18.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada silahlanma və təchizat vasitələri, o cümlədən xüsusi texniki və digər vasitələr işləyib hazırlayır, istehsalı, əldə edilməsi və istifadəsi ilə məşğul olur, habelə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin silahlanması məqsədi ilə odlu silah, digər xidməti və mülki silah, döyüş sursatı əldə edir və istifadə edir.
18.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri tərəfindən bu qanunun 18.1-ci maddəsində göstərilmiş silahlanma və təchizat vasitələrindən istifadə, odlu silah və döyüş sursatının verilməsi, saxlanması, məhv edilməsi, Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması və onun ərazisinə gətirilməsi qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
18.3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri müəyyənləşdirilmiş normalar əsasında binalar və nəqliyyat vasitələri ilə təmin edilirlər. Onların maddi-texniki təminatı qaydalarını və normalarını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.
18.4. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün müəyyən olunmuş hərbi geyim forması ilə təchiz edilirlər. Hərbi geyim formasında kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə mənsubiyyəti müəyyən edən fərqləndirmə nişanları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
18.5. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti dövlət büdcəsinin vəsaiti, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
18.6. Müvafiq icra hakimiyyəti orqanının kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə əlaqədar maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət, habelə dövlət büdcəsindən və qanunla qadağan olunmayan digər mənbələrdən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə əlaqədar ayrılan vəsaitin istifadəsi üzərində maliyyə nəzarəti (kənar dövlət maliyyə nəzarəti istisna olmaqla) tədbirləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin kəşfiyyat və əks-kəşfiyyat tədbirləri üçün vəsaitin xərclənməsi normalarını və qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
V Fəsil
Kəşfİyyat və əks-kəşfİyyat fəalİyyətİ subyektlərİ əməkdaşlarının və bu subyektlərə kömək edən şəxslərİn hüquqİ və sosİal müdafİəsİ