Qanunvericilik › Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 37

Maddə 37. Sorğu, müraciət və ya şikayətin icraata qəbul edilməsindən imtina olunması

Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

37.0. Sorğu, müraciət və ya şikayət aşağıdakı hallarda Konstitusiya Məhkəməsinin icraatına qəbul edilmir:

37.0.1. sorğu, müraciət və ya şikayətin tərtibi bu qanunun tələblərinə uyğun olmadıqda;

37.0.2. məsələ Konstitusiya Məhkəməsinin səlahiyyətinə aid olmadıqda;

37.0.3. sorğu, müraciət və ya şikayət belə hüquqa malik olmayan orqan və ya şəxs tərəfindən verildikdə;

37.0.4. sorğu və ya müraciət onun Konstitusiya Məhkəməsinə verilməsi barədə qərar qəbul etmiş kollegial orqanın iclasında yetərsay və lazımi səs çoxluğu olmadan verildikdə;

37.0.5. məhkəmə aktından şikayət vermək hüququndan tam istifadə edilməsini və ya məhkəməyə müraciət etmək hüququnun pozulmasını təsdiq edən sənədlər təqdim olunmadıqda;

37.0.6. məsələ üzrə Konstitusiya Məhkəməsinin qərarı mövcud olduqda.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver