Qanunvericilik › Könüllü fəaliyyət haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Könüllülərin hüquqları

Könüllü fəaliyyət haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

7.1. Könüllülərin aşağıdakı hüquqları vardır:

7.1.1. müqaviləyə uyğun olaraq həyat və sağlamlığının mühafizəsini təmin edən əmək şəraitinin yaradılmasını, zəruri hallarda isə əməyin mühafizəsinin normaları və qaydaları haqqında təlim keçirilməsini tələb etmək;

7.1.2. könüllü fəaliyyətin şərtləri və xarakteri haqqında informasiya əldə etmək;

7.1.3. könüllü fəaliyyət haqqında informasiya yaymaq;

7.1.4. könüllü fəaliyyətin təşkilatçılarından görülən işlərin yeri, həcmi, xarakteri və vaxtı göstərilməklə, könüllü fəaliyyət haqqında yazılı arayış almaq;

7.1.5. könüllü fəaliyyət könüllünün daimi yaşadığı yaşayış məntəqəsinin hüdudlarından kənarda həyata keçirildikdə gündəlik xərclərin ödənilməsini könüllü fəaliyyətin təşkilatçılarından tələb etmək;

7.1.6. könüllü fəaliyyəti həyata keçirərkən həyatına və sağlamlığına dəymiş zərərin əvəzini könüllü fəaliyyətin təşkilatçılarından almaq;

7.1.7. sığorta olunmaq;

7.1.8. öz əmlakından istifadəyə görə kompensasiya almaq;

7.1.9. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun 5.6.5-ci maddəsinə uyğun olaraq təşkil edilmiş qarşılıqlı yardım qruplarında iştirak etmək.

7.2. Şəxsin könüllü fəaliyyətlə məşğul olması ünvanlı dövlət sosial yardımının alınmasına, habelə ona işsizlikdən sığorta ödənişinin ödənilməsinin dayandırılmasına və ya xitam verilməsinə səbəb olmur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver