Qanunvericilik › Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Maliyyə xarakterli tələblər

Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

5.1. Vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı məlumatları təqdim etməlidirlər:

5.1.1.mənbəyini, növünü və məbləğini göstərməklə hər il öz gəlirləri barədə;

5.1.2.vergitutma obyekti olan əmlakı barədə;

5.1.3.kredit təşkilatlarındakı əmanətləri, qiymətli kağızları və digər maliyyə vəsaitləri barədə;

5.1.4.şirkətlərin, fondların və sair təsərrüfat subyektlərinin fəaliyyətində səhmdar və ya təsisçi kimi iştirakı, bu müəssisələrdə öz mülkiyyət payı barədə;

5.1.5.beş min beş yüz manatdan yuxarı olan borcu barədə;

5.1.6.min yüz manatdan yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə.

5.2. Bu Qanunun 5.1-ci maddəsində göstərilən məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada tələb edilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver