Qanunvericilik › Kommersiya sirri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 10

Maddə 10. İşçilərin müəyyən edilən kommersiya sirri rejiminə əməl etmə öhdəlikləri

Kommersiya sirri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

10.1. Kommersiya sirrini təşkil edən məlumatların müəyyən edilmiş rejiminə əməl etmək öhdəliyi əmək müqaviləsinə və ya kommersiya sirrinin rejiminə əməl etmək barədə razılaşmaya əsasən kommersiya sirrinin konfidenti olan işçilərin üzərinə qoyulur.

10.2. İşçinin kommersiya sirrini əldə etməyə buraxılması onun razılığı ilə həyata keçirilir və aşağıdakıları nəzərdə tutur:

10.2.1. Azərbaycan Respublikasının kommersiya sirri haqqında qanunvericiliyinin kommersiya sirri rejiminin pozulmasına görə məsuliyyəti nəzərdə tutan normaları ilə tanışlıq;

10.2.2. işəgötürənin kommersiya sirrini təşkil edən məlumatların siyahısı ilə tanışlıq.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver