq, heyvanların məhsuldarlığının artırılmasının yeni metodlarının tətbiq edilməsi sahəsində əməli işlər görür. Zonada işləyən süni mayalandırma texniklərinin toxumla, maye azotla təminatım təşkil etməklə heyvandarlığa dair təşkil olunmuş tədbirlərdə iştirak edir, kənd təsərrüfatı və digər aidiyyəti təşkilatlar tərəfindən verilən sifarişlərə və bağlanmış müqavilələrə əsasən xidmətləri həyata keçirir və özəl qurumlarda damazlığın uçotunun aparılmasını təşkil edir.

Laboratoriyanın əhatəsində olan mal-qara və quşlarda aparılacaq baytarlıq tədbirlərini müəyyən edir. Qanın, patoloji materialın, yemin, suyun və digər maddələrin diaqnostik müayinəsini təşkil edir. Bu sahədə təsərrüfatda çalışan baytar mütəxəssislərinə yaxından köməklik göstərir. Diaqnostik tədqiqatların vaxtında və keyfiyyətli aparılması və eləcə də baytar tədbirlərinin düzgün həyata keçirilməsi üçün cavabdehlik daşıyır.

Xidmət etdiyi ərazidə, təsərrüfatlarda və əhalidə olan mal-qaranın diaqnozlaşdırma işini təşkil edir, heyvanların, quşların, xəz dərili heyvanların, balıqların və arı ailələrinin xəstəliklərinin laboratoriya müayinələrini aparır, xəstəliklərin profilaktikası və ləğv olunmasına yönəldilən tədbirlərin həyata keçirilməsini təmin edir.

Əhatə etdiyi bölgədə təsərrüfatın epizootik vəziyyətini müəyyənləşdirir, lazımı tədbirlər görür və aidiyyəti üzrə hesabat təqdim edir, təsərrüfatlarda və əhalidə olan quş və arı ailələrində aparılan bütün baytarlıq tədbirlərinin bilavasitə laboratoriyanın və baytar şəbəkələrinin vasitəsilə həyata keçirilməsini təşkil edir.

Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ekologiyanın qorunması qaydaları barədə lazım olan tədbirləri həyata keçirməklə bu barədə daim işçiləri təlimatlandırır və bu işlərə cavabdehdir.

Epizootiya əleyhinə quş xəstəlikləri laboratoriyasında.

Laboratoriyanın əhatə etdiyi sahələr üzrə respublika ərazisində quşlar üçün təhlükəli olan yoluxucu invazion, taun, çiçək, paratif, qambora, mikotoksikoloji, infeksion larinqotraxeit, qemofillez, koksidioz, askaridoz, asperqilyoz və s. xəstəliklərin aşkar edilib qarşısının alınması üçün xüsusi tədbirlər görür, laboratoriyaya müayinə üçün göndərilmiş materiallardan düzgün istifadəyə nəzarət edir, bu barədə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırır və bu məqsəd üçün informasiya vasitələrindən istifadə edir.

Xəstəlik müəyyən edilmiş ərazidə xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə quş məhsullarından qida məhsulları, qida sənayesində xammal kimi istifadə olunmasına qadağalar qoyur və aidiyyəti orqanlara məlumat verməklə həmin məhsulların məhv edilməsi üçün lazımı tədbirlər görür. Baytarlıq preparatlarının təlimata uyğun saxlanılmasına, sanitar-gigiyena qaydalarına əməl edilməsinə nəzarət edir və lazımı göstərişlər verir.

Quşlar arasında xəstəliyin baş verməməsi üçün təsərrüfatlarda və əhalinin şəxsi təsərrüfatlarında olan bütün quş növlərinin mövcud tövsiyələrə uyğun olaraq taun, çiçək, qambora, qemofillez xəstəliklərinə qarşı peyvənd edilməsi işini təşkil etməklə, xəstəliklərin baş verməsinə qarşı lazımı tədbirlər görür.

Quşçuluğa lazım olan dərman preparatları, baytarlıq ləvazimatları və digər vasitələrlə təmin edilməsi işlərini təşkil edir və bu sahədə olan çətinliklərin aradan qaldırılması üçün aidiyyəti təşkilatlara müraciət edir.

Göstərilən xəstəliklərin insan və heyvanlar üçün təhlükəli olmasını nəzərə alaraq əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl edilməsi üzrə laboratoriyanın işçiləri ilə təlimatı yığıncaqlar keçirməklə göstərişlər verir və ekologiyanın qorunması işinə nəzarət edir.

Xəstəliyin müəyyən edilməsi, onun müalicəsi, quşların peyvənd edilməsi, quş məhsullarının istifadəsinə qadağa qoyulması, karantinin elan edilməsi və başqa görülən tədbirləri sənədləşdirərək rəsmiləşdirir. Xəstəlik aşkar edilən təsərrüfatlarda ekspertiza təşkil edir və orada həmin xəstəliklərə qarşı müalicə-profilaktika tədbirlərinin aparılmasına dair göstərişlər verir.

Baytarlıq preparatları elm istehsalat eksperimental laboratoriyasında.

Laboratoriyada istehsal olunan dərman preparatlarının texniki sənədlərini hazırlayıb təsdiq etdirir. İstehsal üçün lazım olan dərman preparatları, xammal, tara və etiketlərin alınmasını və lazımı avadanlıqla təmin olunmasını təşkil edir. İstehsal olunan dərman preparatlarının keyfiyyətli və düzgün hazırlanmasını aidiyyəti baytarlıq elmi tədqiqat institutlarında yoxlanılmasını təşkil edir. Hazırlanmış dərman preparatlarının qablaşdırılmasını və satışmı təşkil edir. Baytarlıq müəssisələri və əhali ilə dərman preparatlarının satışı üçün müqavilələr bağlayır.

Dərman preparatlarının istehsal edilməsində respublikada və xaricdə olan mütərəqqi texnika və texnologiyanın əldə edilməsi işini təşkil edir.

Xəstəliklər müşahidə edilən rayonlarda (ərazidə) xəstəliklərin tam müalicə olunması məqsədi ilə verilmiş sifarişlər əsasında aidiyyəti dərman preparatlarının istehsalına şərait yaradır. Yeni dərman növlərinin istehsal edilməsi üçün müvafiq tədbirlər görür. Laboratoriyada olan aparat, cihaz və qurğulardan səmərəli istifadə edilməsi qaydalarını işçilərə öyrədir.

İş şəraitinin təşkilində əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydalarına tam əməl edilməsini təşkil edir. Yanğından mühafizə və ekologiyanın qorunması işlərinə nəzarət etməklə bu sahədə aidiyyəti təlimatı göstərişlər verir.

Baytarlıq-sanitariya ekspertizası sahəsində.

Heyvan mənşəli məhsulların (ət və ət məhsulları, süd və süd məhsulları, balıq və s.), başqa qida və digər kənd təsərrüfatı məhsullarının baytarlıq-sanitariya ekspertizasını aparmaqla yoluxucu xəstəliklərin qarşısının alınması üçün tədbirlər görür.

Qida məhsullarının baytarlıq-sanitariya ekspertizasını qüvvədə olan müvafiq standartlara, qaydalara və təlimatlara uyğun aparmaqla laboratoriyada ekspertizanın düzgün aparılmasına, satışa buraxılan qida məhsullarının sağlam və keyfiyyətli olmasına, həmçinin onların satışı zamanı baytarlıq-sanitariya qaydalarına əməl edilməsinə və nəzarət işinə məsuliyyət daşıyır. İnsan qidası üçün yararsız olan ət və başqa məhsulların məhv olunmasına nəzarət edir.

Qida üçün zərərsiz olan məhsullara nişan qoyur və satışına icazə verir. Ət və ət məhsullarının, quş, balıq, süd və süd məhsullarının və s. saxlanma yerlərinin sanitariya vəziyyətinə nəzarət edir, eləcə də bu məhsulların sahibləri ilə təbliğat işi aparır. Aparılmış ekspertiza işlərini təhlil edir, nəticəsi barədə hesabat və məlumat verir. Dövlət baytarlıq nəzarətini həyata keçirdiyi ərazidə yeni ərzaq pavilyonlarının, yarmarkalarının və s. yaradılması barədə məlumat verməklə obyektlərin istismara qəbulunda iştirak edir.

Heyvanlar arasında xəstəlik müəyyən edilərsə, onları müalicəyə göndərir və satışına qadağa qoyur.

Yoluxucu xəstəliklər, o cümlədən trixinellyoz, finnoz və başqa helmintozlara görə qeyri-sağlam olan məhsullar müəyyən olunarsa, baytarlıq-sanitariya tələblərinə uyğun tədbir görərək bu barədə sahibinin ünvanı göstərilməklə, aidiyyəti üzrə məlumat verir. Baytarlıq-sanitariya və ekspertizadan keçməyən, yaxud yararsız hesab edilən heyvan, balıq, quş və s. qida məhsullarının aktla çıxdaş, müsadirə və yaxud zərərsizləşdirilməsini təşkil etməklə onların satışını qadağan edir. Eyni zamanda keyfiyyətsiz və ya ekspertizadan keçməyən heyvan, balıq, quş və s. qida məhsullarının anbarda yerləşdirilməsini, yaxud anbardan satılmasını da qadağan edir. İnzibati ərazidə yerləşən ət və heyvan mənşəli qida məhsullarının ticarəti ilə məşğul olan və baytarlıq-sanitariya tələblərinə cavab verən obyektlərdə rayon (şəhər) baytarlıq idarəsi ilə bağlanmış müqaviləyə əsasən pullu baytarlıq xidmətini təşkil edir.

Müvafiq sənədlərin olub-olmamasından asılı olmayaraq, baytarlıq-sanitariya ekspertizasından keçmədən obyektə daxil olan diri heyvanların və onların cəmdəklərinin ekspertizadan keçməmiş obyektdən kənarlaşdırılmasını qadağan edir və eyni zamanda “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq vəzifəli şəxsləri və vətəndaşları obyektlərdə müvafiq qaydaları pozduqlarına görə çərimə edir.

Müəssisə qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsinə, həmçinin orada olan əşya və materialların düzgün istifadə olunmasına şəxsən cavabdehdir. Laboratoriya işçilərinin vəzifələrini və iş planlarının müəyyən edir, laboratoriyanın fəaliyyəti barədə müvafiq qaydada tabeçilik üzrə hesabat verir. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını öyrənməklə onlara əməl edir.

Bilməlidir: “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununu, bu sahədə sərəncamları, qərarları, təlimatlan, tövsiyələri, metodiki göstərişləri; müayinə və analiz üçün qaydaları; patoloji materialların götürülməsi və onların analizə hazırlanması qaydalarını, əkilməsini; bakterioloji müayinənin və analizin aparılmasını, biokimyəvi göstəricilərini; xəstəliklərin növlər üzrə yayılma şəraitini, keçiciliyini, müalicəsinin aparılmasını; dərman maddələrinin tərkibini, istehsalını, işlədilmə qaydasını, metodikasını və qablaşdırılmasını, dərman maddələrinin tərkibi və işlədilmə qaydası haqqında lazımı məlumatların vətəndaşlara yazılı çatdırılmasını; laboratoriyanın təchizatını, avadanlıq, cihaz və qurğularla təmin edilməsini; təsərrüfat-maliyyə fəaliyyətini, kadrlarla təminatı, kollektivə rəhbərlik metod və qaydalarını; elmin, texnikanın son nailiyyətlərini və qabaqcıl təcrübənin tətbiq edilməsini.

Ekspertiza sahəsində çalışdıqda laboratoriyanın əsasnaməsini və bu sahədə təlimatları, tövsiyələri, metodiki göstərişləri; ekspertiza qaydalarını; müayinələrin aparılmasını; qadağaların qoyulmasını; sağlamlaşdırma tələblərini; baytarlıq-sanitariya qaydalarını; diaqnostika metodlarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: xidmət etdiyi sahə üzrə ali ixtisas təhsili və 5 ildən az olmayaraq əmək stajı.

Respublika baytarlıq laboratoriyasında:

17-ci dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı olduqda;

18-ci dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 10 ildən az olmayaraq əmək stajı olduqda;

19-cu dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 15 ildən az olmayaraq əmək stajı olduqda.

Digər baytarlıq laboratoriyalarında:

16-cı dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı olduqda;

17-ci dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 10 ildən az olmayaraq əmək stajı olduqda;

18-ci dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 15 ildən az olmayaraq əmək stajı olduqda.

Baytarlıq sanitar ekspertizası sahəsində:

15-ci dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı olduqda;

16-cı dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 10 ildən az olmayaraq əmək stajı olduqda;

17-ci dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 15 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Baytarlıq sahəsində mövcud qanunu, ekspedisiya işinə dair qərarları, təlimatı, tövsiyələri, göstərişləri işçilərə çatdırmaqla onların görəcəyi işlər barədə təlimatı göstərişlər verir, işçilərin hazırlığına köməklik göstərir və onların yerlərə ezam edilməsi işini təşkil edir.

Ekspedisiyada əmək intizamına, əməyin mühafizəsinə və texniki təhlükəsizliyə daima nəzarət etməklə bu işləri həmişə diqqət mərkəzində saxlayır. Müəssisədə maliyyə vəsaitindən və digər materiallardan istifadə edilməsinə nəzarət edir, elmin, texnikanın, qabaqcıl təcrübənin son nailiyyətlərinin tətbiqini, kadrların seçilib yerləşdirilməsini, avadanlıq, cihaz, inventar və alətlərlə təmin edilməsini təşkil edir. İşçilərin, yaxşı işə görə həvəsləndirilməsi və aşağı keyfiyyətli işə, əmək intizamını pozmasına görə tənbeh edilməsi sahəsində tədbirlər görür. Ekspedisiyanın bütün maliyyə-təsərrüfat fəaliyyətinə və əmlakına cavabdehlik daşıyır.

Brusellyoz və vərəmə qarşı ekspedisiya sahəsində.

Respublika ərazisində heyvanlar arasında brusellyoz və vərəm xəstəliklərinin aşkara çıxarılması, xəstə heyvanların ət kəsimi yerlərinə verilməsinin qarşısını almaq üçün aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqla, karantin qaydalarının tətbiqi barədə təkliflər verir, xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə tədbirlər görür.

Brusellyoz və vərəm xəstəliklərinə görə qeyri-sağlam məntəqələrdə kompleks sağlamlaşdırma tədbirlərinin aparılmasını təşkil edir və ona əməli köməklik göstərməklə nəzarət edir. Yeni yaradılmış təsərrüfat qurumlarında mal-qara arasında brusellyoz və vərəm xəstəliklərinin epizootik vəziyyətini araşdırıb həmin xəstəliklərə qarşı müayinələrin aparılmasına nəzarət edir.

Mal-qaranın bu xəstəliklərə tutulmaması və ona qarşı davamlı olması məqsədi ilə vaksinlərinin əldə edilməsi, iri buynuzlu heyvanlarda şt-82, davarlarda rev-1 vaksinləri ilə peyvənd aparılması işinə rəhbərlik edir.

Heyvandarlıq məhsulları vasitəsi ilə brusellyoz xəstəliyinin insanlara yoluxmasını nəzərə alaraq heyvandarlıq məhsullarından qida maddəsi kimi neçə istifadə edilməsi barədə olan təlimat və göstərişləri əhalinin nəzərinə çatdırır, media məhsullarından da istifadə edir və digər yollarla əhalinin sağlamlığının qorunması üçün tədbirlər görür.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin işçiləri ilə birgə brusellyozun çox yayılan və buna yoluxma halları baş verən rayonlarda insanlardan və heyvanlarından qan götürülərək aidiyyəti laboratoriyalarda brusellyoza qarşı seroloji müayinə etdirir.

Brusellyoz və vərəm xəstəliklərini əmələ gətirən səbəbləri təhlil edib aydınlaşdırmaqla, tam sağlamlaşdırma işi başa çatanadək laboratoriya analizlərini təşkil edir. Analizlərin nəticəsi ilə əlaqədar tam sağlamlaşdırma tədbirlərini hazırlayıb aidiyyəti təşkilatlara (yerlərə, müəssisələrə, şəxslərə və s.) məlumat verir. Təsərrüfatlarda və əhalidə olan mal-qaranın müayinə edilib sağlamlaşdırılması və bu məqsəd üçün müvafiq tədbirlər görülməsi işlərini həyata keçirir.

Brusellyoz və vərəm xəstəliklərinin təhlükəli olmasını və insanların da bu xəstəliklərə tutula bilməsinin qarşısını almaq məqsədi ilə xəstəliklərlə mübarizə aparılarkən əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydaları barədə geniş metodiki izahat işləri aparır, işçilərin bu işlərlə mübarizə aparmağa daim hazır olmalarını təşkil edir.

Epizootiya əleyhinə respublika ekspedisiyası sahəsində.

Əhatə etdiyi sahələr üzrə respublika ərazisində insan və heyvanlar üçün təhlükəli olan yoluxucu, invazion, xüsusi təhlükəli zoonoz, qarayara, quduzluq, dabaq, leptospirioz və digər xəstəliklərin aşkar edilib qarşısının alınması üçün tədbirlər görür, bu barədə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırır və bu məqsəd üçün informasiya vasitələrindən istifadə edir.

Xəstəlik müəyyən edilmiş ərazidə xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə təlimata uyğun heyvan mənşəli məhsullardan qida məhsulu, kimya və emal sənayesində xammal kimi istifadə olunmasına qadağalar qoyur və aidiyyəti orqanlara məlumat verməklə həmin məhsulların məhv edilməsi üçün lazımı tədbirlər görür,

Heyvandarlıq məhsulları, mal-qara üçün yem istehsalı, emalı və satışı müəssisələrində, bazarlarda və emal müəssisələrində, xaricdən respublikaya gətirilən heyvan mənşəli qida məhsulları satan və başqa aidiyyəti təşkilatlarda təlimata uyğun baxış keçirilməsi işini təşkil edir, nöqsan və çatışmazlıq müəyyənləşdirildikdə müvafiq tədbirlər görməklə bu barədə aidiyyəti orqanlara məlumat verir. Baytarlıq vasitələrinin saxlanması və satışı məntəqələrində sanitar-gigiyena qaydalarına əməl edilməsi vəziyyətini araşdırır, nəticəsi haqda müvafiq tədbirlər görür və lazımı göstərişlər verir.

Heyvanlar və quşlar arasında xəstəliyin baş verməməsi üçün təsərrüfatlarda və əhalidə olan bütün heyvan növlərinin mövcud tövsiyələrə uyğun olaraq qarayaraya qarşı vaxtaşırı STİ vaksini ilə peyvənd edilməsi işini təşkil edir, quduzluq xəstəliyini yaya biləcək sahibsiz itlərin məhv edilməsi barədə müvafiq tədbirlər görülməsi üçün aidiyyəti idarə və təşkilatlar qarşısında məsələ qaldırır.

Lazım olan dərman preparatları, vaksinlər, baytarlıq ləvazimatları və digər yoluxucu vasitələrlə işçilərin təmin edilməsi işlərini təşkil edir və bu sahədə olan çətinliklərin aradan qaldırılması üçün aidiyyəti təşkilatlara müraciət edir.

İnsanlar arasında xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə respublikanın gigiyena və epidemiologiya təşkilatlarının işçiləri ilə birlikdə xəstəlik müəyyən edilmiş rayonlarda insanların müayinədən keçirilməsi, onların tam sağlamlaşdırılması üçün təxirəsalınmaz tədbirlər görməklə karantin tədbirləri müəyyən edir və aidiyyəti təşkilatlara məlumatlar verir.

Heyvanların çox təhlükəli taun xəstəliyindən qorunması məqsədilə sərhəd məntəqələrindən keçirilib gətirilən heyvanların xəstəliyinin təlimat əsasında dəqiq yoxlanılmasını və sərhəd rayonlarında olan qaramalın tauna qarşı vaksinlə peyvənd edilməsi işini təşkil etməklə bu işlərin başa çatdırılmasında yerli idarəetmə orqanlarının köməyindən istifadə edir.

Yuxarı təşkilatların göstərişləri və daxil olan məlumatlar əsasında yerlərdə insan və heyvanlar üçün xüsusi təhlükəli olan yoluxucu xəstəliklərə qarşı profilaktiki və baytarlıq-sanitariya tədbirlərinin görülməsi vəziyyətinin qənaətbəxş olmasını araşdırıb, aidiyyəti idarəetmə orqanlarına məlumat verməklə müvafiq tədbirlər görür.

Göstərilən xəstəliklərin insan və heyvanlar üçün xüsusi təhlükəli olmasını nəzərə alaraq ekspedisiyanın işçiləri ilə birlikdə daim bu işlərlə əlaqədar olan insanlara təlimatı göstərişlər, tövsiyələr verilməsi işini təşkil edir. Xəstəliyin təhlükəli və yoluxucu olmasını nəzərə alaraq işçilərin xüsusi geyim, qoruyucu vasitələr, xüsusi qida maddələri ilə təmin olunmasını təşkil etməklə, əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması üzrə əməli tədbirlər həyata keçirir.

Xəstəliyin müəyyən edilməsi, onun müalicəsi, peyvənd edilməsi, məhsulların istifadəsinə qadağa qoyulması, karantinin elan edilməsi və başqa görülən işləri rəsmiləşdirir.

Bilməlidir: “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununu; bu sahədə olan fərmanları, sərəncamları, qərarları, təlimatları, tövsiyələri, metodiki göstərişləri; brusellyoz və vərəmin, epizootik xəstəliklərin əmələ gəlməsi şəraitini, inkişaf etməsini, yoluxmasını, onun qarşısının alınmasını, müalicəsini, əvvəlcədən peyvənd edilməsini; xəstəliklərə qarşı müayinələrin aparılması qaydalarını; peyvənd edilməsi üçün lazım olan biopreparat və dərman maddələrini; baytarlıq ləvazimatlarını; xəstəliklərin müalicə olunması və tam sağlamlaşdırılması qaydalarını; heyvandarlıq məhsullarından qida məhsulları kimi istifadə edilməsinə qadağa qoyulmasını və onların ləğv edilməsi qaydalarını; xəstəliklərin yayılması dövrünü, şəraitini və yoluxma metodlarını; idarəçilik sahəsində mövcud olan qaydaları; maliyyə vəsaitindən istifadə edilməsini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: xidmət etdiyi sahə üzrə ali ixtisas təhsili və 5 ildən az olmayaraq əmək stajı.

17-ci dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı olduqda;

18-ci dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 10 ildən az olmayaraq əmək stajı olduqda;

19-cu dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 15 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Baytarlıq sahəsində mövcud qanunu, ekspedisiya işinə dair qərarları, təlimatı, tövsiyələri, göstərişləri işçilərə çatdırmaqla onların görəcəyi işlər barədə təlimatı göstərişlər verir, işçilərin hazırlığına köməklik göstərir və onların yerlərə ezam edilməsi işini təşkil edir.

İdarədə əmək intizamına, əməyin mühafizəsinə və texniki təhlükəsizliyə daim nəzarət etməklə bu işləri həmişə diqqət mərkəzində saxlayır. İdarədə maliyyə vəsaitindən və digər materiallardan istifadə edilməsinə nəzarət edir, elm və texnikanın, qabaqcıl təcrübənin son nailiyyətlərinin tətbiqini, kadrların seçilib yerləşdirilməsini, avadanlıq, cihaz, inventar və alətlərlə təmin edilməsini təşkil edir. İşçilərin, yaxşı işə görə həvəsləndirilməsi və aşağı keyfiyyətli işə, əmək intizamını pozmasına görə tənbeh edilməsi sahəsində tədbirlər görür, idarənin bütün maliyyə-təsərrüfat fəaliyyətinə və əmlakına cavabdehlik daşıyır.

Dəmir yol nəqliyyatında daşımalar zamanı heyvanların yoluxucu xəstəliklərlə yoluxmasının və xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə baytarlıq tədbirlərini təşkil edir və aparır, nəqliyyatda baytar-sanitar sahələrinin və sərhəd baytar nəzarəti məntəqələrinin fəaliyyətinə rəhbərlik edir. Heyvanların dəmir yolu nəqliyyatında daşınması zamanı baytar-sanitar və zoogigiyenik qaydalara əməl olunması üçün tədbirlər görməklə dəmir yolu nəqliyyatında baytar-sanitar sağlamlığının təmin edilməsinə nəzarət edir.

Heyvanların, heyvan mənşəli məhsulların və xammalın daşınması zamanı baytar-sanitar qaydalarına əməl edilməsi, həmçinin dərəcəli vaqonların üç dərəcə üzrə yuyulma və dezinfeksiyaya göndərilməsi qaydası barəsində göstərişlər verir. Dəmir yolu zonasında və onun yaxınlığında heyvanlar arasında yoluxucu xəstəliklər müşahidə edildikdə müvafiq qanuna əsasən dəmir yolu idarəsinə heyvan, heyvandarlıq məhsulları və xammalı yüklənən stansiyaların bağlanması və karantin müddəti qurtardıqdan sonra açılması barədə təqdimatlar verir, dəmir yolu stansiyalarında tikintiyə və təmirə, heyvan saxlama platformalarında, heyvanların su içmə məntəqələrində, dezinfeksiya-yuma stansiyalarında və məntəqələrində, vaqonların yuyulma məntəqələrində, ölmüş heyvanların cəsədlərinin götürülməsi məntəqələrində heyvandarlıq yüklərinin daşınması ilə əlaqədar olan məsələlər barəsində rəy və təkliflər verir, həmçinin dəmir yolu baytar-sanitar nəzarəti müəssisələrinin baytarlıq ləvazimatları ilə təmin edilməsini təşkil edir.

Qəbul edilmiş qaydada tabeliyində olan baytar-sanitar sahələrinin və sərhəd baytar nəzarəti məntəqələrinin işinə rəhbərlik etməklə, onların iş planlarını və vəzifə bölgülərini təsdiq edir və vaxtında hesabatlarını qəbul edib lazımı tapşırıqlar verir.

Əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitar-gigiyena qaydalarına əməl olunması sahəsində işçilərin təlimatlandırılmasına daim nəzarət edir və bu məqsəd üçün lazım olan xüsusi geyim, qida maddələri və başqa ləvazimatlarla təminat işini təşkil edir. İnsan və heyvanlar üçün ümumi olan yoluxucu xəstəliklərdən əhalini qorumaq məqsədilə lazım olan tədbirləri həyata keçirir.

Bilməlidir: “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununu; bu sahədə olan fərmanları, sərəncamları, qərarları, təlimatları, tövsiyələri, metodiki göstərişləri; heyvandarlıq məhsullarından qida məhsulları kimi istifadə edilməsinə qadağa qoyulmasını və onların ləğv edilməsi qaydalarını; xəstəliklərin yayılması dövrünü, şəraitini və yoluxma metodlarını; dəmir yolu baytarlıq xidmətinin əsas vəzifə və funksiyalarını; aparılan baytar-sanitar tədbirlərini, qaydalarını və üsullarını; idarəçilik sahəsində mövcud olan qaydaları; maliyyə vəsaitindən istifadə edilməsini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: xidmət etdiyi sahə üzrə ali ixtisas təhsili və 5 ildən az olmayaraq əmək stajı.

17-ci dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı olduqda;

18-ci dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 10 ildən az olmayaraq əmək stajı olduqda;

19-cu dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 15 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini, baytar-sanitar qaydalarını, habelə heyvan xəstəlikləri ilə mübarizə üzrə təlimatların yerinə yetirilməsinə yönəldilən tədbirləri təşkil edir və həyata keçirir.

Heyvanların (xəz dərili heyvanların, quşların, balıqların, arıların və digər) xəstəliklərinin profilaktikası və ləğvi üzrə baytarlıq tədbirlərini həyata keçirir.

Təsərrüfatlarda sanitar-zoogigiyenik rejimin tətbiqini təşkil edir, heyvanların düzgün yemlənməsinə, heyvandarlıq (quşçuluq, balıqçılıq və arıçılıq) təsərrüfatlarının, habelə xəz dərili heyvanlar yetişdirən təsərrüfatlara və əhaliyə yüksək baytar-sanitar mədəniyyəti aşılanmasına köməklik göstərir.

Təsərrüfatların və yaşayış məntəqələrinin baytar-sanitar vəziyyətini daim öyrənir, profilaktiki tədbirləri, o cümlədən yoluxucu olmayan xəstəliklərlə mübarizə işini planlaşdırır, yoluxucu xəstəliklərə görə qeyri-sağlam rayonlar, təsərrüfatlar və yaşayış məntəqələri üzrə aidiyyəti təşkilatlarla birlikdə perspektiv və illik kompleks sağlamlaşdırma tədbirləri hazırlayır və onların həyata keçirilməsini təşkil edir. Karantin qoyulması və sağlamlaşdırma işləri başa çatdıqdan sonra karantinin ləğv edilməsi barədə təkliflər verir. İdarənin rəisi eyni zamanda rayonun baş baytar həkimidir və bu haqda olan ayrıca əsasnamə üzrə işini təşkil edir. İdarədə səlahiyyətlərinə dair vəzifələrin yerinə yetirilməsini və idarənin əmlakının saxlanılmasını təmin edir və bu işə məsuliyyət daşıyır.

Heyvan xəstəlikləri baş verən zaman infeksiya mənbəyini tez ləğv etmək məqsədi ilə karantin və digər baytar-sanitar tədbirlərini təşkil edir və həyata keçirir.

Əhalini insan və heyvanlar üçün ümumi olan xəstəliklərdən qorumaq məqsədilə tibbi-sanitar müəssisələrlə birgə tədbirlər hazırlayır və həyata keçirir. “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bütün kateqoriyalardan olan ictimai və şəxsi təsərrüfatlarda pullu baytarlıq xidmətini təşkil edir və idarədə həmin xidmətin fondunu yaradır. Baytar sahə müalicə-xanalarının, baytar sahələrinin (məntəqələrin), digər təsərrüfat və müəssisələrin baytar mütəxəssislərinin işinə rəhbərlik edir.

Südün və digər heyvandarlıq məhsullarının sanitar cəhətdən keyfiyyətinin yüksəldilməsinə yönəldilən baytar-sanitar və digər tədbirlərin yerinə yetirilməsini təşkil edir. Heyvanların ölüm səbəbləri haqqında rəy verir.

Baytarlıq sahəsində təlimatlarla işçilərin və əhalinin maarifləndirilməsini təşkil edir.

Büdcə hesabına görülmüş baytarlıq tədbirlərinin və ayrılmış biopreparatların, dərman maddələrinin, dezinfeksiya vasitələrinin, cihazların və s. baytarlıq vəsaitlərin uçotuna, onların işlədilməsinə nəzarət edir.

İdarənin təsərrüfat-maliyyə fəaliyyətinə, ixtisaslı kadrlarla təmin olunmasına, kadrların seçilib yerləşdirilməsinə, müasir avadanlıq, qurğu, cihaz, alətlərlə və müvafiq dərman vasitələri ilə təminatına cavabdehdir, elmin və qabaqcıl təcrübənin son nailiyyətlərinin tətbiqini təşkil etməklə müəssisəsinin fəaliyyəti barədə lazımı hesabat və məlumatları hazırlayıb aidiyyəti üzrə təqdim edir.

İdarəyə ayrılmış kreditlərin sərəncamçısıdır. Tabeçiliyində olan işçilərin fəaliyyətinə rəhbərlik edir, idarənin və onun tabeliyində olan təşkilatların daxili iş qaydasını və işçilərin vəzifə bölgüsünü təsdiq edir. Əmək funksiyasının yerinə yetirilməsində fərqlənmiş işçiləri mükafatlandırır, əmək və icra intizamını pozan işçilərə isə intizam tənbehi verir. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə və ekologiyanın qorunması üzrə qaydaları işçilərə öyrətməklə bunlara düzgün əməl olunmasına nəzarət edir.

Bilməlidir: “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununu, bu sahədə fərmanları, sərəncamları, qərarları, təlimatları, tövsiyələri və metodik göstərişləri; baytarlıq idarəsinin əsas vəzifə və funksiyalarını; baytarlıq xidmətinin təkmilləşdirilməsi barədə qərar və sərəncamları; bu sahədə qabaqcıl təcrübəni; elmin son nailiyyətlərini; baytarlıq obyektlərində və heyvandarlıq müəssisələrində baytar-sanitar tədbirlərinin aparılması qaydalarını və üsullarını; idarəçilik sahəsində mövcud olan qaydaları; maliyyə vəsaitindən düzgün istifadə edilməsini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: baytarlıq üzrə ali ixtisas təhsili və 5 ildən az olmayaraq əmək stajı.

17-ci dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı olduqda;

18-ci dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 10 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Baytarlıq-sanitariya qaydalarının pozulması hallarının aradan qaldırılması məqsədilə təkliflər verir, müəssisə və təşkilatlarda heyvanların epizootik vəziyyətini aydınlaşdıran təşkilatdan baytar-sanitar vəziyyəti əks etdirən sənədləri, yoluxucu xəstəliklərin profilaktikası və ləğvini təmin edən tədbirlərin aparılmasını təşkil edir, xəstə heyvanların çıxdaş və ya ləğv edilməsi haqda rəy verir, müəyyən edilmiş qaydada baytarlıq şəhadətnaməsi və baytarlıq arayışı verir.

Baytar-sanitar qaydalarına uyğun gəlməyən yerlərdə heyvan və heyvandarlıq məhsullarının satışını, habelə heyvan mənşəli xammal və məhsulların istifadəsini, tədarükünü, saxlanılmasını və daşınmasını qadağan edir, rayonun təsərrüfatları üzrə epizootiya üzrə tədbirlər planlarını tərtib edərək yerlərə göndərir, epizootik vəziyyət haqqında jurnalı aparır, heyvanlarda yoluxucu xəstəliklərin baş verməsi və yayılmasının qarşısını almaq məqsədilə tədbirlər görür. Xəstəliklərin mövcud olduğu yerlərdə karantin qoyulması və sağlamlaşdırma işləri başa çatdıqdan sonra karantinin götürülməsi barədə təkliflər verir.

İdarənin iş fəaliyyətinə, təsərrüfat-maliyyə fəaliyyətinə, işçilərin vəzifə bölgüsünə, iş planlarının hazırlanmasına, kadrların seçilib yerləşdirilməsinə və digər fəaliyyətinə cavabdehdir.

Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarına düzgün əməl edilməsinə nəzarət edir.

Bilməlidir: “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununu; baytarlıq sahəsində fərmanları, sərəncamları, qərarları, təlimatları; epizootoloq baytar həkiminin hüquq və vəzifələrini; baytarlıq xidmətinin təkmilləşdirilməsi barədə qərar və sərəncamları; baytarlıqda elmin son nailiyyətlərini və qabaqcıl təcrübəni; xəstəliklərin baş vermə səbəblərini, onların müayinəsini, analizlərin götürülməsini, aparılmasını; müalicə qaydalarını: baytarlıq xidmətini, karantin qoyulması və götürülməsini; alət və avadanlıqlardan istifadə edilməsini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: baytarlıq üzrə ali ixtisas təhsili və bu sahədə 5 ildən az olmayaraq əmək stajı.

Baytarlıq idarəsinin rəis müavini-baş epizootoloğun aylıq vəzifə maaşı idarə rəisinin aylıq vəzifə maaşından 10-20 faiz aşağı məbləğdə müəyyən olunur.

Əmək funksiyası. Müəssisənin təsərrüfat maliyyə fəaliyyətinə, xərc smetasının və ştat cədvəlinin hazırlanmasına, vəsaitin aidiyyəti üzrə xərclənməsinə, uçotun aparılmasına, kadrların seçilib yerləşdirilməsinə, qabaqcıl təcrübənin və texnologiyanın tətbiqinə və poliqonun əsasnaməsində nəzərdə tutulmuş bütün iş fəaliyyətinə rəhbərlik etməklə işlərin icrasının təşkilini həyata keçirir.

Rəhbərlik etdiyi məntəqənin işini bitki karantini və fitosanitar nəzarəti sahəsində qəbul olunmuş qanuna, sərəncama, qərara, əsasnaməyə, qaydalara müvafiq təşkil etməklə məntəqənin bütün işlərinə rəhbərlik edir. Xidmət göstərdiyi ərazidə bitki karantini xidmətinin həyata keçirilməsini təşkil edir. Karantin obyekti aşkar olunduqda müvafiq qaydada həmin əraziyə karantin qoyulması barədə qərar qəbul edilməsi üçün təqdimat verir.

Karantin elan olunmuş ərazidə fəaliyyət göstərən bitki mühafizəsi stansiyasının mütəxəssisləri ilə karantin obyektinin məhv edilməsi üçün mübarizə tədbirlərinin hazırlanmasını və həyata keçirilməsini təşkil edir. Müəyyən edilmiş karantin tədbirləri aparıldıqdan, karantin obyektinin mənbəyi tamamilə ləğv edildikdən sonra karantin qoyulması barədə qərar qəbul edən orqanlara karantinin götürülməsi barədə məlumat hazırlayır.

Bitki karantini sahəsində Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, sazişlərin və konvensiyaların tələblərinin həyata keçirilməsinə nəzarət edir. Bitki karantini sahəsində qanunvericiliyin pozulmasına görə hüquqi və fiziki şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada intizam, mülki, inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi barədə məsələ qaldırır.

Sərhəddə fəaliyyət göstərən xidmətlərlə əlaqələr yaradır. Respublikanın sərhədlərində ixrac və idxal edilən, eləcə də tranzit daşınan bitki, bitki mənşəli məhsulların və karantin orqanizmlərin digər daşıyıcılarının fitosanitar tələblər baxımından yoxlanmasını təşkil edir.

İdxal, ixrac və tranzit olunan bitki, bitki mənşəli məhsulların və karantin orqanizmlərinin daşıyıcısı olan digər məhsullarda və yaxud qonşu ölkənin sərhədyanı ərazisində karantin obyektləri aşkar edildikdə, bu barədə icra hakimiyyəti orqanlarına, sərhəd qoşunlarının nümayəndəsinə məlumat verməklə müəyyən edilmiş qaydada sərhədlərin bağlanması, karantin nəzarətində olan yüklərin daşınması və vətəndaşların sərhədi keçməsinin qadağan olunması haqqında vəsatət qaldırır.

Qüvvədə olan qanunvericiliyə əsasən fitosanitar, karantin qaydalarının və qanunun pozulması halları müəyyənləşdirildikdə müvafiq qaydaya əsasən materialları hüquq mühafizə orqanlarına göndərir.

Xarici ölkələrdən respublikaya daxil olan gəmilərin, qatarların, təyyarələrin, avtomaşınların, baqajların, poçt göndərişlərinin qəbulu üçün yaradılmış komissiyanın tərkibinə daxil olaraq yüklərin qəbulunda müfəttişlərin iştirakını təmin edir. Xarici vətəndaşları respublikamızda qəbul olunmuş bitki karantini qanun və qaydaları ilə tanış edir.

Məntəqənin maddi-texniki təchizatı barədə rəhbərlik qarşısında məsələ qaldırır, əhali arasında bitki karantini sahəsində qaydaların təbliğini təşkil edir. Məntəqənin hesabatlarını və xidmət göstərdiyi rayonların fitosanitar karantin vəziyyəti barədə məlumatı yuxarı təşkilata təqdim edir. Bitki karantini xidməti və digər xüsusi xidmətlərdən əldə olunan vəsaitin təyinatı üzrə köçürülməsini təmin edir.

Əmək funksiyalarım layiqincə yerinə yetirən işçilərin mükafatlandırılması, əmək və icra intizamını pozan işçilərə intizam tənbehinin verilməsi üçün rəhbərliyə təqdimatlar verir.

Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarının icrasını təmin edir.

Pestisid poliqonu sahəsində.

Kənd təsərrüfatında istifadəyə yararsız və istifadəsi qadağan olmuş pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin qalıqlarının, onların birləşmələrinin, qablarının zərərsizləşdirilməsi və məhv edilməsi işini təşkil edir.

Pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin qalıqlarının, onların birləşmələrinin və qablarının istehsalatda yararsızlığının müəyyənləşdirilməsi məqsədilə monitorinqlər təşkil etməklə bu sahədə keçirilən tədbirlərdə iştirak edir.

Monitorinqin və laboratoriya analizlərinin nəticəsində aidiyyəti mütəxəssislərin rəylərinə əsasən istifadəyə yararsızlığı tam təsdiq olunmuş pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin qalıqlarının, onların birləşmələrinin və qablarının qanunla, təlimatla müəyyən edilmiş xüsusi quyuda ya da bunkerlərdə basdırılmasını və onların mühafizə edilməsi işini təşkil etməklə onların məhv edilməsinə və müəyyən olunmuş ərazidən kənara çıxarılmamasına məsuliyyət daşıyır.

Poliqona daxil olmuş istifadəyə yararsız pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin qalıqlarının, onların birləşmələrinin, qablarının xüsusi (möhürlənmiş, səhifələnmiş, surğuclanmış) kitablarda uçotunun aparılması və vaxtaşırı yuxarı təşkilata hesabat verilməsi işini təşkil edir.

İşin xüsusiyyətini, ağırlığını, bütün canlı aləmə, bitki örtüyünə, torpağa və insan orqanizminə xüsusi təhlükəli və xüsusi zərərli olmasını nəzərə alaraq istifadəyə yararsız pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin qalıqlarının, onların birləşmələrinin, qablarının törədə biləcəyi fəsadlar barədə daim təlimatlar, tövsiyələr hazırlayaraq onların insanlara çatdırılmasını (həm də medianın köməyi ilə) təmin edir.

Poliqonun işinin insan orqanizminə, xüsusi zərərli olmasını nəzərə alaraq orada çalışan işçiləri xüsusi geyim, qida maddələri və digər qoruyucu ləvazimatlarla təmin edir və əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydaları ilə təlimatlandırır.

Bilməlidir: “Fitosanitar nəzarəti haqqında”Azərbaycan Respublikasının Qanununu, bu sahədə olan fərman, sərəncam, qərar və təlimatları, metodik göstərişləri, tövsiyələri; beynəlxalq sazişləri, konvensiyaları, müqavilələri, onlardan istifadəni; Azərbaycan Respublikası üçün karantin sayılan və məhdud dairədə yayılan orqanizmlərin siyahısını; respublikada dövlət qeydiyyatına alınan və istifadəsinə icazəsi olan pestisidlərin siyahısını; poliqonda vaxtı keçmiş və istifadəyə yararsız pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin qalıqlarının, onların birləşmələrinin, qablarının basdırılması və məhv edilməsi üçün bunkerlərin hazırlanması qaydalarını; bitki karantini və poliqon haqqında əsasnaməni, qaydaları; müvafiq karantin obyektlərinə dair təlimatları, tövsiyələri; inzibati hüquqpozmalar haqqında qanunvericiliyi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: xidmət etdiyi sahə üzrə ali ixtisas təhsili və 5 ildən az olmayaraq əmək stajı.

16-cı dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı olduqda;

17-ci dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 10 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Xidmət etdiyi ərazidə baytarlıq nəzarəti işlərini həyata keçirir, hüquqi və fiziki şəxslərə məxsus heyvandarlıq obyektlərində baytarlıq-sanitariya tədbirlərini həyata keçirməklə, xəstəliklər müəyyən edildikdə onların aradan qaldırılması üçün müvafiq tədbirlər görür, epizootiya və baytarlıq-sanitariya vəziyyətini öyrənmək məqsədi ilə lazımi məlumatlar toplayır və heyvanların yoluxucu xəstəliklərinin qarşısının alınmasını və ləğvini təmin edən tədbirləri həyata keçirir.

Müəyyən edilmiş qaydada baytarlıq şəhadətnaməsi (forma №1), arayışları və məhsuldar olmayan heyvanlar (it, pişik və s.) üçün pasport tərtib edir. Ərazidəki sahibsiz heyvanların zərərsizləşdirilməsi üçün aidiyyəti təşkilata məlumat verir və xəstəlik müəyyən edildiyi hallarda heyvanların bir təsərrüfatdan digər təsərrüfata satılmasını qadağan edir və aidiyyəti təşkilata məlumat verir.

Xidmət etdiyi ərazidə baytarlıq nəzarətini həyata keçirərkən:

- hüquqi və fiziki şəxslərə məxsus heyvandarlıq təsərrüfatları heyvanlarının baytarlıq-sanitariya vəziyyətinə uyğun olaraq xəstəliklərə yoluxma hallarını sənədləşdirib müvafiq idarəetmə orqanları qarşısında məsələ qaldırır;

- təsərrüfatlarda heyvanlar arasında infeksion zoonoz xəstəliklər baş verdiyi halda xəstəliyin təlimatına uyğun olaraq karantin və digər baytarlıq-sanitariya tədbirlərini həyata keçirir və yuxarı təşkilata məlumat verir və baytarlıq-sanitariya qaydalarını pozan vəzifəli şəxslərin və vətəndaşların vəzifə məsuliyyətləri barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq qaydada tədbirlər görür;

- işçilərinin iştirakı ilə diaqnostika işlərini təşkil edir, həmçinin təsərrüfatda heyvanların yemlənməsi üçün istifadə edilən yem, su və digər zoogigiyenik vəziyyətə nəzarət edir, heyvanların ambulator və stasionar müalicə işini təşkil edir, həmçinin məhsuldarlığın artırılması üçün məsləhətlər verir;

- təsərrüfatlarda cari və profilaktiki dezinfeksiya işlərini təşkil edir, heyvan mənşəli məhsulların saxlanılmasına, daşınmasına nəzarət edir və heyvanların ölüm səbəblərini araşdırır, rəy verir və qarşısını almaq üçün müvafiq təkliflər hazırlayır, əhali və təsərrüfat işçiləri arasında baytarlıq işini təbliğ edir;

- insanlar üçün qorxulu infeksion yoluxucu xəstəliklərin qarşısını almaq və əhalinin sağlamlığını qorumaq məqsədilə gigiyena və sanitariya epidemiologiya mərkəzinin əməkdaşları ilə birgə xidməti ərazidə epizootiya əleyhinə müalicə-profilaktika tədbirlərinin aparılmasını pozan və bu sahədə nöqsanlara yol verən vəzifəli şəxslər və vətəndaşlar barədə qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi üçün məsələ qaldırır.

Müalicəxananın əsasnaməsinə uyğun olaraq vəzifələrin yerinə yetirilməsinə və həmçinin cihaz, avadanlıq və materialların qorunub saxlanılmasına cavabdehdir. Xidmət etdiyi ərazidə epizootik vəziyyəti təhlil edir, epizootiya üzrə planı tərtib edir və təsdiq üçün tabe olduğu yuxarı təşkilata təqdim edir və müalicə profilaktiki tədbirlərin səmərəli aparılmasına məsuliyyət daşıyır. Baytarlıq müalicəxanası xidmət etdiyi ərazidə heyvanların xəstələnməsi və tələfatı haqqında tabeçilik üzrə hesabat verir.

Müalicəxanadakı maliyyə vəsaitindən, cihaz, avadanlıq və materiallardan məqsədyönlü istifadə olunmasına nəzarət edir. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını işçilərə öyrətməklə onlara əməl edilməsinə nəzarət edir.

Bilməlidir: “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununu, bu sahədə fərman, sərəncam, qərar və təlimatları; aidiyyəti üzrə yuxarı təşkilatların göstərişlərini, tövsiyələri; heyvandarlıqda xəstəliklərin müayinə və aşkar edilməsini; sanitariya qaydalarını; xəstəliklərin müalicə olunmasını; analizlərin götürülməsini; müvafiq məsləhətlər verilməsini, əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: xidmət etdiyi sahə üzrə ali ixtisas təhsili və 5 ildən az olmayaraq əmək stajı.

16-cı dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı olduqda;

17-ci dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 10 ildən az olmayaraq əmək stajı olduqda.

Brusellyoz və vərəm xəstəlikləri sahəsində.

Respublika ərazisində brusellyoz və vərəm xəstəliklərini aşkara çıxarmaq, həmin xəstəliklərin yayılmasının qarşısını almaq, qeyri-sağlam məntəqələrdə kompleks sağlamlaşdırma tədbirlərini aparmaq üçün əməli köməklik göstərməklə bu işləri təşkil edir. Xəstəliyin yayılmaması üçün karantin qaydalarının tətbiqi barədə tədbirlər hazırlayır, mal-qaranın tam yoxlanması məqsədilə laboratoriya müayinələrini təşkil edir, alınmış cavabların nəticəsi olaraq tədbirlər həyata keçirir.

Xəstəliyin baş verməməsi və yayılmaması, mal-qaranın xəstəliyə qarşı davamlılığını artırmaq məqsədilə iri buynuzlu heyvanlarda şt-19, davarlarda rev-1 vaksinləri ilə peyvəndlərin aparılması işini təşkil edir. İnsanların da brusellyoz xəstəliyinə yoluxması hallarını nəzərə alaraq, heyvandarlıq məhsullarından qida maddəsi kimi istifadə edilməsində gigiyena qaydalarına riayət edilməsi barədə təlimatı göstərişlər verir və insanların müayinə olunması barədə təkliflər hazırlayır.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin işçiləri ilə birgə insanların brusellyoza yoluxduğu ərazilərdə onların müayinəsini təşkil edir və həmin insanların müalicəyə cəlb olunmasına köməklik göstərir.

Brusellyoz və vərəm xəstəliklərinin insanlar və heyvanlar arasında yayılmaması üçün profilaktiki tədbirlər görməklə bu barədə media subyektləri ilə məsləhətlər verilməsi işini təşkil edir. Xəstəliyin keçici olmasını nəzərə alaraq əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması barədə xüsusi tədbirlər görməklə işçilərin xüsusi geyim, qida məhsulları ilə və digər qoruyucu vasitələrlə təmin olunmasını təşkil edir və əhali arasında mühüm elmi-təbliğat işləri aparır.

Xəstəliyin müəyyən edilməsi qaydasına, müalicəsinə, xəstəliyə qarşı laboratoriya müayinələrinin aparılmasına, xəstəliyin yayılmaması üçün karantin qaydalarından istifadəyə nəzarət edilməsini, heyvandarlıq məhsullarından istifadəyə və s. qadağalar qoyulmasını təşkil edir.

Epizootiya əleyhinə ekspedisiya sahəsində.

Əhatə etdiyi sahə üzrə respublika ərazisində xəstəliklərin baş verməsinin qarşısının alınması üçün əməli tədbirlər hazırlayıb həyata keçirir.

İnsan və heyvanlar arasında yoluxucu və xüsusi təhlükəli olan qarayara (zoonoz), quduzluq, iri buynuzlu heyvanlarda taun xəstəliklərinin yayılmasının qarşısını almaq, onun müayinə və müalicə edilməsi və tam sağlamlaşdırılması üçün xüsusi tədbirlər görmək, bu xəstəliklərə qarşı mübarizə aparmaq məqsədi ilə vaxtında dərman preparatlarının və vaksinlərin əldə edib peyvənd aparılması işini təşkil etməklə bu sahədə olan nöqsan, qüsur və çatışmazlıqlar barədə aidiyyəti təşkilatlara məlumatlar verir.

Xəstəliyə tutulmuş və müalicə vaxtı keçmiş mal-qaranın məhv edilməsi və onların təlimata uyğun heyvan qəbiristanlıqlarında basdırılması üçün tədbirlər görür. Xəstəlik müşahidə olunan sahələrdə təcili müayinə tədbirləri aparmaqla, mövcud qaydalara uyğun olaraq heyvandarlıq məhsullarından qida kimi istifadə edilməsinə qadağalar qoyur, onların məhv edilməsi üçün tədbirlər görür və bu barədə ekspedisiyanın rəisinə və digər aidiyyəti idarəetmə orqanlarına məlumat verir.

Xəstəliyin yayılmasına şərait yarada bilən və müayinədən keçirilməsi mümkün olmayan sahibsiz itlərin məhv edilməsi üçün xüsusi tədbirlər görməklə bu barədə aidiyyəti idarə və müəssisələr qarşısında məsələ qaldırır.

Mal-qaranın saxlanma yerlərində təlimata uyğun baxış keçirib vəziyyəti öyrənir və müvafiq tədbirlər görür.

Yoluxucu və invazion xəstəliklərin baş verməsi səbəblərini araşdırıb, onun qonşu təsərrüfatlara və yaşayış məntəqələrinə yayılmasının qarşısını almaqla heyvanların klinik patanatomik yarma və laboratoriya müayinəsinin aparılması işini təşkil edir.

Karantin tətbiq edilməsi işini təşkil edir və bu barədə aidiyyəti təşkilatlara məlumat verir, təsərrüfatlarda və əhalidə olan mal-qaranın müalicəsi məqsədilə peyvənd vasitələrini, bioloji, kimyəvi müalicə və dərman maddələrini yerlərdə olan baytarlıq mütəxəssislərinə çatdırmaqla onlardan düzgün istifadə edilməsinə əməli köməklik göstərir və xəstəliyin keçici və infeksion olmasını nəzərə alaraq işçilərin xüsusi geyim və qida vasitələri ilə, digər qoruyucu vasitələrlə təmin edilməsi işini təşkil edir.

Xəstəliyin təhlükəli və yoluxucu olmasını, onun insanlar arasında da yayılması təhlükəsini nəzərə alaraq Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin işçiləri ilə birlikdə epizootik xəstəliklər müşahidə edilən rayonlarda insanların müayinə edilməsi və onların müalicəsi işlərində yaxından iştirak edir.

Xarici ölkələrdən gətirilən cins mal-qara tauna və digər xroniki infeksiyalara qarşı yoxlanılıb onun sağlamlığına tam təminat verildikdən sonra ümumi mal-qara ilə saxlanılmasına icazə verir. Gətirilən mal-qara ilə birlikdə sərhəd ərazisində yerləşən təsərrüfatlarda və əhalidə olan mal-qaranın da yoxlanılmasını təşkil edir. Baş baytar həkimi öz funksiyası daxilində bütün işlərin icrasına cavabdehdir.

Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması işlərini təşkil edir.

Bilməlidir: “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununu, bu sahədə olan fərmanları, sərəncamları, qərarları, təlimatları, göstəriciləri, tövsiyələri, metodiki göstərişləri; xəstəliklərin müəyyən edilməsi üçün müayinə üsulunu; brusellyoz və vərəmin aşkar edilməsini, müayinəsini, analiz götürülməsini, müalicəsini; epizootik xəstəliklərin törəməsini, yayılmasının qarşısının alınması və müalicəsini; laboratoriya analizlərini; təlimata uyğun olaraq heyvandarlıq məhsullarından qida maddəsi və sənaye xammalı kimi istifadə edilməsinə qadağa qoyulmasını və karantin tətbiq edilməsini; xəstə mal-qaranın məhv edilməsi qaydalarını; peyvənd edilməsini; xəstəliklərin müalicəsi üçün işlədilən dərman preparatlarını və baytarlıq ləvazimatlarını; aparılan müayinə-müalicə və digər tədbirlərin sənədləşmə qaydasını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: xidmət etdiyi sahə üzrə ali ixtisas təhsili və 5 ildən az olmayaraq əmək stajı.

15-ci dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı olduqda;

16-cı dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 10 ildən az olmayaraq əmək stajı olduqda;

17-ci dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 15 ildən az olmayaraq əmək stajı olduqda.

Bitki mühafizəsi sahəsində.

Kənd təsərrüfatı bitkilərinin zərərvericilər, xəstəliklər və alaq otlarına qarşı görüləcək işlərin təşkilinə rəhbərlik edir. Rayon bitki mühafizə stansiyalarının nümayəndələri ilə birlikdə kənd təsərrüfatı bitkilərinin zərərverici və xəstəliklərin sıxlıq dinamikasını və yayılmasını təyin edir. Bitki mühafizəsi üzrə görüləcək işlər barədə təkliflər verir.

Respublika məlumat və xəbərdarlıq laboratoriyasının təqdim etdiyi hesabatlar və təsərrüfatlardan alınan sifarişlər əsasında mübarizə aparılacaq sahələri təyin edir, yerüstü aqreqatlara, kimyəvi və bioloji vasitələrə olan tələbatı müəyyən edir.

Bitki mühafizəsi sahəsində görüləcək tədbirlər üzrə aylıq və illik plan hazırlayır və işlərin görülməsini təmin edir. Bitkilərin mühafizəsi və yerüstü xidmət işlərinin tələb olunan pestisidlərlə aparılması üçün onların əldə edilməsini təşkil edir və təsərrüfatlarda bitkilərin mühafizə tədbirlərinin yerinə yetirilməsinə nəzarəti həyata keçirir.

Bitkilərin mühafizəsində zərərvericilər, xəstəliklər və alaq otlarına qarşı aparılan tədbirlərdə qabaqcıl təcrübələrin və elmin son nailiyyətlərinin tətbiq edilməsini təmin edir, sınaqdan keçmiş preparatların tətbiqini həyata keçirir.

Bitki mühafizəsində mütərəqqi metodlardan düzgün və səmərəli istifadə etmək məqsədi ilə qabaqcıl təcrübənin tətbiq edilməsini həyata keçirir.

Bitki mühafizəsində kimyəvi vasitələrdən istifadə olunduqda texniki təhlükəsizliyin təmin olunmasına nəzarət edir.

Toxumçuluq sahəsində.

Toxumların analizlərinin vaxtında və keyfiyyətlə aparılmasına, yığım başa çatdırıldıqdan sonra toxumların metodikaya uyğun sortlar üzrə təmizlənməsinə, qurudulmasına, səpin kondisiyasına çatdırılmasına, dərmanlanmasına və normal saxlanılmasına nəzarət edir.

Toxumçuluq təsərrüfatlarında və zona-təcrübə stansiyalarının toxumçuluq sahələrində sort qarışığının təmizlənməsi işini təşkil etməklə, aprobasiyanın təlimat əsasında aparılmasına nəzarət və iştirak edir və aprobasiyanın düzgün aparılmasını təşkil edir.

Elmi-tədqiqat işlərinin yekunlarının təhlil edilməsi və xaricdə istehsal edilən bütün növ məhsuldar toxumların davamlılığı nəzərə alınmaqla respublikaya gətirilməsi, yeni toxum sortlarının yaradılması, rayonlaşdırılması işlərini təşkil edir və bu işlərin nəticəsinə görə məsuliyyət daşıyır.

Təsərrüfatların və əhalinin yüksək reproduksiyalı, xəstəlik və ziyanvericilərə davamlı, rayonlaşmış kənd təsərrüfatı bitkiləri toxumları ilə təmin olunması məqsədilə rayonda və bölgədə istifadə ediləcək toxumların vaxtında laboratoriya analizini təşkil edir. Elmin son nailiyyətlərindən, qabaqcıl iş təcrübəsindən istifadə edərək toxumçuluğun inkişafında perspektivli toxumluq sahələrində aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsini, səpinin optimal müddətdə başa çatdırılmasını təşkil edir.

Rayonların torpaq və iqlim şəraitinə uyğun əkiləcək kənd təsərrüfatı bitkiləri sahələri nəzərə alınmaqla, yüksək keyfiyyətli toxum materialı tədarükünü təşkil edir və bu zaman bütün təsərrüfat qurumlarının ehtiyacını əsas götürür.

Əhatə etdiyi ərazi üzrə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin yerli bölməsi ilə birlikdə toxumun təmizlənməsinə və keyfiyyətinə nəzarət edir, kənd təsərrüfatı bitkilərinin xəstəlik və ziyanvericilərinə, alaq otlarına qarşı mübarizə işlərində iştirak edir, məhsuldarlığın aşağı düşməsinin, xəstəlik və ziyanvericilərin yayılmasının və artmasının qarşısını almaq məqsədilə uzun illər eyni sahədə aşağı reproduksiyalı bitki toxumlarının əkilməsinə yol verilməməsi istiqamətində tədbirlər görməklə izahat işləri aparır.

Bütünlükdə toxumçuluq işlərinin keyfiyyətinə, elmi-təcrübədən və onun nailiyyətlərindən düzgün istifadə edilməsinə nəzarət edir.

Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə və ekologiyanın qorunması işlərinə daim nəzarət etməklə, bu sahədə təlimatların yerinə yetirilməsi işini təşkil edir.

Sort sınağı sahəsində.

Sortların sınağı işlərinin perspektiv, cari və mövsümi tapşırıqlarını hazırlayır və onun həyata keçirilməsində iştirak etməklə bu işə nəzarət edir.

Bitkilərin kimyəvi-texnoloji laboratoriyada qrafik üzrə nəzərdə tutulmuş analizlərinin vaxtında aparılması və rəy hazırlanmasına, sort-sınaq təcrübəsi metodikasının pozulmamasına nəzarət edir və məsuliyyət daşıyır, təhkim edilmiş sahənin elmi hesabatlarını hazırlayır.

Sınaqda olan sortlardan məhsuldar, texnoloji və bioloji xüsusiyyətləri ilə fərqlənən, üstün olan sortları müvafiq bölgələr üzrə vaxtında rayonlaşdırmaq, həmçinin az məhsuldar və s. göstəriciləri yüksək olmayan sortların sort sınağından və rayonlaşmadan çıxarmaq haqda müvafiq sənədləri hazırlayaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə təqdim edir.

Əkinçilik sisteminin işlənib hazırlanmasında, həyata keçirilməsində, əkinçilikdə intensiv texnologiyanın tətbiqinə, torpağın səmərəli istifadəsinə yönəldilmiş tədbirlərin hazırlanmasında bilavasitə iştirak edir və həyata keçirilməsinə nəzarət edir.

Dövlət sort-sınağının nəticələri və rayonlaşma haqqında kataloqları hazırlayır.

Dövlət sort kitabında vaxtında müvafiq qeydlər aparır.

Dövlət sort sınağı üzrə metodikanı öyrənməkdə mütəxəssislərə köməklik göstərir və metodikaya əməl olunmasına nəzarət edir. Öz işində müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam və göstərişlərini, həmçinin dövlət sort sınağı metodikasını rəhbər tutur.

Layihə-axtarış kimyalaşdırma sahəsində.

Torpağın aqrokimyəvi xassəsini və onun qida maddələri ilə təmin olunmasını öyrənmək məqsədi ilə əkinə yararlı sahələrdən nümunələr götürülməsini və həmin nümunələrdən orta nümunə hazırlanması işini təşkil etməklə iş prosesində yaxından iştirak edir. Hazırlanmış orta nümunələrin aqrokimya laboratoriyasına, elmi-metodik xidmət edən layihə-axtarış stansiyalarına göndərilməsini təşkil edir. Layihə-axtarış kimyalaşdırma stansiyasının verdiyi analizin nəticələrinə görə sahələrin qida maddələri ilə təmin olunması üzrə pasportların hazırlanmasına rəhbərlik edir. Laboratoriyanın işi barədə aidiyyəti təşkilatlara təkliflər verir. Aqrokimya sahəsində olan nailiyyətləri, tövsiyələri təbliğ edir. Bitkiçilik məhsulunun tərkibindəki nitratın miqdarını öyrənmək məqsədi ilə bitki nümunələrinin götürülməsini və analizlərinin aparılmasını təşkil edir.

Laboratoriyada olan cihaz, avadanlıq və alətlərdən istifadə edilməsi, onların yeniləşdirilməsi və proqramlaşdırılması işlərini aparır.

Kimyəvi analizlərin aparılması dövründə əməyin mühafizəsi üzrə tədbirlərin həyata keçirilməsi üçün işçiləri təlimatlandırır. Yanğından mühafizəni və ekologiyanın qorunması üçün müvafiq tədbirlər görür.

Bilməlidir: xidməti sahə üzrə qanunları, fərmanları, sərəncamları, qərarları və digər direktiv sənədləri, müvafiq sahə üzrə təlimatları, metodiki göstərişləri, tövsiyələri; iş planının və proqnozunun hazırlanması qaydasını; işçilərin əmək funksiyalarını, onların arasında vəzifə bölgüsü aparılmasını; verilən tapşırıq və göstərişlərin vaxtında icra olunması qaydalarını; daxili intizam qaydalarını; standartlaşmanı, xidməti sahə üzrə normaları, normativ sənədləri; bitki mühafizəsini, toxum sortlarını, sortların sınağının aparılmasını, onların rayonlaşdırılmasını; nümunələrin götürülməsini; analizlərin aparılma qaydasını; texnika, maşın və avadanlıqların sınağının aparılmasına dair təlimatı, tövsiyələri və metodiki göstərişləri; nəticələrin təhlil edilməsini; yuxarı təşkilat tərəfindən verilən metodiki tapşırıq və göstərişləri.

Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: xidmət etdiyi sahə üzrə ali ixtisas təhsili və 5 ildən az olmayaraq əmək stajı.

15-ci dərəcə: təyin edildiyi sahədə ixtisası 5 ildən az olmayaraq əmək stajı olduqda;

16-cı dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 10 ildən az olmayaraq əmək stajı olduqda;

17-ci dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 15 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Maşın sınağı sahəsinin texniki inkişaf perspektivlərini, təkmilləşdirmənin bütün istiqamətlərində kompleks proqramların həyata keçirilməsi yollarını müəyyən edir. Əmək məhsuldarlığının artırılması üçün elmi-texniki tərəqqinin inkişaf yollarını seçib axtarır. Sınağa yeni texnikanın daxil olmasını təmin edir və sınağın gedişinin proqramlaşmasına və aparılmasına nəzarət edir.

Sınaq dövründə materialların, maliyyə vəsaitinin qənaətlə istifadəsinə, sınaq tapşırıqlarının və elmi işlərin vaxtında yerinə yetirilməsinə və sınağın dövlət standartları səviyyəsində aparılması, işlərinə rəhbərlik edir stansiyanın perspektiv inkişaf planının tərtibində iştirak edir. Təhlükəsizlik qaydalarına əməl edilməsi işini, yeni texnika və texnologiyanın tətbiqi proqramlarının tərtib olunması və həyata keçirilməsini təşkil edir.

İxtiraçılar və səmərələşdiricilər şurasına rəhbərlik edir. Stansiyanın yeni texnika və avadanlıqla təmin edilməsində fəal iştirak edir. Stansiyanın elmi texniki potensialından istifadə edərək yeni texnika və texnologiyanın tətbiqinə nail olur.

Stansiyanın elmi texniki şurasına rəhbərlik edir. Stansiyada əmək şəraitinin yaxşılaşdırmasına, texniki təhlükəsizlik qaydalarına dəqiq riayət edilməsinə, istehsalat sanitariyasına və yanğından mühafizə qaydalarına, dövlət texnikaya nəzarət müfəttişliyinin tələblərinin yerinə yetirilməsinə nəzarət edir. Əlaqədar təşkilatlarla elmi təyinatlı sınaq və digər işlərin aparılması barədə müqavilələr bağlayır. İş yerlərinin attestasiyadan keçirilməsi işini təşkil edir, metrologiya xidmətinə rəhbərlik edir.

Respublikada istehsal edilən və xaricdən gətirilən texnikanın, alətlərin, mühərriklərin, cihazların, kənd təsərrüfatında istifadə edilən texnika və texniki vasitələrin müqavilə üzrə sınaqdan keçirilib istismar üçün yararlı olmasına vəsiqə verməklə işin keyfiyyətinə tam məsuliyyət daşıyır. Aparılmış sınaq nəticəsində düzgün olmayan məlumatlar və keyfiyyətsiz texnikaya verilmiş rəy nəticəsində zərər vurularsa, dəymiş zərərin ödənilməsi üçün müvafiq qanunvericiliklə məsuliyyət daşıyır.

Stansiyada fəaliyyət göstərən ixtisasartırma kursunun işinə rəhbərlik edir. Sınaq və digər elmi texniki işlərin təkmilləşdirməsi üçün tədbirlər görür, əməyin və idarəetmənin elmi əsaslarla qurulmasını, hesablama texnikasının, kompüter və digər dəqiq texnikaların tətbiqini, idarəetmə və mühəndis texniki işlərin avtomatlaşdırılması və mexanikləşdirməsini təmin edir. Mütəxəssislərin elmi-texniki bilik səviyyəsinin daima artırılmasını təmin edir. Stansiyanın texniki xidmətlərinin fəaliyyətinə, laboratoriya və şöbələrdə əmək intizamı qaydalarına riayət olunmasına nəzarət edir.

Bilməlidir: xidməti sahə üzrə qanunları, fərmanları, sərəncamları, qərarları və digər direktiv sənədləri, müvafiq sahə üzrə təlimatları, metodiki göstərişləri, tövsiyələri; iş planının və proqnozların hazırlanması qaydasını; işçilərin əmək funksiyalarını, onların arasında vəzifə bölgüsünün aparılmasını; verilən tapşırıq və göstərişlərin vaxtında icra olunması qaydalarını; daxili intizam qaydalarını; standartlaşmanı, xidməti sahə üzrə normaları, normativ sənədləri; bitki mühafizəsini; toxum sortlarını, sortların sınağının aparılmasını, onların rayonlaşdırılmasını; nümunələr götürülməsini, analizlərin aparılması qaydasını; texnika, maşın və avadanlıqların sınağının aparılmasına dair təlimatı, tövsiyələri və metodiki göstərişləri; nəticələrin təhlil edilməsini; yuxarı təşkilat tərəfindən verilən tapşırıq və göstərişləri.

Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: xidmət etdiyi sahə üzrə ali ixtisas təhsili və 5 ildən az olmayaraq əmək stajı.

15-ci dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı olduqda;

16-cı dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 10 ildən az olmayaraq əmək stajı olduqda;

17-ci dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 15 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Laboratoriyanın xidmət etdiyi sahə üzrə mövcud olan qanuna, sərəncama, qərara və təlimata uyğun olaraq laboratoriyanın işini, onun təsərrüfat-maliyyə fəaliyyətini təşkil edir, laboratoriyanın bütün fəaliyyətinə cavabdehlik daşıyır.

Laboratoriyanın müasir texnika, texnoloji proseslərlə təmin olunmasını, elmin son nailiyyətlərinin və qabaqcıl təcrübənin tətbiq edilməsi işini təşkil edir. Laboratoriyada illik tapşırıqların və proqnozların hazırlanıb təsdiq edilməsinə rəhbərlik edir və onların vaxtında yerinə yetirilməsinə məsuliyyət daşıyır. Xüsusi xidmətlərdən əldə olunan vəsaitin təyinatı üzrə köçürülməsini təmin edir.

Laboratoriyanın maddi-texniki bazasının möhkəmləndirilməsi, ixtisaslı kadrlarla təmin olunması, kadrların seçilib yerləşdirilməsi, onların vəzifə bölgüsünün, iş planlarının hazırlanmasını təşkil etməklə icrasına nəzarəti həyata keçirir.

Laboratoriyanın fəaliyyəti barədə aidiyyəti üzrə hesabat hazırlayır və iş fəaliyyəti barədə məlumatlar verir. İşçilərin əmək funksiyasını müəyyən etməklə müəssisədə əmək və daxili intizam qaydalarına əməl olunmasını təşkil edir. İş və istehsal şəraiti ağır və zərərli olan işlərdə çalışanların əmək şəraitinin yaxşılaşdırılmasını təmin etməklə, onlara təlimatda nəzərdə tutulmuş güzəştlərin verilməsini təşkil edir. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması sahəsində müvafiq tədbirlər görməklə işçilərin maarifləndirilməsi işlərini təşkil edir.

Nəzarət toksikologiya sahəsində.

Laboratoriyaya rəhbərlik etməklə pestisidlər analiz olunan cihazların və avadanlıqların işinə, işçi məhlulunun hazırlanmasına, toxumların dərmanlanmasına, bitkilərin və qidaların tərkibində yığılan pestisid qalığının toplanmasına daim nəzarət edir. İstifadə olunan pestisidlərin keyfiyyətini və işçi məhlulunun tərkibini analiz edir. Pestisidlərin istifadəsində preparatın təsiredici maddəyə uyğunluğunu və işçi məhlulunun norma ilə verilməsini təmin edir.

Analiz nümunələri üzrə sənədlərinin düzgün aparılmasını və hazırlanmasını, sertifikatlaşmasını təşkil edir. Üzvi və qeyri-üzvi birləşmələri öyrənərək onları əlaqələndirir və son analiz üsullarını laboratoriyada tətbiq edir. Anbarlarda pestisidlərin saxlanılmasına, onların siniflər üzrə yığılmasına nəzarət edir. Kimyəvi məhsullarla təchiz edən müəssisələrlə daim əlaqə saxlayır, təsərrüfatlarda, anbarlarda uzun müddət qalmış preparatlardan analiz üçün nümunələr götürür, pestisid nümunələrinin operativ analizinin aparılmasını təşkil edir, rəy və təkliflər verir.

Bitki karantini ekspertizası sahəsində.

Laboratoriyanın fəaliyyətini “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq qərarlara əsasən həyata keçirir.

Karantin nəzarəti həyata keçirilən ərazilərin, aşkar edilmiş karantin obyektlərinin növlər üzrə kartotekalarını tərtib etməklə, zonalar üzrə karantin obyektlərinin yayılması haqqında kartoqrafik xəritə hazırlayır, aşkar olunmuş karantin obyekti haqqında karantin ekspertiza şəhadətnaməsi tərtib edir.

Laboratoriyanın əhatə dairəsində karantin obyektlərinin inkişafı üzərində fenoloji müşahidə aparır və bu barədə aidiyyəti üzrə məlumat verir.

Mövcud olmayan karantin obyekti aşkar olunduqda onların nümunəsini Azərbaycan Milli Elmlər Akademiyasının Arbitraj ekspertizasına təqdim edir. Həmin obyektin karantin olduğu təsdiq olunduqda karantin qoyulması barədə məsələ qaldırır.

Ekspertiza və müayinə üçün gizli yoluxmanı müəyyənləşdirməklə, karantin baxışı keçirilməsini, yeni metodların işlənilib hazırlanmasını və mövcud olanların təkmilləşdirilməsini aparır. Zonalar üzrə ərazinin karantin vəziyyətini öyrənməklə əldə edilmiş nəticələri müvafiq qaydada ümumiləşdirir, karantin obyektlərinə qarşı mübarizə işi haqqında məlumatları təqdim edir. Mövcud karantin obyektlərinin təcrid edilməsi və ləğvi üzrə iş planını hazırlayır. İdxal olunan mallardan götürülən nümunələrin ekspertizası zamanı tapılmış zərərvericilər, xəstəlik törədiciləri, alaq otları və kolleksiya materialları hesabına laboratoriya muzeyini təşkil edir və görülən işlər barədə hesabatlar tərtib edir.

Laboratoriyanın istehsal, elmi-tədqiqat və təsərrüfat fəaliyyətlərinin nəticələrinə görə məsuliyyət daşıyır. Əmək funksiyasının yerinə yetirilməsində fərqlənmiş işçilərin mükafatlandırılması, əmək və icra intizamını pozan işçilərə intizam tənbehinin verilməsi üçün rəhbərliyə təqdimatlar verir. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə və ekologiyanın qorunması qaydalarının icrasını təmin edir.

Laboratoriyanın iş fəaliyyətini təşkil edir və laboratoriyada mövcud metodikaya uyğun analizlərin aparılmasına nəzarət edir. Xidmət etdiyi ərazidə əkinə yararlı torpaq sahələrinin qida maddələri ilə təmin olunmasını öyrənmək məqsədi ilə torpaq nümunələrinin götürülməsini, orta nümunələrinin hazırlanması və onların layihə-axtarış kimyalaşdırma stansiyalarına göndərilməsini təşkil edir. Kimyəvi analizlərin nəticələrinə görə sahələrin qida maddələri ilə təmin olunmasını, kartoqramların, torpaqların fitosanitar göstəricilərinə görə isə sahə pasportlarının hazırlanmasını təsərrüfatlara və əhaliyə çatdırılmasını təmin edir.

Xidmət etdiyi rayonun ərazisində tərəvəz, bostan, meyvə, üzüm, dənli və dənli paxlalı bitkilərin tərkibində olan nitrat və nitritlərin miqdarını və pestisidlərin qalığının yoxlanılmasını, analizlərin nəticələrinə görə istehsalçılara rəy verilməsini təşkil edir. Laboratoriyanın əsas və dövriyyə vəsaitinin qorunub saxlanılmasına, cihazların işlək vəziyyətdə olmasına cavabdehlik daşıyır. Laboratoriyada işləyən işçilərin bilik səviyyəsinin yüksəldilməsi üçün lazımi şərait yaradır. Kimyəvi analizlərin aparılması vaxtı laboratoriyada olan cihaz və avadanlıqların düzgün işləməsini, əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə və ekologiyanın qorunması işlərini həyata keçirir.

Bitkilərin zərərvericilərinə qarşı bioloji mübarizə işini təşkil edir. Bioloji laboratoriyada xeyirli həşəratların artırılması işlərinə rəhbərlik edir. Laboratoriyanın iş fəaliyyətini təşkil edir. Xidmət etdiyi rayonun təsərrüfatlarında bitkilərin mühafizəsi üçün bioloji üsulların tətbiq edilməsi üzrə cari və perspektiv proqnozları tərtib edir.

Bitkilərin mühafizəsi üçün xeyirli olan həşəratların növ tərkibinin və sayının müəyyən edilməsi, onların qorunub saxlanılması işini həyata keçirir. Pestisidlərin lüzumsuz işlədilməsinin qarşısının alınması üçün lazımı tövsiyələr verir. Ana materiallarının formalarını mütəmadi olaraq yeniləşdirilməsini və onun keyfiyyətinin yaxşılaşdırılmasını həyata keçirir.

İstehsal-texnoloji və zərərsizləşdirmə sahəsində (Fumiqasiya dəstəsində).

İstehsal-texnoloji zərərsizləşdirmə işini bitki karantini sahəsində qəbul olunmuş qanuna, əsasnaməyə, qaydalara, tövsiyələrə və göstərişlərə əsasən təşkil edir. Mövcud təlimata uyğun olaraq fumiqasiya işində, karantin əhəmiyyətli yüklərin, anbarların, nəqliyyat vasitələrinin zərərsizləşdirilməsini həyata keçirir. Rayon, rayonlararası və sərhəd karantin məntəqələrində fumiqasiya işlərinin keyfiyyətli aparılması üçün onları xüsusi avadanlıq və fumiqantlarla təmin edir. Yüklərində, anbarlarında, bazarlarında, sahələrində zərərləşdirmə tədbirləri aparılacaq müəssisə, təşkilat, idarə və vətəndaşlarla müvafiq müqavilələr bağlayır və işin icrasını təmin edir.

Fumiqasiya işlərinin təhlükəsizliyinin təmin edilməsinə və keyfiyyətli aparılmasına məsuliyyət daşıyır. İş planını, smetanı və kalkulyasiyanı işləyib hazırlayır, zərərsizləşdirmənin texnologiyasını və metodlarını təkmilləşdirir. Fumiqasiya dəstəsinin apardığı bütün işlərin operativ məlumatını, hesabatını hazırlayaraq aidiyyəti üzrə təqdim edir. Kimyəvi preparatların işlədilməsi, saxlanılması və daşınması işində təhlükəsizliyin təminatına cavabdehlik daşıyır. Zərərsizləşdirmə üçün lazım olan avadanlıqlara və fumiqantlara tələbatı müəyyən edir. Əmək funksiyasının yerinə yetirilməsində fərqlənmiş işçilərin mükafatlandırılması, əmək və icra intizamını pozan işçilərə intizam tənbehinin verilməsi üçün rəhbərliyə təqdimatlar verir.

Toxum nəzarəti sahəsində.

Əhatə etdiyi ərazidə yerləşən bütün təsərrüfat qurumlarında, elmi müəssisə və təşkilatlarında və başqa təşkilatlarda olan toxumluq materialların və çiyidin səpinə yararlılıq keyfiyyətini yoxlayır. Yoxlanılmış toxumların keyfiyyətinə dair sənədlər təqdim etməklə onların keyfiyyətli saxlanılmasının yaxşılaşdırılması barədə müvafiq təkliflər verir. Yoxlanılmış toxumluq materialın keyfiyyət göstəriciləri barədə müəyyən olunmuş qaydada hesabat tərtib edərək aidiyyəti təşkilata təqdim edir.

Xidmət etdiyi rayonun ərazisində yerləşən təsərrüfat qurumlarında istifadə olunan toxumluq materiala, onun sertifikat göstəricilərinə nəzarət edir və eyni zamanda toxumluq sahələrinin uçota alınması, becərilməsi, aprobasiya olunması, məhsulun yığılıb təhvil verilməsi işlərinə nəzarət edir.

Toxumluq bitkilərinin və pambığın müvafiq tədarükü və emalı müəssisələrində sortlar və reproduksiyalar üzrə tədarükünə, bağlamalarda komplektləşdirilməsinə, saxlanılmasına, emalına və emaldan sonra alınan nəticələrin təlimata uyğun laboratoriya təhlillərindən keçirilməsinə nəzarət edir.

Sortlar və reproduksiyalar üzrə toxum nümunələrini təlimata uyğun qaydada təkrar yoxlamaq üçün toxum nəzarət stansiyasına göndərilməsini təmin edir. Arbitraj analizlərində və eyni zamanda idxal-ixrac toxumlarının nümunələrini seçən komissiyalarda iştirak edir, toxumun səpin keyfiyyətinin təlimata uyğun yoxlanılmasına cavabdehlik daşıyır və yeni qaydaların tətbiqini həyata keçirir.

Aqronomların, toxumçu mütəxəssislərin ixtisasının artırılması üzrə aparılan tədbirlərdə, aprobasiya kurslarında iştirak edir, toxumun keyfiyyətinin yaxşılaşdırılması istiqamətində qabaqcıl iş metodlarını təbliğ edir.

Müxtəlif təsərrüfat qurumlarında toxumların keyfiyyətinin artırılması yolları haqqında, toxumun keyfiyyət göstəriciləri, saxlanma vəziyyəti və daha perspektivli sortların tətbiqinin genişləndirilməsi barədə rəy və təkliflər verir.

Toxum nəzarəti laboratoriyasında işlərin razılaşdırılmış və təsdiq edilmiş iş cədvəli əsasında aparılmasını təmin edir. Laboratoriyanın müasir texniki avadanlıq, cihaz və reaktivlərlə təchiz olunması və yeni texnoloji proseslərin laboratoriyada tətbiqini təşkil etməklə, bu sahədə olan çətinliklərin aradan qaldırılması üçün aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırır.

Cihaz, avadanlıq və qurğulardan istifadə edilməsində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl edilməsi üçün daim işçilərin bilik səviyyələrinin artırılması sahəsində təlimat keçir və yanğından mühafizə və ekologiyanın qorunması işlərini nəzarətdə saxlayır.

Mərkəzi sınaq sahəsində.

Laboratoriyada kənd təsərrüfatı və emal sənayesi sahəsində respublikanın iqtisadi maraqlarının və istehlakçıların keyfiyyətli qida məhsullarına olan hüquqlarının müdafiəsinin təmin edilməsi işini təşkil edir.

Daxili bazarların keyfiyyətsiz qida məhsullarından qorunması, qanunsuz və keyfiyyətsiz mal dövriyyəsinin qarşısının alınması məqsədilə satışa çıxarılan məhsulun istehsal mənşəyinin müəyyən edilməsi, alkoqollu içkilər, etil spirti, tütün məmulatları və laboratoriyanın digər qida və qida məhsulları üzrə pərakəndə və topdan satış obyektlərində monitorinqlərin keçirilməsi işlərini təşkil etməklə, aidiyyətı icra orqanlarına məlumatlar hazırlayır, keyfiyyətsiz məhsulların satışının dayandırılması və məhv edilməsi barədə təkliflər verir.

Məhsulların keyfiyyətinə nəzarət edilməsi məqsədilə dequstasiya komissiyalarının yaradılması, müvafiq standartların tələblərinə riayət edilməsi, məhsul istehsalı üçün texnoloji təlimatların hazırlanıb aidiyyəti üzrə çatdırılması, istifadəyə yararsız qida məhsullarının dövriyyədən çıxarılması və zərərsizləşdirilməsi işlərini təşkil etməklə bu işlərin tam başa çatdırılmasında iştirak edir.

Respublikaya daxil olan və respublikada istehsal olunun kənd təsərrüfatı və emal sənayesi məhsullarının keyfiyyətinə nəzarət etmək barədə hüquq mühafizə orqanlarının təşkil etdiyi yoxlamalarda və reydlərdə iştirak etməklə onlara rəy və təkliflər verir.

Laboratoriyada etil spirtindən alınan məhsulların, arağın, tünd içkilərin, viskilərin, şərab və şərab məhsullarının, konyak spirtinin və konyakların, müxtəlif növ pivələrin, şirələrin və onların konsentratlarının və sair kənd təsərrüfatı və qida məhsullarının fiziki-kimyəvi tərkibi dəqiq təyin olunmaqla üzvi analitik təhlili barədə müvafiq arayışlar hazırlanmasını təmin edir.

Alkoqollu içkilərin, meyvə şirələrinin, tütün məmulatlarının, çay və sair qida məhsullarının fiziki-kimyəvi təhlili əsasında onların tərkibindəki ağır metalların, dəmirin, misin, qurğuşunun və sair metalların və digər kimyəvi birləşmələrin tərkibini müəyyən etməklə onların qida məhsulu kimi istifadəyə yararlı olması barədə aidiyyəti üzrə təkliflər hazırlayır.

Kimya texnoloji sahədə.

Laboratoriyada görülən işlərə metodiki rəhbərlik edir və sınaqda olan bitki sortlarının keyfiyyətinin müəyyən edilməsinə məsuliyyət daşıyır. Analizlər aparılarkən görülən işlərdə bir-başa iştirak edir. Analizlərin aparılması üzrə metodikanın təkmilləşdirilməsi işlərinə rəhbərlik edir, laboratoriyanın işlərini planlaşdırır və elmi-istehsalat hesabatlarını hazırlayır.

Analizlərin nəticələrini təhlil edir və sınaqda olan sortlar haqqında məlumat hazırlayıb Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə və əhatə etdiyi ərazi üzrə həmin Agentliyin sort sınaq məntəqəsinə göndərir, görülən işlərin, elmi hesabatların düzgünlüyünə şəxsi məsuliyyət daşıyır.

Laboratoriyada avadanlıq, cihaz və s, inventarlardan düzgün istifadə edilməsinə, əməkdaşlar tərəfindən texniki təhlükəsizlik, yanğından mühafizə və istehsalat sanitariyası qaydalarına əməl etmələrinə məsuliyyət daşıyır. Əmək funksiyalarını layiqincə yerinə yetirən işçilərin mükafatlandırılması, əmək və icra intizamını pozan işçilərə isə intizam tənbehinin verilməsi üçün rəhbərliyə təqdimatlar verir.

Maşın sınağı sahəsində.

Elmi-texniki tədqiqat işlərinin aparılmasını təmin edir. Elm, texnika və qabaqcıl təcrübə nailiyyətlərini öyrənərək stansiyada kənd təsərrüfatı texnikasının sınağını və onun tətbiqini təmin edir. Laboratoriyada elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə şərait yaradır.

Sınaq tapşırığına uyğun laboratoriyada bütün növ maşınlar üçün proqramların hazırlanmasını və sınaqdan keçiriləcək maşının aparıcı mühəndislərə təhkim edilməsini təşkil edir. Sınaq tapşırığına uyğun tutulmuş iş proqramını digər sahələrlə əlaqələndirir. Qrafiklər tutur, təcrübə və laboratoriya işlərinin dövlət standartlarının, texniki iqtisadi normativ sənədlərin tələbləri səviyyəsində aparılmasını təşkil edir.

Sınaq işlərinin təkmilləşdirilmiş formada və bu işin daha az əmək və material sərf etməklə aparılması üçün yollar arayır. Yeni texnika və texnologiyanın tətbiqində şəxsən iştirak edir və bu vaxt yüksək nəticələr əldə olunmasına nəzarət etməklə əməli köməklik göstərir. Laboratoriya üzrə perspektiv və illik tapşırıqları tərtib edir. Sınağı və təqdimatı başa çatmış maşınlara və elmi işlərə hesabat və təqdimat yazır. Digər maşın sınaq stansiyalarının, elmi tədqiqat institutlarının və digər elmi müəssisələrin qabaqcıl təcrübəsinin öyrənilməsini təmin edir. Laboratoriyanın bütün fəaliyyətinə rəhbərlik edir.

Laboratoriyanı mövcud olan son texnika və texnologiya ilə təmin etmək üçün sifarişlər və təkliflər hazırlayır. Laboratoriyada olan texnika, alət və cihazların daim saz, işlək vəziyyətdə saxlanması üçün tədbirlər görməklə mövcud olan cihaz və avadanlıqlardan istifadə edilməsi metodlarının tətbiqini işçilərə öyrədir. Aparılmış sınaq və elmi işlərdə cihaz və avadanlıqlardan səmərəli istifadə etməklə onun məhsuldarlığının yüksəldilməsi yollarını müəyyənləşdirir.

Avadanlıqlardan, cihazlardan, alətlərdən, enerji vasitələrindən istifadə edilməsində əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə qaydalarına əməl olunmasını, ekologiyanın çirkləndirilməməsi barədə işçilərə təlimat verməklə bu işlərə ciddi əməl edilməsini daim nəzarətdə saxlayır.

Bilməlidir: laboratoriyanın xidmət göstərdiyi sahə üzrə qanunları, fərmanları, sərəncamları, qərarları, əsasnamələri, təlimatları, tövsiyələri, metodik göstərişləri; analiz üçün nümunələrin götürülməsini; analizlərin aparılması, analiz vaxtı istifadə edilən kimyəvi məhlullardan və preparatlardan istifadə qaydalarını; laboratoriyada olan avadanlıq, qurğu, aparat və cihazlardan istifadə qaydasını və metodikasını; analiz və sınaq aparılmasında elmin son nailiyyətlərindən, beynəlxalq təcrübədən istifadəni; sınaq işlərinin aparılmasını və metodikasını; təlimatlardan istifadə qaydasını; əmək qanunvericiliyini, daxili əmək intizamı qaydalarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: xidmət etdiyi sahə üzrə ali ixtisas təhsili və 5 ildən az olmayaraq əmək stajı.

15-ci dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı olduqda;

16-cı dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 10 ildən az olmayaraq əmək stajı olduqda;

17-ci dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 15 ildən az olmayaraq əmək stajı olduqda.

Toxum nəzarəti, kimya texnoloji və maşın sınağı sahələrində:

15-ci dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı olduqda;

16-cı dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 10 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Şöbənin iş fəaliyyətinə rəhbərlik etməklə şöbədə olan işçilərin vəzifə bölgüsünü və iş planını hazırlayır. Şöbənin xidməti sahəsindən asılı olaraq illik tapşırığını tərtib edir və bunun yerinə yetirilməsini daim nəzarətdə saxlayır. Müəssisə rəhbərliyinin şöbənin funksiyasına aid olan tapşırıqlarını daim həyata keçirir.

Kollektiv müqavilələrin bağlanması və onların yerinə yetirilməsində iştirak edir. Ona tapşırılan bütün məsələləri həll edir, istehsal, sınaq və elmi işlərdə fəal iştirak etməklə şöbənin funksiyasına daxil olan işlər barədə rəy və təkliflərini hazırlayır.

Şöbənin əhatə etdiyi sahə üzrə iş fəaliyyəti barədə hesabat hazırlayır, iş planının yerinə yetirilməsinə cavabdehlik daşıyır. İş planını və tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirməyən işçilər barədə rəhbərliyə məlumat hazırlayır.

Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ekologiyanın qorunması barədə mövcud qaydalara əməl etməklə şöbənin işçilərini bu sahədə daim təlimatlandırır.

Bitki mühafizəsinin məlumat və diaqnostika sahəsində.

Kənd təsərrüfatı bitkilərinin fitosanitar vəziyyətini müəyyən etmək üçün laboratoriyaların, eləcə də məlumat və xəbərdarlıq məntəqələrinin işini təşkil edir, xəstəlik və zərərvericilərin yayılması, inkişafı haqqında icmal və proqnoz məlumatları tərtib edir. Kənd təsərrüfatı bitkilərinin əkin sahələrində xeyirli həşəratların miqdarını, zərərvericiləri, bitkilərin xəstəliklərə yoluxma dərəcəsini müəyyən etməklə istifadə edilən pestisidlərin səmərəliliyini müəyyənləşdirmək üçün müşahidə işlərini təşkil edir. Məlumat və xəbərdarlıq məntəqələrindən daxil olan məlumatları müəyyən edərək ümumiləşdirir, respublikada xəstəlik və zərərvericilərin yayılması, inkişafı, onlara qarşı mübarizə işinin gedişi haqqında informasiyaların hazırlanmasını təşkil edir. Zərərverici və xəstəliklərin yayılması və inkişafı haqqında qısa və uzunmüddətli proqnozların hazırlanmasını, onların kənd təsərrüfatında torpaqdan istifadə edən bütün qurumlara vaxtında çatdırılmasını təmin edir.

Elmin yeni nailiyyətlərini və qabaqcıl təcrübəni öyrənir onlardan məlumat və diaqnostika məntəqələrinin əməli işində istifadə edilməsinə nail olur, Bitki mühafizə işlərinə aid bütün metodik göstərişləri yerinə yetirir.

Bitki mühafizəsinin xəstəlik və zərərvericilərlə mübarizə sahəsində.

Məlumat və diaqnostika şöbəsinin verdiyi rəsmi məlumat əsasında respublika ərazisində təsərrüfatlarda bitkilərin zərərverici, xəstəlik və alaq otlarına qarşı mübarizə işinin təşkilinə rəhbərlik etməklə pestisidlərin anbarda saxlanılmasına, daşınmasına, işlədilməsinə, norma və doza əsasında tətbiqinə nəzarəti həyata keçirir,

Növbəti il üçün karantin zərərverici və xəstəliklərinin yayılma arealını təyin edərək onlara qarşı aparılacaq tədbirlərin miqyasını müəyyənləşdirir.

Karantin obyektlərinə qarşı aparılacaq mübarizə üçün ayrılmış vəsaitlərin bölgüsünü aparır və yerlərə çatdırılmasını təmin edir.

Bitki mühafizəsi üzrə elmin son nailiyyətlərini və qabaqcıl təcrübəni öyrənərək onları yerlərdə fəaliyyət göstərən struktur bölmələrinə çatdırır.

Bitki mühafizə xidməti üzrə zərərvericilərə, xəstəliklərə və alaq otlarına qarşı vaxtında aparılacaq keyfiyyətli mübarizə tədbirlərinə və mütərəqqi texnologiyanın tətbiqinə rəhbərlik edir.

Maşın sınağı sahəsində.

Maşınların, avadanlıqların təlimata uyğun olaraq dövlət standartları əsasında sınaqlarının aparılması, yeni texnika və texnologiyanın tətbiqi və onların etibarlılığı,

iqtisadi qiymətləndirilməsi, səmərəliliyini və yerli şəraitə uyğunluğunu müəyyənləşdirir. Bu işləri vaxtında və yüksək keyfiyyətlə həyata keçirmək üçün tədbirlər planı hazırlayır, standartları müəyyən edir, yeni təkliflər hazırlayır və hazırlanmış təkliflərin tətbiq edilməsinin məqsədəuyğunluğu barədə rəy hazırlayır.

Təsdiq edilmiş dövlət sınaq standartlarına uyğun texnikanın, texnologiyanın hazırlanması üçün mal göndərən təşkilatlara təkliflərini hazırlayır və müəssisənin rəhbərliyinə təqdim edir.

Layihə-axtarış kimyalaşdırma sahəsində.

Təlimata uyğun olaraq torpaqların əkin qatında mineralların və humusun təyin olunması üçün nümunələrin götürülməsi və onun analizinin aparılmasını müəyyən edir. Tərəvəz, bostan, meyvə, üzüm və digər bitkilərin tərkibində nitratın və nitritin miqdarının və pestisidlərin qalıq səviyyəsinin öyrənilməsini başa çatdırır və əldə olunan nəticələr barədə aidiyyəti üzrə məlumat hazırlayır.

Torpağın tərkibində kimyəvi və üzvi birləşmələrin miqdarını müəyyən edir, onun normaya uyğun olmasını müəyyənləşdirir və ayrı-ayrı torpaqlarda kimyəvi və üzvi birləşmələrə olan tələbat, torpağın əkin dövriyyəsindən çıxması, şoranlaşması və şoranlaşmasının qarşısının alınması barədə təkliflər hazırlayır.

Stansiyaya verilmiş torpaq nümunələrinin kimyəvi analizinin aparılmasını təşkil edir və nəticə barədə aqrokimyəvi kartoqramlar hazırlayır.

Torpaqlarda mineral və üzvi gübrələrin səmərəliliyini yoxlamaq məqsədi ilə müxtəlif bölgələrdə tarla təcrübəsi işinin aparılmasını təşkil edir.

Baytarlıq üzrə müalicə-profilaktika sahəsində.

Xidmət etdiyi ərazidə hüquqi və fiziki şəxslərə məxsus heyvandarlıq təsərrüfatlarında olan heyvanların sağlamlığını təmin etmək üçün müalicə-profilaktika, epizootiya əleyhinə baytarlıq-sanitariya tədbirləri aparır. Xidmət etdiyi ərazidə baytar mütəxəssislərinin işinə rəhbərlik edir.

Heyvan mənşəli məhsulların, xammalın, yemlərin tədarükü, işlənməsi, saxlanılması və daşınmasına baytar nəzarəti edir. Təlimatlara uyğun olaraq xəstəliklərə qarşı ambulator və stasionar müalicə-profilaktika tədbirlərini aparır.

Təsərrüfatlarda və yaşayış məntəqələrində baytarlıq-sanitariya vəziyyəti haqqında və xəstəlik baş verdikdə təlimata uyğun olaraq karantin tədbirlərinin həyata keçirilməsi barədə rəhbərliyə məlumat verir, təsərrüfatın epizootiya üzrə planının tərtib edilməsində iştirak edir, sağlamlığın qorunması barədə təkliflər hazırlayır, zoogigiyenik qaydalara nəzarət edir.

Diaqnostika məqsədi ilə profilaktika işlərini, patoloji material götürərək laboratoriyaya göndərilməsini təşkil edir, heyvanlar arasında ölüm baş verərsə baytarlıq-sanitariya tədbirlərini həyata keçirir, ölüm səbəblərini araşdırır və ləğv olunması üçün təkliflər verir, əhali və işçilər arasında baytarlıq işini təşkil edir və bu barədə onları məlumatlandırır.

Şöbənin işinə rəhbərlik etməklə, iş planı hazırlayır, işçilər arasında vəzifə bölgüsü aparır, işçilərin işi yerinə yetirilməsinə nəzarət edir və görülmüş işlər barədə hesabat hazırlayır. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarına əməl edir.

Quduz heyvanların karantin izolyasiyası sahəsində.

Quduzluğa şübhəli, yaxud xəstə heyvanların karantində saxlanılmasını təşkil edir və bu haqda aidiyyəti üzrə məlumat verir. Quduzluq xəstəliyinin etiologiyasına, epizootologiyasına və xəstəlik haqda müvafiq təlimatlara uyğun mübarizə işini, həmçinin xidməti ərazidə bu sahə ilə əlaqədar digər baytarlıq-sanitariya tədbirlərini təşkil edir.

İzolyatorda təcrübə məqsədilə saxlanılan heyvanların yemlənməsini təşkil edir və ona gündəlik nəzarət edir. Quduzluq xəstəliyi aşkar edildikdə xəstəlik mənbəyinin ləğv edilməsi məqsədi ilə karantin, dezinfeksiya və digər sanitariya tədbirlərini, quduzluğa şübhəli heyvanın ölüm səbəbini müəyyən etmək, xəstəliyinin diaqnozunu qoymaq və ekspertizadan keçirilməsi üçün patmaterial götürülüb baytarlıq laboratoriyasına göndərilməsi işlərini təşkil edir.

Quduzluq xəstəliyinin ləğvi və profilaktikasını təşkil etmək üçün sanitariya-gigiyena mərkəzinin əməkdaşları ilə birgə tədbirlər aparır. Müalicə-profilaktika məqsədilə istifadə edilən preparatların təyinatı üzrə saxlanma və istifadə edilməsinə nəzarət edir.

Şöbənin işinə rəhbərlik etməklə iş planlarını tərtib edir, işçilər arasında iş və vəzifə bölgüsünü aparır, işlərin yerinə yetirilməsinə nəzarət edir, hesabatlar hazırlayır. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarına əməl edir.

Baytarlıq laboratoriyasında bakterioloji ekspress-diaqnostika sahəsində.

Şöbəyə daxil olan patoloji materialların və digər materialların bakterioloji müayinəsinin aparılmasını təşkil edir. Materialda ayrob, anayrob mikrobları təhqiq etmək üçün qida mühitlərinə materiallar əkilməsini təşkil edir. Qida mühitlərindən alınan boyaları təhqiq edir. Təmiz kultura almaq üçün diferensial qida mühitlərini təyin edir və bioloji sınaq qoyur. Bioloji sınaq müsbət nəticə verəndə təcrübə heyvanlarının daxili orqanlarından qida mühitləri və təmiz kultura alır. Təmiz kultura alınandan sonra onun biokimyəvi göstəriciləri yoxlanılır və diaqnozu dəqiqləşdirilir. Patoloji material şöbəyə daxil olandan müayinə qurtarana kimi saxlanılması işini başa çatdırır. Müayinə qurtardıqdan sonra materialın kreminasiyasını təşkil edir. Bakterioloji jurnalın doldurulmasına nəzarət edir. Bakterioloji müayinələrin aparılması üçün qida mühitlərinin hazırlanmasını təşkil edir və ayrob, anayrob xəstəliklərinin törədicisinin tapılmasını təşkil edir. Müayinə vaxtı xəstəliklərin törədicilərini aşkar edərək aidiyyəti üzrə rəhbərlərinə rəy, təklif və tövsiyələr verir. Heyvan mənşəli məhsulların ekspertizasını aparır, heyvan xəstəliklərinin diaqnostikası, profilaktikası, müalicəsinə dair ekspertiza aktı tərtib edir və məsləhətlər verir, heyvanların cins tərkibinin yaxşılaşdırılması və süni mayalandırma işlərini təşkil edir, son diaqnozdan sonra müalicə üçün təklif və tövsiyələr verir.

Quşçuluq laboratoriyasında quş xəstəlikləri sahəsində.

Xəstəliklərin baş verməsinin qarşısının alınması sahəsində əməli tədbirlər hazırlayıb həyata keçirir. Laboratoriyaya daxil olan patoloji materialları qəbul edir, saxlanılmasını və müayinə edilməsini təmin edir. Qəbul edilmiş patoloji materiallardan nümunələr götürür və onlarda yoluxucu xəstəliklərə qarşı bakterioloji, mikroskopik, mikoloji və koproloji müayinələr aparır, yemləri (qarışıq yem, ət, sümük unu və s.) bakterioloji çirkliliyinə görə müayinə və ekspertiza edir. Müayinə zamanı bakterioloji, virusoloji, mikoloji və parazitar xəstəliklər müşahidə edilərsə xəstəliklərin müalicəsi və profilaktikası üçün lazımı köməklik göstərir.

Bakterioloji müayinə ilə birlikdə nyukasl xəstəliyinə qarşı seroloji müayinə aparır, quşlarda immunitetin gərginliyini yoxlayır və peyvənd aparılması vaxtını təyin edir, peyvəndin keyfiyyətinə nəzarət edir. Müayinə və müalicəni həyata keçirir, baş vermiş xəstəliklər və görülən tədbirlər barədə məlumat hazırlayır. Müalicəsi mümkün olmayan quşların məhv edilməsi, onların istifadəsinə qadağalar qoyulması, karantin elan edilməsi barədə təkliflər verir.

İstifadə olunan qarışıq yem, taxıl məhsulları, ət-sümük unu, balıq unu, ot unu, balıq yağı və s. tərkiblərinin kimyəvi müayinələrini aparır, onun tərkibində olan proteinin, sellülozanın, kalsium və fosforun, duzun, yağların, vitaminlərin, mikro və makro elementlərin miqdarını təyin edir. Yem normalarının (reseptlərin) tərtib edilməsinə köməklik göstərir, laboratoriyaya daxil olan yem nümunələrinin qəbulunu, təhlilini və saxlanılmasını təmin edir. Yumurta və ot ununun tərkibində karotionidlərin miqdarını təyin edir. Yumurtanın inkubasiya üçün yararlı olması barədə rəy verir. İstifadə olunan qarışıq yemlərin, quşların yaş qrupuna görə dövlət standartlarına uyğun olmasını təyin edir.

Yemlərin tərkibində zəhərli, toksikoloji maddələrin və kif göbələklərinin təyini üçün mikoloji müayinələr və ekspertiza aparır. Yemlərdə, suda, heyvan mənşəli yemlərdə zəhərlənməni yoxlamaq üçün quppi balıqlar üzərində bioloji müayinələr aparır. Yem normalarını müəyyən etməklə təsərrüfatda saxlanılması və yemləmə üçün şübhəli olan yemlərdən nümunələrin götürülməsini və laboratoriya şəraitində müayinə edilməsini təşkil etməklə rəy və təkliflər verir.

Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarına riayət olunmasını təmin edir.

Baytarlıq laboratoriyasında seroloji sahədə.

Komponentlərin alınması və onun lazımı şəraitdə saxlanılmasını təşkil edir, avadanlıqların və aparatların işlədilməsinə nəzarət edir. İstehsalat şöbəsində hazırlanan komponentlərin müayinə üçün yararlılığına nəzarət edərək, onların titrini təyin edir. Seroloji reaksiyaların aparılmasında, qoçdan qan alınıb eritrositin hazırlanmasında, komponentlərin reaksiyalar üçün doldurulub işlədilməsində bilavasitə iştirak edir. Seroloji şöbəyə daxil olan qan nümunələrini qeydiyyatdan keçirir və müayinədən sonra ekspertizaya hazırlayır. Baytarlıq laboratoriyalarında seroloq həkimlərə təlimatı göstərişlər verir, onların işinə nəzarət etməklə əməli və təcrübi köməklik göstərir. Xəstə çıxan heyvanların qan nümunələrinin zərərsizləşdirilməsinə nəzarət edərək həmin heyvanların istifadədən çıxarılması və təsərrüfatların sağlamlaşdırılması üçün təlimat əsasında məsləhətlər, təkliflər verir. Təsərrüfatlarda olan heyvanlardan qan alınmasında bilavasitə iştirak edir, reaksiyaların nəticəsini oxuyur və təkliflər hazırlayır. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarına riayət olunmasını təmin edir.

Baytarlıq laboratoriyasında virusoloji sahədə.

Şöbəyə daxil olan materialda virusoloji müayinələrin aparılmasını təşkil edir. Dabaq xəstəliyinə komponentlərin birləşmə reaksiyasını qoyur. Komponentin titrlənməsinin aparılması, quduzluq xəstəliyinə qarşı beyin suspenziyasının hazırlanması, ağ siçan üzərində bioloji sınaq qoyulması, patoloji materialdan təlimata müvafiq yaxmanın hazırlanması, adi və lüminessent mikroskopda baxılması, laboratoriyaların virusoloqları ilə vaxtaşırı seminarların keçirilməsi, lazım olan avadanlıqların, reaktivlərin, diaqnostikumların əldə edilməsi işlərini təşkil edir. Avadanlıqların, mikroskopların, aparatların, soyuducuların və müxtəlif markalı aparatların işlək vəziyyətdə saxlanılması üçün profilaktiki tədbirlər keçirir. Şöbəyə daxil olan materialın işlənməsi üçün işçiləri xüsusi paltarla, əlcəklə təmin edir və sonra paltarların dezinfeksiya edilib zərərsizləşdirilməsi işini təşkil edir. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarına riayət olunmasını təmin edir.

Baytarlıq laboratoriyasında kimya-toksikoloji sahədə.

Şöbəyə daxil olan bütün materialdan nümunələr götürməklə kimya-toksikoloji müayinələr aparır, müayinələrin keyfiyyətinə nəzarət etməklə alınan nəticələr barədə yuxarı təşkilatlara təkliflər hazırlayır. Lazım olan reaktivlərin təmin edilməsi və onların istifadəsini təşkil edir. Bütün müayinələrin hesabatını aparır, nəticələri barədə aidiyyəti təşkilatlara məlumatlar hazırlayır. Müayinə vaxtı nümunələrdə göstərilən kəmiyyət göstəriciləri normativ sənədlərdə göstərilənlərdən çox olarsa, yuxarı təşkilatlara təkliflər və tövsiyələr verir. Yeni üsulların mənimsənilməsi işini həyata keçirir. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarına riayət olunmasını təmin edir.

İstifadə olunan qarışıq yem, taxıl məhsulları, ət-sümük unu, balıq unu, ot unu, balıq yağı və s. tərkiblərinin kimyəvi müayinələrini aparır, onun tərkibində olan proteinin, sellülozanın, kalsium və fosforun, duzun, yağların, vitaminlərin, mikro və makro elementlərin miqdarını təyin edir. Yem normalarının (reseptlərin) tərtib edilməsinə köməklik göstərir, laboratoriyaya daxil olan yem nümunələrinin qəbulunu, təhlilini və saxlanılmasını təmin edir. Yumurta və ot ununun tərkibində karotionidlərin miqdarını təyin edir. Yumurtanın inkubasiya üçün yararlı olması barədə rəy verir. İstifadə olunan qarışıq yemlərin, quşların yaş qrupuna görə dövlət standartlarına uyğun olmasını təyin edir.

Yemlərin tərkibində zəhərli, toksikoloji maddələrin və kif göbələklərinin təyini üçün mikoloji müayinələr və ekspertiza aparır. Yemlərdə, suda, heyvan mənşəli yemlərdə zəhərlənməni yoxlamaq üçün quppi balıqlar üzərində bioloji müayinələr aparır. Yem normalarını müəyyən etməklə təsərrüfatda saxlanılması və yemləmə üçün şübhəli olan yemlərdən nümunələrin götürülməsini və laboratoriya şəraitində müayinə edilməsini təşkil etməklə rəy və təkliflər verir. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə və ekologiyanın qorunması işlərini təşkil edir.

Baytarlıq laboratoriyasında parazitoloji sahədə.

Kənd təsərrüfatı heyvanlarında parazitoloji xəstəliklərin diaqnozunun qoyulması, helmintoloji, araxnoentomoloji təfriqə aparılması və diaqnozun dəqiqləşdirməsi, kaproloji müayinələr aparmaq üçün Fyuleborn, Darlinq, Vayda və digər üsullardan istifadə edilməsi, qan parazitar xəstəliklərin törədicilərinin təfriqə üçün qan yaxmasının boyanması işlərini təşkil edir. İnvazionun yoluxma faizini təyin edir, bəzi parazitar xəstəliklərin qida mühitinə əkilməsi yolu ilə onun digər xəstəliklərlə diferensiasiyasını aparır. Şöbənin iş planını tutur, rüblük, illik hesabat tərtib edir. Seminarlar keçirir, metodiki göstərişlər verir, yenilikləri laboratoriyalara çatdırır. Müayinə vaxtı xəstəliklərin törədicilərini aşkar edəndən sonra aidiyyəti təşkilatlara təkliflər və tövsiyələr verir. Avadanlıqların, mikroskopların düzgün saxlanılmasına nəzarət edir. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarına riayət olunmasını təmin edir.

Baytarlıq laboratoriyasında baytarlıq preparatlarının istehsalı sahəsində.

Şöbədə komponentin birləşmə reaksiyası üçün hemolizinin və distillə edilmiş suyun hazırlanmasının texnoloji təlimatına düzgün riayət edilməsini təmin edir. Təcrübə heyvanlarının (hind donuzu, ada dovşanı) zoobaytar qaydalarına uyğun saxlanılmasına, çoxaldılmasına nəzarət edir. Komponent birləşmə reaksiyası üçün hemolizinin və komponentin hazırlanması metodikasında nəzərdə tutulmuş işlərin ən önəmlilərini (qoçdan qan götürmək, yuyulmuş eritrositləri sxemə uyğun olaraq ada dovşanlarının qulaq venasına yeritmək, ürəkdən qan götürmək, ayrılmış serumun titrlənməsini aparmaq), məhsulun diaqnostikumunun seriyalaşdırılması, qablaşdırılması və satış üçün texnoloji təlimata uyğun olaraq hazırlanmasına nəzarəti və s. yerinə yetirir. Hazırlanmış diaqnostikumların satışını təşkil edir. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarına riayət olunmasını təmin edir.

Baytarlıq laboratoriyasında radioloji tədqiqat və preparatların qalıq miqdarının təyin edilməsi sahəsində.

Respublikanın təsərrüfat və müəssisələrindən, ayrı-ayrı vətəndaşlardan radioloji şöbəyə daxil edilən bütün heyvan mənşəli məhsulları qəbul edir və onların müayinə edilməsi qeydiyyatını aparır. Müayinədə steroid hormonların (estradiol, testesteron, kortizol proqesteron), ağır metalların (mis, kadmium, qurğuşun, sink) və radionuklidlərin (Alfa, Beta, Qamma) qalıq miqdarının, radioaktiv çirklənmələrin təyin edilməsi işini təşkil edir. Müayinələrin nəticəsi üzrə ekspertlər hazırlayır. Müayinə vaxtı göstəricilərin miqdarı normativ sənədlərdə göstərilənlərdən çox olarsa aidiyyəti təşkilatlara təkliflər, tövsiyələr verir. Şöbənin yeni tələblərə uyğun maddi-texniki bazasını yaxşılaşdırmaq məqsədilə yeni avadanlıqların alınmasını və onların mənimsənilməsini həyata keçirir. Göstərilən müayinələrin təşkil edilməsi üçün lazım olan reaktivlərin, radioimmunoloji dəstlərin, standart dəstlərin alınması üçün sifarişlər verir və onların əldə edilməsini təşkil edir. Bu maddələrin saxlanılmasını, uçotunu, paylanmasının qalıq miqdarını və xüsusi geyimlərin xüsusi qaydada yuyulmaq üçün təhvil verilməsi işini təşkil edir. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarına riayət olunmasını təmin edir.

Baytarlıq laboratoriyasında patomorfologiya sahəsində.

Şöbəyə daxil olan patoloji materialda müayinələrin aparılmasını təşkil edir, materialları şöbələrə bölməklə, müayinələrin nəticələrini yekunlaşdırıb, ekspertizasını hazırlayıb rəhbərliyinə təqdim edir. Patoloji materiallarda histoloji müayinə aparır, histoloji diaqnozu müəyyənləşdirir. Yeni texnologiya əsasında şöbənin maddi-texniki bazasını yaxşılaşdırmaq üçün lazım olan bir sıra avadanlıqlar, reaktivlər sifariş verməklə onların alınması işini təşkil edir. Şöbədə bütün qiymətli avadanlıqların, mikroskop və s. yanğından mühafizə edilməsi məqsədilə profilaktiki tədbirləri həyata keçirir. Krematoriyaya nəzarət edir və patoloji materialı, yarılan yeri dezinfeksiya edir. Patanatomik, histoloji müayinələrin aparılmasını təşkil edir, patoloji materialı fiksasiya etmək və parafin blokları, müxtəlif reaktivləri hazırlamaq və histoloji preparatları boyamaq işini aparır, mikroskopiya zamanı təfriqə edib histoloji diaqnozu dəqiqləşdirir. Şöbədə gedən işlərin uçotunu aparır və ekspert cavablarını verir. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarına riayət olunmasını təmin edir.

Baytarlıq laboratoriyasında "Arı-Balıq" xəstəlikləri sahəsində.

Şöbəyə daxil olan materialı, arı və balıq xəstəliklərinin diaqnozunun qoyulmasını müəyyənləşdirib, bir sıra xəstəliklərlə təfriqə edir. "Arı-balıq" xəstəliklərin diaqnozunun qoyulması üçün bütün lazım olan avadanlıqlar, inventarlar, qida mühitləri, mikroskop, əşya şüşəsi, müxtəlif növ boyalar, qida mühitlərinin hazırlanması, sifarişlərin verilməsi və alınması işini təşkil edir. "Arı-balıq" xəstəliklərinin diaqnozunu təyin etmək üçün bakterioloji, mikoloji müayinələr aparır. Avadanlıqların, inventarların, mikroskopların, elektrik cihazlarının və digər əşyaların yanğından mühafizə edilməsi üçün mütəmadi olaraq bu işlərə nəzarət edir. "Arı-balıq" xəstəliklərinin diaqnozunun təyin edilməsi sahəsində seminarlar təşkil edir, xəstəliklərin qarşısının alınması məqsədilə məlumat üçün media məhsullarından istifadə edir. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarına riayət olunmasını təmin edir.

Baytarlıq laboratoriyasında "Askol" sahəsində.

Şöbəyə daxil olan dəri nümunələrində qarayara xəstəliyinə presipitat reaksiyasını aparır. Dəri nümunələrini avtoklavdan keçirir. Nümunələrin doğranmasını, ekstraksiya edilməsi və presipitat reaksiyasını qoyur və reaksiyanı oxuyur. Müayinə vaxtı alınan cavab barədə aidiyyəti təşkilatlara rəy, təkliflər və tövsiyələr verir. Şöbənin maddi-texniki bazasını yaxşılaşdırmaq üçün şöbəyə lazım bir sıra avadanlıqlar, presipitanoqen, sıvorotka (zərdab) və antigen sifarişinin verilməsi və alınmasını təşkil edir.

Aparılan müayinələrin uçotunu və ekspertiza cavablarını yazıb rəhbərliyə təqdim edir. Şöbədə olan bütün qiymətli avadanlıqların (avtoklav və sair) yanğından mühafizə edilməsi məqsədilə profilaktiki tədbirlər həyata keçirir. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarına riayət olunmasını təmin edir.

Bilməlidir: xidməti sahə üzrə qanunları, fərmanları, sərəncamları, qərarları və digər direktiv sənədləri; şöbənin iş istiqaməti üzrə təlimatları, metodiki göstərişləri; şöbənin iş planının və proqnozunun hazırlanması qaydasını; işçilərin əmək funksiyasını, onların arasında vəzifə bölgüsünün aparılmasını; şöbəyə verilən tapşırıq və göstərişlərin vaxtında icra olunması qaydalarını; daxili intizam qaydalarını, standartlaşmanı, xidməti sahə üzrə normaları, normativ sənədləri; nümunələrin götürülməsini, analizlərin aparılması qaydasını, nəticələrin təhlil edilməsini; yuxarı təşkilat tərəfindən verilən tapşırıq və göstərişlərin yerinə yetirilməsini.

Baytarlıq sahəsində çalışdıqda “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununu; şöbənin əsasnaməsini, bu sahədə müvafiq təlimatları, metodik göstərişləri; xəstəliklərin törəmə səbəbinin aşkar edilməsini, müayinəsini, müalicəsi tədbirlərini; izolyatorun əsasnaməsini; quduzluq xəstəliyinə görə karantin qaydalarını, müvafiq təlimatları; diaqnostika metodunu.

Xəstəliklərin yaranma səbəblərini, onların müayinəsini, müalicə metodlarını, analizlərin və patoloji materialların götürülməsini, analizlərin aparılmasını, əkilməsini, müayinəsini, diaqnostikasını, bakterioloji, seroloji, virusoloji, kimya-toksikoloji, parazitoloji, radioloji, patomorfoloji, "Arı-balıq", "Askol" sahəsində baytarlıq təlimatlarını, baytar-sanitar qaydalarını, müayinələrin aparılmasını, müalicə metodlarını, izolyatorun əsasnaməsini, quduzluq xəstəliyinə görə karantin qaydalarını.

Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: xidmət etdiyi sahə üzrə ali ixtisas təhsili və 5 ildən az olmayaraq əmək stajı.

15-ci dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı olduqda;

16-cı dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 10 ildən az olmayaraq əmək stajı olduqda;

17-ci dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 15 ildən az olmayaraq əmək stajı olduqda.

Maşın sınaq, layihə axtarış kimyalaşdırma və quş xəstəlikləri sahələrində:

15-ci dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı olduqda;

16-cı dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 10 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Laboratoriyanın iş planına əsasən, yaxud torpaq mülkiyyətçisinin sifarişi ilə torpaq tədqiqatını aparır. Əkin, yaxud çoxillik əkmələr altında olan torpaq sahəsindən aqrokimyəvi analiz aparmaq üçün torpaq nümunələri götürür. Nümunə götürülməmişdən əvvəl sahəni diqqətlə gəzir və marşrut müəyyənləşdirir. Eyni zamanda sələf bitkisi, onun gübrələnməsi, aqrotexnikanın səviyyəsi, torpaqların eroziyaya uğrama dərəcəsi, bitkilərin nəmliklə təmin olunması barədə məlumatları toplayır.

Götürülmüş torpaq nümunələri müvafiq təlimata əsasən qarışdırılaraq hər 3 hektar, əgər torpaq tərəvəz əkinləri altındadırsa, orada intensiv gübrələmə aparılıbsa, onda 2 hektar üçün orta nümunə hazırlayır. Hazır torpaq nümunələrinin müvafiq şəraitdə qurudulmasına, döyülüb ələkdən keçirilərək analizə hazırlanmasına nəzarət edir.

Aqrokimyəvi torpaq analizləri (mütəhərrik fosfor, asan hidroliz olunan azot, mübadiləvi kalium, torpağın reaksiyası (pH) və s.) laboratoriyasında müvafiq laboratoriya cihazları və reaktivlərlə, bunlar olmadıqda layihə-axtarış kimyalaşdırma stansiyalarında analiz aparıldıqdan sonra, analizin nəticələrini təhlil edir.

Torpaqda olan qida maddələrinin miqdarına (azot, fosfor və kalium) və planlaşdırılan məhsuldarlığa görə gübrə norması hesablanır. Eyni zamanda torpaq analizi nəticələrinə və toplanmış digər məlumatlara əsasən sahənin aqrokimyəvi pasportu tərtib edilir.

Bütün bu məlumatları hesabat şəklində torpaq mülkiyyətçisinə təqdim edir. Həmçinin əkilən bitkinin bioloji xüsusiyyətləri nəzərə alınaraq gübrələrin növü, verilmə dozası, vaxtı və üsulu barədə torpaq mülkiyyətçisinə tövsiyələr verir və icrasına nəzarət edir.

Laboratoriyanın xidmət göstərdiyi ərazidə torpaqların şorakətləşməsi halları mövcuddursa, mütəxəssis tərəfindən torpaq tədqiqatı və aqrokimyəvi analizin nəticələrinə əsasən torpaqların şorakətləşmə dərəcəsi müəyyənləşdirib gipsləmə aparmaq üçün layihə-smeta sənədləri hazırlayır.

Bitkiçilik məhsullarının (meyvə, tərəvəz, bostan, üzüm, dənli paxlalı bitkilərin və yem bitkilərinin) tərkibində olan nitrit və nitratların miqdarını və pestisidlərin qalıq səviyyəsini kimyəvi analizlər vasitəsilə müəyyənləşdirir və istehsalçılara məhsulun tədarük olunması barədə rəy və tövsiyələr verir.

Ekspress metodla bitki və torpaq diaqnostikasının köməyi ilə bitkilərə yemləmə gübrəsi vermək üçün torpaq mülkiyyətçilərinə tövsiyələr verir və onların tətbiqinə nəzarət edir. Kənd təsərrüfatının kimyalaşdırılmasına aid elmi və qabaqcıl təcrübəni torpaq mülkiyyətçiləri arasında yaymaq məqsədilə təbliğat aparmaqla onların tətbiq edilməsində bilavasitə iştirak edir.

Bilməlidir: aqrokimya sahəsinə aid qanunları, fərmanları, sərəncamları, qərarları, təlimatları, metodiki göstərişləri, tövsiyələri; torpağın xüsusiyyətini; analiz üçün nümunə götürülməsini; torpağın kimyəvi analizinin hazırlanmasını, aparılmasını; torpağın tərkibində kimyəvi maddələrin strukturunu; analizlərin nəticələrinin təhlilini və onların əsasında tövsiyələrin hazırlanmasını; məhsulların tərkibində olan nitrit və nitratların miqdarını, pestisidlərin qalıq səviyyəsini, dən güvəsini və trixonoqramın alınmasını, zərərvericilərin və xəstəliklərin inkişaf fenologiyasını, entomofoqlarını, avadanlıq və cihazlardan istifadə qaydalarını və texnologiyasını, onların iş prinsipini; biomaterialın alınmasını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitar-gigiyena, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: xidmət etdiyi sahə üzrə ali ixtisas təhsili və 5 ildən az olmayaraq əmək stajı.

15-ci dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı olduqda;

16-cı dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 10 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Zərərvericilərə qarşı bioloji mübarizə aparmaq məqsədilə trixonoqramın artırılmasında fəal iştirak edir. Onun dən güvəsinin yumurtası ilə sirayətlənməsini, materialın boksa yığılmasını, mexanikləşmiş bokslardan gənələrin və yumurtanın çəkilib kağız zərfə yığılmasını, termostatlarda və ya isentrifuqada, soyuducuda saxlanmasını, mövsüm yaxınlaşdıqda isə dən güvəsi yumurtasının trixonoqram ilə sirayətlənməsini və dirilməkdə olan trixonoqramın pambıq və ya tərəvəz sovkasına qarşı tətbiqini təşkil edir. Ana materialı yeniləşdirmək üçün pambıq sovkasının yumurtalarını yığır, onun üzərində trixonoqramı artırır və onun keyfiyyətini yaxşılaşdırır. Bioloji mübarizənin effektivliyini təyin edir. Bioloji mübarizə üzrə elmin və qabaqcıl təcrübənin nailiyyətlərini təsərrüfatlarda təbliğ edir.

Xidmət etdiyi rayonun təsərrüfatlarında bitkilərin zərərverici və xəstəliklərə qarşı bioloji mübarizə işinə rəhbərlik edir. Təsərrüfatların mikrobioloji və bioloji vasitələrə olan tələbatını müəyyən edir, onların gətirilməsini və vaxtında tətbiqini, bioloji laboratoriyaların keyfiyyətli ana materiallarla təmin edilməsini təşkil edir. Elmin və qabaqcıl təcrübənin bioloji mübarizə üzrə nailiyyətlərini öyrənib təsərrüfatlarda tətbiqini təşkil edir.

Mütəxəssislərin ixtisasının artırılması üçün tədbirlərin həyata keçirilməsini təşkil edir. Bioloji mübarizə üzrə cari və perspektiv tapşırıqları tərtib edir və illik hesabatları qəbul edir. Laboratoriyalarda yetişdirilən bioloji materialların yeni yerli formalarının mütəmadi olaraq yeniləşdirilməsi və onun keyfiyyətinin yaxşılaşdırılması işini həyata keçirir.

