Qanunvericilik › Kiçik həcmli gəmilərin dayanacaq bazalarının texniki baxışdan keçirilməsi Qaydaları (Fövqəladə Hallar Nazirliyi, 16.07.2007) › Tam mətn

Kiçik həcmli gəmilərin dayanacaq bazalarının texniki baxışdan keçirilməsi Qaydaları (Fövqəladə Hallar Nazirliyi, 16.07.2007)

Kiçik həcmli gəmilərin dayanacaq bazalarının texniki baxışdan keçirilməsi Qaydaları (Fövqəladə Hallar Nazirliyi, 16.07.2007) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Nazir _________________ Fikrət Məmmədov

Nazir _____________ Kəmaləddin Heydərov

1.1. Hazırkı qaydalar Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli, 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə"yə və 2006-cı il 29 dekabr tarixli, 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi haqqında Əsasnamə"yə müvafiq olaraq hazırlanmış və Azərbaycan Respublikasının ərazisində kiçik həcmli gəmilərin (bundan sonra - gəmilər) dayanacaq bazalarının, qurğuların, yanalma körpülərinin və keçidlərin (bundan sonra - bazalar) istismarı və texniki baxışdan keçirilməsi qaydalarını müəyyən edir.

1.2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi (bundan sonra-Müfəttişlik) gəmilərin dayanacaq bazalarının istismarına və texniki baxışdan keçirilməsinə bu Qaydalara uyğun olaraq dövlət nəzarətini həyata keçirir və bazaların tikintisi layihələrinə rəy verir.

1.3. Bazanın təşkilinə dair texniki sənədlər, sahil və üzən qurğuların texniki vəziyyəti, qəza-xilasedici avadanlıqla komplektləşdirilməsi, buraxılış rejiminin təşkili və həyata keçirilməsi, gəmilərin təhlükəsiz dayanmasının təminatı, bazada qeydiyyatdan keçməmiş gəmilərin dayanması Müfəttişlik tərəfindən yoxlanılır. Kiçik həcmli gəmilər üçün nəzərdə tutulmuş bazalar Müfəttişliyin əməkdaşları tərəfindən texniki baxışdan keçirildikdən sonra texniki baxış aktı (əlavə 1) tərtib olunur və baza istismara buraxılır.

2.1. Bazalarda gəmilərin körpülərə yanalması, dayanacaqla təmin olunması, texniki xidmət göstərilməsi, yükləmə-boşaltma və sərnişinlərin gəmiyə minib-düşməsi həyata keçirilir. Baza və körpülərin tikilməsində layihə üzrə nəzərdə tutulmuş hidrotexniki qurğulardan istifadə olunur.

2.2. Baza və körpülərin tikilməsində istifadə olunan hidrotexniki qurğular aşağıdakı qruplara bölünür:

- qoruyucu qurğular - baza akvatoriyasını dalğadan, sahil boyu hərəkət edən dib lillərindən və digər axınlardan qoruyur;

- yanalma qurğuları - əsasən yükboşaltma əməliyyatlarını yerinə yetirir;

- sahilbərkidici qurğular - baza birləşən sahilyanı sahəni dalğaların və axının təsiri zamanı dağılmadan qoruyur, həmçinin, yanalma və qoruyucu qurğuların sahillə birləşməsini təmin edir;

- spesifik konstruksiyalı hidrotexniki qurğular - gəmiləri təmir məqsədi ilə sudan qaldırmaq və gövdəsini qurutmaq üçün nəzərdə tutulur.

2.3. Bu Qaydalarda göstərilən qurğuların hamısının bazaların tərkibində olması zəruri hesab edilmir. Bu qurğuların hamısının birlikdə mövcudluğu yalnız böyük bazalar və limanlar üçün nəzərdə tutulur. Tikinti meydançasının geoloji quruluşundan, hidroloji və topoqrafik şəraitindən asılı olaraq qabaqcadan qurğunun və onun əsas konstruktiv elementlərinin növü seçilir.

2.4. Körpülər və baza məntəqələri üçün sahə bələdiyyə və yerli icra hakimiyyəti orqanları tərəfindən ayrılır. Bazalar gömrük, sərhəd xidməti və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ilə razılaşdırıldıqdan sonra Müfəttişlik tərəfindən verilmiş rəy əsasında təyin edilmiş yerlərdə tikilir və uçota alınır.

2.5. Baza və körpülərdə təhlükəsiz və rahat yanalma imkanları olmaqla əlverişli istismar şəraiti yaradılmalıdır. Baza və körpülərin tikintisi üç formada olur:

- frontal-qarşı-qarşıya;

- pirs-çıxıntılı - trapesiya və düzbucaqlı;

- pilləli-qırıq xətt üzrə.

2.6. Bazaların tikilməsinə rəy verilməsi üçün aşağıda göstərilən sənədlər təqdim edilir:

- torpaqdan istifadə etmək üçün dövlət aktı və texniki pasport;

- bazanın və körpülərin istismarı üçün gömrük və sərhəd xidmətinin razılıq məktubu;

- Dövlət Yanğın Nəzarəti Xidməti, Azərbaycan Respublikasının Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin müvafiq qurumları tərəfindən verilən aktlar;

- yükqaldırıcı qurğuların, körpülərin və pirslərin sınaq baxış aktı.

3.1. Baza və körpülərin qeydiyyata götürülməsi və istismara buraxılması üçün aşağıda göstərilənlər tələb olunur:

- bazanın illik texniki baxışdan keçirilməsinə dair akt;

- Müfəttişlik tərəfindən bazaya verilmiş texniki şəhadətnamə;

- bazanın məxsus olduğu hüquqi və fiziki şəxslər tərəfindən bazaların və körpülərin istismarına cavabdeh olan şəxslər barədə verilmiş əmr;

- avarların, asma mühərriklərin, yelkənlərin və digər avadanlıq və qurğuların saxlama anbarı;

- kiçik həcmli gəmilərin dayanacaqda zəncir və qıfılla körpüyə bərkidilməsi təmin edilməlidir;

- baza və körpülərin mühafizə otağı;

- bazanın bütünlüklə işıqlandırılmasının təmin olunması;

- bazanın radiotelefon rabitəsi və səsgücləndirici ilə təmin olunması;

- körpülərdə gəmilərin elektrik cərəyanı ilə təmin olunması üçün lövhələr;

- bazada gəmilərin təmiz və texniki su ilə təmin olunması üçün su xətləri;

- bazada 6-8 metr hündürlüyündə müşahidə qülləsi;

- baza və körpülərdə qeydiyyatda olan gəmi və üzən qurğuların dayanacaqlarında, onların sayı, növü göstərilməklə nömrələnmiş lövhələr;

- gəmilərin istismar qaydalarından çıxarış;

- gəmilərin bazaya girişi və çıxışı haqqında qeydiyyat kitabı;

- gəmilərin mühafizəçiyə təhvil verilməsi haqqında qeydiyyat kitabı;

- əməyin mühafizəsi və texniki təhlükəsizlik kitabı;

- gəmi və qurğuların mühafizəsini aparan şəxslərin vəzifə öhdəlikləri haqqında təlimat;

- kiçik həcmli gəmi sahiblərinin və gəmidən istifadə etmək hüququ olan şəxslərin ev ünvanları və əlaqə telefonları;

- bazaya ən yaxın polis şöbəsi, tibb məntəqəsi, sahil mühafizə və xilasetmə məntəqələrinin ünvanı və əlaqə telefonları.

3.2. Bazada görünən yerdə quraşdırılmış və aşağıda göstərilən məlumatları özündə əks etdirən lövhə olmalıdır:

- gəminin dayandığı yer, bokslar və bort nömrələri yazılmaqla bazanın sxemi;

- gəmilərin hərəkət sxemi və akvatoriyanın dərinliyi;

- bədbəxt hadisə baş verdikdə insanlara ilkin tibbi yardım haqqında təlimat;

- ətraf mühitin qorunması haqqında təlimat;

- həftəlik və hər gün üçün hava haqqında məlumat (dənizdə küləyin sürətini göstərməklə);

- bazadan çıxan gəmilər və üzən qurğuların üzmə rayonunun sərhədlərini göstərən sxem.

3.3. Bazada və körpülərdə aşağıda göstərilən hallar qadağan edilir:

- qeydə alınmamış gəmi və üzən qurğuların saxlanılması;

- əvvəlcədən razılaşdırılmadan gəminin bir bazadan başqa bazaya köçürülməsi;

- sərhəd xidmətinin razılığı olmadan gəminin dənizə buraxılması;

- gəminin başqa şəxsə etibarnaməsiz verilməsi;

- başqa ölkəyə məxsus, sərhəd xidmətində qeydiyyatdan keçməyən gəmilərin saxlanılması;

- gəminin təyin edilməmiş yerlərdə saxlanılması;

- dənizə tullantıların atılması, çirklənmiş və neftlə qarışıq mayelərin suya axıdılması.

3.4. Bazalarda gəmilərin sürət həddi bazalar üzrə məcburi qaydalarda göstərilir. Bu sürət dəniz üzgüçülüyünün təhlükəsizliyini, hidrotexniki qurğuların və kanalların qorunmasını təmin etmək məqsədi ilə yerli şəraitləri nəzərə almaqla baza rəhbəri tərəfindən təyin olunur.

4.1. Baza və körpülərdə gəmilərin:

4.1.1. bazadan çıxışının rəsmiləşdirilməsi;

4.1.2. bazaya gəlişinin rəsmiləşdirilməsi;

4.1.3. hərəkətinin idarə olunması;

4.1.4. körpülərə yan alması;

4.1.5. körpüdə dayanması;

4.1.6. vizual siqnallardan istifadə etməsi;

4.1.7. körpülərin yanalma prosesinə hazırlanması;

4.1.8. yanğın əleyhinə rejimin aparılması;

4.1.9. baza akvatoriyasında mövcud mühafizə qaydalarının tənzimlənməsi “Azərbaycan Respublikası ərazi sularının dəniz üzgüçülüyünün ümumi Qaydaları”na uyğun olaraq aparılır.

5.1. Gəmilərin dayanması üçün bazaların Müfəttişlik tərəfindən texniki baxışdan keçirilməsi hər il təhlükəsiz istismar şərtlərinin və normalarının Müfəttişliyin mövcud standartlarına, normativ hüquqi sənədlərin tələblərinə uyğunluğunu müəyyən etmək və bazaların istismarı zamanı insanların təhlükəsizliyinin təmin edilməsinə nəzarətin həyata keçirilməsi üçün keçirilir. Texniki baxış əlavə olaraq bazanın təmirindən, təkrar təchizatından, qəza hadisəsindən, eləcə də baza sahibinin müraciətinə əsasən həyata keçirilir.

5.2. Bazaların uçotu Müfəttişliyin müvafiq şöbələrində aparılır.

5.3. Bazalar illik texniki baxışdan bir qayda olaraq onların istifadə üçün yararlı olması və gəmi dayanacaqlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə hər il yanvar ayından mart ayına kimi müddət ərzində keçirilir.

Texniki baxışın keçirilməsinin konkret müddəti bazaların sahibləri ilə razılaşdırılaraq Müfəttişlik tərəfindən müəyyən edilir.

5.4. Bazaların texniki baxışdan keçirilməsi zamanı onların yaradılması ilə bağlı sənədlər, texniki sənədlər, sahil və üzən qurğuların texniki vəziyyəti, xilasetmə avadanlığı, buraxılış rejiminin təşkili, kiçik həcmli gəmilərin təhlükəsiz dayanması üçün təchizat, yanğından mühafizə avadanlığı, bazada qeydiyyatdan keçməmiş gəmilərin dayanması və dayanan gəmilərin sayının yanalma normalarına uyğunluğu yoxlanılır.

5.5. Texniki baxışın nəticələri iki nüsxədə aktla rəsmiləşdirilir, bir nüsxəsi bazanın sahibinə verilir, digəri isə Müfəttişlikdə saxlanılır. Bazanın texniki vəziyyəti müəyyən edilmiş tələblərə uyğun olduqda, aktda qeyd olunmaqla bazanın istismarına icazə verilir, əks halda bazanın istismarı dayandırılır.

5.6. Texniki baxış keçirilmədən gəmilərin dayanması üçün bazaların istismarı qadağandır.

Bu Qaydalar dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir.

Kiçik həcmli gəmilərin

dayanacaq bazalarının texniki

baxışdan keçirilməsi Qaydalarına

Bazanın sahibi (təyin edilmiş məsul şəxs)

__________________________________________________

tel. _____________________

__________________________________________________________________________

İştirakı ilə bazaya texniki baxış keçirilmiş və aşağıdakılar qeyd olunmuşdur:

1. Baza və körpülərin tikilməsi üçün tələb olunan sənədlər

__________________________________________________________________________

qaydaya uyğun təşkil olunmuşdur.

2. ____________________ gəmi bazaya yerləşdirilmişdir.

Onlardan: ________________ qayıq,

________________________________________ motorlu qayıq

_________________ yelkənli (yelkənli-motorlu) qayıq,

__________________________________________ avarlı qayıq,

___________________ hidrosikl, ___________________

____________________________________________________________

digər növlü gəmilərdir.

3. Baza, körpü və qurğuların texniki vəziyyəti.

__________________________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

4. Qəza-xilasedici avadanlıqların vəziyyəti

______________________________________________________________

________________________________________________________________________________

________________________________________________________________________________

5. Körpülərdə dayanan gəmilərin təhlükəsizliyinin təmin olunması

__________________________________________

________________________________________________________________________________

________________________________________________________________________________

________________________________________________________________________________

6. Bazada qeydiyyatdan keçməmiş gəmilərin saxlanılması

__________________________________________________

________________________________________________________________________________

________________________________________________________________________________

________________________________________________________________________________

7. Gəmilərin sayının müəyyən olunmuş normalara uyğun gəlməsi

________________________________

________________________________________________________________________________

________________________________________________________________________________

________________________________________________________________________________

8. Hidrometroloji vəziyyət haqqında xəbərdarlığın edilməsinin təşkili

________________________________________

________________________________________________________________________________

________________________________________________________________________________

________________________________________________________________________________

9. Buraxılış rejiminin təşkili

_____________________________________________________________________________

________________________________________________________________________________

________________________________________________________________________________

________________________________________________________________________________

10. Bazanın istismarı üçün qaydalarda nəzərdə tutulan digər amillər

_______________________________________

________________________________________________________________________________

________________________________________________________________________________

________________________________________________________________________________

________________________________________________________________________________

________________________________________________________________________________

Kiçik Həcmli Gəmilər üzrə Dövlət

___________________________________

Müfəttişliyinin əməkdaşları

___________________________________

___________________________________

___________________________________

Baza sahibi (təyin edilmiş məsul şəxs)

___________________________________

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver