1.1 Bu Standartlar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1999-cu il tarixli 161 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında" Əsasnaməyə müvafiq olaraq hazırlanmışdır.
1.2 Kommersiya təşkilatlarının yenidən təşkili zamanı investisiya qiymətli kağızlarının (bundan sonra - qiymətli kağızlar) emissiyası bu Standartlara uyğun olaraq həyata keçirilir.
1.3 Bu Standartlar nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin yenidən təşkili zamanı qiymətli kağızların emissiyasına şamil edilmir.
2.1 Bu Standartlarda aşağıdakı əsas anlayışlardan istifadə edilir:
2.1.1 kommersiya təşkilatının yenidən təşkili - kommersiya təşkilatının təşkilati-hüquqi formasının dəyişməsi və ya onun fəaliyyətinə xitam verilməklə, yaxud verilmədən hüquq və vəzifələrinin hüquq varisliyi qaydasında başqa kommersiya təşkilatına keçməsidir;
2.1.2 birləşmə - kommersiya təşkilatlarının elə yenidən təşkil formasıdır ki, bu zaman bir neçə kommersiya təşkilatının fəaliyyətinə xitam verilməklə, onların hüquq və vəzifələri təhvil aktına və yenidən təşkil haqqında müqaviləyə uyğun olaraq, belə yenidən təşkil nəticəsində yeni yaranmış kommersiya təşkilatına keçir;
2.1.3 qoşulma - kommersiya təşkilatlarının elə yenidən təşkil formasıdır ki, bu zaman qoşulan kommersiya təşkilatının fəaliyyətinə xitam verilməklə, onun hüquq və vəzifələri təhvil aktına və yenidən təşkil haqqında müqaviləyə uyğun olaraq qoşulduğu kommersiya təşkilatına (bundan sonra - əsas kommersiya təşkilatına) keçir;
2.1.4 bölünmə - kommersiya təşkilatlarının elə yenidən təşkil formasıdır ki, bu zaman kommersiya təşkilatının fəaliyyətinə xitam verilməklə, onun hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq, belə yenidən təşkil nəticəsində yeni yaranmış kommersiya təşkilatlarına keçir;
2.1.5 ayrılma - kommersiya təşkilatlarının elə yenidən təşkil formasıdır ki, bu zaman kommersiya təşkilatının fəaliyyətinə xitam verilmədən, onun hüquq və vəzifələrinin bir hissəsi bölünmə balansına uyğun olaraq, belə yenidən təşkil nəticəsində onun tərkibindən ayrılaraq yeni yaranmış bir və ya bir neçə kommersiya təşkilatına keçir;
2.1.6 çevrilmə - kommersiya təşkilatlarının elə yenidən təşkil formasıdır ki, bu zaman kommersiya təşkilatının təşkilati-hüquqi forması dəyişməklə, onun hüquq və vəzifələri təhvil aktına uyğun olaraq, belə yenidən təşkil nəticəsində yeni yaranmış kommersiya təşkilatına keçir;
2.1.7 yenidən təşkil haqqında müqavilə - müvafiq olaraq birləşmə və qoşulma hallarında yenidən təşkil olunan kommersiya təşkilatları arasında bağlanan və onların yenidən təşkili üzrə birgə fəaliyyət qaydasını müəyyənləşdirən müqavilədir;
2.1.8 emitent - kommersiya təşkilatlarının yenidən təşkili nəticəsində yeni yaranmış, qiymətli kağızların emissiyasını həyata keçirən kommersiya təşkilatıdır (qoşulma halında - əsas kommersiya təşkilatıdır);
2.1.9 konvertasiya - bu Standartlarla müəyyən edilmiş qaydada yenidən təşkil olunan kommersiya təşkilatının qiymətli kağızlarının belə yenidən təşkil nəticəsində yeni yaranmış kommersiya təşkilatının (qoşulma halında - əsas kommersiya təşkilatının) qiymətli kağızları ilə əvəz olunmasıdır.
3.1 Kommersiya təşkilatının yenidən təşkili haqqında qərar qəbul edildikdə o, qiymətli kağızlarla ifadə olunmuş borc öhdəliklərini onların sahiblərinin tələbi ilə vaxtından əvvəl icra olunmasını təmin etməlidir.
3.2 Kommersiya təşkilatının icra orqanı kommersiya təşkilatının yenidən təşkili haqqında qərar qəbul edildiyi tarixdən etibarən yeddi iş günündən gec olmayaraq kommersiya təşkilatının yenidən təşkili, habelə qiymətli kağızlarla ifadə olunmuş borc öhdəliklərinin vaxtından əvvəl icra olunması qaydası və müddəti barədə bildiriş dərc etdirməyə və adlı qiymətli kağızlarla ifadə olunmuş borc öhdəliklərinin (olduqda) sahiblərinə yazılı bildirişlər göndərməyə borcludur.
3.3 Bildirişlərdə aşağıdakı məlumatlar göstərilməlidir:
3.3.1 yenidən təşkil olunan kommersiya təşkilatının tam firma adı, olduğu yer (poçt indeksi göstərilməklə), əlaqə telefonlarının nömrələri;
3.3.2 kommersiya təşkilatının yenidən təşkil prosesində olduğu barədə qeyd (yenidən təşkilin forması və yenidən təşkil olunan kommersiya təşkilatlarının tam firma adları göstərilməklə), yenidən təşkil haqqında qərarı qəbul etmiş orqanın adı və qərarın qəbul edildiyi tarix;
3.3.3 qiymətli kağızlarla ifadə olunmuş borc öhdəliklərinin vaxtından əvvəl icra olunması qaydası və müddəti.
3.4 Kommersiya təşkilatı yenidən təşkili və qiymətli kağızlarla ifadə olunmuş borc öhdəliklərinin vaxtından əvvəl icra olunması ilə bağlı zəruri hesab etdiyi və mövcud qanunvericiliyə zidd olmayan digər məlumatı bu Standartların 3.3 bəndində göstərilən bildirişlərdə yerləşdirə bilər.
3.5 Kommersiya təşkilatının yenidən təşkili zamanı qiymətli kağızlarla ifadə olunmuş borc öhdəliklərinin vaxtından əvvəl icra olunması barədə tələblərin bildirilməsi müddəti müvafiq bildirişin dərc edildiyi gündən etibarən iki aydan az ola bilməz.
4.1 Birləşmə halında qiymətli kağızların buraxılışı haqqında qərar belə yenidən təşkil nəticəsində yeni yaranmış kommersiya təşkilatının iştirakçılarının (səhmdarlarının) ümumi yığıncağı tərəfindən yenidən təşkil olunan kommersiya təşkilatlarının birləşmə haqqında qərarlarına və yenidən təşkil haqqında müqaviləyə müvafiq olaraq qəbul edilir.
4.2 Qoşulma halında qiymətli kağızların buraxılışı haqqında qərar əsas kommersiya təşkilatının iştirakçılarının (səhmdarlarının) ümumi yığıncağı tərəfindən yenidən təşkil olunan kommersiya təşkilatlarının qoşulma haqqında qərarlarına və yenidən təşkil haqqında müqaviləyə müvafiq olaraq qəbul edilir.
4.3 Bölünmə halında qiymətli kağızların buraxılışı haqqında qərar belə yenidən təşkil nəticəsində yeni yaranmış kommersiya təşkilatının iştirakçılarının (səhmdarlarının) ümumi yığıncağı tərəfindən bölünmə haqqında qərara müvafiq olaraq qəbul edilir.
4.4 Ayrılma halında qiymətli kağızların buraxılışı haqqında qərar belə yenidən təşkil nəticəsində yeni yaranmış kommersiya təşkilatının iştirakçılarının (səhmdarlarının) ümumi yığıncağı tərəfindən ayrılma haqqında qərara müvafiq olaraq qəbul edilir.
4.5 Çevrilmə halında qiymətli kağızların buraxılışı haqqında qərar belə yenidən təşkil nəticəsində yeni yaranmış kommersiya təşkilatının iştirakçılarının (səhmdarlarının) ümumi yığıncağı tərəfindən çevrilmə haqqında qərara müvafiq olaraq qəbul edilir.
4.6 Qiymətli kağızların hər buraxılışı haqqında ayrıca qərar qəbul edilməlidir.
4.7 Qiymətli kağızların buraxılışı haqqında qərar bu Standartların 2 saylı əlavəsinə uyğun olaraq tərtib olunur.
4.8 Qiymətli kağızların buraxılışı haqqında qərar tikilir, emitentin rəhbəri tərəfindən imzalanır və emitentin möhürü ilə təsdiq edilir.
4.9 Səhmlərin buraxılışı haqqında qərarda səhmlərlə təsbit olunan hüquqlar həmin qərarı qəbul etmiş səhmdar cəmiyyətinin nizamnaməsinin həmin növ səhmlərlə təsbit olunan hüquqlara dair müddəalarına uyğun olmalıdır.
4.10 İstiqrazların buraxılışı haqqında qərarda istiqrazlarla təsbit olunan hüquqlar onlara konvertasiya ediləcək istiqrazlarla təsbit olunmuş hüquqlarla eyni olmalıdır.
6.1 Kommersiya təşkilatlarının yenidən təşkili zamanı yerləşdirilən qiymətli kağızların buraxılışlarının dövlət qeydiyyatı emitentin Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə (bundan sonra - QKDK) təqdim etdiyi aşağıdakı sənədlər əsasında həyata keçirilir:
6.1.1 bu Standartların 1 saylı əlavəsinə uyğun olaraq, qiymətli kağızlar buraxılışının dövlət qeydiyyatına alınması üçün ərizə;
6.1.2 qiymətli kağızların hər buraxılışı haqqında qərar;
6.1.3 yenidən təşkil olunan kommersiya təşkilatlarının yenidən təşkili haqqında qərarların qəbul edildiyi ümumi yığıncağların protokollarından həmin qərarlara dair yetərsayın və səsvermənin nəticələrinin əks olunduğu çıxarışlar;
6.1.4 birləşmə və ya qoşulma halında - yenidən təşkil haqqında müqavilənin surəti;
6.1.5 emitentin nizamnaməsinin notarial qaydada təsdiq edilmiş surəti;
6.1.6 emitentin dövlət qeydiyyatına alındığını təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;
6.1.8 birləşmə, qoşulma və ya çevrilmə halında - təhvil aktının surəti;
6.1.9 bölünmə və ya ayrılma halında - bölünmə balansının surəti;
6.1.10 təminatlı istiqrazların yerləşdirilməsi zamanı onlara konvertasiya ediləcək istiqrazlar üzrə verilmiş təminatın qüvvədə olması barədə həmin təminatı təqdim etmiş şəxsin yazılı bildirişi və ya, belə təminata xitam verildiyi halda, yeni təminatın verilməsini təsdiq edən sənədin surəti;
6.1.11 sənədli qiymətli kağızların yerləşdirilməsi zamanı qiymətli kağızın sertifikatının nümunəsi;
6.1.12 qiymətli kağızlarla ifadə olunmuş borc öhdəliklərinin (olduqda) vaxtından əvvəl icra olunması barədə məlumat.
6.2 Qiymətli kağızın sertifikatının məcburi rekvizitləri qanunvericiliklə müəyyən edilir.
6.3 Birləşmə, bölünmə, ayrılma və ya çevrilmə halında qiymətli kağızlar buraxılışının dövlət qeydiyyatına alınması üçün sənədlər belə yenidən təşkil nəticəsində yeni yaranmış kommersiya təşkilatının dövlət qeydiyyatına alındığı tarixdən etibarən bir aydan gec olmayaraq QKDK-ya təqdim edilməlidir.
6.4 Qoşulma halında qiymətli kağızlar buraxılışının dövlət qeydiyyatına alınması üçün sənədlər qiymətli kağızların buraxılışı haqqında qərar qəbul edildiyi tarixdən etibarən bir aydan gec olmayaraq QKDK-ya təqdim edilməlidir.
6.5 Emitent və qiymətli kağızlar buraxılışının dövlət qeydiyyatına alınması üçün təqdim olunmuş sənədləri imzalamış emitentin vəzifəli şəxsləri həmin sənədlərdə göstərilən məlumatların tamlığı və mötəbərliyi üçün mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
6.6 Qiymətli kağızlar buraxılışının dövlət qeydiyyatına alınması üçün təqdim olunmuş sənədlərə on beş gün müddətində baxılır və qeydiyyatdan imtina üçün əsas olmadıqda qiymətli kağızlar buraxılışı dövlət qeydiyyatına alınır.
6.7 Qiymətli kağızlar buraxılışı dövlət qeydiyyatına alındıqda emitentə aşağıdakı sənədlər verilir:
6.7.1 qiymətli kağızlar buraxılışının dövlət qeydiyyatı haqqında şəhadətnamə;
6.8 Qiymətli kağızlar buraxılışının qeydiyyata alınması barədə QKDK-nın qeydində qiymətli kağızlar buraxılışının dövlət qeydiyyatına alınması faktı, qiymətli kağızlar buraxılışının dövlət qeydiyyat nömrəsi, qeydiyyat tarixi və QKDK-nın tam adı göstərilir. Qeyd QKDK-nın məsul şəxsi tərəfindən imzalanır və möhürlə təsdiq edilir.
6.9 QKDK qiymətli kağızlar buraxılışının dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər:
6.9.1 bu Standartların 6.1 bəndində göstərilən sənədlər natamam şəkildə təqdim edildikdə;
6.9.2 qiymətli kağızlar buraxılışının dövlət qeydiyyatına alınması üçün təqdim olunmuş sənədlər mövcud qanunvericiliyin tələblərinə cavab vermədikdə;
6.9.3 qiymətli kağızların buraxılışı haqqında qərara (qiymətli kağızlar buraxılışının dövlət qeydiyyatına alınması üçün əsas olan digər sənədlərə) qeyri-dürüst, yaxud təhrif olunmuş məlumatlar daxil edildikdə;
6.9.4 yenidən təşkil olunan kommersiya təşkilatının qiymətli kağızlarının əvvəlki buraxılışının nəticələri haqqında hesabat qeydiyyatdan keçmədikdə;
6.9.5 emitent tərəfindən qiymətli kağızlar haqqında mövcud qanunvericiliyin digər tələbləri pozulduqda.
6.10 Qiymətli kağızlar buraxılışının dövlət qeydiyyatına alınmasından imtina edidikdə, bu barədə imtinanın əsasları göstərilməklə emitentə rəsmi bildiriş göndərilir.
6.11 Emitent qiymətli kağızlar buraxılışının dövlət qeydiyyatına alnmasından imtina edilməsi barədə qərardan məhkəmə qaydasında şikayət verə bilər.
6.12 İstiqrazlar buraxılışının məcmu nominal dəyəri emitentin ödənilməmiş istiqrazlarının məcmu nominal dəyəri ilə birlikdə onun nizamnamə kapitalının miqdarından və ya istiqrazlar üzrə verilmiş təminatın ölçüsündən çox ola bilməz.
6.13 Təminatlı istiqrazlar üzrə təminatın dəyəri istiqrazların ümumi nominal dəyərindən və onlar üzrə ödəniləcək faizlərdən (faizli istiqrazlar üçün) aşağı olmamalıdır.
7.1 Qiymətli kağızlar buraxılışı dövlət qeydiyyatına alındıqdan sonra emitent aşağıdakı məlumatların göstərildiyi bildirişi dərc etdirməyə (qapalı səhmdar cəmiyyətinin səhmlərinin yerləşdirilməsi halları istisna olmaqla), habelə iştirakçılarına və adlı qiymətli kağızlarının sahiblərinə yazılı bildiriş göndərməyə borcludur:
7.1.1 emitentin tam firma adı;
7.1.2 emitentin yenidən təşkil olunduğu barədə qeyd (yenidən təşkilin forması və yenidən təşkil olunan kommersiya təşkilatlarının tam firma adları göstərilməklə);
7.1.3 emitentin nizamnamə kapitalının məbləği;
7.1.4 emitentin qiymətli kağızlarının hər buraxılışı (qoşulma və ya çevrilmə şəklində yenidən təşkil halında - yenidən təşkil zamanı yerləşdirilən qiymətli kağızların buraxılışları) haqqında məlumat (buraxılışın dövlət qeydiyyat nömrəsi, qeydiyyat tarixi, QKDK-nın tam adı, həmin buraxılış qiymətli kağızların növü və buraxılış forması, buraxılışın ümumi məbləği, həmin buraxılışdan olan qiymətli kağızın nominal dəyəri);
7.1.5 sənədsiz qiymətli kağızların yerləşdirilməsi halında onlara hüquqların uçotu və təsdiq edilməsi üzrə xidmətlərini göstərən, depozitar fəaliyyəti ilə məşğul olan qiymətli kağızlar bazarının peşəkar iştirakçısının tam firma adı, olduğu yer (poçt indeksi göstərilməklə);
7.1.6 adlı qiymətli kağızların yerləşdirilməsi halında adlı qiymətli kağızların sahiblərinin reyestrini aparan, reyestrsaxlayıcı fəaliyyəti ilə məşğul olan qiymətli kağızlar bazarının peşəkar iştirakçısının tam firma adı, olduğu yer (poçt indeksi göstərilməklə), yaxud reyestrin emitent tərəfindən aparıldığı barədə qeyd;
7.1.7 emitentin olduğu yer (poçt indeksi göstərilməklə), əlaqə telefonlarının nömrələri.
7.2 Emitent bu Standartların 7.1 bəndində göstərilən bildirişlərdə qiymətli kağızların buraxılışı ilə bağlı zəruri hesab etdiyi və qanunvericiliyə zidd olmayan digər məlumatı yerləşdirə bilər.
7.3 Emitent qiymətli kağızların buraxılışı haqqında qərarı müvafiq bildirişdə göstərilən ünvanda səhmdarlarına və səhmdarları olacaq şəxslərə tanışlıq üçün təqdim etməlidir.
8.1 Bu Standartların 7.1 bəndində göstərilən bildirişin dərc edildiyi tarixdən yeddi gün keçənədək qiymətli kağızların yerləşdirilməsini başlamaq qadağandır.
8.2 Kommersiya təşkilatlarının yenidən təşkili zamanı yerləşdirilən qiymətli kağızlara konvertasiya və ya dəyişdirilmə qaydası (qiymətli kağızın növü və buraxılış forması, qiymətli kağızın nominal dəyəri, konvertasiya edilən qiymətli kağızlar buraxılışının dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi, konvertasiyanın və ya dəyişdirilmənin nisbəti) yenidən təşkil halından asılı olaraq, yenidən təşkil haqqında müqavilə, bölünmə, ayrılma və ya çevrilmə haqqında qərarla qiymətli kağızların hər buraxılışı üzrə ayrı-ayrılıqda müəyyən edilir.
8.3 Qoşulan səhmdar cəmiyyətinin səhmləri (qoşulan məhdud (əlavə) məsuliyyətli cəmiyyətin, tam və ya kommandit ortaqlığının payları) əsas səhmdar cəmiyyəti tərəfindən geri satın alınmış səhmlərə konvertasiya edilə bilməz.
8.4 Qoşulan səhmdar cəmiyyətinin geri satın alınmış səhmləri əsas səhmdar cəmiyyətinin səhmlərinə konvertasiya edilmədən ləğv edilir.
8.5 Birləşmə və ya bölünmə şəklində yenidən təşkil olunan səhmdar cəmiyyətinin geri satın alınmış səhmləri belə yenidən təşkil nəticəsində yeni yaranmış səhmdar cəmiyyətinin səhmlərinə konvertasiya edilmədən ləğv edilirlər.
8.6 Ayrılma şəklində yenidən təşkil olunan səhmdar cəmiyyətinin geri satın alınmış səhmləri belə yenidən təşkil nəticəsində yeni yaranmış səhmdar cəmiyyətinin səhmlərinə konvertasiya edilə bilməz.
8.7 Yenidən təşkil zamanı səhmlərin istiqrazlara və istiqrazların səhmlərə, adi səhmlərin imtiyazlı səhmlərə, imtiyazlı səhmlərin adi səhmlərə konvertasiyası, habelə yenidən təşkil olunan məhdud (əlavə) məsuliyyətli cəmiyyətin, tam və ya kommandit ortaqlığının paylarının istiqrazlara və ya imtiyazlı səhmlərə dəyişdirilməsi qadağandır.
8.8 Birləşmə nəticəsində yaradılan səhmdar cəmiyyətinin nizamnamə kapitalı belə yenidən təşkildə iştirak edən kommersiya təşkilatlarının nizamnamə kapitallarının cəmindən artıq ola bilməz.
8.9 Qoşulma nəticəsində əsas səhmdar cəmiyyətinin nizamnamə kapitalı qoşulan kommersiya təşkilatının nizamnamə kapitalına bərabər məbləğdə artırılır.
8.10 Ayrılma və ya bölünmə nəticəsində yeni yaranmış səhmdar cəmiyyətinin nizamnamə kapitalı yenidən təşkil olunan kommersiya təşkilatının nizamnamə kapitalının müvafiq məbləğdə azaldılması hesabına formalaşır.
8.11 Çevrilmə nəticəsində yeni yaranmış səhmdar cəmiyyətinin nizamnamə kapitalı yenidən təşkil olunan kommersiya təşkilatının nizamnamə kapitalından artıq ola bilməz.
8.12 Kommersiya təşkilatlarının yenidən təşkili zamanı yerləşdirilən qiymətli kağızların dəyərinin ödənilməsi üçün onlara konvertasiya edilən qiymətli kağızlardan və ya dəyişdirilən paylardan əlavə digər ödənişlərin edilməsi qadağandır.
8.13 Adlı qiymətli kağızların yerləşdirilməsi halında emitent onların sahibləri haqqında məlumatların qiymətli kağızların sahiblərinin reyestrinə daxil edilməsini təmin etməlidir.
8.14 Sənədsiz qiymətli kağızların yerləşdirilməsi halında emitent depozitar fəaliyyəti ilə məşğul olan qiymətli kağızlar bazarının peşəkar iştirakçısı tərəfindən həmin qiymətli kağızlara hüquqların uçotunu və təsdiq edilməsini təmin etməlidir.
8.15 Sənədli qiymətli kağızların yerləşdirilməsi halında emitent qiymətli kağızların sahiblərinə onlara məxsus qiymətli kağızların sertifikatlarının verilməsini təmin etməlidir.
9.1 Birləşmə, bölünmə, ayrılma və ya çevrilmə halında qiymətli kağızlar buraxılışı dövlət qeydiyyatına alındığı tarixdən etibarən üç aydan gec olmayaraq emitent qiymətli kağızların buraxılışının nəticələri haqqında hesabatı qeydiyyata alınması üçün qiymətli kağızların sahiblərinin reyestrinin aparılması fəaliyyəti ilə məşğul olan qiymətli kağızlar bazarının peşəkar iştirakçısı (adlı qiymətli kağızların sahiblərinin reyestri emitent tərəfindən aparılmadıqda) və depozitar fəaliyyəti ilə məşğul olan qiymətli kağızlar bazarının peşəkar iştirakçısı ilə bağlanmış müqavilələrin (sənədsiz qiymətli kağızlar yerləşdirildiyi halda) surətləri əlavə olunmaqla QKDK-ya təqdim etməlidir.
9.2 Qoşulma halında qoşulan kommersiya təşkilatının fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi tarixdən etibarən üç aydan gec olmayaraq emitent qiymətli kağızların buraxılışının nəticələri haqqında hesabatı qeydiyyata alınması üçün QKDK-ya təqdim edilməlidir.
9.3 Qiymətli kağızların buraxılışının nəticələri haqqında hesabat emitentin icra orqanı tərəfindən təsdiq edilir (əgər emitentin nizamnaməsində bu səlahiyyət iştirakçıların (səhmdarların) ümumi yığıncağının və ya Direktorlar şurasının (Müşahidə şurasının) səlahiyyətlərinə aid edilməmişdirsə).
9.4 Qiymətli kağızların buraxılışının nəticələri haqqında hesabat bu Standartların 4 saylı əlavəsinə uyğun olaraq tərtib olunur, tikilir, emitentin rəhbəri tərəfindən imzalanır və emitentin möhürü ilə təsdiq edilir.
9.5 Qiymətli kağızların buraxılışının nəticələri haqqında hesabata on beş gün müddətində baxılır və qeydiyyatdan imtina üçün əsas olmadıqda hesabat qeydiyyata alınır. Qiymətli kağızların buraxılışının nəticələri haqqında hesabat qeydiyyata alındıqda emitentə qiymətli kağızların buraxılışının nəticələri haqqında hesabatın qeydiyyata alınması haqqında arayış verilir və qiymətli kağızların vahid dövlət reyestrinə konvertasiya edilmiş qiymətli kağızların ləğv edilməsi barədə qeyd daxil edilir.
9.6 Qiymətli kağızların buraxılışının nəticələri haqqında hesabat qeydiyyata alındıqdan sonra emitent konvertasiya edilmiş qiymətli kağızların ləğv edilməsini təmin etməlidir.
9.7 QKDK qiymətli kağızların buraxılışının nəticələri haqqında hesabatın qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edə bilər:
9.7.1 qiymətli kağızların emissiyası üçün bu Standartlarla müəyyən edilmiş tələblərin pozulması;
9.7.2 qiymətli kağızların buraxılışı haqqında qərara (qiymətli kağızlar buraxılışının dövlət qeydiyyatına alınması üçün əsas olan digər sənədlərə) qeyri-dürüst, yaxud təhrif olunmuş məlumatların daxil edilməsi aşkar edildikdə;
9.7.3 emitent tərəfindən qiymətli kağızlar haqqında mövcud qanunvericiliyin digər tələbləri pozulduqda.
9.8 Qiymətli kağızların buraxılışının nəticələri haqqında hesabatın qeydiyyata alınmasından imtina edildikdə, bu barədə imtinanın əsasları göstərilməklə emitentə rəsmi bildiriş göndərilir.
9.9 Emitent qiymətli kağızların buraxılışının nəticələri haqqında hesabatın qeydiyyatından imtina barədə bildirişi aldığı tarixdən etibarən otuz gündən gec olmayaraq imtina üçün əsas olan səbəbləri aradan qaldırmalı və yeddi iş günündən gec olmayaraq qiymətli kağızların buraxılışının nəticələri haqqında hesabatı qeydiyyata alınması üçün QKDK-ya təkrarən təqdim etməlidir.
9.10 QKDK qiymətli kağızların buraxılışını aşağıdakı hallarda baş tutmamış hesab edə bilər:
9.10.1 qiymətli kağızların buraxılışının nəticələri haqqında hesabat QKDK-ya təqdim edilmədikdə;
9.10.2 qiymətli kağızların buraxılışının nəticələri haqqında hesabatın qeydiyyata alınmasından QKDK tərəfindən təkrarən imtina edildikdə.
Bu Standartların tələblərinə riayət etməyən kommersiya təşkilatları və vəzifəli şəxslər mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
Bu Standartlar imzalandığı gündən qüvvəyə minir.
________________________________________________________________________________
________________________________________________________________________________
müvafiq olaraq yerləşdiriləcək______________________________________________________ ________________________________________________________________________________
________________________________________________________________________________ ________________________________________________________________________________ __________________________________________________ qeydiyyata alınmasını xahiş edirik.
Emitentin olduğu yer: _____________________________________________________________ ________________________________________________________________________________
Emitentin rəhbəri: ________________________________________________________________
Tarix: «___»_______ 200__ il.
A) Qiymətli kağızların buraxılışı haqqında qərarın titul səhifəsi
tərəfindən qəbul edilmişdir.
Emitentin olduğu yer: _____________________________________________________________ ________________________________________________________________________________
Tarix: «___»_________ 200__ il
B) Qiymətli kağızların buraxılışı haqqında qərarın məzmunu:
1. Qiymətli kağızın növü və buraxılış forması, istiqrazların təminatlı, yaxud təminatsız olduğu barədə qeyd və tədavül müddəti ____________________________________________________ ________________________________________________________________________________
2. Qiymətli kağızın nominal dəyəri __________________________________________________
3. Buraxılışda olan qiymətli kağızların sayı ___________________________________________ ________________________________________________________________________________
4. Qiymətli kağızların yerləşdirilməsi qaydası __________________________________________ ________________________________________________________________________________
5. Qiymətli kağızla təsbit olunan hüquqlar ____________________________________________ ________________________________________________________________________________
6. “Qiymətli kağızların sahibləri tərəfindən qiymətli kağızlarla təsbit olunan hüquqların həyata keçirilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaya riayət edildikdə emitent həmin hüquqları təmin etmək öhdəliyini daşıyır”.
7. Təminatlı istiqrazlar üçün - təminatın növü və pulla ifadə olunmuş dəyəri (rəqəmlə və sözlə) ________________________________________________________________________________ ________________________________________________________________________________ ________________________________________________________________________________
8. Təminatlı istiqrazlar üçün - təminatı təqdim etmiş şəxs haqqında məlumat
________________________________________________________________________________
________________________________________________________________________________ ________________________________________________________________________________
________________________________________________________________________________ ________________________________________________________________________________
A) Qiymətli kağızların buraxılışının nəticələri haqqında hesabatın titul səhifəsi
tərəfindən təsdiq edilmişdir.
»_____»_______________ 200____il
buraxılışı «__»___________200__ il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınmışdır.
Qiymətli kağızlar buraxılışının dövlət qeydiyyat nömrəsi________________________________
Emitentin olduğu yer: _____________________________________________________________ ________________________________________________________________________________
Tarix: «___»_________ 200__il
B) Qiymətli kağızların buraxılışının nəticələri haqqında hesabatın məzmunu:
1. Qiymətli kağızın növü və buraxılış forması, istiqrazların təminatlı, yaxud təminatsız olduğu barədə qeyd və tədavül müddəti ____________________________________________________ ________________________________________________________________________________
2. Qiymətli kağızın nominal dəyəri __________________________________________________
3. Buraxılışda olan qiymətli kağızların sayı ___________________________________________
4. Qiymətli kağızla təsbit olunan hüquqlar ____________________________________________ ________________________________________________________________________________ ________________________________________________________________________________
5. Emitentin nizamnamə kapitalında payı azı 10% təşkil edən iştirakçılar (adi səhmlərin azı 10%-nə malik olan səhmdarlar) haqqında məlumat.
6. Emitentin Direktorlar şurasının (Müşahidə şurasının) üzvləri haqqında məlumat.
Təkbaşçı icra orqanı haqqında məlumat.
Kollegial icra orqanı haqqında məlumat.
İcra orqanının səlahiyyətlərini həyata keçirən kommersiya təşkilatı və ya fərdi sahibkar (idarəçi) haqqında məlumat.
1. 8 avqust 2008-ci il tarixli 131 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Əmri (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2008-ci il, № 08)