Qanunvericilik › Kosmik fəaliyyət haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13

Maddə 13. Yerüstü kosmik infrastruktur

Kosmik fəaliyyət haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

13.1. Yerüstü kosmik infrastruktura aşağıdakılar aid edilir:

13.1.1. kosmik obyektlərin yerüstü idarəetmə mərkəzləri;

13.1.2. kosmik fəzada olan kosmik obyektlə telekommunikasiyanı təmin edən yer stansiyaları;

13.1.3. kosmik raket kompleksləri və vasitələri, kosmik obyektlərin uçuş və eniş poliqonları və platformaları, kosmik uçuşların yerüstü idarəetmə məntəqələri;

13.1.4. kosmik uçuşlara hazırlıq mərkəzləri;

13.1.5. kosmik obyektin saxlanc yerləri və sınaq məntəqələri;

13.1.6. kosmik fəaliyyət üçün zəruri olan digər yerüstü kosmik infrastruktur qurğular və vasitələr.

13.2. Yerüstü kosmik infrastrukturun istismarına lazımi şərait yaradılması üçün onların ətrafında Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver