Naziri _____________ Fikrət Məmmədov
Nazir __________ Kəmaləddin Heydərov
1.1. Hazırkı qaydalar Azərbaycan Respublikasının Prezidentinin 2006-cı il 19 aprel tarixli, 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə"yə və 2006-cı il 29 dekabr tarixli, 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi haqqında Əsasnamə"yə müvafiq olaraq hazırlanmış və Azərbaycan Respublikasının ərazisində hüquqi və fiziki şəxslərə məxsus kiçik həcmli gəmilərin (bundan sonra-gəmilər) təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə ilkin və illik texniki nəzarətin həyata keçirilməsi qaydalarını müəyyən edir.
1.2. Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərə məxsus gəmilərə texniki nəzarət Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi (bundan sonra-Müfəttişlik) tərəfindən həyata keçirilir.
1.3. Kiçik həcmli gəmilərə texniki nəzarət, onların istismar prosesində texniki vəziyyətinə nəzarətdən, o cümlədən kiçik həcmli gəmilərdən zərərli maddələrin atmosferə tullanmasının texniki normativlərinə müvafiqliyinin yoxlanılmasından, eləcə də ilkin və illik texniki baxışların həyata keçirilməsindən ibarətdir.
1.4. Gəmilər üzrə texniki nəzarətin uçotu, habelə texniki sənədlərin tərtib edilməsi bu Qaydalarla müəyyən edilir.
2.1. İlkin texniki baxış kiçik həcmli gəmilərin dövlət qeydiyyatından əvvəl həyata keçirilir. İlkin texniki baxış zamanı gəminin texniki sənədləri yoxlanılaraq gəminin tutumu, onun yük və sərnişin götürmə qabiliyyəti üzrə texniki tələblər və normalar, mühərriklərin gücü və sayı, yelkənlərin sahəsi, üzmə rayonu, suüstü bortun minimal hündürlüyü, gəminin üzə biləcəyi dalğa hündürlüyü, gəmidə xilasetmə və yanğınəleyhinə vasitələr, siqnal işıqları, naviqasiya və digər avadanlıq ilə təchizatı müayinə olunur.
2.2. Fərdi qaydada və sənaye üsulu ilə inşa olunan kiçik həcmli gəmilərin texniki göstəriciləri təsdiq edilmiş layihəyə uyğun gəlmədikdə, dənizçilik keyfiyyətlərinə uyğun olaraq gəmi yenidən sınaqdan keçirilir və yoxlamanın nəticəsi olaraq kiçik həcmli gəminin üzməyə yararlı olub-olmaması haqqında yekun nəticə ilə birlikdə texniki baxış aktı tərtib olunur.
2.3. İlkin texniki baxış aktında qeyd olunan şərtlər və normalar kiçik həcmli gəminin gəmi biletində əks olunur. Gəmi biletinə xüsusi ştampla texniki baxış haqqında texniki baxışı həyata keçirən vəzifəli şəxsin imzası ilə təsdiqlənən qeyd aparılır və üzməyə yararlı olması barədə texniki talon (əlavə 1) verilir.
2.4. İllik texniki baxış gəminin istifadəsi bir il tamam olmamışdan əvvəl həyata keçirilir. Gəminin üzməyə yararlılığının təyin edilməsi üçün illik texniki baxış zamanı gəmidə texniki sənədlərin mövcudluğu, gəminin əsas elementlərinin dəyişməzliyi, onun texniki vəziyyəti, avadanlığının yerində olması və təchizatı müəyyən edilmiş normalara uyğunluğu yoxlanılır və istismar şərtləri dəqiqləşdirilərək gəmiyə texniki talon verilir. Cari ildə ilkin texniki baxışı keçən gəmilər həmin ildə zərurət olmadan illik texniki baxışdan keçmirlər.
2.5. Texniki nəzarətin həyata keçirilməsi vaxtı və qrafiki gəmi sahiblərinin və gəmilərin dayanacaq bazalarının sahiblərinin nəzərinə çatdırılır.
2.6. Kiçik həcmli gəmilərin texniki baxışı bir qayda olaraq gəminin hərəkəti zamanı həyata keçirilir. Müfəttişliyin əməkdaşları zəruri hallarda gəmi sahibindən yoxlama prosesində müvafiq şəraitin yaradılmasını (yəni gəminin sahilə yaxınlaşması lövbər atılması və sairə) tələb edə bilər.
2.7. İllik texniki baxışın keçirilməsi ilkin texniki baxış aktının nəticələrinə istinad edilərək ildə bir dəfədən az olmayaraq aparılır. İllik texniki baxışın nəticəsi olaraq gəmilərin texniki vəziyyəti, istismara yararlılığı müəyyənləşdirilir və istismarına icazə verilir.
3.1. Kiçik həcmli gəmilərin texniki vəziyyətinin qiymətləndirilməsi zamanı gəminin göyərtə qurğuları, avadanlıqla təchizatı, yanğınəleyhinə müdafiə, mexaniki qurğular və elektrik avadanlığı müayinə edilir. Kiçik həcmli gəminin üzməyə yararlılığının təyin edilməsi üçün texniki tələblərə müvafiq olaraq onun texniki vəziyyəti üç cür qiymətləndirilir: "yararlı", "qismən yararlı", "istismara yararsız".
3.2. Kiçik həcmli gəminin texniki vəziyyətinə "yararlı" qiymətinin verilməsi zamanı gəmi sahibinə texniki talon verilir. Gəmi biletində isə texniki yoxlama haqqında qeydlər aparılır.
3.3. Kiçik həcmli gəminin texniki vəziyyətinə "qismən yararlı" qiymət verildikdə, üzmə təhlükəsizliyini təmin etmək üçün aşağıdakı məhdudiyyətlər qoyulur:
- dalğanın hündürlüyü;
- yük götürmə qabiliyyəti;
- sərnişin götürmə qabiliyyəti;
- yelkənlərin sahəsi üzrə.
3.4. Müəyyən olunmuş məhdudiyyətlər tərtib edilmiş aktda göstərilir və gəmi biletinə daxil edilir. Bundan sonra gəmi biletində texniki baxış haqqında qeydlər aparılaraq texniki talon verilir.
3.5. "İstismara yararsız" qiyməti alan kiçik həcmli gəmi üçün bu gəminin istifadəsinin qadağan olunması haqda texniki baxış aktı iki nüsxədə tərtib olunaraq aktın bir nüsxəsi gəmi sahibinə təqdim olunur. Aktda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik həcmli gəmi təkrar texniki baxışdan keçirilir.
3.6. Texniki baxış əlavə olaraq kiçik həcmli gəmilərin təmirindən, təkrar təchizatından və qəza hadisəsindən sonra, eləcə də gəmi sahibinin müraciətinə əsasən həyata keçirilir.
3.7. Texniki baxışın nəticəsi iki nüsxədə tərtib olunmuş aktla rəsmiləşdirilir. Aktın bir nüsxəsi gəmi sahibinə verilir.
4.1. Kiçik həcmli gəmilərin istifadəsinə qadağa aşağıda göstərilən nöqsanların mövcudluğu zamanı tətbiq olunur:
- dəliklər, yarıqlar və üzlükdə zədələnmə halları olduqda;
- gəminin konstruksiyasında və nəzərdə tutulmuş germetik bölmələrində nasazlıq olduqda.
4.1.2. sükan qurğusu üzrə:
- sükanın 35 dərəcə altında çevrilməsi təmin olunmadıqda, sükan şturvalının iş rejiminin pozulduğu halda;
- sükanın detalları zədələndikdə, şturtrosun kabloqrammasının naqilləri zədələndikdə.
4.1.3. asma və bünövrəli mühərriklər üzrə:
- yanacaq çənində, borusunda və qidalanma sistemində sızmalar olduqda;
- kifayət qədər vibrasiya olduqda;
- səsboğan cihaz zədələndikdə və ya olmadıqda;
- mühərrikin uzaqdan idarəetmə sistemi zədələndikdə;
- revers-reduktorun asanlıqla işə salınması təmin edilmədikdə, reversin dəstəyi "irəli", "geri", "neytral" vəziyyətlərdə saxlanmadıqda, reversin qoşulması zamanı mühərrikin işə salınmasına dair bloklanma nasaz vəziyyətdə olduqda.
4.1.4. naviqasiya və təchizat üzrə:
- fərqləndirici işıqlar müəyyən olunmuş tələblərə müvafiq olmadıqda;
- gəminin təchizatı gəmi biletində qeyd olunan texniki normalara cavab vermədikdə. Gəminin istifadəsinə qadağa qoyulduqda gəmi biletində "Xüsusi qeydlər və əlavə məlumatlar" bölməsində qeyd aparılır.
4.2. İlkin və illik texniki baxışdan keçməyən kiçik həcmli gəmilərin istismarına icazə verilmir.
4.3. Texniki baxışın nəticəsi olaraq aktda "İstismara yararsız" qeydi yazılmış kiçik həcmli gəmilərdən istifadə etmək qadağandır.
4.4. Hər bir gəmi sürücüsü və gəmi sahibi texniki baxış aktında "Qismən yararlı" qeydi yazılmış kiçik həcmli gəmilərə qoyulmuş məhdudiyyətlərə əməl etməlidir.
4.5. Gəmi biletində "Xüsusi qeydlər və əlavə məlumatlar" bölməsində gəminin istifadəsinin qadağan edilməsi haqqında qeydlər aparılarsa, gəminin bazadan çıxması qadağandır.
Bu Qaydalar dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir.
Kiçik həcmli gəmilərin
Texniki nəzarət Qaydalarına
GƏMİNİN BORT № ______ REYESTRİ № ________________
TİPİ ____________________DƏRƏCƏ NİŞANI _____________
XİLASEDİCİ AVADANLIQ İLƏ TƏMİNATI ______________
ƏSAS MÜHƏRRİK _____________________________________
(ADI, SAYI, TİPİ, GÜCÜ № -si)
____________________________________
EHTİYAT MÜHƏRRİK _________________________________
(ADI, SAYI, TİPİ, GÜCÜ № -si)
SƏRNİŞİN GÖTÜRMƏ QABİLİYYƏTİ ___________________
YÜK GÖTÜRMƏ QABİLİYYƏTİ _________________________
ÜZMƏ RAYONU ______________________________________
DAYANACAQ YERİ ___________________________________
TEXNİKİ BAXIŞIN NƏTİCƏSİ __________________________
GƏMİNİN SAHİBİ ____________________________________
ÜNVANI _____________________________________________
VERİLMƏ TARİXI “ ______ ” _________________200 -Cİ İL
ETİBARLIDIR: “ ______ ” _________________200 -Cİ İL
RƏİS __________________