14.1. Konstitusiya Məhkəməsinin hakimləri 15 il müddətinə təyin edilirlər.
14.2. Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təkrarən təyin edilə bilməz.
14.3. Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi 75 yaşdır. Konstitusiya Məhkəməsinin 75 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək, lakin 6 aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edir.