2.1. Kredit İttifaqları haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.
2.2. Ələt azad iqtisadi zonasında kredit ittifaqları sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.