31.0. Konstitusiya Məhkəməsində icraatın başlanması üçün səbəblər aşağıdakılardır:
31.0.1. Azərbaycan Respublikası Konstitusiyasının 104-cü maddəsinin III hissəsində və 130-cu maddəsinin III-VII hissələrində nəzərdə tutulmuş məsələlərə dair bu qanunun 32-35-ci maddələrinin tələblərinə cavab verən sorğu, müraciət və şikayətlər;
31.0.2. Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin I hissəsində, 86-cı maddəsində, 88-ci maddəsinin I hissəsində, 101-ci maddəsinin V hissəsində, 102-ci maddəsində, 104-cü maddəsinin II hissəsində, 107-ci maddəsində və 153-cü maddəsində nəzərdə tutulmuş hallar.