Qanunvericilik › Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 52

Maddə 52. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərində, V və VII hissələrində nəzərdə tutulmuş məsələlərlə əlaqədar sorğu və ya şikayətə baxılmasının xüsusiyyətləri

Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

52.1. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərində, V və VII hissələrində nəzərdə tutulmuş məsələlərlə əlaqədar Konstitusiya Məhkəməsinə daxil olmuş sorğu və ya şikayət, bir qayda olaraq, 30 gün müddətində Konstitusiya Məhkəməsi palatasının iclasına çıxarılır, sorğu və ya şikayətin icraata qəbul edilməsi, yaxud icraata qəbul edilməsindən imtina edilməsi haqqında qərardad qəbul olunur.

52.2. Sorğu və ya şikayətin icraata qəbul edilməsi, yaxud icraata qəbul edilməsindən imtina edilməsi haqqında qərardad qəbul olunduğu gündən ən geci 7 gün keçənədək sorğuverənə (ərizəçiyə) göndərilir.

52.3. Sorğu və ya şikayətə Konstitusiya Məhkəməsinin Plenumunda mahiyyəti üzrə baxılması, bir qayda olaraq, onun icraata qəbul edildiyi gündən ən geci 60 gün keçənədək başlanmalıdır.

52.4. Konstitusiya Məhkəməsinin Plenumu ağır və bərpaedilməz zərər vurulmasının qarşısının alınması məqsədi ilə işin mahiyyəti üzrə qərar qəbul edilənədək mübahisə olunan normativ hüquqi aktın və ya bələdiyyə aktının icrasının dayandırılmasına dair qərar qəbul edə bilər və tərəflərə mübahisənin məhkəməyədək nizamlanmasını təklif edə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver