4.0. Ana südü ilə qidalanmanın təbliği məqsədi ilə mülkiyyət formasından asılı olmayaraq tibb müəssisələri tərəfindən hamilə qadınlara və analara;
4.0.1. döşlə əmizdirilmənin vacibliyi və əhəmiyyəti, onun süni qidalanma ilə müqayisədə üstünlüyü barədə;
4.0.2. ana südü ilə qidalanmanın uşaqların harmonik inkişafına müsbət təsiri barədə;
4.0.3. ana südü ilə qidalanmanın uşağın və ananın sağlamlığı üçün bioloji və emosional əsaslar yaratmış barədə;
4.0.4. ana südü ilə qidalanmanın uşağı yoluxucu xəstəliklərdən qorunması və ilkin tibbi-sanitariya yardımının mühüm amili olması barədə hökmən məlumat verilməlidir.