Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 30.4-cü maddəsinə əsasən qərara alıram:
2. “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 954 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 559; 2010, № 11, maddə 973; 2016, № 4, maddə 668), “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 954 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 noyabr tarixli 357 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 973) və “Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 954 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı”nda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 aprel tarixli 863 nömrəli (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 668) Fərmanı ləğv edilsin.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 oktyabr 2016-cı il
1. 1 fevral 2017-ci il tarixli 1222 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 fevral 2017-ci il, № 24; “Xalq” qəzeti, 4 fevral 2017-ci il, № 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №2, maddə 166)
2. 12 sentyabr 2018-ci il tarixli 267 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 13 sentyabr 2018-ci il, № 204, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1830)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI