Qanunvericilik › Kitabxana işi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15

Maddə 15. Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı

Kitabxana işi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Dövlət və qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri və digər hüquqi şəxslər (qəzet və jurnal redaksiyaları istisna olmaqla) buraxdığı çap məhsullarının:

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) kitabxanasına 3 pulsuz məcburi nüsxəsini;

- profilinə uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisinin və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) kitabxanalarına 2 pulsuz məcburi nüsxəsini göndərməlidirlər.

Azərbaycan Respublikasında nəşr olunan bütün qəzet və jurnal redaksiyaları buraxdığı qəzet və jurnalların 2 pulsuz məcburi nüsxəsini bu maddənin birinci hissəsində göstərilmiş kitabxanalara göndərməlidirlər.

Sifarişçi ilə nəşriyyat (naşir) arasında bağlanmış müqavilədə nəzərdə tutulduğu halda bu maddədə müəyyən edilmiş məcburi nüsxələrin elektron variantları da kitabxanalara təqdim edilir.

Kitabxanaların pulsuz məcburi nüsxələrlə (o cümlədən onların elektron variantları ilə) təchizatı qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Kitabxana fondunun tərkibinə daxil olan obyektlərdən istifadə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver