Qanunvericilik › Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 40

Maddə 40. Konstitusiya Məhkəməsində həyata keçirilən icraatın üsulları və növləri

Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

40.1. Konstitusiya Məhkəməsində icraat aşağıdakı üsullarla həyata keçirilir:

40.1.1. konstitusiya məhkəmə icraatı;

40.1.2. xüsusi konstitusiya icraatı.

40.2. Konstitusiya Məhkəməsində baxılan konstitusiya işləri üzrə konstitusiya məhkəmə icraatı aşağıdakı növlərdə həyata keçirilir:

40.2.1. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərində, V və VII hissələrində nəzərdə tutulmuş məsələlərin həlli üçün verilmiş sorğular və ya şikayətlər ilə əlaqədar işlərin icraatı;

40.2.2. qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələrlə əlaqədar sorğular üzrə işlərin icraatı.

40.3. Konstitusiya Məhkəməsində baxılan konstitusiya işləri üzrə xüsusi konstitusiya icraatının aşağıdakı növləri həyata keçirilir:

40.3.1. müharibə şəraitində Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin uzadılması ilə əlaqədar işlərin icraatı;

40.3.2. Azərbaycan Respublikası Milli Məclisi deputatları seçkilərinin nəticələrinin yoxlanılması və təsdiqi ilə əlaqədar işlərin icraatı;

40.3.3. yeni seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasının keçirilməsi vaxtının təyin edilməsi ilə əlaqədar işlərin icraatı;

40.3.4. müharibə şəraitində Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddətinin uzadılması ilə əlaqədar işlərin icraatı;

40.3.5. Azərbaycan Respublikası prezidenti seçkilərinin nəticələrinin rəsmi elan edilməsi ilə əlaqədar işlərin icraatı;

40.3.6. Azərbaycan Respublikası prezidentinin istefa ərizəsinə baxılması ilə əlaqədar işlərin icraatı;

40.3.7. Azərbaycan Respublikası prezidentinin səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdiyi barədə məlumatı aydınlaşdırmaq üçün Azərbaycan Respublikası Milli Məclisinin müraciəti ilə əlaqədar işlərin icraatı;

40.3.8. Azərbaycan Respublikası prezidentinin vəzifədən kənarlaşdırılması məsələsi ilə əlaqədar işlərin icraatı;

40.3.9. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi üçün verilən sorğular və müraciətlər ilə əlaqədar işlərin icraatı;

40.3.10. Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası prezidentinin Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər edilməsi haqqında təkliflərinə dair Konstitusiya Məhkəməsinin rəyinin çıxarılması ilə əlaqədar işlərin icraatı.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver