AZƏRBAYCAN RESPUBLİKASI VERGİLƏR NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI
“Kommersiya və (və ya) vergi sirri təşkil edən məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
“Kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatların əldə edilməsinin xüsusi rejiminin müəyyən olunması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 267 nömrəli Fərmanının 4-cü hissəsinin icrasının təmin edilməsi məqsədi ilə, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 17-ci hissəsini rəhbər tutaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyası
1. “Kommersiya və (və ya) vergi sirri təşkil edən məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq departamentinə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.
3. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzinə tapşırılsın ki, bu Qərarla təsdiq edilmiş normativ hüquqi aktın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet saytında yerləşdirilməsini təmin etsin.
4. Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2018-ci il 1 oktyabr tarixli 1817050000008600 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmişdir.
1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi üzrə:
1.1. Azərbaycan Respublikasının İqtisadiyyat naziri;
1.2. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin birinci müavini;
1.3. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavinləri;
1.4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi;
1.5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavinləri;
1.6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müşavirləri;
1.7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatının rəhbəri, onun müavinləri;
1.8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatının baş idarələrinin, idarələrinin, şöbələrinin və bölmələrinin rəisləri, onların müavinləri, habelə baş idarələrin tərkibində idarələrin və şöbələrin (bölmələrin) rəisləri və idarələrin tərkibində şöbələrin (bölmələrin) rəisləri;
1.9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumların rəisləri, onların müavinləri, habelə həmin qurumların tərkibində idarələrin, şöbələrin (bölmələrin) rəisləri.
2. Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti üzrə:
2.1. Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin rəisi;
2.2. Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin rəisinin müavini;
2.3. Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin Aparatının rəhbəri;
2.4. Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin aparatının şöbə (bölmə) rəisləri;
2.5. Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin şəhər (rayon) vergilər idarələrinin rəisləri, onların müavinləri, habelə həmin idarələrin tərkibində şöbələrin (bölmələrin) rəisləri;
2.6. Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rayon vergilər şöbələrinin və həmin şöbələrin tərkibində bölmələrin rəisləri.
1. 15 oktyabr 2019-cu il tarixli 1917050000014500 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201910154500, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 oktyabr 2019-cu il)
2. 20 iyul 2020-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202007200004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 avqust 2020-ci il)