74.1. Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi, təşkilati, informasiya təminatını Konstitusiya Məhkəməsinin aparatı həyata keçirir.
74.2. Konstitusiya Məhkəməsinin aparatı Konstitusiya Məhkəməsi sədrinin təsdiq etdiyi Konstitusiya Məhkəməsinin aparatı haqqında Əsasnaməyə müvafiq fəaliyyət göstərir.
74.3. Konstitusiya Məhkəməsi aparatının strukturunu, habelə dövlət büdcəsində Konstitusiya Məhkəməsinin saxlanılması üçün nəzərdə tutulmuş xərclər çərçivəsində aparatın ştat cədvəlini, xərclərinin smetasını Konstitusiya Məhkəməsinin sədri müəyyən edir.