Qanunvericilik › Kredit büroları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 16

Maddə 16. Kredit bürosuna təqdim edilən məlumat

Kredit büroları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

16.1. Məlumat təchizatçıları kredit bürosuna aşağıdakı məlumatları təqdim edirlər:

16.1.1. borcun ilkin məbləği;

16.1.2. cari borc məbləği;

16.1.3. borcun məqsədi;

16.1.4. müqavilə üzrə borcun yaranması və ödənilməsi (əsas borcun və faizlərin) tarixləri, borc üzrə aparılmış ödənişlər;

16.1.5. vaxtı keçmiş borc məbləği (əsas borc və/və ya faizlərin tam və ya bir hissəsinin ödənilməsi müqavilədə nəzərdə tutulmuş müddətdən 30 təqvim günündən artıq gecikdirilmiş borc);

16.1.6. borcun ödənilməsi müddətinin uzadılması;

16.1.7. borc öhdəliyinin təminatı;

16.1.8. borcun təminat hesabına ödənilməsi;

16.1.9. balansdan silinmiş ümidsiz borc;

16.1.10. ödənilməli olan cərimənin və digər sanksiyanın, alimentin, vergilərin və sosial sığorta haqlarının, digər icbari ödənişlərin, dəbbə pulunun, sığorta haqqının, notariat qaydada təsdiq olunmuş borc müqavilələrindən irəli gələn borcun, kommunal borcların məbləği və onun ödənilmə müddəti;

16.1.11. kredit tarixçəsi subyektinin ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının qiymətləndirilməsinə təsir edən hər hansı digər məlumat, bu şərtlə ki, həmin məlumatların kredit tarixçəsinə daxil edilməsi qanuna zidd olmasın.

16.2. Kredit tarixçəsi subyektinin kredit tarixçəsində eyniləşdirilməsi üçün tələb olunan məlumatın həcmini Mərkəzi Bank müəyyən edir.

16.3. Kredit tarixçəsində kredit tarixçəsinin subyekti olan fiziki şəxs haqqında “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əldə olunmasına məhdudiyyətlər qoyulan şəxsi (maliyyə əməliyyatları barədə məlumatlar istisna olmaqla) və ailə həyatına dair məlumatların yerləşdirilməsi qadağandır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver