19.0. Kredit tarixçələrinin məlumat bazasında saxlanılan hər bir kredit tarixçəsinə ən azı aşağıdakı məlumat daxildir:
19.0.1. bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş məlumatlar;
19.0.2. kredit tarixçəsini formalaşdıran məlumat təchizatçıları haqqında məlumat;
19.0.3. məlumat EHİS-dən və ya bu Qanunun 6.4-cü maddəsində göstərilən mənbələrdən əldə edildiyi halda, bu barədə məlumat;
19.0.4. kredit hesabatının alınması üçün müraciət etmiş şəxslər (qurumlar) və məlumat istifadəçiləri haqqında məlumat, habelə kredit hesabatlarının verilməsi tarixi;
19.0.5. bu Qanunun 18.2-ci və 18.7-ci maddələrində nəzərdə tutulmuş məlumatlar.