AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASININ QƏRARI
“Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 mart tarixli 828 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nin 5.3.2-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası
1. “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq və icraat departamentinə (Əfqan Baxışov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
3. Bu Qərarın icrasına nəzarət Baş icraçı direktora (İbrahim Alışov) həvalə edilsin.
Bu Qaydalar “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 5-ci maddəsinin onuncu və 18-ci maddəsinin ikinci hissələrinə uyğun olaraq hazırlanmış və kredit ittifaqlarının fəaliyyətinə dair iqtisadi tənzimləmə (prudensial) normativləri və tələbləri, habelə fəaliyyətinə dair hesabatlıq qaydasını müəyyən edir.
2.0. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.0.1. tam təminatlı kredit - vaxtında və tam qaytarılması bazar dəyəri bu kreditin ödənilməmiş məbləğinə bərabər və ya ondan artıq olan girovla (daşınar və daşınmaz əmlakın girovu), qarantiya, zaminlik və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq digər üsullarla təmin edilmiş kredit;
2.0.2. qismən təminatlı kredit - bazar dəyəri kreditin ödənilməmiş məbləğindən az olan girovla və ya digər təminatla təmin edilmiş kredit;
2.0.3. təminatsız kredit - heç bir təminatı olmayan və ya təminatının bazar dəyəri olmayan, habelə dəyərindən asılı olmayaraq təminatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq rəsmiləşdirilməmiş kredit;
2.0.4. cari kredit - müqavilədə nəzərdə tutulmuş tarixlərə əsas məbləği və faizləri ödənilən kredit;
2.0.5. vaxtı keçmiş kredit - əsas məbləğ, yaxud ona hesablanan faizlər və ya hər hansı birinin ödənilməyən hissəsi üzrə ödənişləri müqavilədə göstərilən tarixdən otuz təqvim günündən artıq gecikdirilmiş kredit;
2.0.6. kapital - kredit ittifaqının nizamnamə kapitalının və bölüşdürülməmiş mənfəətinin (mənfəətdən vergilər və məcburi ödənişlər aparıldıqdan sonra qalan məbləğ) cəmi.
3.1. Kredit ittifaqının fəaliyyətinə dair aşağıdakı prudensial normativlər müəyyən edilir:
3.1.1. nizamnamə kapitalının minimum məbləği;
3.1.2. kapitalın minimum məbləği və onun adekvatlıq əmsalı;
3.1.3. aktiv və öhdəliklərin ödəniş müddətlərinin uyğunluğu;
3.1.4. bir üzvə verilən kreditin maksimum məbləği;
3.1.5. təminatsız kreditin maksimum məbləği;
3.1.6. kreditlərin təsnifatından asılı olaraq mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyat fondunun norması.
3.2. Fəaliyyətdə olan kredit ittifaqları üçün Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra - Palata) tərəfindən müəyyən edilmiş yeni prudensial normativlər, onlarda dəyişikliklər kredit ittifaqlarına rəsmən bildirildikdən sonra bir aydan tez olmayaraq, kapitalın minimum miqdarına və onun adekvatlıq əmsalına aid tələblərdə dəyişikliklər isə kredit ittifaqlarına rəsmən bildirildikdən sonra altı aydan tez olmayaraq qüvvəyə minir.
Kredit ittifaqının nizamnamə kapitalı 4000 (dörd min) manat məbləğindən az olmamalıdır.
5.1. Kredit ittifaqının kapitalı 4000 (dörd min) manat məbləğindən az olmamalıdır.
5.2. Kapitalın adekvatlıq əmsalı normativi kredit ittifaqının fəaliyyətə başladığı vaxtdan bir il ərzində 0.25, sonradan isə 0.20-dən az olmamalıdır.
5.3. Kapitalın adekvatlıq əmsalı hesabat tarixinə kredit ittifaqı kapitalının cari və vaxtı keçmiş kreditlərin əsas məbləğlərinin qalıqlarının cəminə nisbəti kimi hesablanır.
6.1. Kredit ittifaqı tərəfindən verilmiş kreditlərin və onlara hesablanmış faizlərin qaytarılması tarixləri kredit ittifaqının öhdəliklərinin icra müddətlərini üstələməlidir.
6.2. Aktivlər və öhdəliklərin ödəniş müddətlərinin uyğunluğu normativi minimum 1-ə bərabər və ya ondan çox olmalıdır.
6.3. Aktivlər və öhdəliklərin ödəniş müddətlərinin uyğunluğu normativi hesabat tarixinə aktivlərin cəminin (cari kreditlər, ödənilməsi gözlənilən faizlər və digər aktivlər) öhdəliklərin cəminə (kənardan cəlb edilmiş kreditlər, onlara ödəniləcək faizlər və digər öhdəliklər) nisbəti kimi ən azı 0-30, 31-90, 91-180, 181-365 və 365 gündən çox gecikdirilmiş öhdəliklər üzrə hesablanır.
6.4. Aktivlər və öhdəliklərin ödəniş müddətlərinin uyğunluğu normativinin hesablanması zamanı kredit ittifaqı üzvlərinin vaxtı keçmiş kreditləri və onlara hesablanmış faizlər üzrə borc məbləğləri aktivlərin cəmində nəzərə alınmır.
7.1. Kredit ittifaqının bir üzvünə verdiyi kreditin maksimum məbləği Qanunun 20-ci maddəsinin ikinci hissəsinə müvafiq olaraq kredit alan üzvün kredit ittifaqının nizamnamə kapitalında payının 10 mislindən və qarşılıqlı kredit fondu vəsaitlərinin 10 faizindən çox olmamalıdır.
7.2. Kredit ittifaqının bir üzvünə verdiyi kreditin maksimum məbləğinin hesablanması zamanı onun kredit ittifaqına bu tarixə olan kredit öhdəlikləri üzrə əsas məbləğlərin qalıqları nəzərə alınır.
8.1. Kredit ittifaqının öz üzvlərinə verdiyi təminatsız kreditlərin maksimum məbləği normativi 0.2-yə bərabər və ya ondan çox olmalıdır.
8.2. Təminatsız kreditlərin maksimum məbləği normativi kredit ittifaqı tərəfindən verilmiş təminatsız və tam təminatı olmayan kreditlərin təmin olunmamış hissəsinin cəminin kredit ittifaqının kapitalına nisbəti kimi hesablanır.
9.1. Kredit ittifaqı öz maliyyə vəziyyətini və əməliyyatlarının nəticələrini aydın və obyektiv təsəvvür etmək üçün bütün verdiyi kreditləri rübdə ən azı bir dəfə qiymətləndirməli və fəaliyyəti nəticəsində dəyən zərəri ödəmək məqsədilə kreditlərin təsnifatından asılı olaraq xərclər hesabına xüsusi ehtiyatlar yaratmalıdır.
9.2. Qiymətləndirmə zamanı kredit ittifaqı kreditləri təhlil edir və onları bu Qaydalara uyğun olaraq müvafiq təsnifləşdirmə kateqoriyalarına aid edir.
9.3. Təsnifləşdirmə məqsədilə kreditlər standart və qeyri-standart kreditlərə bölünür. Standart kreditlərə “qənaətbəxş” kreditlər, qeyri-standart kreditlərə “qeyri-qənaətbəxş kreditlər”, “təhlükəli kreditlər” və “ümidsiz kreditlər” aiddir.
9.4. Xüsusi ehtiyatlar təsnifat üzrə aşağıdakı məbləğdə yaradılır:
9.4.1. “qənaətbəxş kreditlər” - əsas məbləği və ya faiz borclarının qaytarılma müddəti müqavilədə müəyyən olunmuş tarixdən 30 günə qədər keçmiş kreditlərin əsas və faiz məbləğinin ödənilməmiş hissəsinin 0%-i həcmində;
9.4.2. “qeyri-qənaətbəxş kreditlər” - əsas məbləği və ya faiz borclarının qaytarılma müddəti müqavilədə müəyyən olunmuş tarixdən 31 gündən 90 günədək keçmiş kreditlərin əsas və faiz məbləğinin ödənilməmiş hissəsinin 30%-i həcmində;
9.4.3. “təhlükəli kreditlər” - əsas məbləği və ya faiz borclarının qaytarılma müddəti müqavilədə müəyyən olunmuş tarixdən 91 gündən 180 günədək keçmiş kreditlərin əsas və faiz məbləğinin ödənilməmiş hissəsinin 60%-i həcmində;
9.4.4. “ümidsiz kreditlər” - əsas məbləği və ya faiz borclarının qaytarılma müddəti müqavilədə müəyyən olunmuş tarixdən 181 gündən çox keçmiş qismən kreditlərin əsas və faiz məbləğinin ödənilməmiş hissəsinin 100%-i həcmində.
9.5. Kreditlərin qiymətləndirilməsi zamanı onların keyfiyyətinin yaxşılaşması müəyyən edildikdə artıq yaradılmış ehtiyatlar müvafiq xərclər hesabının kreditləşdirilməsi yolu ilə azaldılır və ya əvvəllər gəlirdən çıxılmış ehtiyatın azalmış məbləği gəlirə daxil edilir.
9.6. Kredit ittifaqı tərəfindən “ümidsiz kreditlər” balansdan əsas borc və faiz məbləğində silinir və kreditlərin balansdan silinməsi kredit ittifaqının ümumi yığıncağının və ya səlahiyyət verildiyi halda Müşahidə Şurasının qərarı ilə həyata keçirilir.
9.7. Balansdan silinmiş kreditlərin uçotu ən azı beş il ərzində balansdankənar hesabda aparılır. Balansdan silinmiş kreditlər barədə sənədlər “Azərbaycan Respublikasının banklarında arxiv işinin aparılması haqqında Təlimat”da müəyyən olunmuş müddətdə saxlanılır.
9.8. Əvvəllər balansdan “ümidsiz kreditlər” kimi silinmiş aktivlərin ödənilməsi üçün kredit ittifaqına daxil olmuş vəsait müvafiq xərclər hesabının azaldılmasına yönəldilir və ya əvvəllər gəlirdən çıxılmış ehtiyatın azalmış məbləği gəlirə daxil edilir.
10.1. Kredit ittifaqı fəaliyyətinə dair Palataya aşağıdakı rüblük hesabatlar təqdim edir:
10.1.1. ümumi məlumat (Əlavə 1);
10.1.2. idarəetmə orqanları və daxili auditor haqqında məlumat (Əlavə 2);
10.1.3. balans (Əlavə 3);
10.1.4. mənfəət və zərər haqqında hesabat (Əlavə 4);
10.1.5. fəaliyyətinə dair digər hesabatlar (Əlavə 5 -12).
10.2. Hesabatlar kredit ittifaqının İdarə Heyətinin sədri və İdarə Heyətinin maliyyə hesabatlarının hazırlanmasına məsul üzvü tərəfindən imzalanır və kredit ittifaqının möhürü ilə təsdiq olunur.
10.3. Hesabatlar hesabat rübündən sonrakı ayın yeddisinə kimi kağız və elektron formada təqdim edilir.
10.4. Auditor rəyi ilə təsdiqlənmiş illik balans, mənfəət və zərər haqqında hesabat auditor rəyi ilə birlikdə növbəti ilin may ayının 31-dən gec olmayaraq təqdim edilir.
“Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”na
Kredit ittifaqının adı:
Hesabatın tərtib edilmə tarixi:
Hesab açdığı bankın (bankların) adı
Faəliyyətini əhatə etdiyi inzibati ərazilər
İl ərzində verilmiş kreditlərin sayı
Hesabat rübü ərzində verilmiş kreditlərin sayı
Hesabat tarixinə vaxtı keçmiş kreditlərin sayı
Hesabatı tərtib edən şəxs
İdarə Heyətinin sədri_____________ (A.A.S)
İdarə Heyətinin məsul üzvü________ (A.A.S)
“Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”na
Kredit ittifaqının adı:
Hesabatın tərtib edilmə tarixi:
İdarə Heyətinin sədri_____________ (A.A.S)
İdarə Heyətinin məsul üzvü________ (A.A.S)
“Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”na
Kredit ittifaqının adı:
Hesabatın tərtib edilmə tarixi:
Xalis kreditlər (kreditlər çıxılsın “Xüsusi ehtiyat fоndu”)
Dövlət qiymətli kağızları
Bölüşdürülməmiş mənfəət (zərər)*
Keçmiş illərin xalis mənfəəti (zərər)
Cari ilin xalis mənfəəti (zərər)
İdarə Heyətinin sədri_____________ (A.A.S)
İdarə Heyətinin məsul üzvü________ (A.A.S)
“Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”na
Kredit ittifaqının adı:
Hesabatın tərtib edilmə tarixi:
1.Faiz gəlirləri cəmi
a) verilmiş kreditlər üzrə
b) dövlət qiymətli kağızları üzrə
3.Xalis faiz gəliri(zərər)
(1-ci sətir çıxılsın 2-ci sətir)
4.Qeyri-faiz gəlirlərinin cəmi
a) qeyri-adi gəlirlər
a) əmək haqqı və оna bərabər tutulan xərclərin cəmi
a1) əmək haqqı və əlavələr
a3) sоsial təminat xərcləri
a4) kompensasiya və müavinətlərin digər növləri
b) əsas vəsaitlərlə bağlı xərclər
b3) əsas vəsaitlərlə bağlı digər xərclər
c) əməliyyat və komisyon xərcləri
6. Əməliyyatlardan daxil оlan mənfəət (zərər)
(3-cü sətir üstəgəl 4–cü sətir çıxılsın 5-ci sətir)
fоndu”nun yaradılmasına ayırmalar (xərclər)
8.Vergilər çıxılanadək mənfəət (zərər) (6-cı sətir çıxılsın 7-ci sətir)
9.Mənfəətdən ödənilən vergilər
10. Vergilər çıxılandan sоnra xalis bölüşdürülməmiş mənfəət (zərər) (8-ci sətir çıxılsın 9-cu sətir)
İzahat: 8-ci sətir üzrə zərər yaranarsa, bu məbləğ 10-cu sətrə köçürülür.
İdarə Heyətinin sədri_____________ (A.A.S)
İdarə Heyətinin məsul üzvü________ (A.A.S)
Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”na
Kredit ittifaqının adı:
Hesabatın tərtib edilmə tarixi:
Prudensial nоrmativlər
Kapitalın adekvatlığı əmsalı
fəaliyyətə başladığı vaxtdan bir il ərzində minimum – 0.25
sоnradan minimum – 0.20
Aktivlər və öhdəliklərin ödəniş müddətlərinin uyğunluğu
Bir üzvə verilən kreditin maksimum məbləğinin оnun nizamnamə kapitalındakı payına nisbəti nоrmativi
Kredit bоrcu оlan üzvün kreditlərinin cəminin QKF-na nisbəti nоrmativi
Təminatsız kreditlərin maksimum məbləği nоrmativi
İdarə Heyətinin sədri_____________ (A.A.S)
İdarə Heyətinin məsul üzvü________ (A.A.S)
“Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”na
Kredit ittifaqının adı:
Hesabatın tərtib edilmə tarixi:
Qeyd: 5-ci sütunda kredit müqavilələrin sayından asılı оlmayaraq hər bir üzvün aldığı bütün kreditlərin qalıq məbləği göstərilməlidir.
X- işarəsi ilə qeyd оlunmuş qrafalar dоldurulmur.
İdarə Heyətinin sədri_____________ (A.A.S):
İdarə Heyətinin məsul üzvü________ (A.A.S)*
“Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”na
Kredit ittifaqının adı:
Hesabatın tərtib edilmə tarixi:
1.Nağd pul və bank hesablarının qalıqları
3.Dövlət qiymətli kağızlarına investisiyalardan daxilolmalar
4.Verilmiş kreditlərdən və investisiyalardan faiz daxilolmaları
5.Digər aktivlərdən daxilolmalar*
6.Bütün mənbələrdən daxilolmaların cəmi
1.Cəlb olunmuş kreditlər
2.Cəlb olunmuş kreditlərə
Aktivlərin öhdəliklərə nisbəti
*Digər aktivlər – kredit qaytarılmadığı təqdirdə balansa götürülmüş girovun satılmasından gözlənilən və s. aktivlərdən daxilolmalar.
**Digər öhdəliklər – kredit ittifaqının əmək haqqı ödənişləri üzrə, büdcə və ona bərabər öhdəlikləri.
İzahat: Digər aktivlər və digər öhdəliklər barədə əlavə izahat təqdim edilməlidir.
Vaxtı keçmiş öhdəliklər ödəniş müddətinə görə 0-30 gün göstərilən sütuna (2-ci sütuna) aid edilməlidir.
X- işarəsi ilə qeyd оlunmuş qrafalar dоldurulmur.
İdarə Heyətinin sədri_____________ (A.A.S)
İdarə Heyətinin məsul üzvü________ (A.A.S)
“Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”na
Kredit ittifaqının adı:
Hesabatın tərtib edilmə tarixi:
İzahat: Bu cədvəldə üzvlərin aldığı kreditlər kredit müqavilələrinə uyğun olaraq hər bir üzv və hər bir kredit müqaviləsi üzrə ayrı-ayrılıqda doldurulur.
X- işarəsi ilə qeyd оlunmuş qrafalar dоldurulmur.
İdarə Heyətinin sədri_____________ (A.A.S)
İdarə Heyətinin məsul üzvü________ (A.A.S)
“Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”na
Kredit ittifaqının adı:
Hesabatın tərtib edilmə tarixi:
İzahat: X- işarəsi ilə qeyd оlunmuş qrafalar dоldurulmur.
İdarə Heyətinin sədri_____________ (A.A.S)
İdarə Heyətinin məsul üzvü________ (A.A.S)
“Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”na
Kredit ittifaqının adı:
Hesabatın tərtib edilmə tarixi:
İzahat: X- işarəsi ilə qeyd оlunmuş qrafalar dоldurulmur.
İdarə Heyətinin sədri_____________ (A.A.S)
İdarə Heyətinin məsul üzvü________ (A.A.S)
“Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”na
Kredit ittifaqının adı:
Hesabatın tərtib edilmə tarixi:
İzahat: X- işarəsi ilə qeyd оlunmuş qrafalar dоldurulmur.
İdarə Heyətinin sədri_____________ (A.A.S)
İdarə Heyətinin məsul üzvü________ (A.A.S)
“Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”na
Kredit ittifaqının adı:
Hesabatın tərtib edilmə tarixi:
1. İstifadə olunmamış kredit xətləri
2 Digər balansdankənar öhdəliklər
1 Balansdan silinmiş ümidsiz kreditlərin əsas məbləği
2 Balansdan silinmiş ümidsiz kreditlərin faiz borcları
İdarə Heyətinin sədri_____________ (A.A.S)
İdarə Heyətinin məsul üzvü________ (A.A.S)