Laboratoriyalarda lazım olan cihaz, avadanlıq və xammalın alınması üçün sifarişlərin tərtib olunmasını təmin edir. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə və ekologiyanın qorunması qaydalarına əməl edir.

Bilməlidir: bioloji fəaliyyətlə bağlı qanunları, fərmanları, sərəncamları, qərarları, təlimatları, metodiki göstərişləri, tövsiyələri; torpağın xüsusiyyətini; analiz üçün nümunə götürülməsini; torpağın kimyəvi analizinin hazırlanmasını, aparılmasını; torpağın tərkibində kimyəvi maddələrin strukturunu; analizlərin nəticələrinin təhlilini və onların əsasında tövsiyələrin hazırlanmasını; məhsulların tərkibində olan nitrit və nitratların miqdarını, pestisidlərin qalıq səviyyəsini, dən güvəsini və trixonoqramın alınmasını, zərərvericilərin və xəstəliklərin inkişaf fenologiyasını, entomofoqlarını, avadanlıq və cihazlardan istifadə qaydalarını və texnologiyasını, onların iş prinsipini; biomaterialın alınmasını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitariya-gigiyena, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: xidmət etdiyi sahə üzrə ali ixtisas təhsili və 5 ildən az olmayaraq əmək stajı.

15-ci dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı olduqda;

16-cı dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 10 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Xidmət etdiyi ərazidə baytarlıq nəzarət işlərini, heyvandarlıq obyektlərində baytarlıq-sanitariya tədbirlərinin həyata keçirilməsi məqsədilə işlər aparır, xəstəliklər müəyyən edildikdə onların aradan qaldırılması üçün göstərişlər verməklə müvafiq müalicə tədbirləri görür.

Hüquqi və fiziki şəxslərdən təsərrüfatda epizootiya və baytarlıq-sanitariya vəziyyətini öyrənmək məqsədi ilə lazımı məlumat və sənədləri toplayır, təlimatlara uyğun olaraq heyvanların yoluxucu xəstəliklərinin qarşısının alınması və ləğvini təmin edən tədbirləri həyata keçirir. Müəyyən edilmiş qaydada baytarlıq şəhadətnaməsini (forma №1), arayışları və məhsuldar olmayan heyvanlar (it, pişik və s.) üçün pasport tərtib edir. Ərazidəki sahibsiz heyvanların zərərsizləşdirilməsi üçün aidiyyəti təşkilata məlumat verir.

Baytarlıq qanunvericiliyinə uyğun olaraq xəstəlik müəyyən edildiyi hallarda heyvanların, bir təsərrüfatdan digər təsərrüfata satılmasını, aparılmasını qadağan edir və aidiyyəti təşkilata məlumat verir. Baytarlıq sahəsinin müdiri xidmət etdiyi ərazidə baytarlıq nəzarətini həyata keçirərkən:

- təsərrüfatlarda heyvanlar arasında infeksion zoonoz xəstəliklər baş verdiyi halda xəstəliyin təlimatına uyğun karantin və digər baytarlıq-sanitariya tədbirlərini həyata keçirir, bu haqda yuxarı təşkilata məlumatlar verməklə hüquqi və fiziki şəxslərə məxsus heyvandarlıq təsərrüfatlarının baytarlıq-sanitariya vəziyyətini və heyvanların xəstəliklərə yoluxma hallarını sənədləşdirib müvafiq idarəetmə orqanları qarşısında məsələ qaldırır;

- zoogigiyenik və baytarlıq-sanitariya qaydalarını pozan şəxslərin məsuliyyətləri barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq qaydada tədbirlər görür, işçilərin iştirakı ilə diaqnostika işlərini təşkil edir, həmçinin təsərrüfatda heyvanların yemlənməsi üçün istifadə edilən yem, su və s. zoogigiyenik vəziyyətinə nəzarət edir, heyvanların ambulator və stasionar müalicə işini təşkil edir, həmçinin məhsuldarlığın artırılması üçün məsləhətlər verir, təsərrüfatlarda cari profilaktik dezinfeksiya işlərini təşkil edir və heyvan mənşəli məhsulların saxlanmasına, daşınmasına nəzarət edir, heyvanların ölüm səbəblərini araşdırır və bunun qarşısını almaq üçün müvafiq rəy və təkliflər verir, əhali arasında baytarlıq işini təbliğ edir, insanlar üçün qorxulu infeksion yoluxucu xəstəliklərin qarşısını almaq və əhalinin sağlamlığını qorumaq məqsədilə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin işçiləri ilə birgə tədbirlər keçirir, sahənin müdiri xidməti ərazinin dövlət baytar müfəttişi kimi epizootiya əleyhinə müalicə-profilaktika tədbirlərinin aparılmasında yol verilmiş nöqsanlara görə vəzifəli şəxsləri və vətəndaşları qanunvericiliyə uyğun olaraq çərimə edir;

- xidmət etdiyi ərazidə epizootik vəziyyəti təhlil edir, epizootiya üzrə planı tərtib edir və təsdiq üçün tabe olduğu yuxarı təşkilata təqdim edir. Baytarlıq müalicə-profilaktik tədbirlərinin səmərəli aparılması üçün məsuliyyət daşıyır, əşya və materiallardan təyinatı üzrə istifadə olunmasına nəzarət edir, xidmət etdiyi ərazidə heyvanların xəstələnməsi və tələfatı haqqında tabe olduğu baytarlıq idarəsinə qəbul edilmiş qaydada hesabat verir.

Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə və ekologiyanın qorunması qaydalarını işçilərə və əhaliyə öyrətməklə onlara əməl edilməsinə nəzarət edir.

Dəmir yolu nəqliyyatında baytarlıq-sanitariya sahəsində.

Dəmir yolu nəqliyyatı ilə daşınan heyvan mənşəli məhsul və xammal emal edən, saxlayan müəssisələrin epizootiki və baytar-sanitar vəziyyətini öyrənir, epizootiki vəziyyət haqqında jurnalda qeydlər aparır. Dəmir yolu stansiyalarında heyvandarlıq məhsullarını daşımaq və saxlamaq üçün nəzərdə tutulmuş bütün tikililərdə baytar-sanitar qaydalarına əməl etməklə heyvandarlıq məhsulları göndərən və qəbul edən təşkilatların “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununa, qərar və göstərişlərə əməl etmələrinə nəzarət edir.

Yüklənmə, boşaltma və tranzit zamanı heyvanları, heyvan mənşəli məhsulları, xammalı baytarlıq müayinəsindən keçirir və baytarlıq sənədlərini yoxlayıb imzalayır. Daşınma zamanı heyvanlarda yoluxucu xəstəliklərinin baş verməsinin və yayılmasının qarşısını almaq məqsədilə tədbirlər görür. Heyvanların, heyvan mənşəli məhsulların və xammalın daşınması zamanı qüvvədə olan qaydalara əsasən daşınma şərtlərini lazım olan məhdudlaşdırıcı tədbirləri yerinə yetirməklə müəyyən edir, yoluxucu xəstəliklərə görə qeyri-sağlam elan edilən heyvandarlıq məhsulları yüklənən və boşaldılan stansiyaların sanitariya qaydasına uyğun bağlanılmasına nəzarəti həyata keçirir.

Epizootiya əleyhinə təxirəsalınmaz tədbirlər aparır, daşınan heyvanlara müalicə yardımı göstərir. Heyvanların vaxtında suvarılmasını, yemin və suyun keyfiyyətini, vaqonların baytar-sanitar qaydasında işlənməsini, onların dezinfeksiya-yuma stansiyasına qrafik üzrə göndərilməsini, daxil olmasını və sənədlərin düzgünlüyünü təmin edir. Yolda ölmüş heyvanların cəmdəklərini vaqonlardan boşaldılaraq stansiyanın vəsaiti hesabına utilə verilməsini, həmin vaqonların dezinfeksiya-yuma stansiyasına göndərilməsini təmin edir. Stansiyada heyvandarlıq məhsullarını daşımaq üçün lazım olan platformalarda, meydançalarda, heyvan saxlanan yerlərdə, anbarlarda təmizlik işlərini aparır, müəyyən edilmiş nöqsan və uyğunsuzluq barədə aidiyyəti üzrə məlumat verir. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarına düzgün əməl edilməsini nəzarətdə saxlayır.

Bilməlidir: “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununu, bu sahədə olan fərmanları, sərəncamları, təlimatları, tövsiyələri; sahənin əsasnaməsini; aidiyyəti üzrə yuxarı təşkilatların göstərişlərini; dəmir yolu baytar-sanitar sahəsinə dair qaydaları, təlimatları və onların icra mexanizmini; heyvandarlıqda xəstəliklərin müayinə və aşkar edilməsini, sanitariya qaydalarına cavab verməsini, xəstəliklərin müalicə olunmasını; analizlərin götürülməsini; müvafiq məsləhətlər verilməsini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: xidmət etdiyi sahə üzrə ali ixtisas təhsili və 3 ildən az olmayaraq əmək stajı.

15-ci dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı olduqda;

16-cı dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 8 ildən az olmayan əmək stajı olduqda.

Əmək funksiyası. Planlı və ya infeksiya xəstəliklərin müəyyən edilməsi nəticəsində məcburi surətdə mal-qara və quş damlarının, xammal saxlanılan və xəstəliyin yayılmasına səbəb olan digər binaların dezirifeksiya tədbirlərini, bu tədbirləri aparmaq üçün lazım olan kimyəvi maddələrin və dərmanların əldə edilməsini təşkil edir.

Dəstənin müasir aparat, cihaz və avadanlıqlarla təmin edilməsini və dezinfeksiya ilə əlaqəsi olan işçilərin xüsusi geyim, mühafizə əşyaları və qida məhsulları ilə təmin olunmasını təşkil edir və bu işə məsuliyyət daşıyır, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinə, kadrların ixtisası üzrə seçilib yerləşdirilməsi işinə rəhbərlik edir. Xidməti ərazidə yerləşən və hər hansı infeksion xəstəliyə görə qeyri-sağlam hesab edilən heyvandarlıq təsərrüfatlarında xəstəliyin təlimatına uyğun olaraq infeksiya mənbəyi ləğv olunanadək dezinfeksiya işlərinin həyata keçirilməsini təşkil edir.

Dezinfeksiya dəstəsi, baytarlıq idarələri, hüquqi və fiziki şəxslərlə bağladığı müqaviləyə əsasən heyvandarlıq təsərrüfatlarında, heyvan mənşəli məhsulların istehsalı, emalı, tədarükü, saxlanılma anbarlarında və ticarət obyektlərində dezinfeksiya tədbirlərinin yerinə yetirilməsini təşkil edir.

Dezinfeksiya işləri aparılmamışdan qabaq hazırlıq işlərinin görülməsini və aparılmasını təşkil etməklə işçiləri və orada olan insanları xəbərdar edir və dezinfeksiya tədbirlərini həyata keçirməklə görülmüş işlər barədə aidiyyəti üzrə hesabat və məlumat verir.

Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını işçilərə öyrədir və onlara əməl edir.

Dəmir yol nəqliyyatında dezinfeksiya-yuma stansiyasının baytar-sanitariya sahəsində.

Heyvan mənşəli məhsul və xammal daşınan vaqonların lazımı baytar-sanitar vəziyyətini təmin edir. İnsanlar və heyvanlar üçün ümumi olan yoluxucu xəstəliklərdən qorunmaq üçün tədbirlər həyata keçirir. Xəstə heyvanlar (quş, xəz dərili heyvanlar, zoopark heyvanları, balıq, arı), xəstəliyə şübhəli olanlar, həmçinin bu qəbildən olan heyvanlardan alınmış ət və heyvan mənşəli başqa məhsul, xammal daşınmış vaqonların dezinfeksiya edilməsini təşkil edir və aparır. Heyvandarlıq yükləri daşınan xüsusi vaqonların yeni dezinfeksiya üsul və vasitələrini tətbiq etməklə, profilaktiki dezinfeksiyasını aparır.

Dezinfeksiya-yuma stansiyasının ərazisini bağlamaqla dezinfeksiya-yuma stansiyasının ərazisində vaqonların və avadanlığın lazımı baytar-sanitar vəziyyətini təmin edən tədbirləri aparır, həmçinin baytar-sanitar sahəsində lazım olan şəraitin yaradılması haqqında təkliflərini baxılmaq üçün dəmir yolu baytarlıq nəzarəti idarəsinə və müvafiq idarəetmə orqanlarına verir.

Dəmir yol nəqliyyatının müəssisə, təşkilat və idarə rəhbərlərinə tabeçiliklərində olan işçilərdən baytar-sanitar qaydalarına əməl etməməsi nəticəsində yoluxucu xəstəliklərin yayılmasında günahkar olanların qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə məlumat verir.

Xidməti vəsiqə təqdim etməklə dezinfeksiya-yuma stansiyasında olan baytarlıq nəzarəti obyektlərini gəzir və baytar-sanitar qaydalarının pozulması halları müəyyən edildikdə onların aradan qaldırılması üçün yerinə yetirilməsi məcburi olan təkliflər verir. Vaqonların göndərilməsinin, daxil olmasının və keyfiyyətli işlənməsinin uçotunu təşkil edir, baytar-sanitar sahəsinin əməkdaşlarının texniki təhlükəsizlik qaydalarına, şəxsi gigiyena və istehsalat sanitariyasına riayət etmələrinə nəzarət edir.

Əməyin mühafizəsi tədbirlərini təşkil etməklə işlərin təhlükəsiz aparılmasına nəzarət edir, yanğından mühafizə üçün lazımı tədbirlərin görülməsi işini təşkil edir, ekologiyanın qorunması qaydalarına əməl edir.

Bilməlidir: “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununu, bu sahədə sərəncamları, qərarları, təlimatları, tövsiyələri, metodik göstərişləri; dezinfeksiya dəstəsinin nizamnaməsini, kimyəvi və dərman preparatlarından istifadə qaydasını, dəmir yolunda dezinfeksiya-yuma qaydalarını, obyektlərdə dezinfeksiya aparılmasını, yuyulmanı, antisanitariya qaydalarını, xəstəliklərin təlimatına uyğun olaraq aparılacaq dezinfeksiya tədbirlərini, əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: xidmət etdiyi sahə üzrə ali ixtisas təhsili və 3 ildən az olmayaraq əmək stajı.

15-ci dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı olduqda;

16-cı dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 8 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Kabinetin fəaliyyət göstərdiyi inzibati ərazidə kənd təsərrüfatı heyvanlarının diaqnostika və süni mayalama işlərini təşkil edir və yerinə yetirir, xidmət göstərdiyi rayonun təsərrüfatlarından, baytarlıq müəssisələrindən və əhalidən daxil olmuş patoloji materiallarda heyvan xəstəliklərinə diaqnoz qoymaq məqsədilə patanatomik, mikroskopik, bakterioloji, seroloji müayinələri təşkil edir. Rayonlarda yerli istehsal olunan heyvan mənşəli məhsulların baytarlıq-sanitariya ekspertizasını aparır və rəsmi ekspertiza sənədi verir. Təsərrüfatlardan, digər təşkilat və müəssisələrdən, yerli əhalidən daxil olmuş patoloji materialları müayinə etdikdən sonra nəticəsini lazımı tövsiyələrlə birlikdə qəbul olunmuş qaydada yerlərə çatdırır. Fəaliyyət göstərdiyi rayonda süni mayalama mərkəzinə metodiki rəhbərlik edir. Onların işlərinin nəticələrini təhlil edir, bu məsələlər barədə zona laboratoriyasına məlumat verir, heyvan xəstəliklərinin diaqnostikası, profilaktikası və müalicəsinə dair baytarlıq idarəsinə, heyvanın sahibinə ekspertiza aktı və məsləhətlər verir. Fəaliyyət göstərdiyi rayonda aparılan diaqnostik müayinələrinin yekununu təhlil edərək, rayonun baytarlıq xidmətinin rəhbərliyi ilə birlikdə heyvan xəstəliklərinin qarşısının alınması və ləğv edilməsinə dair tədbirlər planının hazırlanmasında iştirak edir.

Süni mayalama mərkəzinə metodoloji köməklik göstərir, rayon ərazisinin təsərrüfatlarında və əhalidə olan mal-qaranın cins tərkibini yaxşılaşdırmaq, onların məhsuldarlığını yüksəltmək işinə köməklik göstərir, süni mayalama texniklərini toxumla, maye azotla təmin edilməsini təşkil edir, müqavilə əsasında heyvandarlığa dair xidmətləri həyata keçirir.

Diaqnostika kabineti xidmət etdiyi süni mayalama mərkəzinin və Baytar Sanitar Ekspertiza Laboratoriyasının rəhbərlərinə metodiki köməklik göstərir, heyvan xəstəliklərinin diaqnozuna və xəstəliyinin qarşısının alınmasına dair rəy verir. Kabinetin fəaliyyətinə dair iş planını tərtib edir və dövlət baytarlıq müfəttişi ilə razılaşdırmaqla tabe olduğu Zona Baytarlıq Laboratoriyası tərəfindən təsdiq edilməsini

təşkil edir. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarına riayət olunmasını təmin edir.

Bilməlidir: “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununu; bu sahədə olan fərmanları, sərəncamları, qərarları, təlimatları, tövsiyələri, metodiki göstərişləri; xəstəliklərin yaranma səbəblərini, onların müayinəsini, müalicə metodlarını, analizlərin və patoloji materialların götürülməsini, analizlərin aparılmasını, əkilməsini, müayinəsini, diaqnostikasını, bakterioloji, seroloji, virusoloji, kimya-toksikoloji, parazitoloji, radioloji, patomorfoloji, baytar-sanitar qaydalarını, analizlərin götürülməsini, müayinələrin aparılmasını, müalicə metodlarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: xidmət etdiyi sahə üzrə ali ixtisas təhsili və 3 ildən az olmayaraq əmək stajı.

14-cü dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı olduqda;

15-ci dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı olduqda;

16-cı dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 8 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Kənd təsərrüfatında ölçü texnikasının keyfiyyətinin yaxşılaşdırılması işini təşkil edir. Yeni ölçü cihazlarının tətbiqi üçün illik və perspektiv iş planlarının tərtib edilməsində iştirak edir. Başqa müəssisələrdən (təşkilatlardan) stansiyaya daxil olmuş konstruktor və texnoloji işə dair sənədlərin və qeyri standart ölçü cihazlarının metroloji ekspertizasını keçirir. Stansiyada olan yeni ölçü cihaz və avadanlıqlarla metroloji xidməti təmin edir.

Yeni texniki tapşırıqların layihələrinin və xüsusi təyinatlı ölçü cihazlarının hazırlanmasında iştirak edir. Stansiyada dövlət sınaqlarının hazırlanmasında lüzumsuz xərclərdən, materiallardan, enerjidən səmərəsiz istifadə edilməsinin qarşısının alınmasında fəal iştirak edir.

Mürəkkəb ölçü cihazlarının və texnoloji avadanlıqların yoxlanılmasını, dövlət standartlarının, müəssisə standartlarının, digər normativ texniki sənədlərin yoxlanılmasını və onların dəqiq ölçü normalarında istismarını təşkil edir.

Stansiyanın sınaq və elmi işləri ilə əlaqədar ölçü cihaz və avadanlıqlarına tələbatı nəzərə almaqla sifarişlər verir. Ölçü cihaz və avadanlıqların düzgün istismarına və onların qurulmasına nəzarət edir. Sınaq zamanı metroloji xidmətin digər stansiyalarda təşkili metodlarını və onların qabaqcıl təcrübəsini öyrənir və stansiyada tətbiqinə nail olur.

Metrologiyaya aid standartların və digər normativ sənədlərin alınması və tərtibatında iştirak edir. Stansiyanın metroloji xidmətinin gördüyü işlər barəsində hesabat verir. Metrologiyaya dair iş tapşırıqları hazırladıqda, başqa şöbə və laboratoriyaların iş tapşırıqları ilə əlaqələndirir.

Metrologiya sahəsində respublika və xarici dövlətlərdə olan yenilikləri öyrənməklə onların tətbiqi barədə əməli təkliflər hazırlayır. Yeni texnika və iş texnologiyasının alınıb tətbiq edilməsi barədə rəhbərlik qarşısında məsələ qaldırır.

Metroloji xidmət sahəsində avadanlıqların və cihazların işlədilməsi və onlardan istifadə olunması işini təşkil edir. Metroloji xidmət sahəsində əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarına əməl etməklə bu işləri daim nəzarətdə saxlayır.

Bilməlidir: metroloji xidmət haqqında müvafiq qanunları, fərmanları, qərarları, sərəncamları, göstərişləri və təlimatları; metroloji işin təşkilini və tətbiqi mexanizmini, bu sahədə olan yenilikləri; metroloji xidmət üçün avadanlıq və cihazların saxlanılmasını, işlədilməsini; iş və istehsalat tapşırıqlarının hazırlanmasını; stansiyanın başqa şöbə və laboratoriyaların iş tapşırıqları ilə əlaqələndirməsini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: xidmət etdiyi sahə üzrə ali ixtisas təhsili və 3 ildən az olmayaraq əmək stajı.

14-cü dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı olduqda;

15-ci dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 8 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Laboratoriyada təcrübə məqsədilə qan almaq, analizlər götürmək və başqa təcrübə məqsədi üçün saxlanılan ada dovşanlarına, hind donuzlarına, donor qoçlara, xoruzlara, ağ siçanlara və başqa heyvanlara xidmət edib onları saxlayır.

Saxlanılan heyvanların vaxtında yemlənməsi, cütləşməsi, bala alınması işlərini yerinə yetirməklə, onlara zoobaytarlıq xidmətlərini həyata keçirmək, təcrübə aparmaq məqsədilə analizlər, donor qan və sair götürülməsi və üzərində təcrübə qoyulması işlərinə köməklik göstərir. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarına riayət olunmasını təmin edir.

Bilməlidir: “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununu; bu sahədə olan fərmanları, sərəncamları, qərarları, təlimatları, tövsiyələri, metodiki göstərişləri; xəstəliklərin yaranma səbəblərini, vivari bölməsində təcrübə heyvanlarının saxlanmasını, yemlənməsini, artırılmasını; daxili intizam qaydalarını, əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: xidmət etdiyi sahə üzrə ali ixtisas təhsili.

13-cü dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı olduqda;

14-cü dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Aptekin işini təşkil edir və aptekdə olan baytarlıq texnikasının, alətlərin, cihazların, dərman preparatlarının uçotunu aparır, onların təlimata və qaydalara uyğun saxlanılması işini təşkil edir. Dərman preparatlarını ayrı-ayrı adlar, növlər üzrə qruplaşdırır, keyfiyyətini itirməməsi üçün müəyyən olunmuş qaydada qablaşdırır və müvafiq saxlama yerlərində yerləşdirir.

İstifadə edilmə vaxtı keçmiş və keyfiyyəti aşağı düşmüş dərman preparatlarını satışdan çıxarmaqla, onların ləğv edilməsi üçün lazımı sənədləşmə aparır, aidiyyəti üzrə yuxarı təşkilata və keyfiyyətsiz dərman preparatları istehsal edən müəssisələrə qanunvericiliklə müəyyən olunmuş qaydada məlumat verir, dəymiş ziyanın ödənilməsi barədə məsələ qaldırır.

Aptekdə olan dərman preparatlarının təlimata uyğun saxlanması üçün sanitar-gigiyena qaydalarına əməl etməklə narkotik və güclü təsirə malik olan zəhərli və zərərli dərman maddələrinin xüsusi ayrılmış bağlı şkaflarda saxlanılmasını təmin edir, lazım olan xüsusi şəraiti yaradır və bu işə cavabdehdir. Satışa daxil olmuş dərman preparatlarının təsərrüfatlara və əhaliyə satış qiymətlərini aidiyyəti yuxarı təşkilatla müəyyənləşdirir. Satışdan əldə edilən gəlirdən aptekin saxlanılması, onun xərclərinin ödənilməsi və s. maliyyə işlərində istifadə edir.

Xidməti ərazi üzrə baytarlıq təşkilatlarını və əhalini bölgüyə əsasən lazımi dərman vasitələri və preparatları ilə, tələb olunan baytarlıq cihazları, vaksin və reaktivlərlə təmin edir və baytarlıq idarəsi üçün ayrılmış dərmanları, vaksinləri, preparatları, avadanlıqları və digər baytarlıq ləvazimatlarını qəbul edir və təyinatı üzrə çatdırılmasını təmin edir.

Aptekə daxil olan baytarlıq texniki ləvazimatlarının, dərman preparatlarının və s. uçotunu aparmaqla onların istifadəsi və tələbatı barədə aidiyyəti təşkilatlara hesabat təqdim edir. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını yerinə yetirir.

Bilməlidir: “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununu; əczaçılıq üzrə qaydaları, təlimatları, tövsiyələri, metodik göstərişləri; apteklər və aptekdə olan əmlakın saxlanması və istifadəsi barədə təlimatı, sərəncamları; texniki baytarlıq ləvazimatlarının və dərman preparatlarının sinifləşdirilməsini, qablaşdırılmasını, saxlanması qaydasını, onların satış üçün qiymətləndirilməsini; dərman preparatlarının keyfiyyətini; istifadə vaxtı keçmiş dərman preparatlarının istifadədən çıxarılması qaydasını; hesabatların tərtib edilməsini və aidiyyəti üzrə verilməsini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: xidmət etdiyi sahə üzrə ali ixtisas təhsili (baytar həkimi və ya əczaçı) və 3 ildən az olmayaraq əmək stajı.

13-cü dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı olduqda;

14-cü dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 8 ildən az olmayaraq əmək stajı olduqda.

Brusellyoz və vərəm xəstəlikləri sahəsində.

Vərəmə dair aparılacaq bütün tədbirlərin hazırlanmasında və onun yerinə yetirilməsində bilavasitə iştirak edir. Vərəmə qarşı diaqnostik tədbirlərin aparılmasında əhaliyə və təsərrüfatda çalışan baytar mütəxəssislərinə lazımı köməklik göstərir. Xəstəlik baş verdikdə onun ləğv edilməsi və yayılmasının qarşısını almaq üçün təcili tədbirlər görür. Dezinfeksiya işlərinin düzgün aparılmasında yaxından iştirak edir. Vərəmə görə qeyri-sağlam təsərrüfatlarda baytarlıq-sanitariya tədbirlərinin düzgün aparılmasına bilavasitə rəhbərlik edir.

Brusellyoz və vərəmə qarşı aparılacaq tədbirlərin hazırlanmasında və onun tətbiqində bilavasitə iştirak edir. Təsərrüfatlarda və əhalidə olan mal-qaranın brusellyoza qarşı sağlam olub olmadığını müəyyənləşdirir və onun sağlamlaşdırılması tədbirlərini hazırlayıb həyata keçirir. Diaqnostika müayinələrinin aparılmasında yaxından köməklik göstərir. Xəstəliyə görə qeyri-sağlam təsərrüfatlarda təlimata əsasən sağlamlaşdırma planı həyata keçirir və bu işə rəhbərlik edir.

Rayonun təsərrüfatlarında və əhalidə olan bütün növ heyvanlar və quşlarda aparılacaq epizootiya əleyhinə tədbirləri hazırlayır və onun həyata keçirilməsi üçün bilavasitə məsuliyyət daşıyır. Profilaktiki tədbirlərini vaxtında həyata keçməsini təmin etmək üçün dərman maddələrinin əldə olunmasına təşəbbüs göstərir, epizootiya üzrə plan tapşırıqlarının vaxtında və keyfiyyətlə aparılmasına, biopreparatların və digər növ dərmanların saxlanılmasına nəzarət edir.

Kənd təsərrüfatı müəssisələrində və əhalidə olan şəxsi mal-qarada vərəm və brusellyoz xəstəliklərinin aşkar edilməsində və bu xəstəliklərin qarşısının alınmasında bilavasitə iştirak edir.

Xəstəliyin baş verməsi səbəblərini araşdırmaqla, mal-qaranın sağlamlaşdırılması tədbirlərini yerinə yetirir. Xəstəlik müəyyən edilmiş mal-qaraya qulluq etmiş və onların məhsulları ilə qidalanmaları müəyyənləşdirilmiş adamların tibbi müayinədən keçirilməsi barədə aidiyyəti idarə və təşkilatlar qarşısında məsələ qaldırmaqla, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin işçiləri ilə vərəm və brusellyozun müayinəsini və müalicəsini təşkil edir.

Brusellyoz və vərəm xəstəliyinə yoluxmuş mal-qara qrupunun məhsullarının qida məhsulu kimi istifadə edilməsinə təlimata uyğun qadağalar qoyur, xəstəlik müəyyən edilmiş ərazidə, xəstəliyin insanlar və heyvanlar arasında yayılmasının qarşısını almaq məqsədi ilə əməli tövsiyələr verir və qadağalar qoyulması üçün xəstəliyə qarşı davamlılığı artırmaq məqsədi ilə qaramalda şt-82, davarlarda rev-1 vaksinləri ilə peyvənd aparılması işini təşkil etməklə bu işi yerinə yetirir.

Xəstəliyin insan və heyvanlar arasında baş verməsini və keçici olmasını nəzərə alaraq, bu sahədə işləyənlərin əməyinin mühafizəsi və texniki təhlükəsizliyi üçün nəzərdə tutulan vasitələrdən istifadə etmələrinə nəzarət edir.

Epizootiya sahəsində.

Heyvanların baytarlıq müayinəsi və müalicəsi işlərini aparmaqla xəstəliklərin tam sağlamlaşdırılması üçün lazım olan tədbirləri görür, müayinə və müalicə tədbirlərini həyata keçirmək üçün yerlərdə işlər aparır, rayonlarda baş vermiş xəstəliklər və görülmüş tədbirlər barədə rəhbərliyə məlumat və təkliflər hazırlayır.

İnsanlar və heyvanlar arasında çox yoluxucu olan və təhlükəli zoonoz, qarayara, quduzluq və eləcə də iri buynuzlu heyvanlarda taun xəstəliklərinin yayılmasının qarşısını almaqla, onun müayinə və müalicə edilməsində yerlərdə olan baytar həkimləri ilə birlikdə tədbirlər görür, xəstəliklərin yayılmasının qarşısını almaq üçün aidiyyəti dərman preparatları və vaksinlə peyvənd aparır. Bu sahədə olan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün görülməli olan tədbirlər barədə aidiyyəti təşkilatlara məlumatlar verir.

Xəstəliyə tutulmuş və müalicəsi mümkün olmayan mal-qaranın məhv edilməsi, onların məhsullarından istifadə edilməsinə təlimat üzrə qadağalar qoyulması, karantin tətbiq edilməsi, karantinin əhatə edəcəyi ərazilər barədə aidiyyəti idarəetmə orqanlarına və təşkilatlarına təkliflər verir. Xəstəlik müşahidə olunmuş ərazilərdə Respublikanın Gigiyena və Epidemiologiya mərkəzi işçiləri ilə birlikdə insanların müayinə edilməsində və onların müalicəsində yaxından iştirak edir.

Xəstəlik nəticəsində ölmüş heyvanlarda patanatomik yarma aparır və onun laboratoriyada müayinəsini təşkil edir, alınan nəticələrə uyğun olaraq kimyəvi, bioloji və başqa üsullardan istifadə etməklə müalicə aparır. Xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə təsərrüfatlarda və əhalidə olan şəxsi mal-qaranın və ev heyvanlarının təlimat üzrə müayinəsini aparmaqla görülmüş işlər barədə aidiyyəti təşkilatlara məlumatlar verir. Müalicə edilməsi mümkün olmayan heyvanların və xəstəlikləri yaya biləcək sahibsiz itlərin, pişiklərin və s. məhv edilməsi üçün xəstəliklərin mahiyyəti və vura biləcəyi zərəri göstərməklə aidiyyəti idarəetmə orqanlarına müraciət hazırlayır.

Həmsərhəd rayonlarında təlimat əsasında vaxtaşırı taun xəstəliyinə qarşı qoruyucu tədbirlər aparır. Görülmüş işlər barədə aidiyyəti üzrə rəsmi məlumatlar verir. İş prosesində əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarına əməl edir.

Terapiya-ginekologiya sahəsində.

Baytar-sanitar qaydalarının pozulması hallarında onların aradan qaldırılması məqsədilə aidiyyəti baytarlıq orqanlarına təkliflər verir, xəstə heyvanların ayrılması və müalicəsinin vacibliyi haqda rəy və müəyyən edilmiş qaydada baytarlıq şəhadətnaməsi və baytarlıq arayışı verir, baytar-sanitar ekspertiza laboratoriyası olmayan yerlərdə müəyyən edilmiş nümunə üzrə (nişan qoymaqla) ətin satılmasına icazə verir, heyvandarlıq məhsullarının baytar-sanitar ekspertizasını aparır, bazarda baytar-sanitar ekspertiza laboratoriyasının işinə nəzarət edir.

Baytarlıq mamaçalığı sahəsində məhkəmə ekspertizası işini aparır, kənd təsərrüfatı heyvanlarının boğazlığını təyin edir, heyvanların qısırlığına qarşı müalicə-profilaktiki işlərini, dispanserizasiya məqsədilə məhsuldar mal-qaranın qanının biokimyəvi müayinəsini təşkil edir və bu işə nəzarət edir, mal-qaranın zəhərlənməsinin qarşısını almaq məqsədilə təşkilati tədbirləri həyata keçirir, az məhsuldar mal-qaranın çıxdaş edilməsini təşkil edir.

Heyvandarlıq təsərrüfatlarında peyinin biotermiki zərərsizləşdirilməsi, dezinfeksiya və deratizasiya işlərinin aparılmasını təşkil edir və bu işə nəzarət edir, insan qidasına yararsız olan heyvandarlıq məhsullarının çıxdaş edilməsinə nəzarəti həyata keçirir, heyvandarlıq obyektlərinin baytar-sanitar vəziyyətinə qiymət verir və ictimai iaşə müəssisələrində, sallaqxanalarda, kəsim məntəqələrində baytarlıq-sanitariya tədbirlərinin həyata keçirilməsinə nəzarət edir.

Aparıcı terapevt-ginekoloq baytar həkimi, aparıcı seroloq baytar həkimi və baytar texnoloq kimi xüsusi hazırlıqlı və təcrübəli olmaqla mal-qaranın müalicə olunmasında, qısırlıq və boğazlığının müəyyən edilməsində, ananın qarnında balanın sağlam yetişdirilib doğuzdurulmasında müalicə-müayinə işlərini aparmaqla baytarlıq preparatlarından istifadə zamanı texnoloji proseslərin düzgünlüyünə nəzarət edir və keyfiyyətli müalicə işinə cavabdehlik daşıyır. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarına əməl edir.

Bilməlidir: “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununu, bu sahədə fərmanları, sərəncamları, qərarları, təlimatları, tövsiyələri, metodik göstərişləri; brusellyoz və vərəm xəstəliyinin baş vermə səbəblərini, onun yayılması yollarını, diaqnozu təyin etmə qaydalarını, profilaktikasını və ona qarşı mübarizə üsullarını; xidmət etdiyi ərazi və yaxud rayonda epizootik vəziyyəti; epizootiya üzrə tədbirlər planının yerinə yetirilməsini; yoluxucu xəstəliklərin profilaktikasını və onlara qarşı mübarizə qaydalarını; Terapevt, baytar-sanitar tədbirlərin həyata keçirilməsi qaydalarını; heyvandarlıq məhsullarının baytar-sanitar ekspertizası qaydalarını; baytarlıq-sanitariya tədbirlərini və müalicə işlərinin aparılmasını; xəstəliklərin profilaktikası və müalicəsi qaydalarını; pullu baytarlıq xidməti haqda normativ sənədləri və qaydaları; bütün seroloji, bakterioloji, toksikoloji və radioloji müayinə üsullarının aparılmasını və müalicəni; dərman preparatlarından istifadəni; baytarlıq elminin son nailiyyətlərini və qabaqcıl təcrübəni; əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: xidmət etdiyi sahə üzrə ali ixtisas təhsili və 3 ildən az olmayaraq əmək stajı.

14-cü dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı olduqda;

15-ci dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 6 ildən az olmayaraq əmək stajı olduqda;

16-cı dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 10 ildən az olmayaraq əmək stajı olduqda.

Laboratoriyanın iş planına əsasən, yaxud torpaq mülkiyyətçisinin sifarişi ilə torpaq tədqiqatım aparır. Əkin altında olan torpaq sahəsindən aqrokimyəvi analiz aparmaq üçün torpaq nümunələri götürür. Eyni zamanda sələf bitkisi, onun gübrələnməsi, aqrotexnikanın səviyyəsi, torpaqların eroziyaya uğrama dərəcəsi, bitkilərin nəmliklə təmin olunması barədə məlumatları toplayır.

Götürülmüş torpaq nümunələri müvafiq təlimata əsasən qarışdırılaraq hər 3 hektar, əgər torpaq tərəvəz əkinləri altındadırsa, orada intensiv gübrələmə aparılıbsa, onda 2 hektar üçün orta nümunə hazırlayır. Hazır torpaq nümunələrinin müvafiq şəraitdə qurudulmasına, döyülüb ələkdən keçirilərək analizə hazırlanmasına nəzarət edir.

Aqrokimya laboratoriyalarında və yaxud layihə-axtarış kimyalaşdırma stansiyalarında torpaq analizləri aparıldıqdan sonra, analizin nəticələrini təhlil edir.

Torpaqda olan qida maddələrinin miqdarına və planlaşdırılan məhsuldarlığa görə gübrə norması hesablanır və toplanmış digər məlumatlara əsasən sahənin aqrokimyəvi pasportu tərtib edilir.

Bütün bu məlumatları hesabat şəkilində torpaq mülkiyyətçisinə təqdim edir. Həmçinin əkilən bitkinin bioloji xüsusiyyətləri nəzərə alınaraq gübrələrin növü, verilmə dozası, vaxtı və üsulu barədə torpaq mülkiyyətçisinə tövsiyələr verir və icrasına nəzarət edir.

Bitkiçilik məhsullarının (meyvə, tərəvəz, bostan, üzüm, dənli paxlalı bitkilərin və yem bitkilərinin) tərkibində olan nitrit və nitratların miqdarını və pestisidlərin qalıq səviyyəsini kimyəvi analizlər vasitəsilə müəyyənləşdirir.

Ekspress metodla bitki və torpaq diaqnostikasının köməyi ilə bitkilərə yemləmə gübrəsi vermək üçün torpaq mülkiyyətçilərinə tövsiyələr verir.

Zərərvericilərə qarşı bioloji mübarizə aparmaq məqsədilə trixonoqramın artırılmasında fəal iştirak edir. Onun dən güvəsinin yumurtası ilə sirayətlənməsini, materialın boksa yığılmasını, mexanikləşmiş bokslardan gənələrin və yumurtanın çəkilib kağız zərfə yığılmasını, termostatlarda və ya sentrifuqada, soyuducuda saxlanmasını, mövsüm yaxınlaşdıqda isə dən güvəsi yumurtasının trixonoqram ilə sirayətlənməsini və dirilməkdə olan trixonoqramın pambıq və ya tərəvəz sovkasına qarşı tətbiqini təşkil edir. Bioloji mübarizənin effektivliyini təyin edir. Bitkilərin zərərverici və xəstəliklərə qarşı bioloji mübarizə işinə rəhbərlik edir. Təsərrüfatların mikrobioloji və bioloji vasitələrə olan tələbatını müəyyən edir, onların gətirilməsini və vaxtında tətbiqini, bioloji laboratoriyaların keyfiyyətli ana materiallarla təmin edilməsini təşkil edir. Qabaqcıl təcrübənin bioloji mübarizə üzrə nailiyyətlərini öyrənib təsərrüfatlarında tətbiqini təşkil edir.

Bioloji mübarizə üzrə cari və perspektiv tapşırıqları tərtib edir. Laboratoriyalarda yetişdirilən bioloji materialların yerli formalarını mütəmadi olaraq həyata keçirir.

Laboratoriyalarda lazım olan cihaz, avadanlıq və xammalın alınması üçün sifarişlərin tərtib olunmasını təmin edir.

Bilməlidir: aidiyyəti sahə üzrə qanunları, fərmanları, sərəncamları, qərarları, təlimatları, metodiki göstərişləri, tövsiyələri; torpağın xüsusiyyətini; analiz üçün nümunə götürülməsini; torpağın kimyəvi analizinin hazırlanmasını və aparılmasını; torpaqda olan kimyəvi maddələrin strukturunu; analizlərin nəticələrinin təhlilini və tövsiyələrin hazırlanmasını; məhsulların tərkibində olan nitrit və nitratların miqdarını; pestisidlərin qalıq səviyyəsini; dən güvəsini vətrixonoqramın alınmasını; zərərvericilərin və xəstəliklərin inkişaf fenologiyasını, entomoloqlarını; avadanlıq və cihazlardan istifadə qaydalarını və texnologiyasını onların iş prinsipini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitar-gigiyena, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: xidmət etdiyi sahə üzrə ali ixtisas təhsili və 3 ildən az olmayaraq əmək stajı.

13-cü dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı olduqda;

14-cü dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 8 ildən az olmayaraq əmək stajı olduqda.

Bitki mühafizəsi sahəsində.

Kənd təsərrüfatı bitkilərinin zərərvericilər, xəstəliklər və alaq otlarına qarşı mübarizəni təşkil edir. Əkin sahələrində daim müşahidələr apararaq zərərvericilər, xəstəliklər və alaq otları ilə sirayətlənmiş sahələrin yerlərini, onların yayılma dərəcələrini öyrənir.

Aqrotexniki, kimyəvi və bioloji mübarizənin, müalicəvi və qırıcı tədbirlərin kompleks şəkildə həyata keçirilməsini təmin edir. Pestisidlərin saxlanılmasına, daşınmasına və istifadəsinə nəzarət edir, sınaqdan və dövlət qeydiyyatından keçmiş pestisidlərin təsərrüfatlarda tətbiq edilməsini təbliğ edir, eyni zamanda bitki mühafizə tədbirlərinin iqtisadi səmərəliliyini təyin edir. Bitki mühafizəsi üzrə əkin materiallarının və toxumun entomofltomatoloji vəziyyətinə nəzarəti təşkil edir.

Bitki mühafizə tədbirlərinin həyata keçirilməsi üçün cari və illik planlar tutur. Pestisidlərlə işləmək üçün texniki vasitələrə, xüsusi geyimlərə tələbatı öyrənir. Pestisidlərdən səmərəli istifadəni, saxlanmasını və daşınmasını təşkil edir. İstehsalatda əməyin təhlükəsizliyinə, sanitar-gigiyena şəraitinə, yanğın təhlükəsizliyinə və ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirir.

Toxumçuluq sahəsində.

Toxumun təmizlənməsinə və keyfiyyətinə nəzarət edir, kənd təsərrüfatı bitkilərinin xəstəlik və ziyanvericilərinə, alaq otlarına qarşı mübarizə tədbirlərində iştirak etməklə, toxumluq sahələrində aprobasiyanın vaxtında və keyfiyyətli aparılmasını, yığım başa çatdırıldıqdan sonra sortlar üzrə toxumun təmizlənməsini, qurudulmasını, kondisiyaya çatdırılmasını, səpin müddətinin təyin olunmasını, toxumun saxlanılmasını və s. digər işləri təşkil edir.

Toxumların sortlar və reproduksiyalar üzrə qaytanlanmış və nömrələnmiş kitablarda qeydiyyatını təmin edir, toxumçuluq işçilərinin iş fəaliyyətlərinə köməklik göstərir, onların standartlara əməl etmələrinə daim nəzarət edir, toxumların keyfiyyət analizinin aparılmasına dair işçilərin bilik səviyyələrini artırmaq üçün metodiki köməklik göstərməklə, dövlət standartlarında yeni dəyişikliklər barədə onları məlumatlandırır.

Əkin sahələri üzrə tələb olunan yüksək kondisiyalı, keyfiyyətli, rayonlaşmış bitki sortları üzrə toxum materialının tədarükü işində iştirak edir, ehtiyat və sığorta fondunun yaradılmasını təşkil edir.

Elmi tədqiqat institutlarında və toxumçuluqla məşğul olan digər müəssisələrdə toxum birliklərinə nəzarət edir. Yeni yaradılmış məhsuldar sortların, əkin sahələrinin genişləndirilməsini təşkil edir.

Bilməlidir: aidiyyəti sahə üzrə qanunları, fərmanları, sərəncamları, qərarları, digər normativ hüquqi aktları; müvafiq sahə üzrə təlimatları, metodik göstərişləri, tövsiyələri, onların düzgün tətbiq edilməsini; iş planının və proqnozların hazırlanmasını; verilən tapşırıqların metodikaya uyğun icra edilməsini; daxili intizam qaydalarını; standartlaşmanı, sahə normalarını, bitki mühafizəsini; toxum standartlarını; sortların sınaqdan keçirilməsi, torpaqlardan nümunələrin götürülməsini, analizin nəticələrinin qiymətləndirilməsini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: xidmət etdiyi sahə üzrə ali ixtisas təhsili və 3 ildən az olmayaraq əmək stajı.

13-cü dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı olduqda;

14-cü dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 8 ildən az olmayaraq əmək stajı olduqda.

Bakterioloji və ekspress-diaqnostika sahəsində.

Şöbəyə daxil olan materialı praktiki işləyir və qida mühitlərinə əkilən patoloji materialdan kulturanın alınması işinə nəzarət edir. Qida mühitlərinin hazırlanmasına, onun sterilizasiyasına və digər göstəricilərinin yoxlanılmasına nəzarət edir. Bioloji sınaq qoyulması üçün laborator heyvanlarından istifadə edir və yoluxdurulan təcrübə heyvanlarına mütəmadi olaraq nəzarət edir. Mikroskopik müayinələr aparmaq üçün müxtəlif boyalardan istifadə edir. Müayinə vaxtı təyin edilmiş xəstəliklərin və digər qüsurların aradan qaldırılması üçün aidiyyəti üzrə yuxarı təşkilatlara təkliflər verir, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına daim əməl edir.

Laboratoriyaya daxil olan patoloji materialları qəbul edir və müayinəsini təmin edir. Qəbul edilmiş patoloji materiallardan nümunələr götürür və onlarda yoluxucu xəstəliklərə qarşı bakterioloji, mikroskopik, mikoloji və koproloji müayinələr aparır, yemləri (qarışıq yem, ət, sümük unu və s.) bakterioloji çirkliliyinə görə müayinə və ekspertiza edir. Müayinə zamanı bakterioloji, virusoloji, mikoloji və parazitar xəstəliklər müşahidə edilərsə, həmin xəstəliklərin müalicəsi və profilaktikası üçün lazımı köməklik göstərir və müalicəsində bilavasitə iştirak edir.

Bakterioloji müayinə ilə birlikdə Nyukasl xəstəliyinə qarşı seroloji müayinə aparır, quşlarda immunitetin gərginliyini yoxlayır və vaxtında peyvənd edir, baş vermiş xəstəliklər barədə rəhbərliyə məlumat hazırlayır. Xəstəliyə tutulmuş və müalicəsi mümkün olmayan quşların məhv edilməsi, onların istifadəsinə qadağalar qoyulması, karantin elan edilməsi barədə təkliflər verir.

Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə və ekologiyanın qorunması qaydalarına əməl edir.

Daxil olan qan nümunələrini qəbul edib, qeydiyyatını aparır və reaksiyaların qoyulması üçün hazırlayır, reaksiyaların qoyulmasında iştirak etməklə, onların gedişinə nəzarət edir. Eritrositin alınmasında, məhsulların hazırlanmasında, komponentlərin titrinin təyin edilməsində iştirak edir. Reaksiyaların aparılması üçün komponentləri duruldur və reaksiyaları sona çatdırır, reaksiyaların oxunmasında iştirak edir, xəstə çıxan qan nümunələrini zərərsizləşdirir. Məxbər şüşələrinin yuyulmasına, hazırlanmasına və sterilizasiyasına nəzarət edir. Rayon baytarlıq laboratoriyasında seroloq həkimlərə əməli köməklik göstərir, nəzarət qaydasında təsərrüfatda və əhalidə olan heyvanlardan qan nümunələrinin alınmasında iştirak edir. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarına əməl edir.

Dabaq xəstəliyinin tipini müəyyənləşdirmək, bufer məhlulundan lazım olan qatılıqda konsentrasiyaları (məhlulları) hazırlamaq işini, təcrübə qoçlarından qan götürmək və eritrositlərin suspenziyasını hazırlamaq, komponentlərin birləşmə reaksiyasını qoymaq üçün komponentlərin titrlənməsini və reaksiyasını təmin edir. Daxil olan materiallardan leptospirioz xəstəliyinin diaqnozunun qoyulması işini təşkil edir. Mikroaqlütinasiya reaksiyasının qoyulması üçün 13 leptospirioz ştammının saxlanılmasını təşkil edir. Hər 15 gündən bir ştamm kulturalarını təzələmək üçün ştammların təzə mühitə əkilməsini təşkil edir. Vaxtaşırı diri ştamm kulturalarının uçotunu və xüsusi jurnalda qeydiyyatını aparır. Təcrübə heyvanlarından (ada dovşanından) qan alıb, spesifik diferensiasiya işi aparır. Əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydalarının tələblərinə əməl edir, ekologiyanın qorunması və yanğından mühafizəyə dair qaydaları yerinə yetirir.

Daxil olan materialı praktiki olaraq işləyib, hazırlayır, materialdan yaxmalar hazırlayır, mikroskopiya aparır. Qan parazitar və helmintoz xəstəliklərinin törədicilərini təfriqə edir, koproloji müayinələr aparır, müayinələri aparmaq üçün müxtəlif qatılıqda konsentrasiyada məhlullar hazırlayıb müayinə vaxtı təyin edilmiş parazitar xəstəliklərin törədicilərinə qarşı istifadə edir və ona qarşı profilaktiki tədbirlərin aparılması üçün aidiyyəti təşkilatların rəhbərliyinə təkliflər verir. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunmasına dair qaydalara əməl edir.

Baytarlıq preparatları istehsalı sahəsində.

Komponentin birləşmə reaksiyası üçün hemolizi, distillə edilmiş suyu hazırlayır, təcrübə heyvanlarının zoobaytarlıq qaydasına uyğun saxlanılması işini təşkil edir və onların çoxaldılması ilə məşğul olur. Qoçlardan qan götürür, yuyulmuş eritrositləri sxemə uyğun olaraq ada dovşanlarının qulaq venasına yeridir, ürəkdən qan götürmək işini aparır, ayrılmış serumun titrlənməsini və satış məhsulunu hazırlayır, qablaşdırır təlimata uyğun olaraq satışını təşkil edir. Əməyin mühafizəsi və ekologiyanın qorunması qaydalarına əməl edir.

Radioloji və preparatların qalıq maddələrinin təyin edilməsi sahəsində.

Radioloji şöbəyə daxil olan heyvan mənşəli məhsulların müayinə edilməsi üçün qəbul və uçot işini aparır, müayinə üçün lazım olan bütün avadanlıqlar və reaktivlərin yod 125 atomla nişanlanmış diaqnostik dəstlərin alınmasını, xüsusi möhürlənmiş soyuducuda təlimata uyğun olaraq saxlanılmasını və laborantın işləməsi üçün verilməsini təşkil edir. Heyvan mənşəli qida maddələrinin müayinəsini aparır, bunun üçün yüksək həssas üsul olan radioimmunoloji müayinə üsullarından istifadə edərək steroid hormonlarının (testesteron, proqesteron, kortizol, estradiol) qalıq miqdarını təyin edir, aidiyyəti təşkilatlara, idarələrə, fərdi vətəndaşlara eksponatlar hazırlayır və təkliflər, məsləhətlər verir. Əgər müayinə edilən nümunələrdə steroid hormonların qalıq miqdarı normadan yüksək olarsa, dərhal aidiyyəti təşkilatların rəhbərliyinə bu barədə müvafiq məlumat və tövsiyələr hazırlayır. Radioloji maddələrin insan orqanizminə zərərli olmasını nəzərə alaraq əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə və ekologiyanın qorunması qaydalarına əməl edir.

Patomorfologiya sahəsində.

Patoloji yarma aparmaqla histoloji müayinə aparmaq üçün material götürür, onu fiksasiya edib parafin blokla histoloji preparat hazırlayır və müxtəlif boyalar qatışdıraraq konsentratlar (qemotoksilin, eozin və s.) hazırlamaqla şöbədə yarılma apardıqdan sonra dezinfeksiya işlərini aparır. Patomorfoloji yarma aparmaq, patanatomik diaqnoz qoymaq, histoloji müayinə aparmaqla təfriqə edib, patohistoioji diaqnozu müəyyənləşdirir. Şöbələrdə yığılan cavabları yekunlaşdırır, histoloji müayinə üçün aparılan müayinələr barədə ümumi cavab və müxtəlif reaktivlər hazırlayır. Şöbədə gedən işlərin uçotunu aparır və hesabat tərtib edir. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarına əməl edir.

"Arı-balıq" xəstəlikləri sahəsində.

Daxil olan materialı arı və balıq xəstəliklərinin diaqnozunun qoyulmasında bir sıra xəstəliklərlə təfriqə edir. "Arı-balıq" xəstəliklərinin diaqnozunun qoyulması üçün bütün lazım olan qida mühitləri, mikroskop, əşya şüşəsi, müxtəlif növ boyalar, qida mühitlərini hazırlayır və işin icrasını təmin edir. Xəstəliklərin diaqnozunu təyin etmək üçün bakterioloji, mikoloji müayinələri aparır. Avadanlıqların, cihazların və digər əşyaların yanğından mühafizə edilməsi işlərini yerinə yetirir. "Arı-balıq" xəstəliklərinin qarşısının alınması üçün lazımi məlumatlar verir və əməyin mühafizəsi, texniki təhlükəsizlik, ətraf mühitin və ekologiyanın qorunması qaydalarına əməl edir.

Qarayara xəstəliyində presipitat reaksiyasını qoyur və müsbət reaksiya alındıqda zərərsizləşdirilməsini, karbol turşulu fizioloji məhlulların hazırlanmasını, dəri nümunələrinin kəsilməsi, dərilərin yüz-yüz ştabellə yığılması, birkalanması və sənədləşdirilməsini aparır. Avtoklavın iş prinsipini və təhlükəsizlik tədbirlərini həyata keçirir. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarına əməl edir.

Bilməlidir: “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununu, bu sahədə olan fərmanları, sərəncamları, qərarları, təlimatları, tövsiyələri, metodiki göstərişləri; xəstəliklərin yaranma səbəblərini, onların müayinəsini; müalicə metodlarını, analizlər üçün materialların və patoloji materialların götürülməsini; analizlərin aparılmasını, əkilməsini, müayinəsini, diaqnostikasını; bakterioloji, seroloji, virusoloji, kimyəvi, toksikoloji, paratizooloji, radioloji, patomorfoloji, "Arı-balıq", "Askol" sahələri üzrə baytar-sanitariya qaydalarını; analizlərin götürülməsini, müayinələrin aparılmasını, müalicə metodlarını; vivari bölməsində təcrübə heyvanlarının saxlanmasını, yemlənməsini; yemlərin tərkibini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: xidmət etdiyi sahə üzrə ali ixtisas təhsili. Aparıcı baytar həkimi üçün 3 ildən az olmayaraq əmək stajı.

10-cu dərəcə: əmək stajına tələb qoyulmadan;

11-ci dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 4 ildən az olmayaraq əmək stajı olduqda;

12-ci dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 8 ildən az olmayaraq əmək stajı olduqda;

13-cü dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 10 ildən az olmayaraq əmək stajı olduqda;

14-cü dərəcə (aparıcı baytar həkimi): təyin edildiyi sahədə ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı olduqda;

15-ci dərəcə (aparıcı baytar həkimi): təyin edildiyi sahədə ixtisası üzrə 8 ildən az olmayaraq əmək stajı olduqda.

Poliqonda olan pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin qalıqlarının, onların birləşmələrinin, qablarının toksikoloji xüsusiyyətlərini müəyyənləşdirir.

Poliqona gətirilən pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin qalıqlarının, onların birləşmələrinin, qablarının tərkibinin zəhərlilik dərəcələrini müəyyənləşdirir, onların insan orqanizminə və ətraf mühitə təsirini, və onun qarşısının alınması yollarını müəyyən edir.

Poliqonda məhv edilmək üçün basdırılan pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin qalıqlarının, onların birləşmələrinin qablarının tərkibində olan və maddələrin çöküntü qalığını müəyyən etməklə bunkerlərdə basdırılma qaydalarını müəyyən edir və bunkerlərinin toxunulmazlığı müddətini (vaxtı) müəyyənləşdirməklə onları ayrı-ayrı və yaxud bir bunkerdə basdırılmasının mümkünlüyü barədə təkliflər verir. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə və ekologiyanın qorunmasına dair qaydalara əməl edir.

Poliqonda olan pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin qalıqlarının, onların birləşmələrinin, qablarının texniki adlarını bilməklə kimyəvi tərkibini, onların tərkibində kimyəvi birləşmələrin strukturunu, təsir dairəsini, zərərlilik və zəhərlilik dərəcəsini müəyyən edir.

Pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin qalıqlarının, onların birləşmələrinin, kimyəvi formulunu və növlərini dəqiqləşdirir.

Poliqonda mövcud olan bunkerlərdə basdırılmış pestisidlərin adlarını və formullarını dəqiq müəyyənləşdirir, onların üzərində xüsusi qeydlər aparır və tam dolmamış bunkerlərin üzərinə hansılarını əlavə etməklə doldurulması barədə təkliflər verir.

Bunkerlərə doldurulacaq (töküləcək) pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrinin qalıqlarının, onların birləşmələrinin, qablarının bir-birinə kimyəvi təsirini müəyyən etməklə onun gələcək nəticələri barədə təlimat və tövsiyələr verir. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə və ekologiyanın qorunması qaydalarına əməl edir.

Poliqonda basdırılması və məhv edilməsi nəzərdə tutulan pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrinin qalıqlarının, onların birləşmələrinin və qablarının ekoloji təsir dairəsini müəyyənləşdirir.

Bu maddələr və birləşmələr bunkerlərə gətirilərkən və basdırılan zaman ekologiyaya təsir dairəsi və ziyan vurmaması üçün təklif və tövsiyələr hazırlayır.

Poliqona məhv edilmək üçün gətirilmiş və bunkerlərdə basdırılmış pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin qalıqlarının, onların birləşmələrinin və qablarının basdırıldıqdan sonra tam məhv olma müddətini müəyyənləşdirməklə, gələcəkdə onların ekologiyaya vura biləcəyi fəsadlar barədə təklif və tövsiyələr hazırlayır.

Bütün iş fəaliyyətində ekologiyanın qorunması sahəsində təlimatlara əməl olunmasına və onların yerinə yetirilməsinə nəzarət edir. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə və ekologiyanın qorunması qaydalarına əməl edir.

Bilməlidir: xidməti sahə üzrə qanunları, fərmanları, sərəncamları, qərarları, digər direktiv sənədləri; müvafiq sahə üzrə təlimatları, metodik göstərişləri, tövsiyələri, onların düzgün tətbiq edilməsini; iş planı və proqnozların hazırlanmasını; verilən tapşırıqların metodikaya uyğun icra edilməsini; daxili intizam qaydalarını; standartlaşmanı, normaları, normativ sənədləri; bitki mühafizəsini; toxum standartlarını; sortların sınaqdan keçirilməsini; torpaqlardan nümunələrin götürülməsini, analizlərin aparılmasını; avadanlıqların sınaqdan keçirilməsini, əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: xidmət etdiyi sahə üzrə ali ixtisas təhsil. Aparıcı mütəxəssis üçün 3 ildən az olmayaraq əmək stajı.

10-cu dərəcə: əmək stajına tələb qoyulmadan;

11-ci dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı olduqda;

12-ci dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 7 ildən az olmayaraq əmək stajı olduqda;

13-cü dərəcə (aparıcı mütəxəssis): təyin edildiyi sahədə ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı olduqda;

14-cü dərəcə (aparıcı mütəxəssis): təyin edildiyi sahədə ixtisası üzrə 8 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Karantin obyektlərini vaxtında aşkar etmək məqsədi ilə sahələrdə sistemli şəkildə müşahidələr aparır və görülən işlər barədə akt tərtib edir. Xidmət etdikləri ərazidə yerləşən bitki mənşəli məhsulların tədarükü, saxlanılması, emalı və satışı ilə məşğul olan müəssisə, idarə, təşkilatlarda və onların obyektlərində müayinələr aparır.

Toxumçuluq və ting təsərrüfatlarında karantin qaydalarına riayət olunmasına nəzarət edir və lazım gəldikdə müvafiq tədbirlərin görülməsini təşkil edir. Xaricdən gətirilmiş toxum və əkin materialları ilə aparılmış əkin və səpinlərdə müşahidələr aparır. İxrac (təkrar ixrac) üçün istehsal olunan və karantin nəzarətində olan məhsullarda karantin tədbirlərinin həyata keçirilməsini təşkil edir və fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatı verir.

Karantin nəzarətində olan və xidmət etdikləri əraziyə idxal olunan yüklərə karantin baxışı keçirir və sirayətlənmiş yük yaxud nəqliyyat vasitəsi aşkar olunduqda zərərsizləşdirilməsini təşkil etməklə görülən işlər barədə akt tərtib edir. Karantin obyekti aşkar olunduqda karantin ekspertiza laboratoriyasının nümayəndələri ilə müşahidələr aparır, nümunələr götürür və həmin obyektin təsdiqlənməsini təşkil edir. Karantin obyektlərinin yayılmasının qarşısını almaq üçün profilaktiki və ləğvetmə tədbirlərinin həyata keçirilməsinə nəzarət edir.

Karantin obyekti aşkar olunmuş ərazidə karantin elan olunması barədə hüquqi və fiziki şəxslərə məlumat verir, karantin obyektinin təcrid edilməsi və ləğvi üzrə təxirəsalınmaz tədbirlər işləyib hazırlayır və həyata keçirir. Karantin zonasından toxumların, əkin materiallarının, bitkilərin və bitki mənşəli digər məhsulların, nəqliyyat vasitələrinin müəyyən edilmiş şərtlər və qaydalara uyğun çıxarılmasını təmin edir.

Xarici ölkələrdən respublikaya daxil olan gəmilərin, qatarların, təyyarələrin, avtomaşınların, yüklərin, poçt göndərişlərinin qəbulu üçün yaradılmış komissiyanın tərkibində yüklərin qəbulunda iştirak edir.

İdxal və yaxud ölkə ərazisindən tranzit daşınan yüklərin üzərində fitosanitar nəzarəti aparır. Karantin nəzarətində olan yüklərin idxalı zamanı təqdim olunmuş fitosanitar sertifikatı yoxlayır. Sənədlər düzgün olmadıqda yüklərin idxalını qadağan edir. Yüklərdə karantin və digər təhlükəli orqanizmlər aşkar edilərsə onun geri qaytarılmasını, zərərsizləşdirilməsini və yaxud müvafiq qaydada məhv edilməsini təşkil edir.

Bitkilərin və digər karantin əhəmiyyətli yüklərin idxalı və ixracı (təkrar ixracı) zamanı istifadə olunan vaqonların, gəmilərin, təyyarələrin, avtomaşınların, habelə yük saxlanılan anbarların, bazarların, yük vurma və yük boşaltma yerlərinin, onların ətrafındakı ərazilərin fitosanitar vəziyyətinə nəzarət edir. Nəqliyyat vasitələrinin fitosanitar karantin tələblərinə cavab verməsini və onların zərərsizləşdirilməsini və beynəlxalq standartlara uyğunluğunu yoxlayır.

İxrac (təkrar ixrac) edilən karantin əhəmiyyətli yüklərin fitosanitar karantin tələblərinə uyğun olaraq göndərilməsini təşkil edir və daxili karantin məntəqələrindən verilmiş fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatını yoxlayır.

Sərhədboyu 3-5 km ərazilərdə müşahidələr aparır və burada yerləşən təsərrüfatlarda, müəssisələrdə, təşkilatlarda və s. yerlərdə karantin qaydalarına riayət olunmasını tələb edir, sərhəd məntəqəsinə yaxın ərazilərdə fitosanitar vəziyyəti öyrənir və daxili karantin məntəqələri ilə birgə tədbirlər görür.

Sərhədboyu gömrükxanalardan dəniz, çay, mülki hava limanları, dəmir yolu stansiyaları, digər müəssisə və təşkilatlardan gətirilən, saxlanılan, göndərilən karantin nəzarətində olan yüklər haqqında məlumat alır, həmin məhsulların fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatını tələb edir, karantin obyekti ilə sirayətlənmiş və müvafiq sənədləri olmayan yüklərin qəbulunu, boşaldılmasını, daşınmasını, qadağan edir.

Müvafiq yükləri yoxlayaraq onlardan ekspertiza üçün nümunələr götürür. Karantin obyekti aşkar olunduqda müvafiq fitosanitar karantin tədbirlərini həyata keçirənədək və müəyyən edilmiş fitosanitar qaydalarına əməl olunanadək, məhsulların aparılması və istifadəsinə məhdudiyyətlər qoyur.

Sərhədyanı dəmir yolu stansiyalarının, hava, dəniz və çay limanlarının, poçtamtların rəhbərlərindən onların ərazisində karantin əhəmiyyətli məhsulların yoxlanılması və zərərsizləşdirilməsi üçün nəqliyyat vasitələrinin, anbar binalarının və köməkçi materialların ayrılmasını tələb edir.

Karantin elan edilmiş ərazilərdən fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatı olmayan karantin orqanizmlərinin daşıyıcısı olan məhsulların daşınmalarını dayandırır, onları müsadirə edir, geri qaytarır və ya məhv edir.

Xidmət etdikləri ərazinin fitosanitar vəziyyətini dəqiqləşdirmək və ona müvafiq olaraq bu ərazidə karantin obyektlərinin sirayətlənmə dərəcəsinə uyğun zonalar müəyyən edərək rayonların karantin xəritəsini tərtib edir. Əhali arasında bitki karantini xidmətinin qanun və qaydalarını təbliğ edir. Bütün görülən işlər barədə hesabatlar hazırlayaraq rəhbərliyə təqdim edir. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə və ekologiyanın qorunması qaydalarına əməl edir.

Bilməlidir: “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununu, bu sahədə olan fərman, sərəncam, qərar və təlimatları, metodik göstərişləri, tövsiyələri; beynəlxalq sazişləri, konvensiyaları, müqavilələri, onlardan istifadəni; Azərbaycan Respublikası üçün karantin sayılan və məhdud dairədə yayılan orqanizmlərin siyahısını; respublikada dövlət qeydiyyatına alınan və istifadəsinə icazəsi olan pestisidlərin siyahısını; bitki karantini haqqında əsasnaməni, qaydaları; müvafiq karantin obyektlərinə dair təlimatları, tövsiyələri; inzibati hüquqpozmalar haqqında qanunvericiliyi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: xidmət etdiyi sahə üzrə ali ixtisas təhsili. Aparıcı müfəttiş üçün 3 ildən az olmayaraq əmək stajı.

10-cu dərəcə: əmək stajına tələb qoyulmadan.

11-ci dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı olduqda;

12-ci dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 6 ildən az olmayaraq əmək stajı olduqda.

13-cü dərəcə: təyin edildiyi sahədə ixtisası üzrə 10 ildən az olmayaraq əmək stajı olduqda;

14-cü dərəcə (aparıcı müfəttiş): təyin edildiyi sahədə ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı olduqda;

15-ci dərəcə (aparıcı müfəttiş): təyin edildiyi sahədə ixtisası üzrə 6 ildən aş olmayaraq əmək stajı olduqda.

Kimya-toksikologiya sahəsi üzrə kimyaçı-mühəndis və ya kimyaçı.

Şöbəyə daxil olan patoloji materiallar - qida maddələri (su, ot, qarışıq yemlər və s.) üzərində kimya-toksikoloji müayinələrin aparılmasını həyata keçirir. Kimya-toksikoloji müayinələrdə zəhərlənmənin növlərini təfriqə edir. Biokimyəvi müayinələr aparmaq məqsədi ilə müxtəlif qatılıqda (konsentrasiyada) məhlullar hazırlayır. Şöbədə olan bütün aparatlardan, avadanlıqlardan, soyuduculardan və elektriklə işləyən peçlərdən istifadə edir və onların yanğından mühafizə edilməsi üçün lazımı profilaktiki işləri yerinə yetirir. Müayinə zamanı göstəricilərin miqdarı normativ sənədlərdən çox olarsa, təkliflər və tövsiyələr hazırlayıb idarənin rəhbərliyinə təqdim edir. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarına əməl edir.

Quşçuluq sahəsi üzrə kimyaçı-toksikoloq, kimyaçı-mühəndis və ya kimyaçı.

İstifadə olunan qarışıq yem, taxıl məhsulları, ət-sümük unu, balıq unu, ot unu, balıq yağı və s. tərkiblərinin kimyəvi üsulla müayinələrini aparır, onun tərkibində olan proteinin, sellülozanın, kalsium və fosforun, duzun, yağların, vitaminlərin, mikro və makro elementlərin miqdarını təyin edir. Yem normalarını (reseptləri) tərtib edir. Laboratoriyada yem nümunələrinin qəbulunu, təhlilini və saxlanılmasını təmin edir. Yumurta və ot ununun tərkibində karotionidlərin miqdarını təyin edir. Yumurtanın inkubasiya üçün yararlı olması barədə rəy verir. Qarışıq yemlərin dövlət standartlarına uyğun olmasını təyin edir.

Yemlərin tərkibində zəhərli toksikoioji və kif göbələklərinin təyini üçün mikoloji müayinələr və ekspertiza aparır. Yemlərdə, suda, heyvan mənşəli yemlərdə zəhərlənməni yoxlamaq üçün quppi balıqlar üzərində bioloji müayinələr aparır. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarına əməl edir.

Radioloji sahə üzrə kimyaçı-mühəndis.

Daxil olan heyvan mənşəli və kənd təsərrüfatı məhsullarının nümunələrini qəbul edir və uçotunu aparır. Ağır metalların qalığını təyin edir, müayinələrin nəticələri haqqında ekspertiza hazırlayır. Aidiyyəti təşkilatlara, idarələrə, fərdi vətəndaşlara təkliflər və göstərişlər verilməsi işini təşkil edir. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarına əməl edir.

Baytarlıq preparatları elm-istehsalat eksperimental laboratoriyasında baytar həkim-texnoloq.

Laboratoriyada istehsal olunan dərman preparatlarının texnologiyaya uyğun hazırlanmasını təşkil edir, şöbəni xammalla, taralarla, etiketlərlə təmin etməklə, işçilərə avadanlıqla davranış və preparatların reseptlər üzrə düzgün hazırlanması qaydasını öyrədir. Hazırlanmış preparatların düzgün qablaşdırılmasına, etiketlərin təlimata uyğun vurulmasına nəzarət edir, hazırlanmış preparatların seriya ilə keyfiyyətini yoxlatdırmaq üçün nəzarətçi laboratoriyaya göndərir, müsbət cavab alındıqdan sonra preparatın buraxılışı üçün müdiriyyətə yazılı məlumat verir, razılığa əsasən preparatın kütləvi buraxılmasını təmin edir və hazırlanmış dərman preparatlarının aidiyyəti üzrə verilməsini təşkil edir.

Yeni preparatların hazırlanması üçün təcrübə keçir, başqa istehsal müəssisələri ilə əlaqə saxlayır, laboratoriya işçilərinə preparatların hazırlanması qaydasını öyrədir. Heyvandarlıq təsərrüfatlarında yoluxucu olmayan xəstəlikləri öyrənmək üçün təcrübə heyvanlarının üzərində müşahidələr aparır.

Yeni dərmanların hazırlanmasına, texnoloji proseslərin düzgün yerinə yetirilməsinə tam nəzarət edir və bu işlərə cavabdehlik daşıyır. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarına əməl edir.

Baytarlıq preparatları elm istehsalat eksperimental laboratoriyasında nəzarətçi-kimyaçı.

İstehsal üçün alınan xammalın kimyəvi tərkibinin yoxlanmasına, taraların istehsal üçün yararlı olmasına, etiketlərin təlimata uyğun çap olunmasına, tərəzilərin düzgün işləməsinə, preparatların təlimata uyğun reseptlə hazırlanmasına nəzarət edir, istehsal olunmuş preparatlardan nümunə götürüb laboratoriyada yoxlanılmasını təşkil edir. Baytarlıq preparatlarına nəzarət edən elmi nəzarət institutundan keyfiyyət vəsiqəsini aldıqdan sonra preparatların seriya ilə buraxılmasına icazə verir. İstehsal olunan preparatları qablaşdırdıqdan sonra aidiyyəti üzrə təhvil verilməsinə nəzarət edir.

İstehsal olunmuş preparatlardan götürülmüş nümunələrin yararlılıq müddətində laboratoriyada saxlanmasını təmin edir. Laboratoriyaya gətirilən bütün xammal və materialların kimyəvi tərkibini analiz etdirir, zərərli maddələr aşkar edildikdə müvafiq tədbir görülmək üçün məlumat verir. Laboratoriyada hazırlanan bütün dərman maddələrinin tərkibinə tam cavabdehlik daşıyır. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarına əməl edir.

Bilməlidir: “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununu, xidməti sahədə fərmanları, sərəncamları, qərarları, təlimatları, tövsiyələri, metodiki göstərişləri; xəstəliklərin yaranma səbəblərini, onların müayinə edilməsini, müalicə üsullarını; analiz materiallarının və patoloji materialların götürülməsini; bakterioloji, seroloji, virusoloji, toksikoloji, parazitoloji, patomorfoloji, radioloji, "Askol" sahələrdə analizlərin aparılmasını, əkilməsini və xəstəliklərin müəyyən edilməsini; "Arı-balıq" xəstəliklərinin analizini və müayinəsini; kimyəvi tərkibləri və onların müəyyən edilməsi qaydasını; dərman preparatlarının tərkibini, texnologiyasını, onların təsir dairəsini; qablaşdırılmasını, dərmanların istifadə müddətini, onların hazırlanmasına və kimyəvi tərkibinə nəzarət edilməsini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: xidmət etdiyi sahə üzrə ali ixtisas təhsili.

10-cu dərəcə: əmək stajına tələb qoyulmadan;

11-ci dərəcə: ixtisası üzrə 4 ildən az olmayaraq əmək stajı olduqda;

12-ci dərəcə: ixtisası üzrə 8 ildən az olmayaraq əmək stajı olduqda;

13-cü dərəcə: ixtisası üzrə 10 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Kimyəvi preparatların ölçülməsini (çəkilməsini) və müvafiq reaksiyaların aparılmasını təmin edir. Preparatların kimyəvi cəhətdən tərkibinin düzgünlüyünü müəyyən edir və onu texnoloqla razılaşdırır. Müvafiq avadanlıq və cihazların istifadə qaydalarını bilməklə onların fasiləsiz işləməsini təmin edir. Əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydalarına riayət edir.

Bilməlidir: aidiyyəti sahə qanunları, fərmanları, sərəncamları, qərarları, təlimatları, metodiki göstərişləri, tövsiyələri; analiz üçün nümunələrin götürülməsini, onların analizə hazırlanmasını; cihaz və alətlərdən, kimyəvi preparatların saxlanılma və istifadə qaydalarını; analiz metodlarını; aparat və cihazların işlədilmə texnologiyasını; preparatlar haqqında normaları, göstərişləri; kimyəvi məhsullardan və preparatlardan istifadə qaydalarını; elmin son nailiyyətlərini, mütərəqqi metodları və təcrübələri; əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: xidmət etdiyi sahə üzrə ali ixtisas təhsili.

10-cu dərəcə: əmək stajına tələb qoyulmadan;

11-ci dərəcə: ixtisası üzrə 4 ildən az olmayaraq əmək stajı olduqda;

12-ci dərəcə: ixtisası üzrə 7 ildən az olmayaraq əmək stajı olduqda;

13-cü dərəcə: ixtisası üzrə 10 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Kənd təsərrüfatında layihə axtarış kimyalaşdırma sahəsində yararlı torpaqların qida maddələri ilə təmin olunmasını öyrənmək məqsədilə torpaq nümunələrinin götürülməsi və analizlərin aparılmasını, analizlərin nəticələrinə görə kartoqramların hazırlanması işlərini aparır. Bitki nümunələrində analizlərin aparılmasını və istehsalçılara rəy verilməsini təmin edir. Təsərrüfatlarda torpağın münbitliyinə müvafiq mineral və üzvi gübrələrin verilməsini tövsiyə edir. Aqrokimyəvi xidmət işini istehsalçılara təbliğ edir.

Kart-sxemlərin, çöl tədqiqatı ləvazimatlarının, dozimetrik cihazların hazırlanması, torpaq və bitki nümunələrinin götürülməsi və həmin nümunələrdə radiokimyəvi təhlil, nitratın miqdarının və pestisidlərin qalığının təyini işlərini təşkil edir. Sahələrə mineral gübrələrin və pestisidlərin verilməsi barədə məlumatların toplanmasını təmin edir.

Bilməlidir: aidiyyəti sahə üzrə qanunları, fərmanları, sərəncamları, qərarları, digər normativ hüquqi aktları; müvafiq sahə üzrə təlimatları, metodik göstərişləri, tövsiyələri, onların düzgün tətbiq edilməsini; iş planının və proqnozların hazırlanmasını; verilən tapşırıqların metodikaya uyğun icra edilməsini; daxili intizam qaydalarını; standartlaşmanı, sahə normalarını, bitki mühafizəsini; toxum standartlarını; sortların sınaqdan keçirilməsini, torpaqlardan nümunələrin götürülməsini, analizin nəticələrinin qiymətləndirilməsini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: xidmət etdiyi sahə üzrə ali ixtisas təhsili.

10-cu dərəcə: əmək stajına tələb qoyulmadan;

11-ci dərəcə: ixtisası üzrə 4 ildən az olmayaraq əmək stajı olduqda;

12-ci dərəcə: ixtisası üzrə 8 ildən az olmayaraq əmək stajı olduqda;

13-cü dərəcə: ixtisası üzrə 10 ildən az olmayaraq əmək stajı olduqda.

Baytarlıq-sanitariya sahəsində.

Heyvan xəstəliklərinin qarşısının alınması və ləğvi üçün baytarlıq tədbirlərini təşkil edir və aparır, lazım olan profilaktiki və sağlamlaşdırıcı tədbirləri yerinə yetirmək məqsədilə təsərrüfatların epizootik və baytarlıq-sanitariya vəziyyətini öyrənir.

Hüquqi və fiziki şəxslərə məxsus təsərrüfatlarda heyvanların ambulator və stasionar müalicəsini, diaqnostika müayinələri aparır, yaxud təşkil edir, xəstəliklərin erkən diaqnostikasını təmin etmək üçün tədbirlər həyata keçirir, heyvanların ölüm səbəbləri barədə rəy verir və onun qarşısının alınması üçün müvafiq tədbirlər görür, dərman preparatlarından düzgün istifadə edilməsinə, onların təyinata uyğun saxlanılmasına nəzarət edir.

Heyvan, heyvan mənşəli məhsul və xammalın dəmir yolu nəqliyyatı ilə daşınması zamanı baytar-sanitar sağlamlığını təmin edir. Daşınma zamanı heyvanların xəstələnməsinin və ölümünün qarşısını almaq üçün xəbərdarlıq edir, həmçinin keyfiyyətsiz ət və başqa heyvan mənşəli məhsul və xammalın yüklənməsinin qarşısını almaq üçün tədbirlər görür. Əhalini insan və heyvan üçün ümumi olan yoluxucu xəstəliklərdən qoruyur.

Dəmir yolu nəqliyyatı ilə heyvanların və heyvandarlıq yüklərinin daşınması zamanı baytar-sanitar qaydalarına əməl olunmasına dövlət baytar nəzarətini həyata keçirir. Daşınma zamanı heyvanların yoluxucu xəstəliklərinin baş verməsinin və yayılmasının qarşısını almaq məqsədilə baytarlıq-sanitariya tədbirləri aparır.

Stansiya zonasında və onun yaxınlığında heyvanların yoluxucu xəstəlikləri baş verdikdə müvafiq tədbirlər görmək üçün dəmir yolu baytarlıq nəzarəti idarəsinə məlumat verir. Dəmir yolu nəqliyyatında daşınan heyvanlar arasında yoluxucu xəstəliklər müəyyən edilən zaman, həmçinin yoluxucu xəstəliklərə görə qeyri-sağlam olan heyvan mənşəli məhsul və xammal aşkar edildikdə müvafiq tədbir görülməsi üçün heyvan və heyvan mənşəli yükləri göndərən orqanları və aidiyyəti təşkilatları vaxtında xəbərdar edir.

Qüvvədə olan təlimatlara əsaslanaraq epizootiya əleyhinə təxirəsalınmaz tədbirləri aparır və daşınan heyvanlara müalicə yardımı göstərir. Heyvanların vaqonlarla göndərilməsi barədə heyvan göndərilən istiqamətdə olan yaxın baytar-sanitar sahələrinə və su içmə məntəqələrinə teleqraf vasitəsilə məlumat verir. Heyvanları müşayiət edənlər heyvandarlıq məhsullarının daşınması ilə əlaqəsi olan nəqliyyat işçiləri, yük göndərənlər və qəbul edənlər və digər şəxslər arasında baytarlıq sahəsində təbliğat işlərini aparır. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarına əməl edir.

Quduzluq xəstəliyi sahəsində.

Quduzluq xəstəliyinin epizootologiyası səbəbinə görə təlimata müvafiq göstərişləri yerinə yetirir, verilən məlumatları alıb, ünvanı dəqiqləşdirdikdən sonra tələb olunan müayinə işini aparmaqla sənədləşdirir, quduzluğa şübhəli bilinən və yaxud xəstə heyvanlar yerində müayinədən keçirilməklə tədbirlərin aparılmasını həyata keçirir.

Sahibsiz it, pişik və digər heyvanların quduzluq xəstəliyi virusunun daşıyıcısı olmasını nəzərdə saxlamaqla, onları müəyyənləşdirdikdə aidiyyəti üzrə xəbər verir. Xəstəliyə şübhəli olan heyvanlar izolyasiya olunmaqla azı 10 gün müddətində onlara gündəlik nəzarət edir, nəticəsi barədə tələb olunan orqana məlumat verir. Xəstə it, pişik və digər yoluxmuş heyvanların cəsədlərinin təlimata müvafiq qaydada məhv edilməsi, başının isə cəsəddən ayırıb ekspertizadan keçirmək üçün laboratoriyaya göndərilməsini təmin edir.

Sahibli it və pişiklərin hansı ünvanda saxlanıldığını müəyyənləşdirməklə qeydiyyat jurnalına yazır və vaxtaşırı müayinəsini təmin etməklə onlara lazımı müalicə xidməti göstərir. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarına əməl edir.

Dezinfeksiya sahəsində.

Planla və məcburi surətdə mal-qara və quş damlarının, xammal saxlanılan və xəstəliyin yayılmasına səbəb olan digər binaların dezinfeksiyasını təşkil edir.

Dezinfeksiya işləri aparılmamışdan əvvəl hazırlıq işlərini görür, dezinfeksiya aparılacaq obyekti və yeri müəyyənləşdirir, lazım olan məhlulun hazırlanmasına nəzarət edir və dezinfeksiya işinin aparılmasını təşkil edir.

Dezinfeksiya dəstəsinin baytar həkimi kimyəvi və dərman preparatlarından istifadə qaydasını dezinfeksiya aparan işçiyə öyrətməklə, onların iş prosesində xüsusi geyim və qida maddələri ilə təmin olunmasını təşkil edir, xəstəliklərin təlimatına, infeksiya daşıyan mikroblara və bakteriyalara qarşı aidiyyəti üzrə lazımı məhlul hazırlanıb istifadə edilməsini nəzarətdə saxlayır.

Dəmir yol nəqliyyatı vaqonlarına, dezinfeksiya-yuma stansiyasının ərazisinə, tikililərinə və köməkçi vasitələrin baytar-sanitar vəziyyətinə, peyinin, zibilin zərərsizləşdirilməsinə, istifadə edilməsinə və yandırılmasına, təmizləyici qurğuların vəziyyətinə və axarların zərərsizləşdirilməsinə nəzarət edir.

Alınmış məlumata əsasən vaqonların vaxtında baytar-sanitar dezinfeksiya-yuma stansiyasına daxil olmasını təşkil edir və dezinfeksiya-yuma stansiyasına vaxtında daxil olmayan vaqonlar barədə məlumat verir.

Dezinfeksiya-yuma stansiyasına daxil olan bütün vaqonların vaxtında və keyfiyyətli təmizlənməsini və yuyulmasını təşkil edir. Vaqonların, tikililərin və köməkçi vasitələrin, inventarların və dezinfeksiya-yuma stansiyasının işçilərinin xüsusi geyimlərinin zərərsizləşdirilməsi ilə əlaqədar olan məsələlərə dair rəy və təklif verir. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarına əməl edir.

Bilməlidir: “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununu, bu sahədə olan fərmanları, sərəncamları, qərarları, təlimatları, tövsiyələri, metodiki göstərişləri; baytarlıq sanitariya qaydalarını; xəstəliklərin müayinəsini, müalicəsini; analizlərin götürülməsini, yoxlanmasını; dərman preparatlarından istifadə qaydasını; dezinfeksiya məhlulunun hazırlanması və dezinfeksiyanın aparılmasını, izolyatorun nizamnaməsini, quduzluq xəstəliyinin epizootologiyasını, diaqnozunu, müayinəsini; xəstə heyvandardan patoloji material götürülməsini; xəstəliklərin təlimatlarını, onların aşkar edilməsini, müayinəsini və müalicəsini; baytar-sanitar gigiyena qaydalarını; sərhəd məntəqələrində torpaqda, dəmir yolu, hava və su nəqliyyatında mal-qara və heyvandarlıq məhsullarının daşınması, saxlanması, yüklənməsi qaydalarını; idxal-ixracla əlaqədar təlimatları; sərhədyanı yaşayış məntəqələrində aidiyyəti işlərin aparılmasını; dövlət baytar sərhəd nəzarəti məntəqələrinin əsasnaməsini; epizootiya əleyhinə mübarizəni; əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: xidmət etdiyi sahə üzrə ali ixtisas təhsili. Aparıcı sahə baytar həkimi üçün 3 ildən az olmayaraq əmək stajı.

10-cu dərəcə: əmək stajına tələb qoyulmadan;

11-ci dərəcə: ixtisası üzrə 4 ildən az olmayaraq əmək stajı olduqda;

12-ci dərəcə: ixtisası üzrə 8 ildən az olmayaraq əmək stajı olduqda;

13-cü dərəcə: ixtisası üzrə 10 ildən az olmayaraq əmək stajı olduqda;

Baytarlıq nəzarəti məntəqəsində:

14-cü dərəcə (aparıcı sahə baytar həkimi): ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı olduqda;

15-ci dərəcə (aparıcı sahə baytar həkimi): ixtisası üzrə 6 ildən az olmayaraq əmək stajı olduqda.

Bitki mühafizəsi sahəsində.

Kənd təsərrüfatı bitkilərinin zərərverici, xəstəlik və alaq otlarına qarşı mübarizəni təşkil edir. Əkin sahələrində daim müşahidələr apararaq, zərərverici, xəstəlik və alaq otları ilə sirayətlənmiş sahələrin yerlərini, onların yayılma dərəcələrini öyrənir və fenoloji xəritələr hazırlayır.

Aqrotexniki, kimyəvi və bioloji mübarizəni, müalicəvi, qırıcı tədbirlərin kompleks şəkildə həyata keçirilməsini, pestisidlərin saxlanılmasını, daşınmasını və istifadəsini təşkil edir, bitkilərin intensiv texnologiya əsasında əkinində yaxından iştirak edir. Təsərrüfatlarda aparılan bioloji, kimyəvi, aqrotexniki tədbirlərə nəzarət edir.

Bitki mühafizəsi üzrə elmin son nailiyyətləri və qabaqcıl təcrübə sahəsində yerlərdə seminar müşavirələrin keçirilməsinə köməklik göstərir. Əmək şəraitinin təhlükəsizliyinə, sanitariya-gigiyena şəraitinə, yanğın təhlükəsizliyinə və ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirir.

Toxumçuluq sahəsində.

Toxumun təmizlənməsinə və keyfiyyətinə nəzarət edir, səpin, becərmə, yığım və saxlanılma dövründə toxum tədarükü sahəsində bütün tədbirlərin düzgün, vaxtında həyata keçirilməsinə əməli köməklik göstərir.

Kənd təsərrüfatı bitkilərinin xəstəlik və ziyanvericilərinə, alaq otlarına qarşı mübarizə tədbirlərində iştirak etməklə toxumluq sahələrdə aprobasiyanın vaxtında və keyfiyyətlə aparılmasında yaxından iştirak edir.

Təsərrüfatlar üzrə toxumçuluğun sortlar və reproduksiyalar üzrə hesabat işlərinin qaytanlanmış və nömrələnmiş kitablarda qeydiyyatını təmin edir.

Bitkilərin nəzərdə tutulmuş əkin sahələri üzrə tələb olunan toxum materialının yüksək kondisiyalı və keyfiyyətli, rayonlaşmış bitki sortları üzrə tədarükü işində iştirak etməklə, yeni yaradılmış məhsuldar sortların, əkin sahələrinin genişləndirilməsini təşkil edir və toxumlardan nəzarət nümunələri götürüb onların təhlili barədə vaxtında məlumat verir.

Təsərrüfat rəhbərləri ilə birlikdə toxumluq sahələrində aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsini, səpinin optimal müddətdə aparılmasını, yığımın itkisiz və qısa müddətdə başa çatdırılmasını təşkil edir. Toxumların keyfiyyət analizlərinin aparılmasında bilavasitə iştirak etməklə aparılan işlərin keyfiyyət analizlərinin nəticəsi barədə sənədləri düzgün və vaxtında tərtib edib aidiyyəti üzrə çatdırır. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarına əməl edir.

Sort sınağı sahəsində.

Texnoloji işləri həyata keçirir, verilmiş planlar əsasında sort-sınaq və istehsalat işlərinin təşkilində iştirak edir. Təhkim edilmiş bitkilərin müsabiqəyə hazırlanmasında geniş və istehsalat sınağı təcrübələrinin yerləşmə sxemini tərtib edir, məntəqədə olan və digər yerlərdən göndərilmiş sort toxumları haqda qeydlər aparır, sınaq işlərinin vəziyyəti barədə vaxtında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə məlumat hazırlayır. Toxumların səpin keyfiyyətlərini təyin edir, hər bir sortun səpin normasını və xüsusi toxumsəpən maşınlarına və stasionarlara qabaqcadan səpin normasını hesablayır, sahədə ləkləri metodikaya uyğun nişanlayır, səpinə bilavasitə rəhbərlik edir, təcrübənin fenoloji, antropoloji müşahidəsini aparır, təhkim edilmiş bitkilərin, təcrübələrin elmi hesabatlarını hazırlayır, laboratoriya analizlərini aparır.

Sort sınaq məntəqəsində elmi cəhətdən əsaslandırılmış əkinçilik sisteminin hazırlanmasında və aqrotexniki tədbirlərdə iştirak edir, əmək və material ehtiyatlarından səmərəli istifadə edir. Sınaq işlərində metodikam geniş tətbiq edir. Təcrübələrin bədii tərtibatını, sortlara baxış tədbirlərini hazırlayır.

Bilməlidir: aidiyyəti sahə üzrə qanunları, fərmanları, sərəncamları, qərarları, digər normativ hüquqi aktları; müvafiq sahə üzrə təlimatları, metodik göstərişləri, tövsiyələri, onların düzgün tətbiq edilməsini; iş planının və proqnozların hazırlanmasını; verilən tapşırıqların metodikaya uyğun icra edilməsini; daxili intizam qaydalarını; standartlaşmanı, sahə normalarını, bitki mühafizəsini; toxum standartlarını; sortların sınaqdan keçirilməsini, torpaqlardan nümunələrin götürülməsini, analizin nəticələrinin qiymətləndirilməsini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: xidmət etdiyi sahə üzrə ali ixtisas təhsili.

10-cu dərəcə: əmək stajına tələb qoyulmadan;

11-ci dərəcə: ixtisası üzrə 4 ildən az olmayaraq əmək stajı olduqda;

12-ci dərəcə: ixtisası üzrə 8 ildən az olmayaraq əmək stajı olduqda.

Toxumçuluq sahəsində.

Toxumların keyfiyyət analizlərinin aparılmasında istifadə olunan bütün cihaz və avadanlıqların və digər texnikanın təmir etdirilib saz vəziyyətə saxlanılmasını təmin edir.

Əhatə etdiyi ərazi üzrə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin qurumlarında yerli bölməsində kompleks mexanikləşdirmə və avtomatlaşdırma işlərinin tətbiqində, istehsalatda texniki səviyyənin yüksəldilməsində, əmək məhsuldarlığı, məhsulun keyfiyyətinin yaxşılaşdırılması və onun istehsalının artırılması, yaxşı əmək şəraitinin təmin olunmasını həyata keçirir.

Xətlər, cihazlar, elektrik avadanlıqları və qurğuların etibarlı və fasiləsiz işləməsini təmin edir. Laboratoriyada texnoloji avadanlıq, cihaz və qurğuların texniki xidmət və təmir işlərini təşkil edir, onların hesabatını apararaq sifarişlərin hazırlanmasında iştirak edir. Yeni konstruksiyalı avadanlıqların işlədilməsində işçilərə köməklik göstərir və onlarla məsləhətləşmələr aparır.

Texnoloji prosesin düzgün getməsinə nəzarət edir, cihazların, avadanlığın və qurğuların düzgün istismarını, texniki siyasət və elmi-texniki nailiyyətlərin hərtərəfli sürətləndirilməsi və yüksək məhsuldarlığına nail olmağı təmin edir.

İstehsalatda daim texniki hazırlıq səviyyəsinin artırılması, məhsul istehsalında material, maliyyə və əmək xərclərinin azaldılması və effektivliyini, onların yüksək keyfiyyətini, dövlət standartlarına uyğun etibarlı, uzunömürlüyü və bütün növ resurslardan rasional istifadəni təmin edir.

Proqnozların müəyyən edilməsinə, yenidənqurma və modernləşdirilməsinə, istehsalatda ətraf mühitə ziyanlı təsir göstərilməsini aradan qaldıran tədbirlərə, daha normal və təhlükəsiz iş şəraitinin yaradılmasına rəhbərlik edir.

Layihə, konstruktor və texnoloji intizam, əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarına riayət olunmasına nəzarət edir.

Maşın sınağı və standartlaşdırma sahələrində.

Stansiyanın texniki siyasətinin yeridilməsində və təkmilləşdirmənin bütün istiqamətlərində kompleks proqramların həyata keçirilməsində iştirak edir.

Sınağa daxil olmuş yeni texnikanın dövlət sınağının bilavasitə aparılmasını təşkil edir. Hər bir maşına plan-proqram tərtib edir və onu baş mühəndisin təsdiqinə verir. Plan-proqram hazırlanarkən onu aparıcı laboratoriyanın mütəxəssisləri ilə razılaşdırır. Laboratoriya sınaqları və digər tələb olunan göstərişlərin dövlət standartları səviyyəsində aparılmasını təşkil edir və alınan nəticələrin, aqrotexniki və digər texniki sənədlərin uyğunluğuna nail olur. Köməkçi laboratoriyaların apardıqları təcrübələrdə iştirak edir. Sınaq maşınları ilə nəzərdə tutulan tarla işlərinin yerinə yetirilməsində iştirak edir və bu işlərə cavabdehdir.

Sınağın nəticələrinə görə tələb olunan formada protokol tərtib edir və laboratoriya müdirinə təqdim edir. Laboratoriyaya təhkim olunmuş mövzu üzrə elmi tədqiqat işlərini aparır. Laboratoriyanın elmi-texniki tərəqqisində və inkişafında, stansiyanın elmi-texniki şurasının, səmərələşdiricilər və ixtiraçılar cəmiyyətinin fəaliyyətində fəal iştirak edir. Laboratoriyada işləyən texniklərin sınaq işlərində fəal iştirakını təmin edir və onların işinə nəzarət edir.

Sınaq məqsədi ilə işlədilən texniki sənədlərə nəzarət edir, yeni standartların layihələrinin hazırlanmasında və mövcud standartlara yenidən müvafiq dəyişikliklərin edilməsində və təsdiqində iştirak edir.

Sistematik olaraq stansiyada istifadə edilən standartların və standartlaşdırmaya aid digər texniki sənədlərdə göstəricilərin müasir elm və texnikanın göstəriciləri səviyyəsində olmasına nəzarət edir. Standartların layihəsinin hazırlanması məqsədilə texniki tapşırıqlar tərtib edir, standartlaşdırmaya aid aparılan işlərin iqtisadi cəhətdən səmərəliliyini müəyyən edir. Stansiyada standartların və standartlaşdırmaya aid digər sənədlərin tətbiqində iştirak edir.

Laboratoriya və şöbələrdə standartlaşdırmaya aid işlərin yerinə yetirilməsinə nəzarət edir, onlara standartların və standartlaşdırmaya dair digər sənədlərin işlədilməsində və tətbiqində metodiki kömək göstərir. Standartlaşdırma sahəsində əldə edilmiş qabaqcıl təcrübəni, beynəlxalq standartları öyrənir və standartlaşdırmada tətbiq edir.

Standartlaşdırma və standartların işlənməsi məsələlərinə aid seminarların, konfransların, sərgilərin təşkilində və onların nəticələrinin işə tətbiqində iştirak edir. Elmi texniki informasiya təşkilatlarına təqdim etmək üçün stansiyada işlənən standartları və standartlaşdırmaya aid sənədləri hazırlayır. Eyni zamanda standartlaşdırmaya və standartların tətbiqinə aid görülən işlərin hesabatını hazırlayır. Elmi nailiyyətləri, qabaqcıl təcrübəni öyrənməklə elmi işlərin aparılması ilə məşğul olur və bu işlərə əməli köməklik göstərir.

Bilməlidir: aidiyyəti sahə üzrə qanunları, fərmanları, sərəncamları, qərarları, digər normativ hüquqi aktları; müvafiq sahə üzrə təlimatları, metodik göstərişləri, tövsiyələri, onların düzgün tətbiq edilməsini; iş planının və proqnozların hazırlanmasını; verilən tapşırıqların metodikaya uyğun icra edilməsini; daxili intizam qaydalarını; standartlaşmanı, sahə normalarını, bitki mühafizəsini; toxum standartlarını; sortların sınaqdan keçirilməsi, torpaqlardan nümunələrin götürülməsini, onların analizinin aparılması qaydasını; avadanlıqların sınağının aparılmasını, əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: xidmət etdiyi sahə üzrə ali ixtisas təhsili.

10-cu dərəcə: əmək stajına tələb qoyulmadan;

11-ci dərəcə: ixtisası üzrə 4 ildən az olmayaraq əmək stajı olduqda;

12-ci dərəcə: ixtisası üzrə 8 ildən az olmayaraq əmək stajı olduqda.

Kimyaçı-mühəndis, analitik və ya bioloq.

Bioloji və toksikologiya laboratoriyalarında ana materialların alınmasına, bioloji preparatlarda canlıların keyfiyyətinin yaxşılaşdırılması, laboratoriya şəraitində onların çoxaldılmasına nəzarət edir. Bioloji preparatların laboratoriya və sahələrdə tətbiqini təşkil edir.

Zərərvericilərə qarşı onların tətbiqi, yayılması, səpilməsi işini təşkil edir və onların təsirini və faydalılığını yoxlayır.

Pestisidlərin ayrı-ayrılıqda hansı qrupa aid olduğunu və onlarla davranma qaydalarını öyrənir. Kənd təsərrüfatı məhsullarının tərkibində pestisidlərin qalıqlarını təyin edir. Götürülmüş pestisid nümunələrinin analizi nəticəsində onlardan düzgün istifadə edilmə dozasını təyin edir. Göndərilmiş nümunələri laboratoriyada operativ olaraq analiz edir və onların keyfiyyəti haqqında məlumat verir.

Təsərrüfatlara və əhaliyə pestisidlərin xüsusiyyətləri, onlarla davranma qaydaları və düzgün istifadə normaları haqqında tövsiyələr verir. Kənd təsərrüfatı bitkilərinin zərərvericilər, xəstəliklər və alaq otlarına qarşı işlədilən pestisidlərin, işçi məhsullarının, bitkilərin tərkibində olan zəhər qalıqlarını analiz edən avadanlıqların, cihazların (kalometr, sentrifuqa, mufel peçi, mexometr və s.) fasiləsiz işləmələrini təmin edir.

Analitik və elektrik tərəzilərinin işinə nəzarət edir. Sorucu şkafların, su, hava nasoslarının işləməsini təmin edir. Həmin avadanlıqlarla işləmək qaydasını toksikologiya laboratoriyasının digər işçilərinə öyrədir. Laboratoriyada texniki təhlükəsizlik qaydalarına əməl edir.

Zərərvericilər, xəstəliklər və alaq otlarına qarşı işlədilən pestisidlərin ayrı-ayrı partiyalarından seçmə üsulla nümunələr götürür, pestisidlər tətbiq olunan sahələrdə bitkilərdən də nümunələr götürür. Laboratoriyaya gətirilmiş nümunələri (pestisidləri) keyfiyyətli analiz etməklə dozalarını təyin edir. Bitki nümunələri analiz edilərək tərkibində zəhər qalığının miqdarının tələb olunan normaya uyğun olub olmamasını müəyyən edir. Kimya müəssisələrinin, bazalarının və digər təşkilatların anbarlarında olan köhnə zəhərli maddələri analiz edib, keyfiyyətini yoxlamaqla vaxtı keçmiş maddələr üçün işlədilmə dozasını və ya məhv edilməsini təyin edir.

Pestisidlərin ayrı-ayrılıqda hansı qrupa aid olduğunu və onlarla davranma qaydalarını öyrənir. Rayonların təsərrüfatlarında kimyəvi preparatlarla işləyən mütəxəssislərə pestisidlərin xüsusiyyəti və onlarla davranma qaydaları barədə tövsiyələr verir. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarına əməl edir.

Torpağın aqrokimyəvi xassəsini və onun qida maddələri ilə təmin olunmasını öyrənmək üçün əkinə yararlı sahələrdən nümunələr götürür və həmin nümunələrdən orta nümunə hazırlayır və orta nümunələri aqrokimya laboratoriyalarına, layihə-axtarış kimyalaşdırma stansiyasına göndərilməsini təmin edir. Analizlərin nəticələrinə görə sahələrin qida maddələri ilə təmin olunması pasportlarını hazırlayır. Bitkiçilik məhsulunun tərkibində olan nitratın miqdarını öyrənmək məqsədi ilə bitki nümunələrini götürür və analiz aparılması üçün təqdim edir.

Zərərvericilərə qarşı bioloji mübarizə aparmaq üçün trixonoqramın artırılması işində iştirak edir. Onun dən güvəsinin yumurtası ilə sirayətlənməsini, materialın çəkilib paketlərə yığılması və bokslara yerləşdirilməsi, mövsüm yaxınlaşdıqda dən güvəsi yumurtasının trixonoqram ilə sirayətlənməsini və dirilməkdə olan trixonoqramların pambıq və ya tərəvəz sovkasına qarşı tətbiqini həyata keçirir.

Təsərrüfatların mikrobioloji və bioloji vasitələrə olan tələbatını müəyyən edir, onların gətirilməsini və tətbiqi işini yerinə yetirir. Bioloji mübarizə üzrə cari və perspektiv tapşırıqları müəyyən edir. Laboratoriyada yetişdirilən bioloji materialların yerli formalarını mütəmadi olaraq öyrənir və onların keyfiyyətinin yaxşılaşdırılması işini həyata keçirir. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarına əməl edir.

Proqnoz üzrə aqronom.

Kənd təsərrüfatı bitkilərinin başlıca zərərvericiləri və xəstəliklərinin inkişafmı öyrənmək və lazımi tədbir görmək üçün stasionar sahələrdə mütəmadi müşahidə işlərini təşkil edir, marşrut yoxlamaları aparır. Xidmət etdiyi ərazidə kənd təsərrüfatı bitkilərində xəstəliklərin və zərərvericilərin meydana çıxması, inkişafı, mübarizə aparılması müddətləri barədə məlumat verir. Zərərvericilərin, xəstəliklərin, eləcə də xeyirli həşəratların növ tərkibini müayinə edir, ümumiləşdirir, uzun və qısa müddətli proqnozlar hazırlayır. Bitki mühafizə stansiyasının mütəxəssisləri ilə birlikdə qırıcı mübarizə tədbirlərinin aparılma müddətlərini və məqsədəuyğunluğunu müəyyən edir, siqnal məlumatları hazırlayaraq kənd təsərrüfatı orqanlarına göndərir və onun icrasına nəzarət edir.

Bitkilərdə zərərvericilərin, xəstəliklərin yayılmasına qarşı aparılan mübarizə tədbirlərinin və xeyirli həşəratların inkişafı haqqında informasiyalar hazırlayaraq məlumat və diaqnostika laboratoriyasına göndərir. Bitki mühafizə işlərinin planlaşdırılmasında iştirak edir, təsərrüfatlarda mütəxəssislərə, eləcə də ayrı-ayrı vətəndaşlara bitki mühafizəsi üzrə məsləhətlər verir. Elmin son nailiyyətlərini və qabaqcıl təcrübəni öyrənir, onlardan məlumat və xəbərdarlıq məntəqəsinin əməli işində istifadə edir. Pestisidlərin bioloji səmərəliliyini təyin edir. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarına əməl edir.

Entomoloq, fitopatoloq və fitohelmintoloq.

Ölkə daxilində istifadə edilən və xarici dövlətlərdən gətirilən toxum materialından, torpaq və karantin nəzarətində olan digər məhsullardan nümunə götürməklə onların fitosanitar vəziyyətini təyin etmək üçün ekspertiza keçirir.

Sərhəd karantin xidməti əməkdaşları, introduksiya - karantin mütəxəssisləri və digər təşkilatların nümayəndələri tərəfindən aşkar edilmiş karantin obyektlərinin təsdiqi və karantin ekspertiza laboratoriyasına daxil olmuş nümunələrdəki ziyanverici həşəratların, xəstəlik törədicilərinin və alaq otları toxumlarının növlərini təyin edir, onların bioekologiyası haqqında məlumat verir.

Karantin obyektlərinin və digər təhlükəli ziyanverici orqanizmlərin tapılıb üzə çıxarılması üçün sərhədboyu ərazidə yerləşən anbar və digər obyektlərdə yoxlama - müşahidə işlərini aparır.

Sərhəd karantin məntəqələrində karantin əhəmiyyətli yüklərə fitosanitar baxışı və ekspertiza üçün nümunələrin götürülməsi üzrə metodiki rəhbərliyi həyata keçirir.

Rayon, rayonlararası və sərhəd karantin məntəqələrinə təhkim edilmiş ərazilərdə karantin obyektlərini aşkar etmək üçün aparılan müşahidələrə metodiki rəhbərliyi, onlara qarşı aparılan mübarizə tədbirlərinin səmərəliliyini nəzarət yolu ilə həyata keçirir. Müvafiq ərazi vahidi üzrə səlahiyyətli müfəttişlərlə əkin sahələrində, karantin əhəmiyyətli məhsullar saxlanılan anbarlarda, bazarlarda, yerli əkin və bağ sahələrində, həmçinin şitilxanalarda fitosanitar nəzarət işini həyata keçirir. Gördüyü işlər barədə hesabat hazırlayıb rəhbərliyə təqdim edir. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarına əməl edir.

Fumiqasiya sahəsində kimyaçı-mühəndis.

Fumiqasiya əməliyyatlarının yaxşılaşdırılması, təkmilləşdirilməsi, kimyəvi və zərərsizləşdirmə işlərində elmi təcrübələrin qoyulması, öyrənilməsi əsasında tövsiyələr hazırlayaraq həyata keçirir, xarici dövlətlərin müvafiq texnologiyasından istifadəni təşkil edir. Fumiqasiya işləri aparılan obyektlərdə işin ekoloji cəhətdən keyfiyyətli aparılmasına nəzarət edir.

Fumiqasiya dəstəsinin işçilərini fumiqantlardan və kimyəvi maddələrdən istifadə etmək qaydası ilə təlimatlandırır. Fumiqasiya işlərinin aparılmasına, lazım olan kimyəvi məhlulların hazırlanmasına bilavasitə rəhbərlik edir. Fumiqasiya işlərinin təhlükəsiz aparılması üçün metodika hazırlayır və işçiləri aparılacaq tədbirlərlə tanış edir.

Fumiqasiya işlərinin ekspozisiya müddətini təyin edir və vaxt başa çatdırdan sonra, zərərsizləşdirilmiş obyektin daxilində olan zəhərli qazın konsentrasiyasını müəyyənləşdirir, normal olduğu halda akt tərtib edir və malın daşınmasına icazə verir. Görülən işlər barədə hesabatlar hazırlayaraq, rəhbərliyə təqdim edir. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarına əməl edir.

Toxumçuluq sahəsində aqronom-kimyaçı.

Toxumun təmizlənməsinə və keyfiyyətinə nəzarət edir, səpin, becərmə, yığım zamanı toxum tədarükü və saxlanılması sahəsində bütün tədbirlərin düzgün və vaxtında həyata keçirilməsinə əməli köməklik göstərir.

Bitkilərin, eləcə də pambığın xəstəlik və ziyanvericilərinə, alaq otlarına qarşı mübarizə tədbirlərində iştirak etməklə toxumluq sahələrində aprobasiyanın vaxtında və keyfiyyətli aparılmasında yaxından iştirak edir.

Təsərrüfatlar üzrə toxumçuluğun sortları və reproduksiya üzrə hesabat işlərini qaytanlanmış və nömrələnmiş kitablarda qeydiyyatını təmin edir. Nəzərdə tutulmuş əkin sahələri üzrə tələb olunan toxum materiallarının, yüksək kondisiyalı və keyfiyyətli rayonlaşmış sortların tədarükü işində iştirak edir.

Qabaqcıl iş təcrübələrini, əməyin mütərəqqi üsullarının yayılması və yeni yaradılmış perspektivli məhsuldar sortların, əkin sahələrinin genişləndirilməsi barədə təkliflər verir.

Toxumluq sahələrində aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsini, səpinin optimal müddətlərdə aparılmasını, yığımın itkisiz və qısa müddətdə başa çatdırılmasını təşkil etməklə, mütəxəssislərə və vətəndaşlara toxum istehsalı texnologiyasına dair məsləhətlər verir.

Toxumların keyfiyyət analizlərinin aparılmasında bilavasitə iştirak etməklə texniklərə nəzarət edir. Keyfiyyət analizlərinin nəticəsi barədə sənədləşməni düzgün və vaxtında doldurub aidiyyəti üzrə çatdırır. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarına əməl edir.

Sort sınağı sahəsində mühəndis-texnoloq və ya aqronom.

Müxtəlif kənd təsərrüfatı bitki sortlarının texnoloji analizlərini (şərabçılıq, konservləşdirmə) təşkil edir və birbaşa bu işlərdə iştirak edir. Aparılmış analizlərin nəticələrinə əsaslanaraq sınaqda olan sortların emal sənayesi üçün yararlığı haqda rəy hazırlayır.

Yeni cihaz və avadanlıqların istifadə edilməsində, həmçinin tətbiqində iştirak edir, köhnəlmiş cihaz və avadanlıqların yeniləri ilə əvəz edilməsi haqqında təkliflər verir. Qabaqcıl texnologiyanı, analiz metodlarını mənimsəyir və laboratoriyada tətbiq edilməsinə şərait yaradır. Elmi-metodiki işlərin hazırlanmasında iştirak edir. Təhkim edilmiş sahənin elmi hesabatlarını tərtib edir.

Bitkilərin biokimyəvi, fiziki-kimyəvi və texnoloji analizlərinin aparılmasını təşkil edir və bu işdə bilavasitə iştirak edir. Sınağı aparılan sortların elmi araşdırmalarını aparır. Laboratoriyanın iş planının hazırlanmasında iştirak edir, təhkim olunmuş sahənin sənədlərini və elmi hesabatlarını hazırlayır. Analizlərin nəticələrini yekunlaşdırır və analizi aparılan sortların texnoloji xüsusiyyətləri barədə rəy və təklif hazırlayır, rayonlaşdırılmış sortun yayılmasında iştirak edir. Yeni analiz metodlarını öyrənir və praktikada tətbiq edir. Təhkim edilmiş avadanlıq və cihazlardan səmərəli istifadəni təmin edir, onların hesabatını aparır. Maddi-texniki vasitələrə, xüsusi geyimə və s. tələbatı təyin edir və sifariş verir. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarına əməl edir.

Bilməlidir: aidiyyəti sahə üzrə qanunları, fərmanları, sərəncamları, qərarları, təlimatları, metodiki göstərişləri, tövsiyələri; işlədiyi sahə üzrə norma və normativləri; analiz üçün nümunələrin götürülməsini, onların analizə hazırlanmasını; cihaz və alətlərdən, kimyəvi məhsullardan və preparatlardan istifadə qaydalarını və normalarını; zərərverici və xəstəliklərlə mübarizə qaydalarını; rayonlaşma metodikasını, sortların sınaqdan keçirilməsini; maşın sınağının aparılmasını; elmin son nailiyyətlərini, mütərəqqi metodları və təcrübələri; bioloji mübarizə üsullarını; kimyəvi məhlulların, preparatların, torpağın və bitkilərin tərkibini, strukturunu və normalarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitar-gigiyena, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: xidmət etdiyi sahə üzrə ali ixtisas təhsili.

10-cu dərəcə: əmək stajına tələb qoyulmadan;

11-ci dərəcə: ixtisası üzrə 4 ildən az olmayaraq əmək stajı olduqda;

12-ci dərəcə: ixtisası üzrə 8 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Aptekdə olan baytarlıq ləvazimatlarının və dərman preparatlarının müəyyən edilmiş qiymətlərlə satışını həyata keçirmək, texniki ləvazimatların və dərman preparatlarının sinifləşdirilməsi, qablaşdırılması və təlimata uyğun saxlanılmasını təmin edir, satılan dərman preparatlarının istifadə müddətinə və onların keyfiyyətinə nəzarət etməklə, istifadə olunmasına dair alıcılara (istehlakçılara) ilkin izahat verir, satılmış aşağı keyfiyyətli dərman preparatlarını geri qaytarıb öz rəhbərliyinə məlumat verir.

Bölgü üzrə baytarlıq idarəsinə ayrılmış dərman preparatlarının, vaksinlərin avadanlıq və cihazların bölgü üzrə aidiyyəti yerlərə çatdırılmasını təşkil edir.

Aptekin daxili intizam qaydalarına uyğun olaraq bütün işlərində iştirak etməklə, orada saxlanılan dərman və avadanlıqların təmizliyinə, gigiyena tələblərinə uyğun saxlanması işini təmin edir. Öz əmək funksiyasına daxil olan işlərə cavabdehlik daşımaqla baytarlıq texniki vasitələrinin və dərman preparatlarının satışı barədə vaxtaşırı müdiriyyətə hesabat təqdim edir. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, ətraf mühitin və ekologiyanın qorunması qaydalarına əməl edir.

Bilməlidir: “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununu; aidiyyəti qərarları, sərəncamları, təlimatları; əczaçılıq qaydalarını; aptekin daxili intizam qaydalarını; dərman preparatlarının sinifləşdirilməsini, yerləşdirilməsini, saxlanılmasını; dərman preparatları üzrə hesabatın verilməsini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitar-gigiyena, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını.

Ödəniş dərəcəsinə ixtisas tələbləri:

10-cu dərəcə: orta ixtisas təhsili (baytar, əczaçı) və baytarlıq üzrə 3 ildən az olmayaraq əmək stajı olduqda və ya əmək stajına tələb qoyulmadan ali ixtisas təhsili (baytar, əczaçı) olduqda;

11-ci dərəcə: orta ixtisas təhsili (baytar, əczaçı) və ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı olduqda və ya ali ixtisas təhsilli (baytar, əczaçı) və ixtisası üzrə 2 ildən az olmayaraq əmək stajı olduqda;

12-ci dərəcə: ali ixtisas təhsilli (baytar, əczaçı) və ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Baytarlıq müalicə və profilaktika tədbirlərini müstəqil və ya baytar həkiminin nəzarəti altında həyata keçirir. Baytar ləvazimatlarının qorunmasını, yuyulub təmiz saxlanılmasını, iş üçün yararlı olmasını təmin edir. Dərman maddələrinin hazırlanmasına, müalicə-profilaktika işlərinin aparılması üçün lazım olan əşya və cihazlara (iynə, şpris və s.) nəzarət edir.

Baytar həkimi ilə birlikdə və ya onun rəhbərliyi ilə bütün baytarlıq müalicə işlərini, peyvəndlərin aparılmasını, iynələrin vurulmasını, dərmanların verilməsini, analiz üçün qan və digər materialların götürülməsini yerinə yetirir, baytarlıq tədbirlərində yaxından və fəal iştirak edir. Laboratoriya analizlərinin aparılmasına köməklik göstərir.

Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını öyrənməklə onlara əməl edir.

Bilməlidir: “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununu, təlimat və tövsiyələri; xəstəliklərin müayinə və diaqnostika metodlarını; dərman maddələrinin hazırlanmasını, istifadə edilməsini; müalicə əşyalarından və ləvazimatlarından istifadə qaydasını; müalicələrin aparılması qaydasını; laboratoriya analizlərinin götürülməsini, analizlərin və müayinələrin aparılmasını; baytar sanitar ekspertiza qaydalarını; müayinə və analizlərin nəticəsi ilə əlaqədar rəy və təkliflərin hazırlanmasını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitar-gigiyena, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını.

Ödəniş dərəcəsinə ixtisas tələbləri:

6-cı dərəcə: əmək stajına tələb qoyulmadan orta ixtisas təhsili;

7-ci dərəcə: orta ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı olduqda;

8-ci dərəcə: orta ixtisas təhsili və ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı olduqda;

9-cu dərəcə (böyük baytar feldşeri): orta ixtisası təhsili və ixtisası üzrə 8 ildən az olmayaraq əmək stajı olduqda və ya əmək stajına tələb qoyulmadan ali ixtisas təhsili olduqda;

10-cu dərəcə (böyük baytar feldşeri): orta ixtisas təhsili və ixtisası üzrə 10 ildən az olmayaraq əmək stajı olduqda və ya ali ixtisas təhsili və ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Laboratoriyada olan cihaz, mikroskop və digər texniki vasitələri istifadə etmək üçün xüsusi hazırlığa malik olmaqla heyvanlardan, heyvan mənşəli məhsullardan, heyvan yemlərindən və s. insan və heyvanların istifadə etdiyi qida məhsullarından analizlərin götürülməsi, onların analizə hazırlanması, əkilməsi, analizlərinin aparılması işini yerinə yetirir.

Heyvanlarda olan keçici xəstəliklərin müayinə edilməsi üçün baytarlıq-sanitariya qaydalarına uyğun olaraq analizlərin götürülməsini və onların yoxlanılması işini aparır, dəri və xəz dəri xammalı nümunələrində prasipitasiya aksiyası vasitəsilə qarayara xəstəliyinə qarşı tədqiqat aparır və laboratoriya müayinələri edir.

Bazarlarda, obyektlərdə, ictimai, iaşə müəssisələrində, ət kəsimi və satışı müəssisələrində və digər heyvandarlıq məhsullarının satışı məntəqələrində ət və ət məhsullarından, süd və süd məhsullarından, balıq və başqa qida məhsullarından biokimyəvi, bakterioloji, toksikoloji və digər müayinələr üçün nümunələr götürür. Götürülmüş ət və piy nümunələrini trixinellyoza, finnoza görə yoxlanılmaq üçün bakterioskopiya hazırlayır və müayinədən keçirir.

Bilməlidir: “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununu, təlimat və tövsiyələri; xəstəliklərin müayinə və diaqnostika metodlarıın; dərman maddələrinin hazırlanmasını, laboratoriya analizlərinin götürülməsini, analizlərin və müayinələrin aparılmasını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitar-gigiyena qaydalarını.

Ödəniş dərəcəsinə ixtisas tələbləri:

6-cı dərəcə: orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan;

7-ci dərəcə: orta ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı olduqda və ya əmək stajına tələb qoyulmadan ali ixtisas təhsili olduqda;

8-ci dərəcə (böyük laborant): orta ixtisas təhsili və ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı olduqda və ya ali ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Dezinfeksiya aparılması üçün hüquqi və fiziki şəxslərin müraciətlərinə, müqavilə şərtlərinə uyğun olaraq təsərrüfatlarda, müəssisə, idarə və təşkilatların anbarlarında və digər obyektlərdə dezinfeksiya işlərini aparır.

Dezinfeksiya, dezinseksiya, deratizasiya və dezinvasiyanın aparılmasından asılı olaraq mübarizə aparılacaq bakteriya, mikrob, xəstəlik daşıyıcısı olan həşəratlara, gəmiricilərə və s. qarşı təlimata uyğun lazımi preparatlar əsasında hazırlanmış məhlullarla dezinfeksiya işlərini həyata keçirir.

Dezinfeksiya aparılması üçün lazım olan preparatların, dərman maddələrinin, kimyəvi məhlulların və digər vasitələrin əldə edilməsinə, dezinfeksiya aparatının, alətlərinin, cihazlarının, maşınlarının saz halda saxlanmasına nəzarət edir və rəhbərliyə bu barədə məlumat verir. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarına əməl edir.

Bilməlidir: dezinfeksiya aparılması barədə təlimatları, tövsiyələri; dezinfeksiya aparmaq üçün lazım olan dərman preparatlarını, kimyəvi məhlulları, onlardan istifadə qaydasını; bu sahədə işlədilən aparat, avadanlıq, alət və cihazlardan istifadə edilməsini; müəssisədə olan avadanlıqların, cihazların, qurğuların, alətlərin və s. yuyulub təmiz halda saxlanılmasını, onların işlək vəziyyətdə olmasını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını.

Ödəniş dərəcəsinə ixtisas tələbləri:

6-cı dərəcə: orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan;

7-ci dərəcə: orta ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı olduqda və ya əmək stajına tələb qoyulmadan ali ixtisas təhsili olduqda.

Əmək funksiyası. Xidmət etdiyi sahələrdə işlərin keyfiyyətlə aparılmasına əvvəlcədən hazırlıq işlərini yerinə yetirir. Avadanlıqların, cihazların qurğuların gigiyenik, təmiz, saz halda saxlanılmasını və daim işlək vəziyyətdə olmasını təşkil edir. Xidmət etdiyi sahənin xüsusiyyətinə uyğun olaraq nümunələrin götürülməsi, analizlərin aparılması, nəticələri barədə rəy və təkliflər hazırlanması işində iºtirak edir.

Analiz üçün lazım olan kimyəvi məhlul və preparatların saxlanılması, təminatı və istifadə edilməsi işini daim nəzarətdə saxlayır, aparılan analiz, sınaq və təcrübə işləri başa çatdıqdan sonra cihazların alətlərin sanitar gigiyena qaydalarına uyğun olaraq təmizlənməsi, yuyulması, dezinfeksiya edilib növbəti iş prosesinə hazırlanmasını təşkil edir.

İşçilərin əmək şəraitinin mühafizəsini təmin etmək məqsədilə onların xüsusi geyim, qida maddələri, sabun və digər mühafizə vasitələri ilə təmin edir və iş prosesində əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarına əməl edir.

Bilməlidir: aidiyyəti sahə üzrə təlimatları, tövsiyələri; cihaz və avadanlıqların saxlanılmasını, onlardan istifadə qaydalarını; kimyəvi məhlulların və preparatların saxlanılma qaydasını, onlardan istifadə metodikasını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitar-gigiyena, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını.

Ödəniş dərəcəsinə ixtisas tələbləri:

5-ci dərəcə: orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan;

6-cı dərəcə: orta ixtisas təhsili və ixtisası üzrə 2 ildən az olmayaraq əmək stajı olduqda;

7-ci dərəcə: orta ixtisas təhsili və ixtisası üzrə 4 ildən az olmayaraq əmək stajı olduqda;

8-ci dərəcə (böyük aqrotexnik): orta ixtisas təhsili və ixtisası üzrə 6 ildən az olmayaraq əmək stajı olduqda və ya əmək stajına tələb qoyulmadan ali ixtisas təhsili olduqda.

Əmək funksiyası. Baytarlıq sahəsində istifadə olunan bütün müalicə və müayinə ləvazimatlarının yuyulması, təmizlənməsi, onların daim işlək vəziyyətində saxlanılması işini təmin edir. Müəssisədə olan baytarlıq cihazlarının, qurğularının, alətlərin, avadanlıqların və iş otağının baytar-sanitar qaydasında saxlanılması işini yerinə yetirir. Bu işləri yerinə yetirərkən əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarına əməl edir.

Bilməlidir: yuyucu vasitələrin təyinatını və onlardan istifadə qaydalarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitar-gigiyena, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını.

Ödəniş dərəcəsinə ixtisas tələbləri:

6-cı dərəcə: ümumi orta təhsil və ya xüsusi hazırlıq kursu keçməklə ibtidai təhsil.

1. 31 yanvar 2017-ci il tarixli 2 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201701310002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 fevral 2017-ci il)

2. 07 fevral 2018-ci il tarixli 3-3 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201701310002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 fevral 2018-ci il)

3. 18 dekabr 2018-ci il tarixli 11-5 nömrəli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201812180115, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 yanvar 2019-cu il)

4. 3 may 2019-cu il tarixli 190500023 nömrəli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201905030023, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17 may 2019-cu il)

5. 3 may 2023-cü il tarixli 3-17/3-5-16/2023 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202305033516, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 may 2023-cü il)

6. 28 sentyabr 2023-cü il tarixli 3-17/3-5-29/2023 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202309283529, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 oktyabr 2023-cü il)

7. 8 oktyabr 2025-ci il tarixli 3-17/3-5-22/2025 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202510083522, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 oktyabr 2025-ci il)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver