14.0. Kredit tarixçəsinin subyekti aşağıdakı hüquqlara malikdir:
14.0.1. kredit tarixçəsinin tərtib edilməsi üçün neqativ və pozitiv məlumatların kredit bürosuna təqdim edilməsinə (bu Qanunun 12.2.4-cü və 12.2.5-ci maddələrində nəzərdə tutulmuş məlumat təchizatçıları tərəfindən və bu Qanunun 23.2-ci maddəsində nəzərdə tutulmuş halda məlumatların, 12.3-cü maddəsində nəzərdə tutulmuş məlumat təchizatçıları tərəfindən neqativ məlumatların təqdim edilmə halları istisna olmaqla) razılıq vermək;
14.0.2. məlumat istifadəçisinə (bu Qanunun 13.2.2-ci və 13.2.3-cü maddələrində nəzərdə tutulmuş məlumat istifadəçilərinə istisna olmaqla) öz kredit tarixçəsini təşkil edən məlumatın kredit bürosundan alınmasına (bu Qanunun 6.4-cü maddəsində nəzərdə tutulmuş mənbələrdən əldə olunmuş məlumatın alınmasına və bu Qanunun 23.3-1-ci maddəsində nəzərdə tutulmuş halda istisna olmaqla) razılıq vermək;
14.0.3. kredit bürosundan özü haqqında kredit hesabatını almaq, habelə kredit bürosunun müəyyən etdiyi qaydada barəsində kredit bürosuna daxil olmuş neqativ məlumat haqqında kredit bürosundan ödənişsiz bildiriş (neqativ məlumatı verən məlumat təchizatçısı göstərilməklə) almaq;
14.0.4. yanlış hesab etdiyi məlumatın yoxlanılması və həmin məlumatda müvafiq düzəlişlərin edilməsi barədə kredit bürosuna və məlumat təchizatçısına müraciət etmək;
14.0.5. özü barəsində kredit tarixçəsindəki məlumatların məhv edilməsini (bu Qanunun 10.2-ci maddəsində nəzərdə tutulmuş tələb nəzərə alınmaqla) tələb etmək;
14.0.6. özü barəsində kredit tarixçəsindəki məlumatların toplanılmasının, işlənilməsinin və verilməsinin hüquqi əsaslandırılmasını tələb etmək, bu məlumatların toplanılmasının, işlənilməsinin və verilməsinin (bu Qanunun 13.2.2-ci və 13.2.3-cü maddələrində nəzərdə tutulmuş məlumat istifadəçilərinə verilməsi halları istisna olmaqla) onun üçün hansı hüquqi nəticələrə səbəb olacağı barədə məlumat almaq;
14.0.7. bu Qanunun 14.0.1-ci və 14.0.2-ci maddələrinə uyğun verilmiş razılığı pozitiv məlumatlara aid hissədə geri götürmək.